Məhkəmə qərarları › İş №1(1-8)-36/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-36/2026

29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-36/2026 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R Məmmədli Rəşad Təvəkkül oğlunun, məhkum Məhkum və zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 oğlunun iştirakları ilə, 28.05.1988-ci il tarixdə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, ali təhsilli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYNX-in 4-cü ərazi Dövlət yanğın nəzarəti idarəsinin böyük mühəndis-inspektoru vəzifəsində işləmiş, hazırda işləməyən,x6 qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli 24 noyabr 2025ci il tarixli qərarından dövlət ittihamçısı Elfanə Bayramova tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli 16 sentyabr 2025-ci il tarixli (hakim E.Z.Ağayev) hökmü ilə Məhkum - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 16 sentyabr 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər M.C.Qarayeva (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və Z.V.Əhmədovdan ibarət tərkibdə) *(***)-****/**** nömrəli 24 noyabr 2025-ci il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il 6 (altı) ay müddətə dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli 16.09.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çəkilmiş 2 (iki) ay 8 (səkkiz) gün müddət nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesabı ilə hesablanmaqla 4 (dörd) ay 16 (on altı) gün müddət hazırki qərarla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 7 (yeddi) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qərara alınmışdır. Işin halları: Məhkəmə qərarlarına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 08.10.2021-ci il tarixli ****/ş nömrəli əmrlə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 4-cü ərazi Dövlət yanğın nəzarəti idarəsinin Yanğın təhlükəsizliyi üzrə normativ iş şöbəsinin böyük mühəndis-inspektoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2024-cü ilin avqust ayında zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Hövsan-Südçülük sovxozu ərazisində yerləşən “Güldən” tekstil tikiş sexinə çıxarış alınması ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın texniki müayinənin nəticəsinə dair müsbət rəy verilməsinə köməklik göstərilməsi üçün həmin tarixdə sonuncunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyinin portalına elektron qaydada müraciətindən sonra özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən əvvəl tanıdığı zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Whatsap” mobil tətbiqi vasitəsilə zəng edib aralarında olan telefon danışığı zamanı əvvəldən tikiş sexinə keçirdiyi baxış zamanı su hovuzunun qanunvericiliyə uyğun qaydada olmadığını görüb yanğın texniki müayinənin nəticəsinə dair müsbət rəy verilməyəcəyini bildiyi üçün özünün guya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışının olduğunu, həmin əlaqələrindən istifadə edərək zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Hövsan- Südçülük sovxozu ərazisində yerləşən “Güldən” tekstil tikiş sexinə yanğın texniki müayinənin nəticəsinə dair müsbət rəy verilməsini təmin etdirmək imkanına malik olduğunu sonuncuya yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsə zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldatmaqla bildirib razılığını alaraq sövdələşdikdən sonra, həmin niyyətlə 2024-cü ilin avqust ayında zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşməklə yaşadığı nömrəsiz fərdi yaşayış evi qarşısında görüşüb sonuncudan şəxsən 4.000 (dörd min) manat pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs2 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2024-cü ilin sentyabr ayında zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xəzər rayonu, HövsanTürkan yolunun sol tərəfində yerləşən “Caspian” adlı mehmanxanasına çıxarış alınması ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın texniki müayinənin nəticəsinə dair müsbət rəy verilməsinə köməklik göstərilməsi üçün həmin tarixdə sonuncunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyinin portalına elektron qaydada müraciətindən sonra vəzifə bölgüsünə əsasən böyük mühəndis kimi Bakı şəhəri Xəzər rayonu ərazisində aparılan tikilməkdə, təmirdə və yenidən qurulmaqda olan obyektlərə nəzarət edilməsi tapşırılmış əməkdaş kimi özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Emin Muradovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib obyektə baxış keçirilməsi lazım olduğunu bildirib danışıqlarına əsasən 23.09.2024-cü il tarixdə zərərçəkmiş şəxs1la sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Hövsan-Türkan yolunun sol tərəfində yerləşən “Caspian” adlı mehmanxanasında görüşüb həmin obyektə baxış keçirən zaman mehmanxana ərazisində su hovuzu olmadığından yanğın texniki müayinənin nəticəsinə dair müsbət rəy verilməyəcəyini bildiyi üçün həmin vaxt zərərçəkmiş şəxs1la aralarında olan danışıq zamanı özünün guya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışının olduğunu, həmin əlaqələrindən istifadə edərək zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Hövsan-Türkan yolunun sol tərəfində yerləşən “Caspian” adlı mehmanxanasına yanğın texniki müayinənin nəticəsinə dair müsbət rəy verilməsini təmin etdirmək imkanına malik olduğunu sonuncuya yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsə zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə 10.000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldatmaqla bildirib razılığını alaraq sövdələşdikdən sonra, həmin niyyətlə 24.09.2024-cü il tarixdə saat 20:15-də zərərçəkmiş şəxs1la ünvan 1 ünvanında yerləşən “Hollywood” şadlıq sarayının qarşısında görüşüb sonuncudan şəxsən 10.000 (on min) manat pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs1 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2025-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Protest müəllifi hesab edir ki, Məhkum qanunsuz əməlləri nəticəsizdə zərərçəkmiş şəxs2 Fərhad oğluna 4000 manat, zərərçəkmiş şəxs1 isə 10000 manat məbləğində maddi ziyan dəyməklə sonunculara qarşı dələduzluq edilmişdir. Hər iki zərər çəkmiş şəxslərə nə ibtidai istintaq zamanı, nə də birinci instansiya məhkəməsində ziyandan ödəmə halları olmamışdır. Apellyasiya baxışı zamanı Məhkum zərərçəkmiş şəxs2 Fərhad oğluna 4000 manat maddi ziyanı ödəmiş, tərəflər barışıq əldə edərək, zərərçəkmiş şəxs2 Məhkum qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etmişdir. Lakin digər zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 vurulmuş 10000 manat məbləğində ziyandan isə heç bir ödəmə halları olmamış, barışıq əldə edilməmişdir. Hətta birinci instansiya məhkəməsində ifadə vermiş zərərçəkmiş şəxs1 bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona qarşı vurulmuş ziyandan hər hansı ödəmə halları olmamış və ona ciddi cəza verilməsini məhkəmədən xahiş etmişdir. Iş materiallarından da göründüyü kimi məhz zərərçəkmiş şəxs1 vurulmuş ziyan 10000 manat təşkil edir və bu ziyan təqsirləndirilən şəxs əməlinin CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinin əsası olmuşdur. Məhkum Məhkum tərəfindən zərərçəkmiş şəxs1 vurulmuş ziyandan hər hansı məbləğdə ödəniş edilmədiyi halda, məhkəmə təqsirləndirilən şəxsə həmin cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə ona əsassız olaraq humanist mövqedən yanaşmış, iş üzrə zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsində israrlı və təqsirləndirilən şəxsə qarşı şikayətçi olmasını nəzərə almadan ona yüngül cəza təyin etməkdə haqlı olmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair) 19 aprel 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosesində zərər çəkmiş şəxs törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxsdir və zərər çəkmiş şəxsin xüsusi marağı cinayətin törədilməsi nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsindən ibarətdir. Cinayət işinin materiallarından məlum olur ki, Məhkum barəsində ibtidai istintaq zamanı polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, məhkəmə prosesində də təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkum iştirakı ilə keçirilmiş məhkəmə prosesində həmin müddətlərdə azadlıqda olmasına baxmayaraq ziyanın ödənilməsi ilə bağlı hər hansı bir tədbir görülməmiş, yekunda məhkəmə təqsirləndirilən şəxs barəsində hökm çıxararkən ona azadlıqdan məhrum etmə cəzası təyin edilməklə barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalında həbs edilmişdir. Göründüyü kimi təqsirləndirlən şəxsin zərərçəkmiş şəxs2 vurulmuş 4000 manat ziyanın ödənilməsi və onunla barışıq əldə etməsi Məhkum törətdiyi əməllərin ictimai təhlükəli nəticələrini aradan qaldırmaq cəhdi deyil, məhz barəsində seçilmiş azadlıqdan məhrum etmə ilə bağlı cəzadan azad olmaq üsuludur. Iş materiallarından da göründüyü kimi Binəqədi rayon məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə vurulmuş ziyandan hər hansı ödəmə olmadığı halda belə kifayət qədər humanistlik göstərilmiş və CM-nin 178.2-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının saksiyası iki ildən beş ilə qədər nəzərdə tutulduğu halda, Məhkum 2 il 6 ay müddətinə seçilmiş azadlıqdan məhrum etmə cəzası minumum həddə yaxın cəza olmuşdur. Apellyasiya məhkəməsi isə daha az məbləğdə ziyan vurulmuş zərər çəkmiş şəxslə barışığın olması və ziyanın ödənilməsini nəzərə alaraq təsirləndirilən şəxsə daha da humanistlik göstərərək ona azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Göründüyü kimi məhkəmə bir zərər çəkmiş şəxsin hüquqlarını qoruyarkən, 10000 manat məbləğində maddi ziyan vurulmuş digər zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 qanuni mənafələrini nəzərə almamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməməsi barədə məhkum Məhkum, verilmiş kassasiya protestinin təmin edilməsi barədə zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi deyil, ona təyin olunmuş cəza mübahisələndirilmişdir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən “dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” əməli məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində bu əməl “təkrar törədildikdə”, Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsində bu əməl “şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə” və Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində bu əməlin “xeyli miqdarda ziyan vurmaqla” törədilməsinə görə məsuliyyət nəzərdə tutulur və bu əməllər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Dövlət ittihamçısının kassasiya protestində cəzaya dair qeyd olunan müddəaları nəzərdən keçirərək, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkum barəsində olan yüngülləşdirici halları əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən kassasiya müraciətinin məhkuma təyin edilmiş cəzanın yüngül olması barədə dəlilləri əsaslıdır. Belə ki, cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli * nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair hallarda kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli * nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi məhkum Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsin ziyanının ödənilməməsini və adı çəkilən məhkumun şəxsiyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamışdır. Belə ki, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli ** nömrəli qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası məhkum Məhkum cəzanın məqsədini təmin etməyən aşağı həddə cəza təyin edilməsi barədə kassasiya protestinin dəlilləri ilə razılaşaq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamış, cəza tədbirinin həddinin müəyyən edilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara düzgün hüquqi qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, məhkumun əməlinin ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı aparılan kompleks tədbirləri və məhkumun islah olunmasına təsirini, şəxsin törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, əvvəllər məhkum edilməməsini, ailəni yeganə dolandıran şəxs olmaqla himayəsində iki azyaşlı övladının olmasını, dəymiş zərərin qismən ödənilməsini, zərərçəkmiş şəxsin biri ilə barışmasını və ona dəymiş ziyanı tam şəkildə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, habelə CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halların olmadığını nəzərə alaraq, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Lakin bu qaydada, yəni Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən cəzanın müəyyən edilməsi ilə (cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarın şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə) təyin edilmiş cəza nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə, Cinayət Məcəlləsinin 41.2ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin icrasını təmin edə bilməz Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasının həddində təyin edilmiş cəza islah təsiri baxımından yetərli hesab edilə bilməz. Apellyasiya məhkəməsi qanunvericiliyin cəza təyini ilə bağlı tələbləri kifayət qədər nəzərə alınmamış və yüngül cəza təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində aşağı həddə cəzanın təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlməmiş və əsassız olaraq Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmişdir. Məhkəmə kollegiyası kassasiya müraciətinin məhkuma təyin edilmiş cəzanın yüngül olması barədə dəlillərini əsaslı hesab edir və qeyd edir ki, yuxarıda şərh olunanlara əsasən məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddi ədalətli, qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya dair hissədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, apellyasiya baxışı zamanı zərər çəkmiş şəxs Quluyev Nofəl Fərhad oğlu tərəfindən məhkəməyə ərizə təqdim edilmiş, həmin ərizədə göstərilmişdir ki, Məhkum tərəfindən ona dəymiş 4000 manat maddi ziyan tam şəkildə ödənilmişdir. Ona görə də, təqsirləndirilən şəxs Məhkum qarşı heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi, məhkum digər zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 vurduğu daha böyük zərərin heç bir hissəsini ödəməmişdir. Kassasiya baxışı zamanı da zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ona ödənilmədiyini bildirmişdir. Həmçinin, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli 18 fevral 2026-cı il tarixli (hakim E.H.Allahverdiyev) qərarından görünür ki, Məhkum CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 18 fevral 2026-cı il tarixli qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən onun barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərardan görünür ki, Məhkum öz qulluq mövqeyindən istifadə etməklə 4 digər epizod üzrə də dələduzluq cinayəti törətmişdir. Qeyd olunanlara və cinayət qanunvericiliyinin müddəalarına əsasən, kassasiya müraciətinin məhkuma təyin olunmuş cəzanın yüngül olması barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi Məhkum təyin edilmiş cəzanın növünü müəyyən edərkən cəzanın islah təsiri baxımından yetərli olub-olmadığını hərtərəfli araşdırmamışdır. Belə ki, cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məsələsi diqqətdə saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən şəxsiyyətini, həmçinin cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə almamışdır. Məhkuma təyin olunmuş cəzanın həddinin onun islah olunması tələblərinə cavab verməsi barədə məhkəmələrin qənaəti kifayət qədər əsaslı və inandırıcı deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, sübutlar arasında ziddiyyətlərin aradan qaldırılması üçün tədbirlər görülməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən, kassasiya müraciətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2025-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı Elfanə Bayramova tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Məhkum barəsində 24 noyabr 2025-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar