Məhkəmə qərarları › İş №1(1-8)-38/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-38/2026

10.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-38/2026 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X3, Müdafiəçi – Bakı şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.2ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2025-ci il ## ###### tarixli *(***)-**/**** nömrəli hökmü ilə (hakim X.Əlisoy) X4 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək tutulduğu iki gün müddətin ona təyin edilmiş cəzadan çıxılması və Məhkum üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər M.Məmmədov (sədrlik edən), Z.Ibrahimov və Q.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2025-ci il ## ###### tarixli *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq ## ###### 2024-cü il tarixdə axşam saatlarında, Bakı şəhəri, Suraxanı rayonu, Türkan qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 189 manata, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan 01 ədəd bükümdə təmiz çəkisi 0,809 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,385 qram, 0,343 qram, 0,769 qram və 0,355 qram olmaqla ümumi təmiz çəkiləri 1,852 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanın qarşısına daşımış, ## ###### 2024-cü il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri Nərimanov RPl-nin NBM-nin əməkdaşları tərəfindən Məhkum yuxarıda qeyd edilən ünvanda saxlanılaraq, Bakı şəhəri Nərimanov rayonu, H.Məmmədov küçəsi-7 ünvanında yerləşən Nərimanov RPI-nin inzibati binasına dəvət edilmiş və orada ## ###### 2024-cü il tarixdə saat 19:15-də üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 0,809 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 4 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,385 qram, 0,343 qram, 0,769 qram və 0,355 qram olmaqla ümumi təmiz çəkiləri 1,852 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən işin faktiki halları, Məhkum xeyrinə olan, onun təqsirliliyini şübhə altına alan hallar nəzərə alınmamışdır. Onun barəsində heç bir mötəbər sübutla təsdiqlənməyən, təqsirə görə məsuliyyət prinsipinə zidd olan ittiham hökmü çıxarılmışdır. Ilk öncə qeyd edilməlidir ki, Bakı şəhəri Nərimanov rayon polis idarəsinə hər hansı bir əməliyyat məlumatı daxil olmadığı halda həmin polis idarəsinin bir qrup əməkdaşları heç bir qanuni və əsaslı səbəb olmadan Məhkum qanunsuz saxlayaraq işlədikləri həmin idarənin inzibati binasına gətirmişlər. Onun üzərinə ilkin yoxlama hərəkətləri ilə axtarış aparılmış, həmin vaxt onun üzərindən hər hansı bir qanunsuz maddə, o cümlədən narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Yoxlama zamanı polis əməkdaşları Məhkum əynində olan isti qış gödəkçəsini, şalvarının belində olan kəmərini, cibində olan yaşadığı evin açarını, qolundan saatını, qolbağını çıxarmış, polis əməkdaşı Rəşad Abdullayev həmin əşyaları ## ###### 2024-cü il tarixədək öz xidməti otağında qanunsuz olaraq saxlamışdır. Bundan əlavə polis əməkdaşları tərəfindən Məhkum qanunvericilikdə nəzərdə tutulmuş hüquqları izah edilməmiş, o dərhal müdafiəçi ilə təmin edilməmiş, saxlanılması barədə ailə üzvlərinə məlumat verilməmişdir. Bunun əksinə olaraq Məhkum şiddətli şəkildə döyülərək işgəncəyə məruz qoyulmuş, şalvarının zamoku açıq vəziyyətdə, kurtkasız, saçları dağınıq, əlləri qıpqırmızı, bədənində kənardan müəyyən ediləcək qədər fiziki zorakılıqları aşkar edəcək görüntülər vardır. Hətta görüntülərdə polis əməkdaşı ona “özüvə yığış” ifadəsi də işlədir ki, buradan da o nəticəyə gəlinir ki, səliqə səhmana düş, yəni ki, bütün bunlar fiziki zorakılığın fəsadlarını aradan qaldırmaq niyyətini əks etdirir. Nəticədə onu bir neçə büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini öz üzərinə götürüb etirafedici ifadə verməyə məcbur edilmişdir. Məhkum bu tələblərlə razılaşmadığından ona işgəncə və elektroşok tətbiq edilmişdir. Bu proses ## ###### 2024-cü il tarixdə gecə saatlarınadək, hətta təqvim ## ###### 2024-cü il tarixə keçənədək davam etmişdir. Nəticədə polis əməkdaşları Məhkum dodağında və dodağının alt hissəsində közərmiş yaralar və qızartı, boyun və boğazında sıyrıqlar, qarın nahiyəsində sıyrıqlar və hər iki biləklərində qızartı və sıyrıqlar, sağ və sol mil bilək oynaqlarının və gövdənin piqmentasiyası sahələri, dodağın alt hissəsində yaralar, boyun və boğazında sıyrıqları, qarın nahiyəsinin sıyrıqları xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirilmişdir. Məhkum çoxsaylı bədən xəsarətləri aldıqdan sonra həmin narkotik vasitəni üzərinə götürməyə məcbur qalmışdır. Bundan sonra Məhkum əynində olan şalvarın sağ yan cibinə beş ədəd bükümdə narkotik vasitə və psixotrop maddə qoyulmuşdur. Məhkum əynində olan şalvarının sağ yan cibinə beş ədəd bükümdə narkotik vasitə və bir ədəd bükümdə psixotrop maddə qoyulmasından məlumatlı olduğu halda Bakı şəhəri Nərimanov rayon polis idarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısı, R Tuqay Mehtiyev əvvəlcədən “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” protokolu tərtib edərək şəxsə gələcək zamanda keçiriləcək baxışda aşkarlanmalı olan əşyalar haqqında əvvəlcədən protokola qeydlər apararaq onu doldurmuş və şəxsin üzərinə baxış keçirilərkən ona hazır formada olan protokolu imzalatdırmışdır, bu hallar cinayət işində olan video diskdən açıq aydın görünür. Bundan başqa, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona dair məlumatlardan görünür ki, ## ###### 2024-cü il tarixdə saat 23:05-də polis əməkdaşı şahid3 vəkil şahid1 zəng etmiş, şahid1 isə saat 00:05-də polis idarəsinə gəlmiş, saat 01 radələrində isə Məhkum üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirildikdən saat 02:30-da X5 təhvil verilmişdir. MSY-ə təhvil verilən vaxt onun bədənində xəsarətlər aşkar edilmişdir. Həmçinin ## ###### 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi, R şahid2 Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul etmiş, guya həmin qərar ## ###### 2024-cü il tarixdə saat 10:10-da Məhkum vəkil şahid1 iştirakı ilə elan edilmişdir. Lakin vəkil şahid1 istifadədə etdiyi ***-***-**-** saylı telefon nömrəsinə baş müstəntiq şahid2 istifadə etdiyi ***-***-**-** nömrəli telefonla ## ###### 2024-cü il tarixdə saat 11:02-də zəng etmişdir. Vəkil şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin anten-əhata dairəsi ## ###### 2024-cü il tarixdə saat 09:30-da Sumqayıt şossesi Delfin H.T ünvanında, saat 10:40-da Xırdalan-Binəqədi şossesi 4 ünvanında, saat 11:02-də Tbilisi prospekti, Natəvan ünvanında olmuşdur. Bununla da vəkil şahid1 həmin istintaq hərəkətində iştirak etmədiyi müəyyən edilmişdir. Bu vəkil şahid1 məhkəmədə verdiyi ifadəsi ilə də təsdiq olunur. Bundan əlavə, mobil telefona dair anten məlumatlarla həmçinin müəyyən olunur ki, nə Məhkum, nə də müdafiəçi şahid1 ##.##.2024-cü il tarixdə saat 16:00-da keçirilən dindirmədə iştirak etməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsaslanaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq CM-in 234.2-ci maddəsi ilə təqsirli bilindiyini iddia edib, mübahisələndirilən qərarın ləğv edilməsi, onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair kassasiya tələbini faktiki olaraq məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025ci il ## ####### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasındə göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir (125-ci maddə). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il ## ### tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPMin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM, maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Xüsusilə qeyd olunması vacibdir ki, həqiqətin müəyyən edilməsi vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı həm də işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinə aiddir. Belə ki, CPM-in 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Yuxarıda qeyd edilən Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, apellyasiya icraatı qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra vurğulanır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələbləri, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və həmin hökmü dəyişdirilmədən saxlamış, o cümlədən Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143- 146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi, ittihamın sübut olunmasında yaranan, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşmış apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, Məhkum məhkəmədə dindirilərkən onda ittiham aktında göstərilən psixotrop və narkotik vasitələrin aşkar olunmasını inkar etmiş, ittihamın qanunsuz yolla ondan alınmış ifadə və digər həqiqəti əks etdirməyən sübutlar üzərində qurulduğunu iddia etmişdir. Məhkumun iddiaları ilə razılaşmayan məhkəmələr onun CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələri, o cümlədən şahidlər – Bakı şəhəri Nərimanov rayon Polis Idarəsinin NMB-nin rəisi şahid4 və həmin idarənin əməliyyat müvəkkili şahid3 ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” ##.##.2024-cü il tarixli protokol və ona əlavə edilmiş videogörüntü, həmçinin məhkəmə fiziki-kimyəvi ekpertizasının ##.##.2024-cü il tarixli rəyi ilə təsdiq olunması haqqında nəticəyə gəlmişlər. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, Məhkum ittiham edildiyi cinayətin törədilməsində təqsirsizliyi təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq, məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirildiyi nəticəsinə gəlinərkən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Məhkum ## ###### 2024-cü il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri Nərimanov RPl-nin NBM-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq, Nərimanov RPI-nin inzibati binasına dəvət edilmiş və orada ## ###### 2024-cü il tarixdə saat 19:15-də üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 0,809 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,385 qram, 0,343 qram, 0,769 qram və 0,355 qram olmaqla ümumi təmiz çəkiləri 1,852qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin yanvar ayınadək, yəni tutulan günədək kuriyer işləmişdir. Nərimanov Rayon ərazisində yerləşən “X1”nın dönər evinin filialında işləyən tanışının yanına nahar etmək üçün getmişdir. ## ###### 2024-cü il tarixdə saat 16 radələrində taksidən düşərkən altı-yeddi nəfər polis əməkdaşı ona yaxınlaşıb, tutmuş və dizi üstə qoyaraq qollarına qandal taxmışlar. Bundan sonra onu avtomobilə əyləşdirib, polis idarəsinə aparmışlar. Polis Idarəsində onu döymüş, elektroşok aləti tətbiq etmişlər. Onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları ondan narkotik vasitəni üzərinə götürməyi, sənədə imza etməyi tələb etmişlər. 6-7 saat döyüldükdən sonra məcburi qaydada narkotik vasitəni üzərinə götürməyə razılaşmışdır. Bundan sonra polis idarəsinə müdafiəçi dəvət edilmiş və xidməti otaqların birində gecə saat 1-2 radələrində onun üzərinə baxış keçirilmişdir. Onun üzərində şəxsi axtarış saat 19:15-də keçirilməmişdir. Videoçəkilişdə aşkar edilən narkotik vasitələr ona məxsus olmamışdır. Prokurorun qəbulunda olduqdan sonra onu sərbəst buraxmışlar. Lakin onu buraxarkən həkimə getməməsini, heç kimə zəng etməməsini, əks təqdirdə valideyni ilə ona hədə qorxu gəlmişlər. Göründüyü kimi Məhkum ona isnad edilən cinayətin necə baş verməsi barədə məlumat yükü daşıyan ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsindən imtina etmiş, digər sübutların isə saxtalaşdırıldığını iddia etmişdir. Belə olan vəziyyətdə ittihamın düzgün həlli üçün onun ifadəsində göstərdiyi xüsusatların həqiqiliyinin araşdırılması mühüm əhəmiyyət kəsb edirdi. Əvvəla Məhkum iddia etmişdir ki, polis əməkdaşları onu ##.##.2024-cü il tarixdə saat 18:00-da deyil, saat 16 radələrində saxlayaraq polis idarəsinə aparmışdır. Iş materiallarından görünür ki, Məhkum istifadəsində olan 070-358-20-58 mobil telefon nömrəsinin ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan anten məlumatları əldə edilmiş, lakin məhz onun saxlanıldığı gün, yəni ##.##.2024-cü il tarixə olan anten məlumatları nə istintaq orqanı tərəfindən, nə də məhkəmələr tərəfindən əldə edilib tədqiq edilməmiş, bununla da onun polis əməkdaşları tərəfindən hansı vaxt saxlanılması dəqiq müəyyənləşdirilməmişdir. Bundan başqa, Məhkum iddia edir ki, polis əməkdaşları onu saxlayıb polis idarəsinə aparmış, orada 6-7 saat döyüldükdən sonra məcburi qaydada narkotik vasitəni üzərinə götürməyə razılaşmış, bundan sonra polis idarəsinə müdafiəçi dəvət edilmiş və xidməti otaqların birində gecə saat 1-2 radələrində onun üzərinə baxış keçirilmişdir. Onun üzərində şəxsi axtarış saat 19:15-də keçirilməmişdir. Müdafiə tərəfi iş materiallarında olan Məhkum ibtidai araşdırma dövründə müdafiəçisi olmuş şahid1 istifadəsində olan 050-359-54-27 mobil telefon nömrəsinin anten məlumatlarına istinadən bildirir ki, müdafiəçi şahid1 ##.##.2024-cü il tarixdə saat 18:03-dən 23:15-dək olan müddətdə Xırdalan-Binəqədi şossesi ünvanında olmuş, şahid3 adlı polis əməkdaşı tərəfindən 050-296-36-96 mobil nömrəsindən saat 23:05-də zəng gəldikdən sonra o, yaşadığı evdən Nərimanov RPI-nə getmişdir. Müdafiəçi şahid1 isə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Xırdalan şəhərində yaşadığını, bu işlə bağlı zəng edilib polis idarəsinə çağırıldığını, lakin kimin, nə vaxt zəng etdiyini xatırlamadığını, Məhkum üzərində şəxsi axtarış keçirilən zaman iştirak etdiyini bildirmişdir. Iş materiallarından görünür ki, müdafiəçi şahid1 məhkum Məhkum üzərində şəxsi axtarış keçirilən zaman iştirak etməsi işin mübahisəsiz halıdır. Lakin mübahisəli hal həmin istintaq hərəkətinin nə vaxt keçirilməsi ilə bağlı olsa da, məhkəmələr iş üçün əhəmiyyət kəsb edən həmin halı (müdafiəçinin kim tərəfindən nə vaxt zəng edilib polis idarəsinə çağırmasını, müdafiəçinin nə vaxt polis idarəsinə gəlməsini) ətraflı araşdırmamış, müdafiəçinin mobil telefonuna dair məlumatları müfəssəl tədqiq edib yekun aktlarında bu məlumatlara hüquqi qiymət verməmiş, apellyasiya məhkəməsi isə mənbəyi məlum olmayan məlumata isnad etməklə telekommunikasiya xidmətlərindən istifadə zamanı siqnalın ötürülmə radiusunun təqribi 300 m - 32 km qədər ərazini əhatə edə bilməsini qeyd etmişdir. Bundan əlavə, müdafiə tərəfi məhkəmə baxışı zamanı ##.##.2024-cü il tarixdə Məhkum təqsirləndirilən şəxs qismində cəlb edilərkən və həmin gün təqsirləndirilən şəxs qismində dindirildiyi saatlarda müdafiəçi şahid1 Nərimanov RPI-də olmadığını, eləcə də ##.##.2024-cü il tarixdə saat 16:00-da keçirilən dindirmə zamanı nə müdafiəçi şahid1, nə də təqsirləndirilən şəxs Məhkum iştirak etmədiyini, hər iki şəxsin ümumiyyətlə həmin gün Nərimanov rayonu ərazisində olmadıqlarını bildirsə də, müdafiə tərəfinin həmin xüsusatların araşdırılması ilə bağlı vəsatətlərinə məhkəmələr tərəfindən əhəmiyyət verilməmiş, bu məsələlərlə bağlı ətraflı araşdırma aparılmamışdır. Bundan başqa, iş materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində olduğu kimi, apellyasiya şikayətində də ən vacib dəlillərdən biri kimi Məhkum üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən videoçəkilişin 11 dəqiqə 12 saniyə müddətində fasiləsiz olaraq davam etdiyini, həmin çəkiliş zamanı “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokolun masanın üzərində olmasının, əvvəlcədən yazılıb hazırlanmış həmin protokolu baş təhqiqatçı Turqay Mehtiyevin masanın üzərindən götürüb iştirakçılara imzalamaya təqdim etdiyinin videoçəkilişdən açıq-aşkar göründüyünü bildirmişdir. Lakin apellyasiya məhkəməsi ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Məhkum üzərində şəxsi axtarışın keçirilməsini özündə əks etdirən videoçəkilişə baxış keçirsə də, müdafiə tərəfinin bu dəlilinin (şəxsi axtarışın keçirilməsinə dair protokolun əvvəlcədən tərtib edilib-edilməməsi, bu halın videogörüntüdən aydın şəkildə görünüb-görünməməsi məsələsinin) təsdiq və ya təkzib edilməsi nə məhkəmə iclas protokolundan, nə də məhkəmənin yekun qərarından görünmür. Şəxsi axtarış və götürmə protokolunun sübut kimi mümkünlüyünün müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edən bu hal apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, müdafiə tərəfinin bu dəlilinə hüquqi qiymət verilməmişdir. Bundan başqa, müdafiə tərəfi iddia etmişdir ki, Məhkum polis əməkdaşları tərəfindən tutulduqdan sonra ona qarşı təzyiqlər edilmiş və onu döymüşlər. Döyülmə nəticəsində o müxtəlif bədən xəsarətləri almışdır. Məhkum ibtidai istintaq zamanı ilkin etirafedici ifadələrini fiziki zorakılığın təsiri altında vermişdir. Məhkəmələr müdafiə tərəfinin bu iddiasını təkzib edərkən mövqelərini onunla əsaslandırmışlar ki, o, həmin xəsarətləri əvvəldən almış, polis idarəsinin X6 azad edildiyi vaxtdan bu barədə müvafiq dövlət orqanlarına müraciət etmək, ona göstərilmiş təzyiqlər və məruz qaldığı qanunsuzluqlar barədə məlumat vermək imkanına malik olmuş, lakin hər hansı səlahiyyətli dövlət orqanına bu məzmunda şikayəti və ya digər müraciəti müəyyən edilməmişdir. Məhkəmələrin əsaslandırması yalnız bundan ibarət olmuşdur. Halbuki, cinayət işinin materiallarında olan Nərimanov RPI-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan görünür ki, Məhkum ##.##.2024-cü il tarixdə saat 20:05-də X6 təhqiqat şöbəsinə (təhqiqatçı T.Mehtiyev) təhvil verilmişdir (cild 2, i.v. 200). “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan və ##.##.2024-cü il tarixli aktdan isə görünür ki, ##.##.2024-cü il tarixdə saat 02:10-da şübhəli şəxs Məhkum MSY-yə gətirilən zaman onun dodağında və dodağının alt hissəsində közərmiş yaralar və qızartı, boyun və boğazında sıyrıqlar, qarın nahiyyəsində sıyrıqlar və hər iki biləklərində qızartı və sıyrıqlar aşkar olunmuşdur (cild 2, i.v. 178-179). Göründüyü kimi, Məhkum polis idarəsinə gətirildikdən sonra ilkin olaraq X5 daxil olarkən onun bədəni üzərində hər hansı xəsarətin olması ilə bağlı akt tərtib edilmədiyi halda, saat 02:10da MSY-ə daxil olarkən onun bədəni üzərində xəsarətlərin olması barədə akt tərtib edilmişdir. Avropa Insan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən nə zaman ki, şəxs polis saxlama məntəqəsinə aparılan zaman yaxşı, səhhəti normal olub, xəsarətsiz olub və azad edilən zaman zədəli olub, bu zaman Konvensiyanın 3-cü maddəsinin gərəyincə dövlət ağlabatan sübutlar irəli sürməlidir ki, necə oldu ki, bu zədələr əmələ gəldi (bax Tomasi v. France, 27 Avqust 1992, §§ 108-11, Series A no. 241-A, və Selmouni, § 87). Hazırki işin hallarından da görünür ki, Məhkum polis əməkdaşları tərəfindən tutularkən və Nərimanov Rayon Polis Idarəsinə aparılarkən onun bədəni üzərində hər hansı xəsarətin olması ilə bağlı mötəbər dəlillər mövcud olmamış, yalnız sonradan onun bədəninin müxtəlif yerlərində xəsarətlərin olması müəyyən edilmiş, Məhkum bu xəsarətləri polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis idarəsində döyülərək aldığını bildirmişdir. Məhkum polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar məlumat əsasında səlahiyyətli orqan tərəfindən araşdırma aparılan zamanı keçirilən məhkəmə-tibbi ekspertizasının rəyində də Məhkum bədəni üzərində xəsarətlərin olması inkar edilməmiş, lakin uzun müddət keçdiyindən həmin xəsarətlərin yaranma vaxtını müəyyən etmək mümkün olmamışdır. Müraciət əsasında araşdırma aparan orqan tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərar ilə gəlinən nəticə isə kifayət qədər əsaslandırılmamış, obyektiv müşahidəçidə şübhə yaratmayan səviyyədə inandırıcı olmamışdır. Həmçinin qeyd edilməlidir ki, Məhkum fiziki zorakılığa məruz qalması ilə əlaqədar məlumat əsasında səlahiyyətli orqan tərəfindən araşdırma aparılan zamanı polis əməkdaşı şahid3 izahatında bildirmişdir ki, Məhkum qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında ##.##.2024-cü il tarixdə əməliyyat tədbiri keçirilmiş və Məhkum saxlanılaraq polis idarəsinə gətirilmiş, şəxsi axtarış istintaq hərəkətinin aparılması zamanı onun üzərindən narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür (cild 2, i.v.219). Iş materiallarında olan ##.##.2024-cü il tarixli raportdan və digər sənədlərdən isə görünür ki, Məhkum əməliyyat-axtarış tədbiri nəticəsində deyil, özünü şübhəli apardığına görə polis əməkdaşları şahid3 və şahid4 tərəfindən saxlanılaraq Nərimanov RPI-nə aparılmışdır. Lakin işdə olan bu ziddiyyətli məqamlar da məhkəmələr tərəfindən ətraflı araşdırılıb təhlil edilməmiş, bu istiqamətdə məhkəmə iclasında dindirilmiş şahidlərə suallar verilməmişdir. Müdafiə tərəfinin mübahisələndirdiyi digər vacib məqam isə ondan ibarətdir ki, Məhkum üzərində ilkin yoxlama hərəkətləri ilə hər hansı qanunsuz maddə, o cümlədən narkotik vasitə və psixotrop maddənin aşkar edilməmiş, yoxlama zamanı polis əməkdaşları Məhkum əynində olan isti qış gödəkçəsini, şalvarının belində olan kəmərini, cibində olan yaşadığı evin açarını, qolundan saatını, qolbağını çıxarmış və polis əməkdaşı R.Abdullayev həmin əşyaları ##.##.2024-cü il tarixədək öz xidməti otağında qanunsuz olaraq saxlamışdır. Müdafiə tərəfi qeyd olunan halı təsdiq etmək üçün birinci instansiya məhkəməsinə ##.##.2024-cü il tarixli aktın surətini təqdim etmişdir. Iş materiallarına əlavə edilmiş üzərində Nərimanov RPI-nin möhürü olan ##.##.2024-cü il tarixli aktdan görünür ki, Nərimanov RPI-nin əməliyyat-müvəkkili R X7 Efrail Nizami oğlu və vəkili X2 iştirakları ilə Məhkum məxsus Hublot markalı qol saatını, iki ədəd açarı ona təhvil vermişdir. Lakin iş materiallarında olan “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” ##.##.2024-cü il tarixli protokoldan görünür ki, Məhkum üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 5 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, daha sonra sol yan cibində 1 manat əskinazı, bir ədəd Leobank kartını və bir ədəd göy rəngli Redmi Note 11 markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Məhkum üzərində şəxsi axtarış aparılmağa başlanılmış, lakin onun üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Göründüyü kimi, ##.##.2024-cü il tarixdə keçirilən şəxsi axtarış zamanı Məhkum üzərindən Hublot markalı qol saatı, iki ədəd açar aşkar edilmədiyi halda, Nərimanov RPI-də saxlanılan həmin əşyalar ##.##.2024-cü il tarixdə akt tərtib edilməklə onun özünə təhvil verilmişdir. Məhkəmələr isə müdafiəçi tərəfindən təqdim edilən ##.##.2024-cü il tarixli aktı tədqiq etsə də, bu halın Məhkum üzərinə cinayət prosessual qanuvericiliyin tələbi pozulmaqla 2 dəfə (birinci dəfə qeyri-rəsmi və ikinci dəfə rəsmi) şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə dəlalət edib-etməməsi kontekstində araşdırıb hüquqi qiymət verməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşan apellyasiya instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr sadəcə sübutları sadalamaqla kifayətlənmiş, toplanmış sübutları bir-biri ilə müqayisə edib təhlil etməmiş, sübutlar arasında olan ziddiyyətli məqamları aradan qaldırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməmiş, onun tərəfindən digər sübutların (təqsirləndirilən şəxsin ifadələrinin, onun bədəni üzərində xəsarətlərin olması barədə aktın, anten məlumatlarının, əşyaların təhvil alınmasına dair aktın və s.) rədd edilməsinin motivlərini göstərməmiş, hər hansı tutarlı əsaslandırma aparmadan Məhkum CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiq edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyasının fikrincə bu cür, yəni iş üzrə toplanmış sübutlar tədqiq və təhlil edilmədiyi, həmçinin həmin sübutlarla məhkəmədə verilən ifadələrin obyektiv müqayisəsi aparılmadığı üçün yuxarıda təsvir edilən sübutetmə qaydalarının pozulması ilə əldə olunmuş nəticə etibarlı sayıla bilməz. Birinci instansiya məhkəməsinin hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində, yuxarıda göstərilən ziddiyyətli hallar əsas etibarı ilə dəlil kimi məhkəmə qarşısında irəli sürülsə də, apellyasiya instansiyası məhkəməsi göstərilən dəlillərə hər hansı qiymət vermədən Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsi, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğu qənaətinə gəlmişdir. Halbuki, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməklə təqsirləndirilən şəxsin barəsində ittiham hökmünün çıxarılması tələbini müəyyən etmişdir. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmanın həyata keçirmələri öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələbinin xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçi müdafiəçi1, şikayətin təmin edilməməsinə dair dövlət ittihamçısı R.T.Məmmədlinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, verilmiş kassasiya şikayəti qismən əsaslı hesab edilməli, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyi üçün apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, cinayət işi apellyasiya qaydasında baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 2025-ci il ## ####### tarixli *(***)-***/**** nömrəli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar