Məhkəmə qərarları › İş №1(1-8)-350/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-350/2026

23.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(1-8)-350/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyası hakimlәr Yusifov Şahin Yaşar oğlu (sәdrlik edәn vә mәruzәçi), Novruzov Əlәsgәr Əli Iskәndәr oğlu vә Hüseynov Zaur Nazim oğlundan ibarәt tәrkibdә, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilә, dövlәt ittihamçısı – Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin kassasiya instansiyası mәhkәmәsindә dövlәt ittihamının müdafiәsi vә analitik tәhlil şöbәsinin böyük prokuroru Imranov Hafiz Beykәs oğlunun, zәrәr çәkmiş şәxs vә mülki iddiaçı Zәrәrçәkmiş şәxs vә onun nümayәndәsi Nümayәndә vә mәhkum Mәhkum müdafiәçisi Kәrimova Gülgün Vidadi qızının iştirakları ilә, Masallı Rayon Mәhkәmәsinin # #### 2025-ci il tarixli hökmü ilә Mәhkum Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra mәtndә CM-in) 133.2.6-cı maddәsi ilә tәqsirli bilinәrәk mәhkum olunmasına dair cinayәt işi üzrә Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2026-cı il tarixli qәrarından zәrәr çәkmiş şәxs vә mülki iddiaçı Zәrәrçәkmiş şәxs nümayәndәsi Nümayәndә vә mәhkum Mәhkum müdafiәçisi G.V.Kәrimova tәrәfindәn verilmiş kassasiya şikayәtlәrinә әsasәn işә baxaraq, MÜƏYYƏN E T D İ: Masallı Rayon Mәhkәmәsinin # #### 2025-ci il tarixli hökmü ilә (sәdrlik edәn Zeynalov Zeynal Ağabala oğlu) Məhkum, ## ###### 1981-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 133.2.6-cı maddәsi ilә nәzәrdә tutulan cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinәrәk cәzasını ümumi rejimli cәza çәkmә müәssisәsindә çәkmәklә 2 (iki) il müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmişdir. Hәmin hökmlә hәmçinin zәrәr çәkmiş şәxs vә mülki iddiaçı Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş mülki iddia qismәn tәmin edilәrәk mәnәvi ziyanın vurulmasına görә 1000 (min) manat vә dövlәt rüsumunun ödәnilmәsinә görә 30 (otuz) manat mәblәğindә pulun Mәhkum tutularaq zәrәr çәkmiş şәxs vә mülki iddiaçı Zәrәrçәkmiş şәxs xeyrinә ödәnilmәsi qәrara alınmışdır. Işin halları: Birinci instansiya mәhkәmәsinin hökmünә әsasәn, Mәhkum rәsmi nikahda olduğu arvadı Zәrәrçәkmiş şәxs ailә qurduğu ## ### 2007-ci il tarixdәn birlikdә yaşadığı müddәt әrzindә mütәmadi olaraq döyәrәk sair zorakı hәrәkәtlәr edib Zәrәrçәkmiş şәxs güclü fiziki ağrı vә psixi iztirablarla müşayiәt olunan hәrәkәtlәr etmiş, ## #### 2020-ci il tarixdә birlikdә yaşadıqları ünvan 2 ünvanındakı mәnzildә olduqları zaman Zәrәrçәkmiş şәxs adına olan daşınmaz әmlakları onun adına keçirmәmәsini bәhanә edib azyaşlı övladları şahid4 vә şahid5 gözlәri qarşısında yumruq zәrbәlәri ilә Zәrәrçәkmiş şәxs baş vә alın nahiyәlәrinә qәsdәn bir neçә dәfә vurub sonuncunun bununla fiziki әzab vә psixi iztirab çәkdiyini dәrk edib bunu arzulayaraq ona alın nahiyәsinin әzilmiş yarası ilә nәticәlәnәn dәrәcәsinә görә sağlamlığın qısa müddәtә pozulmasına sәbәb olan yüngül dәrәcәli bәdәn xәsarәti yetirmiş, bununla kifayәtlәnmәyәrәk qanunsuz hәrәkәtlәrini davam etdirib ## ###### 2021-ci il tarixdә saat 13 radәlәrindә ünvan 3 ünvanında yerlәşәn mәnzildә Zәrәrçәkmiş şәxs öz adına olan daşınmaz әmlakların onun adına keçirilmәmәsini bәhanә edib şüşә qabı qәsdәn Zәrәrçәkmiş şәxs üzәrinә atıb sağ әlinin İ barmağına vuraraq şüşә qabın dәymәsi nәticәsindә bәdәn xәsarәti alacağını dәrk edib bunu arzulayaraq ona sağ әlin İ barmağının әsas falanqa nahiyәsinin kәsilmiş yarası ilә nәticәlәnәn sağlamlığın qısa müddәtә pozulmasına sәbәb olan yüngül dәrәcәli bәdәn xәsarәti yetirmiş, bundan sonrakı müddәtdә dә müxtәlif tarixlәrdә vә yerlәrdә Zәrәrçәkmiş şәxs mütәmadi olaraq tәklikdә, ailә üzvlәrinin yanında vә başqa şәxslәrin әhatәsindә tәhqir edib söyәrәk psixi iztirab vermәklә yanaşı, hәmçinin barmaqlarını geri qatlayıb sıxmaqla, bәdәnini çimdiklәmәklә, saçlarını dartaraq yolmaqla, bәdәninin müxtәlif nahiyәlәrini yumruq vә tәpik zәrbәlәri ilә vurub әzmәklә, ayaqlarını tapdalamaqla fiziki zorakılıq etmiş, sonuncu dәfә isә ## #### 2024-cü il tarixdә ünvan 3 ünvanında yerlәşәn mәnzildә Zәrәrçәkmiş şәxs çox pul qazanmasını, lakin çox pul xәrclәyәrәk ona az pul vermәsini bәhanә edib azyaşlı övladı şahid4 gözlәri qarşısında Zәrәrçәkmiş şәxs bәdәninin müxtәlif nahiyәlәrindәn qәsdәn yumruq vә tәpik zәrbәlәri ilә vurub döymәklә vә itәlәyib yerә yıxmaqla sonuncunun bununla әzab çәkdiyini dәrk edib bunu arzulayaraq Zәrәrçәkmiş şәxs sol dirsәk, sağ vә sol diz oynağı nahiyәsinin yumşaq toxumalarının әzilmәsi vә geniş qançırı ilә nәticәlәnәn sağlamlığın qısa müddәtә pozulmasına sәbәb olan yüngül, elәcә dә sağ saidin yuxarı 1/3 hissәsinin sıyrığı dәrәcәsi tәyin edilmәyәn bәdәn xәsarәtlәri yetirmәklә zәrәr çәkmiş şәxs Zәrәrçәkmiş şәxs qarşı, Azәrbaycan Respublikası CM-in 126 vә 127-ci maddәlәrindә göstәrilәn nәticәlәrә sәbәb olmayan hәrәkәtlәr edәrәk mütәmadi olaraq döymәklә әzab vә işgәncә vermişdir. Masallı Rayon Mәhkәmәsinin # #### 2025-ci il tarixli hökmündәn zәrәr çәkmiş şәxs vә mülki iddiaçı Zәrәrçәkmiş şәxs nümayәndәsi Nümayәndә vә mәhkum Mәhkum müdafiәçisi Nәbizadә Elvin Mәzahir oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәtlәrinә vә sonuncu tәrәfindәn verilmiş apellyasiya şikayәtlәrinә әlavәyә әsasәn işә baxan Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının (hakimlәr Əliyev Əli Abdulla oğlu (sәdrlik edәn vә mәruzәçi), Bәhmәnov Habil Xanoğlan oğlu vә Hәşimov Yaşar Xanoğlan oğlundan ibarәt tәrkibdә) ## ###### 2026-cı il tarixli qәrarı ilә müdafiәçi E.M.Nәbizadәnin apellyasiya şikayәti vә ona әlavә tәmin edilmәmiş, nümayәndә Nümayәndә apellyasiya şikayәti isә qismәn tәmin edilәrәk hökm hәmin şikayәtә münasibәtdә dәyişdirilmiş, Mәhkum CM-in 133.2.6-cı maddәsi ilә tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzasının müddәti 3 (üç) ilәdәk artırılmış vә “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin ## ###### 2025-ci il tarixli Qәrarının 3.1 vә 5.2.3-cü bәndlәrinә әsasәn hәmin cәza 6 (altı) ay azaldılaraq mәhkum olunmuş şәxsin üzәrindә 2 (iki) il 6 (altı) ay müddәtә azadlıqdan mәhrum etmә cәzası saxlanılmış, hökm apellyasiya müraciәtlәrinә münasibәtdә qalan hissәlәrdә isә dәyişdirilmәdәn saxlanılmışdır. Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2026-cı il tarixli qәrarından zәrәr çәkmiş şәxs vә mülki iddiaçı Zәrәrçәkmiş şәxs nümayәndәsi Nümayәndә vә mәhkum olunmuş şәxs Mәhkum müdafiәçisi G.V.Kәrimova kassasiya şikayәtlәri verәrәk aşağıdakıları xahiş etmişlәr: - nümayәndә Nümayәndә – Mәhkum әmәlindә CM-in 145-ci maddәsindә nәzәrdә tutulmuş cinayәtin tәrkib әlamәtlәri olduğuna görә ona qarşı bu maddә ilә ittihamın irәli sürülmәsi üçün qәrarın lәğv edilmәsi vә cinayәt işinin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn Masallı Rayon Prokurorluğuna göndәrilmәsi, yaxud da ona CM-in 133.2.6-cı maddәsi ilә hәmin maddәnin sanksiyasında nәzәrdә tutulmuş әn yuxarı hәddә cәza tәyin edilmәklә vә verilmiş mülki iddia tam hәcmdә tәmin olunmaqla qәrarın dәyişdirilmәsini; - müdafiәçi G.V.Kәrimova – qәrarın lәğv edilәrәk mәhkum Mәhkum barәsindәki cinayәt işi üzrә icraata bәraәtverici әsaslarla xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayәtindә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin (bundan sonra mәtndә CPM-in) vә CM-in bir sıra maddәlәrinә, iş üzrә toplanmış bir çox sübutlara, әsasәn dә mәhkum olunmuş vә zәrәr çәkmiş şәxsin, habelә şahidlәrin hәm ibtidai araşdırma zamanı, hәm dә birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında verdiklәri ifadәlәrә, Mәhkum qarşı irәli sürülmüş vә onun tәqsirli bilindiyi ittihama vә hazırkı iş üzrә qәbul edilmiş yekun mәhkәmә aktlarına istinad edәn zәrәr çәkmiş şәxs vә mülki iddiaçı Zәrәrçәkmiş şәxs nümayәndәsi Nümayәndә hәmin şikayәtini onunla әsaslandırmışdır ki, onun istinad etdiyi sübutlarla, o cümlәdәn Mәhkum özünün verdiyi qismәn etirafedici ifadәlәri ilә sonuncunun arvadı Zәrәrçәkmiş şәxs qarşı işgәncә xarakterli hәrәkәtlә törәtmәsi ilә yanaşı, hәmçinin zәrәr çәkmişin azadlığını uzun müddәt mәhdudlaşdırması, onu yaşadığı mәnzildә saxlayaraq oradan bayıra çıxmağa, hәr hansı şәxslә ünsiyyәtdә olmasına qadağa qoyması, yәni faktiki olaraq arvadını qanunsuz olaraq azadlıqdan mәhrum etmәsi tәsdiq edilmiş, lakin ibtidai araşdırma orqanı tәrәfindәn ona әsassız olaraq CM-in 145-ci maddәsi ilә nәzәrdә tutulmuş cinayәti törәtmәsinә görә ittiham irәli sürülmәmişdir. Bu әmәli törәtmәsini isә Mәhkum belә izah etmişdir ki, Zәrәrçәkmiş şәxs onun arvadı olduğundan o, sonuncunun üzәrindә qeyri-mәhdud sәlahiyyәtlәr hәyata keçirmәk hüququna malik olmuşdur vә ona qarşı hәr hansı qeyriqanuni hәrәkәtlәr etmәsinә görә mәsuliyyәt daşımamalıdır. Yәni arvadı barәdә istәnilәn davranışa yol verә bilәr vә qanunla buna görә heç bır mәsuliyyәt daşımamalıdır. Belә mövqedә olmasına baxmayaraq, Mәhkum arvadına qarşı işgәncә xarakterli әmәllәr törәtdiyinә görә hüquq mühafizә orqanları tәrәfindәn cinayәt mәsuliyyәtinә cәlb olunsa da ibtidai araşdırma orqanı onun digәr әmәlinә, yәni arvadını qanunsuz olaraq azadlıqdan mәhrum etmәsinә düzgün hüquqi qiymәt vermәmiş, mәhkәmәlәr dә bu cinayәtlә bağlı sübutları düzgün qiymәtlәndirmәmiş, nәticәdә dә Mәhkum әmәllәrinin hüquqi tövsifindә sәhvә yol verilәrәk ona hәddindәn artıq yüngül cәza tәyin olunmuş, bununla yanaşı onun barәsindә әsassız vә qanunsuz olaraq amnistiya aktı tәtbiq edilmiş, mәhkum olunmuş şәxsә qarşı verilmiş mülki iddianın isә yalnız cüzi bir hissәsi tәmin olunmuşdur. Halbuki “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin ## ###### 2025-ci il tarixli Qәrarının 7.1-ci bәndindә qeyd edilmişdir ki, CM-in 133.2-ci maddәsi ilә tәqsirlәndirilәn şәxslәrә vә ya artıq cәza verilmiş şәxslәr barәsindә amnistiya aktı tәtbiq edilmir, Mәhkum isә mәhz CM-in 133.2.6-cı maddәsi ilә tәqsirli bilinәrәk mәhkum edilmişdir. Hәmçinin mәhkәmәlәr mülki iddia üzrә mәsәlәni dә hәll edәrkәn nәzәrә almamışlar ki, Zәrәrçәkmiş şәxs ona qarşı törәdilmiş qanunsuz әmәllәr nәticәsindә fiziki zәrәrlә yanaşı, hәmçinin dәrin mәnәvi-psixoloji әziyyәt çәkmiş, bu sәbәbdәn o, buna müvafiq mәnәvi ziyanın ona ödәnilmәsi barәdә mülki iddia ilә mәhkәmәyә müraciәt etmiş, lakin hәmin iddia üzrә cәmi 1000 manat mәblәğindә pulun Mәhkum tutulub ona ödәnilmәsi barәdә nәticәyә gәlәn mәhkәmәlәr törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, zәrәr çәkmişin uzun müddәt psixi iztirablara mәruz qalmasını nәzәrә almamış, bununla da bu mәsәlәnin hәllindә dә әdalәtsizliyә yol vermişlәr. Şәrh olunan dәlillәrә әsaslanaraq nümayәndә Nümayәndә onun kassasiya şikayәtinin tәmin edilmәsini, müdafiәçi tәrәfindәn verilmiş kassasiya şikayәtinin isә tәmin olunmamasını xahiş edir. Kassasiya şikayәtindә tәqsirsizlik prezumpsiyası tәsbit edilmiş Azәrbaycan Respublikası Konstitusiyasının 63-cü maddәsinә, “Insan Hüquqlarının vә Əsas Azadlıqlarının Müdafiәsi haqqında” Avropa Konvensiyasına, CM-in vә CPM-in bir sıra maddәlәrinә, "Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1 vә 397.2ci maddәlәrinin şәrh edilmәsinә dair" Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ### 2009-cu il tarixli Qәrarına, qüvvәdәn düşmüş “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 1996-cı il tarixli Qәrarına, “Ədalәt mühakimәsinin hәyata keçirilmәsi zamanı “Insan hüquqlarının vә әsas azadlıqların müdafiәsi haqqında” Avropa Konvensiyası müddәalarının vә Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin presedentlәrinin tәtbiqi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## #### 2006-cı il tarixli Qәrarına, Mәhkum qarşı irәli sürülmüş vә onun tәqsirli bilindiyi ittihama, habelә sonuncunun ibtidai araşdırma zamanı vә mәhkәmә iclasında verdiyi ifadәlәrә vә mәhkәmәyәdәk icraat zamanı toplanmış vә mәhkәmәdә araşdırılmış bәzi sübutlara istinad edәrәk işin faktiki hallarını mübahisәlәndirәn mәhkum Mәhkum müdafiәçisi G.V.Kәrimova hәmin şikayәtini belә әsaslandırmışdır ki, hüquqlarını müdafiә etdiyi şәxsin ona qarşı irәli sürülmüş ittiham üzrә cinayәt әmәllәrini törәtmәsi sübuta yetirilmәsә dә, işә mahiyyәti üzrә baxmış mәhkәmәlәr istinad etdiyi sübutlara qanuna müvafiq qaydada düzgün qiymәt vermәmiş vә nәticәdә sonuncu tәqsiri sübuta yetirilmәdiyi halda qanunsuz vә әsassız olaraq mәhkum edilmişdir. Mәhkum barәsindә ittiham hökmü çıxararkәn vә sonuncunun tәqsirliliyi hissәsindә hәmin hökmün dәyişdirilmәdәn saxlanılması haqqında qәrar qәbul edәrkәn, mәhkәmәlәr nәzәrә almamışlar ki, Mәhkum әleyhinә ifadәlәr verәn şahidlәrin әksәriyyәti Zәrәrçәkmiş şәxs tabeliyindә işlәyәn, yaxud da onun işlәtdiyi gözәllik salonunun müştәrilәri vә ya onun yaxın qohumlarıdırlar, bәzi şahidlәrin ibtidai araşdırma zamanı verdiklәri ifadәlәri dindirmә protokollarında tәhrif olunmuş vә zәrәr çәkmiş şәxsin guya ona әri tәrәfindәn işgәncә vermәsi barәdә hәqiqәtәn uyğun olmayan ifadәlәri vermәsinin әsasını isә onun vә yaxın qohumlarının Mәhkum mәxsus olan daşınmaz әmlakların әlә keçirilmәsi mәqsәdi tәşkil edir. Qeyd olunanlara әsaslanaraq müdafiәçi G.V.Kәrimova onun kassasiya şikayәtinin tәmin edilmәsini, әks tәrәfin kassasiya müraciәtinin isә tәmin edilmәmәsini xahiş edir. Kassasiya şikayәtlәrinә mәhkәmә baxışı iclasının keçirilәcәyi yer vә vaxt barәdә proses iştirakçıları qanuna müvafiq qaydada vә müddәtdә mәlumatlandırılmış, mәhkum olunmuş şәxs Mәhkum mәhkәmә iclasında iştirak etmәk arzusunu bildirmәyәrәk bu haqda әrizә ilә Ali Mәhkәmәyә müraciәt etmәmişdir. Mәhkәmә kollegiyası bununla bağlı proses iştirakçılarının rәylәrini dinlәyәrәk vә CPM-in 419.4-cü maddәsinin tәlәblәrinә әsaslanaraq kassasiya şikayәtlәrinә mәhkum Mәhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belә ki, CPM-in 419.4-cü maddәsinә әsasәn, kassasiya instansiyası mәhkәmәsinin iclası hansı mәhkәmә qәrarına vә hansı әsaslarla baxılması, kimlәrin mәhkәmә tәrkibinә daxil olması vә mәhkәmәnin iclas zalında cinayәt prosesi iştirakçılarından kimlәrin iştirak etmәsi barәdә mәhkәmә iclasında sәdrlik edәnin elanı ilә açılır. Şikayәt vermiş vә lazımi qaydada mәlumatlandırılmış şәxsin olmaması kassasiya instansiyası mәhkәmәsi iclasının davam etdirilmәsini istisna etmir. Hüquqi məsələlər: Əvvәla mәhkәmә kollegiyası qeyd edir ki, zәrәr çәkmiş şәxs vә mülki iddiaçı Zәrәrçәkmiş şәxs nümayәndәsi Nümayәndә kassasiya şikayәtinin mәzmunundan göründüyü kimi, sonuncu öz müraciәtindә mәhkәmәlәr tәrәfindәn sübutlara qanuna müvafiq qaydada düzgün qiymәt verilmәyәrәk Mәhkum әmәllәrinin hüquqi tövsifindә sәhvә yol verildiyini, sonuncuya hәddindәn artıq yüngül cәzanın tәyin edilmәsini, mәhkәmәlәrin iş üzrә yekun mәhkәmә aktları qәbul edәrkәn mәnәvi ziyanın ödәnilmәsi bağlı düzgün nәticәyә gәlmәdiklәrini, habelә mәhkum olunmuş şәxsin barәsindә әsassız olaraq amnistiya aktının qәbul edilmәsini iddia edir vә öz kassasiya tәlәblәrini CPM-in 416.1.2, 416.1.15 vә 416.1.21-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarla әlaqәlәndirir. Müdafiәçi G.V.Kәrimova da apellyasiya instansiyası mәhkәmәsinin ## ###### 2026-cı il tarixli qәrarından verdiyi hәmin şikayәtindә mәhkәmәlәr tәrәfindәn sübutların CPM-in 143-146-cü maddәlәrinin tәlәblәrinә uyğun olaraq tәdqiq edilmәmәsini, bunun nәticәsindә Mәhkum ona qarşı irәli sürülmüş ittiham üzrә cinayәt әmәllәrini törәtmәsi sübuta yetirilmәdiyi halda qanunsuz vә әsassız olaraq mәhkum olunmasını, yekun mәhkәmә aktlarının әsasını isә yolverilmәz sübutlar tәşkil etdiyini iddia edәrәk öz dәlillәrini vә bu dәlillәr üzәrindә qurulmuş tәlәbini CPM-in 416.1.2, 416.1.3 vә 416.1.11ci maddәlәrindә nәzәrdә tutulmuş hallarla әlaqәlәndirmişdir. CPM-in 416.1.2, 416.1.3, 416.1.11, 416.1.15 vә 416.1.21-ci maddәlәrinin tәlәblәrinә görә isә, mәhkәmә bu Mәcәllәnin 143-146-cı maddәlәrinin tәlәblәrinә müvafiq olaraq sübutları tәdqiq etmәdikdә, mәhkumun tәqsirliliyi vә ya bәraәt almış şәxsin tәqsirsizliyi barәdә mәhkәmә hökmünün әsasını yolverilmәz sübutlar tәşkil etdikdә, cinayәt tәqibini istisna edәn halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda, habelә törәdilmiş әmәlin tövsifindә sәhvә yol verdikdә vә mәsuliyyәti ağırlaşdıran vә ya yüngüllәşdirәn halları nәzәrә almadan cәza tәyin etdikdә kassasiya instansiyası mәhkәmәsi apellyasiya instansiyası mәhkәmәsinin hökm vә ya qәrarını kassasiya qaydasında lәğv etmәk vә ya dәyişdirmәk hüququna malikdir. Odur ki, mәhkәmә kollegiyası nümayәndә Nümayәndә vә müdafiәçi G.V.Kәrimovanın kassasiya şikayәtlәrini kassasiya qaydasında baxılmalı müraciәtlәr kimi görür vә buna görә Mәhkum barәsindәki hazırkı cinayәt işinin materiallarını vә hәmin iş üzrә mәhkәmәlәr tәrәfindәn qәbul edilmiş yekun mәhkәmә aktlarının qanuniliyini vә әsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvәlki qәrarlarında olduğu kimi, mәhkәmә kollegiyası yenә dә xatırladır ki, kassasiya instansiyası mәhkәmәsinin kassasiya müraciәtlәrinә baxılması üzrә sәlahiyyәtlәrinin hüdudlarını CPM-in 419-cu maddәsi müәyyәn edir. Ümumi şәkildә kassasiya instansiyası mәhkәmәsinin kassasiya müraciәtlәrinә baxılması üzrә sәlahiyyәtlәrini müәyyәn edәn CPM-in 419.1-ci maddәsinә әsasәn, kassasiya instansiyası mәhkәmәsi kassasiya şikayәtinә vә ya kassasiya protestinә mahiyyәti üzrә baxaraq müraciәtin dәlillәrindәn asılı olmayaraq yalnız hüquq mәsәlәlәri üzrә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddәdәn göründüyü kimi, sübutların mahiyyәti üzrә araşdırılması, mötәbәrliliyi, kifayәtliliyi, cinayәt faktının müәyyәn edilmәsi, habelә birinci vә apellyasiya instansiyası mәhkәmәlәri tәrәfindәn çıxarılmış hökm vә qәrarların icrası vә buna nәzarәtin hәyata keçirilmәsi kimi mәsәlәlәrin hәlli qanunla kassasiya instansiyası mәhkәmәsinin deyil, birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin sәlahiyyәtinә aid edilmişdir. CPM-in 419.11-ci maddәsinin tәlәblәrinә görә, kassasiya instansiyası mәhkәmәsi birinci vә ya apellyasiya instansiyası mәhkәmәsindә mәhkәmә baxışının predmeti olmayan faktları müәyyәn edә vә ya onları sübuta yetirilmiş hesab edә bilmәz. Mәhkәmә kollegiyası qanunvericiliyin tәlәblәrinә әsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası mәhkәmәsi apellyasiya instansiyası mәhkәmәsinin hökm vә ya qәrarından verilmiş kassasiya şikayәtinә vә ya kassasiya protestinә әsasәn işә baxaraq vә bu baxışın nәticәsi olaraq apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn qәbul edilmiş mәhkәmә aktına münasibәtini bildirmәklә CPM-in 419.10-cu maddәsindә sadalanan qәrarlardan birini, yәni apellyasiya instansiyası mәhkәmәsinin hökm vә ya qәrarını dәyişiklik edilmәdәn saxlanılması, hәmin hökm vә ya qәrarın lәğv edilmәsi vә işin yeni apellyasiya baxışına tәyin edilmәsi vә ya cinayәt işinin icraatına xitam verilmәsi, yaxud da onların dәyişdirilmәsi haqqında qәrar, habelә hökmün vә ya mәhkәmәnin digәr qәrarının icrası qaydasında icraat üzrә mәhkәmә qәrarını lәğv edәrәk, birinci vә ya apellyasiya instansiyası mәhkәmәsindә müәyyәn edilmiş hallar vә sübutlar әsasında yeni qәrar qәbul edir (o şәrtlә ki, hәmin qәrar mәhkum edilmiş şәxsin vәziyyәtinin ağırlaşdırılması ilә nәticәlәnmәsin). Ümumiyyәtlә, kassasiya instansiyası mәhkәmәsinin kassasiya müraciәtlәrinә baxılması üzrә sәlahiyyәtlәrinin hüdudlarını CPM-in 419 vә 416-cı maddәlәri müәyyәn edir. Bu baxışın nәticәsindә kassasiya kollegiyası tәrәfindәn apellyasiya instansiyası mәhkәmәsinin qәrarlarının lәğv edilmәsi vә dәyişdirilmәsi әsasları isә CPM-in 416-cı maddәsindә müәyyәn edilmişdir. Mәhz hәmin maddәdә tәsbit edilәn әsaslar (әn azından hәmin әsaslardan biri) olduqda Ali Mәhkәmәnin Cinayәt Kollegiyası apellyasiya instansiyası mәhkәmәsinin qәrarını kassasiya qaydasında lәğv etmәyә vә yaxud dәyişdirmәyә haqlıdır. Bundan başqa, kassasiya instansiyası mәhkәmәsindә mәhkәmә baxışının predmetini qanuni qüvvәyә minmiş mәhkәmә aktları tәşkil etdiyindәn, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar tәqdim edilmir vә mövcud sübutlara hüquqi qiymәt verilmir. Kassasiya qaydasında hökm vә ya qәrarın qanuniliyi, başqa sözlә birinci vә ya apellyasiya instansiya mәhkәmәsindә işә baxılarkәn vә mübahisә edilәn hökm vә ya qәrar qәbul edilәrkәn maddi vә ya prosessual hüquq normalarının, yәni cinayәt qanununun vә CPM-in normalarının tәlәblәrinә әmәl edilib-edilmәmәsi yoxlanılır. Belәliklә, şәrh edilәnlәrdәn belә nәticә hasil olur ki, cinayәt-prosessual qanunvericiliyinin tәlәblәrinә görә, sübutların araşdırılması vә qiymәtlәndirilmәsi birinci vә apellyasiya instansiya mәhkәmәsinin sәlahiyyәtlәrinә aiddir, sübutların araşdırılması dedikdә isә tәkcә mәhkәmә iclasında prosessual statusa malik olan şәxslәrin dindirilmәlәri, ekspertizaların tәyin edilib keçirilmәsi, sübut әhәmiyyәtli sәnәdlәrin tәlәb olunub alınması vә tәdqiq edilmәsi vә digәr istintaq hәrәkәtlәrinin aparılması deyil, hәm dә ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tәdqiq edilmәsi vә qiymәtlәndirilmәsi, bir sübutun digәrinә münasibәtdә üstünlüyünün müәyyәn edilmәsi vә onların şәxsin hәr hansı cinayәtin törәdilmәsindә tәtqsirli bilinmәsi üçün kifayәt edib-etmәmәsi başa düşülür. Azәrbaycan Respublikası Konstitusiyanın (bundan sonra mәtndә Konstitusiyanın) aşağıda göstәrilәn müddәalarına, әdalәtli mәhkәmә araşdırılması hüququ tәsbit edilmiş kassasiya şikayәtindә dә istinad olunan “Insan Hüquqlarının vә Əsas Azadlıqların Müdafiәsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mәtndә Avropa Konvensiyasının vә ya Konvensiyanın) 6-cı maddәsinә, cinayәt vә cinayәt-prosessual qanunvericiliklәrinin tәlәblәrinә, bir sıra mәsәlәlәr üzrә Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun hüquqi mövqeyinә vә Ali Mәhkәmәnin Plenumunun izahlarına vә tövsiyәlәrinә әsaslanaraq mәhkәmә kollegiyası qeyd edir ki, hazırkı iş üzrә apellyasiya instansiyası mәhkәmәsinin qәrarından verilmiş kassasiya şikayәtlәrinә baxan kassasiya kollegiyasının üzәrinә, qanunvericiliyin tәlәb etdiyi kimi, mәhkәmәlәr tәrәfindәn sübutların toplanılması, sübutetmәyә vә digәr mәsәlәlәrә dair prosessual qanunvericiliyin tәlәblәrinә әmәl olunub-olunmamasını, habelә törәdilmiş ictimai tәhlükәli әmәlin bütün hallarının müәyyәn edilmәsinә әsasәn bu әmәlә münasibәtdә vә onun törәdәn şәxs haqqında maddi hüquq normasının düzgün tәtbiq edilib-edilmәmәsini yoxlamaq vәzifәsi düşür. Bu vәzifәnin yerinә yetirilmәsi ilә bağlı mәhkәmә kollegiyası әvvәla vurğulayır ki, Konstitusiyanın 12-ci maddәsinin İ hissәsindә insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının, Azәrbaycan Respublikasının vәtәndaşlarına layiqli hәyat sәviyyәsinin tәmin edilmәsi dövlәtin ali mәqsәdi kimi tәsbit edilmişdir. Konstitusiyanın 26-cı maddәsinin II hissәsinin tәlәbinә görә, dövlәt hәr kәsin hüquqlarının vә azadlıqlarının müdafiәsinә tәminat verir. Hәr kәsin hüquq vә azadlıqlarının dövlәt tәrәfindәn müdafiәsinә tәminat verәn Konstitusiyanın tәlәblәri hәmçinin cinayәt törәtmәkdә tәqsiri olmayan şәxslәrin cinayәt prosesini hәyata keçirәn orqanların vәzifәli şәxslәrinin vә ya hakimlәrin özbaşına hәrәkәtlәri ilә qanunsuz şübhә altına alınmalarının, ittiham vә ya mәhkum edilmәlәrinin yol verilmәz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddәalar hәr bir şәxsin, ümumilikdә isә dövlәtin vә cәmiyyәtin cinayәtkar qәsdlәrdәn qorunmasını, belә qәsdlәrdәn zәrәr çәkmiş şәxslәrin dә pozulmuş hüquqlarının bәrpa edilmәsi üçün müvafiq tәdbirlәrin görülmәsini, hәmin şәxslәrin bunun üçün hüquq mühafizә orqanlarına vә ya mәhkәmәlәrә müraciәt edә bilmәlәrini, bu müraciәtlәr әsasında cinayәt әmәllәri törәtmiş şәxslәrin müәyyәn edilәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәlәrini vә onların tәqsirliliklәri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barәlәrindә bu vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirlәrin tәtbiq edilmәsini dә nәzәrdә tutur. Konstitusiyanın 60-cı maddәsinin İ hissәsinә әsasәn, hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmәdә müdafiәsinә tәminat verilir. Cinayәt mühakimә icraatının tәmәl prinsiplәrindәn biri olan tәqsirsizlik prezumpsiyası tәsbit edilmiş Konstitusiyanın 63-cü maddәsinin İ-III hissәlәrinә әsasәn, hәr kәsin tәqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn hәr bir şәxs, onun tәqsiri qanunla nәzәrdә tutulan qaydada sübuta yetirilmәyibsә vә bu barәdә mәhkәmәnin qanuni qüvvәyә minmiş hökmü yoxdursa, tәqsirsiz sayılır. Şәxsin tәqsirli olduğuna әsaslı şübhәlәr varsa, onun tәqsirli bilinmәsinә yol verilmir. Cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn şәxs özünün tәqsirsizliyini sübuta yetirmәyә borclu deyildir. Konstitusiyanın 71-ci maddәsinin İ hissәsinә görә, Konstitusiyada tәsbit edilmiş insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını gözlәmәk vә qorumaq qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti orqanlarının borcudur. Insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәmin edilmәsi mәqsәdi ilә dövlәt sәmәrәli hüquqi mexanizmlәr yaratmaqla, әdalәt mühakimәsinin hәyata keçirilmә prosesindә hüquq vә azadlıqların bәrpasına nail olur. Konstitusiyanın 125-ci maddәsinin VII hissәsindә deyilir ki, mәhkәmә icraatı hәqiqәtin müәyyәn edilmәsini tәmin etmәlidir. Konstitusiyanın bu norması çәkişmә prinsipinә әsasәn işә baxan mәhkәmәnin üzәrinә özü tәrәfindәn cinayәt mәsuliyyәtinә cәlb edilmiş şәxsin tәqsirliliyinә vә ya tәqsirsiz olmasına dair sübutları axtarılmasını vә belә sübutların araşdırılmasını deyil, cinayәt prosesinin iştirakçılarına işin düzgün hәlli, yәni hәqiqәtin müәyyәn edilmәsi mәqsәdilә cinayәt prosesinin iştirakçılarına öz sübutlarını mәhkәmәyә tәqdim etmәk üçün bәrabәr şәrait yaratmaq, tәqdim olunmuş bütün sübutları tam, hәrtәrәfli vә obyektiv araşdırmaq, bu zaman qaldırılmış vәsatәtlәr üzrә әsaslandırılmış qәrarlar qәbul etmәk, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymәt vermәk vә hәmin sübutlara әsasәn müәyyәn etdiyi faktlara әsasәn bu vә ya digәr nәticәyә gәlmәk vәzifәsini qoyur. Mәhkәmә icraatı zamanı qeyd olunan vәzifәnin yerinә yetirilmәsi zamanı sübutların tәqdim olunması üçün istәr ittiham, istәrsә dә müdafiә tәrәfinә әlverişsiz şәraitin yaradılması, qaldırılmış vәsatәtlәrin әsassız olaraq tәmin edilmәmәsi, faktiki isә tәqdim olunmuş sübutların tәdqiqindәn imtina edilmәsi hallarında mәhkәmәnin tәhlil edilәn konstitusiyon tәlәbә әmәl etmәsindәn, әdalәtli mәhkәmә araşdırılması hüququnun tәmin olunmasından söhbәt gedә bilmәz. Eyni zamanda bu konstitusiyon tәlәb mәhkәmәni dә zәruri hallarda, hәqiqәtin müәyyәn edilmәsi mәqsәdilә öz tәşәbbüsü ilә iş üçün mühüm әhәmiyyәtә malik olan bu vә ya digәr sübutu әldә edәrәk araşdırması vәzifәsindәn azad etmir. Konstitusiyanın 127-ci maddәsinin II hissәsi nәzәrdә tutur ki, hakimlәr işlәrә qәrәzsiz, әdalәtlә, tәrәflәrin hüquq bәrabәrliyinә, faktlara әsasәn vә qanuna müvafiq baxırlar. “Insan Hüquqları haqqında Ümumi Bәyannamә”nin 11-ci maddәsindә, “Insan Hüquqlarının vә Əsas Azadlıqların Müdafiәsi haqqında” Avropa Konvensiyasının 6-cı maddәsindә, “Mülki vә Siyasi Hüquqlar haqqında" Beynәlxalq Paktın 14-cü maddәsindә tәqsirsizlik prezumpsiyası nәzәrdә tutulur ki, hәmin beynәlxalq müqavilәlәrin tәlәblәrinә görә dә, cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn hәr bir şәxs onun tәqsiri qanunvericilikdә nәzәrdә tutulmuş qaydada sübuta yetirilmәyibsә vә bu barәdә mәhkәmәnin qanuni qüvvәyә minmiş hökmü yoxdursa, tәqsirsiz sayılır. Şәxs yalnız, o halda cinayәti törәtmәkdә tәqsirli hesab edilә bilәr ki, onun konkret әmәli törәtmәkdә tәqsiri sәlahiyyәtli subyektlәr tәrәfindәn qanunla müәyyәn edilmiş prosessual qaydada toplanmış vә mәhkәmәdә qiymәtlәndirilmiş sübutlar әsasında mәhkәmәnin müvafiq ittiham hökmü ilә tәsdiq edilsin vә bu hökm qanuni qüvvәyә minmiş olsun. CM-in 3-cü maddәsindә tәsbit edilmişdir ki, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş cinayәt tәrkibinin bütün әlamәtlәrinin mövcud olduğu әmәlin (hәrәkәt vә ya hәrәkәtsizliyin) törәdilmәsi cinayәt mәsuliyyәti yaradır. Qanunun bu normasının mәnasına görә, şәxsin әmәlindә cinayәt tәrkibinin cәhәtlәrini tәşkil edәn zәruri әlamәtlәrin mövcud olub-olmaması barәdә nәticәyә gәlmәk üçün şәxsә istinad edilәn әmәlin Cinayәt Mәcәllәsinin Ümumi hissәsinin tәlәblәri nәzәrә alınmaqla Xüsusi hissәsinin müvafiq maddәsinin dispozisiyası ilә müqayisә edilmәsi tәlәb olunur. CM-in 7-ci maddәsindә isә müәyyәn edilmişdir ki, yalnız törәtdiyi ictimai tәhlükәli әmәlә (hәrәkәt vә ya hәrәkәtsizliyә) vә onun nәticәlәrinә görә tәqsiri müәyyәn olunmuş şәxs cinayәt mәsuliyyәtinә cәlb edilә vә cәzalandırıla bilәr. Şәxs tәqsirsiz olaraq vurduğu zәrәrә görә cinayәt mәsuliyyәtinә cәlb oluna bilmәz. Qanunvericiliyin bu tәlәblәrinә әsaslanaraq mәhkәmә kollegiyası qeyd etmәyi zәruri bilir ki, hәr bir cinayәt әmәli araşdırılarkәn onun tәrkibinin düzgün müәyyәn edilmәsi vә düzgün tövsif edilmәsi cinayәt әlamәtlәrini әks etdirәn әmәllәrin cinayәt olubolmamasını, cinayәt törәtmәkdә tәqsirlәndirilәn şәxsin tәqsiri olub-olmamasını müәyyәnlәşdirmәyә, habelә hәmin cinayәtә görә tәqsirlәndirilәn şәxsә әdalәtli cәza tәyin edilmәsinә yönәlmişdir. Əks hal tәqsiri olmayan şәxsin mәsuliyyәtә alınması, yaxud da cinayәt törәtmәkdә tәqsirli olan şәxsin mәsuliyyәtdәn kәnarda qalması, cәzanın düzgün olmayan tәtbiqi, bunlar isә öz növbәsindә CM-dә müәyyәn edilmiş qanunçuluq, qanun qarşısında bәrabәrlik, tәqsirә görә mәsuliyyәt, әdalәt vә humanizm prinsiplәrinin pozulması ilә nәticәlәnә bilәr. Belә hüquqi mövqe Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun aşağıdakı Qәrarlarında da әksini tapmışdır. Belә ki, “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 244.1-ci maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2011-ci il tarixli Qәrarına görә, cinayәtin tövsifi törәdilәn konkret cinayәt әmәlinin cәhәtlәri ilә cinayәt-hüquq normasının dispozisiyasında nәzәrdә tutulan tәrkib әlamәtlәri arasında uyğunluğu müәyyәn etmәklә, müvafiq prosessual sәnәddә öz әksini tapan vә cinayәthüquqi nәticәlәrә sәbәb olan әmәlә verilәn cinayәt hüquqi qiymәtdir. Cinayәtin tövsifi mühüm sosial vә hüquqi әhәmiyyәtә malikdir. Tövsif Cinayәt Mәcәllәsindә müәyyәn edilmiş vәzifәlәrin yerinә yetirilmәsi baxımından, cinayәt qanununu tәtbiq etmәyә sәlahiyyәti olan vәzifәli şәxslәr tәrәfindәn hәyata keçirilәn mühüm mәntiqi proses olub, onun yekununda konkret sosial hadisәyә, cәmiyyәt üçün tәhlükәli olan insan davranışına hüquqi qiymәt verilir. Bu isә ilk növbәdә işin faktiki hallarının hәrtәrәfli öyrәnilmәsini, cinayәt hüquq normasının seçilmәsini vә onun mәzmununun izah edilmәsini tәlәb edir. Konstitusiya Mәhkәmәsinin Plenumu hәmçinin qeyd etmәyi zәruri hesab etmişdir ki, hәr bir cinayәt әmәli araşdırılarkәn onun tәrkibinin düzgün müәyyәn edilmәsi vә düzgün tövsif edilmәsi cinayәt әlamәtlәrini әks etdirәn әmәllәrin cinayәt olub-olmamasını, cinayәt törәtmәkdә tәqsirlәndirilәn şәxsin tәqsiri olub-olmamasını müәyyәnlәşdirmәyә, habelә hәmin cinayәtә görә tәqsirlәndirilәn şәxsә әdalәtli cәza tәyin edilmәsinә yönәlmişdir. Əks halda tәqsiri olmayan şәxsin mәsuliyyәtә alınmasına, yaxud da cinayәt törәtmәkdә tәqsirli olan şәxsin mәsuliyyәtdәn kәnarda qalmasına, cәzanın düzgün olmayan tәtbiqinә sәbәb ola bilәr. Bu isә öz növbәsindә Cinayәt Mәcәllәsinin әsaslandığı qanunçuluq, qanun qarşısında bәrabәrlik, tәqsirә görә mәsuliyyәt, әdalәt vә humanizm prinsiplәrinin pozulmasına gәtirib çıxara bilәr. “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 221.3-cü maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ### 2011-ci il tarixli Qәrarında göstәrilir ki, törәdilәn hәr hansı bir ictimai tәhlükәli әmәlә görә şәxsin azadlıq hüququnun mәhdudlaşdırılmasına sәbәb olan cinayәt hüquq norması tәtbiq edilәrkәn hәmin cinayәtin tәrkibi, onun xüsusiyyәtlәri vә bu cinayәt әmәlinin tövsifi mәsәlәlәrinә xüsusi diqqәt yetirilmәlidir. Cinayәt әmәlinin tәrkibinin düzgün müәyyәn olunmaması vә düzgün tövsif edilmәmәsi şәxsin azadlıq hüququnun pozulmasına gәtirib çıxara bilәr. Hәmin Qәrarda hәmçinin qeyd olunmuşdur ki, törәdilәn hәr hansı bir ictimai tәhlükәli әmәlә görә şәxsin azadlıq hüququnun mәhdudlaşdırılmasına sәbәb olan cinayәt hüquq norması tәtbiq edilәrkәn hәmin cinayәtin tәrkibi, onun xüsusiyyәtlәri vә bu cinayәt әmәlinin tövsifi mәsәlәlәrinә xüsusi diqqәt yetirilmәlidir. Hәr hansı cinayәtin әlamәtlәrini әks etdirәn әmәllәrin cinayәt olub-olmaması, cinayәti törәtmәkdә tәqsirlәndirilәn şәxsin tәqsirli olub-olmaması, habelә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәllәri törәtmәkdә şübhәli vә ya tәqsirlәndirilәn şәxsin cinayәt tәqibinin vә ya müdafiәsinin hüquqi prosedurlarını Azәrbaycan Respublikasının cinayәtprosessual qanunvericiliyi müәyyәn edir (CPM-in 1.1-ci maddәsi). CPM-in 8.0-cı maddәsindә göstәrilmişdir ki, cinayәt mühakimә icraatının vәzifәlәri aşağıdakılardan ibarәtdir: 8.0.1. şәxsiyyәti, cәmiyyәti vә dövlәti cinayәtkar qәsdlәrdәn qorumaq; 8.0.2. hәqiqi vә ya ehtimal edilәn cinayәt törәtmәsi ilә әlaqәdar şәxsiyyәti vәzifә sәlahiyyәtlәrindәn sui-istifadә edilmәsi hallarından qorumaq; 8.0.3. cinayәtlәri tezliklә açmaq, cinayәt tәqibi ilә bağlı bütün halları hәrtәrәfli, tam vә obyektiv araşdırmaq; 8.0.4. cinayәt törәtmiş şәxslәri ifşa vә cinayәt mәsuliyyәtinә cәlb etmәk; 8.0.5. cinayәt törәtmәkdә ittiham olunan şәxslәrin tәqsirini müәyyәn edәrәk onları cәzalandırmaq vә tәqsirsiz şәxslәrә bәraәt vermәk mәqsәdi ilә әdalәt mühakimәsini hәyata keçirmәk. Ən әsası isә mәhkәmә kollegiyası qeyd etmәyi vacib sayır ki, qanunçuluq prinsipi nәzәrdә tutulmuş CPM-in 10.1-ci maddәsinә әsasәn, mәhkәmәlәr vә cinayәt prosesinin iştirakçıları Azәrbaycan Respublikası Konstitusiyasının, bu Mәcәllәnin, Azәrbaycan Respublikasının digәr qanunlarının, habelә Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrin müddәalarına ciddi әmәl etmәlidirlәr. CPM-in 10.2 vә 10.5-ci maddәlәrinә görә isә, Azәrbaycan Respublikasının qüvvәyә minmiş vә dәrc edilmiş qanunu ilә müәyyәn olunan әsaslardan vә qaydalardan kәnar heç kәsin cinayәt tәqibi üzrә şübhәli vә ya tәqsirlәndirilәn şәxs qismindә mәsuliyyәtә cәlb edilmәsinә, tutulmasına, hәbsә alınmasına, axtarılmasına, mәcburi gәtirilmәsinә vә digәr prosessual mәcburiyyәt tәdbirlәrinә mәruz qalmasına, habelә mәhkum edilmәsinә, cәzalandırılmasına, hüquq vә azadlıqlarının digәr formada mәhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddәsindә göstәrilәn tәlәblәrinin pozulması ilә aparılan prosessual hәrәkәtlәrin vә qәbul olunmuş qәrarların hüquqi qüvvәsi yoxdur. Mәhkәmә kollegiyası vurğulamağı lazım bilir ki, cinayәt mühakimә icraatının prinsiplәri sırasında qanunçuluq prinsipi mühüm vә xüsusi yerә malikdir. O hәm, Konstitusiyada, hәm dә cinayәt vә cinayәt-prosessual qanunvericiliklәrindә tәsbit olunaraq yalnız qanunlara dәqiq vә dönmәdәn riayәt olunmasının vә onların icrasını nәzәrdә tutmur. Qanunçuluq hәmçinin demokratiyanın әsas tәzahürü, hüquqi dövlәtin mühüm prinsipi, mәhkәmә icraatında isә әdalәt mühakimәsinin tәmәlini tәşkil edәn başlıca әlamәtlәrdәn biridir. Qanunçuluq prinsipinin әsas mahiyyәti ondan ibarәtdir ki, o nәinki hakimlәrin yalnız Konstitusiyaya vә qanunlara tabe olmasını bәrqәrar edir, hәm dә mәhkәmә tәrәfindәn aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vәzifәsinә vә iş üzrә hәr kәsin mәhkәmә müdafiәsinin tәminatına, vәtәndaşların hüquq vә azadlıqlarının tәmin olunmasına xidmәt etmәklә, әdalәtli mәhkәmә araşdırmasının digәr prinsiplәrinin hәyata keçirilmәsi şәrtilә bütövlükdә mәhkәmә icraatının mәqsәdini müәyyәnlәşdirir. Ədalәt mühakimәsi vәzifәlәrini yerinә yetirәrkәn isә mәhkәmә hәrtәrәfli, tam vә obyektiv şәkildә iş üzrә әhәmiyyәt daşıyan halları aydınlaşdırmalı, bunun üçün dә tәqsirlәndirilәn şәxsi hәm ifşa edәn vә ya ona bәraәt qazandıran, elecә dә onun mәsuliyyәtini ağırlaşdıran vә yüngüllәşdirәn bütün halları araşdırılmalıdır. CPM-in 12.1-ci maddәsinә әsasәn cinayәt prosesini hәyata keçirәn orqanlar cinayәt prosesindә iştirak edәn bütün şәxslәrin Konstitusiya ilә tәsbit edilmiş insan vә vәtәndaş hüquq vә azadlıqlarına riayәt olunmasını tәmin etmәlidirlәr. Konstitusiyanın 63-cü maddәsinin İ-III hissәlәrinә uyğun olaraq cinayәt mühakimә icraatında tәqsirsizlik prezumpsiyası eyni cür tәsbit edilmiş CPM-in 21.1-21.3-cü maddәlәrindә göstәrilmişdir ki, cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn hәr bir şәxs onun tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetirilmәyibsә vә bu barәdә qanuni qüvvәyә minmiş mәhkәmәnin hökmü yoxdursa, tәqsirsiz sayılır. Şәxsin tәqsirli olduğuna әsaslı şübhәlәr varsa da onun tәqsirli bilinmәsinә yol verilmir. Bu Mәcәllәnin müddәalarına uyğun surәtdә müvafiq hüquqi prosedur daxilindә ittihamın sübuta yetirilmәsindә aradan qaldırılması mümkün olmayan şübhәlәr tәqsirlәndirilәn şәxsin (şübhәli şәxsin) xeyrinә hәll edilir. Eyni ilә cinayәt vә cinayәt-prosessual qanunlarının tәtbiqindә aradan qaldırılmamış şübhәlәr dә onun xeyrinә hәll olunmalıdır. Cinayәt törәdilmәsindә tәqsirlәndirilәn şәxs özünün tәqsirsiz olmasını sübuta yetirmәyә borclu deyildir. Ittihamı sübuta yetirmәk, şübhәli vә ya tәqsirlәndirilәn şәxsin müdafiәsi üçün irәli sürülәn dәlillәri tәkzib etmәk vәzifәsi ittiham tәrәfinin üzәrinә düşür. CPM-in 28.5-ci maddәsindә әksini tapmış cinayәt mühakimә icraatının obyektivliyi, qәrәzsizliyi vә әdalәtliliyi prinsipinә görә, şәxsin cinayәt törәtmәkdә tәqsirli olmasına dair mәhkәmә qәrarı mülahizәlәrә әsaslana bilmәz vә işә aid biri digәrinә kifayәt qәdәr uyğun gәlәn mötәbәr sübutların mәcmusu ilә tәsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddәlәrinin tәlәblәrindәn görünür ki, hakimlәr cinayәt mühakimә icraatının hәyata keçirilmәsindә cinayәt işi üzrә toplanmış sübutları bu Mәcәllәnin tәlәblәrinә әsasәn qiymәtlәndirirlәr. Cinayәt mühakimә icraatı hәyata keçirilәrkәn bu Mәcәllәnin 125, 144-146-cı maddәlәrinin müddәalarının pozulması yolverilmәzdir. Cinayәt prosesindә heç bir sübutun vә digәr materialın qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur. Hakimlәrin sübutlara vә sair materiallara qәrәzli münasibәt bәslәmәsi, mövcud hüquqi prosedur daxilindә tәdqiq edilәnәdәk sübut vә digәr materiallardan birinә digәrinә nisbәtdә çox vә ya az әhәmiyyәt verilmәsi yolverilmәzdir. CPM-in 124.1-ci maddәsinin tәlәblәrindәn görünür ki, mәhkәmәnin vә ya cinayәt prosesi tәrәflәrinin әldә etdiyi mötәbәr dәlillәr (mәlumatlar, sәnәdlәr, әşyalar) cinayәt tәqibi üzrә sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayәt-prosessual qanunvericiliyinin tәlәblәrinә әmәl edilmәklә insan vә vәtәndaşın konstitusiya hüquq vә azadlıqları mәhdudlaşdırılmadan vә ya mәhkәmәnin qәrarı әsasında (bu Mәcәllә ilә nәzәrdә tutulmuş tәxirә salına bilmәyәn hallarda isә müstәntiqin qәrarı әsasında) mәhdudlaşdırmaqla әldә olunmalı; 124.1.2. hadisәnin cinayәt hadisәsi olub-olmamasını, törәdilmiş әmәldә cinayәtin әlamәtlәrinin olub-olmamasını, bu әmәlin tәqsirlәndirilәn şәxs tәrәfindәn törәdilibtörәdilmәmәsini, onun tәqsirli olub-olmamasını, habelә ittihamın düzgün hәll edilmәsi üçün әhәmiyyәt kәsb edәn digәr hallar göstәrilmәlidir. CPM-in 125.1-ci maddәsindә isә tәsbit edilmişdir ki, mәlumatların, sәnәdlәrin vә digәr әşyaların hәqiqiliyinә, yaranma mәnbәyinә vә әldә edilmәsi hallarına şübhәlәr olmadıqda onlar sübut kimi qәbul edilә bilәrlәr. CPM-in 138.1-ci maddәsinә әsasәn, sübutetmә ittihamın qanuni, әsaslı vә әdalәtli hәlli üçün әhәmiyyәt kәsb edәn halların müәyyәn edilmәsi mәqsәdi ilә sübutların әldә edilmәsindәn, yoxlanılmasından vә qiymәtlәndirilmәsindәn ibarәtdir. CPM-in 139-cu maddәsi bu normada göstәrilәn digәr hallarla yanaşı cinayәt hadisәsinin baş vermә faktının vә hallarının, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәldә cinayәtin әlamәtlәrinin vә şәxsin tәqsirliliyinin sübutlara әsasәn müәyyәn edilmәsini tәlәb edir. Belә ki, hәmin maddәdә qeyd olunur ki, cinayәt tәqibi üzrә icraat zamanı aşağıdakılar yalnız sübutlara әsasәn müәyyәn edilir: 139.0.1. cinayәt hadisәsinin baş vermә faktı vә halları; 139.0.2. şübhәli vә ya tәqsirlәndirilәn şәxsin cinayәt hadisәsi ilә әlaqәsi; 139.0.3. cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәldә cinayәtin әlamәtlәri; 139.0.4. cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsindә şәxsin tәqsirliliyi; 139.0.5. cinayәt qanunu ilә nәzәrdә tutulmuş cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar; 139.0.6. bu Mәcәllә ilә başqa hal nәzәrdә tutulmamışsa, cinayәt prosesi iştirakçısının vә ya cinayәt prosesindә iştirak edәn digәr şәxsin öz tәlәbini әsaslandırdığı hallar. CPM-in 144-cü maddәsinә görә, cinayәt tәqibi üzrә toplanmış sübutlar tam, hәrtәrәfli vә obyektiv yoxlanılmalıdır. Sübutların qiymәtlәndirilmәsi tәlәbi tәsbit edilmiş CPM-in 145-ci maddәsindә müәyyәn edilir ki, hәr bir sübut mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә qiymәtlәndirilmәlidir. Cinayәt tәqibi üzrә toplanmış bütün sübutların mәcmusuna isә ittihamın hәlli üçün onların kifayәt etmәsinә әsasәn qiymәt verilmәlidir. CPM-in 146.1-ci maddәsinin tәlәblәrindәn görünür ki, cinayәt tәqibi üzrә toplanmış sübutların kifayәt etmәsi dedikdә, müәyyәn edilmәli hallar üzrә mümkün sübutların elә bir hәcmi nәzәrdә tutulur ki, onlar sübut etmә predmetinin müәyyәn edilmәsi üçün mötәbәr vә yekun nәticәyә gәlmәyә imkan versin. CPM-in 349.5-ci maddәsindә göstәrilmişdir ki, aşağıdakı hallarda mәhkәmәnin hökmü әsaslı hesab edilir: 349.5.1. mәhkәmәnin gәldiyi nәticәlәr yalnız mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara әsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymәtlәndirilmәsi üçün kifayәt etdikdә; 349.5.3. mәhkәmәnin müәyyәn etdiyi hallar onun tәdqiq etdiyi sübutlara uyğun gәldikdә. CPM-in 351.2-ci maddәsinin tәlәbinә görә, mәhkәmәnin ittiham hökmü ehtimallara әsaslana bilmәz vә yalnız mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin tәqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddәsindә isә müәyyәn edilmişdir ki, mәhkәmә bu Mәcәllәnin 346.1.1—346.1.6-cı maddәlәrindә göstәrilәn mәsәlәlәrә tәsdiqedici cavab verdikdә, tәqsirlәndirilәn şәxsin cinayәtin törәdilmәsindә tәqsiri aşağıdakılar nәzәrә alınmaqla sübuta yetirilmiş hesab edilә bilәr: 351.3.1. tәqsirsizlik prezumpsiyasını rәhbәr tutaraq; 351.3.2. bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydalar daxilindә mәhkәmә baxışında ittihamın baxılması nәticәlәrinә әsaslanaraq; 351.3.3. mәhkәmә istintaqında tәdqiq edilmiş mötәbәr vә mümkün sübutlara әsaslanaraq; 351.3.4. tәqsirlәndirilәn şәxsin tәqsirliliyinә dair aradan qaldırıla bilmәyәn şübhәlәri onun xeyrinә şәrh edәrәk. Göründüyü kimi, cinayәt mühakimә icraatının obyektivliyi, qәrәzsizliyi vә әdalәtliyi, cinayәt mühakimә icraatında sübutların qiymәtlәndirilmәsi prinsiplәri, sübutlar vә sübutetmәyә dair normalar, o cümlәdәn CPM-in 125, 143-146-cı maddәlәri, hökmün әsaslılığına dair müddәalar (CPM-in 349.5-ci maddәsi) tәlәb edir ki, mәhkәmә cinayәt işlәrinә faktlar әsasında baxsın, faktların müәyyәn edilmiş sayılması üzrә qәnaәtini isә belә nәticәyә gәlmәk üçün kifayәt edәn, hәqiqiliyinә, yaranma mәnbәyinә, әldә edilmәsi hallarına şübhә olmayan (tam, hәrtәrәfli vә obyektiv yoxlanılmış), mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә lazımınca qiymәtlәndirilmiş sübutların mәcmusu ilә әsaslandırsın. Yalnız belә olduqda, CPM-in 21 vә 349.5-ci maddәlәri tәlәb etdiyi kimi, mәhkәmәnin yekun qәrarı, o cümlәdәn şәxsin ona istinad edilәn cinayәtin törәdilmәsindә tәqsirli vә ya tәqsirsiz olması (tәqsirinin sübuta yetirilmәmәsi) barәdә nәticә әsaslı sayıla bilәr. Qanunvericiliyin yuxarıda göstәrilәn tәlәblәrinә uyğun olan eyni hüquqi mövqe Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun aşağıda tәsvir edilәn Qәrarlarında ifadә olunmuşdur. Belә ki, müdafiәçi G.V.Kәrimovanın da kassasiya şikayәtindә istinad etdiyi “Azәrbaycan Respublikası CPM-in 397.1 vә 397.2-ci maddәlәrinin şәrh edilmәsi haqqında” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ### 2009-cu il tarixli Qәrarında qeyd edilir ki, hәqiqәtin müәyyәnlәşdirilmәsi әdalәt mühakimәsinin mütlәq şәrtidir vә hәr zaman cәmiyyәt mәhkәmәdәn hәqiqәti әks etdirәn әdalәt mühakimәsini tәlәb edәcәkdir. Hәr bir hakim bu vәzifәsini icra etmәk üçün ilk әvvәl prosessual tәlәblәrә hökmәn riayәt olunmasını tәmin etmәlidir, çünki bu hal cinayәt işi üzrә hәqiqәtin müәyyәnlәşdirilmәsinin vә düzgün mәhkәmә qәrarının qәbul olunmasının mühüm şәrtidir. Eynilә dә cinayәt işi üzrә araşdırmanın predmetini tәşkil edәn hadisәnin әhәmiyyәtli halları müәyyәnlәşdirilmәmişdirsә vә (vә ya) bu hallara münasibәtdә cinayәt qanununun müddәaları düzgün tәtbiq olunmamışdırsa, hәmin qәrara hәqiqi әdalәt mühakimәsi aktı kimi baxıla bilmәz. Hәmin akt әdalәtsizliyinә sәbәb olmuş hakimin qanunsuz hәrәkәtlәri, mәhkәmә sәhvlәri vә ya qanuniliyinә vә әsaslılığına tәsir etmiş digәr hallardan asılı olmayaraq düzәldilmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman mәhkәmә onun qanunçuluq vә әsaslılıq tәlәblәrinә cavab verә bilәcәyinin tәmin edilmәsi üçün öz aktını bu amillәrin üzәrindә qәrarlaşdırmalıdır. Belә tәlәblәrә cavab vermәyәn mәhkәmә qәrarlarına yenidәn baxılması imkanının mәhdudlaşdırılması әdalәt vә hüquqi müәyyәnlik kimi dәyәrlәrin müdafiәsindә tarazlığın pozulması vә Konstitusiya ilә tәminat verilәn insan hüquq vә azadlıqlarına zәrәr yetirilmәsi ilә nәticәlәnә bilәr. “V.Bayramov vә qeyrilәrinin şikayәtlәri üzrә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt işlәri vә inzibati hüquqpozmalara dair işlәr üzrә mәhkәmә kollegiyasının ## #### 2004-cü il tarixli qәrarının Azәrbaycan Respublikasının Konstitusiyasına vә uyğunluğunun yoxlanılmasına dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun # ######## 2005-ci il tarixli qәrarında qeyd olunmuşdur ki, mәhkәmә hökmü şәxsin tәqsirli olub-olmaması kimi hәyati әhәmiyyәti olan mәsәlәni hәll edir. Bu sәbәbdәn prosessual qanunvericiliyin tәlәbinә görә mәhkәmәnin hökmü qanuni vә әsaslı olmalıdır. (CPM-in 349.3-cü maddәsi). Mәhkәmә hökmünün әsaslılığının şәrtlәrindәn biri dә hökmdә müәyyәn edilmiş halların mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara uyğun gәlmәsidir. Bu o demәkdir ki, şәxsin cinayәt törәtmәkdә tәqsirli olmasına dair mәhkәmә qәrarı mülahizәlәrә әsaslana bilmәz vә işә aid biri digәrinә uyğun gәlәn mötәbәr sübutların mәcmusu ilә tәsdiq olunmalıdır (CPM-in 28.5-ci maddәsi). Insan Hüquqları üzrә Avropa Mәhkәmәsi (bundan sonra mәtndә Avropa Mәhkәmәsi) müxtәlif ölkәlәrә qarşı qәbul etdiyi Qәrarlarında dәfәlәrlә vurğulamışdır ki, tәqsirlәndirilәn şәxsin tәqsirliliyi barәdә mәhkәmәnin nәticәsi hәm yetәrlilik, hәm dә inandırıcılıq tәlәblәrinә uyğun olmalı, onun әsasını isә yalnız elә sübutlar tәşkil etmәlidir ki, qanuna müvafiq yәni, qanuni yolla әldә olunmuş olsun. Avropa Mәhkәmәsinin yerli mәhkәmәlәrin yekun qәrarlarının hüquqiliyi ilә bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrә # #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrә ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrә ## ###### 2009-cu il tarixli Qәrarlarına әsasәn, hüquqi dövlәtin әn mühüm prinsiplәrindәn biri digәr hallarla yanaşı, mәhkәmәnin yekun qәrarlarının sual doğurmamalı olmasını nәzәrdә tutan hüquqi müәyyәnlikdir. Yuxarı mәhkәmәlәrin hüquqi qәrarları lәğv etmә gücü mәhz ciddi sәhvlәrin düzәldilmәsindә özünü göstәrmәlidir. Bu güc elә tәtbiq edilmәlidir ki, fәrdi maraqlarla mühakimә sisteminin effektivliyinin tәmin edilmәsi arasında әdalәtli balans yaratmaq maksimal dәrәcәdә mümkün olsun. Bir sıra mәhkәmә qәrarlarında “ciddi sәhv” anlayışının tәhlili zamanı Mәhkәmә vurğulamışdır ki, işin “natamam vә qәrәzli” olması, yanlış nәticәyә sәbәb olması, mәhkәmә prosesinin ciddi pozuntuları, hakimiyyәtdәn suiistifadә, hüququnun tәtbiqi dairәsindәki sәhvlәr vә әdalәt mühakimәsi maraqlarına tәsir edәn digәr ağır nöqsanlar ciddi sәhvin mövcudluğu kimi göstәrilir. Göstәrilәnlәrlә bağlı Konvensiya prinsipial olaraq dövlәtin cinayәt mühakimә icraatı zamanı sәhvlәrin aradan qaldırılması imkanına malik olması üçün yekun mәhkәmә qәrarlarının yenidәn baxılmağa açılmasına icazә verir. Belә sәhvlәrin aradan qaldırılmadan qalması әdalәt mühakimәsinin әdalәtliliyinә, obyektivliyinә vә ictimai nüfuzuna ciddi tәsir edir. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli Qәrarında mәhkәmә hökmünün vә apellyasiya instansiyası mәhkәmәsinin yekun qәrarının qanuniliyi ilә bağlı mәhkәmәlәrә bir çox izah vә tövsiyyәlәr verilmişdir ki, bunlardan da bir hissәsi hәmin Qәrarın 8-10-cu bәndlәrindә nәzәrdә tutulmuşdur. Belә ki, sözü gedәn Plenum Qәrarının göstәrilәn bәndlәrindә mәhkәmәlәrә Konstitusiyanın 63-cü maddәsinә, habelә CPM-in 33, 125-ci maddәlәrinә әsasәn әdalәt mühakimәsi hәyata keçirilәrkәn qanunsuz yolla әldә edilәn sübutlardan istifadә edilә bilmәmәlәri, öz tәşәbbüsü ilә vә yaxud cinayәt prosesi tәrәflәrinin vәsatәtlәri әsasında sübutun CPM-in 125.2-ci maddәsindә nәzәrdә tutulmuş pozuntularla әldә edilmәsi sәbәbindәn istifadә edilmәsinin qeyri-mümkün olması barәdә nәticәyә gәlib, onu sübutların sırasından xaric edәrkәn qanun pozuntusunun nәdәn ibarәt olmasını әsaslandırmaları tövsiyә olunmuşdur. Hәmçinin izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 vә 349.5.1-ci maddәlәrinә müvafiq olaraq mәhkәmәnin hökmü yalnız mәhkәmә iclasında bilavasitә tәdqiq olunan sübutlara әsaslana bilәr. Bu maddәlәrin tәlәbinә görә, mәhkәmә gәldiyi nәticәlәri şәrh edәrkәn mәhkәmә iclasında tәdqiq edilmәyәn vә mәhkәmә iclas protokolunda әksini tapmayan sübutlara istinad edә bilmәz. Tәqsirlәndirilәn şәxsin, şahidlәrin, zәrәr çәkmiş şәxsin, mәhkәmәyәdәk icraat zamanı verdiklәri ifadәlәrә o vaxt istinad etmәk olar ki, onlar CPM-in 327, 329 vә 330.1-ci maddәlәrinә uyğun olaraq mәhkәmә iclasında elan edilmәklә yanaşı, başqa sübutlarla müqayisә edilmiş olsun. Qanunvericiliyin yuxarıda göstәrilәn tәlәblәrinә, Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin vә Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun hüquqi mövqelәrinә vә Ali Mәhkәmәnin Plenumunun izah vә tövsiyәlәrinә әsaslanaraq mәhkәmә kollegiyası mәhkum Mәhkum müdafiәçisi G.V.Kәrimovanın kassasiya şikayәtindә irәli sürdüyü tәlәbin, yәni apellyasiya instansiyası mәhkәmәsinin qәrarının qeyri-obyektiv sayılaraq Mәhkum ona qarşı irәli sürülmüş ittiham üzrә tәqsirliliyinin sübuta yetirilmәmәsinә görә cinayәt işinin icraatına bәraәtverici әsaslarla xitam verilmәsi barәdә iddiasının әsaslılığını yoxlayarkәn işin faktiki hallarının kassasiya şikayәtindә әksini tapmış tәsvirini deyil, iş üzrә birinci vә apellyasiya instansiya mәhkәmәlәri tәrәfindәn müәyyәn olunmuş faktiki halları rәhbәr tutacaqdır. Işә mahiyyәti üzrә baxaraq sübutları tәdqiq edәn birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin müәyyәn etdiklәri faktiki hallar isә ondan ibarәtdir ki, Mәhkum rәsmi nikahda olduğu arvadı Zәrәrçәkmiş şәxs ailә qurduğu ## ### 2007-ci il tarixdәn birlikdә yaşadığı müddәt әrzindә mütәmadi olaraq döyәrәk sair zorakı hәrәkәtlәr edib Zәrәrçәkmiş şәxs güclü fiziki ağrı vә psixi iztirablarla müşayiәt olunan hәrәkәtlәr etmiş, ## #### 2020-ci il tarixdә birlikdә yaşadıqları ünvan 2 ünvanındakı mәnzildә olduqları zaman Zәrәrçәkmiş şәxs adına olan daşınmaz әmlakları onun adına keçirmәmәsini bәhanә edib azyaşlı övladları şahid4 vә şahid5 gözlәri qarşısında yumruq zәrbәlәri ilә Zәrәrçәkmiş şәxs baş vә alın nahiyәlәrinә qәsdәn bir neçә dәfә vurub sonuncunun bununla fiziki әzab vә psixi iztirab çәkdiyini dәrk edib bunu arzulayaraq ona alın nahiyәsinin әzilmiş yarası ilә nәticәlәnәn dәrәcәsinә görә sağlamlığın qısa müddәtә pozulmasına sәbәb olan yüngül dәrәcәli bәdәn xәsarәti yetirmiş, bununla kifayәtlәnmәyәrәk qanunsuz hәrәkәtlәrini davam etdirib ## ###### 2021-ci il tarixdә saat 13 radәlәrindә ünvan 3 ünvanında yerlәşәn mәnzildә Zәrәrçәkmiş şәxs öz adına olan daşınmaz әmlakların onun adına keçirilmәmәsini bәhanә edib şüşә qabı qәsdәn Zәrәrçәkmiş şәxs üzәrinә atıb sağ әlinin İ barmağına vuraraq şüşә qabın dәymәsi nәticәsindә bәdәn xәsarәti alacağını dәrk edib bunu arzulayaraq ona sağ әlin İ barmağının әsas falanqa nahiyәsinin kәsilmiş yarası ilә nәticәlәnәn sağlamlığın qısa müddәtә pozulmasına sәbәb olan yüngül dәrәcәli bәdәn xәsarәti yetirmiş, bundan sonrakı müddәtdә dә müxtәlif tarixlәrdә vә yerlәrdә Zәrәrçәkmiş şәxs mütәmadi olaraq tәklikdә, ailә üzvlәrinin yanında vә başqa şәxslәrin әhatәsindә tәhqir edib söyәrәk psixi iztirab vermәklә yanaşı, hәmçinin barmaqlarını geri qatlayıb sıxmaqla, bәdәnini çimdiklәmәklә, saçlarını dartaraq yolmaqla, bәdәninin müxtәlif nahiyәlәrini yumruq vә tәpik zәrbәlәri ilә vurub әzmәklә, ayaqlarını tapdalamaqla fiziki zorakılıq etmiş, sonuncu dәfә isә ## #### 2024-cü il tarixdә ünvan 3 ünvanında yerlәşәn mәnzildә Zәrәrçәkmiş şәxs çox pul qazanmasını, lakin çox pul xәrclәyәrәk ona az pul vermәsini bәhanә edib azyaşlı övladı şahid4 gözlәri qarşısında Zәrәrçәkmiş şәxs bәdәninin müxtәlif nahiyәlәrindәn qәsdәn yumruq vә tәpik zәrbәlәri ilә vurub döymәklә vә itәlәyib yerә yıxmaqla sonuncunun bununla әzab çәkdiyini dәrk edib bunu arzulayaraq Zәrәrçәkmiş şәxs sol dirsәk, sağ vә sol diz oynağı nahiyәsinin yumşaq toxumalarının әzilmәsi vә geniş qançırı ilә nәticәlәnәn sağlamlığın qısa müddәtә pozulmasına sәbәb olan yüngül, elәcә dә sağ saidin yuxarı 1/3 hissәsinin sıyrığı dәrәcәsi tәyin edilmәyәn bәdәn xәsarәtlәri yetirmәklә zәrәr çәkmiş şәxs vә mülki iddiaçı Zәrәrçәkmiş şәxs qarşı, Azәrbaycan Respublikası CM-in 126 vә 127-ci maddәlәrindә göstәrilәn nәticәlәrә sәbәb olmayan hәrәkәtlәr edәrәk mütәmadi olaraq döymәklә әzab vә işgәncә vermişdir. Iş materiallarının tәhlili göstәrir ki, bu halları müәyyәn edәrkәn, müdafiәçi G.V.Kәrimovanın kassasiya şikayәtindә irәli sürülmüş iddiaların әksinә olaraq mәhkәmәlәr ibtidai araşdırma orqanı tәrәfindәn qanuni prosedurlar daxilindә, cinayәtmühakimә icraatının prinsiplәrinә әmәl olunmaqla vә sübutetmәyә dair CPM-in 138-146cı maddәlәrinin tәlәblәri gözlәnilmәklә әldә olunmuş, birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin mәhkәmә iclaslarında isә tam, hәrtәrәfli vә obyektiv araşdırılmış sübutlara әsaslanmış, bu sübutlar Masallı Rayon Mәhkәmәsinin # #### 2025-ci il tarixli hökmündә vә apellyasiya instansiyası mәhkәmәsinin ## ###### 2026-cı il tarixli qәrarında әtraflı tәsvir edilәrәk onlara qanuna müvafiq qaydada hәm ayrı-ayrılıqda, hәm dә mәcmu şәklindә qiymәt verilmiş vә mәhkәmәlәr bu yekun mәhkәmә aktlarının әsaslandırılması zamanı yolverilmәz sübutlardan istifadә etmәmiş, iş üzrә mәhkum olunmuş vә zәrәr çәkmiş şәxsin, çoxsaylı şahidlәrin ifadәlәrinin, mәhkәmә ekspertizalarının keçirilmәsi, zәrәr çәkmiş şәxs vә mülki iddiaçı Zәrәrçәkmiş şәxs tәrәfindәn tәqdim olunmuş video görüntülәrin vә işә әlavә edilmiş sübut әhәmiyyәtli sәnәdlәrin әldә olunması vә müxtәlif istintaq hәrәkәtlәrinin aparılması, habelә digәr sübutların toplanması vә araşdırılması zamanı qanunun tәlәblәrinә tam şәkildә әmәl olunmuş vә sübutların qәbuledilmәzliyinin әsasını tәşkil edәn, CPM-in 125.2-ci maddәsindә göstәrilmiş hәr hansı kobud qanun pozuntusuna yol vermәmişlәr. Bununla yanaşı mәhkәmә kollegiyası iş materiallarına әsaslanaraq hәmçinin belә qәnaәtә gәlir ki, işә mahiyyәti üzrә baxmış mәhkәmәlәr CPM-in 145.1-ci maddәsinin tәlәblәrinә müvafiq olaraq araşdırılmış sübutları onların mötәbәrliyi, mümkünlüyü vә mәnsubiyyәti üzrә qiymәtlәndirib CPM-in 146-cı maddәsinә әsasәn hәmin sübutların mәhkum Mәhkum tәrәfindәn iş üzrә qәbul edilmiş yekun mәhkәmә aktlarında istinad olunan cinayәt әmәllәrini törәtmәsi vә onun tәqsirliliyinin müәyyәn edilmәsi üçün kifayәt etmәsi haqqında düzgün nәticәyә gәlmişlәr. Araşdırılmış bu sübutların hamısının birinci instansiya mәhkәmәsinin hökmündә, onların bir qisminin isә apellyasiya instansiyası mәhkәmәsinin yekun qәrarında әtraflı şәrh edilmәsini nәzәrә alaraq mәhkәmә kollegiyası hәmin sübutların hazırkı qәrarda tәkrarәn tәsvirinә ehtiyac görmür, lakin hәmin sübutları tәhlil edәrәk aşağıdakıları qeyd etmәyi zәruri bilir. Əvvәla iş materiallarından görünür ki, Mәhkum hәm ibtidai araşdırma zamanı, hәm dә mәhkәmә iclaslarında özünü ona qarşı irәli sürülmüş ittiham üzrә tәqsirli bilmәyәrәk bu ittihamda göstәrilәn tarixlәrdә vә başqa vaxtlarda arvadı Zәrәrçәkmiş şәxs döymәdiyini, ona mәhkәmә-tibbi ekspertizasının rәylәri ilә müәyyәn edilmiş xәsarәtlәri yetirmәdiyini, hәmin xәsarәtlәri sonuncu özünün ehtiyatsızlığı nәticәsindә aldığını, ümumiyyәtlә ona qarşı hәr hansı işgәncә vә ya digәr zorakı hәrәkәtlәr etmәmәsini, onu qanunsuz olaraq azadlıqdan mәhrum etmәmәsini bildirsә dә, onun bu haqda verdiyi ifadәlәri kassasiya şikayәtlәrindә dә istinad olunan zәrәr çәkmiş şәxs Zәrәrçәkmiş şәxs vә şahidlәrin ibtidai araşdırma zamanı vә mәhkәmә iclaslarında heç bir tәsir vә tәzyiq göstәrilmәdәn verdiklәri ifadәlәri ilә yanaşı, iş üzrә toplanmış digәr sübutlarla tәkzib edilir. Mәhkәmә kollegiyası hesab edir ki, mәhz bu ifadәlәri әsas götürüb onları qәbul etdiklәri yekun mәhkәmә aktlarının әsasına qoyaraq Mәhkum tәqsirliliyini müәyyәn edәrkәn istәr birinci, istәrsә dә apellyasiya instansiyası mәhkәmәsi hәr hansı qanun pozuntusuna yol vermәmiş, digәr tәrәfdәn göstәrilәn şәxslәr birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında dindirildikdәn sonra onların mәhkәmәyәdәk icraat dövründә verdiklәri ifadәlәri dә tәdqiq olunmuş, mәhkәmәlәr dә araşdırılmış bütün sübutları müqayisәli şәkildә qiymәtlәndirәrәk Mәhkum yuxarıda tәsvir edilmiş cinayәt әmәllәrini törәtmәsi, onun bu әmәllәrinin isә CM-in 133.2.6-cı maddәsi ilә tövsif edilmәsi barәdә qanuni vә әsaslı nәticәyә gәlmişlәr. Iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası mәhkәmәsi artıq tam hәcmdә tәdqiq edilmiş sübutların hamısının tәkrarәn araşdırılmasına ehtiyac görmәyәrәk birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşmış vә mәhkum olunmuş şәxsin müdafiәçisi E.M.Nәbizadәnin hökmdәn verdiyi apellyasiya şikayәtinin dәlillәrini qәbul edilmәz sayaraq hәmin hökmün Mәhkum tәqsirliliyi vә onun әmәllәrinin hüquqi tövsifi hissәlәrindә dәyişdirilmәdәn saxlanılmasını mümkün bilmiş, gәldiyi qәnaәti isә kifayәt qәdәr vә inandırıcı şәkildә әsaslandırmışdır. Mәhkәmә kollegiyası birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin araşdırılmış sübutların qiymәtlәndirilmәsi vә qәbul etdiklәri yekun mәhkәmә aktlarının әsaslandırılması ilә bütövlükdә razılaşaraq onu da qeyd etmәyi lazım bilir ki, belә qiymәtlәndirmә, o cümlәdәn mәhkәmәlәr tәrәfindәn zәrәr çәkmiş şәxslәrin vә şahidlәrin ibtidai araşdırma zamanı verdiklәri ifadәlәrә üstünlük vermәlәri, elәcә dә Mәhkum törәtdiyi әmәllәrә münasibәtdә maddi hüquq normalarının tәtbiqi toplanmış vә araşdırılmış sübutlarla yanaşı qanunvericiliyin aşağıdakı tәlәblәri, habelә Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun hüquqi mövqeyi vә Ali Mәhkәmәnin Plenumunun izah vә tövsiyәlәri dә tam uzlaşır. Belә ki, CPM-in 329.1-ci maddәsinә әsasәn şahid tәrәfindәn mәhkәmәyәdәk icraat, davam edәn mәhkәmә baxışı zamanı әvvәllәr keçirilmiş mәhkәmә iclasında vә ya cari mәhkәmә iclasında verilmiş ifadәlәrin şahidin mәhkәmә iclasında iştirakı olmadan elan edilmәsinә, habelә hәmin ifadәlәrin audio yazısının sәslәndirilmәsinә video vә ya kino çәkilişinin göstәrilmәsinә yalnız şahidin mәhkәmә baxışına gәlmәsini istisna edәn sәbәblәrә görә, hәmçinin bu Mәcәllәnin 327.1-ci maddәsindә nәzәrdә tutulmuş digәr hallarda yol verilir. CPM-in 330.1-ci maddәsinin tәlәbindәn görünür ki, zәrәr çәkmiş şәxs bu Mәcәllәnin 328-ci maddәsindә şahidin dindirilmәsi üçün nәzәrdә tutulmuş qaydalar üzrә dindirilir, habelә onun ifadәlәrinin elan edilmәsinә bu Mәcәllәnin 329-cu maddәsindә göstәrilәn qaydada yol verilir. CPM-in 327.1.3-cü maddәsindә isә tәsbit edilmişdir ki, tәqsirlәndirilәn şәxsin әvvәllәr vermiş olduğu vә cari mәhkәmә baxışında verdiyi ifadәlәr arasında әhәmiyyәtli ziddiyyәtlәr olduqda (belә halda tәqsirlәndirilәn şәxsin ifadәlәrinin elan edilmәsi yalnız onun sәrbәst ifadә vermәsindәn vә verilmiş suallara cavab vermәsindәn sonra mümkündür) onun mәhkәmәyәdәk icraat dövründә verdiyi ifadәlәri mәhkәmә iclasında elan edilә bilәr. Qeyd olunmaldırı ki, bu müddәalar hәmçinin zәrәr çәkmiş şәxsin vә şahidin dindirilmәlәri hallarına da aiddir, mәhkәmә isә göstәrilәn şәxslәrin әvvәlki ifadәlәrinin elan olunması ilә kifayәtlәnmәmәli vә qәbul etdiyi yekun mәhkәmә aktında hәmin ifadәlәrә digәr sübutlarla müqayisәli şәkildә qiymәtlәndirmәklә hәmin ifadәlәrin hansına üstün vermәsini әsaslandırmalıdır. Hazırkı işin materiallarından vә iş üzrә qәbul edilmiş yekun mәhkәmә aktlarından göründüyü kimi, birinci vә apellyasiya instansiyası mәhkәmәlәri bu tәlәblәrә әmәl etmiş vә Mәhkum tәqsirliliyini müәyyәn edәrkәn şahidlәrin vә zәrәr çәkmiş şәxslәrin faktiki olaraq biri-biri ilә uzlaşan ifadәlәrә üstünlük verәrәk bunu kifayәt qәdәr әsaslandırmış vә düzgün olaraq Mәhkum cinayәt tәqibinin müxtәlif mәrhәlәlәrindә verdiyi ziddiyyәtli ifadәlәrini özünü müdafiә xarakterli vә mәsuliyyәtdәn yayınmaq mәqsәdilә verilmiş ifadәlәr kimi qiymәtlәndirmişlәr. Mәhkum törәtdiyi cinayәt әmәllәrinә maddi hüquq normalarının tәtbiqi ilә bağlı mәhkәmә kollegiyası qeyd edir ki, CM-in 133.1-ci maddәsindә bu Mәcәllәnin 126 vә 127ci maddәlәrindә göstәrilәn nәticәlәrә sәbәb olmayan mütәmadi olaraq döymәklә vә ya sair zorakı hәrәkәtlәrlә güclü fiziki ağrı vә ya psixi iztirablar vermәyә, CM-in 133.2.6-cı maddәsindә isә bu әmәllәrin işgәncә vermәklә törәdilmәsinә görә cinayәt mәsuliyyәti nәzәrdә tutulmuşdur. CM-in 293-cü maddәsinin “Qeyd” hissәsinә görә, bu maddәdә, habelә bu Mәcәllәnin digәr maddәlәrindә “işgәncә” dedikdә şәxsin özündәn vә ya digәr şәxsdәn mәlumat vә ya etiraf almaq, yaxud onu vә ya digәr şәxsi qorxutmaq, özünün vә ya digәr şәxsin törәtdiyi vә ya törәdilmәsindә şübhәli bilindiyi әmәlә görә cәzalandırmaq, iradәsi әleyhinә hәr hansı әmәli törәtmәyә mәcbur etmәk mәqsәdilә vә ya ayrı-seçkiliyә әsaslanan hәr hansı sәbәbdәn ona güclü fiziki ağrı vә ya psixi iztirablar vermә başa düşülür. Hazırkı işin faktiki hallarından göründüyü kimi, Mәhkum yuxarıda göstәrilәn tövsif edici әlamәtlә, yәni işgәncә vermәklә әzab vermә cinayәt әmәllәrini törәtmişdir ki, bununla da onun әmәllәrinin CM-in 133.2.6-cı maddәsi ilә tövsif edilәrәk hәmin maddә ilә tәqsirli bilinib mәhkum olunması üçün kifayәt qәdәr әsaslar yaratmışdır. Mәhkәmә kollegiyasının qәnaәtinә görә, mәhkәmәlәrin hazırkı iş üzrә bu haqda gәldiklәri nәticә vә qәbul etdiklәri yekun mәhkәmә aktları tәqsirsizlik prezumpsiyası nәzәrdә tutulmuş Konstitusiyanın 63-cü maddәsinin, “Insan Hüquqlarının vә Əsas Azadlıqların müdafiәsi haqqında” Avropa Konvensiyasının 6-cı maddәsinin 2-ci hissәsinin, digәr beynәlxalq müqavilәlәrin tәlәblәri ilә yanaşı, hәmçinin Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun hüquqi mövqeyi vә Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun izah vә tövsiyәlәri ilә dә tam uzlaşır. Bu haqda qanunvericilikdә nәzәrdә tutulmuş müvafiq normalara tәkrarәn istinad edilmәsinә zәrurәt görmәyәn mәhkәmә kollegiyası eyni zamanda qeyd edir ki, CPM-in 139.0.2-ci vә 139.0.4-cü maddәlәrinә görә, cinayәt tәqibi üzrә icraat zamanı şübhәli vә ya tәqsirlәndirilәn şәxsin cinayәt hadisәsi ilә әlaqәsi, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsindә şәxsin tәqsirliliyi yalnız sübutlara әsasәn müәyyәn edilir. “Azәrbaycan Respublikası Prokurorluğunun sorğusuna әsasәn Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 43.1.1, 314.2-ci maddәlәrindә nәzәrdә tutulmuş «dövlәt ittihamçısı vә xüsusi ittihamçı cinayәt tәqibindәn imtina etdikdә» müddәasının şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2008-ci il tarixli Qәrarında göstәrilmişdir ki, CPM-in müddәalarına görә, ittihamın sübuta yetirilmәsi, şübhәli vә ya tәqsirlәndirilәn şәxsin müdafiәsi üçün irәli sürülәn dәlillәrin tәkzib edilmәsi vәzifәsi bütövlükdә ittiham tәrәfinin üzәrinә düşür. Ittiham tәrәfi cinayәt hadisәsinin baş vermәsini, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin әlamәtlәrinin mövcudluğunu, bu әmәlin törәdilmәsinә tәqsirlәndirilәn şәxsin aidiyyәtini, cinayәt törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb olunmasının mümkünlüyünü sübut edir, tәqsirlәndirilәn şәxsin әmәlinin hüquqi tövsifinә vә mәhkәmәnin yekun qәrarına dair öz tәkliflәrini verir. Müdafiә tәrәfinin funksiyası isә cinayәt tәqibi ilә bağlı irәli sürülmüş ittihamı tәkzib etmәkdәn vә ya cinayәt prosesini hәyata keçirәn orqanın diqqәtini tәqsirlәndirilәn şәxsin cinayәt mәsuliyyәtindәn azad edilmәsinә vә ya cinayәt mәsuliyyәtini yungüllәşdirәn halların mövcudluğuna cәlb etmәkdәn, tәqsirlәndirilәn şәxsin әmәlinin hüquqi tövsifinә vә mәhkәmәnin yekun qәrarına dair öz tәkliflәrini vermәkdәn ibarәtdir. “Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 39.1.5 vә 41.2-ci maddәlәrinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2010-cu il tarixli Qәrarında vurğulanmışdır ki, hәr kәsin hüquq vә azadlıqlarının dövlәt tәrәfindәn müdafiәsinә tәminat verәn hәmin Konstitusiya müddәaları, hәmçinin, cinayәt törәtmәkdә tәqsiri olmayan şәxslәrin cinayәt prosesini hәyata keçirәn orqanların vәzifәli şәxslәrinin vә ya hakimlәrin özbaşına hәrәkәtlәri ilә qanunsuz şübhә altına alınmasının, ittiham vә ya mәhkum edilmәsinin yolverilmәz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddәsi isә hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmәdә müdafiәsinә tәminat verir. Mәhkәmә müdafiәsinin tәmin etdiyi әdalәtli mәhkәmә araşdırılması hüququ sәlahiyyәtli mәhkәmә tәrәfindәn tәqsiri sübuta yetirilmәmiş şәxsin bәraәt almaq hüququnu әhatә edir. Bәraәt, tәqsirlәndirilәn şәxsә aid olan hüquq olmaqla, onun tәqsirsizliyini rәsmi bәyan edәn vә onu tәmin edәn mәhkәmә hakimiyyәti aktı - bәraәt hökmü ilә tәsdiq olunur. “Ədalәt mühakimәsinin hәyata keçirilmәsi zamanı «Insan Hüquqlarının vә Əsas Azadlıqların Müdafiәsi haqqında» Avropa Konvensiyası müddәalarının vә Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin presedentlәrinin tәtbiqi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## #### 2006-cı il tarixli Qәrarında mәhkәmәlәrә izah edilmişdir ki, hәr bir insan tәqsirliliyi barәdә mәhkәmә tәrәfindәn qәti qәrar qәbul edilәnә kimi tәqsirsiz hesab edilir. Tәqsirsizlik prezumpsiyası cinayәtkarlara verilәn güzәşt kimi başa düşülmәmәlidir. Tәqsirliliyin sübut edilmәsinә aid tәlәb tәqsirlәndirilәn şәxsin tәqsirliliyinә inam olmadığı hallarda mәhkәmәnin bәraәt hökmü çıxarmasını nәzәrdә tutur. CPM-in 42.1.4-cü maddәsinә әsasәn mәhkәmә baxışı nәticәsindә tәqsirlәndirilәn şәxsә qarşı irәli sürülmüş cinayәtin törәdilmәsindә onun tәqsirsizliyini tәsdiq edәn bәraәt hökmü tәqsirliliyi sübuta yetirilmәdikdә çıxarılır. CPM-in 42.2.4-cü maddәsinin tәlәblәrindәn görünür ki, bәraәt hökmü bu Mәcәllәnin 42.1.4-cü maddәsindә nәzәrdә tutulmuş әsaslara görә şәxsin tәqsirliliyini tәsdiq edәn kifayәt qәdәr sübutlar toplanılmadıqda vә ya toplanmış sübutlar onun tәqsirsizliyini tәsdiq etdikdә çıxarılır. Bu nәticәnin әtraflı tәhlil edilmәsini zәruri bilmәyәn vә yuxarıda tәsvir edilәnlәrdәn çıxış edәrәk mәhkәmә kollegiyası Mәhkum barәsindәki apellyasiya instansiyası mәhkәmәsinin ## ###### 2026-cı il tarixli qәrarının lәğv edilәrәk onun haqqında olan cinayәt işinin icraatına hәr hansı bәraәtverici әsasla xitam verilmәsi üçün zәmin görmür vә buna görә müdafiәçi G.V.Kәrimovanın kassasiya şikayәtinin dәlillәrini qәbul edilmәz sayaraq hәmin şikayәtin tәmin edilmәsini mümkün bilmir. Zәrәr çәkmiş şәxs Zәrәrçәkmiş şәxs nümayәndәsi Nümayәndә kassasiya şikayәtinin dәlillәrinә cavab verilmәsi üçün mәhkәmә kollegiyası ilk növbәdә kassasiya icraatını tәnzimlәyәn vә prosessual qanunvericiliyin hәm yuxarıda göstәrilәn, hәm dә digәr normalarını rәhbәr tutaraq vurğulamağı lazım bilir ki, nümayәndә Nümayәndә hәmin şikayәtindә apellyasiya instansiyası mәhkәmәsinin qәrarının lәğv edilәrәk Mәhkum әlavә olaraq CM-in 145-ci maddәsi ilә ittihamın elan olunması üçün işin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması vә ya ona daha ağır cәzanın tәyin edilmәsi vә mülki iddianın tam hәcmdә tәmin edilmәsi barәdә qәrarın qәbul olunmasına dair tәlәblәr irәli sürsә dә, kassasiya instansiyası mәhkәmәsinin istәnilәn halda belә qәrarlar qәbul etmәk sәlahiyyәti qanunvericilikdә nәzәrdә tutulmamışdır. Belә ki, CPM-in 419-cu maddәsinin tәlәblәrinә vә mәnasına görә, apellyasiya instansiyası mәhkәmәsinin hökmündәn vә ya digәr yekun qәrarından verilmiş kassasiya şikayәtinә vә ya kassasiya protestinә baxan kassasiya instansiyası mәhkәmәsinin mәhkәmә kollegiyası bu müraciәtlәrә әsasәn mәhkum olunmuş vә ya bәraәt almış şәxsin vәziyyәtinin hәr hansı şәkildә ağırlaşdırılması üçün (mәsәlәn, şәxsә kifayәt qәdәr әsaslar olmadan bәraәt verilmәsinә baxmayaraq onun haqqında ittiham hökmünün çıxarılması üçün kifayәt qәdәr әsasların olması, ya onun әmәlinin hüquqi tövsifi, yaxud da cәza tәdbirinin seçilmәsi zamanı onun vәziyyәtini ağırlaşdıran maddi hüquq normalarının düzgün tәtbiq edilmәmәsi, vә ya mәhkum olunmuş şәxsә - mülki cavabdehә qarşı verilmiş mülki iddianın qismәn tәmin edilmәsinә, yaxud hәmin iddianın rәdd edilmәsinә vә ya baxılmamış saxlanılmasına baxmayaraq bunun әksi olan, yәni yenә dә sonuncunun vәziyyәtinin ağırlaşdırılması barәdә qәrarın qәbul edilmәsi vә sair bu kimi halları) zәrurәt müәyyәn etdikdә, kollegiya apellyasiya instansiyası mәhkәmәsinin yekun mәhkәmә aktının lәğv edilmәsi vә işin yeni apellyasiya baxışına tәyin edilmәsi üçün qәrar qәbul edir. Nümayәndә Nümayәndә kassasiya şikayәtinin mәzmunundan göründüyü kimi, sonuncu öz müraciәtindә belә qәrarın qәbul edilmәsi barәdә tәlәb irәli sürmәmiş, baxmayaraq ki, o, ali savadlı hüquqşünas vә vәkillik fәaliyyәti ilә mәşğul olan şәxs kimi kassasiya instansiyası mәhkәmәsinin prosessual qanunvericilikdә nәzәrdә tutulmuş sәlahiyyәtlәri barәdә mәlumatlı olmalı vә öz şikayәtindәki tәlәblәri dә qanuna uyğun olaraq sürmәli idi. Daha sonra mәhkәmә kollegiyası cinayәt işinin materiallarına müraciәt edәrәk qeyd edir ki, hәmin materiallar görә Masallı Rayon Mәhkәmәsinin hazırlıq iclasında mәhkәmә ibtidai araşdırma zamanı CPM-in 303-cü maddәsindә nәzәrdә tutulmuş hәr hansı qanun pozuntusuna yol verildiyini aşkar etmәmiş vә buna görә dә mәhkәmәnin hazırlıq iclasının ## ###### 2025-ci il tarixli qәrarı ilә CM-in 133.2.6-cı maddәsi ilә mәhkәmәyә verilmiş, eyni zamanda hәmin qәrarla sonuncuya CM-in 145-ci maddәsi ilә әlavә ittihamın elan edilmәsi üçün işin ibtidaia araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması barәdә zәrәr çәkmiş şәxs Zәrәrçәkmiş şәxs nümayәndәsi Nümayәndә vәsatәti tәmin olunmamışdır Cinayәt işinә birinci instansiyası mәhkәmәsindә baxılarkәn isә istәr zәrәr çәkmiş vә mülki iddiaçı Zәrәrçәkmiş şәxs, istәr onun nümayәndәsi Nümayәndә, istәrsә dә dövlәt ittihamçısı CPM-in 318.2-ci maddәsindә nәzәrdә tutulmuş qaydada Mәhkum әmәllәrindә daha ağır cinayәtin әlamәtlәrinin mövcud olması әsası ilә işin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması haqqında vәsatәt qaldırmamış (bu haqda müraciәti nümayәndә yalnız mәhkәmә çıxışları zamanı mәhkәmәyә ünvanlamışdır), mәhkәmә isә öz tәşәbbüsü ilә, yәni belә vәsatәt olmadanMәhkum daha ağır ittihamın elan olunması üçün işin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması barәdә qәrar qәbul etmәk sәlahiyyәtindә olmamışdır. Iş materiallarından göründüyü kimi, mәhkәmәyәdәk icraat zamanı zәrәr çәkmiş Zәrәrçәkmiş şәxs cinayәt işinin materialları ilә # ###### 2025-ci il tarixdә tanış olduqdan sonra da hәr hansı vәsatәtinin, o cümlәdәn Firdövsi Əliyevә qarşı CM-in 145-ci maddәsi ilә ittihamın irәli sürülmәsi üçün әlavә istintaqın aparılması bәrәdә vәsәtinin olmasını bildirmәmişdir. Mәhkәmәyәdәk icraatın aparılmasına dair materiallardan göründüyü kimi, ibtidai araşdırma orqanı da Mәhkum yalnız CM-in 133.2.6-cı maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәsi barәdә iş üzrә eyni nәticәyә vә hәmin orqan da toplanmış sübutları qiymәtlәndirәrәk sonuncuya qarşı yuxarıda tәsvir edilәn cinayәt әmәllәrini törәtdiyinә görә hәmin maddә ilә ittihamın irәli sürülmәsini mәqsәdә müvafiq hesab etmiş, sübutların qiymәtlәndirilmәsi haqqında # ###### 2025-ci il tarixli qәrarla isә Mәhkum barәsindә CM-in 128, 134, 145 vә 177-ci maddәlәri cinayәt tәqibinin başlanması rәdd edilmişdir. Hәmin qәrar cinayәt prosesi iştirakçıları, o cümlәdәn zәrәr çәkmiş şәxs Zәrәrçәkmiş şәxs vә onun nümayәndәsi tәrәfindәn mәhkәmә nәzarәti qaydasında, yaxud da ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokuror qarşısında mübahisәlәndirilmәmiş vә hal hazırda da qüvvәdәdir. CPM-in 65.1-ci maddәsinә әsasәn isә cinayәt prosesini hәyata keçirәn orqanın lәğv edilmәmiş qәrarı hәmin mәsәlә üzrә yeni qәrar çıxarılmasına yol vermir. Cinayәt prosesini hәyata keçirәn orqanın qәrarı, şәxsin cinayәt tәqibini istisna edәn qәrarlardan başqa, hökmün vә ya mәhkәmәnin digәr yekun qәrarının çıxarılması ilә әlaqәdar mәcburi qüvvәyә malik deyildir. Bununla yanaşı, mәhkәmә kollegiyası vurğulamağı lazım bilir ki, CPM-in 318.1-ci maddәsinә әsasәn, mәhkәmә baxışı zamanı cinayәt işinә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarına vә ya xüsusi ittiham üzrә şikayәtә yalnız tәqsirlәndirilәn şәxsә qarşı irәli sürülmüş vә ya mәhkәmәyә verilәn ittiham daxilindә baxılır. Mәhkәmә baxışı nәticәsindә mәhkәmә tәqsirlәndirilәn şәxsin әmәlini ağır cinayәtdәn daha yüngül cinayәt әmәlinә tövsif etmәk, habelә ona qarşı irәli sürülmüş ittihamdan ayrı-ayrı bәndlәri çıxartmaq hüququna malikdir. CPM-in 318.2-ci maddәsinin tәlәblәrindәn görünür ki, mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin hәrәkәtlәrindә daha ağır cinayәtin әlamәtlәrinin mövcudluğu müәyyәn edildikdә, dövlәt ittihamçısının vәsatәti әsasında mәhkәmә irәli sürülmüş ittiham üzrә cinayәt işinin vә ya mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarının baxılmasına xitam verilmәsi vә tәqsirlәndirilәn şәxsә başqa ittihamın irәli sürülmәsi mәsәlәsinә baxılması üçün işin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması barәdә әsaslandırılmış qәrar çıxarır. Mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin hәrәkәtlәrindә daha ağır cinayәtin әlamәtlәrinin mövcudluğu barәdә zәrәr çәkmiş şәxsin vә ya onun qanuni nümayәndәsinin vәsatәti әsasında mәhkәmә bu maddәdә nәzәrdә tutulmuş qaydada qәrar çıxara bilәr CPM-in 318.1 vә 318.2-ci maddәlәrindә tәsbit edilmiş normaların tәhlili göstәrir ki, әvvәla mәhkәmә cinayәt işinә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarına vә ya xüsusi ittiham üzrә şikayәtә yalnız tәqsirlәndirilәn şәxsә qarşı irәli sürülmüş vә ya mәhkәmәyә verilәn ittiham daxilindә baxır vә onun öz tәşәbbüsü ilә tәqsirlәndirilәn şәxsә daha ağır ittihamın elan edilmәsi üçün cinayәt işini vә ya sadәlәşdirilmiş icraat materiallarını ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarmaq, yaxud da tәqsirlәndirilәn şәxs barәsindә ona elan edilmәmiş daha ağır ittiham üzrә hökm çıxarmaq vә ya qәrar qәbul etmәk sәlahiyyәti yoxdur. Bundan başqa, tәqsirlәndirilәn şәxsә qarşı daha ağır ittihamın irәli sürülmәsi üçün işin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması barәdә dövlәt ittihamçısını vәsatәtinin tәmin edilmәsinә dair tәlәb imperativ xarakter daşıdığı halda, bu haqda zәrәr çәkmiş şәxsin vә ya onun nümayәndәsinin qaldırdığı vәsatәt üzrә qәrarın qәbul edilib-edilmәmәsi mәsәlәsi dövlәt ittihamçısının rәyi nәzәrә alınmaqla mәhkәmәnin mülahizәsinә әsasәn hәll edilir. Yәni mәhkәmә belә vәsatәtin hәm tәmin edilməsi, həm də rədd olunması haqda qərar qəbul edə bilər və belə qərardan apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi nəzərdə tutulmamışdır. Iş materiallarından göründüyü kimi, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Məhkum daha ağır – CM-in 133.2.6-cı maddəsi ilə yanaşı, həm də CM-in 145-ci maddəsi ilə ittihamın elan olunması üçün işə baxılmasına xitam verilməsi və həmin işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət qaldırmamış və yalnız məhkəmə çıxışlarında, yəni məhkəmə baxışı başa çatdıqdan sonra belə tələb irəli sürmüşlər ki, bu haqda da sonuncular tərəfindən edilmiş çıxışlar məhkəmə tərəfindən haqlı olaraq CPM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş vəsatət kimi qiymətləndirilməmişdir. Bununla da birinci instansiya məhkəməsi prosessual hüquq normalarının yuxarıda göstərilən tələblərini pozmayaraq Məhkum qarşı CM-in 133.2.6-cı maddəsi ilə irəli sürülmüş ittiham daxilində işə baxıb onun həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması barədə # #### 2025-ci il tarixli ittiham hökmü çıxarmış, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq hökmün bu hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edən məhkəmə kollegiyası göstərilənlərlə yanaşı, cinayət-prosessual qanunvericiliyinin müvafiq normalarına əsaslanaraq eyni zamanda onu da qeyd etməyi zəruri bilir ki, birinci və apellyasiya instansiyası mәhkәmәlәrindә icraatın aparılması barәdә tәlәblәrә (müvafiq olaraq CPM-in XL-XLV vә XLVII fәsillәrindә olan maddәlәrә) nәzәr yetirildikdә görünәn odur ki, CPM-in 318.2-ci maddәsindә nәzәrdә tutulmuş qaydalar yalnız birinci instansiya mәhkәmәsindә aparılan icraata aiddir vә belә olan halda cinayәt işinә vә ya sadәlәşdirilmiş icraat materiallarına apellyasiya qaydasında baxılarkәn istәr dövlәt ittihamçısı, istәrsә dә zәrәr çәkmiş vә ya onun nümayәndәsi tәrәfindәn tәqsirlәndirilәn şәxsә daha ağır ittihamın elan olunması vә bunun üçün işin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora, yaxud da birinci instansiya mәhkәmәsinә qaytarılması barәdә vәsatәt qaldırılsa belә, apellyasiya instansiyası mәhkәmәsi hәmin vәsatәt üzrә onun tәmin edilmәsi haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malik deyil. Qanunvericiliyin tәlәbinә görә, yalnız CPM-in 391.8-1-ci maddәsindә nәzәrdә tutulmuş halda, yәni işә birinci instansiya mәhkәmәsindә baxılarkәn dövlәt ittihamçısı tәrәfindәn müdafiә edilmiş ittihamla müqayisәdә tәqsirlәndirilәn şәxsә daha ağır ittihamın irәli sürülmәsi üçün işin birinci instansiya mәhkәmәsinә qaytarılması haqqında Azәrbaycan Respublikası Baş Prokuroru, Naxçıvan Muxtar Respublikasının әrazisindә isә - Naxçıvan Respublikası Prokuroru apellyasiya protesti verdikdә vә apellyasiya instansiyası mәhkәmәsi belә protestlә razılaşdıqda, hәmin mәhkәmә ilkin baxış iclasında apellyasiya şikayәtinә vә apellyasiya protestinә baxılmasına xitam verilmәsi vә cinayәt işinin, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarının birinci instansiya mәhkәmәsinә qaytarılması haqqında qәrar çıxarır. CPM-in 391.9.1 vә 391.9.2-ci maddәlәrinә әsasәn, bu halda apellyasiya instansiyası mәhkәmәsi öz qәrarı ilә mәhkәmә baxışının nәticәlәri üzrә çıxarılmış birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını lәğv edir vә cinayәt işini vә mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarını birinci instansiya mәhkәmәsinә mәhkәmәnin hazırlıq iclasının keçirilmәsi mәrhәlәsinә vә ya yeni mәhkәmә baxışına göndәrir. Iş materiallarından göründüyü kimi, Azәrbaycan Respublikasının Baş prokuroru tәrәfindәn Mәhkum barәsindә olan Masallı Rayon Mәhkәmәsinin # #### 2025-ci il tarixli hökmündәn CPM-in 391.8-1-ci maddәsindә nәzәrdә tutulmuş apellyasiya protesti verilmәdiyindәn apellyasiya instansiyası mәhkәmәsi dә CPM-in 391.9.1 vә 391.9.2-ci maddәlәrindә göstәrilәn qәrarı qәbul etmәmişdir. Zәrәr çәkmiş şәxs vә mülki iddiaçı Zәrәrçәkmiş şәxs vә onun nümayәndәsi Nümayәndә isә hәmin hökmdәn CPM-in 391.8-1-ci maddәsindә göstәrilәn mәzmunda, yәni Mәhkum әmәlindә daha ağır cinayәtin әlamәtlәrinin mövcudluğu barәdә apellyasiya şikayәti versә dә, apellyasiya instansiyası mәhkәmәsi şikayәtdә göstәrilәn tәlәbә uyğun qәrar qәbul etmәk sәlahiyyәtindә olmamış vә buna görә dә, mәhkәmә hәmin şikayәtә Mәhkum qarşı irәli sürülmüş vә onun tәqsirli bilindiyi ittiham daxilindә baxaraq müvafiq qәrar qәbul etmişdir. Bu halda apellyasya instansiyası mәhkәmәsi tәrәfindәn dә cinayәt vә cinayәt-prosessual qanunvericiliklәrinin hәr hansı normasının pozulmasına yol verilmәmişdir. Yuxarıda qeyd olunduğu kimi, qanunvericiliyin tәlәblәrinә görә, kassasiya instansiyası mәhkәmәsi dә özünә aid icraatı hәyata keçirәrkәn mәhkum olunmuş şәxsә daha ağır ittihamın elan olunması üçün apellyasiya instansiyası mәhkәmәsinin qәrarını (hökmünü), yaxud da onunla birlikdә birinci instansiyası mәhkәmәsinin hökmünü vә ya qәrarını lәğv etmәk vә mәhkum olunmuş şәxsin vәziyyәtinin ağırlaşdırılması, yaxud da cinayәt işinә yenidәn baxılması üçün hәmin işin birinci vә ya apellyasiya instansiyası mәhkәmәsinә qaytarılması haqqında qәrar qәbul etmәk hüququna malik deyil ona görә ki, bununla bağlı heç bir tәlәb CPM-in 416 vә 419-cu maddәlәrindә nәzәrdә tutulmamışdır. Zәrәr çәkmiş şәxs – mülki iddiaçı Zәrәrçәkmiş şәxs mülki iddiasının düzgün hәll edilmәmәsi barәdә onun nümayәndәsi Nümayәndә kassasiya şikayәtinin dәlillәrinә münasibәt bildirәn mәhkәmә kollegiyası qeyd edir ki, cinayәt işinin materiallarına әsasәn Zәrәrçәkmiş şәxs cinayәt işinә birinci instansiya mәhkәmәsi tәrәfindәn baxılarkәn ## ###### 2025-ci il tarixdә iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk tәqsirlәndirilәn şәxs Mәhkum onun tәrәfindәn törәdilmiş cinayәt әmәllәri nәticәsindә vurulmuş mәnәvi ziyana görә 10.000 (on min) manat, elәcә dә mülki iddianın verilmәsi üçün dövlәt rüsumunun ödәnilmәsinә görә 120 (bir yüz iyirmi) manat, ümumilikdә isә 10120 (on min yüz iyirmi) manat mәblәğindә pul vәsaitinin tutularaq onun xeyrinә ödәnilmәsini xahiş etmişdir. Göründüyü kimi, zәrәr çәkmiş şәxs Zәrәrçәkmiş şәxs törәdilmiş cinayәt nәticәsindә mәnәvi ziyan vurulduğundan o, prosessual qanunvericilikdә nәzәrdә tutulmuş hüququndan istifadә edәrәk tәqsirlәndirilәn şәxsә qarşı mülki iddia qaldırmış vә hәmin iddia üzrә mәsәlәnin düzgün hәll edilmәsi üçün CPM-in , Azәrbaycan Respublikası Mülki-Prosessual vә Mülki Mәcәllәlәrinin aşağıdakı tәlәblәrinә әmәl olunması, habelә Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun vә Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin hüquqi mövqelәrinin vә Ali Mәhkәmәnin Plenumunun izah vә tövsiyәlәrinin nәzәr alınması üçün әsaslar yaranmışdır. Belә ki, CPM-in 179.1-179.3-cü maddәlәrinә әsasәn, cinayәt mühakimә icraatında mülki iddia bu Mәcәllәnin müddәaları ilә müәyyәn edilmiş qaydalara әsasәn verilir, sübut vә hәll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayәt mühakimә icraatının prinsiplәrinә zidd olmadıqda vә mülki iddia üzrә icraatda zәruri olan qaydalar bu Mәcәllәdә nәzәrdә tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tәtbiqinә yol verilir. Mülki iddia üzrә qәrar iddianın predmetindәn asılı olaraq mülki qanunvericiliyin vә digәr qanunvericilik sahәlәrinin normalarına uyğun qәbul edilir; CPM-in 181.1-ci maddәsinә görә, әmlakına vurulmuş ziyana görә fiziki vә hüquqi şәxs cinayәt mühakimә icraatı zamanı aşağıdakı hallarda mülki iddia vermәyә haqlıdır: 181.1.1. ziyan bilavasitә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәllә vurulduqda; 181.1.2. ziyan cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsi ilә әlaqәdar vurulduqda. CPM-in 181.2-ci maddәsinin tәlәblәrindәn görünür ki, bilavasitә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәllә fiziki vә ya hüquqi şәxsә maddi ziyan vurulduqda o, ziyanın ödәnilmәsi barәdә mülki iddia vermәklә aşağıdakıları edә bilәr: 181.2.1. itirilmiş vә ya zәdәlәnmiş әmlakın dәyәrinin, mümkün olan hallarda isә әmlakın natura şәklindә ödәnilmәsini; 181.2.2. itirilmiş әmlakın satın alınmasına, habelә zәdәlәnmiş әmlakın keyfiyyәtinin, әmtәә görünüşünün bәrpa vә tәmir edilmәsinә sәrf olunmuş xәrclәrin ödәnilmәsini; 181.2.3. itirilmiş gәlirin ödәnilmәsini; 181.2.4. mәnәvi ziyanın ödәnilmәsini. CPM-in 181.3-cü maddәsindә isә müәyyәn edilmişdir ki, maddi ziyan o halda cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsi ilә әlaqәdar vurulmuş hesab olunur ki, o, aşağıdakı xәrclәr şәklindә özünü göstәrir: 181.3.1. zәrәr çәkmiş şәxsin müalicәsinә vә ona qulluq göstәrilmәsinә; 181.3.2. zәrәr çәkmiş şәxsin dәfninә; 181.3.3. sığorta ödәmәsinә, müavinәt vә pensiya verilmәsinә; 181.3.4. әmlakın mühafizәsinә dair müqavilәnin icrasına çәkilәn xәrclәr. CPM-in 183.2-ci maddәsindә müәyyәn edilmişdir ki, cinayәt mühakimә icraatı zamanı mülki iddia tәqsirlәndirilәn şәxsә vә ya onun әmәlinә görә üzәrinә әmlak mәsuliyyәti qoyula bilәn şәxsә verilir; Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 1097-ci maddәsinin tәlәblәrindәn görünür ki, mәnәvi zәrәrin ödәnilmәsi barәdә iddia o hallarda tәmin edilә bilәr ki, iddiaçının fiziki vә mәnәvi sarsıntılar keçirmәsi, bunların cavabdehin qanunsuz hәrәkәti vә ya hәrәkәtsizliyi nәticәsindә baş vermәsi, qanunsuz hәrәkәt vә hәrәkәtsizliklә mәnәvi zәrәr arasında sәbәbli әlaqәnin olması vә zәrәr vuran şәxsin tәqsiri müәyyәn edilmiş olsun. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin (bundan sonra mәtndә MPM-in) 149.2.3-cü maddәsinin tәlәbindәn görünür ki, iddianın predmeti vә qiymәti, iddiaçının vә ya әrizәçinin tәlәblәri, onların öz tәlәblәrinin әsası kimi istinad etdiyi fakt vә hallar vә onları tәsdiq edәn sübutların siyahısı әrizәdә göstәrilmәlidir. MPM-in 259.0.12-cü maddәsindә isә nәzәrdә tutulmuşdur ki, әrizә bu Mәcәllәnin 149-cu maddәsindә nәzәrdә tutulmuş tәlәblәr göstәrilmәdәn, elәcә dә bu Mәcәllәnin 150.1.2-ci vә ya 150.1.3-cü maddәlәrindә göstәrilәn sәnәdlәr әlavә edilmәdәn verildikdә iddiaçı hakim tәrәfindәn müәyyәn edilmiş müddәtdә işin mahiyyәti üzrә baxılmasına vә hәll edilmәsinә maneçilik törәdәn hәmin nöqsanları aradan qaldırmadıqda mәhkәmә әrizәni baxılmamış saxlayır. “Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 23-cü maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ##### 2020-ci il tarixli Qәrarına görә, şәxsin yaxınlarının, o cümlәdәn ailә üzvlәrinin ölmәsi vә ya sağlamlığına zәrәr vurulması halında mәnәvi zәrәrә görә ödәnilәn tәzminat şәxsin keçirdiyi sarsıntı vә iztirabın müәyyәn dәrәcәdә yumşaldılmasına, pozulan mәnәvi tarazlığın bәrpa edilmәsinә yönәlmiş olur. Belә halda zәrәr çәkmiş şәxsi müәyyәn miqdarda tәzminat ilә tәmin etmәklә yaxınının itirilmәsi nәticәsindә keçirdiyi sarsıntı vә iztirabın unutdurulması, yaşama sevincindәki azalma vә mәnәvi hüzursuzluğun aradan qaldırılması mәqsәdi ilә ona mәnәvi cәhәtdәn dәstәk olunmasına xidmәt edilmiş olur. Qәrarda hәmçinin qeyd olunmuşdur ki, mәhkәmәdә mәnәvi zәrәrlә bağlı işә baxılarkәn zәrәr çәkmiş şәxsin mәnәvi vә fiziki iztirablar keçirmәsi ilә әlaqәdar zәrәrin hansı şәraitdә vә hansı hәrәkәt (hәrәkәtsizlik) nәticәsindә vurulması, zәrәr vuranın tәqsirinin dәrәcәsi vә mübahisәnin hәlli üçün әhәmiyyәt kәsb edәn digәr hallar әtraflı araşdırılaraq müәyyәn edilmәlidir. Vurulmuş mәnәvi zәrәrә görә tәzminatın mәblәğinin hesablanması zamanı mәhkәmәlәr cavabdehin maddi durumunu nәzәrә almalıdırlar. Hәmçinin mәhkәmәlәr tәrәfindәn nәzәrә alınmalıdır ki, şәxsin ölümü vә ya sağlamlığına vurulmuş zәrәr tәkcә qohumlarının deyil, hәm dә onun dostlarının, tanışlarının da mәnәvi sarsıntı, mәyusluq hislәri keçirmәsinә sәbәb ola bilәr. Lakin mәhkәmәlәr hüquq pozuntusu nәticәsindә yaranan mәnәvi zәrәrә görә şәxsin mәsuliyyәtini müәyyәn edәrkәn güclü emosional hislәrlә ağır mәnәvi sarsıntı vә iztirab hislәrini fәrqlәndirmәlidirlәr. Insan Hüquqları üzrә Avropa Mәhkәmәsi “Insan Hüquqlarının vә Əsas Azadlıqların Müdafiәsi haqqında” Avropa Konvensiyasının 41-ci maddәsinә, habelә digәr normalarına әsaslanaraq mәnәvi zәrәrin müәyyәn edilmәsinә dair müvafiq tәcrübә formalaşdırmışdır. Avropa Mәhkәmәsi mәnәvi zәrәri “nigarançılıq, ruhi sarsıntı vә iztirab”, “hәyәcan, acizlik vә sarsıntı”, “mәyusluq, әdalәtsizlik hissi vә uzunmüddәtli qeyri-müәyyәnlik” kimi sәciyyәlәndirmişdir (Luluyev vә digәrlәri Rusiyaya qarşı iş üzrә 2006-cı il # ###### tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrә 2014-cü il ## ###### tarixli, Şiborş vә Kuzmina Rusiyaya qarşı iş üzrә 2014-cü il ## ###### tarixli Qәrarlar). Göründüyü kimi, “Insan Hüquqlarının vә Əsas Azadlıqların Müdafiәsi haqqında” Konvensiyanın müddәaları vә Avropa Mәhkәmәsinin presedentlәri baxımından “mәnәvi zәrәr” anlayışı insanın anadangәlmә vә ya qanun әsasında ona mәnsub olan şәxsi qeyri әmlak xarakterli hüquq vә azadlıqlarının, habelә әmlak hüquqlarının pozulması nәticәsindә mәnәvi sarsıntı vә iztirab keçirmәsini ifadә edir. Zәrәr çәkmiş fiziki şәxsin mәnәvi sarsıntı keçirmәsi dedikdә, ona qarşı törәdilәn qanunsuz hәrәkәtin vә ya hәrәkәtsizliyin şüurunda müәyyәn mәnfi psixi reaksiyaya sәbәb olması, iztirab keçirmәsi dedikdә isә, onun sağlamlığının pozulması nәticәsindә fiziki әzab çәkmәsi anlaşılır. Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin “mәnәvi ziyanla” bağlı presedent tәcrübәsi göstәrir ki, mәnәvi ziyanın müәyyәn edilmәsi üçün dәqiq meyarlar mövcud deyildir. Mәnәvi ziyan xüsusi xarakterә malikdir, hәm qurbanın şәxsiyyәti, hәm dә pozuntunun xarakterindәn asılıdır. Mәhkәmә mәnәvi ziyanın mәblәğini müәyyәn etmәk üçün bu vә ya digәr hüququn pozulması nәticәsindә baş vermiş emosional amillәri – inamsızlıq, narahatlıq, mәyusluq hissәlәrini, streslәri, әzab vә әziyyәtlәri nәzәrә alır. “Mәnәvi zәrәrin ödәnilmәsi barәdә qanunvericiliyin mәhkәmәlәr tәrәfindәn tәtbiqi tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun # ###### 2008-ci il tarixli Qәrarının 8-ci bәndindә mәhkәmәlәrә izah edilmişdir ki, mәhkәmә mәnәvi zәrәrin ödәnilmәsi barәdә tәlәblәrә baxdıqda mәsuliyyәtin yaranması әsaslarını müәyyәn etmәklә bәrabәr zәrәr çәkәnin mәnәvi sarsıntı vә iztirablara mәruz qalmasının nәdә ifadә olunmasını, bunların hansı şәraitdә vә hansı hәrәkәt (hәrәkәtsizlik) nәticәsindә baş vermәsini, zәrәr vuran şәxsin tәqsirini, zәrәr çәkәn şәxsin hansı mәnәvi sarsıntı vә iztirablar keçirmәsini, zәrәr çәkәnin bunları hansı mәblәğdә vә sair maddi formada qiymәtlәndirmәsini aydınlaşdırmağa borcludur. Hәmin Qәrarın 10-cu bәndindә Plenum izah etmişdir ki, mәnәvi zәrәrin miqdarı işin konkret hallarından asılı olaraq mәhkәmә tәrәfindәn müәyyәn edilir. Bu zaman mәnәvi zәrәrin baş vermәsinә sәbәb olmuş hәrәkәtin vә ya hәrәkәtsizliyin tәhlükәlilik dәrәcәsi, bunun nәticәsindә zәrәr çәkәnin keçirdiyi mәnәvi iztirab vә sarsıntıların xarakteri vә ağırlığı, zәrәr vuran şәxsin tәqsiri (qәsd vә yaxud ehtiyatsızlıq) vә әmlak vәziyyәti, zәrәrçәkәn şәxsin fәrdi xüsusiyyәtlәri (azyaşlı vә yaxud qadın olması, sәhhәti ilә әlaqәdar mәnәvi sarsıntı vә iztirablara dözümü, peşә vә sәnәti, cәmiyyәtdә nüfuzu vә s.), habelә işin sair diqqәtәlayiq halları nәzәrә alınmalıdır. Zәrәrin mәblәği ağlabatan vә әdalәtli olmalıdır. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli Qәrarının 67-ci bәndindә mәhkәmәlәrә izah edilmişdir ki, mәhkәmә hökm çıxararkәn verilmiş hәr bir mülki iddia üzrә onun tәmin edilibedilmәmәsi, kimin xeyrinә vә hansı hissәdә tәmin edilmәsi mәsәlәlәrini hәll etmәlidir. Hәmin Qәrarın 68-ci bәndindә göstәrilmişdir ki, cinayәt-prosessual qanuna әsasәn mәhkәmә hökmün tәsviri-әsaslandırıcı hissәsindә mülki iddianın tam vә ya qismәn tәmin edilmәsi vә yaxud rәdd edilmәsi üzrә motivlәrini, müvafiq maddi vә prosessual hüquqi normaları vә zәruri hallarda tәmin edilmiş tәlәblәrә aid olan hesablamaları göstәrmәklә gәldiyi nәticәni әsaslandırır. Belә әsaslandırma aparılarkәn cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәllә vә yaxud әmәlin törәdilmәsi ilә әlaqәdar vurulmuş ziyanın xarakteri vә tәmin edilmәli olan tәlәblәr üzrә ödәnişlәrin mәblәği (o cümlәdәn, mülki cavabdeh mülki iddianı qәbul etdiyi hallarda) mәhkәmә baxışında tәdqiq edilmiş sübutlar göstәrilmәklә onların mәcmusu ilә әsaslandırılmalıdır. Qәrarın 71 vә 72-ci bәndlәrindә mәhkәmәlәrә cinayәt qanununda nәzәrdә tutulmuş әmәllә vurulmuş mәnәvi ziyanın ödәnilmәsinә dair iddialara baxarkәn Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun “Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 23-cü maddәsinin şәrh edilmәsinә dair” ## ##### 2020-ci il tarixli Qәrarında, elәcә dә Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun 2008-ci il # ###### tarixli “Mәnәvi zәrәrin ödәnilmәsi barәdә qanunvericiliyin mәhkәmәlәr tәrәfindәn tәtbiqi tәcrübәsi haqqında” Qәrarında ifadә olunmuş hüquqi mövqelәrdәn irәli gәlәn yanaşmanı rәhbәr tutmaları, o cümlәdәn mәnәvi zәrәrә görә ödәnilmәli olan pulun mәblәğini müәyyәn edәrkәn zәrәr çәkmiş şәxsin fәrdi xüsusiyyәtlәri ilә әlaqәdar keçirdiyi fiziki, mәnәvi iztirabların xarakterini, cinayәt törәtmiş şәxsin tәqsirlilik dәrәcәsini, maddi vәziyyәtini, zәrәr çәkmiş şәxsin qanunsuz vә ya әxlaqsız hәrәkәtlәrinin cinayәtin törәdilmәsinә tәsir edib-etmәmәsini vә verilmiş mülki iddianın hәllinә tәsir göstәrәn digәr halları nәzәrә almaları, hәr bir halda ağlabatanlıq vә әdalәtlilik kimi meyarlar baxımından kompensasiyanın mәblәğini nәzәrdәn keçirmәlәri, verilmiş mülki iddiaların cinayәt prosesi çәrçivәsindә mahiyyәti üzrә hәll edilmәsinә sәy göstәrmәlәri, әsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol vermәmәlәri tövsiyә edilmişdir. Tәsvir edilәnlәrdәn çıxış edәrәk mәhkәmә kollegiyası ilk növbәdә qeyd edir ki, törәdilmiş cinayәt әmәllәri nәticәsindә vә ya bununla әlaqәdar şәxsә maddi ziyan vurulduqda sonuncu mәhkәmәyә ünvanladığı iddia әrizәsindә bu ziyanın mәblәğini müәyyәn edәrkәn bununla bağlı mötәbәr sübutlarla tәsdiq olunan konkret hallara istinad etmәli, hәmin halların arxasında duran müvafiq sübutları (sәnәdlәri vә s.) öz әrizәsinә әlavә etmәli, yәni CPM-in 139.0.6-cı maddәsi tәlәb etdiyi kimi, öz tәlәblәrini sübuta yetirilmәlidir. Hazırkı işin hallarından, toplanmış vә araşdırılmış sübutlardan vә iş üzrә çıxarılmış # #### 2025-ci il tarixli hökmdәn göründüyü kimi, apellyasiya instansiyası mәhkәmәsinin dә razılaşdığı hәmin hökmlә birinci instansiya mәhkәmәsi Zәrәrçәkmiş şәxs vurulmuş mәnәvi ziyana görә 1000 (bir min) manat mәblәğindә pulun Mәhkum tutularaq mülkin iddiaçının xeyrinә ödәnilmәsi barәdә qәrar qәbul edәrkәn qanunvericiliyin tәlәblәrinә tam әmәl etmiş vә eyni zamanda Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun vә Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin hüquqi mövqelәrini, elәcә dә Ali Mәhkәmәnin Plenumunun izah vә tövsiyәlәrini kifayәt qәdәr nәzәrә almışdır. Mәhkәmә kollegiyası da göstәrilәn mәsәlә ilә bağlı birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin gәldiklәri nәticә ilә razılaşaraq belә qәnaәtә gәlir ki, zәrәr çәkmiş şәxsә vurulmuş mәnәvi zәrәrә görә Mәhkum tutularaq Zәrәrçәkmiş şәxs xeyrinә ödәnilmәsi nәzәrdә tutulmuş pul mәblәği ağlabatandır vә hәmin mәblәğin artırılması üçün әsaslar yoxdur. Apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn ## ###### 2026-cı il tarixli qәrarla Mәhkum açıq-aşkar yüngül cәzanın tәyin edilmәsi vә eyni zamanda onun barәsindә düzgün olmayaraq amnistiya aktının tәtbiq edilmәsi haqda nümayәndә Nümayәndә kassasiya şikayәtinin dәlillәrinә cavab olaraq mәhkәmә kollegiyası ilk növbәdә qeyd edir ki, yalnız törәdilmiş cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, bu cinayәtin ağırlığına, törәdilmәsi hallarına vә tәqsirkarın şәxsiyyәtinә, ailә vәziyyәtinә, onun cinayәt törәtmәzdәn әvvәl vә bundan sonrakı davranışına, iş üzrә müvafiq sübutlarla müәyyәn edilmiş cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallara uyğun olan cәza әdalәtli hesab edilmәlidir. Eyni zamanda mәhkәmә tәrәfindәn cәza tәyin edilәrkәn sosial әdalәtә aşağıdakı qaydalar nәzәrә alınmaqla nail olunur: a) cәza CM-in Xüsusi hissәsinin müvafiq maddәsi ilә müәyyәn edilmiş hәdlәr daxilindә tәyin edilmәlidir. Törәdilmiş cinayәtә görә nәzәrdә tutulmuş cәza növündәn daha ciddi cәza növü yalnız o halda tәyin edilir ki, az ciddi cәza növü cәzanın mәqsәdlәrinә çatmağı tәmin edә bilmir; b) cәza CM-in Ümumi hissәsinin müddәaları, onlardan bu vә ya digәr şәkildә cәzanın tәyin edilmәsi ilә bağlı olan vә bu prosesә tәsir edәn müddәaları nәzәrә alınmaqla tәyin edilir (cәza anlayışı, onun mәqsәdlәri vә növlәri, yetkinlik yaşına çatmayanların cinayәt mәsuliyyәtinin vә cәzalandırılmasının xüsusiyyәtlәri vә s.); c) cәza cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi nәzәrә alınmaqla tәyin edilir. Cinayәtin ictimai tәhlükәliliyinin xarakteri dedikdә, cinayәt mәsuliyyәti nәzәrdә tutulan әmәlin müәyyәn bir növü kimi cinayәtin tәhlükәliliyinin keyfiyyәt xarakteristikası başa düşülür. Bu, ilk növbәdә cinayәtkar qәsd obyektinin xarakterindәn vә dәyәrliliyindәn asılıdır. Cinayәtin ictimai tәhlükәlilik dәrәcәsi eyni xarakterli cinayәt әmәllәrinin kәmiyyәt xarakteristikasıdır vә vurulmuş zәrәrin ölçüsündәn, tәqsirinin formasından, cinayәtin törәdilmә üsulundan vә cinayәtin törәdilmәsinin digәr hallarından asılıdır; ç) cәza tәyin edilәrkәn tәqsirkarın şәxsiyyәti nәzәrә alınır. Şәxsiyyәtin müәyyәn xüsusiyyәtlәri adәtәn onun törәtdiyi cinayәtdә öz әksini tapır. Tәqsirkarın şәxsiyyәti insanın ictimai mahiyyәtini, onun psixoloji vә bioloji xüsusiyyәtlәrini әhatә edәn anlayışdır. Cәzanın növünü vә ölçüsünü müәyyәn etmәk üçün, mәsәlәn, müttәhimin әmәyә, tәhsilә, ictimai borcuna münasibәti, onun istehsalatda vә mәişәtdә davranışı, әmәkqabiliyyәtliliyi, sağlamlıq durumu, ailә vәziyyәti, mәhkumluğu haqqında mәlumatlar mühüm әhәmiyyәt kәsb edir. Bu meyarlar әsasında mәhkәmә tәqsirkarı mәnfi sәciyyәlәndirәn aşağıdakı mәlumatları nәzәrә almalıdır: ictimai faydalı әmәkdәn yayınma, spirtli içkilәrdәn sui-istifadә, ailәyә, işә pis münasibәt, ictimai asayişin pozulması vә s.; e) cәza tәyin edәrkәn, mәhkәmә cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları nәzәrә alır. Cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar hәm tәqsirkarın törәtdiyi cinayәtin, hәm dә onun şәxsiyyәtinin xüsusiyyәtlәrinә aid olan vә mәhkәmә tәrәfindәn tәyin edilmiş cәzanın növü vә ölçüsünә tәsir göstәrә bilәn hallardır; f) cәza tәyin edәrkәn, mәhkәmә tәyin edilmiş cәzanın tәqsirkarın islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә alır. Birincisi cәzanın mәqsәdlәrinә nail olunması, ikincisi - qanunun tәyin edilmiş cәzanın neqativ kәnar sosial nәticәlәrini mümkün qәdәr azaltmaq istәyi ilә bağlıdır. Mәhkәmә kollegiyası vurğulamağı lazım bilir ki, cәzanın tәyin edilmәsinin ümumi әsaslarını tәşkil edәn bütün bu şәrtlәrә cәza tәdbirinin seçilmәsi mәsәlәsini hәll edәn mәhkәmә tәrәfindәn mütlәq mәcmu şәkildә әmәl olunmalıdır vә yalnız bu halda әdalәtli cәza tәyin etmәk vә onun mәqsәdlәrinә çatmaq mümkün olar. Bütün qeyd olunanlar isә cinayәt qanunvericiliyinin aşağıdakı normalarının tәlәblәrindәn, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun hüquqi mövqeyindәn vә Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun Qәrarlarında mәhkәmәlәrә ünvanlanmış izah vә tövsiyәlәrdәn irәli gәlir. Yalnız bu tәlәblәrә, hüquqi mövqeyә vә tövsiyәlәrә әmәl olunmaqla tәqsirlәndirilәn şәxs barәsindә seçilmiş cinayәt-hüquqi xarakterli tәdbir әdalәtli vә qanunu hesab edilә bilәr. Belә ki, CM-in 2.1 vә 2.2-ci maddәlәrinin tәlәblәrinә görә, Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin vәzifәlәri sülhü vә bәşәriyyәtin tәhlükәsizliyini tәmin etmәkdәn, insan vә vәtәndaş hüquq vә azadlıqlarını, mülkiyyәti, iqtisadi fәaliyyәti, ictimai qaydanı vә ictimai tәhlükәsizliyi, әtraf mühiti, Azәrbaycan Respublikasının konstitusiya quruluşunu cinayәtkar qәsdlәrdәn qorumaqdan, habelә cinayәtlәrin qarşısını almaqdan ibarәtdir. Bu vәzifәlәri hәyata keçirmәk üçün Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsi cinayәt mәsuliyyәtinin әsaslarını vә prinsiplәrini, şәxsiyyәt, cәmiyyәt vә dövlәt üçün tәhlükәli olduğuna görә cinayәt sayılan әmәllәrin dairәsini vә hәmin cinayәtlәrin törәdilmәsinә görә tәtbiq edilәn cәzaların növlәrini, hәddini vә hәcmini, habelә digәr cinayәt-hüquqi xarakterli tәdbirlәri müәyyәn edir. Daha sonra mәhkәmә kollegiyası qeyd edir ki, mәhkәmә hәr hansı şәxsin haqqında ittiham hökmü çıxarmaqla onun barәsindә bu vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbir tәtbiq edәrkәn cinayәt mühakimә icraatının vәzifәlәrindәn biri olan cinayәt törәtmәkdә ittiham olunan şәxslәrin tәqsirini müәyyәn edәrәk onları cәzalandırmaq, yәni onlara qanuni vә әdalәtli cәza tәyin etmәk vәzifәsini yerinә yetirmәlidir (CPM-in 8.0.5-ci maddәsi). Cinayәt mühakimә icraatının әdalәtlilik prinsipinә görә, cinayәt mәsuliyyәtinin differensiasiyası cinayәtlәrin xarakterinә uyğun olaraq dәyәrlәndirilmәlidir. Bu prinsip onu tәlәb edir ki, tәyin edilәn hәr bir cәza törәdilmiş cinayәtin ağırlığına, cәmiyyәtdә doğurduğu tәsirә, digәr tәrәfdәn isә cinayәt törәtmiş şәxsin şәxsiyyәtini sәciyyәlәndirәn hallara uyğun olmalıdır. Cәza tәyini zamanı belә tarazlıq pozulduqda әdalәt prinsipinә әmәl olunmasından söhbәt gedә bilmәz. Tәyin edilmiş cәzanın әdalәtli olması dedikdә isә, hәmin cәzanın törәdilmiş cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi hallarına vә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsin şәxsiyyәtinә uyğun olması başa düşülür. Törәdilmiş cinayәtin ictimai tәhlükәlilik dәrәcәsi haqda müәyyәn nәticәyә gәlәrkәn mәhkәmә konkret cinayәt әmәlinin törәdilmә vәziyyәtini tam, hәrtәrәfli vә obyektiv araşdırmalı, bu zaman tәqsirin forması, motiv, üsul, cinayәtin törәdilmә şәraitini vә mәrhәlәsini, ağır nәticәyә sәbәb olub-olmamasını, cinayәtin iştirakçılarından hәr birinin iştirakçılıq dәrәcәsini vә xarakterini kompleks halda qiymәtlәndirmәlidir. CM-in 8.1-ci maddәsinә әsasәn, cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilmiş cәza vә ya digәr cinayәt hüquqi xarakterli tәdbirlәr әdalәtli olmalıdır, yәni cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi hallarına vә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsin şәxsiyyәtinә uyğun olmalıdır. CM-in 9.2-ci maddәsindә tәsbit edilmişdir ki, cinayәt törәtmiş şәxsә tәtbiq edilәn cәza vә digәr cinayәt-hüquqi xarakterli tәdbirlәr işgәncә vә ya digәr qәddar, qeyriinsani, yaxud lәyaqәti alçaldan xarakter vә ya mәqsәd daşıya bilmәz. Qanunun bu normasının tәhlili mәhkәmә kollegiyasına belә nәticәyә gәlmәk üçün әsas verir ki, mәhkәmәlәr tәqsirlәndirilәn şәxs barәsindә istәnilәn cәza tәdbirini seçәrkәn vә ya onun haqqında digәr cinayәt-hüquqi xarakterli tәdbir tәtbiq edәrkәn bu mәsәlәlәrә fәrdi yanaşma prinsipinә әsaslanmalı, bunlarla bağlı bütün halları nәzәrdәn keçirmәli, tәyin olunan cәza isә törәdilmiş cinayәtin ağırlığına, ictimai tәhlükәlilik dәrәcәsinә, xarakterinә, tәqsirlәndirilәn şәxsin şәxsiyyәtini sәciyәlәndirәn, habelә onun cәzasını yüngüllәşdirәn vә ya ağırlaşdıran hallara mütәnasib olmalıdır. Bu tәlәblәr nәzәrә alınmadan qeyd olunan hallara uyğun olmayan sәrt cәzanın tәyin edilmәsi hәmin cәzanın işgәncә vә ya digәr qәddar, qeyri-insani, yaxud lәyaqәti alçaldan xarakter vә ya mәqsәd daşıyan cәza kim qiymәtlәndirilmәsinә әsas ola bilәr. CM-in 41.1-ci maddәsinin müddәalarından göründüyü kimi, cәza mәhkәmә hökmü ilә tәyin edilәn cinayәt-hüquqi xarakterli tәdbirdir. Cәza cinayәt törәtmәkdә tәqsirli hesab edilәn şәxsә tәtbiq olunur vә hәmin şәxs barәsindә bu Mәcәllә ilә müәyyәn edilәn mәhrumiyyәtlәr yaradılmasından vә ya onun hüquq vә azadlıqlarının mәhdudlaşdırılmasından ibarәtdir. CM-in 41.2-ci maddәsinin tәlәblәrinә görә, cәza sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almaq mәqsәdi ilә tәtbiq edilir. CM-in 58.1-ci maddәsindә göstәrilir ki, cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsә, bu Mәcәllәnin Ümumi hissәsinin müddәaları nәzәrә alınmaqla Xüsusi hissәsinin müvafiq maddәlәrindә nәzәrdә tutulmuş hәdlәrdә әdalәtli cәza tәyin edilir. CM-in 58.3-cü maddәsinә әsasәn, cәza tәyin edilәrkәn törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, tәqsirkarın şәxsiyyәti, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsiri nәzәrә alınır. Cinayәt qanunvericiliyindә cәzanı yüngüllәşdirәn hallar CM-in 59.1.1-59.1.14-cü maddәlәrindә, cәzanın ağırlaşdıran hallar isә CM-in 61.1.1-61.1.13-cü maddәlәrindә nәzәrdә tutulmuşdur. Bununla yanaşı, mәhkәmә kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddәsinә әsasәn cәza tәyin edilәrkәn bu Mәcәllәnin 59.1.1-59.1.14-cü maddәlәrindә göstәrilmәmiş başqa hallar da cәzanı yüngüllәşdirәn hal qismindә nәzәrә alına bilәr. CM-in 60.1-ci maddәsinin tәlәblәrindәn görünür ki, bu Mәcәllәnin 59.1.8, 59.1.10- 59.1.13-cü maddәlәrinin hәr hansı birindә nәzәrdә tutulmuş bütün hallar (cinayәtin zәrәrçәkmiş şәxsin qanunsuz vә ya әxlaqsız hәrәkәtlәrinin tәsiri altında vә ya bu hәrәkәtlәr nәticәsindә qәflәtәn baş vermiş güclü ruhi hәyәcan (affekt) vәziyyәtindә törәdilmәsi, şәxsin könüllü gәlib tәqsirini boynuna alması, cinayәtin açılmasına, onun digәr iştirakçılarının ifşa edilmәsinә, cinayәt nәticәsindә әldә edilmiş әmlakın axtarışına vә tapılmasına fәal kömәk etmәsi, cinayәtin törәdilmәsindәn bilavasitә sonra zәrәr çәkmiş şәxsә tibbi vә ya digәr yardım göstәrilmәklә onun hәyat vә sağlamlığına dәyә bilәcәk zәrәrin azaldılması, zәrәr çәkmiş şәxslә vә ya onun yaxın qohumu olan hüquqi varisi ilә barışıq әldә edilmәsi, cinayәt nәticәsindә dәymiş ziyanın könüllü olaraq tamamilә ödәnilmәsi vә ya aradan qaldırılması) mövcud olduqda vә әgәr cәzanı ağırlaşdıran hallar yoxdursa, tәyin olunan cәzanın müddәti vә ya hәcmi bu Mәcәllәnin Xüsusi hissәsinin müvafiq maddәsindә nәzәrdә tutulmuş daha ciddi cәza növünün son hәddinin dörddә üçündәn artıq ola bilmәz. Eyni zamanda CM-in 61.2-ci maddәsindә göstәrilmişdir ki, cәza tәyin edilәrkәn bu Mәcәllәnin 61.1.1-61.1.13-cü maddәlәrindә göstәrilmәmiş hallar cәzanı ağırlaşdıran hal qismindә nәzәrә alına bilmәz. CPM-in 139.0.5-ci maddәsinә әsasәn, cinayәt tәqibi üzrә icraat zamanı digәr mәsәlәlәrlә yanaşı, hәmçinin cinayәt qanunu ilә nәzәrdә tutulmuş cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar da yalnız sübutlara әsasәn müәyyәn edilir. Bu o demәkdir ki, mәhkәmә qәrarlarında cәzanı yüngüllәşdirәn (o cümlәdәn müstәsna hesab edilәn) vә ağırlaşdıran halların mövcudluğu barәdә nәticәlәr dә müvafiq sübutlar vasitәsi ilә әsaslandırılmalı, әsası olmayan mülahizә xarakteri daşımamalıdır. Yuxarıda da istinad olunan CPM-in 144, 145.1 vә 349.5-ci maddәlәrinin tәlәblәrinә vә mәnasına görә, hökmün mәhkәmә iclasında tәdqiq edilmiş sübutlara әsaslanmalı olması tәlәbi dedikdә, tәkcә şәxsin tәqsirli olub-olmamasına dәlalәt edәn sübutlar deyil, hәmçinin onun barәsindә cәza tәdbirinin seçilmәsinә bu vә ya digәr şәkildә tәsir edәn sübutlar da başa düşülür vә qanunvericiliyin bu tәlәblәrinә hәmçinin tәqsirkar barәsindә cinayәt-hüquqi xarakterli tәdbirin tәtbiq edilmәsi zamanı da riayәt olunmalıdır. Daha sonra mәhkәmә kollegiyası qeyd etmәyi lazım bilir ki, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun bir sıra Qәrarlarında göstәrilmişdir ki, hәr bir cinayәt ilә onun törәdilmәsinә görә tәtbiq olunduğu cәza arasında mәqsәdyönlü vә әsaslı bağlılıq olmalıdır. (“Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 48-ci maddәsinin şәrh edilmәsi haqqında” vә “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 53.4-cü maddәsinin vә Azәrbaycan Respublikası Cәzaların Icrası Mәcәllәsinin 112.1-ci maddәsinin şәrh edilmәsinә dair” Konstitusiya Mәhkәmәsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il vә ## #### 2011-ci il tarixli Qәrarları). Bundan başqa, “Azәrbaycan Respublikası CM-in 32-ci maddәsinin Azәrbaycan Respublikası Konstitusiyasının 29-cu maddәsinin IV hissәsinә uyğunluğu haqqında” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 1999-cu il tarixli Qәrarında qeyd olunmuşdur ki, cinayәt qanunvericiliyinә görә cәza törәdilmiş cinayәt üçün yalnız sitәm olmayıb, eyni zamanda mәhkumları islah etmәk, tәrbiyәlәndirmәk, habelә yeni cinayәt edilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 59.1.9 vә 60-cı maddәlәrinin bәzi müddәalarının şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun # ##### 2012-ci il tarixli Qәrarına görә, cinayәt qanunvericiliyindә cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halların müәyyәn edilmәsi mәhkәmә tәrәfindәn cәza hüdudları daxilindә cәzanın әdalәtli tәyin edilmәsinә vә tәyin edilmiş cәzanın hәr bir konkret halda fәrdilәşdirilmәsinә xidmәt edir. Belә ki, mәhkәmә cinayәt mühakimә icraatı zamanı ittiham hökmü ilә cәza tәyin edәrkәn törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә almalıdır. Bu baxımdan cәzanı yüngüllәşdirәn halların düzgün müәyyәn olunması xüsusi әhәmiyyәt kәsb edir. Konstitusiya Mәhkәmәsi Plenumunun sözügedәn Qәrarına әsasәn, cәzanı yüngüllәşdirәn hal tәqsirkarın şәxsiyyәtinә, törәdilmiş cinayәtә aid olan vә müvafiq olaraq cinayәt törәdәnin özünün vә cinayәt әmәlinin tәhlükәliliyini azaldan hallardır. Hәmçinin, “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 53.4-cü maddәsinin vә Azәrbaycan Respublikası Cәzaların Icrası Mәcәllәsinin 112.1-ci maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2011-ci il tarixli Qәrarında cәzanın mahiyyәti vә mәqsәdlәri ilә bağlı qeyd edilmişdir ki, cinayәt qanunvericiliyinin quruluşu vә mәzmunu CM-in vәzifәlәrinin tәminatına xidmәt edir. Cinayәt qanunvericiliyinә әsasәn hәr bir cinayәt xarakterli ictimai tәhlükәli әmәl törәdәn şәxs cәzalandırılmalıdır. Cәza bir tәrәfdәn, törәdilәn cinayәtә görә dövlәtin reaksiyasıdır, digәr tәrәfdәn isә cinayәt әmәlini törәdәn üçün onun törәtdiyi cinayәtin cinayәt-hüquqi nәticәsidir. “Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 512.2 vә 519.0.4-cü maddәlәrinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2012-ci il tarixli Qәrarında göstәrilir ki, CM-in 9-cu maddәsinin mәnasına görә, cinayәt hüququ şәxsiyyәti, zәrәr çәkәnin hüquqlarını, cәmiyyәtin mәnafeyini qorumaqla yanaşı, öz әmәli ilә sadalanan dәyәrlәrә qәsd edәn tәqsirkar şәxs barәsindә dә humanist mövqedә durmalıdır. Humanizmin anlamı әmәlin kriminallaşdırılmasında vә mәsuliyyәtin differensiasiyasında әdalәt prinsipinin tәlәblәrinin gözlәnilmәsini, cinayәt tәrkibinin mәsuliyyәtin yeganә hüquqi әsası hesab edilmәsini, mәsuliyyәtin tәqsir dәrәcәsindәn asılı olaraq fәrdilәşdirilmәsini, cinayәt hüquqi tәsir tәdbirlәrinә qәnaәt edilmәsini, böyük ictimai tәhlükә törәtmәyәn әmәllәri edәn şәxslәrin qanunla müәyyәn edilmiş әsaslar olduqda mәsuliyyәtdәn vә cәzadan azad edilmәsini nәzәrdә tutur. Cinayәt hüququnda humanizm - cinayәt törәdәn şәxslәrә cәza tәyini zamanı, elәcә dә müxtәlif növ cәzadan şәrti vә şәrtsiz azad etmә institutlarının tәtbiqindә xeyirxahlıq münasibәtini ifadә edir. Azәrbaycan Respublikasının cinayәt qanununun bir sıra institutları mәhz bu prinsipә әsaslanır. Cәza tәyini sahәsindә vahid mәhkәmә tәcrübәsinin formalaşdırılması mәqsәdilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Plenumu tәrәfindәn ## #### 2003-cü il tarixdә qәbul edilmiş vә Plenumun ## ##### 2021-ci il tarixli Qәrarı ilә müvafiq dәyişikliklәr vә әlavәlәr olunmuş “Mәhkәmәlәr tәrәfindәn cinayәt cәzalarının tәyin edilmәsi tәcrübәsi haqqında” Qәrarın 1-ci bәndindә mәhkәmәlәrә izah edilmişdir ki, hәr bir konkret halda tәqsirlәndirilәn şәxslәrә cәzaların tәyin edilmәsinә fәrdi yanaşılmalı, cinayәt qanununun vәzifәlәri vә cәzanın mәqsәdindәn bәhs edәn Cinayәt Mәcәllәsinin 2 vә 41-ci maddәlәrinin müddәalarının hәyata keçirilmәsini sözsüz tәmin etmәlidirlәr. Cinayәt qanununun әdalәt prinsipindәn bәhs edәn CM-in 8-ci maddәsinә görә cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi şәraitinә, tәqsirkarın şәxsiyyәtinә uyğun olmalıdır. Cinayәtin ictimai tәhlükәliliyinin xarakteri qәsdin obyektindәn, tәqsirin formasından vә әmәlin Cinayәt Mәcәllәsinin 15-ci maddәsi ilә hansı cinayәtlәr kateqoriyasına aid edilmәsindәn asılıdır. Cinayәtin ictimai tәhlükәlilik dәrәcәsi isә onun törәdilmә hallarına (mәsәlәn, cinayәtkar niyyәtin hәyata keçirilmә dәrәcәsi, üsulu, vurulmuş zәrәrin hәcmi vә baş vermiş nәticәlәrin ağırlığı, iştirakçılıqla törәdilmiş cinayәtlәrdә tәqsirli şәxslәrin rolu vә s.) әsasәn müәyyәn edilir. Hәr bir şәxsin tәqsirliliyi mәsәlәsi mәhkәmә istintaqının gedişindә sübuta yetirilir, әmәlә görә mәsuliyyәt müәyyәn edәn CM-in Xüsusi hissәsinin normasının düzgün tövsifi tәmin edilir. Azәrbaycan Respublikası CPM-in 139 vә 353-cü maddәlәrinin tәlәblәrinә uyğun olaraq hökmdә tәqsirlәndirilәn şәxsin cәzasını yüngüllәşdirәn vә ağırlaşdıran hallar göstәrilmәlidir. Adı çәkilәn Qәrarın 4-cü bәndinә görә CM-in 59-cu maddәsi ilә cәzanı yüngüllәşdirәn halların sayı mәhdudlaşdırılmadığından cәza tәyini zamanı hәmin maddәdә nәzәrdә tutulmamış hallar da cәzanı yüngüllәşdirici hallar qismindә nәzәrә alına bilәr. Belә halların cәzanın yüngüllәşdirici hal kimi qәbul edilmәsi hökmdә әsaslandırılmalıdır. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qәrarının 45-ci bәndindә mәhkәmәlәrin cәza tәyini zamanı tәqsirkara hәm yüngüllük, hәm dә ağırlıq baxımından açıq-aşkar әdalәtsiz cәza tәyin edilmәsi hallarına yol vermәmәlәri, CM-in 58.3-cü maddәsinә әsasәn törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә cәzanın onun islah olunmasına vә ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә almaları tövsiyә edilmişdir. Qәrarın göstәrilәn bәndindә hәmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdә cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsini, habelә tәqsirkarın şәxsiyyәtini göstәrәn hansı konkret halların nәzәrә alındığı göstәrilmәli, seçilәn cәzanın vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirin tәqsirlәndirilәn şәxsin islah olunması, ailәsinin hәyat şәraitinә tәsiri baxımından mәqsәdәuyğun olması izah edilmәlidir. Qәrarın 46-cı bәndindә mәhkәmәlәrә o, da izah edilmişdir ki, mәhkәmәlәr cәza tәyini mәsәlәsinin hәlli ilә әlaqәdar tәqsirlәndirilәn şәxsin istәr cәzasını yüngüllәşdirәn, istәrsә dә cәzasını ağırlaşdıran halları müәyyәn edәrkәn, onların ittiham aktında bu qisimdә göstәrilib-göstәrilmәmәsindәn asılı deyillәr. Tәhlil edilәn Qәrarın 47, 48, 53, 56-cı bәndlәrinә görә, mәhkәmәlәr CPM-in 346.1.11- 346.1.14-cü maddәlәrindә nәzәrdә tutulmuş cәzanın tәyini üzrә mәsәlәlәrin hәlli zamanı hökmdә mәhkәmәnin gәldiyi nәticәlәrin motivlәrinin göstәrilmәsini tәlәb edәn CPM-in 353.2.7-ci maddәsinә ciddi әmәl etmәlidirlәr. Qanunvericiliyin tәlәblәrindәn, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi vә Ali Mәhkәmәsi Plenumlarının hüquqi mövqelәrindәn çıxış edәrәk mәhkәmә kollegiyası әvvәla qeyd edir ki, Mәhkum tәqsirli bilinәrәk mәhkum olunduğu CM-in 133.2.6-cı maddәsinin sanksiyasında iki ildәn beş ilәdәk müddәtә azadlıqdan mәhrum etmә cәzası nәzәrdә tutulmuş vә CM-in 15.3-cü maddәsinә әsasәn hәmin maddәdә göstәrilәn cinayәt az ağır cinayәt hesab olunur. Apellyasiya instansiyası mәhkәmәsinin ## ###### 2026-cı tarixli qәrarından göründüyü kimi, hәmin mәhkәmә Mәhkum barәsindә cәza tәdbirinin seçilmәsi mәsәlәsini hәll edәrkәn vә ona birinci instansiya mәhkәmәsinin # #### 2025-ci il tarixli hökmü ilә tәyin olunmuş 2 (iki) il müddәtә azadlıqdan mәhrum etmә cәzasını ağırlaşdıraraq hәmin cәzanın müddәtini 3 (üç) il hәddindә müәyyәn edәrkәn onun törәtdiyi cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi ilә yanaşı, Mәhkum münasibәtdә müәyyәn edilmiş cәzanı yüngüllәşdirәn halları, onun şәxsiyyәtini sәciyyәlәndirәn mәlumatları, iş üzrә cәzanı ağırlaşdıran halların müәyyәn edilmәmәsini, cәzanın onun islah olunmasına vә ailәsinin hәyat şәraitinә tәsirini, habelә sosial әdalәtin bәrpasına vә cәzanın mәqsәdlәrinә nail olunmasına dair özünün mövqeyini kifayәt qәdәr nәzәrә almış vә bütün bunlara istinad etmәklә, digәr tәrәfdәn isә gәldiyi nәticәni lazımi qaydada әsaslandırmaqla mәhkum olunmuş şәxsә qanuni vә әdalәtli cәza tәyin etmişdir. Mәhkәmә kollegiyası da apellyasiya instansiyası mәhkәmәsinin tәhlil edilәn mәsәlә ilә bağlı mövqeyi ilә razılaşaraq Mәhkum tәyin olunmuş cәzanı açıq-aşkar yüngül hesab etmir vә buna görә bu hissәdә dә nümayәndә Nümayәndә kassasiya şikayәtinin dәlillәrini qәbul edilmәz sayaraq hәmin dәlillәr üzәrindә qurulmuş tәlәbin tәmin edilmәsini mümkün bilmir. Mәhkum barәsindә amnistiya aktının tәtbiq edilmәsi mәsәlәsinә gәldikdә isә mәhkәmә kollegiyası әvvәla qeyd edir ki, yuxarıda göstәrildiyi kimi, onun törәtdiyi vә CMin 133.2.6-cı maddәsindә nәzәrdә tutulmuş cinayәt az ağır cinayәtlәr kateqoriyasına aid edilir ona görә ki, CM-in 15.3-cü maddәsinә әsasәn, bu Mәcәllә ilә qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilmәsinә görә nәzәrdә tutulmuş azadlıqdan mәhrum etmә cәzasının yuxarı hәddi yeddi ildәn artıq olmayan әmәllәr az ağır cinayәtlәr hesab olunur. Daha sonra mәhkәmә kollegiyası vurğulayır ki, CM-in 81.1 vә 81.2-ci maddәlәrinin tәlәblәrinә әsasәn amnistiya aktı fәrdi qaydada müәyyәn edilmәyәn şәxslәr barәsindә Azәrbaycan Respublikasının Milli Mәclisi tәrәfindәn qәbul edilir. Cinayәt törәtmiş şәxslәr amnistiya aktı ilә cinayәt mәsuliyyәtindәn azad edilә bilәrlәr. Cinayәt törәtmәyә görә mәhkum olunmuş şәxslәr isә cәzadan azad edilә bilәrlәr, yaxud onlara tәyin olunmuş cәzanın müddәti azaldıla bilәr vә ya belә şәxslәrin cәzasının çәkilmәmiş hissәsi daha yüngül cәza növü ilә әvәz edilә bilәr vә yaxud belә şәxslәr әlavә cәzadan azad edilә bilәrlәr. Amnistiya aktı ilә cәzasını çәkmiş şәxslәrin mәhkumluğu götürülә bilәr. “Konstitusiya vә Suverenlik Ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin ## ###### 2025-ci il tarixli Qәrarının 3.1-ci bәndindә isә bu Qәrarın 1-ci vә 2-ci hissәlәrindә nәzәrdә tutulan şәxslәrdәn başqa az ağır cinayәt törәtmәyә görә tәyin edilmiş müәyyәn müddәtә azadlıqdan mәhrum etmә cәzasının bu Qәrar qüvvәyә mindiyi günәdәk çәkilmәmiş hissәsi 1 ildәn artıq olan şәxslәrin (mәhkumların) cәzasının 6 ay azaldılması nәzәrdә tutulmuşdur. Nümayәndә Nümayәndә göstәrilәn Qәrarın 7-ci bәndinә istinad edәrәk hәmin bәnddә CM-in 133.2-ci maddәsindә nәzәrdә tutulmuş cinayәti törәtmiş şәxslәrin barәsindә amnistiyanın tәtbiq edilmәsinin qadağan olunmasını iddia etsә dә, mәhkәmә kollegiyası ona diqqәt yetirmәyi zәruri bilir ki, cәza müddәti bir ildәn artıq olan vә az ağır cinayәt törәtmiş şәxslәrin cәzalarının 6 ay azaldılmasını nәzәrdә tutulmuş Qәrarın 3.1-ci bәndindә hәmin Qәrarın 7-ci bәndindә müәyyәn edilmiş qadağaların nәzәrә alınması müәyyәn edilmәdiyindәn Mәhkum barәsindә hәmin bәndin tәtbiqi qanuni vә әsaslı olmuş, apellyasiya instansiyası mәhkәmәsi bu haqda qәrar qәbul edәrkәn isә hәmçinin tәhlil edilәn Qәrarın aşağıdakı tәlәblәrinә dә әmәl etmişdir. Belә ki, sözü gedәn amnistiya aktının 5-ci hissәsindә göstәrilmişdir ki, mәhkәmәlәr: 5.1. icraatında olan bu Qәrar qüvvәyә mindiyi günәdәk baxılmamış cinayәt işlәri vә mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materialları üzrә bu Qәrarın 1.1-1.16-cı bәndlәrindә nәzәrdә tutulan şәxslәr, habelә böyük ictimai tәhlükә törәtmәyәn cinayәt törәtmiş şәxslәr barәsindә cinayәt tәqibinә xitam verir vә ya hәmin şәxslәri tәyin edilmiş cәzadan azad etmәklә ittiham hökmü çıxarırlar (bu Qәrarın 6-cı vә 7-ci hissәlәrindә qeyd edilәn mәhdudiyyәtlәr nәzәrә alınmaqla); 5.2. bu Qәrar qüvvәyә mindiyi günәdәk çıxarılaraq amnistiyanın tәtbiq edildiyi günәdәk apellyasiya qaydasında mübahisәlәndirilmәyәn qanuni qüvvәyә minmәmiş hökmlәr üzrә: 5.2.1. bu Qәrarın 1.1–1.16-cı bәndlәrindә nәzәrdә tutulan şәxslәri tәyin edilmiş cәzadan azad edirlәr (bu Qәrarın 6-cı vә 7-ci hissәlәrindә qeyd edilәn mәhdudiyyәtlәr nәzәrә alınmaqla); 5.2.2. bu Qәrarın 2-ci hissәsindә nәzәrdә tutulan şәxslәri tәyin edilmiş cәzadan azad edirlәr (bu Qәrarın 6-cı hissәsindә qeyd edilәn mәhdudiyyәtlәr nәzәrә alınmaqla); 5.2.3. bu Qәrarın 3-cü hissәsindә nәzәrdә tutulan şәxslәrin cәzalarını azaldırlar (bu Qәrarın 6-cı hissәsindә qeyd edilәn mәhdudiyyәtlәr nәzәrә alınmaqla); 5.3. icraatlarında olan apellyasiya vә ya kassasiya şikayәtlәri (protestlәri) üzrә işlәrә baxarkәn bu Qәrarın 5.1-ci vә 5.2-ci bәndlәrinin müddәalarına müvafiq olaraq amnistiya tәtbiq edirlәr. Odur ki, mәhkәmә kollegiyası bütün tәsvir edilәnlәrdәn çıxış edәrәk belә nәticәyә gәlir ki, apellyasiya instansiyası mәhkәmәsi işә mahiyyәti üzrә baxarkәn vә iş üzrә yekun mәhkәmә aktı qәbul edәrkәn CPM-in 416.1-ci maddәsindә nәzәrdә tutulmuş hәr hansı pozuntuya yol vermәmiş, buna görә dә hәmin mәhkәmәnin ## ###### 2026-cı il tarixli qәrarının dәyişdirilmәsi vә ya lәğv edilmәsi üçün әsaslar müәyyәn edilmәdiyindәn bu qәrardan müdafiәçi G.V.Kәrimova vә nümayәndә Nümayәndә tәrәfindәn verilmiş kassasiya şikayәtlәri dә tәmin oluna bilmәz. Belә olan halda, mәhkәmә kollegiyası mәhkum Mәhkum müdafiәçisi G.V.Kәrimovanın vә zәrәr çәkmiş şәxs vә mülki iddiaçı Zәrәrçәkmiş şәxs nümayәndәsi Nümayәndә kassasiya müraciәtlәrini cinayәt işinin materialları vә qanunvericiliyin tәlәblәri ilә birgә müqayisәli şәkildә tәhlil edib özünün kassasiya şikayәtinin tәmin edilmәsi, Nümayәndә kassasiya şikayәtinin isә tәmin edilmәmәsi barәdә müdafiәçi G.V.Kәrimovanın, sonuncunun kassasiya şikayәtinin tәmin edilmәmәsi, digәr kassasiya şikayәtinin isә tәmin edilmәsi haqda zәrәr çәkmiş şәxs vә mülki iddiaçı Zәrәrçәkmiş şәxs vә onun nümayәndәsi Nümayәndә, habelә müdafiәçinin kassasiya şikayәtinin tәmin edilmәmәsi, nümayәndәnin kassasiya şikayәtinin isә Mәhkum cәzanın tәyin olunması vә ona qarşı qaldırılmış mülki iddianın qismәn ödәnilmәsi hissәlәrindә nümayәndәnin kassasiya şikayәtinin qismәn tәmin edilmәsi barәdә dövlәt ittihamçısı H.B.Imranovun çıxışlarını dinlәyәrәk belә nәticәyә gәlir ki, hәr iki kassasiya şikayәtlәri tәmin olunmamalı, Mәhkum CM-in 133.2.6-cı maddәsi ilә tәqsirli bilinәrәk mәhkum olunmasına dair cinayәt işi üzrә Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2026-cı il qәrarı isә kassasiya müraciәtlәrinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.10.1-ci maddәsini rәhbәr tutaraq mәhkәmә kollegiyası QƏRARA A L D İ: Mәhkum Mәhkum müdafiәçisi G.V.Kәrimovanın vә zәrәr çәkmiş şәxs vә mülki iddiaçı Zәrәrçәkmiş şәxs nümayәndәsi Nümayәndә kassasiya şikayәtlәri tәmin edilmәsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar