AzərbaycanǝRespublikasıǝadından Qərar Bakıǝşəhəri İşǝ№ǝ1(1-8)-375/2026 11.06.2026 ALIǝMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğluǝvəǝMuxtarovǝTeyyubǝAsifǝoğlundanǝǝibarətǝtərkibdə;ǝ AllahverdizadəǝŞəhriyarǝƏliǝoğlununǝkatibliyiǝilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi vəǝanalitikǝtəhlilǝşöbəsininǝböyükǝprokuroruǝdövlətǝittihamçısı1ǝiştirakıǝilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi ilə)ǝ*(***)-***/****ǝnömrəli,ǝ##ǝ####ǝ2025-ciǝilǝtarixliǝhökmüǝilə, ## #### 1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsindəǝcəzaǝçəkən Məhkum Törətmiş olduğu cinayət əməlləri CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, CM-in 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona elan edilmiş ittihamdan CM-in 177.2.2-ci maddəsi xaric edilmiş, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmış, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilməməsi müəyyənǝedilmişdir.ǝ Hökmlə Məhkum istinad olunan “zərərçəkmiş şəxs7 məxsus, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 98 A ünvanında yerləşən bağ evinə daxil olmaqla 695 manat maddi ziyan vurmaqla oğurluq etməsi, zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi tikili olan yaşayış evinə daxil olaraq 450 manat pulu oğurlaması, zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağlar massivində yerləşən bağ evinin həyətinə daxil olaraq 1300 manat dəyərində əşyaları oğurlaması, zərərçəkmiş şəxs4 məxsus, Bakı şəhəri Xəzər rayonu Binə-Atçılıq yaşayış massivində yerləşən fərdi tikilinin həyətinə daxil olaraq 5700 manat dəyərində əşyaları oğurlaması, zərərçəkmiş şəxs9 Xalıq oğluna məxsus, Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağlar massivində yerləşən nömrəsiz evdən ümumilikdə 7998 manat dəyərində maddi ziyan vurmaqla oğurluq edilməsi, zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi bağlar massivində yerləşən bağ evinin həyətinə daxil olaraq 5750 manat dəyərində əşyaları oğurlaması, zərərçəkmiş şəxs3 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi Xaşaxuna bağlar massivində yerləşən ünvansız evinin həyətinə daxil olaraq 1960 manat dəyərində əşyaları oğurlaması, zərərçəkmiş şəxs5 məxsus, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi stansiya Qala ərazisində yerləşən nömrəsiz evin həyətinə daxil olaraq 4203 manat məbləğində pulu və dəyəri 20 manat olan ətri oğurlaması, zərərçəkmiş şəxs10 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi Xaşaxuna bağlar massivində yerləşən nömrəsiz fərdi evin həyətinə daxil olaraq 920 manat dəyərində əşyaları oğurlaması, zərərçəkmiş şəxs8 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən nömrəsiz fərdi evin həyətinə daxil olaraq 5000 manat dəyərində əşyaları oğurlaması” epizodları ittihamdan xaric edilmiş, həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmış və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna göndərilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim Ibrahimov Anar Firdovsi oğlunun sədrliyi ilə, hakimlər X2 və X4 ibarət tərkibdə) *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmü verilmişǝapellyasiyaǝşikayətinəǝmünasibətdəǝdəyişdirilmədənǝsaxlanılmışdır.ǝ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli qərarındanǝməhkumǝMəhkumǝtərəfindənǝkassasiyaǝşikayətiǝverilmişdir. Həminǝqərardanǝkassasiyaǝprotestiǝvəǝkassasiyaǝşikayətinəǝqarşıǝetirazǝverilməmişdir. Işǝüzrəǝyuxarıdaǝqeydǝedilənǝməhkəməǝaktlarıǝçıxarılmışdır. Işin halları: Məhkum qarşı irəli sürülmüş ittihama əsasən Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ##.##.2023-cü il tarixdə zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 98A ünvanında yerləşən bağ evinin həyətyanı sahəsinin dəmirdən olan qapısının üzərində ki, asma qıfılı sındırmaq yolu ilə həyətə qanunsuz daxil olmaqla həyətdə olan qarajın dəmir qapısının üzərində olan 03 ədəd asma qıfılı sındırmaqla saxlanc yeri olan qaraja qanunsuz daxil olaraq 80 manat dəyərində mis naqilləri, 30 manat dəyərində plasmas boruları, hər birinin qiyməti 5 manat olan 03 ədəd çəkici, 50 manat dəyərində kondisioner kompressorunu, 50 manat dəyərində santexnik ləvazimatlarını həmçinin saxlanc yeri olan evin taxtadan olan giriş qapısının üzərindəki 03 ədəd asma qıfılı sındırmaq yolu ilə qanunsuz olaraq saxlanc yeri olan evə daxil olmaqla 200 manat dəyərində 01 ədəd samovar, mətbəxdəki şkafdan 100 manat dəyərində qaşıq, çəngəl bıçaq və qab-qacaqları, 50 manat dəyərində işıq lampalarını özgənin əmlakım yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 695 manat məbləğindəǝmaddiǝziyanǝvurmaqlaǝoğurluqǝetmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ## ###### 2024-cü il tarixdə saat 21 radələrində zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən fərdi tikili olan yaşayış evinin həyətinə hasardan aşaraq qanunsuz daxil olmaqla oradan həmin evin plastik pəncərəsini açmaq yolu ilə yaşayış sahəsi olan evin yataq otağına qanunsuz daxil olaraq oradakı saxlanc yeri olan paltar dolabdakı pul qabına qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs1 məxsus olaraq orada saxlanan 450 manat məbləğində pulu götürüb aparmaqla özgənin əmlakının yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1ǝ450ǝmanatǝməbləğindəǝmaddiǝziyanǝvurmaqlaǝoğurluqǝetmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ## #### 2024-cü il tarixdə saat 21 radələrində zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağlar massivində yerləşən bağ evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq həyətdəki iki mərtəbəli həmin evin ikinci mərtəbəsinin üzərində olan plastik pəncərəni açıb ikinci mərtəbədə olan plastik qapını sındıraraq yaşayış sahəsi olan evə qanunsuz daxil olmaqla ikinci mərtəbədə olan ümumi dəyəri 500 manat təşkil edən 4 qutu qab-qacaq dəstini, evin birinci mərtəbəsindəki yaşayış sahəsi olan otağa qanunsuz daxil olmaqla orada zərərçəkmiş şəxs2 məxsus olan 400 manat dəyərində 01 ədəd "PlayStation" oyun aparatını, 100 manat dəyərində 01 ədəd "Sony" markalı “DVD” aparatını, birinci mərtəbədə saxlanc yeri olan otağa qanunsuz daxil olmaqla orada olan 200 manat dəyərində 01 ədəd su matorunu, 100 manat dəyərində tikintidə istifadə edilən iş alətlərini götürüb aparmaqla özgənin əmlakını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 1300 manatǝməbləğindəǝziyanǝvurmaqlaǝtəkrarənǝoğurluqǝetmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ## #### 2024-cü il tarixdə saat 20 radələrində zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Xəzər rayonu Binə-Atçılıq yaşayış massivində yerləşən fərdi tikilinin həyətinə hasardan aşaraq qanunsuz daxil olmaqla həyətdəki saxlanc yeri olan fərdi tikiliyə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq evin yaşayış sahəsi olan yataq otağındakı saxlanc yeri olan termonun siyirtməsində olan zərərçəkmiş şəxs4 məxsus 350 manat dəyərində 01 dəst komplekt qızıl sırğanı, 250 manat dəyərində 02 ədəd qızıl boyunbağını, həmçinin yaşayış sahəsi olan yataq otağındakı saxlanc yeri olan paltar dolabından 3800 manat dəyərində olmaqla üzərində brilyant qaşlar olan 01 dəst qol komplekti, 700 manat dəyərində 01 ədəd qızıl nişan üzüyünü, 600 manat dəyərində 01 ədəd ağ nişan olan üzüyü götürüb aparmaqla özgənin əmlakları yaşayış sahəsinə və saxlanc yerinə ganunsuz daxil olmaqla gizli olaraq talayaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 ümumilikdə 5700 manat məbləğində xeyli miqdardaǝziyanǝvurmaqlaǝtəkrarənǝoğurluqǝetmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ## ##### 2024-cü il tarixdə saat 23 radələrində zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivində yerləşən evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq iki mərtəbəli evin birinci mərtəbəsinin giriş qapısını açar seçmə yolu ilə açaraq birinci mərtəbədəki yaşayış sahəsi olan otağa qanunsuz daxil olmaqla orada zərərçəkmiş şəxs2 məxsus olan 250 manat dəyərində 01 ədəd "Samsung" markalı istilik sobasını, 200 manat dəyərində 1 ədəd samovarı, 01 ədədinin dəyəri 500 manat olmaqla ümumi dəyəri 1000 manat təşkil edən 02 ədəd antik “quran” qabını, ikinci mərtəbədəki yaşayış sahəsi olan otağa qanunsuz daxil olmaqla oradakı 300 manat dəyərində 01 ədəd çörək bişirmək üçün sobanı, ümumi dəyəri 4000 manat təşkil edən qab-qacaq dəstini götürüb aparmaqla özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 qızma ümumilikdə 5750 manat məbləğində xeyli miqdardaǝziyanǝvurmaqlaǝtəkrarənǝoğurluqǝetmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ## ##### 2024-cü il tarixdə saat 22 radələrində zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yerləşən nömrəsiz evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq bir mərtəbəli evin plastikdən olan pəncərəsini sındırmaqla evin yaşayış sahəsi olan yataq otağına qanunsuz daxil olaraq oradakı saxlanc yeri olan paltar dolabında saxlanılan Evin Səmədova məxsus olan ümumi dəyəri 5070 manat təşkil edən 750 əyarlı Italiya istehsalı olan 65 qram qızıl komplekti, ümumi dəyəri 1220 manat təşkil edən 583 əyarı Rusiya istehsalı olan 20 qram qızıl qadın üzüyünü, ümumi dəyəri 915 manat təşkil edən 583 əyarlı Rusiya istehsalı olan 15 qram qızıl qadın boyunbağısını, ümumi dəyəri 793 manat təşkil edən 583 ǝyarlı Rusiya istehsalı olan 13 qram bir cüt 1 qadın qızı sırğasını götürüb aparmaqla özgənin əmlakını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs9 Xalıq oğluna ümumilikdə 7998 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ## ### 2024-cü il tarixdə saat 22 radələrində zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yerləşən ünvansız evinin həyətinə hasardan aşaraq qanunsuz daxil olmaqla oradakı fərdi tikilinin dəmir qapısını sındırmaq yolu ilə evin yaşayış sahəsi olan qonaq otağına qanunsuz daxil olaraq orada saxlanmaqla zərərçəkmiş şəxs3 məxsus 100 manat dəyərində 70 metr uzunluğunda naqilləri, 700 manat dəyərində “LC” markalı televizor, 1000 manat dəyərində “Indesit” markalı soyuducunun motorunu, evin həyətindən 100 manat dəyərində su motorunu və 60 manat dəyərində elektrik avtomatını götürüb aparmaqla özgənin əmlakının yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ümumilikdə,ǝ1960ǝmanatǝməbləğindəǝziyanǝvurmaqlaǝtəkrarənǝoğurluqǝetmişdir.ǝ Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ## ###### 2024-cü il tarixdə saat 23 radələrində zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, stansiya Qala ərazisində yerləşən nömrəsiz evin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq həyətdə olan evin açıq qapısından yaşayış sahəsi olan yataq otağına qanunsuz daxil olmaqla oradakı Nuru Quliyevə məxsus saxlanc yeri olan boz rəngli şalvarının cibindən ona məxsus 4200 manat məbləğində pulu, həyətdə saxladığı «X1» markalı **-CY-*** dövlət qeydiyyat nəqliyyat vasitəsinin salonunda olan 3 manat məbləğində pulu və 20 manat dəyərində ətiri götürüb aparmaqla özgənin əmlakını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 ümumilikdə 4223 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ## ###### 2024-cü il tarixdə saat 23 radələrində X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yerləşən nömrəsiz fərdi evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq həyətdəki saxlanc yeri olan yarımtikiliyə qapıdan qanunsuz daxil olaraq orada qonaq otaqda saxlanan işləyən aparatı, 170 manat dəyərində 01 ədəd yer deşən aparat, 100 manat dəyərində 01 ədəd dreli, 250 manat dəyərində 01 ədəd laqondanı və 250 manat dəyərində 01 ədəd tikinti ütüsünü götürüb aparmaqla özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs10 ümumilikdə 920 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ## ###### 2024-cü il tarixdə saat 23 radələrində zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən nömrəsiz fərdi evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq iki mərtəbəli evin birinci mərtəbəsinin plastik pəncərəsini üzərində olan istintaqla müəyyən edilməmiş dəmir barmaqlıqları sındırmaqla yolu ilə evin ikinci mərtəbəsinin yaşayış sahəsi olan yataq otağına qanunsuz daxil olmaqla orada olan zərərçəkmiş şəxs8 məxsus «TCL» markalı 45 kvadratmetr sahəlik hər birinin dəyəri 800 manat olan ümumi dəyəri 1600 manat olan 02 ədəd kondisioneri, evin birinci mərtəbəsindəki yaşayış sahəsinə qanunsuz daxil olmaqla orada qonaq otağında olan 800 manat dəyərində 110 düyümlü “Samsung” markalı 01 ədəd televizoru, 450 manat dəyərində 82 düyüm «LG» markalı televizoru, 300 manat dəyərində «Playstation 3» markalı oyun cihazını, 850 manat dəyərində «Samsung» markalı planşeti, 850 manat dəyərində «Acer» markalı notebooku və 150 manat dəyərində çamadanı götürüb aparmaqla özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 ümumilikdə 5000 manat məbləğində ziyan vurmaqlaǝtəkrarənǝoğurluqǝetmişdir.ǝ Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli talama məqsədi ilə ## ######## 2024-cü il tarixdə saat 16 radələrində zərərçəkmiş şəxs6 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb qanunsuz daxil olmaqla həyətdəki fərdi yaşayış evinin dəmir barmaqlıqlarla əhatə olunmuş pəncərəsinin şüşələrini əlamətləri istintaqa məlum olmayan dəmir parçası ilə sındıraraq açıb həmin evin yaşayış sahəsi olan yataq otağına qanunsuz daxil olaraq orada yerləşən saxlanc yeri olan mebel dolabının içərisində olan ağ rəngli açıq vəziyyətdə olan kiçik "sandıq" formalı saxlanc yeri pul qabından zərərçəkmiş şəxs6 məxsus Azərbaycan manatına məzənnəsi ilə 9.448 manat təşkil edən 5558 ABŞ dolları məbləğində pulu, 2000 manat məbləğində nağd pulu və həmin mebel dolabının içərisində olan 1300 manat dəyərində 750 əyarlı ağ qızıldan olan brilyant qaşlı komplekti, 2300 manat dəyərində 750 əyarlı 2 ədəd ağ qızıldan olan üzüyü, 500 manat dəyərində 585 əyarlı sarı qızıldan olan qadın üzüyünü, 400 manat dəyərində olan 585 əyarlı sarı və ağ qızıl qarışığından ibarət olan qadın üzüyü və 1000 manat dəyərində olan 750 əyarlı ağ qızıldan olan bir cüt sırğanı götürüb aparmaqla özgənin əmlakını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 ümumilikdə manat 14498 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluqǝetmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətində məhkəmələrin çıxardığı yekun qərarlardan narazıǝolduğunuǝbildirmişdir. Belə ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrinin hakimləri heç bir mötəbər sübuta əsaslanmadan müstəntiqin əsassız yerə tərtib etdiyi ittiham aktına əsaslanıbǝonaǝcəzaǝtəyinǝetmişlər. Yuxarıda göstərilənlərə və cinayət-prosessual qanunvericiliyə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli qərarının ləğv edilməsiniǝvəǝonunǝbarəsindəǝədalətliǝqərarǝçıxarılmasınıǝxahişǝetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünüǝyoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinəǝözǝmünasibətiniǝbildirir. Məhkum Məhkum işə baxan məhkəmələr tərəfindən ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmamasını, ona ağır cəza təyin edilməsini vurğulayaraq, təyin olunmuş cəzasını yüngülləşdirən və ədalətli qərarın çıxarılmasınıǝxahişǝetmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, məhkum Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraqǝaşağıdakılarıǝqeydǝetməyiǝzəruriǝhesabǝedir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlaraǝəsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “Insan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrəǝmötəbərǝsübutlarınǝməcmusuǝiləǝməhkumǝMəhkumǝtəqsirliliyiǝsübutaǝyetirilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkum Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrindəǝnəzərdəǝtutulmuşǝhədlərdəǝədalətliǝcəzaǝtəyinǝedir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsiǝtəcrübəsiǝhaqqında»ǝ2003-cüǝilǝ##ǝ####ǝtarixliǝ*ǝsaylıǝqərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeniǝcinayətlərinǝtörədilməsininǝqarşısınınǝalınmasınaǝnailǝolmaqǝsahəsindəǝmühümǝvasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirliǝbilinənǝşəxsinǝşəxsiyyətinəǝuyğunǝolmasıǝbaşaǝdüşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarınınǝtəyinǝedilməsiǝtəcrübəsiǝhaqqında»ǝ2003-cüǝilǝ##ǝ####ǝtarixliǝ*ǝsaylıǝqərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuniǝvəǝəsaslıǝolmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda,ǝonlarǝşübhəliǝvəǝyaǝtəqsirləndirilənǝşəxsinǝxeyrinəǝtəfsirǝedilir.ǝ Iş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxsin ifadələri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymətǝverilmişdir. Məhkəmə kollegiyası məhkumun cəzasının yüngülləşdirilməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cinayət işi materiallarına əsasən, məhkum Məhkum barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli hökmü ilə AR CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 01 il 02 ay 15 gün müddətinə islah işləri cəzası təyin edilmişdir. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2008-ci il tarixli hökmünə əsasən AR CM-nin 126.1, 228.4-cü maddələri ilə təqsirli bilinib barəsində qəti olaraq 02 il 04 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2009-cu il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırılması 01 il 10 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 06 ay müddətinə azadlıqdan məhrum cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarına əsasən narkomaniyadan məcburi müalicə ləğv edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 ay 02 gün hissəsində ##.##.2013-cü il tarixdə vaxtından əvvəl azad edilmişdir. Həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarına əsasən AR CM-nin 177.2.1-ci maddəsi hökmdən xaric edilərək üzərində qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarına əsasən 01 il 25 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2020-ci il hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ##.##.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir (CM-nin 83.1-ci maddəsi). Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (CM-nin 18.1-ci maddəsi). Qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır (CM-nin 18.2.1-ci maddəsi). Residivə görə cəzanın müddəti törədilmış cinayətə görə bu Məcəllənın Xüsusı hissəsinin müvafiq maddəsındə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-nin 65.2-ci maddəsi).ǝ Yuxarıda istinad olunan hallardan müəyyən olunur ki, Məhkum əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu halda, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur ki, bu da sonuncunun əməlindəǝcinayətinǝtəhlükəliǝresidiviniǝyaradır.ǝ Aşağı instansiya məhkəmələrinin qərarlarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, cəzanı yüngülləşdirən hal kimi CM-in 59.2-ci maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi əməlini etiraf etməsini, CM-in 61.1.1-ci maddəsinə əsasən isə əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə almaqla, təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan onun barəsində CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan aşağı həddə və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi yalnız həmin Məcəllənin 62-ci maddəsinin tətbiq edilməsi ilə mümkündürǝki,ǝMəhkumǝbarəsindəǝhəminǝmaddəninǝtətbiqiǝüçünǝəsaslarǝyoxdur. Odurǝki,ǝməhkumunǝkassasiyaǝşikayətininǝdəlillərininǝdəǝheçǝbirǝəsasıǝyoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yüngülləşdirən halları, o cümlədən təqsirini qismən etiraf etməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum ittiham olunduğu maddələrin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlıǝgəldiyiǝnəticəǝiləǝrazılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» ## ###### 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədiǝdaşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinəǝuyğunǝolmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımındanǝməqsədəuyğunǝolmasıǝizahǝedilməlidir. Bütün bunlar kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası CPMnin 84, 408-412, və 416-cı maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığınıǝgöstərir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesabǝedilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: MəhkumǝMəhkumǝtərəfindənǝverilmişǝkassasiyaǝşikayətiǝtəminǝedilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarı məhkum tərəfindənǝverilmişǝkassasiyaǝşikayətinəǝmünasibətdəǝdəyişdirilmədənǝsaxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-375/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-375/2026
11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver