AzərbaycanRespublikasıadından Qərar Bakışəhəri İş№1(1-8)-46/2026 13.05.2026 ALIMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdanibarəttərkibdə, PərvizMüseyiboğluHacıyevinkatibliyiilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxs Asghar Razzaghi, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və məhkumMəhkumiştiraklarıilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2025-ci il tarixli 1(103)- 1594/2025 nömrəli hökmdən zərərçəkmiş şəxs Asghar Razzaghinin nümayəndəsi Nümayəndə tərəfindənverilmişkassasiyaşikayətinəmahiyyətiüzrəbaxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Kərimov (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və Leyla Əsgərova-Məmmədova) 25 oktyabr 2023-cü il tarixli 1(101)- 247/2023nömrəlihökmüilə 4 may 1959-cu il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, II qrup əlil, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 5 “A” ünvanında qeydiyyatda olmaqla faktikiolaraqünvan2ünvanındayaşayanMəhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 9 (doqquz) gün müddət cəza müddətinə daxil edilib həmin müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla onun tərəfindən çəkilməli cəzanın qalıq müddəti 2 (iki) il 7 (yeddi) ay 12 (on iki) gün müəyyən olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 1000 (min) manat cərimə cəzası CM-in 66.5-ci maddəsinin tələblərinə əsasən hazırkı hökmlə toplanılmış, ona elan olunmuş ittihamdan onun Asghar Razzaghinin 48000 (qırx səkkiz min) manatını ələ keçirməsi hissəsi cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbindən, Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 39.1.3-cü maddəsində göstərilən əsaslarla xaric olunmuş, Asghar Razzaghinin təqsirləndirilən şəxs Məhkum 304.000 (üç yüz dörd min) manat pulun devalvasiyası nəticəsində əldən çıxmış fayda olaraq 286.368 (iki yüz səksən altı min üç yüz altmış səkkiz) manat, cəmi 590.368 (beş yüz doxsan min üç yüz altmış səkkiz) manat məbləğində pulun alınaraq ona verilməsini, tələbin cavabdeh tərəfindən Bakı şəhəri Baş Polis İdarəsinin depozit hesabına qoyulmuş 25.000 (iyirmi beş min) manat pula, hökmün icrası zamanı bazar qiyməti müəyyən edilərək cavabdehin xüsusi mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən 3 otaqlı mənzilə yönəldilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rusumu üçün ödənilmiş 883 (səkkiz yüz səksən üç) manat məbləğində pulun cavabdehdən tutulub ona verilməsi, mülki iddiasının qismən təmin edilərək 304.000 (üç yüz dörd min manat) manat pulun alınması, təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl nəticəsində dəymiş zərər 48.000 (qırx səkkiz min) manat həcmində təmin edilmiş, həmin məbləğin zərərçəkmiş şəxsə ödənilməsi üçün Bakı şəhəri Baş Polis İdarəsinin depozit hesabına qoyulmuş 25.000 (iyirmi beş min) manat pul zərərçəkmiş şəxsə ödənilməsi, qalıq məbləği təşkil edən 23.000 (iyirmi üç min) manat təqsirləndirilən şəxs Məhkum tutulub zərərçəkmiş şəxs Asghar Razzaghiyə ödənilməsi, iddia tələbinin qalan hissədə (əldən çıxmış fayda nəticəsində vurulmuş zərər) baxılmamış saxlanmasıhökmedilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hüquq sahəsində ali təhsilə və iş təcrübəsinə malik olmadığı halda ali tibb təhsilini xaricdə davam etdirmək istəyən Azərbaycan Tibb Universitetinin tələbəsi zərərçəkmiş şəxs2 yalandan özünü hüquqşünas kimi təqdim edərək dövlət xətti ilə xaricdə təhsil alınması ilə bağlı hüquqi məsələlərin tənzimlənməsində təcrübəsinin və bu sahədə geniş əlaqələrinin olduğuna inandırıb etibarını qazandıqdan sonra tibb sahəsində ali təhsilini davam etdirmək üçün onun Türkiyə Respublikasının Eskişehir Osmangazi Universitetinə tələbə kimi köçürülməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti və səlahiyyəti olmadan bu adla 2017-ci ilin may ayından həmin ilin noyabr ayının əvvəllərinə kimi olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri Yasamal rayonu ərazisində müxtəlif yerlərdə, sonuncu dəfə isə Bakı şəhəri, Yasamal rayonu, Bakı Metropoliteninin “Nizami” stansiyasının qarşısında hissə-hissə olmaqla ümumilikdə 7.000 manat pul vəsaitini və guya Quba rayonundan olduğu üçün bu məsələləri həll edən şəxslərə hörmət əlaməti olaraq bəxşiş vermək adı ilə 100 manat dəyərində alma məhsulunu zərərçəkmiş şəxs2 alıb vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 7.100 manat məbləğində xeylimiqdardamaddiziyanvurmaqladələduzluqetmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs3 dövlət tərəfindən xəstəliyə görə pensiya təyin edilməsi məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti və səlahiyyəti olmadığı halda bu adla 2019-cu ilin iyul ayının ortalarında zərərçəkmiş şəxs3 ünvan 1 ünvanının qarşısında 4200 manat pul vəsaitini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 4200 manat məbləğində maddi ziyanvurmaqlatəkrardələduzluqetmişdir. Bu epizodlarla yanaşı ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən İran İslam Respublikasının vətəndaşı Asghar Razzaghiyə özünü daşınmaz əmlak alqı-satqısı və sənədləşməsi işləri ilə məşğul olan və bu sahədə geniş əlaqələrə malik şəxs kimi təqdim edərək Asghar Razzaghinin gələcəkdə bina inşa etmək üçün torpaq sahəsi almaq istədiyini bildikdə bu məsələdə özünün yaxından köməklik göstərə biləcəyini deyərək Bakı şəhəri ərazisində bir neçə ünvanda boş torpaq sahələrini, o cümlədən Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi 23 ünvanında şose yolunun kənarında yerləşən və yaşıllıq ərazisi hesab edilən 600 kvadrat metr torpaq sahəsini göstərib guya sonuncu torpaq sahəsinin özünə məxsus olması barədə yalan məlumat verərək həmin torpaq sahəsini ilkin olaraq 250.000 manata Asghar Razzaghiyə almağı təklif etmiş və deyilən məbləği bir dəfəyə ödəyə bilməyəcəyi halda ödənişlərin hissə-hissə edilməsi ilə bağlı ona şərait yaradacağını deyib inam və etibarını qazandıqdan sonra qeyd edilən torpaq sahəsi ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın Asghar Razzaghinin arvadı şahid8 adına rəsmiləşdirəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadığı halda razılaşdıqları məbləğin ödənilməsi və hadisələrin sonrakı gedişində guya torpaq sahəsinin sənədləşdirilməsi, ərazidən keçən qaz xəttinin yerinin dəyişdirilməsi və digər məsələlərin həlli üçün lazım olan əlavə xərclərin ödənilməsi adı ilə Asghar Razzaghidən 2 iyul 2010-cu il tarixindən 19 mart 2013-cü il tarixinədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 147 ünvanında Asghar Razzaghinin fəaliyyət göstərdiyi ofisdə, Bakı şəhəri ərazisində müxtəlif yerlərdə, sonuncu dəfə isə Asghar Razzaghinin kirayə yaşadığı ünvan 3 “V” ünvanının qarşısında hissə-hissə olmaqla ümumilikdə 304.000 manat pul vəsaitini Asghar Razzaghidən alıb vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs Asghar Razzaghiyə 304.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Anar Tanrıverdiyev) 25 dekabr 2023-cü il tarixli 1(103)- 2350/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 1(101)-247/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum müdafiəçisi Məmiyev İsa Haqverdi oğlu, zərərçəkmiş şəxs (mülki iddiaçı) Asghar Razzaghinin nümayəndəsi Nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, dövlət ittihamçısı Mirzəyev Elvin Elçin oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlkin Rəcəbov (sədrlik edən və məruzəçi), Teyyub Muxtarov və İlqar Qılıcov) 4 iyul 2024-cü il tarixli 1(102)-1141/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli 1(103)-2350/2023 nömrəli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmiş, dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxs Asghar Razzaghinin nümayəndəsi Nümayəndətərəfindənverilmişkassasiyaşikayətitəminedilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qurbanov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahimov) 23 yanvar 2025-ci il tarixli 1(103)-88/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 1(101)-247/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum müdafiəçisi Məmiyev İsa Haqverdi oğlu, zərərçəkmiş şəxs (mülki iddiaçı) Asghar Razzaghinin nümayəndəsi Nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, dövlət ittihamçısı Mirzəyev Elvin Elçin oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Şahin Yusifov (sədrlik edən və məruzəçi), Ələsgər Novruzov və Rəşad Abdulov) 17 iyun 2025-ci il tarixli 1(102)-1369/2025 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli 1(103)-88/2025 nömrəli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmiş, dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxs Asghar Razzaghinin nümayəndəsi Nümayəndətərəfindənverilmişkassasiyaşikayətitəminedilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mehriban Qarayeva (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Zəfər Əhmədov) 29 sentyabr 2025-ci il tarixli 1(103)-1594/2025 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 1(101)-247/2023 nömrəli hökmü ləğv edilmiş, yeni hökm ilə məhkum Məhkum Azərbaycan Respublikasının CM-in 178.2.2, 178.2.4 və 29,178.3.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 75.1.1, 75.1.2 və 75.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən ona cəza təyin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 1000 (min) manat cərimə cəzası müstəqil icra olunması hökm edilmiş, mülki iddia qismən təmin edilmiş məhkum Məhkum törədilmiş əməl nəticəsində dəymiş zərərə görə 48.000 (qırx səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi mütənasib olaraq 234 (iki yüz otuz dörd) manat pul vəsaiti mülki iddiaçı Asghar Razzaghinin xeyrinə tutulmuş, iddia tələbi qalan hissədə (əldən çıxmış fayda nəticəsində vurulmuş zərər) baxılmamış saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məmiyev İsa Haqverdi oğlunun apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı Mirzəyev Elvin Elçin oğlu tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs Asghar Razzaghinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qisməntəminedilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2025-ci il tarixli 1(103)-1594/2025 nömrəli hökmündən kassasiya şikayəti verərək hökmün dəyişdirilməsi, məhkum Məhkum CM-in 178.3.2-ci maddəsi ilə cəza təyin edilməsi və mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs Asghar Razzaghinin nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.3.2ci maddəsinə tövsif edilərək ona həmin maddə ilə qanunla müəyyən edilmiş qaydada cəza təyinedilməlimülkiiddianıntamtəminedilməsibarədəqərarçıxarılmalıdır. Belə ki, zərərçəkmiş şəxs Asghar Razzaghi öz ofisində 2010-cu ilin yay aylarından 2013cü ilin mart ayının ortalarına qədər Məhkum 48.000 manat da daxil olmaqla hissə-hissə cəmi 304.000 manat pul vermişdir. Asghar Razzaghi ifadələrində pulları Məhkum verdiyi yer və vaxt, məbləğləri barədə ətraflı göstərmişdir. Məhkum ondan müxtəlif şəxslərə vermək, halallıq üçün vəsairbəhanələrləaldığıbütünpullardaxilolmaqlacəmi304.000minmanatpulalmışdır. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı onun tərəfindən Azərbaycan Respublikası “MBA LTD” MMC Qiymətləndirini Şirkətinə edilmiş sorğuya cavab olaraq verilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 27 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, 2010-cu ilin iyul ayına ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin bir sotunun dəyəri 150 minmanat,tikilinin1kv.metri1000manattəşkiledib. İbtidai istintaq və məhkəmə baxışı zamanı dindirilmiş, ifadələri elan edilmiş şahidlər Asghar Razzaghinin ifadələrində göstərilmiş xüsusatları və iş üçün əhəmiyyətli digər halları təsdiq etmişlər. Hər dəfə məhkəmə kollegiyaları qərar və hökmdə işin hallarını, ifadələri səs yazılarının digər sübutları düzgün şərh etməmiş, iş üzrə tam olaraq obyektiv və tərəfsiz hüquqi nəticəyəgələbilməmişdir. Sonuncu Apellyasiya Məhkəməsi Məhkum əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olmasını, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar, o cümlədən onun, habelə zərər çəkmiş şəxsin və şahid ifadələri ilə bu əməllərin onun tərəfindən törədilməsinin sübut olunduğunu və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunduğunu göstərsə də, əsassız olaraq onun əməlində zərər çəkmişə məxsus 304 min manat məbləğində pulun dələduzluq yolu ilə mənimsənilməsi ilə razılaşmamış, təqsirləndirilən şəxsin əməlini 150.000 manat külli miqdarda əmlakı ələ keçirməyə yönəlmiş niyyətinə uyğun olaraq məhz həmin miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilmiş və buna müvafiqolaraqonunəməliniCM-in 29,178.3.2-cimaddəsiilətövsifedilmişdir. Məhkəmə kollegiyası Asghar Razzaghiyə qarşı törətdiyi ağır cinayətə cəhd hesab edilən dələduzluq əməlini 2 iyul 2010-cu il tarixindən 19 mart 2013-cü il tarixinədək törədildiyini göstərsə də CM-in 75-ci maddəsini həmin hala düzgün tətbiq etməmiş, müddətin axımının başlanmasını 2010-cu ildə beh barədə qəbzin tərtib edildiyi vaxta aid etmişdir. Nəticədə ağır cinayət əməli törətmiş Məhkum barəsində qanunsuz olaraq cəzasız hökm çıxarılmış və o, ağır cəzadanyaxaqurtarabilmişdir. Məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə beh müqaviləsi vahid niyyətlə eyni məqsədlə bağlanıb. Təqsirləndirilən şəxs 2010-cu ildə 48 min manat, 19 mart 20213-cu il tarixdə isə 20 min manat ələ keçirib. Sonra isə özündən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyib, yəni daha çox pul ələ keçirmək imkanında olmayıb. Ona görə də, cinayət məsuliyyətinə cəlb etmə müddətinin 19 mart 2013-cü il tarixdən başlamışdır. 19 mart 2013-cü il tarixdən 29 sentyabr 2025-ci il tarixədək (apellyasiya instansiyasının sonuncu hökmünün çıxarıldığı tarix) cinayət məsuliyyətinə cəlb etmə müddəti 12 il beş ay 4 gün keçib. Ancaq məhkəmə kollegiyası 29 sentyabr 2025-ci il tarixdə hökm çıxararkən əvvəlki iki apellyasiya instansiyası məhkəməsinin qərarlarının Alı Məhkəmə tərəfindən ləğv edildiyi, yəni qüvvədən düşdüyü vaxtadək olan müddətin hesablanmadığını nəzərə almayıb. Birinci halda həmin müddət 7 ay 11 günə, ikinci halda isə 4 ay 26 günə, cəmi 11 ay 7 günə bərabər olub. Həmin aralıq vaxt nəzərə alınarsa hökm çıxarılarkən 12 illik cinayət məsuliyyətinə cəlb etmə müddətinin 6 ay 3 günü qalıb. Məhkəmə kollegiyası müddəti düzgün hesablamadığından məhkumbarəsindəqanunsuzolaraqcəzasızhökmçıxarıb. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətitəminolunmadansaxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkum Məhkum zərərçəkmiş şəxs Asghar Razzaghiyə məxsus əmlakın ələ keçirilməsi əməlinin Azərbaycan Respublikası CM-in 29,178.3.2-ci maddəsi ilə tövsif edilməsi və CM-in 75.1.3-cü maddəsi ilə müəyyən edilmiş müddətlərin keçməsi ilə əlaqədar məhkumun barəsində cəza təyin etməməklə ittiham hökmün çıxarılması qanunsuzdur. Kassatorun fikrincə məhkumun əməli CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Həmçinin kassasiya şikayətində qeyd edilmişdir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarlarının iki dəfə Ali Məhkəmə tərəfindən ləğv edildiyi, yəni qüvvədən düşdüyü vaxtadək olan müddətin hesablanmadığı nəzərə alınmamışdır. Belə olan halda məhkəmənin hazırkı cinayət işi üzrə CM-in 75.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müddətlərinkeçməsibarədəgəldiyinəticəəsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən dəlillərinə münasibət bildirərək aşağıdakılarıqeydedir. İbtidai istintaq orqanı tərəfindən Məhkum zərərçəkmiş şəxs Asghar Razzaghiyə məxsus 304.000 manat məbləğində pulun dələduzluq yolu ilə ələ keçirilməsi barədə nəticəyə gəlib təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşvəcinayətişinibaxılmasıüçünməhkəməyəgöndərmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkətvəyahərəkətsizliyin)törədilməsicinayətməsuliyyətiyaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanıyalnızsübutlaraəsasənmüəyyənedilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuşsübutlarınmənbəyininmötəbərliyimüəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi ittiham və müdafiə tərəflərinin təqdim etdiyi sübutları məhkəmə iclasında tədqiq edərək belə nəticəyə gəlmişdir ki, həmin sübutlarla təqsirləndirilən şəxs Ş.Q.Mahmudovun zərərçəkmiş şəxsə məxsus 304.000 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirməsi təsdiq olunmur. Sübutlarla müəyyən olunur ki, Ş.Q.Mahmudov aldatma yolu ilə zərərçəkmiş şəxsə məxsus 150.000 manat məbləğində pulu ələ keçirməyə cəhd etmiş, lakin ondan asılı olmayan səbəblərdən niyyətini tam başa çatdıra bilməmiş, faktiki olaraq isə zərərçəkmişəməxsus48.000manatməbləğindəpuluələkeçirmişdir. Məhkəmə kollegiyası Ş.Q.Mahmudovun zərərçəkmiş şəxs Asghar Razzaghiyə aid epizod üzrə toplanmış sübutlara nəzər salaraq qeyd edir ki, məhkumun həmin epizod üzrə zərərçəkmişə məxsus 48.000 manatdan artıq məbləğdə pulu dələduzluq yolu ilə ələ keçirməsi barədənəticəzərərçəkmişşəxsAsgharRazzaghininifadələrinəəsaslanır. Apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxsin torpaq sahəsinin alınması ilə əlaqədar müxtəlif məsələlərin həlli üçün 02 iyul 2010-cu il tarixdən 19 mart 2013-cü il tarixədək hissə-hissə məhkuma ümumilikdə 304.000 manat pul verməsi barədə ifadələrini təhlil edərək, həmin ifadələrdə mövcud olan ziddiyyətləri və uyğunsuzluqları qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir ki, bu ifadələrin həqiqətə uyğunluğu ciddi şübhə doğurur. Buna görə də həminifadələrməhkumuntəqsirinitəsdiqedənmötəbərsübutkimiqəbulediləbilməz. Apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxs Asghar Razzaghinin 304.000 manat məbləğində pulun məhkuma verilməsi barədə ifadələrinin etibarlılığını şübhə altına alan ziddiyyətləri və uyğunsuzluqları öz hökmündə ətraflı göstərmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirməilərazılaşırvəhəminhallarıntəkrartəsviredilməsinizərurihesabetmir. Apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxsin apellyasiya şikayətinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, məhkum Məhkum zərərçəkmiş şəxsə məxsus və CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən külli miqdar hesab edilən pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsinə dəlalət edir və bu kimi hallarda dələduzluq əməli törətmiş şəxsin əməli faktiki əldə etdiyi əmlakın dəyərinə, yəni xeyli miqdara ya ondan az miqdara görə deyil, onun 150.000 manat, yəni külli miqdarda əmlakı ələ keçirməyə yönəlmiş niyyətinə uyğun olaraq məhz həmin miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilməlivəbunamüvafiqolaraqCM-in 29,178.3.2-cimaddəsiilətövsifedilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7№-li qərarının 33-cü bəndində qeyd edilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya küllimiqdardaziyanvurmaqladələduzluğacəhdetməkimiqiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun təqsiri barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv qiymətləndirmiş, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında məhkəmələrə verilmiş tövsiyələrə riayət etmişdir. Buna görə də apellyasiyainstansiyasıməhkəməsiningəldiyinəticəəsaslıhesabedilir. Belə olan halda, məhkum edilmiş şəxs Məhkum əməlində Azərbaycan Respublikası CMin 29,178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri mövcud olduğundan, həmin əməlin göstərilən maddələrlə tövsif edilməsi düzgün olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası məhkumun əməlinin hüquqi tövsifinə dair kassasiya şikayətində irəli sürülmüş dəlilləriniəsassızhesabedir. Həmçinin apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, məhkum Məhkum zərərçəkmiş şəxs Asghar Razzaghiyə qarşı törətmiş olduğu cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 75.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetməmüddətikeçmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, CM-in 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündənyeddiil keçdikdə və CM-in 75.1.3-cü maddəsinə əsasən ağır cinayətin törədildiyi gündənon ikiil keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittihamhökmününqanuniqüvvəyəmindiyianadəkhesablanır. Cinayət işinin materiallarından görünür ki, Məhkum zərərçəkmiş şəxs Asghar Razzaghiyə qarşı törətdiyi əməl üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hökm çıxarılanadək onikiildənartıqmüddətkeçmişdir. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, o cümlədən həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədəməhkəməqərarçıxarmağahaqlıdır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən isə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün CPM-in 42 və 43-cü maddələrində nəzərdə tutulmuş əsaslar olmadıqda, məhkəmə CPM-in 39.1.3-cü maddəsində göstərilən halda təqsirləndirilənşəxsəcəzatəyinetməməkləittihamhökmüçıxarır. İş materiallarından görünür ki, məhkum Məhkum zərərçəkmiş şəxs Asghar Razzaghiyə qarşı törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilməmiş, eyni zamanda həmin əmələ görə Azərbaycan Respublikası CM-in 75.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinəcəlbetməmüddətikeçmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 29,178.3.2-ci maddəsi ilə təqsirli bilib ona cəza təyin etmədən ittiham hökmü çıxarmaqla cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərini düzgün tətbiq etmişdir. Kassasiya şikayətində Ali Məhkəmə tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarının iki dəfə ləğv edilməsi ilə əlaqədar həmin qərarlar arasında keçən müddətin cinayət məsuliyyətinə cəlbetmə müddətinə daxil edilməməli olduğu göstərilmişdir. Lakin bu dəlil cinayət və cinayət-prosessual qanunvericiliyinin hər hansı normasına əsaslanmadığından, məhkəmə kollegiyasıonuəsaslıhesabetmir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətinin digər dəlili işə baxan məhkəmələrtərəfindənmülkiiddianıntamtəminedilməməsiiləbağlıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu məsələyə dair gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və ya hüquqi şəxs cinayət mühakimə icraatızamanıaşağıdakıhallardamülkiiddiaverməkhüququnamalikdir: ziyanbilavasitəcinayətqanunuilənəzərdətutulmuşəməlləvurulduqda; ziyancinayətqanunuilənəzərdətutulmuşəməlintörədilməsiiləəlaqədarvurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda, zərərçəkmiş şəxs ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, əmlakın bərpası və ya təmirinə çəkilmiş xərclərin, itirilmiş gəlirin, habelə mənəvi ziyanın ödənilməsini tələbedəbilər. Apellyasiya instansiyası məhkəməsinin hökmü ilə müəyyən edilmişdir ki, Şahin Mahmudov aldatma yolu ilə zərərçəkmiş şəxs Asghar Razzaghiyə məxsus 150.000 manat məbləğində əmlakı ələ keçirmək niyyəti ilə hərəkət etmiş, bu niyyətini qismən həyata keçirərək zərərçəkmiş şəxsdən beh qismində 48.000 manat pul almış, niyyəti ilə əhatə olunan qalan məbləğiisəöziradəsindənasılıolmayansəbəblərəgörəələkeçirəbilməmişdir. Bu hallar göstərir ki, törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə bilavasitə cinayət əməli ilə 48.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Buna görə də CPM-in 181.2-ci maddəsinin tələblərinə uyğun olaraq Asghar Razzaghinin həmin məbləğin Ş.Mahmudovdan tutulmasınıtələbetməkhüququyaranmışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin zərərçəkmiş şəxsin mülki iddiasını 48.000 manat məbləğində, habelə ödənilmiş dövlət rüsumunun mütənasib hissəsi olan 234 manat məbləğində təmin etməsi cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətinin dəlillərini əsassız, apellyasiya instansiyası məhkəməsininhökmününisəəsaslıvəqanunisayır. Həmin səbəblərdən də kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2025-ci il tarixli 1(103)-1594/2025 nömrəli məhkum Məhkum barəsində hökm zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsinin kassasiyaşikayətinəmünasibətdədəyişdirilmədənsaxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasıAzərbaycanRespublikasıCPM-in 419-cumaddəsinirəhbərtutaraq, QƏRARA ALIR: Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 29,178.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2025-ci il tarixli 1(103)-1594/2025 nömrəli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədənsaxlanılsın. Kassasiyaşikayətitəminedilməsin.
Məhkəmə qərarları › İş №1(1-8)-46/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-46/2026
13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver