Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-385/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum Məhkum müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025ci il tarixli, *(***)-****/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları:
1. Məhkum Məhkum – ## #### 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 1 10-190 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Məhkum yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Minutko küçəsi, 10-190 ünvanında istifadəsində olan “Samsung” markalı, “NP-RC510” modelli “Windows 7 Ultimate 64-bit” əməliyyat sistemi ilə təchiz olunmuş “notebook” tipli kompüter vasitəsi ilə 2024-cü ilin mart ayının 15-dən aprel ayının 16-na qədər kompüter sisteminə qanunsuz daxil olma, eləcə də kompüter məlumatlarını qanunsuz ələ keçirmə cinayətlərinin törədilməsi məqsədi ilə “Teleqram” platformasında xüsusi təyinatlı bot vasitəsi ilə yayımlanan qanunsuz ilkin giriş məlumatlarını əldə edərək hüququ olmadan ictimai əhəmiyyətli infrastruktur obyekti sayılan, ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatların saxlanıldığı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə aid “vvvvvv.miq.edu.az” adlı ünvanında olan veb səhifənin məlumat toplama server avadanlıqlarına mühafizə tədbirlərini pozmaqla burada saxlanılan kompüter məlumatlarının ələ keçirilməsi niyyəti ilə təkrar qəsdən daxil olmuşdur.
3. Bundan başqa, Məhkum yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Minutko küçəsi, 10-190 ünvanında özünə məxsus “Samsung” markalı, “NP RC510” modelli “Windows 7 Ultimate 64-bit” əməliyyat sistemi ilə təchiz olunmuş “notebook” tipli kompüterdən və kənardan qoşulma yolu ilə “45.83.41.105” saylı IP ünvanından istifadə etməklə 2024-cü ilin mart ayının 23-dən aprel ayının 16-nа qədər, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs isə yaşadığı ünvan 3 ünvanında özünə məxsus “Iphone SE” markalı, “A2296”, “356786115006474”, “356786115113114” imail kodlu mobil telefon aparatından istifadə etməklə 2024-cü ilin aprel ayının 1-dən aprel ayının 16-na qədər qabaqcadan əlbir olan bir qrup şəxs halında kompüter sisteminə qanunsuz daxil olma, eləcə də kompüter məlumatlarını qanunsuz ələ keçirmə cinayətlərinin törədilməsi məqsədi ilə kompüter sisteminə hüququ olmadan daxil olmağa imkan verməklə əhəmiyyətli zərər vurulmasına səbəb olan digər analoji məlumatı, yəni kompüter sisteminə daxil olmasına və fasiləsiz istifadəsinə imkan yaradan icraçı kodları (SCRIPT) hazırlamış, bundan sonra hüququ olmadan ictimai əhəmiyyətli infrastruktur obyekti sayılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ehealth.gov.az” adlı domeninin tərkib hissəsi kimi fəaliyyət göstərən “eservice.ehealth.gov.az/covid/Corona/GetPersonalDatabyDocNo?docNumz$seriyaNo$8. docType 1” ünvanlı məlumat toplama server avadanlıqlarına mühafizə tədbirlərini pozmaqla burada saxlanılan kompüter məlumatlarının ələ keçirilməsi niyyəti ilə təkrar qəsdən daxil olmuş, həmin ictimai əhəmiyyətli infrastruktur obyekti sayılan sistemdə aşkar etdiyi mühafizə boşluğundan istifadə etməklə orada saxlanılan ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmişdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Emin Rüstəmov) ## #### 2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 271.3, 272.3 və 273- 1.4.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 271.3-cü maddəsi ilə 02 (iki) il müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 272.3-cü maddəsi ilə 02 (iki) il müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 273-1.4.2-ci maddəsi ilə 02 (iki) il müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən təyin edilmiş əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) 06 (altı) il müddətinə müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ## ##### 2024-cü il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.
5. Hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-in 271.3, 272.3 və 273-1.4.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, iş üzrə qətimkan tədbiri, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də hökmdə öz həllini tapmışdır.
6. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində hüquqlarını müdafiə etdiyi X3 oğlunun barəsində qəbul edilmiş hökmün dəyişdirilməsi, onun təqsirli bilindiyi əməlləri CM-in 271.3-ci maddəsindən CM-in 271.1-ci maddəsinə tövsif edilməsi, CM-in 273-1.4.2 ci maddəsi ilə cinayət əməlinə xitam verilməsi, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 271.1 və 272.3-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X2 və X7 ibarət tərkibdə) ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə hökmdən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, hökmün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir.
II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
9. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində X3 oğlunun təqsirli bilindiyi cinayət əməlinin məqsədli şəkildə törədilməməsi, niyyətinin kompüter sistemində texniki biliklərini və bacarıqlıqları yoxlamaq, bu məqsədlə kompüter təhlükəsizliyi sistemində müəyyən etdiyi boşluqdan istifadə edərək hər bir vətəndaşla bağlı fərdi məlumatları əldə etməsi, həmin məlumatlardan hər hansı bir məqsədlə istifadə etməməsi kimi halların məhkəmə tərəfindən nəzərə alınmaması, bu əsasla təqsirləndirilən şəxsin hökm çıxarılan günə artıq 1 il 10 ay ərzində təcridxana şəraitində həbsdə saxlanılması, cinayətin açılmasında fəal kömək etməsi kimi halların müstəsna hallar hesab edilməklə onun barəsində AR CM-in 62-ci maddənin tətbiq etməklə ona təqsirli bilindiyi maddələrində nəzərdə tutulmuş aşağı həddə cəzadan da aşağı həddə cəza təyin edilməsinin mümkün olduğu qeyd edilərək, X3 oğluna münasibətdə çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-******** saylı, ##.##.2025-ci il tarixli qərarın cəza hissəsinin dəyişdirilməsi, onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 271.3 və 272.3cü maddələri ilə təyin edilmiş əsas cəzanın azaldılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
11. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir.
III.Proses iştirakçılarının çıxışları:
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum X3 oğlunun müdafiəçisi müdafiəçi4 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, ona uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
IV. Hüquqi məsələlər:
14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
17. Müdafiəçi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi məhkum Məhkum barəsində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
18. Bununla belə, kollegiya kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
20. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
22. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
23. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
24. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
25. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
26. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
27. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında müdafiə tərəfinin iddiasının əsassız olduğu müəyyən edilir.
28. Belə ki, Məhkum əməlinin CM-in 271.3-ci maddəsindən CM-in 271.1-ci maddəsinə tövsif edilməsi, CM-in 273-1.4.2 ci maddəsi ilə cinayət əməlinə xitam verilməsi, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 271.1 və 272.3-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı hökmü ilə Məhkum CM-in 271.3, 272.3 və 273-1.4.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən qəti olaraq 02 (iki) 06 (altı) il müddətinə müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyət ilə bağlı sahədə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab etmişdir.
29. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını və cəzanı ağırlaşdıran halın müəyyən edilməməsi, həmçinin cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59 və 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar (müəyyən edilməmişdir), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkumnın şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.
30. Göründüyü kimi, Məhkumnın birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
31. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkumnın cəzasının yüngülləşdirilməsini və yaxud onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər.
32. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
33. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
34. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, şikayətin təmin edilməməsinə dair isə dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Məhkumnın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273- 1.4.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı məhkum Məhkum müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.