Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-382/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ###### tarixli, *(*-*)-**/**** nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## ######## 1994-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 2025-ci il ## ######## tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: X1 (sədrlik edən), X3 və X2 ibarət tərkibdə) 2026-cı il ## ###### tarixli, *(*-*)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il ## ###### tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə dəyişdirilmiş, Məhkum təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılmaqla, üzərində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Məhkum hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, # ##### 2025-ci il tarixdə, saat 9 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adına X7 II Terminalında qanunsuz taksi fəaliyyəti ilə məşğul olan zaman “Mercedes-Benz” markalı, “E-Class” buraxılışlı, **-EC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini qadağan olunmuş yerdə saxladığı üçün həmin vaxt ərazidə xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Nəqliyyatda Baş Polis Idarəsinin X5 Idarəsinin Zabarat hava limanında X6 polis nəfəri vəzifəsində xidmət edən, R Zərərçəkmiş şəxs tərəfindən «Polis haqqında» Azərbaycan Respublikası Qanunu ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlərin görülməsi barədə üzərlərinə qoyulmuş vəzifələrinin icrası ilə əlaqədar ona yaxınlaşaraq qanuna zidd hərəkətlərini dayandırmasını tələb edərək avtomobili yerindən tərpətməmək barədə göstəriş verməsinə baxmayaraq, cərimə tətbiq olunacağından ehtiyyat edərək, törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərər çəkmişin xəsarət alacağına səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, sonuncuya zor tətbiq etməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək, nəqliyyat vasitəsinin mühərrikini qəfildən işə salıb avtomobili idarə etmək istəyən anda R Zərərçəkmiş şəxs nəqliyyat vasitəsinin yarı açıq vəziyyətdə olan sol ön qapısından tutduğu əlinin buraxmadığını görüb, sürəti artırmağa davam etməklə avtomobili saxlamayaraq, sağa-sola manevr hərəkətləri edib, polis əməkdaşının avtomobildən tutmuş sağ qoluna əl zərbələri vurmaqla, hərəkətdə olan avtomobildən yapışmış vəziyyətdə olan sonuncunun avtomobili saxlatmaq tələbinə məhəl qoymayıb onu sürüyərək, eyni zamanda əllə itələyib kənara tullamaqla zərərçəkmişə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid baş-beynin silkələnməsi halında olan qapalı kəllə-beyin travması və sol üst göz qapağının çəhrayımtıl rəngli çapıq toxumasının əzilmiş yaralarından ibarət xəsarətlər yetirməklə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞI: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkum Məhkum cəza təyin edilməsi və onun hesablanmasına dair hissəsi ilə razılaşmır və hesab edirik ki, bu hissədə cinayət qanunun normasını düzgün tətbiq edilməmiş, həmçinin ona açıqdan-açığa əməlinə və şəxsiyyətinə uyğun olmayan ağır cəza təyin edilmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi məhkum Məhkum təqsirli bilindiyi CM-in 315-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən görünür ki, məhkum Məhkum cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Onun cəzasını yüngülləşdirən qanunla müəyyən edilmiş hal kimi isə himayəsində azyaşlı uşağının olması müəyyən olunmuşdur. Məhkum Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ cəza nəzərdə tutulduğu halda, məhkəmə nəyə görə məhkumun barəsində həmin alternativ cəzanın təyin edilməməsini əsaslandırmamışdır. Qeyd olunan bu hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən də kifayət qədər nəzərə alınmamışdır. Bundan başqa, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, məhkum Məhkum əvvəlcə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində 2025-ci il # ##### tarixdə tutulmuş, sonradan isə müvafiq olaraq həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlama müddəti qanuna müvafiq qaydada uzadılaraq barəsində ibtidai istintaq davam etdirilmişdir. Həmçinin, cinayət işinin materiallarından görünür ki, məhkum Məhkum həbsdə olduğu müddətdə ibtidai istintaq orqanı tərəfindən ##.##.2025-ci il tarixdə o, əlavə olaraq CM-in 315-ci maddəsi ilə də təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onun digər maddə ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınaraq, həmin maddə ilə əlavə qətimkan tədbiri seçilməmişdir. Bundan sonra, ##.##.2025-ci il tarixdə cinayət işləri bir icraatda birləşdirilmiş, ##.##.2025-ci il tarixdə Məhkum CM-ni 234.1 və 315-ci maddələri ilə yeni ittiham verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ##.##.2025-ci il tarixədək uzadılmışdır. Ibtidai istintaq orqanının ##.##.2025-ci il tarixli qərarı ilə məhkum Məhkum CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham sübuta yetirilmədiyindən, həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Göründüyü kimi məhkum Məhkum faktiki ##.##.2025-ci il tarixdən həbsdə olmasına baxmayaraq, məhkəmə onun cəzasının əvvəlinin hesablanmasını düzgün müəyyən etməmiş və cəzaçəkmə müddətinin əvvəlinin ## ######## 2025-ci il tarixdən hesablanmasını müəyyən etməklə səhvə yol vermişdir. Cinayət işinin materiallarından görünür ki, məhkum Məhkum ##.##.2025-ci il tarixdən fasiləsiz olaraq həbsdə olmuşdur və CPM-nin 156-ci maddəsinin tələblərinə görə onun cəzaçəkmə müddətinin əvvəli də məhz həmin tarixdən, yəni ##.##.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmələr məhkumun cəzaçəkmə müddətinin əvvəlini ##.##.2025- ci il tarixdən hesablanmalı olmasını müəyyən etməklə səhvə yol vermiş və bununla da qanunun qeyd olunan maddəsinin tələblərini pozmuşlar. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya 2026-cı il ## ###### tarixli qərarının dəyişdirilməsini və məhkuma təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın aşağı həddində cəza təyin etməklə, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanmalı olması və barəsində "Konstitusiya və Suverenlik Ili" münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 kassasiya şikayətinin təmin olunmamasını və məhkum Məhkum CM-in 315-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya 2026-cı il ## ###### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisləndirməmiş, yalnız cəzanın ağırlığını və məhkumun cəzasının başlanğıcının düzgün hesablanmamasını mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21 - ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Müdafiə tərəfi məhkumun əməlinin tövsifini mübahisələndirməsədə, məhkəmə kollegiyası hesab edir ki, məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması cinayət işi üzrə toplanmış və məhkəmələr tərəfindən yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir Məhkuma təqsirli bilindiyi maddə ilə cəzanın növü baxımından ağır cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materiallarından göründüyü kimi, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən həmin dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında araşdırılmış, mövcud olan sübutlar qiymətləndirilmiş və məhkuma təyin edilmiş cəzanın qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası cəzanın növü və həddi ilə bağlı apellyasiya instansiaysı məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, konkret cinayət əməli törətmiş məhkuma hansı növdə və həddə cəza təyin edilməsi məsələsi müzakirə edilərkən CM-in 2, 41, 58 və 59-61-ci maddələrinin müddəalarının nəzərə alınması zəruridir. CM-in 58.1-ci maddəsinin 2-ci cümləsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkum Məhkum təqsirli bilinib məhkum edildiyi CM-in 315-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkuma isə həmin maddə ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə məhkumun cəzasını yüngülləşdirən hallar var, lakin cəzasını ağırlaşdılran hallar müəyyən edilməmişdir. Bu yerdə məhkəmə kollegiyası qeyd edilməsini vacib hesab edir ki, konkret cinayət əməlini törətmiş şəxsə hansı növdə və həddə cəza təyin edilməsi məsələsi müzakirə edilərkən, yalnız təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran halların məcmusu ilə kifayətlənmək olmaz və bu zaman CM-in 58.3-cü maddəsində göstərilmiş törədilmiş cinayət əməlinin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin də nəzərə alınması zəruridir. Hazırki cinayət əməlinin faktiki hallarından görünür ki, cinayət hadisəsi Bakı şəhərində yerləşən Heydər Əliyev adına X7 ərazisində, səhər saat 9 radələrində, çoxsaylı yerli və xarici qonaqların gözü qarşısında baş verir, təqsirkar idarə etdiyi avtomobili saxlamağa çalışan polis əməkdaşını uzun bir məsafəni yerlə sürüyərək aparır və hadisə nəticəsində polis əməkdaşının sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirməklə hadisə yerindən qaçıb gedir və sonradan yerdə uzanıqlı vəziyyətdə qalan polis əməkdaşına digər şəxslər yardım edirlər. Bütün bu sadalanan, baş vermiş hadisənin detalları törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyini artıran və təqsirkara alternativ cəzalardan daha ağırını təyin etməyə məhkəməyə əsas verən hallardır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkuma daha yüngül alternativ cəza təyin edilməsinə dair kassasiya şikayətinin dəlilləri əsassıdır. Məhkəmə kollegiyası məhkumun cəza çəkmə müddətinin başlandığı tarixin mübahisələndirilməsi ilə bağlı müdafiə tərəfinin kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, hazırkı CM-in 315-ci maddəsi üzrə olan cinayət hadisəsi # ##### 2025-ci il tarixdə baş vermişdir. Həmin tarixdə, yəni # ##### 2025-ci il tarixdə Məhkum CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olan şəxs kimi tutulmuşdur. # ##### 2025-ci il tarixdə CM-in 234.1-ci maddəsi ilə “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərar qəbul edilmişdir. # ##### 2025-ci il tarixli qərarla Məhkum əməli CM-in 234.1-ci maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilmişdir. # ##### 2025-ci tarixdə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Məhkum barəsində (CM-in 234.1-1-ci maddəsi üzrə) 4 ay müddətinə həbs qətimkan tədbiri seşilmişdir. Həbsetmənin əvvəli # ##### 2025-ci il tarixdən hesablanmışdır. ## #### 2025-ci tarixdə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Məhkum barəsində (CM-in 234.1-1-ci maddəsi üzrə) həbsdə saxlama müddəti 2 ay, # ####### 2025-ci il tarixədək uzadılmışdır. ## ###### 2025-ci il tarixdə “Cinayət işinin başlanması haqında” qərar qəbul edilmiş və həmin qərara əsasən # ##### 2025-ci il tarixdə baş vermiş hadisə ilə bağlı CM-in 315-ci maddəsi ilə cinayət işi başlanmışdır. ## ###### 2025-ci il tarixdə Məhkum CM-in 315-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. ## ###### 2025-ci il tarixdə hər iki cinayət işi bir icraatda birləşdirilmişdir. ## ######## 2025-ci tarixdə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qərarı ilə Məhkum barəsində (CM-in 234.1-1-ci və 315-ci maddələri üzrə) həbsdə saxlama müddəti 1 ay, # ###### 2025-ci il tarixədək uzadılmışdır. ## ######## 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Məhkum CM-in 234.1-1-ci maddəsi ilə ittiham olunmasına dair epizodda onun cinayət törədilməsinə aidiyyəti olmadığı və təqsirliliyi sübita yetirilmədiyi nəzərə alınaraq, CPM-in 39.2-ci maddəsinə müvafiq olaraq, cinayət işi üzrə icraata hissəvi xitam verilmişdir. Birinci və apellyasiya instansiya məhkəməsləri Məhkum cəza çəkməsinin ## ######## 2025-ci il tarixdən hesablamış və öz mövqelərinə onunla əsaslandırmışlar ki, Məhkum CM-in 315-ci maddəsi üzrə təqisrləndirilən şəxs qismində cəlb edilməsindən sonra həbsdə saxlama müddəti məhz ## ######## 2025-ci il tarxdə uzadıldığından, onun cəza çəkməsinin başlanğıcı da məhz həmin tarixdən hesablanmalı, # ##### 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixə kimi olan müddət üçün isə onun qanunsuz həbsinə görə kompensasiya almaq hüququ saxlanmalıdır. Qeyd edilən vəziyyət nadir hallarda rast gəlinən bir vəziyyətdir və Qanunla birbaşa tənzimlənmir. Bu səbəbdən məsələnin həllinə Qanunun ümumi prinsiplərindən yanaşmaq lazım gəlir. CPM-in 12.1-ci maddəsində əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 14.5-ci maddəsində göstərilmişdir ki, hakim qanunsuz tutulmuş, yaxud həbsdə saxlanılan şəxsi dərhal azad etməlidir. CPM-in 21.2-ci maddəsinin son cümləsində isə qeyd edilmişdir ki, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmayan şübhələr də onun xeyrinə həll olunmalıdır. Hazırki işin hallarından görünür ki, Məhkum # ##### 2025-ci il tarixdə həbsə alınmış və hazırkı vaxta kimi də fasiləsiz olaraq həbsdədir. Burada həll edilməsi zəruri olan məsələ şəxsin azadlıq hüququ və qanunsuz həbsdə saxlanması ilə bağlı kompensasiya almaq hüququ arasında seçim edilməsi ilə bağlıdır. Qeyd edilən məsələ Qanunla birbaşa tənzimlənmədiyindən, burada məhkum üçün ən əlverişli varianta üstünlük verilməsi vacibdir. Yəni şəxsi həbsdə saxlayaraq, onun sonradan bu həbs üçün konpensasiya almasını təklif etmək və ya # ##### 2025-ci il tarixdən həbsdə olmasını nəzərə alaraq, onu dərhal həbsdən azad etmək məhkum üçün daha əlverişlidir. Kassasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi cəzaçəkmənin əvvəlinin ## ##### 2025-ci il tarixdən hesablanmasının tərəfdarıdırlar. Deməli, həbsdən dərhal azad olunmaq məhkum üçün, sonradan kompensasiya almaq hüququ əldə etməkdən daha əlverişlidir. Lakin Məhkum # ##### 2025-ci il tarixdə həbsə alınarkən onun barəsində CM-in 315-ci maddə ilə cinayət işi başlanmamışdı və cinayət təqibi yalnız CM-in 234.1-ci maddəsi ilə aparılırdı. Bu səbəbdən # ##### 2025-ci il tarixdə başlayan həbsin CM-in 315-ci maddəsi ilə heç bir hüquqi bağlılığı olmadığından, cəzaçəkmə müddətinin həmin tarixdən hesablanması qeyri-mümkündür. Lakin cinayət işinin materiallarından görünür ki, CM-in 315-ci maddəsi ilə cinayət işi ## ###### 2025-ci il tarixdə başlanmışdır və məhz həmin tarixdən şəxsin həbsi ilə hazırkı CM-in 315-ci maddəsi ilə olan cinayət təqibinin hüquqi bağlılığı yaranmışdır. Qeyd edilənlərə əsasən aydın olur ki, məhkum Məhkum cəza çəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması məhkum üçün ən əlverişli vəziyyətdir və həmin tarixin də CM-in 315-ci maddəsi ilə olan cinayət təqibi ilə hüquqi və faktiki bağlılığı mövcuddur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026cı il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilməli, məhkum Məhkum hazırkı cinayət işi üzrə cəza çəkməsinin başlanğıcı 2025-ci il ## ###### tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ###### tarixli, *(*- *)-**/**** nömrəli qərarı, məhkum Məhkum təyin edilən cəzanın başlanğıcının hesablanması hissəsində dəyişdirilsin. Məhkum Məhkum hazırkı cinayət işi üzrə cəza çəkməsinin əvvəli 2025-ci il ## ###### tarixdən hesablansın. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-382/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-382/2026
10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver