Məhkəmə qərarları › İş №1(1-8)-348/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-348/2026

10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(1-8)-348/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlәr Cәfәrov Ilqar Xanlar oğlu (sәdrlik edәn vә mәruzәçi), Mövsümov Nazim Rasim oğlu vә Muxtarov Teyyub Asif oğlundan ibarәt tәrkibdә, Babayeva Lalә Tahir qızının katibliyi, Dövlәt ittihamçısı Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin Kassasiya instansiyası mәhkәmәsindә dövlәt ittihamının müdafiәsi vә analitik tәhlil şöbәsinin prokuroru, R X3 iştirakı ilә, 04.05.1986-cı il tarixdә x5 doğulmuş, Azәrbaycan Respublikası vәtәndaşı, evli, orta tәhsilli, fәrdi әmәklә mәşğul olan, әvvәllәr mәhkum olunmamış, Ağdam rayonu, Zәngişalı әrazi dairәsi, Zәngişalı kәndindә qeydiyyatda olmaqla, x4 kәndindә yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-801/2025 nömrəli 25 dekabr 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Sevinc Qasımova tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şәhәr Mәhkәmәsinin (sәdrlik edәn hakim G.Ismayılova) 1(060)-644/2025 nömrәli 21 oktyabr 2025-ci il tarixli hökmü ilә Mәhkum - Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.1-ci maddәsi ilә tәqsirli bilinәrәk 1 (bir) il müddәtinә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş, CM-in 69.3-cü maddәsinә әsasәn 28.05.2025-ci il tarixdә onun şübhәli şәxs qismindә tutulduğu 1 (bir) gün tәyin olunmuş cәzadan çıxılmaqla üzәrindә qәti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddәtinә azadlıqdan mәhrum etmә cәzasının saxlanılması, cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi, cәzasının әvvәlinin 21.10.2025-ci il tarixdәn hesablanması qәrara alınmışdır. Hәmin hökmdәn mәhkumun müdafiәçisi müdafiәçi1 Hüseyn qızı tәrәfindәn apellyasiya şikayәti verilmiş, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 1(105)-801/2025 nömrәli 25 dekabr 2025-ci il tarixli qәrarı ilә Sumqayıt Şәhәr Mәhkәmәsinin 21 oktyabr 2025-ci il tarixli hökmü lәğv edilmiş, Mәhkum barәsindә “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin 19 dekabr 2025-ci il tarixli qәrarının 2.3-cü bәndi tәtbiq edilәrәk onun Azәrbaycan Respublikası CM-nin 234.1-ci maddәsi ilә tәqsirlәndirilmәsinә dair cinayәt işi üzrә icraata Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 39.1.12-ci maddәsinә әsasәn xitam verilmiş vә o, cinayәt mәsuliyyәtindәn azad edilmişdir. Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 1(105)-801/2025 nömrәli 8 yanvar 2026-cı il tarixli qәrarı ilә Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 1(105)-801/2025 nömrәli 25 dekabr 2025-ci il tarixli yekun qәrarında yol verilmiş anlaşılmazlıq aradan qaldırılmış, qәrarın tәsviri-әsaslandırıcı hissәsindә “...barәsindә “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin 19 dekabr 2025-ci il tarixli qәrarının 2.3 vә 5.2.2-ci bәndlәri tәtbiq edilәrәk, onun Azәrbaycan Respublikası CM-in 234.1-ci maddәsi ilә tәqsirlәndirilmәsinә dair cinayәt işi üzrә icraata Azәrbaycan Respublikası CPM-nin 39.1.12-ci maddәsinә әsasәn xitam verilmәli vә o, cinayәt mәsuliyyәtindәn azad edilmәlidir.” cümlәsi “...himayәsindә 05.05.2021-ci il tәvәllüdlü X2 vә 06.10.2022-ci il tәvәllüdlü X1 adlı iki azyaşlı övladının olması nәzәrә alınaraq, “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi ilә bağlı Azәrbaycan Respublikası Milli Mәclisinin 19 dekabr 2025-ci il tarixli qәrarının 1.16 vә 5.1-ci bәndlәrinә әsasәn Mәhkum CM-in 234.1-ci maddәsi ilә tәqsirli bilindiyi ittiham üzrә cinayәt tәqibinә xitam verilmәli vә o, hәbsdәn azad edilmәlidir.” kimi vә nәticә hissәsindә “Mәhkum barәsindә “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin 19 dekabr 2025-ci il tarixli qәrarının 2.3-cü bәndi tәtbiq edilәrәk onun Azәrbaycan Respublikası CM-nin 234.1-ci maddәsi ilә tәqsirlәndirilmәsinә dair cinayәt işi üzrә icraata Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 39.1.12-ci maddәsinә әsasәn xitam verilsin vә o, cinayәt mәsuliyyәtindәn azad edilsin.” cümlәsi ““Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi ilә bağlı Azәrbaycan Respublikası Milli Mәclisinin 19 dekabr 2025-ci il tarixli qәrarının 1.16 vә 5.1-ci bәndlәrinә әsasәn Mәhkum CMin 234.1-ci maddәsi ilә tәqsirli bilindiyi ittiham üzrә cinayәt tәqibinә xitam verilsin.” kimi oxunması qәrara alınmışdır. Işin halları: Mәhkәmәnin hökmünә әsasәn Mәhkum ona görә mәhkum edilmişdir ki, o, satış mәqsәdi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitә olan heroini әldә etmiş, saxlamış vә daşımışdır. Belә ki, o, istintaqa mәlum olmayan vaxtda vә mәnbәdәn satış mәqsәdi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 1 әdәd şәffaf rәngli sellofan bükümdә, tәmiz çәkisi 1,147 qram olan kustar üsulla hazırlanmış narkotik vasitә olan heroini әldә edib daşıyaraq üzәrindә saxlamış, 28 may 2025-ci il tarixdә, saat 02:20-dә Sumqayıt ŞPI-nin CAŞ-nın әmәkdaşları tәrәfindәn Sumqayıt şәhәri, Sahil küçәsindә yerlәşәn “Ibiza” restoranının yaxınlığında saxlanılıb orada üzәrinә keçirilmiş baxış zamanı әynindә olan boz rәngli cins şalvarının sağ yan cibindәn 1 әdәd şәffaf rәngli sellofan bükümdә, tәmiz çәkisi 1,147 qram olan narkotik vasitә heroin aşkar edilәrәk götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Mәhkәmәsinin 1(105)-801/2025 nömrәli 25 dekabr 2025-ci il tarixli vә 8 yanvar 2026-cı il tarixli qәrarlarının lәğv edilmәsi vә işin yeni apellyasiya baxışına qaytarılması xahiş olunur. Kassasiya protestindә qeyd edilmişdir ki, Cinayәt-Prosessual Mәcәllәsinin 43.3-cü maddәsinә әsasәn mәhkәmә baxışının gedişindә tәqsirlәndirilәn şәxsә qarşı cinayәt tәqibinә, hәmçinin bu Mәcәllәnin 39.1.3, 39.1.12 vә 40.2-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda müdafiә tәrәfinin razılığı ilә xitam verilmәsi barәdә mәhkәmә qәrar çıxarmağa haqlıdır. Cinayәt- Prosessual Mәcәllәnin 44.2.2-ci maddәsinә әsasәn, bәraәt hökmü vә ya cinayәt tәqibinә xitam verilmәsi barәdә qәrar çıxarılması üçün müvafiq olaraq bu Mәcәllәnin 42 vә 43-cü maddәlәrindә göstәrilәn әsaslar mövcud olmadıqda, mәhkәmә bu Mәcәllәnin 39.1.12-ci maddәsindә nәzәrdә tutulmuş halda tәqsirlәndirilәn şәxsә tәyin edilmiş cәzadan onu azad etmәklә ittiham hökmü çıxarır. "Konstitusiya vә Suverenlik Ili" münasibәtilә amnistiya elan edilmәsi haqqında" Azәrbaycan Respublikası Milli Mәclisinin 19 dekabr 2025-ci il tarixli Qәrarının 1-ci bәndinin dispozisiyasınada qeyd edilmişdir ki, tәyin edilmiş cәzanın müddәtindәn asılı olmayaraq, hәmin bәndin yarımbәndindә qeyd olunan mәhkumlar müәyyәn müddәtә azadlıqdan mәhrum etmә cәzasından azad edilsinlәr (qәrarın 6-cı vә 7-ci hissәlәrindә qeyd edilәn mәhdudiyyәtlәr nәzәrә alınmaqla). Eyni zamanda hәmin Qәrarın 1.16-cı bәndndә qeyd edilmişdir ki, öhdәsindә (himayәsindә) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görә әlilliyi müәyyәn edilmiş övladı olan şәxslәr, o cümlәdәn bu qәrar qüvvәyә mindiyi günәdәk atalığı, övladlığa götürmәsi, qәyyumluğu vә himayәçiliyi qanunvericilikdә nәzәrdә tutulmuş qaydada müәyyәn olunmuş şәxslәr tәyin edilmiş cәzanın müddәtindәn asılı olmayaraq, müәyyәn müddәtә azadlıqdan mәhrum etmә cәzasından azad edilsinlәr. Hәmin Qәrarın 5.2.1-ci bәndinә әsasәn bu Qәrar qüvvәyә mindiyi günәdәk çıxarılaraq amnistiyanın tәtbiq edildiyi günәdәk apellyasiya qaydasında mübahisәlәndirilmәyәn qanuni qüvvәyә minmәmiş hökmlәr üzrә bu qәrarın 1.1-1.16-cı bәndlәrindә nәzәrdә tutulan şәxslәr tәyin edilmiş cәzadan azad edirlәr. Hәmin Qәrarın 24-cü bәndinә әsasәn, birinci instansiya mәhkәmәlәrinin icraatında olan, bu qәrar qüvvәyә mindiyi günәdәk baxılmamış cinayәt işlәri vә mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materialları üzrә amnistiyanın tәtbiqi mәsәlәlәrinә baxılarkәn cinayәt tәqibinә xitam verilmәsinә müdafiә tәrәfinin razılığı olduqda Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 43.3-cü maddәsinә әsasәn cinayәt tәqibinә xitam verilmәsi haqqında qәrar qәbul edilir, amnistiya tәtbiq edilmәklә cinayәt tәqibinә xitam verilmәsinә müdafiә tәrәfinin razılığı olmadıqda Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 44.2-ci maddәsinә әsasәn şәxsә tәyin edilmiş cәzadan onu azad etmәklә ittiham hökmü çıxarılır. Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyası yekun qәrar qәbul edәrkәn amnistiya aktının tәtbiqi üzrә müvafiq qanunvericiliyin tәlәblәrinә riayәt etmәdәn amnistiyanın tәtbiqindә sәhvә yol verib, Mәhkum barәsindә yuxarıda qeyd edilәn Qәrarın 1.16-cı bәndini tәtbiq edәrkәn mәhkәmә hökmünü dәyişdirәrәk onu cәzadan azad etmәk әvәzinә, hökmü lәğv edәrәk әsassız olaraq onu cinayәt mәsuliyyәtindәn azad etmiş, onun barәsindә olan cinayәt tәqibinә xitam vermişdir. Halbuki, qeyd olunan qәrarın 5.2.1-ci bәndinә әsasәn mәhkәmәlәr bu qәrarın 1.1-1.16-cı bәndlәrindә nәzәrdә tutulan şәxslәri cәzadan azad edirlәr. Belәliklә, mәhkәmә qәrarın 1.16-cı bәndini tәtbiq edәrkәn Mәhkum cәzadan azad etmәli idi, onu cinayәt mәsuliyyәtindәn azad etmәli deyildi. Hüquqi məsələlər: Mәhkәmә kollegiyası kassasiya protestinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, verilmiş kassasiya protestinin tәmin edilmәsi barәdә dövlәt ittihamçısı R.Mәmmәdlinin çıxışını dinlәyәrәk hesab edir ki, aşağıdakılara әsasәn kassasiya protesti tәmin edilmәli, apellyasiya instansiyası mәhkәmәsinin qәrarları lәğv edilmәli, iş üzrә yeni apellyasiya baxışı tәyin edilmәlidir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.1-ci maddәsinә görә kassasiya instansiyası mәhkәmәsi kassasiya şikayәtinә vә ya kassasiya protestinә mahiyyәti üzrә baxaraq müraciәtin dәlillәrindәn asılı olmayaraq yalnız hüquqi mәsәlәlәr üzrә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası mәhkәmәsi, kassasiya şikayәtinin vә ya kassasiya protestinin baxışının nәticәlәri buna әsas verәrsә, barәsindә kassasiya müraciәti olmayan mәhkum edilmiş şәxslәrin dә xeyrinә yekun qәrar qәbul edir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419-cu maddәsinә әsasәn kassasiya instansiyası mәhkәmәsi kassasiya şikayәti vә ya kassasiya protestinә mahiyyәti üzrә baxaraq müraciәtin dәlillәrindәn asılı olmayaraq yalnız hüquq mәsәlәlәri üzrә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiqinin düzgünlüyünü yoxlayır. Faktları araşdırmaq vә müәyyәn etmәk funksiyaları üzәrilәrinә qoyulmuş birinci vә apellyasiya instansiyası mәhkәmәlәri isә tәqdim olunan sübutları araşdırmaqla belә nәticәyә gәlmişlәr ki, Mәhkum mәhkәmә qәrarlarında tәsvir edilәn cinayәt hadisәsini törәtmişdir. Bu zaman mәhkәmәlәr iş üzrә şahidlәrin ifadәlәrinә, ekspert rәylәrinә, habelә toplanmış digәr sübutlara istinad etmişlәr. Cinayәt-prosessual qanunvericiliyinә uyğun surәtdә әldә edilmiş hәmin sübutların qanuniliyinin vә mötәbәrliyinin şübhә altına alınması üçün heç bir qanuni әsas yoxdur. Qeyd olunan maddәdәn dә göründüyü kimi, sübutların mahiyyәti üzrә araşdırılması, mötәbәrliliyi, kifayәtliliyi, cinayәt faktının müәyyәn edilmәsi kimi mәsәlәlәrin hәlli qanunla kassasiya instansiyası mәhkәmәsinin deyil, birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin sәlahiyyәtinә aid edilmişdir. Bundan başqa, göstәrilәn normanın tәlәblәrinә görә, kassasiya instansiyası mәhkәmәsi birinci vә apellyasiya instansiyaları mәhkәmәlәrindәn fәrqli olaraq, hәr hansı bir faktın baş veribvermәmәsini müәyyәn etmir vә yalnız hәmin mәhkәmәlәr tәrәfindәn müәyyәn edilmiş hallara әsasәn cinayәt vә cinayәt-prosessual qanunları normalarının düzgün tәtbiq edilib-edilmәmәsi mәsәlәlәrinә öz münasibәtini bildirir. Kassasiya protestindә iş üzrә yeni apellyasiya baxışının tәyin edilmәsi xahiş olunur. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 234.1-ci maddәsindә “satış mәqsәdi olmadan qanunsuz olaraq narkotik vasitәlәri vә ya psixotrop maddәlәri xeyli miqdarda әldә etmә, saxlama, hazırlama, emal etmә, daşıma”ya görә mәsuliyyәt nәzәrdә tutulur vә bu әmәl bir ildәn üç ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya üç ilәdәk müddәtә azadlıqdan mәhrum etmә ilә cәzalandırılır. Kassasiya kollegiyası kassasiya protestinin dәlillәri ilә razılaşır vә qeyd edir ki, protest tәmin edilmәli vә iş üzrә yeni apellyasiya baxışı tәyin edilmәlidir. Belә ki, apellyasiya mәhkәmәsi 25 dekabr 2025-ci il tarixli qәrarını belә әsaslandırmışdır ki, Mәhkum ona elan edilmiş ittihamda özünü tәqsirli bilmişdir. Onun әmәli sәmimi etirafından başqa, iş üzrә dindirilmiş şahidlәrin ifadәlәri, elәcә dә, birinci instansiya mәhkәmәsindә tәdqiq olunmuş digәr mötәbәr sübutlarda da öz әksini tapmış vә bu hissә üzrә hökmün әsaslılığı apellyasiya şikayәtindә mübahisәlәndirilmir. Apellyasiya baxışı zamanı tәqsirlәndirilәn şәxs vә onun müdafiәçisi şifahi müraciәt edәrәk tәqsirlәndirilәn şәxs Mәhkum barәsindә “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin 19 dekabr 2025-ci il tarixli qәrarının tәtbiq edilmәsini, cinәyәt tәqibinә xitam verilmәsini xahiş etmişdir. Hәmçinin apellyasiya mәhkәmәsi öz qәrarında qeyd etmişdir ki, “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin 19 dekabr 2025-ci il tarixli Qәrarının 9.1-ci bәndindә göstәrilir ki, mәhkәmәlәr bu Qәrarın 2-ci hissәsindә nәzәrdә tutulan şәxslәri tәyin edilmiş cәzadan azad edirlәr. Hәmin qәrarla da Mәhkum barәsindә “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin 19 dekabr 2025-ci il tarixli qәrarının 2.3-cü bәndi tәtbiq edilәrәk onun Azәrbaycan Respublikası CM-nin 234.1-ci maddәsi ilә tәqsirlәndirilmәsinә dair cinayәt işi üzrә icraata Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 39.1.12-ci maddәsinә әsasәn xitam verilmiş vә o, cinayәt mәsuliyyәtindәn azad edilmişdir. Apellyasiya mәhkәmәsi 8 yanvar 2026-cı il tarixli yekun qәrarında yol verilmiş anlaşılmazlığın aradan qaldırılması mәsәlәsi barәdә qeyd etmişdir ki, “...barәsindә “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin 19 dekabr 2025-ci il tarixli qәrarının 2.3 vә 5.2.2-ci bәndlәri tәtbiq edilәrәk, onun Azәrbaycan Respublikası CM-in 234.1-ci maddәsi ilә tәqsirlәndirilmәsinә dair cinayәt işi üzrә icraata Azәrbaycan Respublikası CPM-nin 39.1.12-ci maddәsinә әsasәn xitam verilmәli vә o, cinayәt mәsuliyyәtindәn azad edilmәlidir.” cümlәsi “...himayәsindә 05.05.2021-ci il tәvәllüdlü X2 vә 06.10.2022-ci il tәvәllüdlü X1 adlı iki azyaşlı övladının olması nәzәrә alınaraq, “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi ilә bağlı Azәrbaycan Respublikası Milli Mәclisinin 19 dekabr 2025-ci il tarixli qәrarının 1.16 vә 5.1-ci bәndlәrinә әsasәn Mәhkum CM-in 234.1-ci maddәsi ilә tәqsirli bilindiyi ittiham üzrә cinayәt tәqibinә xitam verilmәli vә o, hәbsdәn azad edilmәlidir.” kimi vә nәticә hissәsindә “Mәhkum barәsindә “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin 19 dekabr 2025-ci il tarixli qәrarının 2.3-cü bәndi tәtbiq edilәrәk onun Azәrbaycan Respublikası CM-nin 234.1-ci maddәsi ilә tәqsirlәndirilmәsinә dair cinayәt işi üzrә icraata Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 39.1.12-ci maddәsinә әsasәn xitam verilsin vә o, cinayәt mәsuliyyәtindәn azad edilsin.” cümlәsi “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi ilә bağlı Azәrbaycan Respublikası Milli Mәclisinin 19 dekabr 2025-ci il tarixli qәrarının 1.16 vә 5.1-ci bәndlәrinә әsasәn Mәhkum CM-in 234.1-ci maddәsi ilә tәqsirli bilindiyi ittiham üzrә cinayәt tәqibinә xitam verilsin.” kimi oxunması qәrara alınmışdır. Kassasiya kollegiyası kassasiya protestinin dәlillәri ilә razılaşır vә qeyd edir ki, “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin 19 dekabr 2025-ci il qәrarının 1.16-cı bәndindә göstәrilmişdir ki, öhdәsindә (himayәsindә) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görә әlilliyi müәyyәn edilmiş övladı olan şәxslәr, o cümlәdәn bu qәrar qüvvәyә mindiyi günәdәk atalığı, övladlığa götürmәsi, qәyyumluğu vә himayәçiliyi qanunvericilikdә nәzәrdә tutulmuş qaydada müәyyәn olunmuş şәxslәr tәyin edilmiş cәzanın müddәtindәn asılı olmayaraq müәyyәn müddәtә azadlıqdan mәhrum etmә cәzasından azad edilirlәr (bu qәrarın 6-cı vә 7-ci hissәlәrindә qeyd edilәn mәhdudiyyәtlәr nәzәrә alınmaqla). Amnistya aktının 5.1-ci bәndinә әsasәn mәhkәmәlәr icraatında olan bu Qәrar qüvvәyә mindiyi günәdәk baxılmamış cinayәt işlәri vә mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materialları üzrә bu Qәrarın 1.1-1.16-cı bәndlәrindә nәzәrdә tutulan şәxslәr, habelә böyük ictimai tәhlükә törәtmәyәn cinayәt törәtmiş şәxslәr barәsindә cinayәt tәqibinә xitam verir vә ya hәmin şәxslәri tәyin edilmiş cәzadan azad etmәklә ittiham hökmü çıxarırlar. Hәmin qәrarın 5.3-cü bәndinә әsasәn icraatlarında olan apellyasiya vә ya kassasiya şikayәtlәri (protestlәri) üzrә işlәrә baxarkәn mәhkәmәlәr bu Qәrarın 5.1-ci vә 5.2-ci bәndlәrinin müddәalarına müvafiq olaraq amnistiya tәtbiq edirlәr. Apellyasiya mәhkәmәsi amnistya aktını tәtbiq edәrәk icraata xitam verәrkәn iş üzrә artıq ittiham hökmünün qәbul edildiyinә diqqәt yetirmәmişdir. Hazırki amnistiya aktının tәlәblәrinә görә, bu mәrhәlәdә artıq iş üzrә icraata amnistya aktının tәtbiq edilmәsi ilә xitam verilmәsi yol verilmәzdir, apellyasiya instansiyası mәhkәmәsi Mәhkum barәsindә amnistya aktını tәtbiq edәrәk onu cәzadan azad etmәli idi. Göründüyü kimi apellyasiya instansiyası mәhkәmәsi Mәhkum barәsindә cinayәt tәqibinә xitam verәrkәn yanlışlığa yol vermişdir. Apellyasiya mәhkәmәsi qәrarında etdiyi yanlışlığı anlaşılmazlığın aradan qaldırılması barәdә qәrarında da aradan qaldıra bilmәmişdir. Belәliklә, mәhkәmә kollegiyası kassasiya protestinin dәlillәrini әsaslı sayaraq belә nәticәyә gәlir ki, yuxarıda şәrh edilәn әsaslara görә kassasiya protesti tәmin edilmәli, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının 25 dekabr 2025-ci il tarixli vә 8 yanvar 2026cı il tarixli qәrarları lәğv edilmәli vә cinayәt işi üzrә yeni apellyasiya baxışı tәyin edilmәlidir. Yuxarıda qeyd edilәnlәrә әsaslanaraq vә Azәrbaycan Respublikası CPM-in 419.10.2- ci maddәsini rәhbәr tutaraq, mәhkәmә kollegiyası Qərara alır: Dövlәt ittihamçısı tәrәfindәn verilmiş kassasiya protesti tәmin edilsin. Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt kollegiyasının Mәhkum barәsindә 25 dekabr 2025-ci il tarixli vә yekun qәrarında yol verilmiş anlaşılmazlığın aradan qaldırılması barәdә 8 yanvar 2026-cı il tarixli qәrarları lәğv edilsin, cinayәt işi yeni apellyasiya baxışına tәyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar