Məhkəmə qərarları › İş №1(1-8)-37/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-37/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-37/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər X8 (sədrlik edən və məruzəçi), X9 və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X18, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R Nazim Nəriman oğlu İmranovun, zərərçəkmiş şəxslər Anar Yusif oğlu İsmayılovun, X12, məhkum Məhkum və məhkumun müdafiəçisi X13- Rzayevanın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qərarından məhkum Məhkum və məhkumun müdafiəçisi Quliyeva-Rzayeva Nurlanə Nazim qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Leyla Əsgərova-Məmmədova (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və Novruz Kərimov) ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə ## ###### 1987-ci il tarixdə Yardımlı rayonunun Dəşkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 6 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 320.1-ci və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 67.1-ci və 67.5-ci maddələrinə əsasən Qəbələ Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) il 8 (səkkiz) ay 3 (üç) günlük hissəsi və əlavə cəza qismində təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası Məhkum hazırkı hökmlə təyin olunmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin xeyli və külli miqdarda əmlakını ələ keçirmə və əmlak hüquqlarını əldə etmə yolu ilə təkrarən dələduzluq etmişdir. Belə ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin oktyabr ayında tanışı X2 valyuta alqı-satqısından yaxşı qazanc əldə edəcəyinə, həftəlik sonuncuya yaxşı qazanc verəcəyinə dair yalandan vəd verib inandırmaqla aldadaraq hissə-hissə olmaqla 2018-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü küçəsində yerləşən marketdə həmin dövr üçün milli pul vahidi ilə 8500 manata bərabər 5000 ABŞ dolları, sonra isə yenə həmin ünvanda 2019-cu ilin yanvar ayında həmin dövr üçün milli pul vahidi ilə 2550 manata bərabər 1500 ABŞ dolları, 2019-cu ilin fevral ayında həmin dövr üçün milli pul vahidi ilə 13600 manata bərabər 3000 və 5000 ABŞ dolları, sonuncu dəfə isə 2019-cu ilin mart-aprel aylarında ünvan 2 ünvanında yerləşən “UNİBANK” ASC-nin ** saylı filialında isə həmin dövr üçün milli pul vahidi ilə 9350 manata bərabər 5500 ABŞ dolları pulu ələ keçirib vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs X2 ümumilikdə 34000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs3 İran İslam Respublikasından ölkəyə gətirdikləri kimyəvi yuyucu vasitələrin gömrük rəsmiləşdirilməsini həyata keçirib sataraq, əldə olunacaq gəlirdən sonuncuya hər yük maşını üçün 1000-1500 manat qazanc verəcəklərinə dair yalandan vəd verib inandırmaqla aldadaraq 2021-ci ilin oktyabr ayının əvvəllərində zərərçəkmiş şəxs3 ünvan 4 ünvanında yerləşən ofisdə həmin dövr üçün milli pul vahidi ilə 32300 manata bərabər 19000 ABŞ dolları pul alıb, həmin məbləğdə pulun 5100 manatını hissə-hissə qaytarıb etibar qazanaraq 27200 manat pulu ələ keçirdikdən sonra ## ###### 2022-ci ildə yenidən ünvan 4 ünvanında yerləşən ofisdə zərərçəkmiş şəxs3 20000 manat pul alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 47200 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü “xxxx” MMC-in rəhbəri kimi təqdim edib “xxxx” MMC-in direktoru İsmayılov Anar Yusif oğlundan əvvəllər də müxtəlif toyuq məhsulları alıb dəyərinin bir hissəsini ödəməklə etibarını qazanaraq, habelə sonuncuya ## ##### 2022-ci il tarixli, *** saylı alqı-satqı müqaviləsini təqdim edərək, Anar İsmayılovdan ## ##### 2022-ci ildə hər kiloqramı 2.85 qəpikdən olmaqla, çəkisi 9.432 kiloqram olan 26882 manat dəyərində 2-ci sort paket toyuqları, ## ##### 2022-ci ildə hər kiloqramı 2.75 qəpikdən olmaqla, çəkisi 18.296 kiloqram olan 50314 manat dəyərində 2-ci sort açıq toyuqları, ## ##### 2022-ci ildə isə hər kiloqramı 2.85 qəpikdən olmaqla çəkisi 9.960 kiloqram olan 28386 manat dəyərində, ümumilikdə 105582 manat dəyərində toyuqları ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-nin anbarından götürüb həmin toyuqları sataraq 58912 manat pulu Anar İsmayılova verdikdən sonra, 46670 manat pulu ələ keçirib vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş şəxs İsmayılov Anar Yusif oğluna 46670 manat xeyli miqdar maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən Anar İsmayılovu tanışı zərərçəkmiş şəxs4 Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 889, məhəllə 82/1110 ünvanında yerləşən «Kapital Bank»ın Gənclik filialından ## ##### 2022-ci il tarixdə Belarusiya Respublikasına göndərdiyi maddi vəsait hesabına Belarusiya Respublikasından ölkəyə gətirilən 20 ton toyuq hissələrinin, yəni toyuq filesinin kiloqramını 6 manat 95 qəpiyə, yəni 139000 manata alacağına dair yalan vəd verib inandırmaqla aldadıb, etibardan sui-istifadə etməklə ## ##### 2022-ci il tarixli, *** saylı alqı-satqı müqaviləsini Anar İsmayılova həmin tarixdə Bakı şəhərində təqdim etməklə, sonuncu ilə aralarında formalaşdırdığı etibarlılıq münasibətlərindən istifadə edərək ## ##### 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 20 ünvanında yerləşən soyuducu anbarından qeyd olunan 20 ton toyuq filesini təhvil alıb, ələ keçirdikdən sonra həmin tarixdə qeyd olunan 20 ton toyuq filesini, Anar İsmayılovun məlumatı olmadan sonuncudan aldığı qiymətdən daha ucuz qiymətə, yəni 5 manat 50 qəpiyə tanışı şahid8 Ataş oğluna Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 20 ünvanında yerləşən soyuducu anbarın qarşısında təhvil verib, sonuncudan hissə-hissə olmaqla aldığı 82000 manat pulu və 28000 manat dəyərində “KİA FORTE” MİNİK markalı **-BT-*** markalı avtomaşını şahid1 İlqar qızının adına sənədləşdirərək ələ keçirib zərərçəkmiş şəxs4 139000 manat külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Qədim Babayev) ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, CM-in 67.1-ci və 67.5-ci maddələrinə əsasən Qəbələ Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının barəsində həbs qətimkan tədbiri seçilənədək çəkilməmiş 2 (iki) il 8 (səkkiz) ay 3 (üç) gün hissəsi və əlavə cəza qismində təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona hazırkı qərarla təyin olunmuş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkum Məhkum müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi2-Rzayeva kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və məhkuma Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində ittiham hökmü çıxarılarkən kobud qanun və prosessual pozuntulara yol verilmişdir. Belə ki, hökmlə CM-in 67-ci maddəsinə əsasən cəzaların hökmlərin məcmusu ilə toplanılması qanunsuz olmuşdur. Kassator qeyd etmişdir ki, cəzasının tam bitdiyi halda onun bitmiş cəzasının üzərinə yenidən cəza təyin edilmişdir. Bundan əlavə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 ifadəsində onu tanımadığı bildirdiyi halda barəsində bəraət hökmü çıxarılmalı idi. Birinci instansiya məhkəməsi şahidlərin məhkəmə baxışı zamanı verdiyi ifadələri deyil, ibtidai istintaqda verdiyi ifadələr əsas götürərək onun barəsində ittiham hökmü çıxarmışdır. Həmçinin kassasiya şikayətində məhkum qeyd edir ki, ibtidai araşdırma zamanı onun müdafiə hüququ pozulmuşdur. Müdafiəçi Quliyeva-Rzayeva Nurlanə Nazim qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan “təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin” hissəsi ilkin baş vermiş prosessual pozuntudur. Belə ki, məhkəmə tərəfindən cəzanın dəyişdirilərək Məhkum təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 6 (altı) ilə endirilməsi artıq apellyasiya şikayətinin qismən də olsa təmin edilməsinə əsas verən haldır. Lakin məhkəmə apellyasiya şikayətinin təmin edilməməsi kimi qeyd edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmiş ilkin instansiya məhkəməsinin buraxdığı ciddi prosessual və imperativ hüquq normaları çərçivəsində buraxdığı səhvlər təkrar apellyasiya instansiya məhkəməsi tərəfindən təkrarən buraxılaraq hazırkı məhkum edilmiş şəxsin təkrar barəsində ittihameidici qərar verilməsi ilə nəticələnmişdir. Bunlardan biri şahidlərin ifadələrində verilən qiymətlər və şahidlər şahid8, İsmayılov Azər Yusif oğlu, X5, şahid6 Elman oğlunun ibtidai istintaqda müstəntiq tərəfindən mötəbərliyi şübhə altında götürülmüş ifadələrlə və şahidlərin Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadələrlə təkzib etdiyi həmin ibtidai istintaq zamanı həmin mötəbərliyi şübhə altında olan ifadələrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədova istinad vermişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimov həmin qanunsuz hərəkətləri yenidən təkrarlamışdır. Məhkəmənin istinad etdiyi şahid ifadələri və üzləşmə protokollarının ibtidai istintaq zamanı baş vermiş digər pozuntular kimi qərəzli formada müstəntiqlərin apardığı ibtidai istintaqın nəticəsidir ki, həmin şəxslər şahid8, İsmayılov Azər Yusif oğlu, şahid3 Aslan oğlu, şahid6 Elman oğlu məhkəmə iclasında ittiham tərəfin şahidləri olduğu halda gəlib müstəntiqin onları hazırlanmış mötəbərliyi şübhə altında olan ifadələrə qol çəkməyə məcbur edilmələrini onların Məhkum ilə bağlı orda qeyd edilənləri təsdiq etmədikləri Bakı Ağır Cinayətlər məhkəməsində verdikləri ifadələrin təsdiq etdiklərini qeyd etsə də, məhkəmə tərəfindən bu nəzərə alınmamışdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədova məhkəmədə qeyd etdikləri ifadələri yox, məhkəmə ibtidai istintaq zamanı mötəbərliyi şübhə altında olan və şahidlərin özlərinin təsdiq etmədiyi ifadələrə istinad vermişdir. Eyni zamanda məhkəmə iş materiallarının içərisində ittihamı müəyyən edərkən toyuq məhsullarını file məhsullarının Rəvan tərəfindən mənimsəndiyini qeyd etdikdə həmin məhsulların ümumiyyətlə qiymətləndirməsi aparılmamışdır. Həqiqətən də toyuq məhsullarının qiymətinin hazırda ittiham verilmiş rəqəmi əhatə edib etməməsi nə birinci instansiya məhkəməsi, nə də məhkəmə istintaqı keçirərkən aparılmış apellyasiya instansiya məhkəməsi tərəfindən aparılmamışdır. Eyni zamanda apellyasiya instansiya məhkəməsi iş materiallararında kifayət qədər ciddi pozuntular və cinayət xarakterli məsuliyyət yaradan “şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə” ##.##.2023-cü il tarixli protokolda müdafiəçi şahid11 Tofiq oğlunun imzasının saxtalaşdırılması ilə bağlı ## #### 2025-ci il tarixli 4/702-5/479 N-li ekspertiza rəyinə istinad versə də həmin rəyin artıq ibtidai-istintaq zamanı şahid11 məhkəmə zalında şəxsin tutulduğu zaman onun iştirakı olmadan və heç bir sənədə imza etmədiyini qeyd etdiyi məsələlərə düzgün hüquqi qiymət vermədən cinayət xarakterli əməlin araşdırılması məqsədilə xüsusi qərar çıxartmadan və bu cinayət xarakterli əməlin üstünü ört-basdır edərək yenidən cinayət işi materiallarını cildlərini əhatə etməyən hansısa Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsinin ## ### 2025-ci il tarixli mənbəyi məlum olmayan məktubu və müəssisə tərəfindən sonra məktubla surətinin təqdim edildiyi qeyd edilən sənədə istinad vermişdir. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 2-ci cildinin 134-135-ci vərəqlərində olan ##.##.2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” protokolun 2-ci vərəqində “Müdafiəçi:” qrafasındakı imza və “şahid11” əlyazması; 139-cu vərəqində olan ##.##.2023-cü il tarixli “Ekspertiza təyin olunması haqqında qərarın şübhəli və ya təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında” protokolda “Müdafiəçi:” qrafasındakı imza və “şahid11” əlyazması - şahid11 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Məhkəmə şahid11 ifadələrini mötəbər sübut kimi qəbul edərək, Məhkum barəsində tutulma prosessual məcburiyyət tədbirinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müəyyən etdiyi normalara əsasən həyata keçirilməsi və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması barədə dəlilərinin təkzib edilməsi barədə qənaətə gəlir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Nurlana Quilyeva- Rzayevanın da müdafiə nitqində qeyd etdiyi kimi dindirilən şahidin statusunun vəkilik fəaliyyətinin həyata keçirən şəxs olmasını nəzərə alır. Hansı ki iş materialının içərisində vacib olan cinayət işi materialı cildlərində əsas yer almış və şəxsi ilkin instansiya məhkəməsində ittiham hökmü çıxarılarkən istinad edilmiş sənəd həmin o tutulma protokoludur ki, orda da müdafiəçinin imzası saxtalaşmış və müdafiəçinin özünün də verdiyi şəxsi ifadəyə görə həm Bakı Ağır Cinayətlər Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsində verdiyi ifadəyə görə şübhəli şəxs tutulması zamanı onu müdafiəçi qismində orda iştirak etmədiyi ifadəsində etiraf etmişdir. Lakin məhkəmə bunu müdafiə hüququnun pozulması kimi deyil CPM-in 19.1-ci maddəsinə əsasən müdafiə hüququ və Azərbaycan Respublikası Konstitusiyanın müdafiə hüquq maddələrinin pozulması kimi deyil hətta prosessual pozuntu kimi də qəbul etmədən onun üstünü də ört-basdır edərək bu qanunsuz hərəkətləri həyata keçirmiş şəxslərin məsuliyyətə cəlb edilməsinə dair də hər hansı bir hüquqi qiymət verməmişdir. Eyni zamanda məhkəmə iş materialının içərisində qeyd etmişdir ki, gömrük bəyannamələri ilə Məhkum faktiki olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin faktiki olaraq Samir Mustafayevin deyil Məhkum “xxxx” MMC-nin sahibi olduğu faktını təsdiqləməsinə dəstək vermişdir öz qərarı ilə və əsaslı hesab edilmişdir. Halbuki vergidən gələn sənədlərə və reyestr çıxarışında həmin şirkətlərin həm sənəd üzərində faktiki sahibləri Samir Mustafayev olması öz təsdiqini tapmaqdadır. Belə ki, şəxsə ilkin olaraq 320.1-ci və 320.2-ci maddə 178.3.2 ilə ittiham verilsə də, Bakı Ağır Cinayətlər Məhkəməsi CM-in 320.1 və 320.2-ci maddəsi ilə elan edilmiş ittiham ilə bağlı təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddələr ilə ona bəraət verilməsinə dair yekun qənaətə gəlmişdir. Nəzərə alsaq ki, Məhkum müqavilənin mötəbərliyi şübhə altına alınaraq, Anar İsmayılovdan toyuq məhsullarının almaq məqsədilə “xxxx MMC”-nin adına müqavilənin mötəbərliyi şübhə altına alması faktına ittiham verilsə də məhkəmə həmin hissədə əsaslı hesab edərək bəraət verdiyi halda digər hissədə ona ittiham verilmişdir. Yəni hökmün baş hissəsində bəraət ayaq hissəsində sanki ittiham vermiş kimi qurama bir ittihamı təsdiqləmişdir. Bunu da Bakı Apellyasiya Məhkəməsi göz yummuşdur. Eyni zamanda məhkəmə şəxsin barəsində Qəbələ Rayon Məhkəməsinin verdiyi № *(***)-*/**** saylı ## ###### 2022-ci il tarixli hökmdən cəzanın qalmış hissəsinin CM-in 67.1-ci və 67.5-ci maddəsinə əsasən 6 ay hissə ilə əvəz edərək qismən toplamışdır. Halbuki həmin hökmün qeydiyyata alındığı tarixdən icra müddəti başlamış və 2022-ci ilin aprel ayının 14ündən şəxs qeydiyyata alınaraq X6də həmin ## ##### 2022-ci il tarixdən 3 il 6 ay cəzanın müddət axını başlayaraq ## ##### 2023,## ##### 2024 və ## ##### 2025-ci ilin apreli və iyun, iyul, avqust, sentyabr, oktyabr və ## ###### 2025-ci ilin noyabr ayında avtomatik olaraq 3 il 6 ay cəza tam bitmişdir. Lakin məhkəmə Cinayət Məcəlləsinin ədalətlilik prinsipini tam pozaraq bir şəxsin eyni məsələ üzərində iki dəfə cəzasını təyin etmişdir. Məhkəmənin hökmü elan etdiyi tarix ## ###### 2025-ci il tarixini əhatə etdiyi halda təxminən bu hökmün elan edildiyi tarixdən 1 həftə öncəki tarixə ## ###### 2025-ci il tarixində tam bitdiyi halda məhkəmə yenidən bitmiş cəza üzərindən yenidən cəza vermişdir. Bu da təqsirləndirilən şəxsə Bakı Apellyasiya Məhkəməsinin CM-in 67.1-ci və 67.5-ci maddəsinə əsasən qismən birləşdirilmə hissəsinin pozuntusunu eyni zamanda bir şəxs bir məsələ üzərindən ədalətlilik prinsipini və Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən “bir məsələyə görə iki dəfə cəza ala bilməz” imperativ normanın tələblərini pozmuşdur. Bundan əlavə zərərçəkmiş zərərçəkmiş şəxs4 Bakı Apellyasiya Məhkəməsində “ mən Anar İsmayılovdan şikayətçiyəm, mənim Məhkumla əlaqəm yoxdur və şikayətçi deyiləm“ və digər buna analoji dedikləri və fikirləri işi yüngülləşdirən hal kimi nəzərə almasını öz qərarında bildirmişdir, halbuki bu işin yüngülləşdirən yox, bəraətverici hallarına əsas verən ciddi məqam olsa da, hakim bunu nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum Məhkum və məhkumun müdafiəçisi müdafiəçi2-Rzayevanın kassasiya şikayətlərinin digər dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən işin hallarının və sübutların qanunla müəyyən edilmiş qaydada araşdırılmaması nəticəsində Məhkum əsassız olaraq məhkum olunmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. İstintaq orqanı təqsirləndirilən şəxs Məhkum təqsirini təsdiq etmək üçün məhkəməyə məhkumun özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər sübutlar təqdim etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutlar məhkəmə iclasında CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun tam, hərtərəfli və obyektiv yoxlamış və onlara qiymət verərək məhkumun elan edilmiş ittiham üzrə təqsirli olmasına dair nəticəyə gəlmişdir. Həmçinin iş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Kassasiya kollegiyası birinci və apellyasiya məhkəmələrinin qanunun yuxarıda göstərilən normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum Məhkum və müdafiəçi müdafiəçi2-Rzayevanın kassasiya şikayətlərinin dəlillərindən biri birinci instansiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən CM-in 67.1-ci maddəsinin tələblərinin pozulmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İşdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- **/**** nömrəli hökmü ilə təqsirləndirilən şəxs Məhkum barəsində CM-in 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-in 67.1-ci maddəsinə əsasən ona Qəbələ Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmü ilə təyin edilmiş əsas azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) il 8 (səkkiz) ay 3 (üç) günü hazırkı hökmlə təyin olunmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə ona qəti olaraq əsas cəza 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum və onun müdafiəçisi kassasiya şikayətlərində göstərmişlər ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü çıxarıldığı vaxt Qəbələ Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 3 il 1 ay müddəti artıq başa çatmışdır. Buna baxmayaraq, məhkəmə əsassız olaraq həmin cəzanın çəkilməmiş hissəsini 2 (iki) il 8 (səkkiz) ay 3 (üç) gün kimi müəyyən etmiş və bu müddəti Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya qismən birləşdirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini aşağıda göstərilən səbəblərə görə əsassız hesab edir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın X6 müəssisəsində çəkilməsi və cəza müddətinin X6 müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması müəyyən edilmişdir. İş materiallarından görünür ki, Məhkum ## ##### 2022-ci il tarixdə ** saylı X6 Müəssisəsində qeydiyyata qəbul edilmiş və hazırkı cinayət işi üzrə barəsində Nərimanov Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilənədək həmin müəssisədə 9 ay 27 gün cəza çəkmişdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" ## #### 2003-cü il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxs yeni cinayət törətdikdə, əvvəlki hökm üzrə cəzanın çəkilməmiş hissəsi yeni cinayətə görə həbs qətimkan tədbiri seçildiyi tarixdən sonrakı müddət hesab olunur. Beləliklə, hazırkı cinayət işi üzrə Məhkum barəsində həbs qətimkan tədbiri seçilənədək Qəbələ Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 9 ay 27 gününü çəkmiş, qalan 2 il 8 ay 3 gün müddət isə çəkilməmiş qalmışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsi tətbiq edilməklə əvvəlki hökm üzrə cəzanın çəkilməmiş hissəsinin yeni təyin edilmiş cəzaya qismən birləşdirilməsi cinayət qanununun tələblərinə və Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə tam uyğun olmuşdur. Kassasiya şikayətlərinin digər dəlili hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı məhkum Məhkum müdafiə hüququnun pozulması ilə əlaqədardır. Məhkəmə kollegiyası qeyd edir ki, analoji dəlil məhkumun müdafiəçisi tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi həmin dəlili ətraflı araşdıraraq belə nəticəyə gəlmişdir ki, müdafiə tərəfinin istinad etdiyi hallar əsassızdır və təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirini aradan qaldırmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin bu barədə dəlillərini tam, hərtərəfli və obyektiv araşdırmış, həmin dəlillərin əsassızlığı barədə gəldiyi nəticəni isə cinayət işi üzrə tədqiq edilmiş sübutların məcmusu ilə kifayət qədər əsaslandırmışdır. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı hesab edilir. Müdafiəçinin və məhkumun kassasiya şikayətlərində isə apellyasiya instansiyası məhkəməsinin həmin dəlillərin qiymətləndirilməsi ilə bağlı gəldiyi nəticələri təkzib edən hər hansı yeni hal və ya sübut göstərilməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası kassasiya şikayətlərinin həmin dəlillərinin yenidən müzakirə edilməsini zəruri hesab etmir. Göründüyü kimi, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərər çəkmiş şəxslərin və şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, maddi sübutlar və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Ona görə də məhkəmələr tərəfindən onun əməlinin həm təkrar, həm də külli miqdarında ziyan vurmaqla törədilmiş dələduzluq kimi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsi əsaslı və qanuna müvafiq olmuşdur. Məhkəmələrin məhkumun təqsirinin təsdiq edilməsi və onun əməllərin tövsifi ilə əlaqədar gəldiyi nəticələr sübutlara və işin hallarına uyğun olduğundan məhkəmə kollegiyası həmin nəticələri ilə razılaşır və kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası məhkum Məhkum təyin edilmiş cəzasının əsaslılığı ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli ** saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi məhkum Məhkum cəza təyin edərkən himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Apellyasiya instansiya məhkəməsi əlavə olaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını da onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. İşə kassasiya qaydasında baxılanadək zərərçəkmiş şəxs A.Y.İsmayılov ərizə verərək, ona dəymiş maddi ziyanın məhkum tərəfindən tamamilə ödənildiyini bildirmişdir. Dələduzluq cinayətlərinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar aldatma yolu ilə əmlakını talamaqla mülkiyyət münasibətlərinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi dələduzluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən dələduzluq yolu ilə talanmış əmlakın dəyərinin könüllü olaraq ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır və bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azalır. Bu növ cinayətlərin xarakteri nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü olaraq tamamilə ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması məhkumun həm də əməlindən peşman olub artıq islah yoluna düşməsini də göstərir. Məhkum əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərini nəzərə alaraq, məhkum Məhkum zərərçəkmiş şəxs A.Y.İsmayılova cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsi ilə əlaqədar ona təqsirli bilindiyi maddələrlə daha aşağı həddə cəzanın təyin edilməsi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Məhkum kassasiya şikayətinin dəlilləri qismən, yalnız cəzaya aid hissəsində təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı cəzaya aid hissədə dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmü dəyişdirilsin. Məhkum Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ildən 5 (beş) il 6 (altı) aya endirilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci və 67.5-ci maddələrinə əsasən, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) il 8 (səkkiz) ay 3 (üç) gün hissəsi, habelə əlavə cəza qismində təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hazırkı qərarla təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına əsas cəza qismən, əlavə cəza isə tam birləşdirilməklə, Məhkum qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərarın qalan hissəsi dəyidirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar