Məhkəmə qərarları › İş №1(1-8)-392/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-392/2026

19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-392/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi - Zərərçəkmiş şəxsin hüquqi varisi, Nümayəndə - Abşeron Rayon Vəkil Bürosunun vəkili nümayəndə1, Məhkum – Məhkum, Müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2026-cı il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim: Məmmədova Günel Iqbal qızının sədrliyi) 24 oktyabr 2025-ci il tarixli 1(008)-382/2025 nömrəli hökmü ilə # ### 1997-ci ildə x rayonunun x kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada sürücü fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, x rayonu, x kəndində qeydiyyatda olmaqla xxx nömrəsiz ünvanda yerləşən fərdi evdə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddiaçı Zərərçəkmiş şəxsin hüquqi varisi mülki iddiasının baxılmamış saxlanılması, Zərərçəkmiş şəxsin hüquqi varisi mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun izah olunması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ələkbərov Əfqan Qəzənfər oğlu (sədrliyi və məruzəsi ilə), Əhmədov Zəfər Vahid oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət məhkəmə tərkibində) 3 fevral 2026-cı il tarixli 1(103)- 2244/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli hökmü təyin olunmuş cəzaya dair hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddi 5 (beş) il müddətinə artırılmış, CM-in 263.2ci ilə Məhkum barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.2, 5.2.2 və 5.3-cü bəndləri tətbiq edilməsi, hazırkı qərara əsasən ona təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə əsas cəzadan azad edilməsi müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi nümayəndəsi nümayəndə1 tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 9 noyabr 2024-cü il tarixdə, saat 20:39-da nəqliyyat vasitəsini idarə etmək hüququ verən “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Fiat” markalı, "Doblo” modelli, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən Bakı Olimpiya stadionu ilə üzbəüz, “SOCAR" yanacaqdoldurma məntəqəsinin yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3cü hissəsinin, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi surəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun kimi tələblərə riayət etməklə yol nəqliyyat yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yol-hərəkəti qaydalarını pozub eyni zolaqda özündən qabaqda dayanan şahid2 idarə etdiyi “Land Rover” markalı "Defender” modelli, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində avtomobilində sərnişin olan X3 baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, sağ təpə-gicgah-alın sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq, qəlpəli sınıqları və həmin səviyyədə sağ təpə-alın nahiyəsində beyinin sərt qişasının cırılması, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, ağciyərlərə, peritona, bağırsaqlara, hər iki böyrəklərə və böyrəkətrafı yumşaq toxumalara qansızma, sağ təpə-alın və sağ qaş nahiyələrinin əzilmiş-cırılmış yaraları, hər iki gözyuvasıətrafı nahiyənin hematomaları, hər iki qulaq seyvanının, boynun, sol bazu oynağı nahiyəsinin, sağ ayağın qançır və sıyrıqları kimi dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla, kəllə tağı və əsası sümüklərinin açıq qəlpəli sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma X3 ölümünə səbəb olmuşdur. KASSASIYA PROTESTININ VƏ KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, hazırkı cinayət işi üzrə Məhkum törətmiş olduğu cinayət əməlinə görə onun barəsində cəza təyini zamanı sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cəzanın məqsədinə nail olunması istiqamətində ədalətli mövqe nümayiş etdirilməmiş, cinayət qanunvericiliyinin normalarına uyğun cəza təyin edilməmişdir. Belə ki, verilmiş apellyasiya protestindən və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayətindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddi mübahisələndirilmiş və təyin edilmiş cəzanın ədalətli olmadığı qənaətinə gəlinmişdir. Qeyd olunan qənaətə gəlməyə əsas səbəb təqsirləndirilən şəxs Məhkum iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsi, sonuncunun da ondan ibtidai istintaqdan dövründən başlayaraq, apellyasiya instansiyasında sonuncu məhkəmə baxışınadək şikayətçi olmasıdır. Birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi hökmünün və qərarının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə "barışıq əldə etməyə cəhd etməsi" barədə məhkəmə baxışı gedişində hər hansı faktlarla öz təsdiqini tapmayan, əksinə sonuncu tərəfindən təkzib edilən halı önə çəkməklə təqsirləndirilən şəxsə yüngül cəza təyin etmək üçün zəmin yaratmış, barışığa cəhd etmənin nədə ifadə olunduğu əsaslandırılmamışdır. Cinayət işinin apellyasiya məhkəməsində bir neçə ay çəkən məhkəmə baxışı zamanı da kifayət qədər vaxt olmasına, məhkəmə prosesinin dəfələrlə təxirə salınmasına baxmayaraq, təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunması istiqamətində hər hansı addım atılmamış, həmin hal zərərçəkmiş şəxsin hüquqi varisinin və nümayəndəsinin məhkəmə baxışında dedikləri ilə öz təsdiqini tapmışdır. Hazırkı iş üzrə fiziki ziyan vurulmuş həyatını itirmiş zərərçəkmiş şəxsdir, mənəvi ziyan isə onun yaxınlarına, ilk növbədə ailə üzvlərinə vurulmuşdur. Bu halda insan həyatının maddi qarşılığı yoxdur və bu səbəbdən də hər hansı bir faktla təsdiq edilməyən, əksinə təkzib edilən "ziyanın aradan qaldırılmasına cəhd edilməsi" barədə məhkəmənin formal mülahizəsi şəxsə aşağı həddə cəza təyin edilməsi üçün əsas sayıla bilməz. Işin faktiki hallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə baxışında təqsirləndirilən şəxslə barışmadığını, aradan uzun zaman keçməsinə baxmayaraq sonuncunun bununla bağlı hər hansı cəhd etmədiyini bildirərək, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən cəza təyininin ümumi müddəalarını müəyyən edən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə formal istinad etməklə kifayətlənmiş, həmin maddələrin müəyyən etdiyi tələbləri faktiki təhlil etmədən cəza təyini ilə bağlı ədalətsiz nəticəyə gəlmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyası da həmin mövqedən çıxış edərək, qeyd olunan maddələrin tələblərinə laqeyd yanaşaraq, cəzanın məqsədinə nail olunması istiqamətində qətiyyətli və prinsipial mövqe nümayiş etdirməmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini və zərərçəkmiş tərəflə barışığa cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul etməklə ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsini yalnız təqsirləndirilən şəxs Məhkum maraqları ilə tamamlamış, bununla da cinayət hadisəsi ilə əlaqədar maddi və mənəvi ziyana məruz qalmış tərəf kimi zərərçəkmiş tərəfin maraqlarını isə nəzərə almamışdır. Məhkəmələr Məhkum cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin xarakterini, eyni zamanda törədilmiş cinayət əməlinin zərər çəkmiş şəxsin ailəsinə təsirini nəzərə almamış və əsas cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən edərək əsassız olaraq ona aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, faktiki olaraq eyni qəbildən olan cinayətləri törədən şəxslərin də gələcəkdə real cəzadan kənarda qalmalarına, bununla da hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına zəmin yaratmışdır. Işin hallarından isə görünür ki, idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan Məhkum ittiham olunduğu CMin 263.2-ci maddəsi ilə məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayət qanununun qeyd olunan normalarının, Ali Məhkəmənin Plenumunun qərarında göstərilənlərə əməl edilməmiş, törədilmiş cinayətin nəticələrinə və həmin nəticələrin zərər çəkmiş şəxsin yaxınlarına təsirinə əhəmiyyət verilməmiş, əsassız olaraq qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilmişdir. Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin hakimi hökmün giriş və təsviri hissəsində təqsirləndirilən şəxsin ata adını "x" deyil, "y" kimi qeyd etmişdir. Iş materiallarından görünür ki, yuxarıda qeyd olunan yalnışlıqla bağlı hakim tərəfindən anlaşılmazlığın aradan qaldırılmasına dair qərar qəbul edilməmiş, həmçinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da həmin yanlışlığı aradan qaldırmamışdır. Yəni ki, yuxarıda qeyd olunanlara əsasən, həm birinci instansiya məhkəməsinin hökmü, həm də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı Cinayət və Cinayət-Prosessual qanunvericiliyin tələblərinin pozulması hissəsində də mübahisə doğurur. Odur ki, qeyd edilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2026-cı il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, nəticəsi, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmamış, cəzanın məqsədini təmin etməyən yüngül cəza təyin edilmişdir. Hadisə baş verdikdən sonra, mərhum X3 meyiti meyitxanada olarkən, təqsirləndirilən şəxsin qohumları meyitxanaya gələrək orada ona yaxınlaşaraq təcili barışıq ərizəsinin verilməsini təklif etmişlər və bildirmişlər ki, əks təqdirdə ona heç bir yardım etməyəcəklər. Bundan sonra təqsirləndirilən şəxs və onun yaxın qohumları onlarla maraqlanmamış, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. Hadisədən bir il sonra iş apellyasiya instansiya məhkəməsinin icraatında olan zaman onlar hüquqi varisin yaşadığı evə gələrək barışıq istəmişlər. Məhkəmə təqsirləndirilən şəxsin xeyrinə olan yüngülləşdirici halları həddindən artıq qiymətləndirmiş, lakin cinayətin ağırlığı, nəticəsi və barışığın olmaması faktını lazımi qədər nəzərə almamış, cəzanı yüngülləşdirən hallar kimi qəbul etməklə ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsini yalnız təqsirləndirilən şəxs Məhkum maraqları ilə tamamlamış, bununla da cinayət hadisəsi ilə əlaqədar ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqlarını isə nəzərə almamışdır. Təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə son dərəcə yüngül olduğuna görə uyğun hesab edilə bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2026-cı il tarixli qərarının ləğv edilərək, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində nümayəndə nümayəndə1 çıxış edərək, məhkum tərəfindən 1 il 2 ay ərzində heç bir barışıq addımının atılmadığını, həmçinin məhkuma verilən cəzanın ədalətli olmadığını bildirib, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi çıxış edərək, hadisə nəticəsində cavan oğlunun öldüyünü, məhkuma verilən cəzanın ədalətli olmadığını bildirib, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Müdafiəçi çıxış edərək, məhkumun mərhumla dost olduğunu, hadisənin ehtiyatsızlıqdan törədildiyini, dəfələrlə barışıq üçün cəhd etdiyini, bir müdafiəçi kimi dəfələrlə hüquqi varisə müraciət edərək barışığın əldə olunmasına cəhd göstərsə də, zərərçəkmiş şəxsin hüquqi varisinin barışıq vermədiyini bildirib, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkum Məhkum çıxış edərək, mərhumla illərdi tanış olduğunu, barışıq üçün dəfələrlə cəhd etsə də heç cür qarşı tərəfin razılığa gəlmədiyini bildirib, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərə istinad edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümumiyyətlə cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Işdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Iş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsi və şəkərli diabet xəstəsi olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CMin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Belə ki, prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə iclasında verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, “O və yaxın adamları baş vermiş hadisəyə görə dəfələrlə mərhumun ailəsindən üzr istəmiş və barışıq əldə etməyə cəhd etmişlər. Lakin, bütün cəhdlərə baxmayaraq mərhumun anası onunla barışmaq istəməmişdir. Indi də barışıq üçün nə lazımdırsa etməyə hazırdır.” Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsi məhkum edilmiş şəxsin öz ifadəsi ilə təsdiq olunur ki, bu da, iclas protokolu ilə sübut olunur. Cinayət işinin materiallarına əlavə edilmiş 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 23 oktyabr 2025-ci il tarixli tibbi arayışından görünür ki, Məhkum şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir”. Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza müddəti ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəza müddətinin təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində, nümayəndə isə kassasiya şikayətində əsaslandıra bilməmişdir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, sağlamlıq vəziyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Iş üzrə cəzanı ağırlaşdıran hər hansı hal müəyyən edilməmişdir. Kassasiya protestində və kassasiya şikayətində əsas arqument kimi zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə olunmaması və təqsirləndirilən şəxsin ziyanın aradan qaldırılması istiqamətində kifayət qədər addım atmaması göstərilmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, CM-in 61-ci maddəsində zərərçəkmiş şəxslə barışığın əldə edilməməsi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışmaq istəməməsi onun subyektiv hüququ olmaqla yanaşı, bu hal öz-özlüyündə təyin olunmuş cəzanın ədalətsiz hesab edilməsi üçün hüquqi əsas təşkil etmir. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, müdafiə tərəfi tərəfindən zərərçəkmiş tərəflə əlaqə yaradılması və barışıq əldə olunması istiqamətində müəyyən təşəbbüslər göstərilmiş, lakin zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən hər hansı halda barışığın mümkün olmadığı açıq şəkildə bildirilmişdir. Belə olan halda barışığın baş tutmamasının tam şəkildə təqsirləndirilən şəxsin iradəsindən asılı olmayan səbəblərlə bağlı olması istisna edilmir. Kassasiya protestində göstərilən “məhkəmə təcrübəsinin vahidliyinin pozulması” barədə dəlil də ümumi mülahizə xarakteri daşıyır və konkret analoji məhkəmə aktları və ya fərqli hüquqi yanaşmalarla əsaslandırılmamışdır. Cinayət işləri üzrə cəza təyini hər bir işin konkret hallarına uyğun fərdiləşdirilmiş qaydada həyata keçirildiyindən, yalnız nəticənin ağırlığına istinad edilməklə daha ağır cəzanın təyin edilməsinin zəruriliyi barədə nəticəyə gəlmək mümkün deyildir. Bundan başqa, hökmün bəzi hissələrində təqsirləndirilən şəxsin ata adının texniki yanlışlıqla “x” kimi göstərilməsi formal xarakterli texniki səhv olmaqla, məhkəmələrin gəldiyi nəticələrin mahiyyətinə, ittihamın həcminə, təqsirləndirilən şəxsin müdafiə hüququna və yekun qərarın qanuniliyinə təsir edən pozuntu hesab edilə bilməz. Iş materiallarından təqsirləndirilən şəxsin şəxsiyyəti tam və dəqiq müəyyən olunur, həmin yanlışlıq isə hökmün və apellyasiya qərarının ləğv edilməsi üçün əsas yaratmır. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində, nümayəndə isə kassasiya şikayətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza müddətinin təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti və kassasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2026-cı il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar