Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-357/2026 05.05.2026 ALI MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli Iskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəl oğlunun, Məhkum Məhkum və müdafiəçisi Abbasov Asim Müşfiq oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2025-ci il tarixli, 1(106)- 654/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Abbasov Asim Müşfiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Astara Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 1(018)-5/2025 nömrəli hökmü ilə (sədrlik edən hakim: İ.A.Məmmədov) ## #### 1991-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi nəzərə alınmaqla 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi nəzərə alınmaqla 01 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla ona qəti olaraq 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Abbasov Asim Müşfiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Y.X.Həşimov (sədrlik edən), Ə.A.Əliyev və H.X.Bəhmənovdan ibarət tərkibdə) 26 noyabr 2025-ci il tarixli, 1(106)-654/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 1(018)-5/2025 nömrəli hökmü dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə müvafiq olaraq Astara Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 1(018)-5/2025 nömrəli hökmündən Məhkum Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təyin edilmiş əsas və əlavə cəzaların, habelə Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaların qismən toplanılması yolu ilə cəzaların təyin edilməsinə dair müddəalar xaric olunmuş, Astara Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 1(018)-5/2025 nömrəli hökmü ilə Məhkum üzərində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi nəzərə alınmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi Abbasov Asim Müşfiq oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum vəzifəli şəxs kimi qeyrisinin təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində qeyrisinin təhriki ilə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs sədrinin 01 iyun 2023-cü il tarixli 1000/358Ş nömrəli əmri ilə Komitənin Astara Gömrük Idarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin inspektoru vəzifəsində işləyərkən “Zərərçəkmiş şəxs Astara Gömrük Idarəsinin Rəsmiləşdirmə Mərkəzi Haqqında” Əsasnaməyə əsasən gömrük nəzarətini və rəsmiləşdirilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada aparmaq, gömrük sərhədindən keçirilən mallar, o cümlədən sərnişinlər tərəfindən keçirilən müşayiət olunan və olunmayan baqaj üzərində gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək, gömrük prosedurlarına uyğun olaraq gömrük ödənişlərini tam həcmdə vaxtında almaq, bəyan olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında göstərilən koduna uyğunluğuna və malın təsvirinin tam və düzgün göstərilməsinə nəzarəti həyata keçirmək, malların gömrük dəyərinin düzgün müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq tədbirləri həyata keçirmək, gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin gömrük yoxlanılmasını həyata keçirmək, gömrük hüquq pozuntularının müəyyən edilməsi, qarşısının alınması və profilaktikası üzrə tədbirlər görmək, gömrük hüquqpozmaları üzrə protokollar tərtib etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri üzrə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs kimi özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özü üçün saxta nüfuz qazanmaq, özünə müraciət edən şəxsin isə daha az rüsum ödəməsinə nail olmaq üçün kommersiya məqsədi ilə ölkəyə idxal olunan mobil telefon cihazlarına dair ümumi əsaslarla gömrük bəyannamələri verilib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən dəyərinin 15 faizi miqdarında idxal rüsumu və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 173 və Gömrük Məcəlləsinin 228-ci maddəsinə əsasən 18 faiz əlavə dəyər vergisinə cəlb edilməli olduğu halda həmin tələblərə zidd olaraq ölkəyə istintaqa məlum olmayan tarixlərdə və şəraitdə keçirilmiş mobil telefon cihazlarının fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi nəzərə alınıb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 155-ci maddəsinin tələblərində göstərilən güzəştli şərtlərlə keçirilə bilən mallar kimi sadələşdirilmiş qaydada Gömrük Komitəsinin “X22 Sistemi”ndə (VAIS) bəyan etməklə Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin “Mobil cihazların qeydiyyat sistemi”ndə qeydiyyata alınması imkanını təmin edərək ölkə ərazisində istifadəsini mümkün edilməsinə dair köməklik göstərilməsi ilə bağlı 06 iyun 2023- cü il tarixdən 31 iyul 2023-cü il tarixədək X4 özünə etdiyi müraciətlə əlaqədar onunla razılaşmaqla sövdələşib, təhriki ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, yəni sonuncu tərəfindən istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxslərdən alınmış mobil telefon cihazlarının marka, model və IMEI kodlarının eyni ərəfələrdə ona göndərilməsinə əsasən 06 iyun 2023-cü il tarixdən 30 iyul 2023-cü il tarixədək olan müddətlər ərzində ünvan 1 ünvanında yerləşən Astara Gömrük Idarəsinin dövlət sərhəddindən buraxılış məntəqəsində növbəli iş rejimində xidmətdə olarkən Gömrük orqanları tərəfindən dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin qeydiyyatının aparılmasında istifadə olunan “X22 Sistemi” (VAIS) adlanan informasiya resursunda özünün xidməti kompüterində olan hesabından istifadə etməklə eyni ərəfələrdə sərhədi keçən cinayətdən xəbərsiz ayrı-ayrı yük avtomobili sürücüləri tərəfindən bəyan edilmədiyi və faktiki olaraq həmin vaxt sərhəddən keçirilmədiyi halda o cümlədən, Rusiya Federasiyasının vətəndaşı xun adına dəyəri 770 ABŞ dolları göstərilmiş “Iphone 14 (128 gb)” markalı, 3x IMEI kodlu mobil telefon cihazına dair 06 iyun 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Xadına dəyəri 780 ABŞ dolları göstərilmiş “Samsung S23” markalı, 3 IMEI kodlu mobil telefon cihazına dair 06 iyun 2023-cü il tarixli 723********** nömrəli, bəyannaməni daxil edib 437,58 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı xin adına dəyəri 770 ABŞ dolları göstərilmiş “Iphone 14 (128 gb)” markalı, 352298638571590 / 352298639516024 IMEI kodlu mobil telefon cihazına dair 06 iyun 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 770 ABŞ dolları göstərilmiş “Iphone 14 (128 gb)” markalı, 353917851028611 / 353917851239911 IMEI kodlu mobil telefon cihazına dair 06 iyun 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 650 ABŞ dolları göstərilmiş “Iphone 14 (128 gb)” markalı, 353340198895891 / 353340198259395 IMEI kodlu mobil telefon cihazına dair 06 iyun 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib 364,65 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz şahid5 adına olan xxxx ASCyə məxsus 4098-58**-****-8682 nömrəli ödəniş kartı vasitəsilə 146.38 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 (128 gb)” markalı, 354811956575122 / 354811955999935 IMEI kodlu mobil telefon cihazına dair 09 iyun 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və X4 adına olan xxxx ASC-yə məxsus 4xxxxxxxxxx nömrəli ödəniş kartı vasitəsilə 146.38 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 (128 gb)” markalı, 354811956342242 / 354811955741394 IMEI kodlu mobil telefon cihazına dair 09 iyun 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz şahid10 adına olan xxxx ASC-yə məxsus 4098-58**-****-2043 nömrəli ödəniş kartı vasitəsilə 146.38 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 (128 gb)” markalı, 357862880527272 / 357862880322112 IMEI kodlu mobil telefon cihazına dair 12 iyun 2023-cü il tarixli 7230612135828 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 770 ABŞ dolları göstərilmiş “Iphone 14 (128 gb)” markalı, 355794427492078 / 355794427364327 IMEI kodlu mobil telefon cihazına dair 13 iyun 2023-cü il tarixli 7230613136187 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 670 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 350196690661774 / 350196690441078 IMEI kodlu mobil telefon cihazına dair 13 iyun 2023-cü il tarixli 7230613136327 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 770 ABŞ dolları göstərilmiş “Iphone 14 (128 gb)” markalı, 355041885672811 / 355041885425848 IMEI kodlu mobil telefon cihazına dair 15 iyun 2023-cü il tarixli 7230615138628 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz şahid3 adına olan Azərbaycan Beynəlxalq Bankı ASC-yə məxsus 5522- 09**-****-2382 nömrəli ödəniş kartı vasitəsilə 146.38 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 (128 gb)” markalı, 357862889224103 / 357862889310522 IMEI kodlu mobil telefon cihazına dair 15 iyun 2023-cü il tarixli 7230615138690 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 414,62 manat, eyni niyyətlə, Iran Islam Respublikasının vətəndaşı X adına dəyəri 770 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 350017085582211 / 350017085582054 IMEI kodlu mobil telefon cihazına dair 15 iyun 2023-cü il tarixli 7230615138932 nömrəli bəyannaməni daxil edib 420,75 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı KX adına dəyəri 770 ABŞ dolları göstərilmiş “Iphone 14 (128 gb)” markalı, 359922416227231 / 359922417143114 IMEI kodlu mobil telefon cihazına dair 15 iyun 2023-cü il tarixli 7230615139106 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Xn adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz şahid4 adına olan Azərbaycan Beynəlxalq Bankı ASC-yə məxsus 5522-09**-****-3964 nömrəli ödəniş kartı vasitəsilə 146.38 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 (128 gb)” markalı, 354540530962692 / 354540530548715 IMEI kodlu mobil telefon cihazına dair 15 iyun 2023-cü il tarixli 7230615139116 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 765 ABŞ dolları göstərilmiş “Iphone 14 (128 gb)” markalı, 359922416500884 / 359922419637642 IMEI kodlu mobil telefon cihazına dair 15 iyun 2023-cü il tarixli 7230615139269 nömrəli bəyannaməni daxil edib 429,17 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Xn adına dəyəri 765 ABŞ dolları göstərilmiş “Iphone 14 (128 gb)” markalı, 353917850874775 / 353917850244532 IMEI kodlu mobil telefon cihazına dair 18 iyun 2023-cü il tarixli 7230618141947 nömrəli bəyannaməni daxil edib 429,17 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Xn adına dəyəri 765 ABŞ dolları göstərilmiş “Iphone 14 (128 gb)” markalı, 355794422639954 / 355794422940634 IMEI kodlu mobil telefon cihazına dair 18 iyun 2023-cü il tarixli 7230618141979 nömrəli bəyannaməni daxil edib 429,17 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşXun adına dəyəri 1.100 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz X7 adına olan xxxx ASC-yə məxsus 4098-58******-3928 nömrəli ödəniş kartı vasitəsilə 207.07 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro max (128 gb)” markalı, 353425689863746 / 353425689873745 IMEI kodlu mobil telefon cihazına dair 18 iyun 2023-cü il tarixli 7230618142020 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 410,03 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı x adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz X12 adına olan Kapital ASC-yə məxsus 4169-73**-****-8669 nömrəli ödəniş kartı vasitəsilə 146.38 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (128 gb)” markalı, 354811954750008 / 354811955198538 IMEI kodlu mobil telefon cihazına dair 18 iyun 2023-cü il tarixli 7230618142110 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı x adına dəyəri 660 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 355794422639954 / 355794422940634 IMEI kodlu mobil telefon cihazına dair 21 iyun 2023-cü il tarixli 7230621145075 nömrəli bəyannaməni daxil edib 370,26 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı x adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz X1 adına olan Kapital ASC-yə məxsus 4169-73**-****-0419 nömrəli ödəniş kartı vasitəsilə 146.38 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (128 gb)” markalı, 357862883271076 / 357862882859335 IMEI kodlu mobil telefon cihazına dair 21 iyun 2023-cü il tarixli 7230621145076 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Xn adına dəyəri 765 ABŞ dolları göstərilmiş “Iphone 14 (128 gb)” markalı, 357589731580396 / 357589731828647 IMEI kodlu mobil telefon cihazına dair 21 iyun 2023-cü il tarixli 7230621145078 nömrəli bəyannaməni daxil edib 429,17 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz X3 adına olan Kapital ASC-yə məxsus 4169-73**-****-1826 nömrəli ödəniş kartı vasitəsilə 146.38 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (128 gb)” markalı, 350114367461576 / 350114366930266 IMEI kodlu mobil telefon cihazına dair 21 iyun 2023-cü il tarixli 7230621145114 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 670 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 355611223081279 / 355611223346672 IMEI kodlu mobil telefon cihazına dair 22 iyun 2023-cü il tarixli 7230622146014 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Iusup Abdurashıdovun adına dəyəri 670 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 351084394217508 / 351084394352305 IMEI kodlu mobil telefon cihazına dair 24 iyun 2023-cü il tarixli 7230624149002 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Xn adına dəyəri 670 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 352552194933903 /352552194172544 IMEI kodlu mobil telefon cihazına dair 24 iyun 2023-cü il tarixli 7230624149021 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Xn adına dəyəri 670 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 358538770059209 / 358538770280961 IMEI kodlu mobil telefon cihazına dair 24 iyun 2023-cü il tarixli 7230625149417 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz X8 adına olan Kapital ASC-yə məxsus 4169-73**-****-3422 nömrəli ödəniş kartı vasitəsilə 146.38 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (128 gb)” markalı, 357862883617351 / 357862884265721 IMEI kodlu mobil telefon cihazına dair 25 iyun 2023-cü il tarixli 7230625149430 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 414,62 manat, eyni niyyətlə, X vətəndaşı Imamutdın Ibragımovun adına dəyəri 670 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 359773710994830 / 359773710358333 IMEI kodlu mobil telefon cihazına dair 27 iyun 2023-cü il tarixli 7230627152544 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Xn adına dəyəri 670 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 352552196750685 / 352552196710887 IMEI kodlu mobil telefon cihazına dair 27 iyun 2023-cü il tarixli 7230627152603 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və X4 adına olan xxxx ASC-yə məxsus 4098-58**-****-4261 nömrəli ödəniş kartı vasitəsilə 146.38 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (128 gb)” markalı, 357862884947583 / 357862884873482 IMEI kodlu mobil telefon cihazına dair 27 iyun 2023-cü il tarixli 7230627152610 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 670 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 352094674424111 / 352094674838062 IMEI kodlu mobil telefon cihazına dair 03 iyul 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz X9 adına olan Kapital ASC-yə məxsus 4169-73**-****-0926 nömrəli ödəniş kartı vasitəsilə 146.38 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (128 gb)” markalı, 354540530669297 / 354540530726097 IMEI kodlu mobil telefon cihazına dair 03 iyul 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və X4 adına olan “xxxx” ASC-yə məxsus 4098- 58**-****-4261 nömrəli ödəniş kartı vasitəsilə 146.38 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (128 gb)” markalı, 354540530965950 /354540530876041 IMEI kodlu mobil telefon cihazına dair 04 iyul 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 650 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 355611224904131 /355611224276811 IMEI kodlu mobil telefon cihazına dair 06 iyul 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib 364,65 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz şahid7 adına Azərbaycan Beynəlxalq Bankı ASC-yə məxsus 4098-58**-****-0626 nömrəli ödəniş kartı vasitəsilə 146.38 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (128 gb)” markalı, 354540530953550 / 354540530812061 IMEI kodlu mobil telefon cihazına dair 06 iyul 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Xun adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və X4 adına olan xxxx ASC-yə məxsus 4098-58**- ****-4261 nömrəli ödəniş kartı vasitəsilə 146.38 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (128 gb)” markalı, 354540530680963 / 354540530828315 IMEI kodlu mobil telefon cihazına dair 06 iyul 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 670 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 350019654460944 / 350019654654975 IMEI kodlu mobil telefon cihazına dair 06 iyul 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və X4 adına olan xxxx ASC-yə məxsus 4098-58**- ****-4261 nömrəli ödəniş kartı vasitəsilə 146.38 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (128 gb)” markalı, 354540530734364 / 354540530609426 IMEI kodlu mobil telefon cihazına dair 09 iyul 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 760 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 355611225136071 / 355611225107296 IMEI kodlu mobil telefon cihazına dair 09 iyul 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib 426,36 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və X4 adına olan xxxx ASC-yə məxsus 4098-58**- ****-4261 nömrəli ödəniş kartı vasitəsilə 146.38 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (128 gb)” markalı, 354540530853958 / 354540530989398 IMEI kodlu mobil telefon cihazına dair 09 iyul 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 650 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 358538771712905 / 358538772189277 IMEI kodlu mobil telefon cihazına dair 09 iyul 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib 364,65 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 650 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 355017380150602 / 355017380976642 IMEI kodlu mobil telefon cihazına dair 09 iyul 2023-cü il tarixli 723********** nömrəli bəyannaməni daxil edib 364,65 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.100 ABŞ dolları göstərilmiş və X4 adına olan xxxx ASC-yə məxsus 4098- 58**- ****-4261 nömrəli ödəniş kartı vasitəsilə 207.07 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (256 gb)” markalı, 356416674919145 / 356416674668999 IMEI kodlu mobil telefon cihazına dair 12 iyul 2023-cü il tarixli 7230712169406 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 410,03 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 650 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 355611220663863 / 355611220939677 IMEI kodlu mobil telefon cihazına dair 12 iyul 2023-cü il tarixli 7230712169712 nömrəli bəyannaməni daxil edib 364,65 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.100 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz şahid2 adına olan xxxx ASC-yə məxsus 4169-73**-****-0953 nömrəli ödəniş kartı vasitəsilə 207.07 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (256 gb)” markalı, 357555412048854 / 357555412165062 IMEI kodlu mobil telefon cihazına dair 12 iyul 2023-cü il tarixli 7230712169740 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 410,03 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 670 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 358538771184006 / 358538771138796 IMEI kodlu mobil telefon cihazına dair 13 iyul 2023-cü il tarixli 7230713170294 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 670 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 355611220858950 / 355611220769298 IMEI kodlu mobil telefon cihazına dair 13 iyul 2023-cü il tarixli 7230713170297 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.100 ABŞ dolları göstərilmiş və X4 adına olan xxxx ASC-yə məxsus 4098-58**-****-4261 nömrəli ödəniş kartı vasitəsilə 207.07 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (256 gb)” markalı, 354540531464003 / 354540531196910 IMEI kodlu mobil telefon cihazına dair 13 iyul 2023-cü il tarixli 7230713170303 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 410,03 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.100 ABŞ dolları göstərilmiş və X4 adına olan xxxx ASC-yə məxsus 4098- 58**-****-4261 nömrəli ödəniş kartı vasitəsilə 207.07 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (256 gb)” markalı, 354540530586566 / 354540530654125 IMEI kodlu mobil telefon cihazına dair 13 iyul 2023-cü il tarixli 7230715173219 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 410,03 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 300 ABŞ dolları göstərilmiş “Lg velvet 2020” markalı, 355828110725194 / 355828110725202 IMEI kodlu mobil telefon cihazına dair 15 iyul 2023-cü il tarixli 7230715173360 nömrəli bəyannaməni daxil edib 168,30 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 650 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 352552191092240 / 352552191844566 IMEI kodlu mobil telefon cihazına dair 15 iyul 2023-cü il tarixli 7230715173370 nömrəli bəyannaməni daxil edib 364,65 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.100 ABŞ dolları göstərilmiş və X4 adına olan xxxx ASC-yə məxsus 4098-58**-****-4261 nömrəli ödəniş kartı vasitəsilə 207.07 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (256 gb)” markalı, 354540531422084 / 354540531351721 IMEI kodlu mobil telefon cihazına dair 15 iyul 2023-cü il tarixli 7230715173837 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 410,03 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.100 ABŞ dolları göstərilmiş və X4 adına olan xxxx ASC-yə məxsus 4098-58**-****-4261 nömrəli ödəniş kartı vasitəsilə 207.07 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (256 gb)” markalı, 356416676692856 / 356416677073619 IMEI kodlu mobil telefon cihazına dair 16 iyul 2023-cü il tarixli 7230716173843 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 410,03 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 1.053 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz şahid10 adına olan xxxx ASC-yə məxsus 4098-58**-****- 2043 nömrəli ödəniş kartı vasitəsilə 178.55 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (256 gb)” markalı, 351643933823363 / 351643933730238 IMEI kodlu mobil telefon cihazına dair 18 iyul 2023-cü il tarixli 7230718176349 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 412,18 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 655 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 351084391632394 / 351084391206850 IMEI kodlu mobil telefon cihazına dair 18 iyul 2023-cü il tarixli 7230718176497 nömrəli bəyannaməni daxil edib 376,46 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 770 ABŞ dolları göstərilmiş “Iphone 14 (128 gb)” markalı, 357589731877529 / 357589731015963 IMEI kodlu mobil telefon cihazına dair 18 iyul 2023-cü il tarixli 7230718176915 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Azərbaycan Respublikasının vətəndaşı şahid12 adına dəyəri 670 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 354040285975494 / 354040288232943 IMEI kodlu mobil telefon cihazına dair 19 iyul 2023-cü il tarixli 7230719177215 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 670 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 352552191734478 / 352552191081417 IMEI kodlu mobil telefon cihazına dair 19 iyul 2023-cü il tarixli 7230719177306 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 770 ABŞ dolları göstərilmiş “Iphone 14 (128 gb)” markalı, 353340198002613 / 353340198706544 IMEI kodlu mobil telefon cihazına dair 21 iyul 2023-cü il tarixli 7230721179989 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Xn adına dəyəri 953 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz X6 adına olan xxxx ASC-yə məxsus 4169-73**- ****-8665 nömrəli ödəniş kartı vasitəsilə 117.86 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (128 gb)” markalı, 357862883495501 / 357862883806699 IMEI kodlu mobil telefon cihazına dair 21 iyul 2023-cü il tarixli 7230721180280 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 416,77 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 953 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz şahid13 adına olan xxxx ASCyə məxsus 4169-73**-****-4893 nömrəli ödəniş kartı vasitəsilə 117.86 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (128 gb)” markalı, 354540530759882 / 354540530891941 IMEI kodlu mobil telefon cihazına dair 21 iyul 2023-cü il tarixli 7230721180578 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 416,77 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 953 ABŞ dolları göstərilmiş və X4 adına olan xxxx ASC-yə məxsus 4098-58**-****-4261 nömrəli ödəniş kartı vasitəsilə 117.86 manat dəyərində gömrük rüsumu ödənilmiş “Iphone 14 pro (128 gb)” markalı, 354540530896981 / 354540530589461 IMEI kodlu mobil telefon cihazına dair 25 iyul 2023-cü il tarixli 7230725184107 nömrəli bəyannaməni daxil edib ödənilən rüsum çıxılmaqla 416,77 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 770 ABŞ dolları göstərilmiş “Iphone 14 (128 gb)” markalı, 359922418545580 / 359922417276112 IMEI kodlu mobil telefon cihazına dair 25 iyul 2023-cü il tarixli 7230725184122 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Iran Islam Respublikasının vətəndaşı AX adına dəyəri 670 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 352552193101551 / 352552193751744 IMEI kodlu mobil telefon cihazına dair 30 iyul 2023-cü il tarixli 7230730190667 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X adına dəyəri 770 ABŞ dolları göstərilmiş “Iphone 14 (128 gb)” markalı, 355191395631763 / 355191399702461 IMEI kodlu mobil telefon cihazına dair 30 iyul 2023-cü il tarixli 7230730190726 nömrəli bəyannaməni daxil edib 431,97 manat, eyni niyyətlə, Iran Islam Respublikasının vətəndaşı JX adına dəyəri 670 ABŞ dolları göstərilmiş “Iphone 13 (128 gb)” markalı, 352094679076403 / 352094678945350 IMEI kodlu mobil telefon cihazına dair 30 iyul 2023-cü il tarixli 7230730191059 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Iran Islam Respublikasının vətəndaşı X5 adına dəyəri 760 ABŞ dolları göstərilmiş “Iphone 14 (128 gb)” markalı, 353917858548777 / 353917859358002 IMEI kodlu mobil telefon cihazına dair 30 iyul 2023-cü il tarixli 7230730191063 nömrəli bəyannaməni daxil edib 426,36 manat, ümumilikdə göstərilən qaydada 69 (altmış doqquz) ədəd mobil telefon cihazları haqqında bilə-bilə yalan məlumatları informasiya resursu hesab edilən “X22 Sistemi”nə (VAIS) elektron formada daxil edib təsdiq etməklə bəyan edilməsinə və X4 tərəfindən 4.323,70 manat məbləğdə pul vəsatinin aidiyyatı üzrə büdcəyə ödəməsinə, 27.646,01 manat məbləğdə pul vəsatinin aidiyyatı üzrə büdcəyə ödəməkdən yayınmasına nail olaraq X4 təhriki ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə X4 təhriki ilə gömrük prosedurlarına uyğun olaraq gömrük ödənişlərinin tam həcmdə vaxtında ödənilməsi, malların gömrük dəyərinin düzgün müəyyən olunması, gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması sahəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Abbasov Asim Müşfiq oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum törətmiş olduğu əmələ düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, bank hesabı çıxarışları, IP ünvanlara dair məlumatlar və şahid ifadələri Məhkum ittiham edilən əməllərə aidiyyətinin olmadığını təsdiq edir. Həmçinin müdafiə tərəfi hesab edir ki, ittihamın əsaslandığı gömrük bəyannamələrində əks olunmuş məlumatların həqiqətə uyğun olmaması ittiham tərəfi tərəfindən sübuta yetirilməmiş, həmin bəyannamələrdə göstərilən malların ölkəyə gətirilməsinin konkret vaxtı və şəraiti tam müəyyən edilməmişdir. Bu səbəbdən, müdafiə tərəfi ittihamın kifayət qədər araşdırılmamış və mötəbər sübutlarla təsdiqlənməmiş hallara əsaslandığını irəli sürür. Müdafiəçi öz kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2025-ci tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən Məhkum vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətlərində təqsirli olması, əməllərinin Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə bəraət verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçi A.M.Abbasovun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, müdafiəçinin kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməlində cinayət tərkibinin əlamətlərinin olmaması barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, o cümlədən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə təqdim etdiyi arayış və ifadəsi, şahidlər şahid4, şahid10, şahid2, şahid13, şahid7, şahid5, şahid1, şahid11, şahid6, şahid9, şahid12 ifadələri, gömrük rəsmiləşdirilməsinə dair məlumatların olduğu “DVD” diskə baxış keçirilməsi haqqında 26 dekabr 2023-cü il tarixli protokolu, Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş ödəniş məlumatlarının əks oldunduğu siyahıya baxış keçirilməsi haqqında 10 yanvar 2024-cü il tarixli protokolu, “xxxx” ASC-yə məxsus ödəniş kartları üzrə bank məlumatları olan “DVD” diskə baxış keçirilməsi haqqında 12 yanvar 2024-cü il tarixli protokolu, “EPIS” vasitəsilə portal məlumatlarına baxış keçirilməsi haqqında 15 yanvar 2024-cü il tarixli protokolu, “xxxx Bank” ASC-yə məxsus ödəniş kartları üzrə bank məlumatları olan “DVD” diskə baxış keçirilməsi haqqında 12 fevral 2024-cü il tarixli protokolu, “EPIS” vasitəsilə portal məlumatlarına baxış keçirilməsi haqqında 12 fevral 2024-cü il tarixli protokolu, Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus ödəniş kartları üzrə bank məlumatları olan “DVD” diskə baxış keçirilməsi haqqında 26 fevral 2024-cü il tarixli protokolu, “EPIS” vasitəsilə portal məlumatlarına baxış keçirilməsi haqqında 26 fevral 2024-cü il tarixli protokolu, “xxxx” MMC-dən daxil olmuş içərisində danışıq məlumatları olan “DVD” diskə baxış keçirilməsi haqqında 11 mart 2024-cü il tarixli protokolu, içərisində “Baş Prokurorluğun Kriminalistika Şöbəsindən” daxil olmuş içərisində bərpa edilmiş silinmiş faylların mövcud olduğu “DVD” diskə baxış keçirilməsi haqqında 19 aprel 2024-cü il tarixli protokolu, 15 aprel 2024-cü il tarixli rəy, maddi sübutlar, sənədlər, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cəzalandırılmasını ( CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən cəza təyin edilməmiş) istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçi A.M.Abbasovun kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi, həmin məsələyə münasibət bildirərkən isə apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsində nəzərdə tutulmuş bütün hallar, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar (dəymiş ziyanın tam ödənilməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, müsbət xarakterizə edilməsi, himayəsində azyaşlı uşağının olması), habelə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi lazımi qaydada nəzərə alınmış, Cinayət Məcəlləsinin 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl edilmiş, cinayət qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi pozulmamışdır. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Məhkum CM-in 313-cü maddəsi ilə tövsif edilmiş 69 epizod üzrə cinayət əməllərini 06 iyun 2023-cü il tarixdən 30 iyul 2023-cü il tarixədək olan müddətdə törətmişdir. Həmin epizodlar üzrə CM-in 313-cü maddəsinə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, ona həmin maddə ilə təyin edilmiş cəza, eləcə də Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaların qismən toplanılması yolu ilə yekun cəzanın təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmişdir. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1ci maddələrinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair məhkum və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi Abbasov Asim Müşfiq oğlunun kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2025-ci il tarixli, 1(106)-654/2025 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Müdafiəçi Abbasov Asim Müşfiq oğlunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 26 noyabr 2025-ci il tarixli, 1(106)-654/2025 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-357/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-357/2026
05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver