Məhkəmə qərarları › İş №1(1-8)-384/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-384/2026

17.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-384/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1 və məhkum Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-****/**** nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: ## #### 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Azərbaycan Respublikası Təhsil Nazirliyinin informasiya şöbəsində dəftərxana sektorunda böyük məsləhətçi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 214-2, 28, 277 və 281.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Məhkum CMin 167-3.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 214-2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 28,277-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 281.2ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2023-cü il # ######## tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: X9 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə) 2025-ci il ## ###### tarixli, *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Məhkum dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları saxlamış və yaymış, habelə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə və hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş, habelə bu cür məzmunlu materiallar təkrar yaymış, Azərbaycan Respublikasının vətəndaşı X4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında dövlət xadiminin və ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onların həyatına sui-qəsd etməyə hazırlıq hərəkətləri etmiş, lakin iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmişdir. Belə ki, Məhkum Iran Islam Respublikasının ərazisində yaşayan “Riza Kazimi” adı ilə tanınan Azərbaycan Respublikasının vətəndaşı X4 ilə 2023-cü ilin əvvəllərindən “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqəyə girərək Azərbaycan Respublikasının dövlət xadimləri olan Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidenti, onların ailə üzvləri, digər yüksək vəzifəli şəxslər, Mili Məclisin deputatı Mustafayev (Mustafa) Fazil Qəzənfər oğlu, ictimai xadim olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Real TV" və “Real FM”) rəhbəri X1, habelə xarici dövlət nümayəndələri olan X23, Böyük Britaniya və X21 və Israilin Azərbaycan Respublikasındakı səfirləri, həmçinin Azərbaycan Respublikasına səfər edəcəkləri zaman Türkiyə Respublikasının Prezidenti və Israilin Baş nazirinin müvafiq olaraq xidməti və siyasi fəaliyyətinə son qoymaq, bu fəaliyyətə görə qisas almaq məqsədilə onların həyatına sui-qəsd etməklə bağlı sövdələşib, hazırlıq işləri aparmasından sonra sui-qəsdin bilavasitə törədilməsində Rahim Əliyevin onu alət və vasitə ilə təmin edəcəyinə dair razılaşmışlar. Bu məqsədlə televiziya kanalları, internet və sosial şəbəkələr vasitəsilə Azərbaycan Respublikasının Prezidenti, İ Vitse prezidenti və onların ailə üzvlərinin hərəkət marşrutları, iştirak etdikləri ictimai tədbirlər, mühafizələrinin təşkili, Milli Məclisin deputatları, xüsusən də Fazil Mustafa barədə müəyyənedici məlumatları, hansı nəqliyyat vasitələrindən istifadə etməsi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Real TV” və “Real FM”) rəhbəri X1 barədə müəyyənedici məlumatları, onun iş və yaşayış yeri, Türkiyə Respublikasının Prezidenti və Israilin Baş nazirinin Azərbaycana səfərlərinin vaxtı, müddəti, keçirəcəkləri görüşlərin yeri və vaxtı, X23, Böyük Britaniya və X21 və Israilin Azərbaycan Respublikasındakı səfirləri, onların fəaliyyət göstərdikləri səfirliklərin yeri, mühafizələrinin hansı qaydada təşkil edildiyi, Israilin Azərbaycandakı səfiri Corc Dikin hərəkət marşrutu, hansı tədbirlərə qatılması, mühafizəsinin necə təşkil edildiyi və hərəkət marşrutuna dair məlumatların müəyyən edilməsi istiqamətində fəaliyyət göstərmiş, Israil səfirliyinin yerləşdiyi ünvan 2 ünvanındakı “Hyatt Recency” mehmanxanasının gizli şəkildə müşahidəsini aparmaqla dövlət xadiminin və ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onların həyatına sui-qəsd etməyə hazırlıq hərəkətləri etmiş, lakin # ######## 2023-cü ildə Dövlət Təhlükəsziliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığından iradəsindən asılı olmayaraq cinayətini başa çatdıra bilməmişdir. Məhkum “Facebook” sosial şəbəkəsində “elektron ünvan 1” elektron ünvanına bağlı, “Əli Zülfüqar” adlı saxta hesabında ## ####### 2022-ci il tarixdə dini ekstremist məzmunlu materialı, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları yaymışdır. Bundan əlavə, Məhkum “Facebook” sosial şəbəkəsində “elektron ünvan 1” elektron ünvanına bağlı, “Əli Zülfüqar” adlı saxta hesabında # ####### 2022-ci il, ## ####### 2022-ci il və ## ####### 2022-ci il tarixlərdə Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə, habelə dövlət hakimiyyəti barədə qəsdən həqiqətə uyğun olmayan, insanlarda hakimiyyət nümayəndələrinə qarşı nifrət yaradılması məqsədi daşıyan məlumatlar ifadə edərək, Azərbaycan Respublikası vətəndaşlarını toplaşıb güc tətbiq etməyə, digər formada kütləvi qanunsuz hərəkətlər etməyə sövq edən, onları hakimiyyət əleyhinə qiyama çağıran və sair oxşar məzmunlu paylaşımlar edərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn təkrar açıq çağırışlar etmiş, habelə bu cür məzmunlu materialları təkrar yaymışdır. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MÜDAFIƏÇININ VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmənin CM-nin 28, 277-ci maddəsi ilə qəbul etdiyi ittiham səs yazısının üzərində qurulmuşdur. Istintaqın və məhkəmənin qəbul etdiyi qənaətə görə bu səsin ünvanlandığı Azərbaycan Respublikasının vətəndaşı X4 Nəcəfova cavab vermiş və müəyyən tapşırıqlar vermişdir. Lakin bununla bağlı istintaq orqanı yalnız Məhkum istintaqın əvvəlində psixoloji təzyiq nəticəsində əldə edilmiş etirafedici ifadələrinə istinad etmiş, bundan başqa digər mötəbər sübutlar təqdim etməmişdir. Həmin ifadələrdən Məhkum istintaqın sonrakı mərhələsində və məhkəmədə imtina edərək qeyd etmişdir ki, bu göndərilən səsli mesaja cavab gəlməmişdir və o, bununla bağlı heç bir hərəkət etməmişdir. Həmin səs yazısına cavab verilməsini təsdiq edən Məhkum öz səs yazısından başqa heç bir sübut mövcud deyildir. Bundan başqa, məhkəməyə Azərbaycan Respublikasının vətəndaşı X4 dindirilməsi üçün Iran Islam Respublikasının aidiyyəti orqanlarına məhkəmə tapşırığının verilməsinə dair vəsatət təmin edilməmişdir. Ittihamın digər sübutları sırasında və məhkəmənin də ittiham hökmündə qəbul etdiyi aşağıdakı sənədlərin mötəbərliyi araşdırılmadan qəbul edilməsi qanunsuz olmuşdur. Ittihamın əsası kimi istintaq orqanı məhkəməyə iş materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycan Respublikası DTX Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən ## ###### 2023-cü il tarixli */**** saylı məktubla daxil olmuş #/#/3137 saylı arayışını, Azərbaycan Respublikası DTX Kibertəhlükəsizlik əməliyyatları mərkəzindən ## ####### 2023-cü il tarixli **/**** saylı məktubla daxil olmuş ## ####### 2023-cü il tarixli **/**** saylı arayışını, Azərbaycan Respublikası DTX Əks-kəşfiyyat baş idarəsindən daxil olmuş ## ####### 2023-cü il tarixli */**** saylı məktubunu, Azərbaycan Respublikası DTX Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən daxil olmuş ## ###### 2023-cü il tarixli */**** saylı məktubunu, Azərbaycan Respublikası DTX Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən daxil olmuş ## ###### 2023-cü il tarixli */**** saylı məktubunu, Azərbaycan Respublikası DTX Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən daxil olmuş ## ###### 2024-cü il tarixli */*** saylı məktubunu əlavə etmişdir. Həmin sənədlərdən də görünür ki, Məhkum və onun ətrafında kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti nəticəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Həmin məktublarda aşağıdakılar əks olunmuşdur: Azərbaycan Respublikası DTX Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən ## ###### 2023-cü il tarixli */**** saylı məktubla daxil olmuş #/#/3137 saylı arayışdan görünür ki, Məhkum Iran Islam Respublikasının ərazisində yaşayan “Riza Kazimi” adı ilə tanınan Azərbaycan Respublikasının vətəndaşı X4 ilə 2023cü ilin əvvəllərindən “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqəyə girərək Azərbaycan Respublikasının dövlət xadimləri olan Azərbaycan Respublikasının Prezidenti, Birinci vitseprezidenti, onların ailə üzvləri, digər yüksək vəzifəli şəxslər, Milli Məclisin deputatları, ictimai xadimlər olan “xxxx” MMC-nin (“Real TV” və “Real FM”) rəhbəri X1 və digər media qurumlarının rəhbərləri, habelə xarici dövlət nümayəndələri olan X23, Böyük Britaniya və X21 və Israilin Azərbaycan Respublikasındakı səfirləri, həmçinin Azərbaycan Respublikasına səfər edəcəkləri zaman Türkiyə Respublikasının Prezidenti və Israilin Baş nazirinin həyatına sui-qəsd etməklə bağlı razılaşmışdır. Azərbaycan Respublikası DTX Kibertəhlükəsizlik əməliyyatları mərkəzindən ## ####### 2023-cü il tarixli **/**** saylı məktubla daxil olmuş ## ####### 2023-cü il tarixli **/**** saylı arayışda görünür ki, Məhkum məxsus “Xiaomi”, “Samsung” markalı mobil telefonları, “HP”, “Acer” markalı notebook tipli kompüterlərin tədqiqi zamanı texniki izlər və əldə olunan mövcud informasiyanın təhlilinə əsasən E. Nəcəfovun Azərbaycanın ali rəhbərliyinə qarşı şiddətli nifrət hisslərini ifadə etdiyi səs yazısının baxılan telefona aid yaddaş nüsxəsində olması və bu səs yazısının “WhatsApp” tətbiqi vasitəsilə əlaqədə olduğu şəxsə göndərilməsi faktı müəyyən edilmişdir. Habelə dini ideoloji baxımdan insan öldürmənin günah və savabları ilə bağlı “din xadimi”nə ünvanladığı suallar və orada Azərbaycanın ali rəhbərliyindən olan şəxsləri misal çəkməsi qeydə alınmışdır. Eləcə də müvafiq səs yazısında Israil, ABŞ və Ingiltərə səfirlərinin həyatına qəsd edilməsi barədə sual və “Facebook” sosial şəbəkə resursunda ABŞ və Ingiltərə səfirliklərini axtarış etməsi aşkarlanmışdır. Istifadəçinin istifadə etdiyi səyyah (browser) tarixçisini mütəmadi olaraq silməsi diqqət çəkən məqamlardan olmuşdur. Azərbaycan Respublikası DTX Əks-kəşfiyyat baş idarəsindən daxil olmuş ## ####### 2023-cü il tarixli */**** saylı məktubdan görünür ki, ##.##.1987-ci ildə Şirvan şəhərində anadan olmuş, AR vətəndaşı, azərbaycanlı, ünvan 4 ünvanında qeydiyyatda olan X4 2012ci ildən etibarən Iran Islam Respublikasının Qum şəhərində fəaliyyət göstərən “Cəmiətül Mustafa” teoloji tədris mərkəzinin Məşhəd şəhərində yerləşən eyniadlı filialında qeyri-rəsmi dini təhsil alır. Araşdırmalar zamanı məlum olmuşdur ki, Rahim Əliyev sonuncu dəfə ##.##.2019-cu ildə dini təhsilini davam etdirmək üçün IIR-ə səfər etmiş, hazırkı vaxtadək AR-ə qayıtmamışdır. Həmin şəxsin xarici xüsusi xidmət orqanları ilə əlaqələri və iş üzrə digər əhəmiyyət kəsb edən halların müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Azərbaycan Respublikası DTX Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən daxil olmuş ## ###### 2023-cü il tarixli */**** saylı məktubdan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Məhkum “Facebook” sosial şəbəkəsində (istifadəçi adı “elektron ünvan 1”, parolu “Azerbaijani313114313”) “Əli Zülfüqar” adlı hesabı (profili) vardır və aktiv istifadəçi olmuşdur. Profilin üz hissəsində isə Gəncə şəhərinin icra hakimiyyətinin başçısına sui-qəsd etmiş Yunis Səfərovun fotoşəkli, digər hissəsində isə “KƏRIMƏ DÖVLƏT NAMINƏ” sözləri yazılmış şəkil qoyulmuşdur. Məhkum paylaşımlarından bəziləri “cihad etmək”, “sözüm müqavimətçi şiələrədir”, “tezlikcə Kərimə hakimiyyət dövləti qurulacaq”, “günlərin bir günü Iran Islam Respublikası hərbi qüvvələri Azərbaycanda yuva salmış Israil casus yuvalarını raketlə vuranda...”, “unutmayın Azərbaycan Irandan qoparılmış bir qoldur”, “intiqam almaq həvəsi ilə, eşqi ilə qəlbim günü-gündən daha da alışıb yanır. Bu intiqamı bu zalımlardan, mənfur rejimdən və rejimlərdən almaq hisslərim hər gün daha da coşur, daşır. Məzlumun haqqını zalımlardan alıb qaytarmaq hisslərim hər gün məni daha da intiqamımın çox dəhşətli olacağını mənə xəbər verir” məzmununda olmuş, onun bu paylaşımlarını dostluğunda olan 944 nəfərin hər birinin oxumaq imkanı olmuş, paylaşımlarının bəzilərini 5, bəzilərini isə 10-15 nəfər tərəfindən bəyənilmişdir. Bundan başqa Məhkum “Messenger”də “Serxan Memmedov”, “Vafadar Nv” və “Şalom Türksoy” adlı istifadəçilərlə yazışmalar apardığı müəyyən edilmişdir. Azərbaycan Respublikası DTX Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən daxil olmuş ## ###### 2023-cü il tarixli */**** saylı məktubdan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş elektron poçt ünvanından istifadə etdiyi digər poçt ünvanına “Azərbaycan Araşdırmalar Mərkəzi” (“Hüseyniyyun dini terror təşkilatının mərkəzidir”) tərəfindən hazırlanmış “5-ci sinif tarix kitabındakı saxtakarlıq” adlı kitabın PDF formatında göndərildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası DTX Konstitusiya quruluşunun mühafizəsi baş idarəsindən daxil olmuş ## ###### 2024-cü il tarixli */*** saylı məktubdan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Məhkum “Facebook” sosial şəbəkəsindəki “Əli Zülfüqar” adlı hesabı üzərində “Messenger”lə yazışdığı “Şalom Türksoy” adlı istifadəçini müəyyən etmək mümkün olmamış, “Serxan Memmedov”un ##.##.2019-cu ildə IIR-də yaşayan X14 olduğu və barəsində DTX Suraxanı RI tərəfindən IIR xüsusi xidmət orqanları ilə əlaqəsi ehtimalı ilə araşdırma aparıldığı göstərilmişdir. Lakin iş materiallarında bununla bağlı ümumiyyətlə həmin əməliyyat-axtarış fəaliyyəti ilə bağlı materiallar, sübutlar mövcud deyildir və sadəcə məktub və çıxarışlar vardır. Həmçinin həmin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə imkan verən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı materiallar, sübutlar, həmçinin məhkəmə qərarı və onların nəticələrinin yoxlanılmasına dair məhkəmə qərarı iş materiallarında mövcud deyil. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa görə, əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirləri tətbiq edilərkən mənzil toxunulmazlığı, telefon danışıqları, poçt, teleqraf və digər göndərişlər vasitəsilə ötürülən məlumatların sirrini saxlamaq hüquqlarının məhdudlaşdırılması, həmçinin texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi ilə əlaqədar tədbirlərin keçirilməsinə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu, habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinin tələbinə görə “Əməliyyataxtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda, bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. Cinayət işinin materiallarından müəyyən olur ki, nəinki keçirilmiş əməliyyat-axtarış tədbirini məhkəmə qanuni hesab etmişdir, ümumiyyətlə cinayət işinin materiallarında bu barədə məhkəmə qərarı mövcud deyil, hətta keçirilmiş əməliyyat-axtarış tədbiri barəsində məhkəməyə məlumat verilməsinə dair sübut da işdə yoxdur. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən, məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində, o cümlədən əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsini də daxil etməklə, məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalı idi. Iş materiallarına əsasən hüquqlarını müdafiə etdiyi şəxs ##.##.1999-cu il tarixdə “Ağır kəllə-beyin travması, kəllə sümüyünün əsasının sol tərəfli sınığı, subaraxnoidal qansızma, başın ənsə-təpə nahiyəsinin əziyi, dərialtı hematoma” diaqnozu ilə müalicədə olmuş, aldığı travmadan sonra onda psixi vəziyyətində dəyişikliklər, qıcolma tutmaları, əsmə halları yaranmışdır. Istintaq zamanı ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsin ekspertləri tərəfindən ## ######## 2023-cü il tarixdə verilmiş **** saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinin nəticə hissəsində göstərilmişdir ki, “Məhkum üzvi emosional-labil pozuntu müəyyən edilir...”. Həmin rəydə anamnestik məlumatlara, tibbi sənədlərə və hazırkı psixiatrik müayinənin nəticələrinə əsaslanaraq onun uşaq vaxtı aldığı ağır kəllə-beyin travması, sonrakı dövrdə qıcolma və əsmə hallarının yaranması, hərbi xidmətdən azad edilməsinə səbəb olmuş travmatik araxnoidit və ensefalopatiya, habelə müayinə zamanı əsəbilik və emosional qeyri-sabitlik kimi hallar qeyd edilmişdir. Rəydə eyni zamanda göstərilmişdir ki, müəyyən edilmiş üzvi emosional-labil pozuntu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın və buna görə də anlaqlı hesab edilməlidir (cild 2, 68-73). Həmin rəyin özündən də görünür ki, hüquqlarını müdafiə etdiyi şəxsdə mövcud olan üzvi emosional-labil pozuntular müəyyən olunur, lakin bu halların dərindən müəyyən edilməsi üçün stasionar şəraitdə müşahidələr aparılması zəruri idi. Hüquqlarını müdafiə etdiyi şəxsin atası şahid1 ifadəsinə əsasən, onun özü neyrocərrah olduğundan oğlunun psixotrop maddələrlə müalicəsini aparmışdır. Lakin buna baxmayaraq, yuxarıda qeyd edildiyi kimi, verdikləri vəsatət əsassız olaraq təmin edilməmişdir. Ittihamın bir hissəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 2023-cü il ## #### tarixli *-**-**/*-*/* saylı ekspertiza rəyinə əsaslanır. Həmin rəyə əsasən nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş təqsirləndirilən şəxs Məhkum “Facebook” sosial şəbəkəsində “elektron ünvan 1” elektron ünvanına bağlı, “Əli Zülfüqar” adlı hesabında paylaşılmış materiallardan “Azərbaycan Islam Müqavimətinin Azərbaycan xalqına önəmli müraciəti” başlıqlı yazı və “Hüseynçilər: Azərbaycan Islami Müqavimət Hərəkatı”nın loqosunun təsviri dini ekstremist məzmuna malikdir. Ekspertizaya təqdim edilmiş təqsirləndirilən şəxs Məhkum “Facebook” sosial şəbəkəsində “elektron ünvan 1” elektron ünvanına bağlı, “Əli Zülfüqar” adlı hesabında paylaşılmış materiallarda terrorçuluğa açıq çağırışlar mövcuddur. Ekspertizaya təqdim edilmiş təqsirləndirilən şəxs Məhkum “Facebook” sosial şəbəkəsində “elektron ünvan 1” elektron ünvanına bağlı, “Əli Zülfüqar” adlı hesabında paylaşılmış materiallardan “Azərbaycan Islam Müqavimətinin Azərbaycan xalqına önəmli müraciəti” başlıqlı yazıda və ## ####### 2022-ci il tarixli paylaşmada hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə ya ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar mövcuddur. Ekspertin rəyinin məzmununa baxdıqda onun tədqiqat metodları ilə bağlı ciddi suallar yaranır. Ittihamın əsası kimi istintaq orqanı tərəfindən məhkəməyə təqdim edilmiş Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif idarələrindən daxil olmuş məktublar və arayışlarda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti çərçivəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirlərindən bəhs olunur. Lakin həmin tədbirlərin keçirilməsi barədə məhkəmə qərarları və digər qanuni əsas sənədlər iş materiallarında yoxdur; tədbirlərin nəticələrinin yoxlanılmasına dair heç bir sübut təqdim edilməmişdir. Ittihamda “Əli Zülfüqar” adlı “Facebook” hesabına daxil olmaqla əldə edilmiş məlumatlara istinad olunur. Lakin həmin hesabın müdafiə etdiyi şəxsə məxsusluğu sübuta yetirilməmiş, baxış protokolu onun iştirakı olmadan tərtib edilmişdir. Ittihamın mühüm epizodlarından biri Məhkum Iran ərazisində yaşayan X4 ilə sövdələşməsi barədədir. X5 dindirilməmişdir. Yuxarıda göstərilən vəsatətlər təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin olunması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruridir. Bu vəsatətlərin təmin edilməsi yalnız işin məhkəmə istintaqı qaydasında aparılması ilə mümkündür. Buna baxmayaraq, apellyasiya məhkəməsi bütün vəsatətləri təmin etməmiş və işə qismən də olsa məhkəmə istintaqı ilə baxmamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu cür yanaşması müdafiə tərəfinin bütün əsas prosessual təşəbbüslərinin formal qaydada rədd olunması ilə nəticələnmiş, iş üzrə əhəmiyyətli halların yenidən araşdırılması üçün heç bir real imkan yaradılmamışdır. Halbuki verilmiş vəsatətlər ittihamın qanuniliyi, sübutların mötəbərliyi, elektron sübutların aidiyyəti, ekspertiza rəyinin əsaslılığı və təqsirləndirilən şəxsin psixi vəziyyəti kimi işin nəticəsinə bilavasitə təsir edən məsələlərə aid olmuşdur. Apellyasiya məhkəməsi hər bir vəsatət üzrə ayrıca, konkret və inandırıcı əsaslandırma verməmiş, vəsatətləri ümumi və formal mülahizələrlə rədd etmişdir. Bu isə müdafiə hüququnun, tərəflərin bərabərliyi prinsipinin və çəkişmə prinsipinin pozulması deməkdir. Apellyasiya baxışı formal xarakter daşımış, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr müstəqil və dərinləşdirilmiş yoxlamadan keçirilməmişdir. Beləliklə, keçirilən məhkəmə ümumilikdə ədalətli olmamışdır və bu vəziyyətdə qəbul edilən məhkəmə qərarı qanuni, əsaslı və ədalətli sayıla bilməz. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum elan edilmiş ittiham sübuta yetirilmədiyindən və əməlində cinayət tərkibi olmaması əsası ilə, yəni bəraətverici əsaslarla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, kassasiya şikayətinin əsas dəlili kimi irəli sürülmüş məhkuma təqsirli bilindiyi CM-in maddələri ilə bəraət verilməsi iddiası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından da göründüyü kimi, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməllərinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma CM-in həm ayrı-ayrı maddələri ilə, həm də cəzaların məcmusu üzrə təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən halların və cəzasını ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, məhkuma təqsirli bilindiyi ayrı-ayrı maddələrlə həm növ, həm də hədd baxımından qanuni, əsaslı və ədalətli cəza təyin edilsə də, lakin cinayətlərin məcmusu qaydasında təyin edilmiş cəza ağırdır. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə, cəzaya aid hissədə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il # ##### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 214-2, 28, 277 və 281.2ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-****/**** nömrəli qərarı cinayətlərin məcmusu qaydasında təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 214- 2, 28, 277 və 281.2-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmuyu qaydasında qəti olaraq təyin edilən 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Qərar, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar