Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-368/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X2, məhkum Məhkum, onun müdafiəçisi Müdafiəçi və zərər çəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi * saylı Ərazi Vergilər Idarəsinin Hüquq şöbəsinin rəisi Nümayəndə iştirakları ilə, ## ###### 1962-ci ildə Qusar rayonunun Xuray kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-*/**** nömrəli ## #### 2025-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli *(***)-*/**** nömrəli hökmü ilə (hakim X.İ.Quliyev) əməlində cinayət tərkibi olmadığına görə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərər çəkmiş şəxs (mülki iddiaçı) tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-*/**** nömrəli ## #### 2025-ci il tarixli hökmü ilə (hakimlər R.Ə.Ağayev (sədrlik edən), M.Ə.Rzayev və R.O.Əsgərova) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli *(***)-*/**** nömrəli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən Məhkum ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 1 ay 3 gün müddətin ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 3 (üç) il 4 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması qərara alınmış, mülki iddia təmin olunmuş, məhkum olunmuş şəxs (mülki cavabdeh) Məhkum 292.196,64 (iki yüz doxsan iki min yüz doxsan altı manat altmış dörd qəpik) manat məbləğində pulun alınaraq dövlət büdcəsinə (mülki iddiaçı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin hesablaşma hesabına) ödənilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli # #### 2026-cı il tarixli qərarı ilə (hakim V.Ə.Əliyeva) “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən Məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Işin halları: Apellyasiya məhkəməsinin hökmünə əsasən Məhkum fiziki şəxs olaraq vergi ödəyicisi kimi Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsində (VÖEN: **********) qeydiyyatda olan qızının əri (kürəkəni) şahid6 vergi ödəyicisinin eyniləşdirilməsi nömrəsindən istifadə edərək Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “GOLD Market” adlı mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla bağlı vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş, vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək olan dövr ərzində vergi qanunvericiliyinin tələblərini pozaraq, şahid6 vergi ödəyicisi kimi qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə ümumilikdə, külli miqdar təşkil edən 292.196,64 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, qızının əri (kürəkəni) şahid6 məxsus VÖEN-dən istifadə edərək, Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “GOLD Market” adlı mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bununla bağlı vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində 2018-ci ilin 4-cü rübü üzrə 5.500,43 manat az hesablayıb, 2019-cu ilin 1-ci rübü üzrə 374,97 manat, 2-ci rübü üzrə 544,40 manat, 3-cü rübü üzrə 523,99 manat və 4-cü rübü üzrə 757,99 manat, cəmi isə 2.201,35 manat artıq hesablamaqla, cəmi 3.299,08 manat sadələşdirilmiş vergini az; 2018-ci il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən gəliri 121.726,50 manat, xərci 101.438,75 manat, vergiyə cəlb olunan mənfəəti 20.287,75 manat və ödənilməli mənfəət vergisi 4.057,55 manat olduğu halda, həmin il üzrə bəyannamə təqdim etmədən, 4.057,55 manat mənfəət vergisini az; ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək olan həmin sahibkarlıq fəaliyyəti dövrü üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000,0 manatdan artıq olduğundan, Azərbaycan Respublikası VM-nin 155.1-ci maddəsinin qüvvədə olan müddəalarına əsasən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata dair ərizə verib, istifadəsində olan VÖEN üzrə könüllü qeydiyyatdan keçməli olduğu halda, ƏDV qeydiyyatından keçməyib, bəyannamə təqdim etməməklə, 2018-ci ilin dekabr ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, 2019-cu ilin yanvar ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, fevral ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, mart ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, aprel ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, may ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, iyun ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, iyul ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, avqust ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, sentyabr ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, oktyabr ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat, noyabr ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat və dekabr ayı üzrə 121726,50 manat dövriyyədən 21910,77 manat olmaqla, cəmi 284.840,01 manat ƏDV-ni az hesablamaqla, ümumilikdə külli miqdar təşkil edən, 292.196,64 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2025-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, cinayət işi düzgün araşdırılmamış və nəticədə onun barəsində ədalətsiz qərar qəbul edilmişdir. Iş üzrə bir çox prosessual pozuntulara yol verilmiş və məhkəmələr də sözügedən pozuntuları aradan qaldırmamışlar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə zərər çəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə qərarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində “xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma külli miqdarda törədildikdə” əməlinə görə məsuliyyət nəzərdə tutulur və bu əməl cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009-cu il, Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “X1rşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Apellyasiya məhkəməsi öz hökmündə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin tələblərinə görə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar, həmçinin Vergi Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə görə vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata (83.2.1); bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata (83.2.2); vergi yoxlaması materiallarına (83.2.3); vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara (83.2.4) əsaslanaraq hesablamaq hüququ vardır. Apellyasiya icraatı zamanı ifadə vermiş şahid şahid6 ifadələrilə təsdiq edilmişdir ki, sonuncu tərəfindən imzalanmış ## ###### 2020-ci il tarixli izahat və bu izahatın alınması ilə əlaqədar onun iştirakı ilə tərtib edilmiş akt, həmçinin “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib edilərkən məhz “GOLD Market” adlı mağazada mövcud olan "Barkod" sistemi aparatlarının serverinin yaddaş qurğusundan əvvəlki dövrləri deyil, mağazanın fəaliyyətə başladığı dövrdən, yəni ##.##.2018-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan dövr üzrə alınmış “X” hesabatlardan istifadə olunmaqla, yəni obyektin girişində sağ tərəfdə quraşdırılmış LOSE970SW; A0C1TF2H 4652240 seriya №-li aparat vasitəsi ilə 892953,10 manat məbləğində, sol tərəfdə quraşdırılmış LOSE970SW; A0C1TF2H 4650331 seriya №-li aparat vasitəsi ilə 1405243,64 manat məbləğində satış əməliyyatları həyata keçirilməsi və ümumilikdə 2.298.296,74 manat məbləğində satış dövriyyəsinin müəyyən edilməsi müvafiq aktla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin tələblərinə görə, bu Məcəllənin 14-1.9-cu maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydalarda nəzərdə tutulmuş sənədləri və məlumatları vergi orqanının tələbi ilə təqdim etmək (16.1.4-1-ci maddəsi); qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq (16.1.3-cü maddəsi); pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək (16.1.8-ci maddəsi) vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 130-cu maddəsinin tələblərinə əsasən: 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin əməliyyatların aparıldığı dövrdə qüvvədə olan 13.2.10-cu maddəsinin tələbini nəzərə alaraq qeyd edir ki, həmin maddəyə əsasən malların təqdim edilməsi dedikdə - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi başa düşülür. Həmin Məcəllənin 159.4-cü maddəsinə görə “Vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. Qeyd edilən normaların tələbinə əsasən vergi ödəyicisi tərəfindən istənilən şəxslərə, eləcə də ailə üzvlərinə mal verilməsi vergi tutulan əməliyyat sayılır və həmin əməliyyatlara görə müvafiq qaydada əlavə dəyər vergisi hesablamaqla dövlət büdcəsinə köçürülməlidir. Yəni vergi ödəyicisinin başqalarına əvəzsiz verdiyi mal, gördüyü iş və göstərdiyi xidmət ƏDV-yə cəlb olunan əməliyyatdır və birmənalı olaraq həmin əməliyyatlardan ƏDV hesablanmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.64-cü maddəsinə əsasən ticarət əlavəsi - malın ƏDV tətbiq edilmədən satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdən ibarətdir. Həmin Məcəllənin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, vergitutma məqsədləri üçün Vergi Məcəlləsinin tələbinə uyğun olaraq malların bağışlanması, hədiyyə verilməsi təqdimetmə kimi qiymətləndirilir. Qeyd edilən hallar vergitutmaya əsas verir, lakin ekspert rəyi və həmin rəyi mötəbər sübut kimi qəbul edən birinci instansiya məhkəməsi Vergi Məcəlləsinin qeyd edilən normalarını nəzərə almamış, nəticədə işin faktiki hallarına uyğun olmayan və məhkəməmühasibatlıq ekspertizasının qanunvericiliyə istinad edilmədən verdiyi rəyə istinad olunmaqla yekun nəticəyə gəlinmişdir. Halbuki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, eyni zamanda həmin Məcəllənin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələri kimi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1.9-cu maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi həlli olan hər hansı digər məlumatlar o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlardan istifadə etməklə ödənilməli olan verginin məbləğini hesablamaq hüququ var. Ibtidai istintaq zamanı Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “GOLD Market” adlı mağazaya aid vergi ödəyicisinin eyniləşdirilməsi nömrəsinin şahid6 aid olduğundan sonuncunun iştirakı ilə ## ###### 2020-ci il tarixində tərtib edilmiş akt, həmçinin “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib edilərkən məhz “GOLD Market” adlı mağazada mövcud olan "Barkod" sistemi aparatlarının serverinin yaddaş qurğusundan əvvəlki dövrləri deyil, mağazanın fəaliyyətə başladığı dövrdən, yəni ##.##.2018-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan dövr üzrə alınmış “X” hesabatlardan istifadə olunmaqla, yəni obyektin girişində sağ tərəfdə quraşdırılmış LOSE970SW; A0C1TF2H 4652240 seriya №-li aparat vasitəsi ilə 892953,10 manat məbləğində, sol tərəfdə quraşdırılmış LOSE970SW; A0C1TF2H 4650331 seriya №-li aparat vasitəsi ilə 1405243,64 manat məbləğində satış əməliyyatları həyata keçirilməsi və ümumilikdə 2.298.296,74 manat məbləğində satış dövriyyəsinin müəyyən edilməsi müvafiq aktla rəsmiləşdirilməklə şahid6 izahatı alınmış və bu izahatla da müəyyən olunmuşdur ki, Məhkum fiziki şəxs olaraq vergi ödəyicisi kimi Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsində (VÖEN: **********) qeydiyyatda olan qızının əri (kürəkəni) şahid6 vergi ödəyicisinin eyniləşdirilməsi nömrəsindən (bundan sonra VÖEN) istifadə edərək, Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən “GOLD Market” adlı mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək olan dövr ərzində şahid6 vergi ödəyicisi kimi qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə ümumilikdə, külli miqdar təşkil edən, 292.196,64 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya kollegiyası düzgün olaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə məhkum etmişdir. Belə ki, iş üzrə ibtidai istintaq və məhkəmə baxışları zamanı toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxsin vergi öhdəliklərini qəsdən yerinə yetirmədiyi, vergitutma orqanları tərəfindən müəyyən olunmuş külli miqdarda vergiləri ödəməkdən yayınması faktı təsdiqlənmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkum Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-*/**** nömrəli ## #### 2025-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)- */**** nömrəli ## #### 2025-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-368/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-368/2026
10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver