Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-390/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Muxtarov Teyyub Asif oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3 və 29.317-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət məhkəmə tərkibində) 12 yanvar 2024-cü il tarixli 1(101)-130/2024 nömrəli hökmü ilə ## ###### 1974-cü ildə x şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, x şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 234.1, 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, onun CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29,317-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2013cü il tarixli hökmü ilə CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Masallı Rayon Məhkəməsinin 8 iyul 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 6 ay 23 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edildiyi hissəsi hazırkı hökmlə təyin edilmiş cəza ilə CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə qəti olaraq 10 (on) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 10 avqust 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi müəyyən edilmişdir Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Bəhrəmzadə Sabit Xanlar oğlu və Məmmədov Murad Akif oğlundan ibarət məhkəmə tərkibində) 29 may 2024-cü il tarixli 1(103)-565/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli hökmü apellyasiya şikayəti və apelyasiya şikayətinə əlavəyə münasibətdə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamış və cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq avtomobilində saxlamışdır. Belə ki, o, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan cinayətkar razılığa əsasən o, istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda, təmiz çəkisi 3,191 qram narkotik vasitə olan heroin və külli miqdarda, təmiz çəkisi 2,236 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlamaqla daşıyıb 09 iyun 2022-ci il tarixdə həmin narkotik vasitə və psixotrop maddəni qrup üzvü Təqsirləndirilən şəxs verərək onların cinayətkar niyyətindən xəbərsiz olan, Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan tanışı X12 göndərmək üçün şalvar almaqla göndərəcəyi həmin şalvarın ətəyinə dərzi kimi qeyd edilən narkotik vasitə və psixotrop maddəni yerləşdirməyi tapşırmış, Təqsirləndirilən şəxs da öz növbəsində qara rəngli cins şalvar alaraq bir ayağının ətək hissəsinə onun verdiyi külli miqdarda, təmiz çəkisi 3,191 qram narkotik vasitə olan heroini, şalvarın digər ayağının ətək hissəsinə isə külli miqdarda, təmiz çəkisi 2,236 qram psixotrop maddə olan metamfetamini tikməklə yerləşdirmiş, bundan sonra qrup üzvü Təqsirləndirilən şəxs həmin şalvarı x-ə göndəriləcək, içərisində ərzaq məhsulları olan bağlamaya yerləşdirib həmin bağlamanı onların cinayətkar niyyətlərindən xəbərsiz olan tanışları X1, X17, X14 və şahid3 vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə daşımaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli, 7-N nömrəli əmri ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin Daxili Intizam Qaydaları”nın 6-cı əlavəsində göstərilmiş Siyahı üzrə narkotik vasitələr, psixotrop maddələr və prekursorların cəzaçəkmə müəssisələrinə daxil olan və oradan çıxan şəxslərə özləri ilə keçirilməsi qadağan olunduğu halda həmin Qaydaların tələblərini pozaraq gizli ötürülməsini təmin etmək məqsədi ilə qadağan olunmuş əşya olan həmin narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlədərək cəzaçəkmə müəssisəsinə ötürməyə cəhd etmiş, lakin 10 iyun 2022-ci il tarixdə saat 12:20 radələrində müəssisənin nəzarət buraxılış məntəqəsinə şahid3 tərəfindən gətirilmiş bağlamaya baxış keçirilən zaman bağlamanın içərisində olan qara rəngli cins şalvarın bir ətək hissəsindən külli miqdarda, təmiz çəkisi 3,191 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin şalvarın digər ətək hissəsindən külli miqdarda, təmiz çəkisi 2,236 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürüldüyündən qadağan olunmuş əşyanın yoxlamadan gizlədərək müəssisəyə ötürməsinə yönəldilmiş hərəkətlərini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Bundan başqa, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,019 qram olan narkotik vasitə heroini əldə edib daşıyaraq idarə etdiyi “Mersedes” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışda olması ilə əlaqədar Bakı şəhəri, Nizami rayon Polis Idarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Ələt-Astara magistral yolunun 10-cu kilometrliyində şübhəli şəxs qismində saxlanılıb idarə etdiyi avtomobillə Nizami rayon Polis Idarəsinin 23-cü Polis Bölməsinə gətirilmiş, həmin tarixdə bölmənin həyətyanı sahəsində onun iştirakı ilə idarə etdiyi “Mersedes" markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin sürətlər qutusunun yanından 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində, təmiz çəkisi 1,019 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarında bir çox maddi hüquq normalarının, cinayət qanunvericiliyinin normalarının və eyni zamanda cinayət prosessual qanunvericiliyin normalarının pozulmasına yol verilmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və sonradan təkzib etdiyi ifadəsi əsasında həbs olunmuş, barəsində cinayət işi açılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və sonradan təkzib etdiyi ifadəsini təsdiq edəcək hər hansı bir sübut cinayət işinə əlavə olunmamışdır. Bir tək şübhə yaradan mobil nömrədə olan mesaj Təqsirləndirilən şəxs ifadəsinə dəstək olaraq əlavə olunmuş, lakin bu mesaj şübhə olaraq əlavə olunmuşdur. Lakin bu mesaj şübhə olaraq qalmış, bu mesaj şübhədən sübuta keçirilməmiş, bu şübhə ətrafında araşdırma aparılmamışdır. Mobil nömrədən ötürülən "x o dosta 2ya 3 yüz pay verey, məsləhətdir qonaqlıq” kimi mesajın kimə ötürüldüyü araşdırılmamış, bu şəxs istintaqa cəlb olunmamış, ifadəsi alınmamış və bu şübhə aradan qaldırılmamışdır. Həmçinin, istintaq və məhkəmə orqanı bu şübhələri aradan qaldırmamış, bu şübhəni araşdırmamış və bu şübhəni sübuta çevirmək üçün hər hansı bir prosessual hərəkətlər aparmamışdır. Əlavə olaraq mesajı göndərdiyi nömrənin sahibi istintaqa cəlb olunmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxsla arasıda üzləşdirmə prosesi aparılmış, lakin bu üzləşmə cinayət işinə əlavə olunmamışdır. Qeyd olunanlarla yanaşı istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya məhkəməsi tərəfindən barəsində olan yüngülləşdirici hallar kifayət qədər nəzərə alınmadan cəza təyin edilmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində məhkum Məhkum çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlama və cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmə, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq avtomobilində saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1, 234.4.3 və 29.317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi bu şikayətin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin onun özünün və iş üzrə digər təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi izahat və ifadələr, şahid qismində dindirilmiş şahid2, şahid9, şahid4, şahid5, şahid6, şahid8, şahid7, şahid3 ifadələri, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi tərəfindən tərtib edilmiş 10 iyun 2022-ci il tarixli 17/36-1547 nömrəli məktub, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin Əməliyyat bölməsinin rəisi tərəfindən tərtib edilən 10 iyun 2022-ci il tarixli protokol, 10.06.2022-ci il tarixli akt, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin Əməliyyat bölməsinin rəisi tərəfindən tərtib edilən 10 iyun 2022-ci il tarixli əməliyyat arayışı, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 10 iyun 2022-ci il tarixli 6/3270 nömrəli arayış, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 20 iyun 2022-ci il tarixli 6/3387 nömrəli rəy, “baxış və götürmə aparılması barədə” 10 avqust 2022-ci il tarixli protokol, həmin istintaq hərəkətinə dair videogörüntülər olan disk, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-kimyəvi ekspertizasının 12 avqust 2022-ci il tarixli 6/4295 nömrəli rəyi, DVD diskə baxış keçirilməsi haqqında protokol, “xxxx” MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 16 avqust 2022-ci il tarixli protokol, onun əlavəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin ambulator məcburi narkoloji tibbi yoxlamasının 16 avqust 2022-ci il tarixli 4528 nömrəli rəyi maddi sübutlar, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 234.1, 234.4.1, 234.4.3 və 29.317-1.1-ci maddələri ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən detallı sadalamağa zərurət görmür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, “ ..narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 959-IIQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Qanunun 1.0.9-cu maddəsində görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edibetməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamasını, cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş narkotik vasitə və psixotrop maddəni yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etməsini, o cümlədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq avtomobilində saxlamasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Aşağı instansiya məhkəmələrinin araşdırdığı sübutların məcmusu göstərir ki, məhkum Məhkum təqsirliliyi təkcə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadə ilə deyil, bir-birini tamamlayan şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri, telefon məlumatları və digər yazılı sənədlərlə təsdiq edilmişdir. Bu səbəbdən kassasiya şikayətində irəli sürülən arqumentlər iş materialları ilə təkzib olunur. Iş materiallarından görünür ki, 10 iyun 2022-ci il tarixdə Penitensiar Xidmətin Müalicə Müəssisəsində məhkum X3 gətirilmiş sovqata baxış zamanı “Stefano Ricci” markalı şalvarın hər iki balağının qat hissəsində xüsusi üsulla gizlədilmiş iki sellofan büküm aşkar edilmişdir. Müxtəlif şəxslər – şahid2, şahid9, şahid4, şahid8 və şahid7 – bir-birindən asılı olmayan ifadələrində həmin bükümlərin aşkar edilməsini, onların şalvarın balaq hissəsinə tikilməsini və sonradan qablaşdırılaraq ekspertizaya göndərilməsini təsdiq etmişlər. Bu ifadələr istintaq hərəkətlərinin protokolları və aktlarla da tam uzlaşır. Belə ki, cinayət işinin materiallarda olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin Əməliyyat bölməsinin rəisi Azər Əliyev tərəfindən tərtib edilən 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 10.06.2022-ci il tarixdə təqribən saat 12:20 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Müalicə Müəssisəsinin nəzarət-buraxılış məntəqəsində hal şahidlərinin iştirakı ilə aparılmış axtarış-baxış tədbirləri zamanı, müəssisədə saxlanılan məhkum X3, tanışı vətəndaş şahid3 gətirdiyi sovqata baxış keçirilən zaman, sovqatda olan qara rəngli "Stefano Ricci" markalı şalvarın hər iki balağının qat yerinə tikilmiş, 2 (iki) ədəd şəffaf sellofan bükülüdə, biri qəhvəyi rəngli, spesifik iyə malik, toz şəklində, digəri şəffaf şüşə qırıqları formasında narkotik vasitəyə bənzər maddələr aşkarlanaraq götürülmüş, hal şahidlərinin və iştirakçıların iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Götürülmüş maddələr barədə hal şahidlərinin iştirakı ilə protokol tərtib olunmuş, protokol hamıya ucadan oxunmuş, hamı tərəfindən imzalanmışdır. Bütün proses zamanı şikayət və təkliflər daxil olmamışdır. Məhkəmə-kimyəvi ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, şalvarın balaqlarında gizlədilmiş maddələr təmiz çəkisi 3,141 qram heroin və 2,186 qram metamfetamindən ibarət olmuşdur. Həmin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi qadağan edilmiş maddələr siyahısına daxil olması ekspertiza rəyləri ilə təsdiq edilmişdir. Beləliklə, cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş narkotik vasitə və psixotrop maddələrin gizli üsulla ötürülməsinə cəhd edilməsi obyektiv sübutlarla müəyyən edilmişdir. Məhkəmə tərəfindən xüsusilə nəzərə alınmışdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsində Məhkum ona heroin və metamfetamini təqdim etdiyini, həmin maddələrin x üçün alınmış şalvarın balaq hissələrinə tikilməsini tapşırdığını və sonradan bağlamanın götürülərək göndərildiyini ətraflı təsvir etmişdir. Həmin ifadə iş üzrə toplanmış digər sübutlarla, o cümlədən narkotik vasitələrin məhz şalvarın balaqlarında aşkar olunması, bağlamanın çatdırılması sxemi və telefon məlumatları ilə uyğunluq təşkil etdiyindən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmişdir. Kassasiya şikayətində Təqsirləndirilən şəxs sonradan ifadəsini dəyişdirməsinə istinad edilsə də, cinayət-prosessual qanunvericiliyə görə təqsirləndirilən şəxsin sonradan əvvəlki ifadəsini təkzib etməsi həmin ifadəni avtomatik olaraq sübut əhəmiyyətindən məhrum etmir. Məhkəmə sübutları onların qarşılıqlı əlaqəsi və uyğunluğu əsasında qiymətləndirir. Bu iş üzrə x-in ilkin ifadəsi digər sübutlarla təsdiq olunduğu halda, sonrakı ifadəsi heç bir obyektiv sübutla dəstəklənməmiş və məhkəmə tərəfindən müdafiə xarakterli mövqe kimi qiymətləndirilmişdir. Məhkum təqsirliliyi onun avtomobilində aşkar edilmiş narkotik vasitə ilə də təsdiq edilir. 11 avqust 2022-ci il tarixdə onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış keçirilərkən sürətlər qutusunun yanında sellofan bükümdə heroin aşkar olunmuşdur. Baxış videoya çəkilmiş, protokol tərtib edilmiş, Məhkum və digər iştirakçılar protokolu imzalamışlar. Ekspertiza ilə həmin maddənin 1,019 qram heroin olduğu müəyyən edilmişdir. Bununla da Məhkum satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik vasitəni əldə edib daşımaqla saxlaması da sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan “baxış və götürmə aparılması barədə” 10 avqust 2022-ci il tarixli protokoldan görünür ki, avtomobilinə baxış və götürmə istintaq hərəkəti aparılmasından əvvəl avtomobilinə baxış və götürmə istintaq hərəkəti aparılan şübhəli şəxs Məhkum avtomobilinə baxış zamanı özü tərəfindən vəkilin iştirakı olmadan baxış keçirilməsi barədə razılıq verdikdən sonra avtomobilinə videoçəkiliş edilməklə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sürətlər qutusunun yanında şəffaf sellofana bükülmüş halda narkotik vasitə olan heroin aşkar olunmuş, avtomobildən başqa qadağan edilmiş hər hansı alət və ya predmet aşkar edilməmiş, aşkar olunmuş narkotik maddə götürüldükdən sonra qablaşdırılmışdır. Baxış zamanı Məhkum həmin narkotik vasitəni x rayonunda Mərkəzi Xəstəxanasının yaxınlığında zibillikdən tapdığını qeyd etmiş və yekunda bu barədə protokol tərtib olunmuş, Məhkum və digər iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlərdir. O cümlədən, “baxış və götürmə aparılması barədə” protokolda qeyd olunmuş hallar həmin istintaq hərəkətinə dair video-görüntüləri özündə əks etdirən DVD diskə baxış zamanı da öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin nəzərə almışdır ki, baxış zamanı Məhkum aşkar edilmiş heroinin ona məxsus olduğunu inkar etməmiş, maddəni x rayonunda zibillikdən tapdığını bildirmişdir. Bu hal onun narkotik vasitənin mövcudluğundan xəbərsiz olması barədə sonrakı müdafiə mövqeyi ilə ziddiyyət təşkil edir. Kassasiya şikayətində göstərilən mobil telefon mesajı ilə bağlı arqumentlər də əsaslı hesab edilə bilməz. Həmin mesaj məhkəmə tərəfindən təqsirliliyin yeganə sübutu kimi deyil, digər sübutları tamamlayan əlavə fakt kimi qiymətləndirilmişdir. Təqsirləndirmə yalnız həmin mesaja deyil, çoxsaylı şahid ifadələrinə, ekspertiza rəylərinə, baxış protokollarına, maddi sübutlara və telefon məlumatlarının ümumi məzmununa əsaslanmışdır. Buna görə də mesajın ayrıca araşdırılmaması və ya göndərilən şəxsin müəyyən edilməməsi iş üzrə mövcud olan digər kifayət qədər sübutların hüquqi qüvvəsini aradan qaldırmır. Şikayətdə üzləşdirmə protokolunun gizlədilməsi və ya saxtalaşdırılması barədə iddialar da iş materialları ilə təsdiq olunmur. Məhkum tərəfindən bu barədə hər hansı obyektiv sübut təqdim edilməmiş, belə bir prosessual pozuntunun baş verməsini təsdiqləyən məlumat müəyyən edilməmişdir. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, prosessual pozuntunun mövcudluğu barədə iddia onu irəli sürən tərəf tərəfindən sübut edilməlidir. Bu istiqamətdə isə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda heroin və metamfetamini əldə edib daşımaqla saxlamasını, həmin maddələrin cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə gizli üsulla ötürülməsinə cəhd göstərməsini, habelə ayrıca olaraq şəxsi istehlak miqdarından artıq heroini avtomobilində saxlamasını tam və hərtərəfli sübuta yetirir. Kassasiya şikayətində göstərilən hallar isə məhkəmələrin gəldiyi nəticələrin qanuniliyini və əsaslılığını şübhə altına almaq üçün kifayət etmir, həmin dəlillər iş üzrə araşdırılmış sübutların məcmusu ilə təkzib olunduğundan əsassız hesab edilməlidir. Məhkum, ona hökm ilə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 234.1, 234.4.1, 234.4.3 və 29.317- 1.1-ci maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. O cümlədən, məhkuma təyin edilmiş cəzaya münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmələr tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması, ağırlaşdıran halın (əməlində cinayətlərin residivinin olması) isə olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CMin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Məhkum cəzasını yüngülləşdirən hər hansı hal da müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3 və 29.317-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-390/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-390/2026
26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver