Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-395/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası – hakimlər Abdullayev Ilkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hacıyeva Nuran Fəzli qızının, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun, məhkum Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə (hakimlər: T.Q.Hüseynov (sədrlik edən), F.A.Namazov və A.A.Qurbanovadan ibarət tərkibdə) ## ####### 1993-cü ildə Bakı şəhərində şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu Məmmədli kəndində qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarı ilə əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 (bir) il 25 (iyirmi beş) günlük hissəsindən vaxtından əvvəl şərti azad edilmiş Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamdan həmin Məcəllənin 234.4.1-ci maddəsi xaric edilmiş, o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2024-cü ildən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), Z.V.Ibrahimov və M.A.Məmmədovdan ibarət tərkibdə) məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü dəyiqşdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2,972 qram olan külli miqdarda qəhvəyi rəngli maddələr kustar üsula hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və ümumi təmiz çəkisi 2,776 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini Bakı şəhəri, Suraxanı rayonu ərazisində gizlədilmiş yerdən əldə edib üzərində saxlayaraq daşımış, ## ###### 2024-cü il tarixdə, saat 00:20 radələrində ünvan 1 ünvanın qarşısında özünü şübhəli apardığına görə həmin ərazidə xidmət aparan Nərimanov RPI-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nərimanov RPI-nin 16-cı Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə xidməti otaqda müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində olan qara rəngli dəridən hazırlanmış kiçik əl çantasından 4 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,079 qram, 0,043 qram, 0,247 qram, 2,603 qram olmaqla ümumi təmiz çəkisi 2,972 qram olan külli miqdarda qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,359 qram, 2,417 qram olmaqla ümumi təmiz çəkisi 2,776 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutlar tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilərək düzgün qiymətləndirilməmişdir. Belə ki, məhkəmələr Məhkum tutulduqdan sonra polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması, həmin təsir altında şəxsi axtarış zamanı və şübhəli şəxs qismində dindirilərkən öz əleyhinə ifadə verməyə məcbur edilməsi barədə dəlillərinə hüquqi qiymət verməmişlər. Eyni zamanda, şəxsi axtarış və götürmənin onun faktiki tutulmasından bir neçə saat sonra aparılması, həmin istintaq hərəkəti zamanı əl çantasına əvvəlcədən qoyulmuş heroin, metamfetamin və elektron tərəzinin guya ondan götürülmüş əşyalar kimi rəsmiləşdirilməsi, əslində isə həmin narkotik vasitələrin, psixotrop maddələrin və elektron tərəzinin ona məxsus olmaması barədə müdafiə tərəfinin arqumentləri də nəzərə alınmamışdır. Bundan başqa, ilkin istintaq hərəkətlərinin müdafiəçinin iştirakının təmin edilmədən aparılması da məhkəmələr tərəfindən araşdırılmamışdır. Müdafiə tərəfi hesab edir ki, göstərilən prosessual pozuntular nəticəsində məhkum əsassız olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə və saxlama əməlinə görə Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxarkən həyata keçirdiyi hüquqi yoxlamanın hüdudlarını təsbit edən Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Kassasiya instansiyası məhkəməsinin həyata keçirdiyi hüquqi yoxlamanın nəticələri üzrə səlahiyyətləri Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilir. Həmin maddədə nəzərdə tutulmuş əsaslardan ən azı biri müəyyən edildikdə kassasiya instansiyası məhkəməsi məhkəmə aktını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək səlahiyyətinə malikdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilərək qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi tələbini Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 – 416.1.3 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayəti ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkumun müdafiəçisinin kassasiya şikayətindən görünür ki, o, Məhkum narkotik vasitənin və psixotrop maddəninin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı cinayət əməlini törətmədiyini iddia etməklə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilmədiyi barədə mülahizəsini və bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının mübahisələndirməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, kassasiya şikayətinin dəlilləri mahiyyət etibarilə kassasiya instansiyası məhkəməsindən iş üzrə toplanmış sübutların yenidən tədqiq və qiymətləndirilməsini, habelə işin faktiki hallarının yenidən müəyyən edilməsini tələb etməyə yönəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxarkən yalnız cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə görə isə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmamış faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Deməli, kassasiya instansiyası məhkəməsi sübutları yenidən tədqiq və qiymətləndirməklə işin faktiki hallarını müəyyən etmək səlahiyyətinə malik olmayıb, yalnız aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanununun düzgün tətbiq edilib-edilmədiyini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə riayət olunubolunmadığını yoxlayır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını yenidən qiymətləndirə bilməz və buna görə də məhkumun kassasiya şikayətində məhkəmə qərarlarını mübahisələndirmək üçün irəli sürdüyü, iş üzrə müəyyən edilmiş faktiki hallara əsaslanmayan iddiaları mübahisələndirilən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, kassasiya şikayətində irəli sürülmüş dəlillər mahiyyət etibarilə apellyasiya şikayətinin dəlilləri ilə eynidir və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri yoxlayaraq birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanununun tətbiqi, habelə ibtidai istintaq və məhkəmə baxışı zamanı cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına riayət olunması barədə gəldiyi nəticələri düzgün hesab etmiş, məhkumun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsini istisna edən və ya ona bəraət verilməsi üçün əsas yaradan hər hansı hal müəyyən etməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətinin birinci dəlili, yəni pis rəftar nəticəsində məhkumun cinayət hadisəsi ilə əlaqəsini təsdiq edən sübutların əldə olunması baxımından iş üzrə olan sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət olunmasının düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, bu məzmunlu iddia məhkəmələr tərəfindən bu yöndə tədqiq olunmuş sübutlarla təkzib olunur. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli, ** saylı qərarının 25-ci bəndinə əsaslanaraq qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. Milli qanunvericilik və məhkəmə təcrübəsi ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi Insan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız həmin şikayətin əvvəlki paraqrafda qeyd edilən Cinayət-Prosessual Məcəlləsinin müvafiq müddəaları ilə müəyyən edilmiş qaydaya riayət edilməklə ölkədaxili prosedur daxilində qaldırılması və baxılaraq ona münasibətin bildirilməsindən sonra mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № *****/**, §§ 23-27, ## ###### 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № *****/**, §§ 12-20, ## ##### 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № ****/**, §§ 11-21, # ####### 2012-ci il). Baxılan cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis Idraəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaq aparılan cinayət işi üzrə Məhkum polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə ifadəsində göstərdiyi xüsusatlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru tərəfindən aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə toplanmış material üzrə ## ######## 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Iş materiallarından həmçinin görünür ki, həmin qərardan nə məhkum, nə də onun müdafiəçisi qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verməmiş, qərarın qanunsuz və ya əsassız olmasını təsdiq edən hər hansı dəlil də təqdim etməmişlər. Əksinə, məhkəmələr tərəfindən Məhkum götürülmüş mobil telefon aparatına baxış keçirilməsinə dair ## ######## 2024-cü il tarixli protokoldan, habelə onun istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və həmin nömrədən göndərilən mesajlara baxış keçirilməsinə dair ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, məhkum saxlanılanadək onun istifadəsində olan "WhatsApp" tətbiqinə və mobil telefon nömrəsinə hətta hadisə dövrünə təsadüf edən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar çoxsaylı mesajlar daxil olmuş və həmin nömrədən də bu məzmunda mesajlar göndərilmişdir. Bu hallar məhkumun mübahisələndirdiyi istintaq hərəkətləri zamanı verdiyi ifadələrin iş üzrə digər sübutlarla uzlaşdığını göstərir və onların etibarlılığına şübhə ilə yanaşılması üçün əsas yaratmır. Bu baxımdan, məhkəmə kollegiyası məhkumun ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən qanunsuz fiziki və ya psixoloji təsirə məruz qalması, bunun nəticəsində isə onun cinayət hadisəsi ilə əlaqəsini təsdiq edən sübutların əldə olunması barədə kassasiya şikayətində irəli sürülmüş iddiaların iş materialları ilə öz təsdiqini tapmadığı qənaətinə gəlir. Məhkəmə kollegiyası kassasiya müraciətinin ikinci dəlili, yəni müdafiəçi şahid1 # ###### 2024-cü il tarixdə saat 01:45–02:15-də həyata keçirilmiş tutma prosessual məcburiyyət tədbiri və saat 02:30–03:10-da Məhkum barəsində keçirilmiş şəxsi axtarış zamanı müvafiq prosessual hərəkətlərin keçirildiyi yerdə deyil, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən yaşayış yerində olması barədə iddiasına münasibətdə qeyd edir ki, həmin iddia iş üzrə araşdırılmış sübutlarla öz təsdiqini tapmır. Belə ki, məhkəmələr tərəfindən tədqiq edilmiş müdafiəçinin mobil telefonuna aid anten məlumatları, habelə şəxsi axtarış protokoluna əlavə edilmiş videoçəkiliş onun göstərilən vaxtda müvafiq prosessual hərəkətlərin keçirildiyi yerdə iştirakını təsdiq edir və əks nəticəyə gəlməyə əsas vermir. Beləliklə, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və tələblərinə uyğun, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılması və qiymətləndirilməsi zamanı prosessual qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinin tələblərinə uyğun yoxlanılaraq qiymətləndirilmiş, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən isə yolverilməz sübutlardan istifadə olunmamışdır. Adı çəkilən və iş üzrə digər sübutlar hökmdə, habelə apellyasiya instansiyası məhkəməsinin qərarında müdafiə tərəfinin dəlilləri ilə müqayisəli şəkildə təhlil edilərək ətraflı qiymətləndirilmişdir. Məhkəmə kollegiyası həmin sübutların araşdırılması və qiymətləndirilməsi üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşır. Kassasiya müraciətində isə həmin nəticələri təkzib edən, aparılmış sübutetmənin obyektivliyini, tamlığını və hərtərəfliliyini şübhə altına almağa əsas verən hər hansı yeni və inandırıcı dəlil göstərilmədiyindən, məhkəmə kollegiyası sübutları yenidən təhlil etməyə, habelə hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını şübhə altına almağa əsas görmür. Məhkum barəsində cəzanın təyin edilməsi və həmin hissədə hökmün apellyasiya qaydasında yoxlanılması zamanı da məhkəmələr tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən cinayətlərin residivinin mövcudluğunu, habelə cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanın qanuni, əsaslı və ədalətli olması qənaətinə gələrək hökmü bu hissədə dəyişdirilmədən saxlamışdır. Beləliklə, aşağı instansiya məhkəmələri cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cinayətlərin residivinə görə cəzanın təyin edilməsinə və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 58, 59, 61, 65.2 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, habelə Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Şərh olunanlar və cinayət işinin materialları apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, həmin qərar qəbul edilərkən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayətində istinad edilən 416.1.1–416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunmasına, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışını dinləyərək, şərh olunan əsaslara görə məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməməsi, onun barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənləri rəhbər tutaraq və Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan ## ###### 2026-cı il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-395/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-395/2026
24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver