Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-349/2026 20.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Allahverdili Nuranə Həmzə qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs2 Elyas oğlu, zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs4, Məhkum Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs2 Elyas oğlu, zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs4 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları
1. Məhkum Məhkum ## #### 1972-ci ildə Tərtər rayonu, Qaynaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs2 Eylas oğluna 2022-ci ilin iyul ayınında ünvan 2 ünvanın qarşısında yerləşən özünə məxsus olmayan 45 kv.m torpaq sahəsini satacağına dair yalan vəd verib aldadaraq 10.000 manat pulunu Abşeron rayonu Xırdalan şəhəri, X4ndə alıb ələ keçirərək zərərçəkmiş zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
3. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs6 evinə və obyektinə Daşınmaz Əmlakın Dövlət Reyevst Xidmətindən çıxarış alacağına dair yalan vəd verib aldadaraq ## ###### 2022-ci ildə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşadığı evdə 9300 manat, ## ###### 2022-ci il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşadığı evdə 8500 manat və 2022-ci ilin noyabr ayının sonlarında Abşeron rayonu,Aşağı Güzdək qəsəbəsində yaşadığı evin qarşısında 300 manat, vahid niyyətlə cəmi 18100 manat pulu alıb ələ keçirərək zərərçəkmiş zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
4. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs4 iki mərtəbəli yaşayış evi tikib tam təmirli şəkildə təhvil verəcəyinə dair yalan vəd verib aldadaraq ## ###### 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, X4ndə 30000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
5. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs1 qzının 2023-cü ilin mart ayında özünə məxsus olmayan Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən 2 otaqlı mənzili satacağına dair yalan vəd verib aldadaraq 35500 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
6. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs3 ev tikib sonra pulunu qaytaracağına dair yalan vəd verib aldadaraq ## ##### 2024-cü il tarixdən ## ##### 2024cü il tarixədək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri, X4ndə 7570 manat pulunu və 2000 manat dəyərində müxtəlif tikinti materiallarını alıb vahid niyyətlə cəmi 9570 manat pulu ələ keçirərək zərərçəkmiş zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
7. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Abşeron rayonu Xırdalan şəhəri, Yoncalıq yaşayış massivində yerləşən başqa şəxsə məxsus fərdi yaşayış evini zərərçəkmiş şəxs5 göstərib həmin evi sonuncuya satacağına dair yalan vəd verib aldadaraq ##.##.2024-cü il tarixdə ünvan 1 ünvanında zərərçəkmiş şəxs5 25500 manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
8. Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (sədrlik edən hakim Qasımov Abusət Sahib oğlu) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin ## ###### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddianın baxılmamış saxlanılması, Məhkum – zərərçəkmiş şəxs2 Eylas oğlunun xeyrinə 9000 manat, zərərçəkmiş şəxs1 – 35500 manat, zərərçəkmiş şəxs4- 13000, zərərçəkmiş şəxs3 – 9570 manat, zərərçəkmiş şəxs5 – 25500 manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi hökm edilmişdir.
9. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs2 Elyas oğlu, zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs4 tərəfindən birgə apellyasiya şikayəti verilmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə (hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinin təmin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünün təqsirləndirilən şəxsə cəza təyini hissəsində dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 4 (dörd) il 3 (üç) ay müddətinədək artırılması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs2 Elyas oğlu, zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs4 tərəfindən birgə kassasiya şikayəti, məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir.
II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
12. Məhkum Məhkum kassasiya şikayətinin dəlilləri qismində barəsində olan yüngülləşdirici halları (zərərçəkmiş şəxs olan zərərçəkmiş şəxs1 olan borcu ödəməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmaması, əməlindən peşman olması) sadalayaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
13. Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs2 Elyas oğlu, zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs4 birgə verdikləri kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eyni olmuş, onları təkrarlamaqla, eyni zamanda bir sıra qanunvericilik aktlarına istinadlar etməklə, cinayət nəticəsində vurduğu ziyana görə heç bir ödəmə etməyən, barışıq üçün cəhd göstərməyən məhkum Məhkum təyin edilmiş cəza hissəsində düzgün araşdırma aparılmaması, təyin edilən hazırkı cəzanın yüngül olması qeyd edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının dəyişdirilərək, ona daha ağır cəza təyin edilməsini xahiş etmişlər.
14. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.
15. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir.
III.Proses iştirakçılarının çıxışları:
16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Məhkum özü tərəfindən vermiş olduğu kassasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini, eyni zamanda zərərçəkmiş şəxslər tərəfindən birgə verilmiş kassasiya şikayətinin dəlillərinə isə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs2 Elyas oğlu, zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs4 hər biri ayrı-ayrılıqda birgə vermiş olduqları kassasiya şikayətinin dəlillərini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər, həmçinin məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər.
18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasında təmin edilməməsini xahiş etdi, zərərçəkmiş şəxslər tərəfindən birgə verilmiş kassasiya şikayətinin dəlillərinə münasibət bildirməyi isə məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.
IV. Hüquqi məsələlər
19. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in) 419-cu maddəsi müəyyən edir.
20. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
21. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
22. Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsinə istinad etməyib, bu maddənin təsbit etdiyi əsaslardan hər hansı birini konkretliklə göstərmədən ona təyin edilmiş cəzanın ağır olmasına dair məsələləri tənzimləyən hüquqi normaların tətbiqi üzrə məhkəmələrin mövqeyini mübahisələndirmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələb irəli sürmüşdür.
23. Həmçinin, zərərçəkmiş şəxslər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsinə istinad etməyib, bu maddənin təsbit etdiyi əsaslardan hər hansı birini konkretliklə göstərmədən məhkuma təyin edilmiş cəzanın yüngül olmasına dair məsələləri tənzimləyən hüquqi normaların tətbiqi üzrə məhkəmələrin mövqeyini mübahisələndirmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələb irəli sürmüşdür.
24. Məhkəmə kollegiyası ittiham və müdafiə tərəfinin apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya instansiyası məhkəməsində mübahisələndirərkən bu cür qərarların kassasiya qaydasında ləğv edilməsi (dəyişdirilməsi) əsaslarına konkretliklə müraciət etməmələrini onların mövqelərinin kifayət qədər əsaslandırılmadığını göstərən hal kimi qiymətləndirərək, həmin şikayətləri həmçinin CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
25. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
26. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
27. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
28. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
29. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
30. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
31. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
32. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən məhkumun və zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum münasibətdə həddindən artıq yüngül və ya ağır, ədalətsiz cəzanın təyin edilməsi haqqında iddianın əsassız olduğu müəyyən edilir.
33. Göründüyü kimi, Məhkum barəsində birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş zərərçəkmiş şəxslərin apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının ağırlaşdırılmasına dair apellyasiya şikayətində irəli sürülmüş daha ağır cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşaraq, Məhkum CMin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının dəyişdirilməsi qənaətinə gəlmiş, ona 4 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab etmişdir.
34. Bundan başqa apellyasiya məhkəməsi zərərçəkmiş şəxslərin apellyasiya şikayətinin dəlilləri ilə razılaşıb məhkumun cəzasını ağırlaşdırarkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin olunmuş cəza sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə, həm məhkum, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına, eləcə də zərərçəkmiş şəxslərin hüquqlarının bərpasına xidmət etməsini istisna edir. Məhkum cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması istiqamətində nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya baxışında hər hansı bir cəhd etməmiş, etmiş olduğu əməllərdən apellyasiya icraatı zamanı da ifadə verərkən peşman olmadığını, apellyasiya şikayəti vermiş zərərçəkmiş şəxslərdən yalnız bir nəfərə borcunun olmasını bildirərək istintaq orqanı tərəfindən verilmiş ittihamı qəbul etməmişdir.
35. Bu səbəbdən də apellyasiya məhkəməsi Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan 4 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və əsaslı olmaqla cəzanın məqsədlərini təmin etmək mümkündür.
36. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətlərində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini və ağırlaşdırılmasını mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
37. Məhkəmə kollegiyası ittiham və müdafiə tərəfinin kassasiya şikayətlərində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
38. Qeyd olunanlar ittiham və müdafiə tərəfinin kassasiya müraciətlərinə baxılması nəticəsində bu şikayətlərlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
38. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının, zərərçəkmiş şəxslərin və məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs2 Elyas oğlu, zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs4 tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə və məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs2 Elyas oğlu, zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs4 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.