Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-367/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Cəfərov Ilqar Xanlar oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1 iştirakı ilə, məhkum1 və məhkum2 barələrində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum məhkum1 müdafiəçisi X4 və məhkum məhkum2 müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## ### 1958-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, X1 direktoru vəzifəsində işləmiş, Bərdə rayonu, Əliyanlı kəndində qeydiyyatda olan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə məhkum1 təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi, məhkum1 təyin olunmuş 3 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablanması, Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş təqsirləndirilən şəxs məhkum1 məxsus Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 27.234 manat dəyərində 0,10 ha və 3162 manat dəyərində 0,17 ha torpaq sahələrinin CM-in 99-1.1.2-ci maddəsinə əsasən, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması; ## ### 1959-cu il tarixdə Bərdə rayonu, Lək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, X1 baş mühasibi vəzifəsində işləmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bərdə rayonu, Lək kəndində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə məhkum2 təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi, məhkum2 təyin olunmuş 3 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs məhkum1 müdafiəçisi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Hakimlər: S.B.Hüseynov (sədrlik edən), R.M.Cəfərov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 2023-cü il ## ##### tarixli, *(***)**/**** nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, məhkum1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, məhkum1 əməli CM-in 311.3.1 və 311.3.3-cü maddələrindən həmin Məcəllənin 308.1-ci maddəsinə tövsif edilmiş, məhkum1 CM-in 308.1ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkum1 təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, məhkum2 əməli CM-in 311.3.1 və 311.3.3-cü maddələrindən həmin Məcəllənin 308.1-ci maddəsinə tövsif edilmiş, məhkum2 CM-in 308.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkum2 təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, Binəqədi rayon məhkəməsinin ##.##.2021-ci il tarixli qərarının ləğv edilməsi və təqsirləndirilən şəxs məhkum1 məxsus Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 27.234 manat dəyərində 0,10 ha və 3162 manat dəyərində 0,17 ha torpaq sahələrinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2023-cü il ## ##### tarixli, *(***)**/**** nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: V.C.Cəfərov (sədrlik edən), İ.Ə.Rəcəbov və İ.S.Qılıcovdan ibarət tərkibdə) 2024-cü il ## ###### tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il ## ##### tarixli, *(***)-**/**** nömrəli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: F.N.Mahmudov (sədrlik edən), M.V.Məmmədov və S.Ə.Əzizovdan ibarət tərkibdə) 2025-ci il ## ###### tarixli, *(***)-**/**** nömrəli qərarı ilə məhkum1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş və məhkum1 CM-in 311.3.1 və 311.3.3cü maddələri ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 3 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının həddi azaldılaraq ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, məhkum1 ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 1 (bir) il 2 (iki) ay 25 (iyirmi beş) gün müddət qəti cəza müddətinə hesablanmaqla ona təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 6 (altı) il 9 (doqquz) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökmdən Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş təqsirləndirilən şəxs məhkum1 məxsus Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 27.234 manat dəyərində 0,10 ha və 3162 manat dəyərində 0,17 ha torpaq sahələrinin CM-in 99-1.1.2-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması dair müddəa xaric edilmiş və qeyd edilən əmlak üzərindən həbs götürülmüş, apellyasiya protesti təmin edilmiş, hökm apellyasiya protestinə əsasən dəyişdirilmiş, məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tətbiq edilmiş Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, məhkum2 CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 3 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına tətbiq edilmiş CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025ci il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-**/**** nömrəli qərarından məhkumlar məhkum1 və məhkum2 müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda kasassiya şikayətləri və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)****/**** nömrəli qərarı ilə kasassiya şikayətləri qismən təmin edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilmiş, məhkum1 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-**/**** nömrəli qərarı ləğv edilmiş və cinayət işi yenidən apelyasiya instansiyası məhkəməsinin baxışına təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: X5 (sədrlik edən), X6 və X2 ibarət tərkibdə) 2026-cı il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmiş, məhkum məhkum1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, məhkum1 CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətəin azadlıqdan məhrum etmə cəzasının həddi azaldılaraq 8 (səkkiz) il müəyyən edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən məhkum1 ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək və ## ###### 2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün ona təyin edilmiş 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 3 (üç) il müddətinə dövlət orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 3 (üç) ay 4 (dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkum1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbsə alınmış, məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tətbiq edilmiş CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin həbs edildiyi vaxtdan, yəni ## ###### 2026-cı il tarixdən hesablanması, məhkum2 CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına tətbiq edilmiş CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən məhkum2 2025-ci il ## ###### tarixdən ##.##.2025-ci il tarixədək həbsdə olduğu 6 (altı) ay 1 (bir) gün qəti cəza müddətinə hesablanmaqla ona təyin edilmiş 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 3 (üç) il dövlət orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkum2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbsə alınmış, məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin həbs edildiyi vaxtdan, yəni ## ###### 2026-cı il tarixdən hesablanması, hökmdən Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş təqsirləndirilən şəxs məhkum1 məxsus Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 3162 manat dəyərində 0,17 ha torpaq sahəsinin CM-nin 99- 1.1.2-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması dair müddəa xaric edilmiş, qeyd edilən əmlak üzərindən həbs götürülmüş və həmin əmlak müllkiyyətçi məhkum1 qaytarılmış, hökm məhkum1 və məhkum2 münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Hökmə əsasən, məhkum1 və məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkət, habelə xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özləri və üçüncü şəxs üçün dolayı yolla vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti vahid niyyətlə rüşvət qismində istəməklə almışdır. Belə ki, məhkum1, ## ###### 2009-cu il tarixdən Azərbaycan Respublikası Təhsil Nazirliyi X1 direktoru vəzifəsində işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X11”nın 6-cı bəndinə əsasən, peşə təhsili müəssisəsi direktoru kimi müvafiq müəssisənin fəaliyyətinə rəhbərlik etmək, təhsil müəssisəsinin ayrı-ayrı bölmələrinin işini, tələbələrin təlim-tərbiyyə prosesini səmərəli təşkil etmək, təlim-tərbiyə, tədris-istehsalat və təsərrüfat sahələrində çalışan işçilərin səmərəli əmək və istehsalat fəaliyyəti üçün şərait yaratmaq, pedaqoji işçilərin hüquqlarının qorunmasını və sosial müdafiəsini təmin etmək, müəllimlərin, istehsalat təlimi ustalarının və digər işçilərin işinə nəzarət etmək, istehsalat və təsərrüfat planlarının, tədris plan və proqramlarının yerinə yetirilməsi üçün kollektivi təşkil etmək, mövcud qaydalara uyğun olaraq gənclərin məktəbə qəbulunu, ixtisaslı işçi kadrlarının hazırlanmasını həyata keçirmək, peşə təhsilinə cəlb olunan vətəndaşların sayının artırılması ilə bağlı tədbirlər görmək, büdcədənkənar gəlirlərin əldə olunmasını təşkil etmək, inzibati-təsərrüfat işlərinə rəhbərlik etmək və nəzarəti həyata keçirmək və digər təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi həmin liseydə ##.##.1997-ci il tarixdən baş mühasib vəzifəsində işləyən məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə bir qrup şəxs qismində birləşib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkət, habelə xidməti üzrə ümumi himayədarlıq və laqeydlik, yəni Bərdə Peşə liseyinə 2019-2020 və 2020- 2021-ci tədris illərində ödənişsiz ixtisaslara qəbul olunmuş və tədris prosesində iştirak etməyən 50 nəfər şagirdə onların tədris prosesində faktiki olaraq iştirak etməmələrinə baxmayaraq, məktəbdən xaric olunmalarına dair qərar qəbul etməyəcəyi və adlarının şagirdlər siyahısında saxlanılmaqla tədris proseslərində iştirak etməmələrinin nəzərə alınmaması müqabilində həmin şagirdlərdən 2019-cu ilin dekabr ayının ortalarından 2021ci ilin fevral ayının ortalarınadək olan müddətdə ünvan 1 ünvanında yerləşən həmin liseyin inzibati binasında şəxsən, habelə həmin liseydə istehsalat qrup rəhbərləri işləyən cinayətdən xəbərsiz şəxslər və qabaqcadan əlbir olduğu məhkum2 vasitəsilə “xxxx” ASCnin Bərdə rayon şöbəsi tərəfindən qeyd olunan şagirdlərə təhvil veriləcək plastik təqaüd kartlarının məxfi parollarla və göstərilən şagirdlərə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2013- cü il tarixli **** nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ### 2018-ci il tarixli ** nömrəli Sərəncamına əsasən təqaüd qismində ## ### 2018-ci il tarixdən aylıq 42 manat və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli *** nömrəli Sərəncamına əsasən ## ###### 2019-cu il tarixdən aylıq 50 manat ödənilməli olan təqaüd məbləğlərini, ümumilikdə, həmin kartlara köçürüləcək cəmi 19.762 (on doqquz min yeddi yüz altmış iki) manatı kartlarla birlikdə özlərinə verilməli olduğunu əlbir olduğu liseyin baş mühasibi məhkum2 vasitəsi ilə bildirməklə sonuncu və özü üçün dolayı yolla qeyd edilən pul vəsaitini vahid niyyətlə rüşvət qismində istəməsi ilə əlaqədar həmin şəxslərin razılığını alaraq, 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar və 2020-ci ilin sentyabr aylarında plastik kartları məxfi parollarla birlikdə məktəbin Bərdə şəhəri, Heydər Əliyev prospekti 11 ünvanında yerləşən inzibati binasında baş mühasib məhkum2 vasitəsi ilə təhvil almaqla hər ay üçün həmin kartlara köçürülən pul vəsaitlərini, o cümlədən, həmin müddətdə çıxarıb nağdlaşdırdıqdan sonra həmin şəxslərdən qeyd edilən pul vəsaitini məhkum2 vasitəsilə Bərdə rayonunda müxtəlif ünvanlarda şəxsən qəbul etməklə əlbir olduğu sonuncu ilə aralarında bölərək məhkum2 vasitəsilə sonuncu və özü üçün dolayı yolla külli miqdarda– 19.762 (on doqquz min yeddi yüz altmış iki) manat məbləğində maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində almışlar. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞI: Məhkum məhkum1 müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, 2019-cu ildə X1 ərazisində və inzibati binasında yaşayan məcburi köçkün ailələri Dövlət tərəfindən tikilmiş yeni mənzillərə köçdükdən sonra, liseyin binası və ərazisi bərbad halda idi. Bu səbəbdən məhkum1 öz vəsaiti hesabına liseyi təmir etdirmək qərarına gəlir. 30.000 manat vəsait xərcləsə də inzibati binanı tam yararlı vəziyyətə gətirə bilmir. Binadakı bütün qapı-pəncərələr, hörgü işləri, suvaq, rənglənmə, binanın damının dəyişdirilməsi və s. işləri görülsə də, təmir işlərini yekunlaşdırmağa maddi vəsaiti çatmır. Qeyd edək ki, 2020-ci ildə pandemiya səbəbindən onsuz da, dərslər distant (onlayn) qaydada keçirilirdi və bəzi tələbələrin valideynləri könüllü olaraq, cəmi 19.762 manat pulunu kartlardan çıxarıb, müxtəlif vaxtlarda binanın təmiri üçün vermişlər. Daha sonra, 2020-ci ilin sentyabr – noyabr aylarında II Qarabağ müharibəsi başlamış və ətraf rayonlarda, o cümlədən Bərdə rayonunda dərslər 2021-ci ilin fevralınadək başlamamışdır. Həmin dövrdə koronovirus və II Qarabağ Müharibəsi olduğundan onsuz da dərslər keçirilmirdi. məhkum1 X1 abadlaşdırılması üçün cəmi çəkdiyi 48.224 manat pulun, 19.762 manatını valideynlər könüllü vermişlər, qalan 28462 manatı isə öz cibindən xərcləmişdir. Çəkdiyi xərclər Dövlətimizə, tələbə və müəllim kollektivinə qalmışdır. Həmin pulları rüşvət olaraq deyil, tələbələr rahat tədris keçsinlər deyə, binanın təmirinə xərcləmişdir. Cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilmişdir ki, X1 abadlaşdırılması üçün, cəmi 48.224 manat xərc çəkilmişdir. Iş üzrə dindirilmiş şahid ifadələri və digər sübutlarla sübuta yetirilmişdir ki, həmin pulun qalan hissəsini məhkum1 öz vəsaiti hesabına etmişdir. Əvvəlki məhkəmələrdə dindirilmiş şahidlər bildirmişlər ki, kartlarındakı pul vəsaitini könüllü olaraq, öz şəraitlərinin yaxşılaşdırılması üçün, tədrisin normal keçrilməsi üçün ianə şəklində vermişlər. Işə ikinci dəfə Ali Məhkəmədə baxılarkən qəbul edilmiş Qərarda göstəriş verilmişdir ki, “Şərti məhkum etmə təqsirkarın cəzanı tam çəkmədən islah olunmağa başlaması ilə bağlı olan institutdur. Cinayət Qanunu şərti məhkum etmə yolu ilə məhkumu doğru yol seçməyə istiqamətləndirir, onun tərəfindən yeni cinayətlərin qarşısını almağa meyilləndirir, eyni zamanda digər məhkumların da islah olunmasını sürətləndirir. Hazırda məhkum1 69 yaşı var, səhhəti günü-gündən pisləşmişdir. Işə üçüncü dəfə baxan apelyasiya məhkəməsi şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəlməsini əsaslandırmamış və bununla da, məhkum1 vəziyyətini ağırlaşdıran və hüquqlarının pozulması ilə nəticələnən ədalətsiz qərar qəbul etmişdir. Müdafiəçi qeyd etmişdir ki, hazırki hökm məhkum1 Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilən hüquqlarını, o cümlədən digər konstitusion hüquqlarını pozmuşdur. Məhkum məhkum1 müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apelyasiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və məhkum1 barəsində CPM-in 42 və 350-ci maddələrini tətbiq etməklə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkum məhkum2 müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkum2 əlbir olduğu məhkum1la birlikdə sonuncu və özü üçün dolayı yolla 19762 manat məbləğində maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində almaqda ittiham olunur. Lakin peşə məktəbinə cəmi 48224 manat xərc çəkilməsi expert rəyi ilə sübut olunmuşdur. Həmin peşə məktəbi hazırda mövcuddur və dövlət mülkiyyətindədir. Göründüyü kimi məhkum1 öz şəxsi vəsaitindən 28462 manat pul xərcləmişdir. məhkum1 şəxsi hesabından həmin pulu xərcləməsini xeyriyyəçilik məqsədilə peşə məktəbinin binasının təmir olunması üçün, orda dərs keçilməsinə normal şərait yaratmaq üçün etdiyini bildirmişdir. Bundan başqa Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin ##.##.2023-cü il tarixli *-**-**/**** saylı məktubunda göstərilmişdir ki, dövlət proqramı çərçivəsində X3 yenidən qurma işləri aparılmışdır. Həmçinin peşə məktəbinin yararsızlığı və orada təmir işlərinin aparılması barədə məhkum1 tərəfindən agentliyn məlumatlandırılması mövcud deyil. Bu tamamilə yanlışdır, O həcmdə təmir işlərinin aparılması bütün hakimiyyət orqanlarının gözü qarşısında aparılmışdır və hamısının məlumatı olmuşdur. Bundan başqa Apellyasiya məhkəməsi təqsirləndirilən şəxslər barəsində şərti məhkum etmənin ləğv edilməsini əsaslandırarkən qeyd etmişdir ki, təqsirləndirilən şəxslər azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməsələr onlar islah olunmayacaqlar. Lakin məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən islah olunmayacaqlarına dair gəldikləri nəticənin hansı meyyarlara əsaslandığını qeyd etməmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, ## ### 2022-ci il tarixdən indiyədək olan dövrdə (həbsdə olduqları dövr çıxılmaqla) həbsdə olmadıqları müddətdə heç bir inzibati və cinayət əməli törətməmişlər, cəmiyyətdə birgəyaşayış qaydalarında, ailə üzvlərinin əhatəsində mehribanlıqla yaşamışlar. Göründüyü kimi məhkəmə kollegiyası məhkum2 barəsində şərti məhkumetmənin ləğv etməsi ilə, məhkum2 vəziyyətini ağırlaşdırmış və hüquqlarını pozmuşdur. Məhkum məhkum2 müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apelyasiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və məhkum2 barəsində CPM-in 42 və 350-ci maddələrini tətbiq etməklə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 kassasiya şikayətlərinin təmin olunmamasını və məhkumlar məhkum1 və məhkum2 barələrində olan cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumların müdafiəçiləri kassasiya şikayətlərində məhkumlara bəraət verilməli olduğunu və məhkumların cəzasını yüngülləşirən halların nəzərə alınmadığını mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, kassasiya şikayətlərinin əsas dəlili kimi irəli sürülmüş məhkumlara bəraət verilməsi iddiası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından da göründüyü kimi, müdafiə tərəfi kassasiya şikayətlərində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin həmin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkumlar tərəfindən onlara qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumların əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın real çəkilməli olubolmamasını müzakirə edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ##.##.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkumlar məhkum1 və məhkum2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsinə dair gəldiyi nəticələri kifayət qədər əsaslandırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər məhkum1 və məhkum2 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CMin 70-ci maddəsinə əsasən şərti tətbiq olunması nəticəsinə gələrkən öz qərarını aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər məhkum1 və məhkum2 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərini nəzərə almaqla yanaşı, məhkum1 ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, 64 yaşının olmasını, bu yaşadək qüsursuz müəllim işləməsini, “xroniki hepatoxolesistitin kəskinləşməsi, ürəyin xroniki işemik xəstəliyi gərginlik stenokordiyasıya” xəstəliyindən əziyyət çəkməsini, məhkum2 əvvəllər mühasib vəzifəsində işləməsini, eləcə də təqsirləndirlən şəxslərin törədiyi cinayəti tabeçilik qaydasında törətmələrini qeyd edib, cəmiyyətdən təcrid etmədən (cəza çəkmədən) onların islah olunmasının mümkünlüyünü nəzərə alaraq, təqsirli bilindikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Başqa sözlə, təqsirləndirilən şəxslər məhkum1 və məhkum2 barələrində cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi təqsirləndirilən şəxslərin özlərini, onların ailələrini ciddi məhrumiyyətlərə düçar edə bilər, onların islah və yenidən tərbiyə olunmaları məqsədinə xidmət edə bilməz. Odur ki, təqsirləndirilən şəxslər məhkum1 və məhkum2 Azərbaycan Respublikasının CM-in 311.3.1 və 311.3.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, barələrində sınaq müddəti müəyyən edilməlidir.” Apellyasiya instansiyası məhkəməsi məhkumlar məhkum1 və məhkum2 barəsində cəza təyininə dair gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “...Lakin hazırki işə baxan məhkəmə məhkum1 və məhkum2 təyin edilmiş cəzanı şərti olaraq tətbiq edərkən, bunu hökmdə kifayət qədər və inandırıcı şəkildə əsaslandırmamışdır. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərdən məhkum1 və məhkum2 törətdikləri cinayət əməllərini etiraf etməmişlər. Onlar əməlləri nəticəsində rüşvət qismində aldıqları 19762 manatı ödəməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda qeyd edilən halları təqsirləndirilən şəxslərin islah olunan olmaqla CM-in 70-ci maddəsinin tətbiqinə əsas verən həddə deyildir və onlar azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yalnız təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi yolu ilə onların islah olunmasına nail olmaq mümkündür. Onların şəxsiyyəti, davranışı, işin halları, törətmiş olduğu əməllərə münasibətləri məhkəmə kollegiyasına bu nəticəyə gəlməyə əsas verir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməlidir. Birinci instansiya məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir...” Apelyasiya instansiyası məhkəməsinin istinad olunan qərarının məzmunundan görünür ki, məhkəmə cəza təyini zamanı ziddiyyətli nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs məhkum1 əsassız olaraq sərt cəza təyin etmiş və ona görə də onun cəzası yüngülləşdirilməlidir. Təqsirləndirilən şəxslərdən birinin cəzasını yüngülləşdirən apelyasiya instansiyası məhkəməsi eyni zamanda hər iki məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi barədə gəlinən nəticəni əsassız hesab etmiş və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaları ləğv etməklə onların vəziyyətini ağırlaşdırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin yuxarıda istinad olunan qərarından da görünür ki, məhkəmə təqsirləndirilən şəxslərin əməlinin tövsifi üçün əhəmiyyət kəsb edən, lakin onlara cəza təyin edilməsi üçün mühüm olmayan əlamətləri sadalayaraq onların barəsində tətbiq edilmiş şərti məhkum etməni ləğv etməsinə dair gəldiyi nəticəni əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin məhkumlar məhkum1 və məhkum2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasına dair müddəaların xaric olunmasına dair gəldiyi nəticə əsaslandırılmamışdır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi) ; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi) hüquq verir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, məhkumlar barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün hər hansı bir maneə mövcud deyil. Belə ki, CM-in 70.2-ci maddəsinə əsasən də məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-in 70.2-ci maddəsinin tələbləri baxımından hazırkı cinayət əməlini tədqiq etdikdə müəyyən olunur ki, məhkumların cəzasını yüngülləşdirən hallar onların asan islah olunan şəxs olması qənaətinə gəlməyə əsas verməklə və məhkumların həbsdə uzun müddət saxlanmasının onların ailəsinin həyat şəraitinə mənfi təsir etməklə cəzanın məqsədinə xidmət etməməsi nəzərə alınmalıdlr. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkumların barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi ədalətli olmaqla, humanizm prinsipinin tələblərinə də uyğundur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumlar məhkum1 və məhkum2 müdafiəçilərinin kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, barələrində CM-in 70-ci maddəsi tətbiq edilməklə onlara təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində məhkumların üzərinə vəzifələr qoyulmalı və onlar dərhal cəza çəkdikləri müəssisələrdən azad edilməli, məhkum1 və məhkum2 təyin olunmuş 03 (üç) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddəti 2026-cı il ## #### tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar məhkum1 və məhkum2 müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 4 (dörd) il müddətə sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. məhkum1 cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunsun. Sınaq müddətinin əvvəli 2026-cı il ## #### tarixdən hesablansın. Sınaq müddəti ərzində məhkum1 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bərdə rayon Icra və Probasiya Şöbəsinə tapşırılsın və onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək vəzifələri qoyulsun. məhkum2 cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunsun. Sınaq müddətinin əvvəli 2026-cı il ## #### tarixdən hesablansın. Sınaq müddəti ərzində məhkum2 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bərdə rayon Icra və Probasiya Şöbəsinə tapşırılsın və onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ictimai qaydaya əməl etmək vəzifələri qoyulsun. məhkum1 və məhkum2 təyin olunmuş 03 (üç) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddəti 2026-cı il ## #### tarixdən hesablansın. Qərar, kassasiya şikayətlərinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-367/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-367/2026
10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver