Məhkəmə qərarları › İş №1(1-8)-362/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-362/2026

14.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-362/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov X4 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs müdafiəçisi Zeynalov Əbülfəz Əli oğlunun iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2026-cı il tarixli, 1(3-1)-3/2026 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi Zeynalov Əbülfəz Əli oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Naxçıvan Şəhər Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli, 1(078)-83/2025 nömrəli hökmü ilə (sədrlik edən hakim: G.K.Əliyeva) ## ###### 2005-ci il tarixdə Babək rayonu, Şəkərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmayan, Babək rayonu, Şəkərabad kəndində qeydiyyatda olan və hal hazırda cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 22 avqust 2025ci il tarixdən hesablanmışdır. ## ####### 1997-ci il tarixdə Babək rayonu, Şəkərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, işsiz, əvvəllər məhkum olunmayan, Babək rayonu, Şəkərabad kəndində qeydiyyatda olan və hal hazırda cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 22 avqust 2025-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum Məhkum və müdafiəçisi Qurbanov Sahil Ziyadxan oğlu, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Bağırov Zaman Camal oğlu tərəfindən apellyasiya şikayətləri verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2026-cı il tarixli qərarı ilə, (hakimlər: V.K.Quliyev (sədrlik edən), İ.M.Mirzəyev və M.Ə.Əliyev) apellyasiya şikayətləri təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 17 dekabr 2025-ci il tarixli hökmü dəyişdirilmiş Təqsirləndirilən şəxs və Məhkum barələrində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3, 3.1, 5.2.3 və 5.3-cü bəndləri tətbiq edilmiş, Məhkum hökmlə təyin olunmuş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılaraq üzərində qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs təyin olunmuş 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası isə 6 ay azaldılmaqla üzərində qəti olaraq 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2026-cı il tarixli qərarından müdafiəçi tərəfindən kassasiya şikayətləri verilmişdir. Işin halları: Hökmə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Belə ki, o, 03 avqust 2025-ci il tarixdə Naxçıvan Beynəlxalq Hava Limanında işdə olarkən Bakı şəhərinə gedən sərnişinlərin özləri ilə apardığı baqaj yüklərini yükləyən zaman sərnişin şahid7 məxsus olan çantanın içərisindən dəyəri 460 manat olan 01 ədəd qızıldan hazırlanmış sep və klonunu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 avqust 2025-ci il tarixdə Naxçıvan Beynəlxalq Hava Limanında işdə olarkən Bakı şəhərinə gedən sərnişinlərin özləri ilə apardığı baqaj yüklərini yükləyən zaman sərnişin şahid6 məxsus olan çantanın içərisindən ümumi dəyəri 754 manat olan 01 ədəd 204 manat dəyərində 585 əyarlı, 1.2 qram çəkidə qızıldan hazırlanmış Italya istehsalı sırğa və 01 ədəd 550 manat dəyərində qızıldan hazırlanmış qolbağı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 avqust 2025-ci il tarixdə Naxçıvan Beynəlxalq Hava Limanında işdə olarkən Bakı şəhərinə gedən sərnişinlərin özləri ilə apardığı baqaj yüklərini yükləyən zaman sərnişin zərərçəkmiş şəxs2 məxsus olan çantanın içərisindən ümumi dəyəri 4620 manat olan 01 cüt 1446.20 manat dəyərində 585 əyarlı, 10.33 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı sırğa, 01 ədəd 798 manat dəyərində 585 əyarlı, 5.7 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı klon, 01 ədəd 597.80 manat dəyərində 585 əyarlı, 4.27 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı üzük, 01 ədəd 313.60 manat dəyərində 585 əyarlı, 2.24 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı üzük, 01 cüt 565.60 manat dəyərində 585 əyarlı, 4.04 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı sırğa və 01 cüt 898.80 manat dəyərində 585 əyarlı, 6,42 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı sırğanı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Belə ki, o, Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 avqust 2025-ci il tarixdə Naxçıvan Beynəlxalq Hava Limanında işdə olarkən Bakı şəhərinə gedən sərnişinlərin özləri ilə apardığı baqaj yüklərini yükləyən zaman sərnişin şahid6 məxsus olan çantanın içərisindən ümumi dəyəri 754 manat olan 01 ədəd 204 manat dəyərində 585 əyarlı, 1.2 qram çəkidə qızıldan hazırlanmış Italiya istehsalı sırğa və 01 ədəd 550 manat dəyərində qızıldan hazırlanmış qolbağı gizli olaraq talamaqla oğurluq etmişdirlər. Bundan başqa, o, Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 avqust 2025-ci il tarixdə Naxçıvan Beynəlxalq Hava Limanında işdə olarkən Bakı şəhərinə gedən sərnişinlərin özləri ilə apardığı baqaj yüklərini yükləyən zaman sərnişin zərərçəkmiş şəxs2 məxsus olan çantanın içərisindən ümumi dəyəri 4620 manat olan 01 cüt 1446.20 manat dəyərində 585 əyarlı, 10.33 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı sırğa, 01 ədəd 798 manat dəyərində 585 əyarlı, 5.7 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı klon, 01 ədəd 597.80 manat dəyərində 585 əyarlı, 4.27 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı üzük, 01 ədəd 313.60 manat dəyərində 585 əyarlı, 2.24 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı üzük, 01 cüt 565.60 manat dəyərində 585 əyarlı, 4.04 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı sırğa və 01 cüt 898.80 manat dəyərində 585 əyarlı, 6,42 qram çəkidə qızıldan hazırlanmış Türkiyə istehsalı sırğanı gizli olaraq talamaqla təkrar oğurluq etmişdirlər. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi Ə.Ə.Zeynalov kassasiya şikayətlərini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən hüquqlarını müdafiə etdiyi şəxslər Təqsirləndirilən şəxs və Məhkum məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmamış, nəticədə onlar həddindən artıq ağır cəzaya məruz qalmışlar. Müdafiəçi iddia edir ki, məhkəmələr məhkəmə təcrübəsinə zidd olaraq, qanunvericiliyin tələblərini pozaraq onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi əvəzinə qanunsuz olaraq onları azadlıqdan məhrum etmişlər. Belə ki, müdafiəçi kassasiya şikayətində bildirir ki, Təqsirləndirilən şəxs və Məhkum əməllərini etiraf edib, əməllərindən peşmandılar, zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Müdafiəçi Ə.Ə.Zeynalov kassasiya şikayətlərində göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2026-cı il tarixli qərarının dəyişdirilməsini, onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Ə.Ə.Zeynalov kassasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs və Məhkum cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onların həddindən artıq ağır cəzaya məruz qaldıqlarını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçi Ə.Ə.Zeynalovun kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını məhkumlara münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin Təqsirləndirilən şəxs və Məhkum həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, müdafiəçi Ə.Ə.Zeynalov məhkumlar Təqsirləndirilən şəxs və Məhkum barələrində ədalətsizliyə yol verilməsi haqqında iddianı və birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının başqa cəza növü ilə əvəz edilməsi barədə tələbi müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş, apellyasiya məhkəməsi həmin iddialarla razılaşmayıb və tələbləri təmin etməyib, birinci instansiya məhkəməsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəza növünü dəyişdirilmədən saxlasa da, hər iki məhkum barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3, 3.1, 5.2.3 və 5.3-cü bəndləri tətbiq edərək onlara təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını 06 (altı) aya endirmişdir. Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs və Məhkum təyin olunmuş cəza növünün dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs və Məhkum cəza təyin edərkən Məhkum cəzasını yüngülləşdirən hal kimi - əməlindən peşman olmasını, cinayət nəticəsində vurduğu zərəri zərərçəkmiş şəxslərə ödəməsini, ilk dəfə cinayət əməli törətməsini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi - himayəsində 2 azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını, cinayət nəticəsində vurduğu zərəri zərərçəkmiş şəxslərə ödəməsini, ilk dəfə cinayət əməli törətməsini (kassasiya şikayətlərində məhkəmələr tərəfindən nəzərə alınmadığı iddia olunan yüngülləşdirici hallar), cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, şəxsiyyətinə aid başqa məlumatları, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Kassasiya şikayətlərində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətlərində istinad olunan digər halları Təqsirləndirilən şəxs və Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar müdafiəçi Ə.Ə.Zeynalovun kassasiya şikayətlərinə baxılması nəticəsində bu şikayətlərlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair məhkumların müdafiəçisi Ə.Ə.Zeynalovun və kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Məhkum və Təqsirləndirilən şəxs barələrində olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2026-cı il tarixli, 1(3-1)-3/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkumlar Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi Zeynalov Əbülfəz Əli oğlunun kassasiya şikayətləri təmin edilməsin. Məhkum və Təqsirləndirilən şəxs barələrində olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2026-cı il tarixli, 1(3-1)-3/2026 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar