Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-377/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X2 iştirakı ilə, ## ###### 1980-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, x6 qeydiyyatda olmaqla x7 yaşayış evində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Səkinə Hüseyinova-Zeynalova tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli hökmü ilə (hakimlər F.A.Məmmədov (sədrlik edən və məruzəçi), M.N.Kərimova və A.B.Sadıqovdan ibarət məhkəmə tərkibində) Məhkum - Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi qərara alınmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər Q.X.Babayev (sədrlik edən və məruzəçi), Z.V.Ibrahimov və M.A.Məmmədovdan ibarət məhkəmə tərkibində) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Işin halları: Ittiham aktına əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Məhkum ## ###### 2024-cü il tarixdə saat 22:40 radələrində qeyri-rəsmi ailə həyatı qurduğu şahid1 qardaşı Zərərçəkmiş şəxs ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 2, Tramvay D küçəsi, nömrəsiz fərdi yaşayış evinin qarşısında aralarında yaranmış ailə məişət zəminindəki mübahisə zamanı bir-birlərilə əlbəyaxa olarkən sonuncunun yaxın qohumları atası şahid2, bacısı X3 və arvadı şahid4 həmin hərəkətləri ilə əzab verdiyini dərk etdiyi halda onların gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə, yəni xüsusi amansızlıqla yerdən götürdüyü daş parçası ilə sonuncunun alın və burun nahiyəsindən vuraraq ona baş beyin silkələnməsi, alın sümüyünün qəlpəli, basılmış, yerdəyişmiş və burun sümüyünün yerdəyişmiş, qəlpəli sınıqları, alın və burun nahiyələrinin əzilmiş yaraları, sağ said nahiyəsinin sıyrığı ilə nəticələnən, insan həyatı üçün təhlükəli olan ümumilikdə sağlamlığa ağır zərər vuran xəsarətləri kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsi hökmlə belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum xüsusi amansızlıqla zərərçəkmiş şəxsə insan həyatı üçün təhlükəli olan ümumilikdə sağlamlığa ağır zərər vuran xəsarətləri kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, lakin onun xüsusi amansızlıqla zərər çəkmiş şəxsə insan həyatı üçün təhlükəli olan ümumilikdə sağlamlığa ağır zərər vuran xəsarətlər kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir, Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə tövsif olunmalıdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş olunur. Kassasiya protestində göstərilmişdir ki, hadisə zamanı təqsirləndirilən şəxs Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs atası şahid2, arvadı şahid4, bacıları şahid1 və X4 gözü arşısında Zərərçəkmiş şəxs alın və burun nahiyələrinə daş parçası ilə ağır dərəcəli xəsarət yetirməsi təqsirləndirilən şəxs Məhkum xüsusi amansızlıq niyyətinin olmaması kimi şərh edilə bilməz, əksinə həmin hal onun qəsdinin nəyə istiqamətlənməsinin (xüsusi amansızlıqda qəsdən sağlamlığa ağır zərər vurulması) göstəricisidir. Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq, həmçinin, məhkəmə zalında verdiyi ifadəsi ilə o cümlədən müəyyən edilir ki, o, Zərərçəkmiş şəxs həyat yoldaşını tanıyır, şahid4 Ziyadın həyat yoldaşı olmasını bilir. Mübahisə edən zaman əvvəlcə zərər çəkmiş şəxs onu vurmuş, sonra o zərər çəkmiş şəxsi vurmuşdur. Dava edən zaman hadisə yerində zərər çəkmiş şəxsin iki bacısı, həyat yoldaşı və atası olmuşdur. O, uşaqlarından ikisinə atalıq verməmişdir. Həmin vaxt 35 yaşı tamam olmuş, şəxsiyyət vəsiqəsinin müddəti bitmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Hadisə zamanı bilavasitə həmin yerdə olmuş, zərər çəkmiş şəxsin yaxın qohumları şahidlər şahid4, X3, şahid1, şahid2 məhkəmə istintaqında dindirilərkən, həmçinin, ibtidai istintaqda verdikləri ifadələrində həmin vaxt hadisə yerində olduqlarını, Məhkum Zərərçəkmiş şəxs alın və burun nahiyəsinə daş parçası ilə zərbə vurmasını gördüklərini, baş vermiş dava-dalaşın 3-5 dəqiqə ərzində davam etdiklərini bildirmişlər. Məhkəmə hökmündə Məhkum əməllərini düzgün qiymətləndirməmiş, zərər çəkmiş şəxsin yaxın qohumları - atası, arvadı və bacılarının gözü qarşısında ona yönəlmiş itthamda qeyd olunan ictimai təhlükəli qəsdin onun şərəf və ləyaqətini hansı dərəcədə alçaltması, baş vermiş ictimai təhlükəli nəticənin zərər çəkmiş şəxsin və onun yaxın qohumlarının psixikasında hansı formada əzab və psixi iztirab doğurduğunun inikası nəzərə alınmamış, nəticədə məhkəmə tərəfindən birtərəfli mövqedən çıxış edilərək təqsirləndirilən şəxs Səyyad Məmmədovun xüsusi amansızlıq niyyətinin olmaması qənaətinə gəlinmişdir. Məhkum əməllərində dolayı qəsdi istisna edərkən, zərər çəkmiş şəxsin bacısı X5 ilə onun qeyri-rəsmi ər-arvad münasibətlərində olduğunu, bir övladının olmasını, zərər çəkmiş şəxsin özü və hadisə yerindəki digər yaxın qohumları ilə uzun müddətdir qohumluq münasibətlərinin olmasını nəzərə almamış, hadisə baş verərkən onların şəxsiyyətlərinin ona müəyyən olması və onların gözü qarşısında daş parçası ilə Zərərçəkmiş şəxs vuraraq ağır dərəcəli xəsarət yetirməsinin ictimai təhlükəli nəticələrinə düzgün hüquqi qiymət verməmişdir. Həmçinin məhkuma təyin edilən cəzaya münasibətdə məhkəmə cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin xüsusatların nə ilə sübut olunmasını və hansı motivlərə görə cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasını hökmdə göstərməmiş ve əsaslandırmamışdır. Beləliklə, məhkəmənin təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirici hallar kimi qiymətləndirdiyi xüsusatlar kifayət qədər əsaslı olmamaqla onları Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas kimi müəyyən etməsi də onun qanuni mövqeyi ilə bağlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu meyarlara əsasən də, hazırkı iş üzrə təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyini onun barəsində CM-nin 70-ci maddəsinin tətbiqini zəruri edəcək qədər əhəmiyyətli dərəcədə azaldan hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə isə göstərilən maddələrin tələblərini pozaraq əsassız nəzərə aldığı halları yüngülləşdirən hallar kimi qəbul edərək törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, nəticələrini nəzərə almadan təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etmiş, beləliklə də cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş kassasiya protestində Bakı Apellasiya Məhkəməsinin # ###### 2025-ci il tarixli qərarının ləğv olunması və iş üzrə yeni apellyasiya baxışının təyin olunması xahiş olunur. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə əsasən “qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərər çəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma” əməlinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir və sözügedən əməl üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsinə əsasən “eyni əməllər xüsusi amansızlıqla, o cümlədən zərər çəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə” görə məsuliyyət nəzərdə tutulur və bu əməl altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “X1rşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Protestdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərər çəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Məhkəmə kollegiyası kassasiya protestinə münasibətdə qeyd edir ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərər çəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərə rçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Qeyd edilən qərarın həmin müddəalarına və Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin mənasına görə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxs qohumluq münasibətindən məlumatlı olsun, eyni zamanda onun niyyəti seçdiyi üsulla zərər çəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirməklə cinayəti törətmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərər çəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Aşağı instansiya məhkəmələrində dindirilmiş məhkum Məhkum verdiyi ifadələrdən görünür ki, o axşam vaxtı saat 21-22 radələrində evlərinin darvazasına yaxınlaşanda yoldaşının qohumlarının darvazanın qarşısında durduğunu görmüşdür. Burada yoldaşının qohumları ilə bir dəqiqə ərzində davaları olmuşdur. Arvadının qohumları onu itələyə-itələyə yıxmışlar. Dava edən zaman hamısı birlikdə onun üstünə yerimişlər. Ziyad və yanında olan digər şəxslər onun üstünə cumub yerə yıxmışlar. Onun da əlinə həmin vaxt daş keçdiyi üçün daşla Ziyadı vurmuşdur. O, ancaq Ziyadı özünü müdafiə etmək üçün vurmuşdur. O, Ziyadı vuran zaman yanında olan şəxslərə əzab verdiyinin fərqində olmamış, xüsusi amansızlıq göstərməmişdir. O Ziyadın yanında olan digər şəxsləri vurmamış, lakin orada olan digər şəxslər onu vurmuşlar. Həmçinin aşağı instansiya məhkəmələrində dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi ifadələrdən görünür ki, onlar Səyyaf Nəcəfovla qonşuluqda yaşayırlar. Səyyaf onun bacısının həyat yoldaşıdır. Öz evində olan zaman həyətdə səs-küy olduğunu eşidərək çölə çıxmışlar. Bu zaman Səyyafın gəzdiyi qadın qapıda olmuşdur. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Səyyafla o yerə yıxılmışlar. Səyyaf daşla bir dəfə onun başına vurmuşdur. Səyyaf ona qarşı xüsusi amansızlıq göstərməmişdir. Səyyafla davaları təxminən 1 dəqiqə çəkmişdir. Dava etdikləri zaman Səyyaf digər şəxslərə qarşı nalayiq sözlər işlətməmiş və üzərlərinə yeriməmişdir. Göstərilənlərə əsasən aşağı instansiya məhkəmələri düzgün olaraq hesab etmişlər ki, cinayətin bilavasitə törədilməsi zamanı Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs atası şahid2, bacısı X3 və arvadı şahid4 yanında daşla xəsarət yetirməsi sonunculara iztirab vermək kimi niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində baş vermiş qarşılıqlı münaqişə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurma niyyəti ilə tam əhatə olunmuş, onun həmin anda niyyətinin sadəcə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmaq olması yuxarıda göstərilən xüsusatlarla tam olaraq öz təsdiqini tapmışdır. Belə olan halda Məhkum şahid2, bacısı X3 və arvadı şahid4 yanında zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmasının məhz zərər çəkmiş şəxsin yaxınlarına xüsusi iztirab vermək, yaxud zərər çəkmiş şəxsin yaxınlarına xüsusi iztirab yetirdiyini dərk edərək ona ağır xəsarət yetirmək kimi qiymətləndirilməsi və bununla da Məhkum istər birbaşa, istərsə də dolayı qəsdlə cinayəti məhz xüsusi amansızlıqla törətməsi istisna olunur. Bu isə onu deməyə əsas verir ki, Məhkum Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun qəsdən sağlamlığına ağır zərər vurması ilə bağlı öz əməlinin mümkün ictimai təhlükəli nəticəsini qabaqcadan görmüş, bunu arzu etməklə, həmin ictimai təhlükəli nəticəyə münasibətdə onun birbaşa qəsdi mövcud olmuşdur ki, qeyd olunan əməl cinayət olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə əhatə olunur. Kassasiya kollegiyası kassiya protestinin məhkuma Azərbaycan Respublikası CM-in 70ci maddəsinin tətbiq edilməsinə aid hissəsində qeyd edir ki, aşağı instansiya məhkəmələri Cinayət Məcəlləsinin 2, 8, 41.2, 58.1 və 58.3-cü maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, habelə məhkum edilmiş şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət vermiş və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin olunmuş cəzanı şərti tətbiq etməklə əsaslı nəticəyə gəlmişlər. Belə ki, ədalət prinsipini özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" # ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizm nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini mümkün edən hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Birinci instansiya məhkəməsi məhkumun cəzasını yüngülləşdirən hallar kimi onun himayəsində azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını, əməlindən peşman olmasını, habelə cəzasını ağırlaşdıran hallaşdıran halların olmamasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 61 və 70-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, onlara şəxsiyyətinə, törətdikləri cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-in 70-ci maddəsi tətbiq etməklə şərti tətbiq edilmişdir. Apellyasiya məhkəməsi də düzgün olaraq birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı Səkinə Hüseyinova-Zeynalova tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-377/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-377/2026
10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver