Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-353/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakları ilə, Şahbuz Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2025-ci il tarixli qərarından məhkum Məhkum və müdafiəçi müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Şahbuz Rayon Məhkəməsinin (hakim: Səfərov Daşqın Yaqub oğlunun sədrliyi) 16 noyabr 2024-cü il tarixli 1(090)-5/2024 nömrəli hökmü ilə ## ###### 1959-ci ildə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, orta təhsilli, subay, məhkum olunmayan, x rayonu, x kəndində qeydiyyatda olmaqla və həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, onun 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abbasov Fərman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Ilqar Məhərrəm oğlu və Novruzov Əsgər Novruz oğlundan ibarət məhkəmə tərkibində) 10 fevral 2025-ci il tarixli 1(108)-3/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şahbuz Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin həmin qərarından məhkum Məhkum və müdafiəçi müdafiəçi1 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 26 aprel 2024-cü il tarixdə Şahbuz şəhərindəki evinin həyətində olarkən qonşusu Şahbuz şəhər sakini Zərərçəkmiş şəxs “armatur”la baş və qol nahiyəsindən vuraraq ona başın sağ gicgah nahiyəsinin dərialtı hematoması və sıyrığı, sağ bazu nahiyəsinin sıyrığından ibarət xəsarət yetirməklə onun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarətlər almasına səbəb olmuşdur. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Müdafiə tərəfi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə aparılan istintaq zamanı və cinayət işinə məhkəmə baxışı mərhələlərində işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Məhkəmə tərəfindən baş vermiş hadisə ilə əlaqəsi olmayan, aidiyyəti olmayan şahidlər dindirilmiş və mötəbər olmayan şahid ifadələrinə əsaslanmaqla qərar qəbul olunmuşdur. Şahid şahid2 faktiki olaraq hadisə baş verdiyi gün x Rayon Mərkəzi xəstəxanasına edilmiş çağırışla x-ə getməmişdir. Onun çağırışa getməməsi Məhkum səs yazısını yazdığı şahid1 məlumatı ilə təsdiqini tapır. Şahidlərin və zərərçəkmişin ifadələri şəxsin öz sözləri ilə olmalıdır, lakin şablon şəkildə, müstəntiqin sözləri ilə qeyd olunmuşdur. şahid3, şahid8, şahid3 nəvələri şahid7, şahid4 və şahid6 və şahid2 ifadələrində şahidlərin öz ifadələri öz sözləri ilə yazılmamış, müstəntiqin sözləri ilə yazılmışdır. Məhkəmədə işə baxılan zaman müdafiə tərəfindən təqsirləndirilən şəxsə münasibətdə ibtidai istintaqın natamam, birtərəfli, qeyri-obyektiv, çox səthi, yarımçıq, qərəzli aparılmasını, iş üzrə əhəmiyyət kəsb edən bir çox halların araşdırılmadığını və onlara hüquqi qiymət verilmədiyini, Məhkum verilmiş ittihamın tam qanunsuz və əsassız olmasını, həmin ittihamın yalnız ehtimal və mülahizələrə, şübhələrə əsaslandığını və bunun aparılmış məhkəmə istintaqı zamanı tam təsdiq olunduğunu, Məhkum verilmiş ittihamı təsdiq edə biləcək fakt və sübutların nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı müəyyən olunmadığını, zərərçəkmiş şəxsə qarşı heç bir cinayət törətmədiyini və həmin şəxsə qarşı törədilmiş cinayətdə Məhkum təqsiri sübuta yetmədiyinə görə ona bəraət verilməsini bildirmiş və məhkəmədən bunu xahiş etmişdir. Işə baxan məhkəmə kollegiyası isə müdafiə tərəfinin vəsatətlərinə və təqdim etdiyi sübutların heç birini nəzərə almamışdır. Naxçıvan MR Ali Məhkəməsi Cinayət kollegiyasının qərarı CPM-in tələblərinə cavab vermədiyindən və Məcəllənin tələblərinin pozuntular ilə çıxarıldığından ləğv olunmalıdır. Odur ki, göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qərarının ləğv edilərək, Məhkum əməlində CM-in 128-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlinin tərkibi olmaması əsasına görə cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi müdafiəçi1 kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkum Məhkum çıxış edərək, əsas zərərçəkmişin özü olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarı qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində ona elan edilmiş ittiham üzrə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassasiya məhkəmə kollegiyası fikri davam etdirərək qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum qəsdən sağlamlığa yüngül zərər vurma bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Tədqiq olunmuş iş materiallarından, apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, Məhkum Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Kassasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, müdafiə tərəfi iş üzrə yeni faktiki hallardan çıxış etməklə kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum qarşı CM-in 128-ci maddəsi ilə irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və məhkəmələr tərəfindən düzgün tövsif edilmişdir. Iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi bu şikayətin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək müəyyən edir ki, Məhkum ona elan olunmuş ittiham üzrə CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ardıcıl və bir-biri ilə uzlaşan ifadələri, şahid şahid5 hadisənin başvermə mexanizmini təsdiq edən ifadələri, Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 27.04.2024-cü il tarixli 800 nömrəli tarixli ekspertiza rəyi, Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 10.06.2024-cü il tarixli 6 nömrəli əlavə ekspertiza rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında 27.04.2024-cü il tarixli protokol və həmin protokolla maddi sübut kimi götürülmüş uzunluğu 1,62 metr olan dəmir parçası (armatur), zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin hadisə yerində yoxlanılmasına dair 03.08.2024-cü il tarixli protokol və həmin istintaq hərəkəti zamanı aparılmış audio-video çəkiliş, habelə şahid şahid2 zərərçəkmişə hadisədən dərhal sonra tibbi yardım göstərilməsi və baş nahiyəsində hematoma müşahidə etməsi barədə ifadəsi ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 128-ci maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən detallı sadalamağa zərurət görmür. Kassasiya şikayətinin dəlilləri cinayət-prosessual qanunun tələbləri, iş üzrə toplanmış sübutların məcmusu və aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələrlə müqayisəli şəkildə yoxlanıldıqda əsassız hesab edilməlidir. Belə ki, müdafiə tərəfi ibtidai istintaqın natamam, birtərəfli və qeyri-obyektiv aparıldığını, zərərçəkmişin və şahidlərin ifadələrinin şablon xarakter daşıdığını, habelə zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarətləri yıxılma nəticəsində aldığını iddia etsə də, həmin arqumentlər iş materialları ilə təsdiq olunmur və mötəbər sübutların məcmusunu təkzib etmir. Ilk növbədə qeyd olunmalıdır ki, zərərçəkmiş Zərərçəkmiş şəxs həm ibtidai istintaqda, həm də məhkəmə baxışında verdiyi ifadələr hadisənin əsas mexanizmi baxımından sabit, ardıcıl və bir-birini tamamlayan xarakter daşımışdır. O, mübahisənin cücələrin həyətə keçməsi və “setka” ilə bağlı yarandığını, “setka”nı göstərmək məqsədilə sökdüyü zaman Məhkum əlində armaturla ona yaxınlaşaraq baş və qol nahiyəsinə zərbə endirdiyini ardıcıl şəkildə bildirmişdir. Həmin ifadələr yalnız zərərçəkmişin subyektiv mülahizələri ilə məhdudlaşmır, digər sübutlarla da təsdiq olunur. Belə ki, şahid şahid5 ifadələri zərərçəkmişin dedikləri ilə uyğunluq təşkil etmişdir. Şahid göstərmişdir ki, hadisə zamanı Məhkum əlində armatur olmuş, o, Zərərçəkmiş şəxs baş nahiyəsindən vurmuş, zərərçəkmiş yerə yıxılmışdır. Şahid həmçinin Məhkum ikinci dəfə zərbə endirmək istədiyini gördüyündən onu itələdiyini bildirmişdir. Məhkəmə haqlı olaraq həmin ifadələri ardıcıl, məntiqi və digər sübutlarla uzlaşan sübut kimi qəbul etmişdir. Müdafiə tərəfinin əsaslandığı şahidlər – şahid3, şahid8, şahid7, şahid4 və şahid – isə hadisənin birbaşa şahidi olmadıqlarını özləri də təsdiq etmişlər. Həmin şəxslərin ifadələrindən görünür ki, onlar ya hadisə yerinə sonradan gəlmiş, ya da ümumiyyətlə hadisəni görməmiş, yalnız səs-küy eşitmişlər. Buna görə də onların ifadələri zərərçəkmişin və hadisəni bilavasitə müşahidə etmiş şahid şahid5 ifadələrini təkzib edən mötəbər sübut hesab oluna bilməz. Əksinə, həmin ifadələr hadisə zamanı tərəflər arasında mübahisənin olmasını və sonradan münaqişəyə çevrilməsini dolayı yolla təsdiq etmişdir. Müdafiə tərəfinin zərərçəkmişin xəsarətləri yıxılma nəticəsində alması barədə mövqeyi də ekspertiza rəyləri ilə təkzib olunur. Iş üzrə keçirilmiş 27.04.2024-cü il tarixli 800 nömrəli və 10.06.2024-cü il tarixli 6 nömrəli əlavə məhkəmə-tibbi ekspertiza rəylərində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs aşkar olunmuş başın sağ gicgah nahiyəsinin dərialtı hematoması və sıyrığı, sağ bazu nahiyəsinin sıyrığı bərk küt əşya, o cümlədən iş üzrə götürülmüş armaturla yetirilə bilər və həmin xəsarətlərin şəxsin öz hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Beləliklə, müdafiə tərəfinin “yıxılma” versiyası obyektiv tibbi sübutlarla inkar edilmişdir. Hadisə yerinə baxış protokolu ilə uzunluğu 1,62 metr olan armaturun götürülməsi də zərərçəkmişin və şahidin ifadələrini təsdiqləyən mühüm maddi sübutdur. Təqsirləndirilən şəxsin həyətində armaturun olmaması barədə iddiaları isə həmin maddi sübutla və şahid ifadələri ilə uzlaşmır. Zərərçəkmiş və şahid şahid5 armaturun əvvəllər də “setka” yanında olduğunu bildirmişlər. Müdafiə tərəfi şahid şahid2 hadisə yerinə getmədiyini iddia etsə də, həmin iddia da iş materialları ilə təsdiqini tapmır. Şahid şahid2 ibtidai istintaqda verdiyi ifadəsində çağırış əsasında hadisə yerinə getdiyini, zərərçəkmişin baş nahiyəsində hematoma müşahidə etdiyini və zərərçəkmişin ona qonşusu tərəfindən armaturla vurulduğunu bildirdiyini göstərmişdir. Müdafiə tərəfinin istinad etdiyi qeyri-prosessual xarakterli səs yazısı isə CPM-in sübutlara dair tələblərinə uyğun əldə edilmiş və yoxlanılmış sübut olmadığından mötəbər sübut kimi qəbul edilə bilməz. Şahid ifadələrinin “şablon” olması ilə bağlı kassasiya şikayətinin dəlili də inandırıcı deyildir. Cinayət-prosessual qanunvericilik şahid ifadələrinin mütləq şəkildə dialekt, fərdi üslub və ya məişət danışıq formasında yazılmasını tələb etmir. Ifadələrin prosessual sənəd formasında rəsmiləşdirilməsi onların mötəbərliyini öz-özlüyündə şübhə altına almır. Əsas meyar ifadələrin daxili ardıcıllığı, digər sübutlarla uyğunluğu və işin faktiki halları ilə təsdiqlənməsidir ki, məhkəmə həmin halları qiymətləndirmişdir. Aşağı instansiya məhkəmələri CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq bütün sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirmiş, həm ittiham, həm də müdafiə tərəfinin təqdim etdiyi sübutlara hüquqi qiymət vermişdir. Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi şahid ifadələrini araşdırmış, lakin həmin şəxslərin hadisəni bilavasitə görməmələri səbəbindən onların ifadələrinin ittiham sübutlarını təkzib etmək üçün yetərli olmadığı nəticəsinə gəlmişdir. Bu isə müdafiə tərəfinin vəsatətlərinə formal yanaşılması kimi qiymətləndirilə bilməz. Bundan başqa, təqsirləndirilən şəxsin həm ibtidai istintaqda, həm də məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur. O, bir tərəfdən Eldənizin yıxıldığını bildirmiş, digər tərəfdən isə hadisənin necə baş verdiyini bilmədiyini göstərmiş, armaturun haradan çıxdığını bilmədiyini desə də, sonradan armaturun zərərçəkmiş tərəfindən gətirildiyini iddia etmişdir. Məhkəmə həmin ziddiyyətləri haqlı olaraq onun müdafiə xarakterli mövqeyi kimi qiymətləndirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Məhkum hərəkətində CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum qarşı CM-in 128-ci maddəsi ilə irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və məhkəmələr tərəfindən düzgün tövsif edilmişdir. Məhkum, ona hökm ilə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Müdafiə tərəfi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir, lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 128-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPMin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Iş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (qadın olması, yaşı) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum və müdafiəçi müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-353/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-353/2026
19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver