Məhkəmə qərarları › İş №1(1-8)-366/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-366/2026

30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-366/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 145.2.5, 145.2.6, 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları:

1. Məhkum Məhkum ##.##.1978-ci ildə Ermənistan Respublikası, Amasya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, silah kimi istifadə edilən əşyalardan istifadə etməklə digər şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edərək daşımaqla saxlamışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,531 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, ## #### 2023-cü il tarixdə saat 16:45-də Sumqayıt ŞPI-nin, NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən ** saylı binanın qarşısında saxlanılaraq ŞPI-nə gətirilmiş, xidməti otaqların birində üzərində aparılan şəxsi axtarış zamanı həmin narkotik vasitə əynindəki şalvarın sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür.

3. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən 01 ədəd zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş 9 mm. kalibrli, “Makarov” konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan, yivli odlu silah hesab edilən tapançanı, 08 ədəd 9x18mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan, texniki cəhətdən saz vəziyyətdə və istifadəyə yararlı olan “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd darağı, zavod üsulu ilə keçmiş SSRI dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı olan 176 ədəd döyüş sursatı hesab edilən ştat patronlarını qanunsuz olaraq əldə edib daşımaqla qardaşı X7 işlədiyi Sumqayıt şəhəri, 39-cu məhəllə ərazisində yerləşən taxta emalatxanasının gözətçi otağında gizlətməklə saxlamış, ## #### 2023-cü il tarixdə saat 13:05 radələrində həmin gözətçi otağına baxış keçirilən zaman 01 ədəd “Makarov” konstruksiyalı tapança, 01 ədəd daraq və 176 ədəd patron aşkar olunaraq götürülmüşdür.

4. Bundan başqa o, tanışı Zərərçəkmiş şəxs onun barəsində qanunsuz olaraq narkotik vasitə və odlu silah saxlaması ilə əlaqədar polisə məlumat verməsini düşünüb # #### 2023-cü ildə saat 23 radələrində cəzalandırmaq üçün Zərərçəkmiş şəxsla söhbət etmək bəhanəsi ilə görüşmüş, çağırıb avtomobilə əyləşdirmiş, daha sonra avtomobillə ortaq tanışları şahid6 Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən fərdi yaşayış evinə gətirmiş, evə gəldikdə mübahisələrinə şahidlik etməməsi üçün şahid6 evi tərk etməsini tələb etmiş, sonuncu evdən getdikdən sonra Sübhanla polisə şikayət etməsi mövzusunda mübahisə etmiş, mübahisə zamanı mətbəxdən silah qismində istifadə etdiyi qayçını götürərək Zərərçəkmiş şəxs müxtəlif nahiyələrinə vurub, sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncuya boyunun sol yan-ön səthinin orta hissəsinin cərrahi tikişə ehtiyacı olan yarası işə müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid, sol təpə-gicgah nahiyənin, sol ənsə nahiyənin, sol qulağın əsasının şişkinlik fonunda hematoması, sol qulaq seyvanının iki ədəd, sağ qulağın sıyrıqları, sağ dizinin ön səthinin, sağ əlin üstünün yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, ardınca Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməklə əlini və ayaqlarını iplə, səs çıxartmaması üçün isə ağzını əski parçası ilə bağlamış, bundan sonra evə qayıdan şahid6 işinin olduğunu və 10-15 dəqiqəyə qayıdacağını deyərək evdən çıxıb getməklə Zərərçəkmiş şəxs silah kimi istifadə edilən əşyadan istifadə etməklə sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin (hakim X2) *(***)-*/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü ilə Məhkum CM-in 145.2.5, 145.2.6, 228.1 və 234.1 ci maddələri ilə təqsirli bilinməsi, CM-in 145.2.5 və 145.2.6-cı maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.1-ci maddəsi ilə 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılması və 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, ## #### 2023-cü il tarixdən ## #### 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılması və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəli ## #### 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, narkomaniyadan məcburi müalicənin təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyatda olmasının nəzərə alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

6. Hökmdən narazı qalan təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin #.#.2025-ci il tarixli, *(***)-*/**** saylı hökmündən narazı olduğunu, cinayət işinə yenidən baxılmasını, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs isə apellyasiya şikayəti verərək, hökmün ləğv edilərək, cinayət işinin onunla bağlı olan hissəsini, yəni CM-nin 145-ci maddəsinin həmin məcəllənin 128-ci maddəsinə tövsif edilərək, təqsirləndirilən şəxsin ona heç bir xəsarət yetirmədiyini, həmçinin barışdıqlarını və şikayətin olmadığını nəzərə alaraq işə xitam verilməsini xahiş etmişlər.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Rzayev Məhəmmədəli Əsəd oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə) ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 145.2.5, 145.2.6, 228.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin # ###### 2025-ci il tarixli, *(***)-*/**** saylı hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qeyd edilən qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir.

II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

9. Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya müraciətinin məzmunu ilə eynilik təşkil etməklə yanaşı, həmçinin cinayət işinin faktiki hallarına istinadlar edərək qeyd edilmişdir ki, ifadələrində narkotik vasitə istifadəçisi olduğunu səmimi etiraf edərək, o hissədə ona verilmiş ittihamı qanuni və əsaslı hesab etsə də digər ittihamla bağlı qeyd edir ki, heç kəsi qanunsuz azadlıqdan məhrum etməmiş, zərərçəkmiş şəxsə hər hansı xəsarətlər yetirmədiyini, hazırkı cinayət işi üzrə ona CM-in 145.2.5 və 145.2.6-cı maddələri ilə bəraət verilməsi və əməlin tövsifi ilə əlaqədar ədalətli cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

11. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilməmişdir.

III. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş 15. hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum Məhkum kassasiya şikayətində əməlinin hüquqi tövsifini və əməlində cinayət tərkibinin olmamasını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

18. Bununla belə, kollegiya məhkum Məhkum kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələrinə dair ilkin olaraq məhkumun təqsirli bilindiyi CM-in 145.2.5, 145.2.6, 228.1 və 234.1-ci maddələri ilə əməlində ciayət tərkibi olmaması əsası ilə barəsində bəraətverici əsaslarla cinayət işinə xitam verilməsinə dair aşağıdakıları qeyd edir.

18. Məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin *** saylı, ## ###### 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

19. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № *****/**, § 45, # ##### 2020-ci il).

20. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

21. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.

22. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.

23. Məhkəmə kollegiyası qeyd edilən cinayət işi üzrə sübutların məhkəmə tərəfindən CPMin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair məhkum Məhkum gətirdiyi arqumentləri əsassız hesab edir.

24. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

25. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Belə ki, məhkum Məhkum barəsində bəraət hökmünün çıxarılmasının mübahisələndirilməsi üzrə irəli sürülmüş dəlillər apellyasiya şikayətinin dəlillərindən asılı olmayarq apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən artıq yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.

21. Məhkəmə kollegiyası Məhkum CM-in 145.2.5 və 145.2.6-cı maddələri ilə təqsirli bilindiyi əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini də əsassız hesab edir.

22. Belə ki, məhkum Məhkum tərəfindən kassasiya şikayətində zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, həmçinin silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə cinayətinin törətməməsini mübahisələndirsə də, kollegiya bildirir ki, sözügedən dəlil apellyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun araşdırılaraq təkzib edilmiş, bu barədə məhkum Məhkum bu əməli törətməsi özünün ibtidai istintaqda verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmədə elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübuta yetirdiyi tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapdığından əsaslı hesab edilmişdir.

23. Iş materialları ilə müəyyən olunur ki, məhkum Məhkum tanışı Zərərçəkmiş şəxs onun barəsində qanunsuz olaraq narkotik vasitə və odlu silah saxlaması ilə əlaqədar polisə məlumat verməsini düşünüb cəzalandırmaq üçün onunla söhbət etmək bəhanəsi ilə görüşmüş, çağırıb avtomobilə əyləşdirmiş, daha sonra avtomobillə ortaq tanışları şahid6 Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən fərdi yaşayış evinə gətirmişdir. Məhkum Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, silah kimi istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməsi işin faktiki halları ilə öz təsdiqini tapmışdır.

24. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları təhqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum CM-in 145.2.5, 145.2.6, 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. Ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 145.2.5, 145.2.6, 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

25. Məhkəmə kollegiyası məhkum Məhkum kassasiya şikayətində göstərdiyi dəlilləri ilə əlaqədar olaraq bildirir ki, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə bir-bir təhlil edilərək araşdırılıb qiymət verilmişdir.

26. Məhkum kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıxarılmasını, törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verilməsini qeyd etsə də, mübahisələndirdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının qanunsuzluğuna və ya əsassızlığına dəlalət edən dəlil və əsasları izah edə bilməmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPMin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, 27. kassasiya şikayətində isə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi və əməlində cinayət tərkibinin olması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

28. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. Iş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə proseslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.

29. Məhkum Məhkum kassasiya şikayətinin dəlilləri qismində ittiham olunduğu CM-in 145.2.5 və 145.2.6-ci maddələri ilə bəraət verilməsini, yaxud əməlinin qanuni tövsif olunmasını xahiş etsə də, aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmadığı iddia edilən konkret hər hansı bir hal irəli sürülməmişdir.

30. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 145.2.5, 145.2.6, 228.1 və 234.1-ci maddələri ilə törətdiyi cinayət əməlinin tövsifinə və əməlində cinayət tərkibinin əlamətlərinin mövcudluğuna dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

32. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5, 145.2.6, 228.1 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı məhkum Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar