Məhkəmə qərarları › İş №1(1-8)-35/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-35/2026

26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-35/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun və məhkum olunmuş şəxs Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ######## 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmü ilə (hakimlər Qurbanova Aygün Arzu qızı (sədrlik edən və məruzəçi), X1 və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə) Məhkum, ## #### 1984-cü ildə Imişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmamış uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər Suraxanı Rayon Məhkəməsinin ## ###### 2013-cü il tarixli hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## ######## 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, Imişli Rayon Məhkəməsinin # #### 2020-ci il tarixli hökmü ilə CMin 221.3-cü maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq 1 (bir) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-in 70-ci maddəsinə əsasən həmin cəza 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Imişli Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli qərarı ilə barəsində tətbiq edilmiş şərti məhkum etmə ləğv edilərək üzərində saxlanılmış 1 (bir) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilmiş, Xəzər Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məcləsinin # ###### 2021ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək cəzası 6 (altı) ay azaldılmış, ## ###### 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Işin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 5,538 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, ## ####### 2023-cii il tarixdə saat 22:10 dəqiqədə Bakı şəhəri Suraxanı RPI-nin 32-ci PBnin əməkdaşları tərəfindən tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən * nömrəli evin qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı RPI-nin 32-ci PB-nin inzibati binasına gətirilmiş, orada Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tündboz rəngli cins şalvarının sol yan cibində saxladığı sellofana bükülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,538 qram olan kustar üsulla hazırlanmış ağ rəngli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmündən məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ibrahimov Zamin Vəliyəddin oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə) # ######## 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ######## 2025-ci il tarixli qərarından məhkum Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələinə, barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən məhkum Məhkum həmin şikayətini belə əsaslandırmışdır ki, o, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, belə vasitələrdən və maddələrdən istifadə etməmiş və ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsə də tam əsassız olaraq, polis əməkdaşlarının uydurmalarına əsasən cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuşdur. Onun narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olmaması məhkəmə-narkoloji ekspertizasının rəyi ilə də təsdiq edilmiş, ilkin və ibtidai araşdırma zamanı sübutların toplanılması zamanı bir çox prosessual pozuntulara, o cümlədən müdafiə hüququnun pozulmasına yol verilmiş, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməsi, bunun nəticəsində müxtəlif xəsarətlər alması, bu səbəbdən də ibtidai araşdırma zamanı məcbur olaraq etirafedici ifadələr verməsi iş üzrə toplanmış sübutlarla təsdiq edilmiş, lakin Suraxanı rayon prokurorluğunun ## ### 2024-cü il tarixli qərarı ilə qanunsuz olaraq bu faktlar üzrə cinayət işinin başlanması rədd edilmiş, işə mahiyyəti üzrə baxan məhkəmələr isə lazımi araşdırma aparmadan, onun məhkəmə iclasında verdiyi vəsatətləri əsassız olaraq təmin etməyərək, ibtidai araşdırma orqanı tərəfindən tərtib edilmiş ittiham aktını qəbul etdikləri yekun məhkəmə aktlarına köçürməklə kifayətlənmiş, bu aktlarda əsaslandıqları sübutları isə qanuna müvafiq qaydada biri-biri ilə müqayisəli şəkildə təhlil etməyib onlara lazımi qiymət verməmiş, bununla da bir sıra prosessual hüquq normalarının tələblərinin pozulmasına yol vermişlər. Ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihamın əsassız olmasını təsdiq edən hallardan biri isə odur ki, həmin ittihamda onun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən * nömrəli evin qarşısında saxlanılması göstərilsə də, toplanmış sübutlarla müəyyən edilir ki, göstərilən küçədə ümumiyyətlə * nömrəli ev yoxdur və həmin küçədə evlərin nömrələnməsi “12”-dən başlayır, o, isə polis əməkdaşları tərəfindən küçədə deyil, yaşadığı evində saxlanılaraq ona qarşı zor tətbiq edilməklə polis şöbəsinə aparılmış, orada isə sonuncular özləri onun üzərinə ittihamda göstərilən psixotrop maddəni qoyaraq həmin maddənin ona məxsus olması barədə izahat və ifadələr verməyə məcbur etmişlər. Şərh olunan dəlillərə əsaslanaraq məhkum olunmuş şəxs Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkum Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, onun CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə nətiəcəyə gələn məhkəmələr iş üçün əhəmiyyət kəsb edən sübutları tam, hərtərəfli və obyektiv olaraq araşdırmayaraq həmin sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə o, elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi halda qanunsuz və əsassız olaraq məhkum edilmiş, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması barədə tələbini CPM-in 416.1.2, 416.1.3 və 416.1.11ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası məhkum Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə onun həmin şikayətində irəli sürdüyü dəlillərini cinayət işinin materialları və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, əvvəlki qərarlarında qeyd etdiyi kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırkı iş üzrə Məhkum tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ######## 2025-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-IV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət mühakimə icraatının prinsipləri sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən isə məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qəraralrında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ## ###### 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən suiistifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo Ispaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, ***-IQ nömrəli Qanunun (“Əməliyyat-axtarış fəaliyyəti” haqqında ## ####### 1999-cu il tarixli Qanun) 15-ci maddəsi əməliyyat-axtarış tədbiri keçirilməli olduqda həmin Qanunun 11-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş qərarlar, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin qərarı əsasında əməliyyat-qeydiyyat işinin başlanılmasını, bu işin əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmasını, əməliyyat-axtarış tədbirlərinin nəticələrinin əməliyyat-qeydiyyat işində əks etdirilməli və sistemləşdirilməli olduğunu təsbit etsə də, bu maddə, eləcə də ***-IQ nömrəli Qanunun əməliyyat-axtarış tədbirlərinin nəticələrinin istifadə edilməsinə həsr olunmuş 16-cı maddəsi və yaxud digər norması əməliyyat-axtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların hansı formada rəsmiləşdirilə (hansı forma və məzmunda olan sənədlərdə əks etdirilə) biləcəyini tənzimləmir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilmə Məhkəmə kollegiyası bu izah və tövsiyələrdən çıxış edərək vurğulamağı lazım bilir ki, istər təsvir edilən Qərarda, isətərsə də hazırki iş üzrə cinayət təqibi aparılan dövrün bir hissəsində qüvvədə olmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" # #### 2011-ci il tarixli Qərarında da şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin, onların prekursorlarının, habelə bunlara aid olmayan güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, bir sıra istintaq hərəkətlərinin (məsələn şəxsi axtarışın və götürmənin) aparılmasına, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş qərarların qanuniliyinin və əsaslığının məhkəmə nəzarəti qaydasında yoxlanılmasına və cinayət işlərinnin ibtidai araşdırması və məhkəmələrdə baxılması zamanı bir çox məsələlərin qanuna müvafiq qaydada həll edilməsinə dair digər izah və tövsiyələr də verilmişdir ki, hazırki işin təhlili iş üzrə ilkin və ibtidai araşdırmalar zamanı bu izah və tövsiyələrə də əməl olunmamasını, sübutların isə qanun pozuntuları ilə toplanmasını göstərir. Məsələn, # #### 2011-ci il tarixli Qərarın 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Həmçinin həm # #### 2011-ci il tarixli, həm də ## #### 2024-cü il tarixli Plenum Qərarlarında əksini tapmış izah və tövsiəyələrin (bu izah və tövsiyələr cinayət-prosessual qanunvericiyliyinin tələblərindən irəli gəlir) ziddinə olaraq Məhkum üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti onun faktiki tutulduğu yerdə deyil, ilkin sənədlərə görə, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Suraxanı Rayon Polis Idarəsinin 32-ci Polis Bölməsində aparlımşdır ki, məhkəmələr də bu xüsusata, eləcədə Məhkum həqiqətən küçədə saxlanılması halına, habelə ilkin və ibtidai araşdırmalar zamanı aşağıdakı qanun pozuntularına yol verilməsinə diqqət yetirməmişlər. Əvvəla, işin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə həm birinci instansiya məhkəməsinin hökmünü, həm də həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktlarının qeyd olunan prosessual hüquq normalarının tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdikləri halların məhkəmə iclaslarında tədqiq olunmuş sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi, ilkin və ibtidai araşdırmalar zamanı isə Məhkum qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutların əksəriyyətinin qanun pozuntuları ilə əldə edilməsi, Məhkum hələ ibtidai araşdırmanın ilkin mərhələsində barəsində həbs qətimkan tədbiri seçilərkən verdiyi izahatının və məhkəmə iclaslarında verdiyi ifadələrinin yoxlanılmaması, yəni ibtidai araşdırma orqanı ilə yanaşı həm də məhkəmələr tərəfindən həqiqətin müəyyən edilməsi üçün heç bir hərəkət edilməməsi, digər tərəfdən isə onun cinayət məsuliyyətinə cəlb edilməzdən əvvəl şərəf və ləyaqətinin alçaldılmasına yol verilməsi və bir sıra konstitusiyon və konvensiyon hüquqlarının kobud şəkildə pozulması müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin # ######## 2025-ci il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Ilk növbədə məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar araşdırılsa da, apellyasiya instansiyası məhkəməsi özü bu sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək və hökmdən verilmiş apellyasiya şikayətinə əsasən işə əlavə sübutlar tələb edilmədən və məhkəmə istintaqı aparılmadan baxaraq yalnız birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara istinad etməklə, apellyasiya şikayətində irəli sürülmüş dəlilləri isə rədd etməklə kifayətlənmişdir. Məhkəmə kollegiyası isə hesab edir ki, məhəkəməyədək icraat zamanı barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən və Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclasında verdiyi izahatının və ifadələrin fonunda apellyasiya icraatı zamanı Məhkum göstərdiyi halların tam, hərtərəfli və obyektiv yoxlanılması, bunun üçün isə müvafiq araşdırmanın aparılmasına və belə araşdırmanın nəticəsində məhkum olunmuş şəxsin iddialarına əsaslandırılmış və inandırıcı cavabların verilməsinə zərurət yaranmışdır. Məhkəmə kollegiyası bu qənaətini əsaslandırmaqdan ötrü iş üzrə ilkin və ibtidai araşdırma zamanı toplanmış sübutların bir qisminə müraciət etməyi lazım bilir. Belə ki, iş matrielarranı əlavə edilmiş sənədlərdən görünür ki, Suraxanı RPI-nin 32ci PB-nin baş əməliyyat müvəkkili R şahid1 ## ####### 2023-cü il tarixdə xidmət etdiyi Polis Bölməsinin rəisinə raportla müraciət edərək “Rövşən” adlı şəxsin üzərində narkotik vasitə saxlayaraq daşıması barədə əməliyyat məlumatının daxil olmasını bildirərək həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupunun təşkil olunmasını və təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Həmin tarixdə şahid1 təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair 32-ci PB-nin rəisi tərəfindən təsdiq olunmuş qərar qəbu etmiş, həmin qərarda “Rövşən” adlı şəxsin (buna qədər həmin şəxsin Məhkum olması belə müəyyən edilməmişdir) barəsində bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, qərarın surətinin isə - 48 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməsi nəzərdə tutulmuş, eyni zamanda ## ####### 2023-cü il tarixli 3-13-54-3/Ə47/23 ** saylı əmrlə şahid1 və göstərilən Polis Bölməsinin baş əməliyyat müvəkkili R şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən birgə tərtib edilmiş və Suraxanı RPI-nin 32ci PB-nin rəisinə üvanlanmış ## ####### 2023-cü il tarixli digər raportdan görünür ki, həmin tarixdə saat 22:10 radələrində ünvan 1-in qarşısında olacağı, üzərində qanunsuz dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitə və onun prekursorlarının daşıması və saxlanılmasında şübhəli olan, ## #### 1984-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum saxlanılaraq saat 22.:20-də Suraxanı RPI-nin 32ci PB-nə gətirilib Növbətçi Hissəyə təhvil verilmişdir. Göstərilənləri nəzər alaraq raport müəllifləri saxlanılmış şəxsin barəsində qanuni qərar qəbul edilməsinə göstəriş verilməsini xahiş etmişlər. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında ## ####### 2023-cü il tarixli qərarın surətinin 48 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla yanaşı həm də məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməsi də nəzərdə tutulsa da, iş materialarının öyrənilməsi nəticəsində bu haqda müvafiq məktublar həmin materiallarda aşkar edilməmiş, bununla da göstərilən qərarın və onun əsasında keçirilmiş əməliyyataxtarış tədbirlərinin qanuniliyi və əsaslılığı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, ən əsası isə - məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən yoxlanılmayaraq bu xüsusat üzrə heç bir qərar qəbul edilməmiş, işə mahiyəti üzrə baxan məhkəmələr isə bu hala diqqət yetirməyərək ona heç bir qiymət verməmişlər. Halbuki, prosessual hüquq normalarının aşağıdakı tələblərinə, eyni zamanda Azərbaycan Respublikası Konstiusitya Məhkəməsi Plenumunun və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə, eləcə də Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə görə, əməliyyat-aaxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar və onun əsasında keçirilmiş belə tədbirlərinin qanuniliyi və əsaslığı məhkəmə nəzarətiqaydasında yoxlanılmadığı halda belə qərar əsasında əldə edilmiş sübutlar da qanuni yolla əldə edilmiş mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Belə ki, CPM-in 137-ci maddəsinin tələblərinə görə, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 445.2-ci maddəsinə əsasən, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixl Qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarında eyni zamanda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafıq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu öz Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № *****/**, §§ 67-69, ## #### 2019-cu il), “Ibrahimov və Məmmədov Azərbaycana qarşı” (Ibrahimov and Mammadov v. Azerbaijan, №№ *****/** və 5 digəri, § 121, ## ###### 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № *****/**, § 33, # ### 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ *****/** və 1191/08, § 143, ## ####### 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № *****/**, §§ 45-48; ## #### 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № *****/**, § 77, ## ###### 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyatqeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Burada məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zəruri olduqda bu Qanunun 11-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi açılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq şəkildə qeydiyyata alınmalıdır. Əməliyyat-axtarış fəaliyyətinin subyektində məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran, cinayət törətməkdə şübhəli olan və ya itkin düşən şəxslər haqqında eyni hüquqazidd hərəkətlərə görə yalnız bir əməliyyat-qeydiyyat işi aparılmalıdır. Əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks etdirilməli və sistemləşdirilməlidir. Əməliyyat-qeydiyyat işi onu aparan əməliyyat-axtarış fəaliyyətinin subyektində saxlanılır. Ədalət mühakiməsi naminə hallar istisna olunmaqla, cinayətin törədilməsində qanunla müəyyən olunmuş qaydada təqsiri sübuta yetirilməyən şəxs haqqında əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş materiallar bir il müddətində saxlanılır, sonra isə məhv edilir. Iş materiallarından göründüyü kimi, Məhkum həm ibtidi araşdırma zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə Suraxanı Rayon Məhkəməsi tərəfindən baxılarkən verdiyi izahatının, həm də işə mahiyyəti üzrə baxılması zamanı Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrinin (aşağıda təsvir edilmiş) fonunda onun barəsində Suraxanı RPI-nin 32-ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat işinin açılıb-açılmamasının yoxlanılmasının zəruri olmasına baxmayaraq məhkəmələr tərəfindən bu məsələ də aydınlaşdırılmamış, belə iş açılmışdırsa onun tələb edilərək qapalı məhkəmə iclasında tədqiq edilməsi təmin olunmamışdır ki, bu da, məhkəmsə kollegiyasının qənaətinə görə, iş üzrə natamam araşdırmanın aparılmasına dəlalət edir. Bununla yanaşı, işə əlavə edilmiş sənədlərdən görünür ki, Məhkum saxlanılaraq 32-cu Polis Bölməsinə gətirildikdən sonra həmin Bölmənin təhqiqatçısı R X2 tərəfindən ## ####### 2023-cü il tarixdə onun tutulması barədə qərar qəbul edilmiş, bu qərar icra olunmazadan əvvəl isə eyni tarixli protokolla ona müdafiəçi seçmək hüququ izah olunmuş, sonuncu da maddi vəziyyəti ilə əlaqədar dövlət hesabına müdafiəçi ilə təmin olunması barədə ərizə ilə Polis Bölməsinin rəisinə müraciət etmişdir. Bu müraciətə əsasən təhqiqatçı Məhkum Bakı şəhəri, * saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, şübhəli şəxsin isə həmin vəkillərdən hər hansını seçməsi müəyyən edilməsə də, göstərilən vəkil qurumundan müdafiəçinin təyin edilməsi haqqında qərar qəbul edilmiş, Məhkum hüquqlarının müdafiəsi isə Vəkil Bürosundan ayrılmış vəkil X8 həvalə edilərək sonuncu saxlanılmış şəxssə təqdim olunmuşdur. Bundan sonra CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinən Məhkum adı çəkilən müdafiəçinin iştirakı ilə ## ####### 2023-cü il tarixdə saat 23:15-dən 23:30-dək tutulmuş, onun tutulması müddətinin əvvəli isə həmin tarixdə saat 22:10-dan hesablanmışdır. Lakin iş materiallarının təhlili göstərir ki, bundan sonra ## ###### 2024-cü il tarixədək olan müddət ərzində, yəni ibtidai araşdırma başa çatdırılana qədər müdafiəçi A.N.Bunyatov tərəfindən Məhkum hüquqlarının müdafiəsi heç də səmərəli şəkildə həyata keçirilməmiş və adı çəkilən vəkil iş üzrə həqiqətin müəyyən edilməsinə heç bir təşəbbüs göstərməmiş, belə olan halda məhkum olunmuş şəxsin müdafiə hüququnun pozulubpozulmamasına və ona qarşı irəli sürülmüş ittihamın əsasını təşkil etmiş sübutların bu hüquq pozulmaqla əldə edilib-edilməməsinə də işə baxan məhkəmələr heç bir qiymət verməmişlər. Hərçənd, Məhkum müdafiəçinin iştirakı ilə həm üzərində şəxsi axtarış aparılarkən, həm də sonradan verdiyi izahatında və şübhəli və təqsirləndirilən şəxs qismində (müvafiq olaraq 31 oktyabr, 1 noyabr və # ###### 2023-cü il tarixlərdə) dindirilərkən şəxsi axtarış zamanı üzərində olan və təhqiqatçıya təqdim etdiyi bir bükümdə yerləşdirilmiş psixotrop maddə olan metamfetamini ## ####### 2023-cü il tarixdə Qaraçuxur qəsəbəsi, Mədən küçəsində tapdığını və həmin maddəni şəxsi istifadəsi üçün götürərək üzərində saxlamasını göstərsə də, # ###### 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə Suraxanı Rayon Məhkəməsi tərəfindən müdafiəçinin iştirakı ilə baxılarkən bildirmişdir ki, o, ümumiyyətlə narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmir, bu hal ondan götürülmüş qan və sidik analizlərinin tədqiqatı nəticəsində də təsdiq olunmuşdur, belə əşyalarını satışı ilə ümumiyyətlə məşğul olmur, tutulmamışdan əvvəl isə “Bakı Abadlıq” şirkətində 3 nəfər şəxsin “vahabi” olmaları haqqında DIN-nin 102 xidmət mərkəzinə məlumat verdikdən sonra Səbail Rayon Polis Idarəsinin əməkdaşları onunla əlaqə saxlayaraq görüşməyi təklif etmiş, lakin həmin vaxt ad gününün qeyd olunmasında iştirak etdiyi üçün polis əməkdaşları ilə görüşə gedə bilməmiş, məclisdən çıxıb Qaraçuxur qəsəbəsinə, bacısının yaşadığı evə gəldikdən bir qədər sonra isə polis əməkdaşları həmin evə daxil olaraq və qollarına qandal vuraraq ev paltarında 32-ci Polis Bölməsinə aparmış, bu vaxt onun üzərində qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya olmamış, lakin polis əməkdaşları ona qarşı zor tətbiq edib ona bir bükümdə psixotrop maddə verərək həmin maddənin ona məxsus olmasını etiraf etməyi məcbur etmişlər (Suraxanı Rayon Məhkəməsinin # ###### 2023-cü il tarixli qərarı). Oxşar məzmunlu ifadələri Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında da vermiş və eyni zamanda qeyd etmişdir ki, onun ehtimallarına görə narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmuş “Rövşən” adında başqa şəxs olmuş və o, həmin şəxsin əvəzinə saxlanılaraq sonradan əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmçinin Məhkum ## ###### 2024-cü il tarixdə müdafiəçi A.N.Bunyatovla birlikdə cinayət işinin materialları ilə tanış olarkən də ona qarşı irəli sürülmüş ittihamla razı olmadığını bildirmiş, sonuncu da bu zaman eyni mövqedən çıxış etmiş, lakin iş üzrə həqiqətin müəyyən edilməsi istiqamətində heç bir hərəkət etməmiş, ən azından hüquqlarını müdafiə etdiyi şəxsin iddialarının yoxlanılması üçün ibtidai araşdırma orqanı qarşısında onun təkrarən dindirilməsi barədə vəsatətlə həmin orqana müraciət etməyərək faktiki olaraq ibtidai araşdırmanın bütün dövrü ərzində “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə onun üzərinə qoyulmuş vəzifələri səmərəli şəkildə yerinə yetirməmişdir. Ilkin araşdırma zamanı iş üzrə tərtib edilmiş sənədlərə əsaslanaraq, məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bilir ki, Məhkum müdafiə hüququnun pozulması hələ ## ####### 2023-cü il tarixdə onun üzərində şəxsi axtarışın aparılması zamanı da baş vermişdir. Belə ki, Məhkum ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasına daxil olarkən onun bədəni üzərində həmin Təcridxanada müayinə olunmazdan əvvəl 3-5 gün əvvələ (## ####### 2023-cü il tarix də daxil olmaqla) təsadüf edən xəsarətlər – said nahiyyəsinin sıyrıqları aşkar edilmiş (məhkəmə-tibbi ekspertizasının ## ###### 2023-cü il tarixli *** saylı rəyi), lakin müdafiəçi A.N.Bunyatov bütün göstərilənlərlə yanaşı bu halın da hələ ibtidai araşdırma mərhələsində araşdırılmasına təşəbbüs göstərməmiş, işə baxan məhkəmələr isə, baxmayaraq ki bu xüsusat üzrə ## ### 2024-cü il tarixli qərarlar cinayət işinin başlanması rədd edilmişdir, özləri göstərilən halla lazımi araşdırma aparmamış, Məhkum saxlanılmazdan əvvəl bədəni üzərində hər hansı xəsarətin olub-olmamasını aydınlaşdırmamış, digər tərəfdən onun saxlanılması səbəblərinin və şəraitinin verdiyi ifadələrə uyğun olub olmaması üzrə də heç bir araşdırma aparmamış və, yuxarıda qeyd olunduğu kimi, yalnız ibtidai araşdırma orqanının təqdim etdiyi sübutları tədqiq etməklə kifayətlənmişlər. Halbuki Məhkum məhkəmə iclasında verdiyi ifadələrində, ittihamda göstərildiyi kimi, küçədə deyil, yaşadığı evdə saxlanılarkən polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını, bu vaxt üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmadığını, saxlanılması hallarının evinin qarşısında yerləşən marketdə quraşdırılmış videokamera vasitəsilə qeydə alındığını bildirmiş, lakin bu halların heç biri məhkəmələr tərəfindən əsaslı şəkildə araşdırılmamışdır. Məhkəmə kollegiyası həmçinin ona diqqət yetirməyi zəruri bilir ki, Məhkum qarşı CM-in 234.4.3-cü maddəsi ilə, yəni onun satış məqsədilə külli miqdarda – 5,538 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edərək saxlamasına və daşımasına görə ittiham irəli sürülməsinə, iş üzrə toplanmış sübutlarla onun göstərilən məqsəd izləməsinin təsdiq olunmaması əsası ilə birinci instansiya məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmü ilə əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsinə, apellyasiya instansiyası məhkəməsinin bu nəticə ilə razılaşmasına baxmayaraq məhkəmələr nəzərə almamışlar ki, iş üzrə araşdırılmış sübutlarla ( məhkum olunmuş şəxsi ifadələri və məhkəmə-narkoloji ekspertizasının ## ###### 2023-cü il tarixli **** saylı rəyi) Məhkum narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi və buna görə narkomaniya xəstəliyindən əzab çəkməyən şəxs kimi həmin xəstəlikdən məcburi müalicəyə ehtiyacının olmaması müəyyən edilmiş, lakin ibtidai araşdırma orqanı kimi, məhkəmələr də sonuncuya əldə etməsi, saxlaması və daşıması istinad olunan psixotrop maddəni dəqiq olaraq hansı şəraitdə və hansı məqsədlə əldə etməsi hallarının aydınlaşdırılması üçün heç bir araşdırma aparmamış, bununla da məhkəmələrin iş üzrə gəldikləri nəticə yalnız ehtimallara əsaslanmışdır. Ən əsası isə məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Məhkum qarşı irəli sürülmüş və məhkəmələrin də qismən razılaşdıqları ittihamda onun ## ####### 2023-cii il tarixdə saat 22:10 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən * nömrəli evin qarşısında saxlanılması göstərilsə də, həmin vaxt yaşadığı Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ** nömrəli evdə saxlanılmasını iddia edən məhkum olunmuş şəxs məhkəmə iclasında verdiyi ifadələrində həmin küçədə ümumiyyətlə * nömrəli evin olmamasını və orada evlərin “12” rəqəmindən başlayaraq nömrələnməsini göstərmiş, lakin məhkəmələr onun bu ifadələrini yoxlamamış və göstərilən xüsusat üzrə heç bir araşdırma aparmamışlar. Məhkəmə kollegiyası isə bu halın düzgün müəyyən edilməsi də zəruri olmuşdur ona görə ki, prosessual qanunvericiliyin tələblərinə əsasən şəxsə qarşı hər hansı cinayətin törədilməsinə görə ittiham irəli sürülərkən, bu haqda qəbul edilmiş qərarda digər hallarla yanaşı cinayətin törədilməsi şəraiti, o cümlədən yeri, vaxtı və əməlin başa çatma anı dəqiq müəyyən edilərək göstərilməli və bu hallarla bağlı hər hansı ziddiyyətlər olmamalıdır (CPM-in 223-cü maddəsi). Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinin yuxarıda təsivr edilmiş normalarına əsasən məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni və əsaslı olmalıdır. Bu məhkəmə aktları Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir, onların əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır (CPMin 349.3, 349.4 və 349.5-ci maddələri). Lakin hazırki qərarın “Hüquqi məsələlər” hissəsində ətraflı şərh olunanlar məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmazdan əvvəl buna əsas olmuş sübutların qanuni yolla əldə edilib-edilməməsini ətraflı yoxlamadan, iş üçün mühüm əhəmiyyətə malik olan məsələlərə dair sübutların tədqiqindən heç bir əsas olmadan imtina etdiyindən, araşdırılmış sübutları isə CPM-in 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirmədiyindən (müvafiq olaraq CPM-in 416.1.1 və 416.1.2-cı maddələrində nəzərdə tutulmuş pozuntular), digər tərəfdən isə - ilkin və ibtidai araşdırmalar zamanı məhkum olunmuş şəxsin hüqüqlarının, o cümlədən müdafiə hüququnun pozulmasına diqqət yetirmədiyindən, bütün bunlara görə isə əlavə araşdırmaların aparılması zəruri olduğundan, həmin məhkəmənin qəbul etdiyi # ######## 2025-ci il tarixli qərar qüvvədə saxlanıla bilməz və bu qərar ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Məhkəmə kollegiyası sübütlara qanuna müvafiq qaydada qiymət verilməməsinə dair hissədə kassasiya şikayətinin dəlilləri ilə razılaşıb şikayətin bu hissədə təmin edilməsini məqsədə uyğun hesab edərək onu da qeyd edir ki, belə vəziyyətdə, yəni təkrar araşdırmanın aparılması zəruriliyində hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ######## 2025-ci il tarixli qərarının ləğv edilərək Məhkum barəsindəki cinayət işinin icraatına hər hansı bəraətverici əsaslarla xitam verilməsi barədə qərarın qəbul edilməsi (kassasiya şikayətində irəli sürülmüş tələb) mümkün deyil və buna görə bu barədə kassasiya şikayətində irəli sürülmüş tələbi qəbul edilməz sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənləri yuxarıda göstərilən qaydada bir daha təhlil edib kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Məhkum, həmin şikayətin təmin olunmaması haqda isə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə Məhkum CM-in 234.1- 1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ######## 2025-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum olunmuş şəxs Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ######## 2025-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar