Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-380/2026 03.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Abdullayev Ilkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, bəraət almış şəxs Bəraət almış şəxs və onun müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, XX5 tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli 1(004) - */**** nömrəli hökmü ilə (sədrlik edən hakim R.M.Daşdəmirov) Bəraət almış şəxs (## ###### 1953-cü ildə ünvan49nda anadan olmuş, Azərbyacan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olmaqla həmin mənzildə yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, Bəraət almış şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Həmçinin, hökmlə zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Zərərçəkmiş şəxs (mülki iddiaçı) vurulmuş maddi ziyana görə - 30590 manat, mənəvi zərərə görə 50.000 manat, cəmi 80590 manat məbləğində pulun Bəraət almış şəxs alınaraq ona ödənilməsi barədə mülki iddiası rədd edilmiş və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.5.3-cü maddəsində nəzərdə tutulmuş tələbə müvafiq olaraq mülki iddianın təmini tədbiri kimi Yasamal Rayon Məhkəməsinin # ###### 2022-ci il tarixli 5 (004) – ***/**** nömrəli qərarı ilə Bəraət almış şəxs müvafiq əmlakı üzərinə qoyulmuş həbs götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Z.Əliyev, hakimlər F.Z.Hümbətov və Ə.İ.Məmmədovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli 1(004) - */**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən kassasiya şikayəti verilmişdir. Bəraət almış şəxs Bəraət almış şəxs müdafiəçisi Müdafiəçi kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Zərərçəkmiş şəxs (mülki iddiaçı) kassasiya şikayətinə qarşı etiraz vermişdir. Işin halları: Cinayət təqibi orqanı tərəfindən Bəraət almış şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, ## #### 2021ci il tarixdə saat 23:45 radələrində baş etibarnamə ilə idarə etdiyi “XX12” minik markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan4 ilə ünvan5 istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikasının “Yol Hərəkəti" haqqında Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, vaxtında tədbir görməklə idarə etdiyi “XX13” markalı avtomobili velosipedçinin vurulma yerinə çatmadan dayandırmağa texniki imkan olmuş, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək avtomobili 70-80 km/saat sürətlə hərəkət etdirərkən avtomobilinin qabaq sol tərəfi ilə velosipedlə yolu sağdan sola keçən X4 ehtiyatsızlıqdan vurmuş və nəticədə sonuncunun baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, təpə sümüyünün kəllə əsasına keçən sınığı, sol bud-çanaq oynağının əzilmiş yarası, sol göz yuvasının qançırı, bədənin çoxsaylı sıyrıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətləri yetirməklə sonuncunun ölümünə səbəb olmuşdur. Yasamal Rayon Məhkəməsi təsvir edilən ittiham üzrə Bəraət almış şəxs təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlmiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin, kassasiya şikayətinin və kassasiya müraciətlərinə qarşı müdafiəçinin etirazının dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əsassız və qanunsuz olaraq bəraət verilmiş, buna baxmayaraq həmin hökm apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı kassasiya protestində bəraətin əsassız və qanunsuz olduğunu təsdiq edən hallar kimi məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələblərinin pozulduğunu, sübutların CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyini, o cümlədən bəraət hökmü çıxarılarkən məhkəmənin əsaslandığı faktiki hallar, xüsusilə təhlükənin yarandığı, yəni zərərçəkmiş şəxsin velosipedi ilə yolun sağ kənarından hərəkət hissəsinə istiqamətliyi andan vurulma yerinə qədər 5,5 metr məsafə qət etməsi barədə məlumat əsasında Bəraət almış şəxs yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının olub-olmaması barədə sualı cavablandıran ekspertiza rəyinin alınmadığını, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların isə, o cümlədən dəfələrlə ibtidai istintaqda və məhkəmə icraatı zamanı keçirilmiş məhkəmə ekspertizalarının rəylərinin, digər materialların nəzərə alınmadığını göstərmişdir. Halbuki, iş üzrə keçirilmiş, ittiham tərəfinin əsaslandığı məhkəmə ekspertizalarının rəylərinin hamısında velosipedçinin yolun kənarından Bəraət almış şəxs avtomobili ilə vurulduğu yerə qədər 90 dərəcə bucaq altında 5,5 metr məsafə qət etməsi barədə məlumatın real hadisə mexanizminə uyğun olmadığı qeyd olunmuş, ibtidai istintaq zamanı hadisə yerinə keçirlən əlavə baxış zamanı əldə edilmiş digər göstəricilər əsasında isə, o cümlədən zərərçəkmiş şəxsin velosipedi ilə yolun kənarından vurulma yerinə qədər 90 dərəcədən kiçik olan bucaq altında hərəkət edərək 5,5 metrdən daha böyük - 28 metr məsafə qət etməsi barədə məlumata nəzərən ekspertlər belə nəticəyə gəlmişlər ki, Bəraət almış şəxs yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuş, bu səbəbdən onun tərəfindən “Yol hərəkəti haqqında” Qanunun 50-cı maddəsinin 1-ci hissəsi pozulmuşdur. Bu və digər sübutlar məhkəmə-tibbi ekspertizasının rəyi ilə birlikdə götürüldükdə isə cinayət təqibi orqanının qənaəti, yəni zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs un ölümünün həmin Qanunun pozuntusunu törədən Bəraət almış şəxs ehtiyatsızlığı üzündən baş verməsi barədə nəticə öz təsdiqini tapır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Zərərçəkmiş şəxs (mülki iddiaçı) da kassasiya şikayətini dövlət ittihamçısının kassasiya protestində irəli sürülmüş dəlillərə analoji dəlillərlə - Bəraət almış şəxs təqsirliliyinin kifayət qədər sübuta yetirilmiş olması, çıxarılmış bəraət hökmünün qanunsuz və əsassız olması, habelə qaldırdığı mülki iddianın düzgün olmayaraq rədd etməsi, mülki iddia rədd edilərkən “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında verilmiş izaha əməl olunmaması barədə qənaəti ilə əsaslandırmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Zərərçəkmiş şəxs (mülki iddiaçı) kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Bəraət almış şəxs Bəraət almış şəxs müdafiəçisi Müdafiəçi dövlət ittihamçısının kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Zərərçəkmiş şəxs (mülki iddiaçı) kassasiya şikayətinə qarşı etiraz verərək, əsassız hesab etdiyi üçün kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı və zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) müvafiq olaraq kassasiya protestində və kassasiya şikayətində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən 143-146-cı maddələrinin tələblərini pozmaqla Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əsassız və qanunsuz olaraq bəraət verdiyini və mülki iddianı rədd etdiyini lakin həmin hökmün apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.22-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) kassasiya şikayətini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessual Məcəllənin 39.2-ci maddəsində cinayət təqibini istisna etməklə başlanmış cinayət təqibinə xitam verilməsini tələb edən hallardan biri olaraq şəxsin təqsirliliyinin sübuta yetirilməməsi qeyd olunmuşdur. Cinayət-prosessual qanunun 41.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində həmin şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət təqibi orqanı tərəfindən Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla avtomobili idarə edən şəxsin yol hərəkəti qaydalarını pozması cinayətinin törədilməsində təqsirləndirilmişdir. Maddənin dispozisiyasından da göründüyü kimi, bu cinayət ehtiyatsızlıqdan törədilən əməl kimi təsbit edilmişdir. Odur ki, sözügedən cinayətin obyektiv və s. cəhətlərinə aid hallarla yanaşı, ehtiyatsızlıqdan törədilən cinayətin subyektiv cəhəti üçün xarakterik olub bu cinayət tərkibinin mövcudluğunu şərtləndirən zəruri əlamətlər də baxılan işin sübutetmə predmeti kimi çıxış edir və Cinayət-Prosessual Məcəllənin 139, 145, 146-cı maddələrinin tələblərinə əsasən, onların mövcudluğu barədə nəticələr belə qənaətə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Məcəlləsinin 26.1-ci maddəsinə əsasən “cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır”. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur (CM, maddə 26.2). Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur (CM, maddə 26.3). Ittihama görə sürücü Bəraət almış şəxs ehtiyatsızlığına dəlalət edən hal odur ki, o, ünvan6nin XX15 prospektindəki tunellə x1 - x2 istiqmətində olan üçzolaqlı yolun orta zolağı ilə hərəkətdə olarkən hərəkəti üçün təhlükənin yarandığını gördüyü anda velosipedlə yolu sağdan sola keçmək üçün üç zolaqlı yolun orta zolağına çıxan X4 vurmasının (velosipedlə toqquşmanın) və bundan törəyən ictimai təhlükəli nəticənin (O.Zərərçəkmiş şəxs (mülki iddiaçı) ölümünün) qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, avtomobilinin tam dayanması (toqquşmanın qarşısının alınması) üçün zəruri olan hərəkətləri yerinə yetirməmişdir. Yəni, o, hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş şəkildə avtomobili idarə etməsinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdir. Ibtidai istintaq orqanının ittihamın əsasına qoyduğu Bəraət almış şəxs bu yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının olması barədə qənaət xüsusilə onun ekspertiza idarəsinə təkrar göndərdiyi faktiki hallar barədə yenilənmiş məlumatlar əsasında verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının ## ##### 2022-ci il tarixli */*** nömrəli rəyinə əsaslanır. Belə ki, əvvəlcə cinayət işi üzrə icraatı aparmış müstəntiq şahid1 ilk dəfə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi barədə # ###### 2021-ci il tarixli qərarında Bəraət almış şəxs idarə etdiyi avtomobilin sürətinin 70-80 km/saat olması, velosipedçi Zərərçəkmiş şəxs u 20-25 metr məsafədən görməsi kimi məlumatları göstərməklə yanaşı, ## #### 2021-ci ildə yol nəqliyyat hadisəsi yerinə keçirdiyi baxış zamanı müəyyən edilmiş (bu istintaq hərəkətinə dair protokolda əks olunmuş) məlumatlara əsaslanmaqla qeyd etmişdir ki, Zərərçəkmiş şəxs velosipedi ilə üç hərəkət zolağı olan yolun hərəkət istiqamətinin əksinə (yəni, tunelin içərisinə) doğru hadisə yerinin (yəni, Bəraət almış şəxs orta zolaqda idarə etdiyi “XX12” markalı avtomobillə toqquşma yerinin) sağ hissəsinə (yəni tuşuna) qədər gəlib yolu sağdan sola doğru keçməyə çalışmış və bu zaman toqquşma yerinədək yolun sağından sola doğru 5,5 metr məsafə qət etmişdir. Bu qərar əsasında keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının # ####### 2021-ci il tarixli */*** nömrəli rəyində ekspert XX48 qeyd etmişdir ki, Bəraət almış şəxs idarə etdiyi “XXX24” markalı avtomobilin qabaq sol qanadının qabaq aşağı yan hissəsinin sağa doğru, həmin sahənin yuxarı hissəsinin isə sola doğru deformasiyasından və iş materiallarındakı videodiskdəki görüntülərdən ona məlum olduğuna görə, velosipedçi yolun sağ kənarından sola istiqamətlənərək sola doğru avtomobillə vurulma yerinədək yola nəzərən 90 dərəcədən kifayət qədər kiçik bucaq altında çəpinə hərəkət etmişdir. Bunu, habelə velosipedçinin vurulma yerinin hərəkət hissəsinin sağ kənarından sola doğru 5,5 metr məsafədə yerləşməsini nəzərə alan ekspert hesab etmişdir ki, velosipedçi yolun hərəkət hissəsinin sağ kənarından sola istiqamətləndiyi andan vurulma yerinə kimi 5,5 metrdən kifayət qədər böyük məsafə qət etmiş, sürücü Bəraət almış şəxs hərəkəti üçün təhlükə də müstəntiqin ekspertizanın təyin edilməsi barədə qərarında qeyd etdiyi kimi Bəraət almış şəxs velosipedçini 20-25 metrdən gördüyü anda deyil, yolun sağ kənarı ilə hərəkətdə olan velosipedçinin sola doğru istiqamətləndiyi anda yaranmışdır. Bu əsaslarla ekspert müstəntiqin ekspertizanın təyin edilməsi barədə qərarında göstərilən velosipedçinin yolun sağ kənarından sola doğru vurulma yerinədək 5,5 metr məsafə qət etməsi barədə məlumatın real hadisə mexanizminə uyğun olmaması barədə qənaətə gələrək, buna, habelə istintaq orqanı tərəfindən velosipedçinin hərəkət sürəti barədə məlumat təqdim olunmadığına görə sürücü Bəraət almış şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqatın aparılmasının mümkün olmadığını rəyində bildirmişdir. Bundan sonra müstəntiq şahid1 ## ####### 2021-ci ildə hadisə öncəsi velosipedçinin sürətini müəyyən etmək məqsədi ilə hadisə yerinə əlavə baxış keçirmiş və əlavə baxış zamanı müşahidə olunanlara, habelə hadisə yerinə fokuslaşmış DIN-in “Təhlükəsiz Şəhər” kameraları ilə çəkilmiş videogörüntülərə əsasən müəyyən etmişdir ki, velosipedçi hadisədən öncə tunelin sağ tərəfi ilə hərəkətin əksinə doğru hərəkət edir. Yolun kənarındakı “tumbalar” arasında məsafə 2,5 metr təşkil edir. “TŞ” kamerası ilə qeydə alınmış videogörüntüyə görə hərəkətini davam etdirən velosipedçi “tumbalar”ın başlanğıcından 13-cü “tumba”ya kimi 33 metr, “13-cü tumbadan 24,5-ci tumbaya qədər isə 28 metr” məsafə qət edir və həmin 28 metr məsafənin qət olunmasına 8,5 saniyə vaxt sərf edir. “24,5-ci tumbadan sonra hadisə yerinin 90 dərəcəli tuşuna kimi olan məsafə 31 metrdir”. “Toqquşma yeri sağdan sola doğru 5,5 metr məsafədə yerləşir”. “Toqquşma yeri ilə 24,5-ci tumba arasında 31 metr məsafə vardır”. Əlavə baxışın keçirməsinə dair protokolda həmçinin qeyd olunmuşdur ki, velosipedçinin sürəti onun 28 metr məsafəni 8,5 saniyəyə qət etməsinə görə müəyyən edilməlidir. Əlavə baxış protokolunda velosipedçi Zərərçəkmiş şəxs un hadisədən öncə tunelin, yəni yolun sağ tərəfi ilə hərəkətin əksinə doğru hərəkət etdiyi qeyd olunmaqla, onun yolun sağ kənarından sola doğru çəpinə istiqamətləndiyi göstərilmədiyi kimi, protokolda istinad olunan DIN-in “Təhlükəsiz şəhər” müşahidə kameralarından “TŞ-2- 131”, “TŞ-3-072” və “TŞ-2-104” kameraları ilə qeydə alınmış 3 ədəd “CD”-yə köçürülmüş videogörüntülərə baxış keçirilməsi haqqında ## #### 2021-ci il tarixli protokolda da belə halın olması qeyd olunmamışdır. Belə ki, həmin “diskə baxış keçirilməsi haqqında” protokola əsasən baxış zamanı “TŞ-2-131”, “TŞ-3-072” nömrəli kameraların qeydə aldığı videogörüntülərdə iş üçün əhəmiyyət kəsb edən görüntülər müəyyən edilməmişdir. TŞ-*-*** nömrəli kamera ilə qeydə alınmış videogörüntülərdən isə müəyyən olunmuşdur ki, velosipedçi (Zərərçəkmiş şəxs ) videoyazının 41-ci dəqiqəsində, yəni saat 23.50 radələrində tunelin içərisinə tərəf hərəkətin əksinə yolun sağ hissəsi ilə hərəkət edir. Onun sonrakı hərəkətləri, yəni nə vaxt, hansı şəkildə və hansı yerdən yolun sağından soluna doğru istiqamətlənməsi və irəlidə yolun sağ kənarından 5,5 metr məsafədə olan toqquşma yerinə qədər məsafəni necə qət edib ora çatması videogörüntüyə düşməmişdir. Beləliklə, müstəntiq şahid1 tərtib etdiyi həmin hadisə yerinə əlavə baxış və disklərə baxış keçirilməsi haqqında protokollara görə müəyyən edilən faktiki hallar ondan ibarət olmuşdur ki, velosipedçi Zərərçəkmiş şəxs üçzolaqlı yolun sağ tərəfi ilə avtomobillərin hərəkəti əksinə tunelin içərisinə doğru hərəkətdə olmuş, bu şəkildə hərəkətdə olarkən yolun sağ kənarındakı 13-cü “tumba”ya qədər 33 metr məsafəni və “13-cü tumbadan 24,5ci tumbaya qədər” olan məsafəyə bərabər 28 metr məsafəni qət edib “24.5”-ci “tumba”dan sonra artıq videogörüntüyə düşməmiş (halbuki, “24,5-ci tumba”dan sonra da hadisənin baş verdiyi yerin tuşuna qədər hələ 31 metr qalmışdı), o cümlədən kamera ilə onun üçzolaqlı yolun sağı ilə ilk “tumba”dan 13-cü “tumba”ya və ya 13-cü “tumba”dan “24,5-ci tumbaya” qədər məsafə boyu yolun sağından sola doğru istiqamətlənməsi kimi hal qeydə alınmamış, o, həmin “13-cü tumbadan 24,5-ci tumbaya qədər” olan 28 metr məsafənin velosipedlə qət edilməsinə 8,5 saniyə vaxt sərf etmişdir. Lakin cinayət işi üzrə ibtidai istintaqın davam edilməsi tapşırılmış müstəntiq XXX49 əlavə məhkəmə ekspertizasının təyin edilməsi barədə # ##### 2022-ci il tarixli qərarında yuxarıda qeyd olunan hadisə yerinə əlavə baxış və videogörüntülərə baxış keçirilməsi haqqında protokollara istinad etsə də, velosipedçinin yolun sağ tərəfi ilə avtomobillərin hərəkəti istiqamətinin əksinə hərəkətdə olduğu zaman 13-cü “tumba”dan “24,5-ci tumbaya” qədər qət etdiyi, sadəcə velosipedçinin bu məsafəyə sərf etdiyi vaxtı və buna müvafiq sürətini hesablamaq üçün təyin edilmiş 28 metri, bu rəqəmlə velosipedçinin yolun sağından sola doğru istiqamətləndiyi yerdən toqquşma yerinədək qət etmiş olduğu məsafə ilə heç bir bağlılığı olmadığı, ümumiyyətlə sağdan sola istiqamətlənmə yeri və vaxtı, yəni sürücü Bəraət almış şəxsn hərəkəti üçün təhlükənin yarandığı an istintaq hərəkətləri ilə müəyyən olunmadığı halda, qeyd etmişdir ki, velosipedçi təhlükənin yarandığı andan vurulma yerinə qədər 28 metr məsafə qət etmiş və bu məsafəni qət etməyə 8,5 saniyə vaxt sərf etmişdir. Cinayət təqibi orqanının xüsusilə əsaslandığı əlavə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının ## ##### 2022-ci il tarixli */*** nömrəli rəyində də tədqiqatın əsasını təşkil edən mühüm faktiki halı əks etdirən məlumat kimi müstəntiq XX46un əlavə ekspertizanın təyin edilməsi barədə qərarına istinadən qeyd olunmuşdur ki, Bəraət almış şəxs hərəkəti üçün təhlükənin yarandığı andan vurulma yerinə kimi velosipedçi 28 metr məsafə qət etmiş və bu məsafənin qət edilməsinə 8,5 saniyə vaxt sərf etmişdir. Əslində, təhlükənin yaranma anından, yəni velosipedçinin hərəkətdə olduğu yolun sağ tərəfindən sola doğru istiqamətləndiyi andan vurulma yerinə qədər məsafəni və bu məsafənin qət edilməsinə sərf olunmuş zamanı əks etdirməyən həmin göstəricilərə əsasən ekspert tərəfindən hesablamalar aparılmış və yekunda ekspert belə nəticəyə gəlmişdir ki, təhlükə yaranan anda (velosipedçi vurulma yerindən 28 metr uzaqlıqda olduqda) Bəraət almış şəxs idarə etdiyi avtomobil onun sürəti 70 km/saat kimi götürüldükdə velosipedçinin vurulma yerindən 165,3 metr məsafədə, sürət 80 km/saat kimi götürüldükdə 188,9 metr məsafədə olmuşdur. Müvafiq olaraq, avtomobilin tam dayanması üçün 70 km/saat sürətində 44,7 metr, 80 km/saat sürətində 55,6 metr tələb olunduğuna görə sürücü Bəraət almış şəxs “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş lakin onun hərəkətləri Qanunun həmin maddəsinə uyğun olmamışdır. Hazırki iş üzrə əvvəlcə ibtidai istintaqın aparılması tapşırılmış, cinayət işi üzrə ## #### 2021-ci il tarixli “Diskə (“CD-yə) baxış” protokolunu, habelə ## #### 2021-ci il tarixli “Hadisə yerinə baxış” protokolunu və ## ####### 2021-ci il tarixli “Hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” protokolu tərtib etmiş müstəntiq şahid1 birinci instansiya məhkəməsində dindirilərkən ifadəsində təsdiq etmişdir ki, “Hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuş 28 metr məsafə velosipedçinin düzünə yolun sağ tərəfi ilə hərəkət etməklə qət etdiyi yolun kənarındakı 13-cü “tumba” ilə “24,5-ci tumba” arasında olan məsafədir və bu məsafə ancaq velosipedçinin sürətini hesablanmaqdan ötrü həmin məsafənin qət olunmasına sərf etdiyi vaxtı (8,5 saniyəni) müəyyən etmək məqsədi ilə protokolda qeyd olunmuşdur və bu - “28 metr” göstəricisi təhlükənin yarandığı (velosipedçinin yola daxil olduğu, yəni üçzolaqlı yolun sağ kənarından sola doğru istiqamətləndiyi) anda olduğu yerdən vurulduğu yerə qədər olan məsafəni əks etdirmir. Ümumiyyətlə o, velosipedçinin yola daxil olduğu yeri (yəni, üçzolaqlı yolun sağ kənarından sola doğru istiqamətləndiyi anı) müəyyən edə bilməmiş və bu parametri protokola daxil etməmişdir, sadəcə yolun kənarındakı “tumba”lar arasında məsafəni 3 hissəyə bölüb “tumbalar”ın başlanğıcından 13-cü “tumba”ya qədər, 13-cü “tumba”dan “24,5-ci tumba”ya qədər olan məsafələrlə yanaşı “24,5-ci tumba”dan hadisənin baş verdiyi yerə münasibətdə 90 dərəcə bucaq altında olan yerə (hadisə yerinin tuşuna) qədər olan məsafənin 31 metr olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş ibtidai istintaqın davam etdirilməsi həvalə olunmuş müstəntiq X1 isə təsdiq etmişdir ki, o, özü hadisə yerinə baxış keçirməmiş, yəni onun tərəfindən # ##### 2022-ci il tarixli əlavə məhkəmə ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilərkən tədqiqatın aparılması üçün hadisənin baş vermə mexanizmi ilə bağlı müstəntiq şahid1 həyata keçirdiyi istintaq hərəkətlərinin protokollarında əksini tapmış məlumatlardan başqa heç bir fərqli məlumat əldə olunmamışdır. Iş üçün əhəmiyyətli videoyazının olduğu yuxarıda istinad olunan TŞ-*-*** nömrəli DIN-in “Təhlükəsiz şəhər” müşahidə kamerasının qeydlərinə məhkəmədə baxılmasının nəticələrinə əsasən müəyyən edilmişdir ki, velosipedçi Zərərçəkmiş şəxs videoyazının 41-ci dəqiqəsində, yəni saat 23.50 radələrində X48 prospekti ilə X1-X2 istiqamətli üçzolaqlı yolda hərəkətdə olan avtomobillərin əksinə olaraq tunelin içərisinə doğru yolun sağ kənarı ilə hərəkətdə olmuş və elə bu şəkildə hərəkətini davam etdirərkən artıq kameranın çəkiliş istiqaməti dəyişdiyi üçün onun sonrakı hərəkəti videogörüntüyə düşməmişdir. Yəni, həmin sübutun məhkəmədə tədqiq olunması nəticəsində də müstəntiq şahid1 ## ####### 2021-ci il tarixli “Hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” protokolunda qeyd olunan məlumatlarla uzlaşan hallar aşkarlanmaqla müəyyən edilmişdir ki, velosipedçi üçzolaqlı yolun kənarında olan ilk “tumba”dan 13-cü “tumba”yadək və 13-cü “tumba”dan “24,5-ci tumba”yadək yolun sağ kənarı ilə düzünə (avtomobillərin əksi istiqamətində) hərəkətdə olmuş və bu zaman onun sağdan sola doğru istiqamətlənməsi kimi hal kamera ilə qeydə alınmamış, “24,5-ci tumba”dan sonra isə onun hərəkəti ümumiyyətlə videogörüntüyə düşməmişdir. Birinci instansiya məhkəməsi hökmdə ibtidai istintaq tərəfindən toplanmış sübutlar sırasında məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının # ####### 2021-ci il tarixli */**** nömrəli rəyini və əlavə məhkəmə yol nəqliyyat ekspertizasının ## ##### 2022-ci il tarixli */*** nömrəli rəyini qiymətləndirərkən diqqəti ona cəlb etmişdir ki, velosipedçinin yolu çəpinə 90 dərəcədən kifayət qədər kiçik bucaq altına keçməsinin və avtomobilin sağ qanadındakı zədənin xarakterinin də buna (çəpinə hərəkətə) dəlalət etməsinin qeyd olunduğu */**** nömrəli rəyi vermiş ekspert (XX45) əlavə rəyində “XXX24” markalı avtomobil təmir olunduğundan, velosipedin baxışa təqdim olunması mümkün olmadığından, ilk kontakt anında “XXX24” markalı avtomobillə velosipedin bir-birinə nəzərən qarşılıqlı vəziyyətlərinin, yəni toqquşma bucağının ekspertiza yolu ilə müəyyən edilməsinin mümkün olmadığını qeyd etmişdir. Yuxarıda qeyd olunanlara, yəni ilkin */**** nömrəli rəylə birlikdə götürülməklə ## ##### 2022-ci il tarixli */*** nömrəli əlavə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyinin əsaslandığı faktiki halların, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs un velosipedlə avtomobillərin hərəkətinin (X1 – X2 istiqamətinin) əksinə olaraq Moskva prospektindəki tunelin içərisinə doğru üçzolaqlı yolun sağ kənarı ilə hərəkətdə olarkən “Təhlükəsiz şəhər” müşahidə kamerasının çəkilişinə düşdüyü zaman ərzində (## ####### 2021-ci il tarixli protokolda qeyd olunan “24,5-ci tumba”ya qədər olan məsafədə) sağdan sola istiqamətlənməsinə, bu cür istiqamətlənmə anında (sürücü Bəraət almış şəxs avtomobillə hərəkəti üçün təhlükə yarandığı anda) velosipedçinin olduğu yerdən vurulduğu yerədək məsafənin 28 metr təşkil etməsinə, həmin yerdən vurulduğu yerədək olan məsafəni velosipedçinin 8,5 saniyəyə qət etməsinə dair məlumatların məhkəmədə baxılmış yuxarıda təsvir edilən və digər sübutlarla təkzib edilməsinə, yəni bunların işin həqiqi halları olmamasına baxmayaraq, yalnız ibtidai istintaq zamanı deyil, birinci instansiya məhkəməsində aparılan icraat dövründə dəfələrlə keçirilmiş məhkəmə ekspertizaları zamanı da hesablamalar həmin məlumatlara nəzərən aparılmış, həqiqəti əks etdirməyən bu məlumatlar əsasında (yəni, təhlükə yarandığı anda velosipedçinin vurulma yerindən 28 metr məsafədə olduğu qəbul edildiyi üçün) sürücü Bəraət almış şəxs idarə etdiyi avtomobilin velosipedlə toqquşma yerindən avtomobilin tam dayanması üçün kifayət edən məsafədən daha böyük məsafədə olması, bu üzdən onun “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanının olması, müvafiq olaraq Bəraət almış şəxs Qanunun həmin müddəasını pozması barədə - birbaşa və ya məzmun etibarı ilə həmin nəticəyə əsas yaradan rəylər verilmişdir (komisiyon məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının ## ###### 2022-ci il tarixli */**** nömrəli rəyi, kompleks məhkəmə videotexniki və yol nəqliyyat hadisələri ekspertizasının # #### 2023-cü il tarixli */****-*/*** nömrəli rəyi, kompleks məhkəmə videotexniki və yol nəqliyyat hadisələri ekspertizasının ## ###### 2024-cü il tarixli */****-*/**** nömrəli rəyi). Eyni zamanda, məhkəmə icraatları dövründə, o cümlədən apellyasiya baxışı zamanı keçirilən bütün ekspertizalar zamanı ekspertlər (nə qədər ki, onlar həmişə tunelin içərisinə doğru üçzolaqlı yolun kənarı ilə hərəkətdə olarkən velosipedçinin yolu sağdan sola düzünə - 90 dərəcə bucaq altında deyil, çəpinə - 90 dərəcədən kifayət qədər kiçik olan bucaq altında keçməsi barədə sübutlarla təsdiq olunmayan haldan çıxış etmişlər) ekspertizanın təyin olunması barədə məhkəmə qərarlarında hadisə yerinə baxış keçirilməsi haqqında ## #### 2021-ci il tarixli protokola istinadən verilmiş velosipedçinin düzünə - 90 dərəcə bucaq altında yolu sağdan sola keçərək yolun sağ kənarından vurulma yerinədək 5,5 metr məsafə qət etməsi haqqında məlumat üzrə tədqiqat (hesablamalar) aparmaqdan imtina etmiş, ibtidai istintaq zamanı keçirilmiş yol nəqliyyat ekspertizasının rəyində olduğu kimi bu məzmunda məlumatın real hadisə mexanizminə uyğun olmadığını bildirmişlər (komisiyon məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının ## ###### 2022-ci il tarixli */**** nömrəli rəyi, kompleks məhkəmə videotexniki və yol nəqliyyat hadisələri ekspertizasının # #### 2023-cü il tarixli */****-*/*** nömrəli rəyi, kompleks məhkəmə videotexniki və yol nəqliyyat hadisələri ekspertizasının ## ###### 2024-cü il tarixli */****-*/**** nömrəli rəyi, kompleks məhkəmə videotexniki və yol nəqliyyat hadisələri ekspertizasının ## ### 2025-ci il tarixli */***-*/*** nömrəli rəyi, təkrar kompleks məhkəmə videotexniki və yol nəqliyyat hadisələri ekspertizasının ## ###### 2025-ci il tarixli */****-*/**** nömrəli rəyi). Belə olan halda, eyni zamanda ittiham tərəfi məhkəməyə (o cümlədən, məhkəmə istintaqı aparılmaqla keçirilən apellyasiya baxışının sonunadək) hadisə mexanizminin Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamda təsvir olunduğu və ekspertlər tərəfindən nəzərə alındığı kimi olmasını, yəni velosipedçinin təhlükənin yarandığı andan (həmin anda olduğu yerdən) vurulma yerinədək 28 metr məsafə qət etməsini (təhlükənin yaranma anından vurulma anınadək zamanın 8,5 saniyə sürməsini), üçzolaqlı yolun kənarı ilə tunelin içərisinə doğru hərəkətdə olarkən Zərərçəkmiş şəxs un müşahidə kameralarının çəkdiyi müddətdə (“24,5-ci tumba”yadək məsafədə) sağdan sola doğru istiqamətlənməsini, vurulduğu yerədək yolu çəpinə - yola nəzərən 90 dərəcədən kifayət qədər kiçik bucaq altında keçməsini təsdiq edən, ümumiyyətlə təhlükənin yarandığı an, təhlükənin yarandığı anda velosipedçinin və “XX12” markalı avtomobilin üçzolaqlı yolun hansı hissəsində (bir-birinə nəzərən hansı məsafədə) olduqlarını göstərən sübut təqdim edə bilmədiyinə görə məhkəmələr haqlı olaraq sözügedən yol nəqliyyat hadisəsinin tədqiqi üzrə məhkəmə ekspertizalarının rəyləri (ekspertlərin apardıqları hesablamar) əsasında sürücü Bəraət almış şəxs hadisənin qarşısını almağa texniki imkanının olması barədə mühakimə yürütməkdən imtina etmiş və Bəraət almış şəxs hərəkəti üçün təhlükənin yarandığı an, bu anda zərərçəkmiş şəxsin (velosipedçinin) olduğu yerdən vurulma yerinədək nə qədər məsafə və hansı zaman ərzində qət etməsi, müvafiq olaraq Bəraət almış şəxs hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması kimi məsələlər, yəni “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulmasını ehtiva edən ittihamın sübuta yetirilməsində xüsusi əhəmiyyət kəsb edən hallar barədə cinayət prosesi ərzində aradan qaldırılmayan şübhələrin olduğunu nəzərə alıb, tamamilə əsaslı və qanuni olaraq birinci instansiya məhkəməsi Bəraət almış şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmək üçün sübutların kifayət etməməsi (irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi) haqqında nəticəyə gəlib ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsində təsbit edilmiş əsasla (CPM-in 41.1.4-cü maddəsinə müvafiq olaraq) bəraət vermiş, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşmışdır (bəraət hökmünün nəticə hissəsində əks etdirilməməsinə baxmayaraq, hökmün təsviriəsaslandırıcı hissəsinin müddəalarından bəraətin təqsirliliyin sübuta yetirilməməsi əsası ilə verildiyi aşkardır). Məhkəmələrin müəyyən edilmiş saydıqları hallar və aradan qaldırmamış olan şübhələrə görə müəyyən edilməsi mümkün olamayan ittiham həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar barədə qənaətləri cinayət-prosessual qanunun 33, 125, 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, biri digəri ilə uzlaşan sübutların məcmusuna əsaslanır. Yalnız yuxarıda şərh edilən ekspert rəylərinə və istintaq hərəkətlərinin protokollarına münasibətdə deyil, birinci və apellyasiya instansiyası məhkəməsində baxılmış digər materiallara münasibətdə də məhkəmələrin sübutların tədqiqinə dair cinayət-prosessual qanunun göstərilən maddələrinin tələblərini pozduqlarını, bu və ya digər materialın tədqiqindən imtina etdiklərini, öz nəticələrini əsaslandırarkən yoxlanılmayan, yolverilməz sübutlardan istifadə etdiklərini göstərən hallar mövcud deyil (sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında təsvir edilib onların həqiqi məzmunlarına uyğun olaraq ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların hamısının yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Odur ki, birinci instansiya məhkəməsinin Bəraət almış şəxs bəraət verməsi, apellyasiya instansiyası məhkəməsinin bəraətin verilməsi ilə razılaşması əsassız və qanunsuz nəticələr, bu nəticələrin mübahisələndirilməsinə həsr olunmuş hissələrdə kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) kassasiya şikayəti əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və və ədalətliliyi prinsipinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi də cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. “XX12” markalı avtomobili idarə edən Bəraət almış şəxs hadisənin qarşısını almağa texniki imkanının olması, müvafiq olaraq onun tərəfindən ittihamda istinad olunan “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozması və ehtiyatsızlığın hər hansı bir formasına dəlalət edən subyektiv əlamətlərin müəyən olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin ona bəraət verməsi (apellyasiya instansiyası məhkəməsinin bununla razılaşması) Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin dispozisiyası və Cinayət Məcəlləsinin 26-cı maddəsi ilə ehtiva olunan tələblərlə yanaşı, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarına, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara uyğun gələn nəticə kimi özünü göstərir. Təsvir edilənlər məhkəmələr tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxsin (mülki iddiaçının) kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilmədiyini, yəni bəraətin verilməsinin mübahisələndirilməsi hissəsində kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması, bu hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən cinayət prosesində qaldırılmış mülki iddiaya dair məsələ birinci instansiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunun hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinə dair tələbi pozulmaqla həll edildiyindən və yol verilmiş pozuntu apellyasiya baxışında da aradan qaldırılmadığından, bu məsələyə münasibətdə kassasiya müraciətlərinin mübahisələndirilən qərarların ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbi əsaslı hesab edilməlidir. Belə ki, cinayət prosesinin məhkəməyədək icraat mərhələsində zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs (mülki iddiaçı) cinayət prosesində təqsirləndirilən şəxs olmuş Bəraət almış şəxs qarşı mülki iddia verərək vurulmuş maddi ziyana görə - 30590 manat, mənəvi zərərə görə 50.000 manat, cəmi 80590 manat məbləğində pulun Bəraət almış şəxs alınaraq ona ödənilməsi barədə tələb irəli sürmüş və bununla əlaqədar Zərərçəkmiş şəxs (mülki iddiaçı) mülki iddiaçı qismində tanınmışdır. Cinayət işinə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Zərərçəkmiş şəxs (mülki iddiaçı) mülki iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi mülki iddia üzrə gəldiyi qənaəti təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsi ilə izah edərək Zərərçəkmiş şəxs (mülki iddiaçı) mülki iddiasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Halbuki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 74-cü bəndində izah olunmuşdur ki, “Təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq – cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır.”. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.22-ci maddəsində məhkəmənin bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verməsi apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi təsbit edilmişdir. CPM-in 416.2-ci maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Birinci instansiya məhkəməsi isə bəraət hökmündə Bəraət almış şəxs təqsirliliyinin sübuta yetirilməsi əsası ilə bəraətin verilməsinə istinad edərək zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs (mülki iddiaçı) mülki iddiasının rədd olunması barədə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021ci il tarixli qərarının 74-cü bəndində verilmiş izaha zidd olan qərar qəbul etmiş, bununla belə həmin izahda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurətini əsaslandırmamışdır. Bu isə onu göstərir ki, apellyasiya instansiyası məhkəməsi də bəraət hökmünü mülki iddia hissəsində dəyişdirilmədən saxlamaqla (birinci instansiya məhkəməsinin yol verdiyi məhkəmə səhvini aradan qaldırmamaqla) bu hissədə məhkəmə aktlarının kassasiya qaydasında ləğv edilməsini və mülki iddia hissəsində cinayət işinə yenidən apellyasiya instansiyası məhkəməsində baxılmasını tələb edən CPM-in 416.1.22-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) kassasiya şikayətinin təmin edilməsinə dair dövlət ittihamçısının, habelə kassasiya müraciətlərinin təmin edilməməsinə dair bəraət almış şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) kassasiya şikayəti qismən – zərərçəkmiş şəxsin verdiyi mülki iddiaya dair hissədə təmin edilməli, Bəraət almış şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli 1(103) - **/**** nömrəli qərarı və Yasamal Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-*/**** nömrəli hökmü həmin hissədə ləğv edilməli, cinayət işi mülki iddiaya dair məsələyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1 və 419.10.2-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti qismən – Zərərçəkmiş şəxs (mülki iddiaçı) cinayət prosesində verdiyi mülki iddia üzrə məhkəmə qərarlarının mübahisələndirilməsinə həsr olunmuş hissələrdə təmin edilsin. Bəraət almış şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli 1(103) - **/**** nömrəli qərarı və Yasamal Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-*/**** nömrəli hökmü Zərərçəkmiş şəxs (mülki iddiaçı) verdiyi mülki iddia üzrə məsələnin həllinə dair hissədə ləğv edilsin, cinayət işi mülki iddia üzrə məsələyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin. Qalan hissələrdə apellyasiya instansiyası məhkəməsinin qərarı və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-380/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-380/2026
03.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver