Məhkəmə qərarları › İş №1(1-8)-360/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-360/2026

10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-360/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X1 və məhkum Məhkum iştirakları ilə, # ### 1987-ci il tarixdə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla x3 şossesi, X2 fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-**/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli ## ###### 2024-cü il tarixli (hakimlər Ə.A.Əliyev (sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyev) hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 1 il 6 altı ay müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 1 il 6 altı ay müddətə azadlıqdan məhrum etmə cəzası yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin # #### 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmü ilə Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-**/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər H.X.Bəhmənov (sədrlik edən), E.İ.Əliyev və Y.X.Həşimov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Işin halları: Məhkəmə qərarlarına əsasən Məhkum və Təqsirləndirilən şəxs öz aralarında və Iran Islam Respublikasının ərazisində olan digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı əvvəlcədən ümumi razılığa gəlmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq digər şəxs 1 ədəd qara rəngli sellofan torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış bükülü halında olan külli miqdarda, yəni ümumi təmiz çəkisi 1.220 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana qanunsuz olaraq əldə edilib, saxlanılıb daşınaraq Biləsuvar-Bəhrəmtəpə yolunun 49-cu kilometrliyindən Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş * saylı qəsəbəyə gedən yolun sağ tərəfində quraşdırılan “yolların daralması” xəbərdaredici yol nişanı dirəyinin yaxınlığındakı ağacın altında gizlədildikdən sonra bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, daha sonra sonuncu # #### 2023-cü il tarixdə saat 21 radələrində tanışı Məhkum idarə etdiyi “Hyundai i30” markalı ** XS *** dövlət nömrə nişanlı avtomobillə onunla birlikdə həmin yerə sözügedən narkotik vasitəni götürmək məqsədilə gələrək, Biləsuvar-Bəhrəmtəpə yolunun 49-cu kilometrliyindən Biləsuvar rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş * saylı qəsəbə istiqamətində gedərkən həmin yolun sol tərəfində quraşdırılan “yolların daralması” xəbərdaredici yol nişanı dirəyinin yaxınlığında əkilmiş ağacın altında gizlədilmiş həmin narkotik vasitəni qanunsuz olaraq əldə etmək istəyən zaman Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 21 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanıldıqlarından cinayət əməllərinin bilavasitə törədilməsinə yönəldilmiş qəsdən edilən əməli iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qeyd olunan cinayəti törətməyə cəhd etmişlər. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ## #### 2023-cü il tarixdə saat 21 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tanışı Məhkum ilə birlikdə “Hyundai i30” markalı ** XS *** dövlət nömrə nişanlı avtomobillə Biləsuvar-Bəhrəmtəpə yolunun 49-cu kilometrliyindən Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş * saylı qəsəbəyə gedən yolun sağ tərəfində quraşdırılan “yolların daralması” xəbərdaredici yol nişanı dirəyinin yaxınlığında dayanaraq qeyd olunan yol nişanının yaxınlığında olan ağacın ətrafında gizlədilmiş 01 ədəd qara rəngli sellofan torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış bükülü halında olan külli miqdarda, yəni ümumi təmiz çəkisi 1220 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı götürmək istəyərkən polis əməkdaşlarının yaxınlaşdıqlarını görərək hadisə yerindən qaçmalarına baxmayaraq Cəbrayıl sakinlərinin yaşadığı yaşayış məntəqəsində yaxalanmışlar və Təqsirləndirilən şəxs polis əməkdaşlarına mobil telefonunda olan konuma uyğun olaraq qeyd olunan narkotik vasitə marixuananı təqdim etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının **(***)-**/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarının dəyişdirilməsi və ona ədalətli cəza təyin edilməsi xahiş edilmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o, evində yeganə gəlir gətirən şəxsdir, yoldaşı evdar qadındır, qızı isə azyaşlıdır. Bundan əlavə anası ağır dərəcəli ürək xəstəsidir, bacısı isə epilepsiya xəstəsidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində daha yüngül cəzanın təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə” əməlinə görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməllər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-**/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 67-ci maddəsi ilə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməlidir. Vurğulamaq zəruridir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Göstərmək vacibdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarında cəzanın bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını qeyd etmiş, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını vurğulamışdır. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Ədalətli cəza öz növbəsində CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət qanununun tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza CM-in Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur. Qeyd edilməlidir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Qanuni və ədalətli cəzanın təyin edilməsi hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir, məhkumun islah olunması, onun yenidən tərbiyə edilməsinə köməklik göstərir, eyni zamanda sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" # ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Birinci instansiya məhkəməsi məhkuma təyin edərkən əməlin cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq törətdiyi əməlin sanksiyası həddində ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır. Lakin aşağı instansiya məhkəmələri məhkuma qəti cəza təyin edərkən məhkum barəsində amnistya aktının tətbiq etməli olduqları halda bunu tətbiq etməmişlər. Belə ki, iş materiallarından görünür ki, Məhkum Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmçinin kassasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” # ###### 2021-ci il tarixli qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” # ###### 2021-ci il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslərdən başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olduqda, çəkilməmiş cəza 1 il azaldılsın. Iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə Məhkum 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir və bu cəza çəkilməmişdir. Həmin qərarın 9.3-cü bəndinə əsasən məhkəmələr icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər. Kassasiya kollegiyası qeyd edir ki, məhkum barəsində amnistya qərarı tətbiq edilməli və buna müvafiq olaraq Azərbaycan Respublikası CM-in 67-ci maddəsi ilə qəti cəza təyin edilməlidir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” # ###### 2021-ci il tarixli qərarının 9.3-cü bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü və bununla əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” # ###### 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən məhkuma Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il azaldılaraq 2 (iki) ilə endirilsin. Həmin cəza CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş həmin cəza Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilib Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 3 (üç) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar