Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-393/2026 30.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli Iskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun və məhkum Məhkum müdafiəçisi Əliyev Mehman Əlizaman oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarı ilə ona qarşı irəli sürülmüş ittihamdan CM-in 32.4, 312.2-ci maddəsinin xaric edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2026-cı il tarixli qərarından məhkum Məhkum müdafiəçisi M.Ə.Əliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli hökmü ilə (hakimlər Əkbərov Məhəmməd Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Qəniyev Faiq Əsəd oğlu və Mahmudov Ilham Ağa oğlundan ibarət tərkibdə) Məhkum, # #### 1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, heç yerdə işləməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin # ###### 2024-cü il tarixli hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki yaşamış, CM-in 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-in 32.4, 312.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-in 66.3cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs2 ilə 2020-ci ilin oktyabr ayında söhbətləri zamanı özünün guya yüksək gəlirli biznes fəaliyyəti ilə məşğul olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR-da) yüksək vəzifədə işləyən şəxslərlə münasibətlərinin olduğunu, həmin əlaqələrindən istifadə edərək Dövlət Neft Şirkətinin (SOCAR-ın) tabeliyində olan Bakı Neft Maşınqayırma zavodunda, eləcə də digər zavodlarda olan neft avadanlıqlarının ehtiyat hissələrinin satılması ilə bağlı sifarişləri qəbul etdiyini, həmin sifarişlər əsasında qeyd olunan avadanlıqların ehtiyat hissələrini SOCAR-la əməkdaşlıq edən “xxxx” şirkətinə, eləcə də digər zavodlara satdığını bildirərək, biznesinə investisiya qoyulacağı təqdirdə ümumi əldə ediləcək 14 faiz gəlirin təxminən 8-10 faizinin özlərinə çatacağını, yerdə qalan hissənin isə “SOCAR”da işləyən tanış vəzifəli şəxslərə rüşvət kimi veriləcəyini yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək guya neft avadanlıqlarının ehtiyat hissələrinin satışının həyata keçiriləcəyinə nail olacağını, gəlir əldə ediləcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu SOCAR-ın yüksək vəzifədə işləyən səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar biznes fəaliyyətinin davam etməsi, özünün və zərərçəkmiş şəxs2 bu biznesdən gəlir əldə edilməsi ilə bağlı xeyirlərinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 45.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 76.500 manat məbləğində pul vəsaitindən biznesə investisiya qoyulması və rüşvət qismində verilməsinin zəruri olmasını 2020-ci ilin oktyabr ayında zərərçəkmiş şəxs2 yalandan bildirərək, görüntü yaratmaq üçün sonuncunu Bakı Neft Maşınqayırma zavoduna apararaq zavodun anbarında yerləşdirilmiş xüsusi taxta qutularda olan metal ehtiyat hissələrini göstərməklə görəcəyi sifarişli biznes işi ilə bağlı özünə inam yaradaraq, hər ayın tamamında gəlir hissədən pay verəcəyini yalandan vəd edib aldadaraq, zərərçəkmiş şəxs2la razılaşmaqla sövdələşib, həmin adla Bakı şəhəri, Yasamal rayonu ərazisində müxtəlif yerlərdə görüşməklə 2020-ci ilin oktyabr ayında 20.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 34.000 manat, 2020-ci ilin noyabr ayında 9.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 15.300 manat, 2020-ci ilin dekabr ayında 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat, 2021-ci ilin yanvar ayında 32.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 54.400 manat, 2021-ci ilin fevral ayında 30.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 manat, 2021-ci ilin mart ayında 17.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 29.750 manat, 2021ci ilin aprel ayında 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat, 2021-ci ilin iyul ayında 25.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 42.500 manat, 2021-cin ilin avqust ayında 21.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 35.700 manat, 2021-ci ilin sentyabr ayında 15.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 25.500 manat, 2021-ci ilin noyabr ayında 11.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 19.550 manat olmaqla, ümumilikdə 341.700 manat məbləğində pul vəsaitini ondan alaraq, görüntü yaratmaq məqsədi ilə aldığı həmin pul vəsaitindən 2020ci ilin oktyabr ayından 2021-ci ilin noyabr ayınadək olan müddət ərzində bir qismini hissəhissə olmaqla, cəmi 102.000 manat pul vəsaitini guya gəlir əldə etmələri adı ilə zərərçəkmiş şəxs2 verib qalan pul vəsaitini isə şəxsi ehtiyaclarına xərcləyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs2 məxsus cəmi 239.700 (iki yüz otuz doqquz min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları X2 və zərərçəkmiş şəxs1 2021-ci ilin yaz aylarında söhbətləri zamanı özünün guya yüksək gəlirli biznes fəaliyyəti ilə məşğul olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR da) yüksək vəzifədə işləyən şəxslərlə münasibətlərinin olduğunu, həmin əlaqələrindən istifadə edərək Dövlət Neft Şirkətinin (SOCAR-ın) tabeliyində olan Bakı Neft Maşınqayırma zavodunda, eləcə də digər zavodlarda olan neft avadanlıqlarının ehtiyat hissələrinin satılması ilə bağlı sifarişləri qəbul etdiyini, həmin sifarişlər əsasında qeyd olunan avadanlıqların ehtiyat hissələrinin SOCAR-la əməkdaşlıq edən “xxxx” şirkətinə, eləcə də digər zavodlara satdığını bildirərək, biznesinə investisiya qoyulacağı təqdirdə ümumi əldə ediləcək 14 faiz gəlirin təxminən 8-10 faizinin özlərinə çatacağını, yerdə qalan hissənin isə “SOCAR”da işləyən tanış vəzifəli şəxslərə rüşvət kimi veriləcəyini yalandan bildirib, özünə olan inam və etibardan sui-istifadə edərək guya neft avadanlıqlarının ehtiyat hissələrinin satışının həyata keçiriləcəyinə nail olacağını, gəlir əldə ediləcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu SOCAR-ın yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar biznes fəaliyyətinin davam etməsi, özünün və X və zərərçəkmiş şəxs1 bu biznesdən gəlir əldə edilməsi ilə bağlı xeyirlərinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 70.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 119.000 manat məbləğində pul vəsaitindən biznesə investisiya qoyulması və rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin yay aylarında X və zərərçəkmiş şəxs1 yalandan bildirməklə, sonuncularla razılaşmaqla sövdələşib, həmin adla # #### 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində 70.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 119.000 manat, eyni niyyətlə, əlavə olaraq 2021-ci ilin iyul-sentyabr aylarında Bakı şəhəri, Səbail rayonu ərazisində hissə-hissə olmaqla, ümumilikdə 30.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 manat, 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayınadək olan müddətdə Bakı şəhəri, Səbail rayonu ərazisində hissə-hissə olmaqla, cəmi 21.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 35.700 manat pul vəsaitini ondan alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə X2 və zərərçəkmiş şəxs1 məxsus cəmi 205.700 (iki yüz beş min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək onlara vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar X və zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncuları təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs4 ilə 2021-ci ilin noyabr ayında telefon danışığı zamanı özünün guya yüksək gəlirli biznes fəaliyyəti ilə məşğul olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR-da) yüksək vəzifədə işləyən şəxslərlə münasibətlərinin olduğunu, həmin əlaqələrindən istifadə edərək Dövlət Neft Şirkətinin (SOCAR-ın) tabeliyində olan Bakı Neft Maşınqayırma zavodunda, eləcə də digər zavodlarda olan neft avadanlıqlarının ehtiyat hissələrinin satılması ilə bağlı sifarişləri qəbul etdiyini, həmin sifarişlər əsasında qeyd olunan avadanlıqların ehtiyat hissələrinin SOCAR-la əməkdaşlıq edən “xxxx” şirkətinə, eləcə də digər zavodlara satdığını bildirərək, biznesinə investisiya qoyulacağı təqdirdə ümumi əldə ediləcək 14 faiz gəlirin təxminən 8-10 faizinin özlərinə çatacağını, yerdə qalan hissənin isə “SOCAR”da işləyən tanış vəzifəli şəxslərə rüşvət kimi veriləcəyini yalandan qeyd etməklə, özünə olan inam və etibardan sui-istifadə edərək guya neft avadanlıqlarının ehtiyat hissələrinin satışının həyata keçiriləcəyinə nail olacağını, gəlir əldə ediləcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu “SOCAR”ın yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar biznes fəaliyyətinin davam etməsi, özünün və zərərçəkmiş şəxs4 bu biznesdən gəlir əldə edilməsi ilə bağlı xeyirlərinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat məbləğində pul vəsaitinin biznesə investisiya qoyulması və rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin noyabr ayında zərərçəkmiş şəxs4 yalandan bildirməklə, sonuncuda görəcəyi sifarişli biznes işi ilə bağlı özünə inam yaradaraq, zərərçəkmiş şəxs4lə razılaşmaqla sövdələşib, həmin adla ## ###### 2021-ci il tarixdə 8.658 manat pul vəsaitinin zərərçəkmiş şəxs4 tərəfindən özünə məxsus “524375******8281” nömrəli “Unibank Albalı” kartına köçürtməsinə nail olub həmin pul vəsaitini Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan nağd qaydada çıxarmaqla, eyni zamanda, ## ###### 2021-ci il tarixdə zərərçəkmiş şəxs4lə Bakı şəhəri, Bakıxanov küçəsində yerləşən “Bridge Plaza”da fəaliyyət göstərən “xxxx” ASC-nin "Bridge Plaza" şöbəsində görüşərək 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 manat, bundan sonra, Bakı şəhərində müxtəlif yerlərdə görüşməklə ## ###### 2021-ci il tarixdə 8.350 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 14.195 manat, ## ###### 2021-ci il tarixdə 1.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.700 manat, ## ###### 2021-ci il tarixdə 1.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.700 manat, sonuncu dəfə ## ###### 2022-ci il tarixdə Bakı şəhəri, Xətai metrostansiyasının yaxınlığında 1.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.700 manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxs4 alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs4 məxsus cəmi 44.953 (qırx dörd min doqquz yüz əlli üç) manat məbləğində pul vəsaitini ələ keçirərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs5 2022-ci ilin yanvar ayında söhbətləri zamanı özünün guya yüksək gəlirli biznes fəaliyyəti ilə məşğul olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR-da) yüksək vəzifədə işləyən şəxslərlə münasibətlərinin olduğunu, həmin əlaqələrindən istifadə edərək Dövlət Neft Şirkətinin (SOCAR-ın) tabeliyində olan Bakı Neft Maşınqayırma zavodunda, eləcə də digər zavodlarda olan neft avadanlıqlarının ehtiyat hissələrinin satılması ilə bağlı sifarişləri qəbul etdiyini, həmin sifarişlər əsasında qeyd olunan avadanlıqların ehtiyat hissələrinin SOCARla əməkdaşlıq edən “xxxx” şirkətinə, eləcə də digər zavodlara satdığını bildirərək, biznesinə investisiya qoyulacağı təqdirdə ümumi əldə ediləcək 14 faiz gəlirin təxminən 8- 10 faizinin özlərinə çatacağını, yerdə qalan hissənin isə “SOCAR”da işləyən tanış vəzifəli şəxslərə rüşvət kimi veriləcəyini yalandan bildirib, özünə olan inam və etibardan suiistifadə edərək guya neft avadanlıqlarının ehtiyat hissələrinin satışının həyata keçiriləcəyinə nail olacağını, gəlir əldə ediləcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu SOCAR-ın yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar biznes fəaliyyətinin davam etməsi, özünün və zərərçəkmiş şəxs5 bu biznesdən gəlir əldə edilməsi ilə bağlı xeyirlərinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 manat məbləğində pul vəsaitinin biznesə investisiya qoyulması və rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin yanvar ayında zərərçəkmiş şəxs5 yalandan bildirməklə, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2022-ci ilin yanvar ayında 6.000 manat pulu zərərçəkmiş şəxs5 özünə məxsus “524375******8281” nömrəli “Unibank Albalı” kartına köçürtməsinə nail olub həmin pul vəsaitini Bakı şəhəri ərazisində müxtəlif yerlərdə yerləşən bankomatlardan nağd qaydada çıxarmaqla, eyni zamanda 2022-ci ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində zərərçəkmiş şəxs5 ilə görüşməklə əlavə olaraq 7.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 11.900 manat, 2022-ci ilin fevral və mart aylarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində müxtəlif yerlərdə görüşərək hissə-hissə olmaqla, ümumilikdə 45.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 76.500 manat pul vəsaitini ondan alaraq, görüntü yaratmaq məqsədi ilə həmin pul vəsaitindən 2022-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək olan müddət ərzində bir qismini hissə-hissə olmaqla, cəmi 31.590 manat pul vəsaitini gəlir adı ilə zərərçəkmiş şəxs5 verib, qalan pul vəsaitini isə şəxsi ehtiyaclarına xərcləyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs5 məxsus cəmi 62.810 (altmış iki min səkkiz yüz on) manat məbləğində pul vəsaitini ələ keçirərək vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçəkmiş şəxs5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs3 2022-ci ilin fevral ayında söhbətləri zamanı özünün guya yüksək gəlirli biznes fəaliyyəti ilə məşğul olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR-da) yüksək vəzifədə işləyən şəxslərlə münasibətlərinin olduğunu, həmin əlaqələrindən istifadə edərək Dövlət Neft Şirkətinin (SOCAR-ın) tabeliyində olan Bakı Neft Maşınqayırma zavodunda, eləcə də digər zavodlarda olan neft avadanlıqlarının ehtiyat hissələrinin satılması ilə bağlı sifarişləri qəbul etdiyini, həmin sifarişlər əsasında qeyd olunan avadanlıqların ehtiyat hissələrinin SOCARla əməkdaşlıq edən “xxxx” şirkətinə, eləcə də digər zavodlara satdığını bildirərək, biznesinə investisiya qoyulacağı təqdirdə ümumi əldə ediləcək 14 faiz gəlirin təxminən 8- 10 faizinin özlərinə çatacağını, yerdə qalan hissənin isə “SOCAR”da işləyən tanış vəzifəli şəxslərə rüşvət kimi veriləcəyini yalandan bildirib, özünə olan inam və etibardan suiistifadə edərək guya neft avadanlıqlarının ehtiyat hissələrinin satışının həyata keçiriləcəyinə nail olacağını, gəlir əldə ediləcəyini yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu SOCAR-ın yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar biznes fəaliyyətinin davam etməsi, özünün və zərərçəkmiş şəxs3 bu biznesdən gəlir əldə edilməsi ilə bağlı xeyirlərinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 12.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 20.400 manat məbləğində pul vəsaitinin biznesə investisiya qoyulması və rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında zərərçəkmiş şəxs3 yalandan bildirməklə, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla # ###### 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən evində 12.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 20.400 manat, əlavə olaraq, # ###### 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında 11.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 18.700 manat pul vəsaitini nağd şəkildə, eyni zamanda 1.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.700 manat pulu zərərçəkmiş şəxs3 özünə məxsus “524375******8281” nömrəli “Unibank Albalı” kartına köçürtməsinə nail olub həmin pul vəsaitini Bakı şəhəri ərazisində müxtəlif yerlərdə yerləşən bankomatlardan nağd qaydada çıxarmaqla, 2022-ci ilin fevral ayının sonlarından 2022-ci iln mart ayınadək Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində hissə-hissə olmaqla, cəmi 18.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 30.600 manat pul vəsaitini ondan alaraq, görüntü yaratmaq məqsədi ilə həmin pul vəsaitindən 2022-ci ilin mart ayında cəmi 30.600 manatını gəlir adı ilə zərərçəkmiş şəxs3 verib qalan pul vəsaitini isə şəxsi ehtiyaclarına xərcləyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs3 məxsus cəmi 40.800 (qırx min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini , R Heydər Məmmədov apellyasiya protesti və eyni zamanda həmin protestin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Quliyev Vüqar Elbrus oğlu) # ###### 2023-cü il il tarixli qərarı ilə vəsatət təmin edilmişdir. Hökmdən Azərbaycan Respublikası Baş prokurorunun müavini, R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Ibrahimli Ibrahim Adil oğlundan ibarət tərkibdə) ## ###### 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli hökmü “Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının və həmin Məcəllənin 32.4, 312.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi” hissəsində apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum elan olunmuş ittihamdan CM-in 32.4, 312.2-ci maddəsi xaric edilmiş, sonuncuya CM-in 32.4, 312.2-ci maddəsi ilə və CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş və o, CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək ona həmin maddə əsasında 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra – ## ###### 2025-ci il tarixdə məhkum Məhkum müdafiəçisi M.Ə.Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti verərək eyni zamanda həmin şikayətin verilməsi üçün buraxdığı müddətin bərpa edilməsinə dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Quliyev Vüqar Elbrus oğlu) # ###### 2026-cı il tarixli qərarı ilə məhkumun müdafiəçisi M.Ə.Əliyevin vəsatəti təmin edilməmişdir. Daha sonra, məhkum Məhkum müdafiəçisi M.Ə.Əliyev # ###### 2026-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin # ###### 2026-cı il tarixli qərarından apellyasiya şikayəti və həmin şikayətin verilməsi üçün buraxdığı müddətin bərpasına dair vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Məhkum Məhkum müdafiəçisi M.Ə.Əliyev # ###### 2026-cı il tarixdə hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarından kassasiya şikayəti verərək eyni zamanda həmin şikayətin də verilməsi üçün buraxdığı müddətin bərpa edilməsinə dair vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ibrahimli Ibrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) # ###### 2026-cı il tarixli qərarı ilə müdafiəçinin vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2026-cı il tarixli qərarından müdafiəçi M.Ə.Əliyev kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə və kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bəzi maddələrinə və məhkum Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi M.Ə.Əliyev həmin şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin qəbuledilməz vəziyyətə düşməsi, yəni onun eyni vaxtda və eyni xarakterli cinayət əməllərini törətdiyinə görə başlanmış cinayət işlərinin suni sürətdə başqa-başqa icraatlara ayrılması nəzərə alınaraq dəfələrlə ibtidai araşdırma orqanı qarşısında və məhkəmə iclaslarında həmin işlərin bir icraatda birləşdirilməsi barədə vəsatətlər qaldırılmış, lakin həmin vəsatətlər əsassız olaraq təmin edilməmiş, nəticədə isə Məhkum barəsində ayrıayrılıqda iki hökm çıxarılmışdır. Bu hal isə Məhkum barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin # ###### 2024-ci il tarixli hökm çıxarılarkən CM-in 66.5-ci maddəsinə əsasən ona həmin hökmlə və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarı ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəzanın təyin edilməsi üçün əsas yaratmış, digər tərəfdən isə birinci cinayət işi üzrə zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə baxmayaraq məhkum olunmuş şəxsə ## ###### 2024-cü il tarixli qərarla təyin olunmuş cəza yüngülləşdirilmədən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzanın yüngülləşdirilməsini mümkünsüz etmişdir. Belə halın aradan qaldırılması və Məhkum barəsində ədalətli qərarın qəbul edilməsi üçün isə ## ###### 2024-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış bərpa edilməli, həmin şikayətə isə mahiyyəti üzrə baxılaraq cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla Məhkum göstərilən qərarla təyin edilmiş cəza yüngülləşdirilməlidir. Odur ki, müdafiəçi M.Ə.Əliyev qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin # ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2026-cı tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, məhkum Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPMin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkum Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlillərinə cəvab olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da vurğulayır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Bu hüquq həmçinin cinayət-prosessual qanunvericiliyində də əksini tapmış və Azərbaycan Respublikasında üçpilləli məhkəmə sisteminin yaradılması və fəaliyyət göstərməsi nəzərə alınaraq hər bir məhkum olunmuş şəxsin onun barəsindəki birinci insansiya məhkəməsinin ittiham hökmündən və ya digər yekun qərarından apellyasiya şikayəti, apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından isə - kassasiya şikayəti vermək hüququna malik olması müəyyən edilmişdir. Belə ki, CPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçısının cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır. CPM-in 35.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək aşağıdakı hüquqları həyata keçirir: 35.2.1. barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını xahiş etmək; 35.2.2. barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək. CPM-in 35.3-cü maddəsinin tədəbinə görə isə, məhkumun bu Məcəllənin 35.1 və 35.2-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. CPM-in 12.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə icraatının sonsuz davam etməsinin qarşısının alınması, digər tərəfdən isə cinayət mühakimə icraatında hüquqi müəyyənlik prinsipinin də təmin edilməsi üçün qanunverici aşağı instansiya məhkəmələrinin yekun məhkəmə aktlarından müvafiq olaraq apellyasiya və ya kassasiya şikayətlərinin (protestlərinin) verilməsi üçün müxtəlif müddətlər müəyyən etmişdir. Ümumilikdə, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunvericilik cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Eyni zamanda hər bir məhkum olunmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici apellyasiya və ya kassasiya şikayətinin (protestinin) verilməsi üçün müxtəlif müddətlərlə yanaşı həmin müddətlər üzrlü səbəblərdən buraxıldığı hallarda bu müddətlərin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Bu haqda müraciətlər olduqda isə məhkəmənin vəzifəsi müddətin həqiqətən qanunvericilikdə göstərilən üzrlü səbəblərdən buraxılıb-buraxılmamasını yoxlamaq, yəni müddətlərin bərpa edilməsini xahiş edən proses iştirakçısının irəli sürdüyü dəlilləri təsdiq və ya təkzib edən sübutları araşdırmaq və yalnız bundan sonra belə müraciətlər üzrə əsaslandırılmış qərarlar qəbul etməkdir. Belə araşdırma aparılmadan istər müddətin bərpa edilməsi, istərsə də müddətn bərpa edilməsindən imtina olunması haqqında qəbul edilmiş qərar isə əsaslı və qanuni sayıla bilməz. Bu təfsirin prizmasından yanaşaraq məhkəmə kollegiyası əvvəla apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Ilk növbədə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin hökmlərindən və ya digər yekun qərarlarından kassasiya şikayətinin verilməsi müddətləri CPM-in 410.1-ci maddəsi ilə tənzimlənir. ## #### 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının ## #### 2020-ci il tarixli Qanunu ilə isə bu maddəyə bir sıra dəyişikliklər edilmiş və həmin Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-in 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin, göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş “Keçid müddəalarında” müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. CPM-in 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1 -ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir. CPM-in 411-ci maddəsinin tələblərinə görə, kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkum barəsindəki cinayət işinin materiallarından görünür ki, ## #### 2020-ci il tarixli Qanunla CPM-in 410-cu maddəsinə edilmiş dəyişikliklər qüvvəyə mindikdən sonra hazırkı cinayət işi üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarı apellyasiya protestinə məhkəmə baxışı iclasında bilavasitə iştirak etmiş məhkum Məhkum, onun müdafiəçisi Həsənova Sevinc Eldar qızının və dövlət ittihamçısının iştirakları ilə elan edilmiş, qərarın surəti isə məhkum Məhkum təqdim edilməsi üçün ## ###### 2024-cü il tarixli *(***)-***/**** saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Istintaq Təcridxanasına göndərilmişdir. Məhkum Məhkum müdafiəçisi M.Ə.Əliyev isə yalnız # ###### 2026-cı il tarixdə, yəni Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarının onun elan edildiyi vaxtdan 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün, məhkum olunmuş şəxsə təqdim edilyi vaxtdan isə 1 (bir) il 11 (on bir) ay 21 (iyirmi bir) gün sonra kassasiya şikayəti verərək eyni zamanda bu şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət qaldırmış, vəsatətində isə göstərilən müddəti buraxmasının səbəblərini hüquqlarını müdafiə etdiyi şəxsin birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti verməməsi, sonradan həmin şikayətin verilməsi üçün buraxılımış müddətin bərpa edilməməsi, birinci cinayət işi üzrə zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə baxmayaraq onun apellyasiya instansiyası məhkəməsinin qərarı ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsinin mümkün olmaması ilə izah etmişdir. Məhkəmə kollegiyası müdafiəçi M.Ə.Əliyevin vəsatətinin təmin edilməməsi haqqında apellyasiya instansiyası məhkəməsinin # ###### 2026-cı il tarixli qərarını qanuni və əsaslı hesab edərək vurğulayır ki, CPM-in 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-in 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-in 411.2.1-ci maddəsi); - CPM-in 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-in 411.2.1-ci maddəsi). Məhkum barəsindəki cinayət işinin materiallarından görünür ki, məhkum və onun müdafiəçisi işə apellyasiya instansiyası məhkəməsində baxılmasında və iş üzrə yekun qərarın elan edilməsində iştirak etmələrinə, bu qərarın qanunda nəzərdə tutulmuş müddətdə məhkum olunmuş şəxsə verilməsinə baxmayaraq, həm sonuncu, həm də onun müdafiəçisi CPM-in 410.1.4-cü maddəsində nəzərdə tutulmuş 12 (on iki) ay müddət ərzində kassasiya şikayəti verməmiş, bu müddətin buraxılması üçün isə heç bir üzrlü səbəb olmamış və müdafiəçi özü də istər vəsatətində, istərsə # ###### 2026-cı il tarixli qərardan verdiyi kassasiya şikayətində belə səbəblərə istinad etməmişdir. Halbuki, CPM-in 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətə, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayətinə istənilən səbəb və onu təsdiq edən bu və ya digər sənəd, məhkəmə aktı və s. deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən, buna görə də vəsatət qaldırmaq və kassasiya şikayəti vermək hüququna malik olan şəxsin kassasiya şikayətini vaxtında vermək imkanından məhrum olmasını təsdiq edən sübutlar göstərilməklə onlar vəsatətə əlavə edilməlidir. Iş materiallarından, o cümlədən məhkum Məhkum müdafiəçisi M.Ə.Əliyev tərəfindən verilmiş vəsatətdən Məhkum barəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra onun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş onun iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, həm Məhkum, həm də onun digər müdafiəçisi S.E.Həsənovanın ## ###### 2024-cü il tarixli qərardan kassasiya şikayətini vaxtında vermələri üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onların hər ikisinin apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtları və imkanları olsa da, onlar sonradan öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişlər. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və bu baxımdan məhkum Məhkum müdafiəçisi M.Ə.Əliyevin # ###### 2026-cı il tarixli qərardan verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqda məhkumun müdafiəçisi M.Ə.Əliyevin, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin # ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, bu qərardan verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum müdafiəçisi M.Ə.Əliyevin kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin # ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-393/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-393/2026
30.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver