Məhkəmə qərarları › İş №1(1-8)-383/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-383/2026

11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-383/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru dövlət ittihamçısı2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Rüstəmov Elmin Iltizam oğlu sədrliyi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə) *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmü ilə, ## ###### 1983-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkuml olunmuş, işləməyən, Masallı rayonunun, Ərkivan kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həbs edilənədək həmin ünvanda yaşamış, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının əvvəli ## ###### 2024-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, zərər çəkmiş şəxsmülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasının tam təmin olunması, 68.000 (altmış səkkiz min) manat və dövlət rüsumu kimi ödənilmiş 294 (iki yüz doxsan dörd) manat pul təqsirləndirilən şəxs-mülki cavabdeh Məhkum tutularaq, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və şikayətə əlavələr üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə) *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və şikayətə əlavələr təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavələrə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. Həmin qərardan kassasiya protesti verilməsə də, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Işin halları: Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, Əmanətlərin Sığortalanması Fondunda işləyən ailəvi dostunun vasitəsilə Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən ikimərtəbəli “Sərfəli” Ticarət Mərkəzini ona alacağı və onu həmin Ticarət Mərkəzinə direktor təyin etdirəcəyi ilə bağlı yalan vədlər verib aldatmaqla ## ######## 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsinin yaxınlığında 68.000 manat pulunu ələ keçirib, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin, kassasiya şikayətinə əlavənin və kassasiya şikayətinə qarşı etirazın dəlilləri: Məhkum Məhkum kassasiya şikayətində göstərir ki, məhkəmə araşdırması zamanı ona qarşı irəli sürülmüş ittiham cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mötəbər və mümkün sübutlar məcmusu ilə öz təsdiqini tapmamışdır. Birinci və apellyasiya instansiyası məhkəmələri hökm və qərar çıxararkən bu amili nəzərə almamış, yalnız ibtidai araşdırma dövründə prosessual qanun pozuntuları ilə əldə edilmiş materiallara əsaslanmışlar. AR CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız şəxsin təqsirliliyi sübuta yetirildiyi halda çıxarıla bilər, lakin bu işdə ittihamın əsasını yolverilməz sübutlar təşkil edir. Ibtidai istintaq zamanı qanunsuz üsullardan istifadə edilməklə, fiziki və psixoloji zorakılıq tətbiq olunmaqla təqsirləndirilən şəxs müstəntiqin uydurduğu izahat, dindirmə və üzləşdirmə protokollarını imzalamağa məcbur edilmişdir. Təzyiqlər və işgəncələr altında, kəskin ruhi həyəcan və dözülməz ağrılar vəziyyətində olduğu zaman, əslində müxtəlif tarixlərdə keçirildiyi iddia olunan istintaq hərəkətlərinin sənədləri ona eyni gündə – tutulduğu ## ###### 2024-cü il tarixində imzaladılmışdır. Qanunsuz fiziki və psixi təsirlər yalnız o, Nərimanov Rayon Polis Idarəsində baş müstəntiq Ilkin Imanovun otağında təsisçisi və baş redaktoru olduğu qəzetin – “7 Gün Xəbər” ictimai-siyahi qəzetin internet səhifəsindən bəzi məqalələri sildikdən sonra dayandırılmışdır. Məhkəmə baxışı zamanı dindirilən zərərçəkmiş Zərərçəkmiş şəxs və şahid Şahid ittihamın mahiyyəti ilə bağlı sərbəst ifadə verə bilməmiş, çətin vəziyyətə düşmüşlər; lakin məhkəmə AR CPM-in 25.2-ci maddəsinin tələblərini pozaraq, onların ibtidai istintaqdakı uydurma ifadələrini elan edib əsas götürmüşdür. Qanunvericiliyə görə məhkəmə ibtidai istintaq orqanının birtərəfli maraqları çərçivəsində tərtib olunmuş protokollardan deyil, birbaşa məhkəmə araşdırmasında verilən canlı ifadələrdən çıxış etməli idi. Ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüququ da kobud şəkildə pozulmuşdur, belə ki, sənədlərə imza atmış vəkil Samir Əliyev dindirmə və üzləşdirmə protokollarında göstərilən tarixlərdə və vaxtlarda faktiki olaraq Nərimanov RPI-nin inzibati binasında olmamış, onun iştirakı ilə heç bir istintaq hərəkəti aparılmamışdır. Vəkil Samir Əliyev istintaq hərəkətlərində real olaraq iştirak etmədiyi halda sənədlərə qanunsuz imza qoyduğu üçün təqsirləndirilən şəxs ondan imtina etmiş və bu barədə ərizələrini həm ## ###### 2024-cü il tarixində müstəntiqə, həm də ## ###### 2024-cü il tarixində Nərimanov Rayon Prokurorluğuna təqdim etmişdir. Müdafiə hüququnun pozulması faktını sübuta yetirmək üçün vəkil S.Əliyevin sözügedən tarixlərdə harada olduğunu müəyyən edən mobil telefon anten (baza stansiyası) məlumatlarının müvafiq operatordan istənilməsi barədə məhkəməyə edilmiş yazılı və şifahi vəsatətlər əsassız olaraq rədd edilmiş, işin tam və obyektiv araşdırılması prinsipləri pozulmuşdur. ## ####### 2025-ci il və ## ###### 2026-cı il tarixlərində cinayət işinin materialları ilə tanış olarkən təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı təsdiq edən hər hansı mötəbər hüquqi sübuta rast gəlməmişdir. AR Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının tələblərinə zidd olaraq, aşağı instansiya məhkəmələri birbaşa iclasda tədqiq edilməyən materiallara istinad etmişlər. Cinayət işinin materialları arasında cinayət haqqında ərizə, izahat, müdafiəçi seçmək hüququnun izahı barədə protokol, müdafiəçi təyin olunması barədə ərizə, eləcə də müdafiəçinin şübhəli və təqsirləndirilən şəxsə təqdim olunması protokolları mövcud deyil. Cinayət haqqında rəsmi ərizənin və məhkəmənin əsaslandığı izahatın iş materiallarında olmaması ittihamın tamamilə uydurma və əsassız olduğunu, müdafiəyə dair icraat sənədlərinin yoxluğu isə müdafiə hüququnun tamamilə heçə sayıldığını nümayiş etdirir. Aşağı instansiya məhkəmələri bütün bu kobud qanun pozuntularına göz yumaraq təqsirləndirilən şəxsə qarşı ədalətsiz və qərəzli mövqe nümayiş etdirdiklərindən, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarının ləğv edilməsi və onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla qərar qəbul edilməsi xahiş olunur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən, iş materiallarında olan məlumatlarla məhkəmədə deyilənlər arasında ciddi və əhəmiyyətli ziddiyyətlər mövcuddur; belə ki, yalançı şahid Şahid ifadəsində 68.000 manat pulun təqsirləndirilən şəxsə verilməsini şəxsən görmədiyini, bunu yalnız A.Nəsibovun sözlərindən eşitdiyini açıq şəkildə etiraf etmişdir. AR CPM-in 126.3-cü maddəsinin mənasına görə şahidin başqasının sözlərinə əsaslanaraq verdiyi bu növ məlumatlar hüquqi sübut kimi istifadə oluna bilməz. Bundan başqa, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin yazılı ifadəsindəki fiziki və psixi zorakılıqla bağlı hissələri manipulyasiya edərək təhrif etmişdir. Təqsirləndirilən şəxsin jurnalist fəaliyyətinə və rəhbəri olduğu qəzetin internet səhifəsində dərc edilmiş tənqidi məqalələrə görə ibtidai araşdırma dövründə onun əl və ayaq barmaqları xüsusi vasitə ilə sıxılaraq əzilmiş, dırnaqlarının altına iynə yeridilmiş və başına rezin dəyənəklə çoxsaylı zərbələr endirilmişdir. Polis əməkdaşları onun dözülməz ağrılar altında olmasından və kəskin ruhi həyəcan vəziyyətindən sui-istifadə edərək, özlərinin uydurduğu izahat və protokolları məzmunu ilə tanış etmədən ona məcburi şəkildə imzalatmışlar. Işgəncə faktı ilə bağlı prokurorluq orqanlarına edilən müraciət üzrə Baş Prokurorluğun daxili təhqiqat qərarı formal xarakter daşımış, ## ##### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti təqsirləndirilən şəxsə yalnız aylar sonra – ## #### 2025-ci ildə, hökm çıxarılan gün verilmişdir. Təqsirləndirilən şəxs bu qərardan məhkəmə nəzarəti qaydasında şikayət edəcəyini bildirsə də, Bakı Ağır Cinayətlər Məhkəməsi buna şərait yaratmadan tələsik hökm çıxarmışdır. Sonradan, ## #### 2025-ci il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin qərarı ilə həmin ## ##### 2025-ci il tarixli rədd qərarı ləğv edilmiş və yenidən araşdırma aparılması üçün materiallar Baş Prokurorluğa göndərilmişdir; bununla da ilkin rədd qərarı hüquqi qüvvəsini itirmişdir. Apellyasiya mərhələsində işə baxılarkən işgəncəyə dair rədd qərarının Səbail Rayon Məhkəməsi tərəfindən ləğv edildiyi bildirilsə də, Bakı Apellyasiya Məhkəməsi bu hüquqi faktı qəsdən nəzərə almamışdır. Səbail Rayon Məhkəməsinin qərarı əsasında Baş Prokurorluqda aparılan yenidən araşdırmanın nəticəsi barədə qərar isə indiyədək təqsirləndirilən şəxsə təqdim olunmamışdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş kassasiya şikayətinə qarşı etirazdan müəyyən olunur ki, məhkum Məhkum əvvəllər də analoji xarakterli əmələ görə cinayət məsuliyyətinə cəlb olunmuş və məhkumluq həyatı yaşamışdır. Etirazda qeyd edilir ki, Məhkum tərəfindən saxta sənədlərin və müxtəlif müqavilələrin tərtib edilməsi yolu ilə ibtidai araşdırmanın gedişinə maneələr yaradılmış, iş üzrə həqiqətin müəyyən edilməsinə yönəlmiş prosessual tədbirlərin həyata keçirilməsi çətinləşdirilmişdir. Bununla yanaşı, etirazda göstərilir ki, məhkum tərəfindən kassasiya şikayətində irəli sürülən işgəncəyə və ya qeyri-insani rəftara məruz qalması barədə iddialar heç bir obyektiv sübutla təsdiq olunmur. Belə ki, onun bu xüsusda səlahiyyətli dövlət orqanlarına və ya digər aidiyyəti qurumlara hər hansı müraciət etməsi müəyyən edilməmişdir. Eyni zamanda vurğulanır ki, Məhkum kassasiya şikayətini şəxsən hazırlamış, hüquqi və yazılı müraciətlərin tərtibi sahəsində kifayət qədər bilik və bacarığa malik olmuşdur. Etiraz müəllifinin mövqeyinə görə, məhkum tərəfindən kassasiya şikayətində irəli sürülən arqumentlər əsasən mülahizə xarakteri daşıyır və onun təqsirləndirildiyi cinayət əməlini törətmədiyini təsdiq edən mötəbər, yol verilən və kifayət qədər sübutlarla müşayiət olunmur. Həmçinin qeyd edilir ki, məhkumun anası dəfələrlə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın hissə-hissə ödənilməsi ilə bağlı təkliflər irəli sürmüş, lakin zərərçəkmiş şəxs həmin təkliflərlə razılaşmamışdır. Yuxarıda göstərilən halları nəzərə alaraq, zərərçəkmiş şəxs məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını əlaqəli şəkildə öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli, məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” ## ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə məhkum Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirlilik məsələsi mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin əməllərə münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntuya yol verməmiş, məhkum Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməllərində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməllərinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi və onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, həmçinin məhkəmə istintaqı ilə keçirilməməklə toplanmış sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymasa da, müəyyən məqamları qeyd etməyi zəruri hesab edir: Apellyasiya məhkəmənin sorğusuna əsasən, Azərbaycvan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar Idarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma nəticəsində Məhkum polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 293-cü maddəsinin tərkib əlamətlərinin olmaması müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmənin sorğusuna əsasən, Azərbaycvan Respublikası Ədliyyə Nazirliyi * saylı Istintaq Təcridxanasından daxil olmuş ## #### 2025-ci il tarixli, *-**-**-**/*-*** nömrəli məktubda və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Məhkum * saylı Istintaq Təcridxanasına daxil olarkən xəsarət almadığını bildirmiş, bədəninə baxış zamanı yeni zədə və xəsarət izi aşkar edilməmiş və obyektiv müayinə zamanı şikayəti olmadığını bildirmişdir. Məhkəmə kollegiyası yekun olaraq kassasiya şikayətinin və şikayətə əlavənin sübutların mötəbərliliyi barədə dəlillərini formal mülahizələr əsasında və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verildiyi qənaətinə gəlir. Belə ki, məhkum edilmiş şəxsin verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, polis əməkdaşları tərəfindən ona işgəncə verilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, məhkəməyədək icraat zamanı bu məsələ qaldırılsa da, qətimkan tədbiri üzrə məhkəmə iclasında bu dəlili irəli sürməmiş, hüquq mühafizə orqanlarına şikayət etsə də və şikayət təmin edilməmiş, təcridxanaya daxil olanda şikayətin olmamasını bildirmişdir, ona görə əsaslı şübhə mövcud deyildir. Məhkum edilmiş şəxsin ibtidai istintaqda təqsirini etiraf etməsi digər sübutlarla uyğunluq təşkil edir. Məhkum edilmiş şəxsin məhkəmədə verdiyi ifadədə və ibtidai istintaqın sonrakı gedişatında verdiyi ifadəsində göstərdiyi xüsusatlar isə aparılmış araşdırma ilə öz təsdiqini tapmamışdır. Odur ki, ibtidai istintaq zamanı ilkin verilmiş ifadə, zərərçəkmiş şəxsin, şahidin ifadəsi şəxsə bəraət verilməsini istisna edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb hesab etmişdir ki, apellyasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Məhkum təsvir edilmiş cinayətkar hərəkəti törətməsi, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq əməli Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş, yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət- Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən, «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum həmin cinayət əməllərini törətməsini, cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutlarla təsdiq olunmuş, müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Məhkumun müvafiq məzmunlu iddiası hər hansı sübuta və fakta deyil, yalnız bəsit formalı subyektiv mülahizəyə əsaslanmışdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum dələduzluq əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyinin tam sübuta yetirilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum oğluna istinad edilən cinayət əməllərini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPMin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməllərini Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şəxsin CM-in 178.3.2-ci maddəsi ilə təqsirli olması barədə mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum oğlunun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkumun ona qarşı CM-in 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin bu barədə dəlilləri hər hansı hüquqi əsasa toxunmayan dəlillər olmaqla, cinayət işi üzrə qanuni surətdə toplanaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar hazırki iş üzrə mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin və ona əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və ona əlavədə irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar