Məhkəmə qərarları › İş №1(1-8)-47/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-47/2026

12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(1-8)-47/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyası hakimlәr Yusifov Şahin Yaşar oğlu (sәdrlik edәn vә mәruzәçi), Novruzov Əlәsgәr Əli Iskәndәr oğlu vә Abdulov Rәşad Mәhәrrәm oğlundan ibarәt tәrkibdә, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilә, dövlәt ittihamçısı – Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin kassasiya instansiyası mәhkәmәsindә dövlәt ittihamının müdafiәsi vә analitik tәhlil şöbәsinin böyük prokuroru Imranov Hafiz Beykәs oğlunun, zәrәr çәkmiş şәxslәr (mülki iddiaçılar) X4 vә X5 nümayәndәsi Babayev Vüqar Isa oğlunun vә mәhkum Mәhkum müdafiәçisi Zeynalov Orxan Rauf oğlunun iştirakları ilә, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ####### 2024-cü il tarixli hökmü ilә Mәhkum Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra mәtndә CM-in) 178.4-cü maddәsi ilә tәqsirli bilinib mәhkum olunmasına dair cinayәt işi üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2025-ci il tarixli qәrarından mәhkum Mәhkum müdafiәçisi O.R.Zeynalov tәrәfindәn verilmiş kassasiya şikayәtinә әsasәn işә baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ####### 2024-cü il tarixli hökmü ilә (hakimlәr Mәmmәdzadә Sәbinә Adil qız (sәdrlik edәn vә mәruzәçi), Mәmmәdov Əli Irfan oğlu vә Mәcidov Azad Əli Ağa oğlundan ibarәt tәrkibdә) Məhkum, ## ##### 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin # ###### 2023-cü il tarixli hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, CM-in 178.4-cü maddәsi ilә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinәrәk barәsindә CM-in 46.2-ci maddәsi tәtbiq edilmәklә 2 (iki) il müddәtә dövlәt vә yerli özünüidarәetmә orqanlarında rәhbәr vә maddi-mәsul vәzifә tutmaq hüququndan mәhrum edilmәklә 11 (on bir) il müddәtә azadlıqdan mәhrum etmә cәzasına, CM-in 66.5ci maddәsinә әsasәn isә hazırkı hökm üzrә tәyin olunmuş cәzalar Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin # ###### 2023-cü il tarixli hökmü ilә tәyin olunmuş cәzalarla qismәn toplanılmaqla qәti olaraq 3 (üç) il müddәtә dövlәt vә yerli özünüidarәetmә orqanlarında rәhbәr vә maddi-mәsul vәzifә tutmaq hüququndan mәhrum edilmәklә vә әsas cәzasını ciddi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәklә 12 (on iki) il müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum olunmuşdur. Hökmlә hәmçinin iş üzrә maddi sübut hesab edilmiş zәrәrçәkmiş şәxs2 mәxsus ümumilikdә 320.000 (üç yüz iyirmi min) manat mәblәğindә pulu qәbul etmәsinә dair Mәhkum tәrtib etdiyi etibarnamәnin, Mәhkum tәrәfindәn hәmin pul vәsaitini torpaq sahәlәrinin sәnәdlәşdirilmәsi üçün alınmasına dair etirafedici 2 әdәd videogörüntünün köçürüldüyü 1 әdәd kompakt diskin, Mәhkumla şahid1 vә şahid5 arasında bağlanmış 1 milyon 400 min ABŞ dolları müqabilindә “xxxx” MMC-dәki 50 faizlik pay hüququnun әldә edilmәsinә dair ## ###### 2019-cu il tarixli razılaşmanın surәtinin, zәrәr çәkmiş X5nın mobil telefonuna baxış zamanı götürülmüş Mәhkumla “whatsapp” ani mesajlaşma mübadilә proqramında zavod әrazisini almaq adı ilә qәbul edilmiş pul vәsaitlәrinә dair 2015-ci ilin avqust ayında aparılmış yazışmadan çıxarışın, inam formalaşdırmaq üçün Mәhkum türk vәtәndaşlarını quşçuluq vә inәk fermasına aparmasına dair hәmin әrazidә çәkilmiş 2 әdәd fotoşәkilin cinayәt işinin materiallarında saxlanılması, zәrәr çәkmiş şәxslәr X4 vә X5 mülki iddialarının baxılmamış saxlanılması, zәrәr çәkmiş şәxs vә mülki iddiaçı zәrәrçәkmiş şәxs2 mülki iddiasının tәmin olunaraq maddi ziyana görә 320.000 (üç yüz iyirmi min) manat vә dövlәt rüsumunun ödәnilmәsinә görә 611 (altı yüz on bir) manat mәblәğindә pulun mülki cavabdeh Mәhkum tutularaq zәrәrçәkmiş şәxs2 xeyrinә ödәnilmәsi, elәcә dә Mәhkum barәsindә xüsusi müsadirәnin tәtbiq edilmәmәsi vә Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin ## #### 2021-ci il tarixli qәrarı ilә “xxxx” MMCnin nizamnamә kapitalında tәqsirlәndirilәn şәxs Mәhkum mәxsus olmuş 50 faiz payın üzәrinә qoyulmuş hәbsin götürülmәmәsi qәrara alınmışdır. Bundan başqa dövlәt ittihamçısı dövlәt ittihamçısı3 Mәhkum qarşı CM-in 32.4, 312.2-ci maddәsi üzrә ittihamdan bәraәtverici әsasla imtina etmәsi nәzәrә alınaraq Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ####### 2024-cü il tarixli qәrarı ilә hәmin hissәdә Mәhkum barәsindәki cinayәt tәqibinә xitam verilmişdir. Daha sonra, ## ####### 2024-cü il tarixli hökmdә olan anlaşılmazılığın hәll edilmәsi haqqında birinci instansiya mәhkәmәsinin ## ###### 2024-cü il tarixli qәrarı ilә hәmin hökmün tәsviri hissәsindә qeyd olunmuş “2025-ci il” tarixi “20215-ci il” kimi, hökmün giriş, tәsviri vә nәticә hissәlәrindә isә qeyd olunmuş “7 (yeddi) il müddәtә azadlıqdan mәhrum etmә cәzası” ifadәsinin “3 il müddәtә dövlәt orqanlarında vә yerli özünüidarә orqanlarında rәhbәr vә maddi-mәsul vәzifә tutmaq hüququndan mәhrum edilmәklә 7 (yeddi) il müddәtә azadlıqdan mәhrum etmә cәzası” ifadәsi kimi oxunması qәt edilmişdir. Işin halları: Birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәyә görә, Mәhkum CM-in 178.4-cü maddәsi ilә tәqsirli bilinәrәk mәhkum olunmuşdur ona görә ki, o, etibardan sui-istifadә etmә vә aldatma yolu ilә özgәnin әmlakını әlә keçirib ayrı-ayrı zәrәr çәkmiş şәxslәrә öz qulluq mövqeyindәn istifadә etmәklә külli vә xüsusilә külli miqdarda ziyan vurmaqla tәkrar dәlәduzluq törәtmişdir. Belә ki, Mәhkum tamah niyyәti ilә, etibardan sui-istifadә etmә vә aldatma yolu ilә özgәnin xüsusilә külli miqdarda әmlakını әlә keçirmәk mәqsәdi ilә Türkiyә Respublikası vәtәndaşları X4 vә bacısı X5 yalandan özünü etibarlı biznes tәrәfdaşı kimi tәqdim edib, hәmin әrәfәdә Azәrbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-tәşkilat mәsәlәlәri şöbәsinin sektor müdiri vәzifәsindә çalışan qayınatası X vasitәsi ilә Bakı şәhәri, Nizami rayonunda yerlәşәn köhnә zavod әrazisini ucuz qiymәtә alıb baha satacağı, alqı-satqıdan sonra ana mәblәği özlәrinә geri qaytarıb әldә olunan hәmin gәlirlә suni ot örtüklü futbol meydançası tikdirib istifadәyә vermәklә gәlir әldә edәcәklәrinә dair yalan vәd vermәklә onların inam vә etibarını qazanmış, bu mәqsәdlә Türkiyә Respublikası vәtәndaşları X4 vә X5ә mәxsus Azәrbaycan Respublikasının milli pul vahidi ilә hәmin dövrün mәzәnnәsinә uyğun olaraq 2.100.746,4 manat tәşkil edәn 2.003.000 (iki milyon üç min) ABŞ dolları mәblәğindә pul vәsaitini 2015-ci ilin avqust ayı әrzindә hissә-hissә olmaqla Bakı şәhәri, Nәsimi rayonu, metronun «28 May» stansiyası yaxınlığında nağd şәkildә qәbul etmәklә vahid niyyәtlә әhatә olunan qәsdlә әlә keçirmiş, әldә etdiyi özgәnin xüsusilә külli miqdarda әmlakını tәyinatı üzrә xәrclәmәyәrәk qeyd olunan mәblәğin hәmin dövrün mәzәnnәsinә uyğun olaraq 1.471.820 (bir milyon dörd yüz yetmiş bir min sәkkiz yüz iyirmi) manat tәşkil edәn 1.400.000 (bir milyon dörd yüz min) ABŞ dolları mәblәğindә olan hissәsini # ###### 2015-ci il tarixdә sahibkarlıq fәaliyyәti ilә mәşğul olan tanışları şahid1 vә şahid5 aylıq faiz ödәmәk şәrti ilә borca vermiş, sonuncular bir müddәt ödәniş edib sonrakı dövr әrzindә faiz borclarını vә әsas mәblәği ödәyә bilmәdikdә isә Ağdam rayonu, Əfәtli kәndi әrazisindә yerlәşәn «xxxx» MMC-nin nizamnamә kapitalındakı 50 faizlik pay hüququnu Mәhkum ## ###### 2019-cu il tarixli müqavilә әsasında öz adına rәsmilәşdirmәklә etibardan sui-istifadә etmә vә aldatma yolu ilә zәrәr çәkmiş şәxslәr X4 vә X5ә xüsusilә külli miqdarda 2.100,746,4 manat (iki milyon yüz min yeddi yüz qırx altı manat 4 qәpik) mәblәğindә maddi ziyan vuraraq dәlәduzluq etmişdir. Bundan başqa, Mәhkum tәkrarәn tamah niyyәti ilә, etibardan sui-istifadә etmә vә aldatma yolu ilә özgәnin külli miqdarda әmlakını әlә keçirmәk mәqsәdi ilә Türkiyә Respublikasının vәtәndaşı X4 yalandan özünü etibarlı biznes tәrәfdaşı kimi tәqdim edib hәmin әrәfәdә Azәrbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-tәşkilat mәsәlәlәri şöbәsinin sektor müdiri vәzifәsindә çalışan qayınatası X vasitәsi ilә ölkә әrazisindә yetişdirilәn pambıq mәhsullarının emalı üçün fabrik quracağına dair yalan vәd verib X4, hәmçinin sonuncunun birgә biznes fәaliyyәti hәyata keçirmәk üçün dәvәt etdiyi Türkiyә Respublikasının iş adamları X6 vә Y nizamnamә kapitalında müvafiq olaraq 19 faiz, 43 faiz vә 19 faizlik pay hüququna malik tәsisçi kimi ##.##.2019-cu il tarixdә qeydiyyatdan keçirmәklә direktoru olduğu “xxxx” Qapalı Sәhmdar Cәmiyyәtini tәsis etmiş, dövlәt qeydiyyatından keçmәsinә baxmayaraq faktiki fәaliyyәti mövcud olmayan, nizamnamә kapitalında özünün dә 19 faizlik pay hüququna malik olduğu şirkәtin fәaliyyәtә başlaması üçün ilkin kapital kimi vәsait lazım olması adı ilә 2019-cu ilin noyabr ayının әvvәllәrindә ünvan 3 ünvanında hәmin dövrün mәzәnnәsi ilә 170.000 (yüz yetmiş min) manat tәşkil edәn 100.000 (yüz min) ABŞ dolları mәblәğindә pul vәsaitini öz qulluq mövqeyindәn istifadә etmәklә X4 alıb etibardan sui-istifadә etmә vә aldatma yolu ilә әlә keçirәrәk zәrәr çәkmiş şәxs X4 külli miqdarda 170.000 (yüz yetmiş min) manat mәblәğindә maddi ziyan vurmaqla tәkrar dәlәduzluq etmişdir. Bundan başqa, Mәhkum tәkrarәn tamah niyyәti ilә, etibardan sui-istifadә etmә vә aldatma yolu ilә özgәnin külli miqdarda әmlakını әlә keçirmәk mәqsәdi ilә özünü zәrәrçәkmiş şәxs2 vәzifәli şәxslәrlә yaxın әlaqәsi olan şәxs kimi tәqdim edәrәk sonuncuya mәxsus ünvan 2 ünvanında yerlәşәn torpaq sahәsindәki anbar tikintisinin başa çatdırılmasına vә Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәtindәn “hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın Dövlәt reyestrindәn çıxarış”ın alınmasına hәmin әrәfәdә Azәrbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-tәşkilat mәsәlәlәri şöbәsinin sektor müdiri vәzifәsindә çalışan qayınatası X vasitәsi ilә nail olacağına, aidiyyәti vәzifәli şәxslәrә birbaşa yolla şәxsәn maddi nemәt olan 120.000 manat pul vәsaitinin rüşvәt qismindә verilmәsinin zәruri olduğunu bildirib yalan vәd vermәklә aldadaraq inam vә etibar qazandıqdan sonra bu adla Bakı şәhәri Suraxanı rayonu, Yeni Günәşli qәsәbәsi, S.Cәfәrov küçәsindә yerlәşәn «5 qardaş» adlı kafedә 2020-ci ilin may ayının sonlarında istintaqla müәyyәn edilmәyәn gündә 120.000 manat pulu aldatma vә etibardan sui-istifadә etmә yolu ilә nağd şәkildә alıb әlә keçirәrәk zәrәrçәkmiş şәxs2 külli miqdarda 120.000 manat mәblәğindә maddi ziyan vurmaqla tәkrar dәlәduzluq etmiş, hәmçinin vәzifәli şәxsә xidmәti sәlahiyyәtlәrinin icrası ilә әlaqәdar zәrәrçәkmiş şәxs2 xeyrinә edәcәyi bilә-bilә qanunsuz hәrәkәtin müqabilindә birbaşa yolla özü vasitәsi ilә maddi nemәt olan 120.000 manat pul vәsaitinin rüşvәt qismindә verilmәsinә zәrәrçәkmiş şәxs2 digәr üsullarla tәhrik etmişdir. Bundan başqa, Mәhkum tәkrarәn tamah niyyәti ilә, etibardan sui-istifadә etmә vә aldatma yolu ilә özgәnin külli miqdarda әmlakını әlә keçirmәk mәqsәdi ilә özünü zәrәrçәkmiş şәxs2 vәzifәli şәxslәrlә yaxın әlaqәsi olan şәxs kimi tәqdim edәrәk sonuncuya mәxsus Qaraçuxur bәlәdiyyәsinin ##.##.2009-cu Il tarixli müqavilәsi vә Suraxanı Rayon Mәhkәmәsinin ##.##.2014-cü il tarixli qәtnamәsi ilә istifadә hüququ әldә edilmiş Bakı şәhәri, Suraxanı rayonu, Yeni Günәşli qәsәbәsi «AB» yaşayış sahәsindә yerlәşәn 3.000 (üç min) kv.metr torpaq sahәsinә Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәtindәn “hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın Dövlәt reyestrindәn çıxarış”ın alınmasına hәmin әrәfәdә Azәrbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-tәşkilat mәsәlәlәri şöbәsinin sektor müdiri vәzifәsindә çalışan qayınatası X vasitәsi ilә nail olacağına, aidiyyәti vәzifәli şәxslәrә birbaşa yolla şәxsәn maddi nemәt olan 200.000 manat pul vәsaitinin rüşvәt qismindә verilmәsinin zәruri olduğunu bildirib yalan vәd vermәklә aldadaraq inam vә etibar qazandıqdan sonra bu adla Bakı şәhәri Suraxanı rayonu, Yeni Günәşli qәsәbәsi, S.Cәfәrov küçәsindә yerlәşәn «5 qardaş» adlı kafedә 2020-ci ilin iyun ayının ortalarından hәmin ilin iyul ayının ortalarınadәk olan müddәt әrzindә 200.000 manat pulu hissә-hissә olmaqla vahid niyyәtlә әhatә olunan qәsdlә aldatma vә etibardan sui-istifadә etmә yolu ilә nağd şәkildә alıb әlә keçirәrәk zәrәrçәkmiş şәxs2 külli miqdarda 200.000 manat mәblәğindә maddi ziyan vurmaqla tәkrar dәlәduzluq etmiş, hәmçinin vәzifәli şәxsә xidmәti sәlahiyyәtlәrinin icrası ilә әlaqәdar zәrәrçәkmiş şәxs2 xeyrinә edәcәyi bilә-bilә qanunsuz hәrәkәtә görә birbaşa yolla özü vasitәsi ilә maddi nemәt olan 200.000 manat pul vәsaitinin rüşvәt qismindә verilmәsinә zәrәrçәkmiş şәxs2 digәr üsullarla tәkrarәn tәhrik etmişdir. Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ####### 2024-cü il tarixli hökmündәn zәrәr çәkmiş şәxslәr (mülki iddiaçılar) X4 vә X5 Turhan Ahmet qızının nümayәndәsi - fәrdi qaydada fәaliyyәt göstәrәn vәkil V.İ.Babayev vә mәhkum Mәhkum tәrәfindәn verilmiş apellyasiya şikayәtlәrinә әsasәn işә baxan Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının (hakimlәr Ibrahimov Zamin Vәliyәddin oğlu (sәdrlik edәn vә mәruzәçi), Babayev Qәdim Xalid oğlu vә Mәmmәdov Murad Akif oğlundan ibarәt tәrkibdә) ## ###### 2025-ci il tarixli qәrarı ilә mәhkum Mәhkum apellyasiya şikayәti tәmin edilmәmiş, nümayәndә V.İ.Babayevin apellyasiya şikayәti isә qismәn tәmin edilәrәk hökm hәmin şikayәtә münasibәtdә dәyişdirilmiş, hökmdәn “iş üzrә zәrәrçәkmiş şәxslәr X4 vә X5 mülki iddia әrizәsi baxılmamış saxlanılsın” müddәaları xaric edilmiş, mülki iddiaçılar X4 vә X5 mülki iddiaları tәmin edilәrәk onlara maddi ziyanın vurulmasına görә 2.270.746,40 (iki milyon iki yüz yetmiş min yeddi yüz qırx altı manat qırx qәpik) manat, dövlәt rüsümün ödәnilmәsinә görә isә 1926 (min doqquz yüz iyirmi altı) manat mәblәğindә pulun mülki cavabdeh Mәhkum tutulub mülki iddiaçıların xeyrinә ödәnilmәsi qәt edilmiş, hökm qalan hissәlәrdә isә dәyişdirilmәdәn saxlanılmışdır. Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2025-ci il tarixli qәrarından zәrәr çәkmiş şәxslәr (mülki iddiaçılar) X4 vә X5 nümayәndәsi V.İ.Babayev tәrәfindәn verilmiş kassasiya şikayәtinә әsasәn işә baxan Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasının (hakimlәr Mövsümov Nazim Rasim oğlu (sәdrlik edәn vә mәruzәçi), Muxtarov Teyyub Asif oğlu vә Cәfәrov Ilqar Xanlar oğlundan ibarәt tәrkibdә) ## ####### 2025-ci il tarixli qәrarı ilә kassasiya şikayәti qismәn tәmin edilәrәk apellyasiya instansiyası mәhkәmәsinin kassasiya şikayәtinә münasibәtdә “xxxx” MMCnin müsadirә olunmaması hissәsindә lәğv edilmiş vә cinayәt işi bu hissәdә yeni apellyasiya baxışı tәyin olunmuşdur. Bundan sonra mәhkum Mәhkum müdafiәçisi O.R.Zeynalov Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2025-ci il tarixli qәrarından kassasiya şikayәti verәrәk hәmin qәrarın lәğv edilmәsini vә hüquqlarını müdafiә etdiyi şәxsә bәraәt verilmәsi haqqında qәrarın qәbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayәtindә Azәrbaycan Respublikası Konstitusiyasının 63-cü maddәsinә, “Insan Hüquqlarının vә Əsas Azadlıqların Müdafiәsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddәsinә, CM-in vә Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin bir sıra maddәlәrinә, “Mәhkәmә hökmü haqqında” Aizәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli Qәrarına, iş üzrә toplanmış vә araşdırılmış bәzi sübutlara vә mәhkәmәlәr tәrәfindәn Mәhkum barәsindә qәbul edilmiş yekun mәhkәmә aktlarına istinad edәn müdafiәçi O.R.Zeynalov hәmin şikayәtini onunla әsaslandırmışdır ki, iş üzrә mәhkәmәlәr tәrәfindәn cinayәt qanunvericiliyinin normaları düzgün tәtbiq edilmәyәrәk Mәhkum tәqsirli bilindiyi әmәlin törәdilmәsi zamanı ona qarşı CM-dә mövcud olmayan 178.4-cü maddәsi ilә ittiham irәli sürülmüşdür. Belә ki, hәmiin ittihama görә, qeyd olunan maddә ilә tövsif edilәrәk Mәhkum tәqsirli bilindiyi birinci dәlәduzluq әmәli 2015-ci ildә törәdilmiş, CM-in 178.4-cü maddәsi isә hәmin Mәcәllәyә yalnız # ###### 2017-ci il tarixdә qüvvәyә minmiş ## ####### 2017-ci il tarixli Qanunla әlavә edilmişdir. Halbuki CM-in 10.1-ci maddәsinә әsasәn, әmәlin (hәrәkәt vә hәrәkәtsizliyin) cinayәt sayılması vә hәmin әmәlә görә cәza, bu әmәlin törәdildiyi zaman qüvvәdә olan cinayәt qanunu ilә müәyyәn edilir. Bundan başqa, cinayәt işi üzrә toplanmış vә araşdırılmış sübutlardan görünür ki, Mәhkumla zәrәr çәkmiş qismindә tanınmış şәxslәr arasında uzun müddәt davam edәn kommersiya münasibәtlәri olmuş, mәhkum olunmuş şәxsin niyyәti hәmin şәxslәri aldatmaqdan ibarәt olmamışdır. Belә ki, Mәhkum zәrәr çәkmiş şәxslәrlә 2014-cü ildә tanış olmuş vә onlar birlikdә sahibkarlıq fәaliyyәti ilә mәşğul olmaq barәdә razılaşdıqdan sonra o, hәmin şәxslәrdәn aldığı pulları vәd etdiyi sahәlәrә sonuncuların razılığı ilә yatırmış, belә formada uzun müddәt fәaliyyәt göstәrәrәk qazanc әldә etmişlәr vә bu hallar da toplanmış vә araşdırılmış sübutlarla tәsdiq olunsa da mәhkәmәlәr tәrәfindәn hәmin sübutlara düzgün qiymәt verilmәmiş, nәticәdә isә Mәhkum әsassız olaraq ona qarşı irәli sürülmüş ittiham üzrә tәqsirli bilinib mәhkum edilmişdir. Bundan başqa, mәhkәmәlәr iş üzrә yekun nәticәyә gәlәrkәn nәzәrә almamışlar ki, hәlә cinayәt tәqibi başlanana qәdәr Mәhkum zәrәr çәkmiş şәxslәrә 850.000 manat, ibtidai istintaq zamanı isә - 700.000 manat, ümumilikdә 1.550.000 manat mәblәğindә pul ödәmişdir. Buna baxmayaraq, bu hal cәzanı yüngüllәşdirәn hal kimi qiymәtlәndirmәmiş vә әsassız olaraq zәrәr çәkmiş şәxslәrin mülki iddialarının tam hәcmdә tәmin edilmәsi barәdә qәrar qәbul edilmişdir. Kassasiya şikayәtinin müәllifi daha sonra qeyd etmişdir ki, mәhkәmә iclaslarında zәrәr çәkmiş şәxslәr X4 vә X5 dindirilmәlәri tәmin olunmadığından Mәhkum onun әleyhinә ifadә verәn şәxslәri dindirmәk, iş üzrә mühüm әhәmiyyәt kәsb edәn faktları dәqiqlәşdirmәk mәqsәdilә onlara sual vermәk imkanından mәhrum olmuşdur ki, bu hal da bәrabәrlik vә çәkişmә prinsiplәrinin pozulması ilә nәticәlәnmişdir. Şәrh olunan dәlillәrә әsaslanaraq müdafiәçi O.R.Zeynalov onun kassasiya şikayәtinin tәmin edilmәsini xahiş edir. Kassasiya şikayәtinә mәhkәmә baxışı iclasının yeri vә vaxtı barәdә proses iştirakçıları qanuna müvafiq qaydada vә müddәtdә mәlumatlandırılmış, lakin mәhkum Mәhkum isә mәhkәmә iclasında iştirak etmәk arzusunu bildirmәyәrәk bu haqda әrizә ilә Ali Mәhkәmәyә müraciәt etmәmişdir. Mәhkәmә kollegiyası bununla әlaqәdar cinayәt prosesi iştirakçılarının rәylәrini dinlәyib CPM-in 419.4-cü maddәsini rәhbәr tutaraq kassasiya şikayәtinә mәhkum Mәhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belә ki, CPM-in 419.4-cü maddәsinә әsasәn, kassasiya instansiyası mәhkәmәsinin iclası hansı mәhkәmә qәrarına vә hansı әsaslarla baxılması, kimlәrin mәhkәmә tәrkibinә daxil olması vә mәhkәmәnin iclas zalında cinayәt prosesi iştirakçılarından kimlәrin iştirak etmәsi barәdә mәhkәmә iclasında sәdrlik edәnin elanı ilә açılır. Şikayәt vermiş vә lazımi qaydada mәlumatlandırılmış şәxsin olmaması kassasiya instansiyası mәhkәmәsi iclasının davam etdirilmәsini istisna etmir. Hüquqi məsələlər: Müdafiәçi O.R.Zeynalovun kassasiya şikayәtinin mәzmunundan göründüyü kimi, sonuncu hәmin şikayәtindә işә mahiyyәti üzrә baxmış mәhkәmәlәr tәrәfindәn toplanmış vә araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymәt verilmәmәsini, bunun nәticәsindә dә hüquqlarını müdafiә etdiyi Mәhkum heç bir cinayәt әmәli törәtmәdiyi, yәni onun әmәlindә dәlәduzluq cinayәtinin tәrkib әlamәtlәri olmadığı halda әsassız olaraq mәhkum edilmәsini, eyni zamanda onun әmәlinin düzgün tövsif edilmәmәsini iddia edәrәk sonuncunun barәsindәki Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2025-ci il tarixli qәrarının lәğv edilmәli olması barәdә kassasiya tәlәbini CPMin 416.1.2, 416.1.6 vә 416.1.15-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarla әlaqәlәndirir. CPM-in 416.1.2, 416.1.6 vә 416.1.15-ci maddәlәrinә әsasәn isә, kassasiya instansiyası mәhkәmәsi aşağıdakı hallarda apellyasiya instansiyası mәhkәmәsinin hökm vә ya qәrarını kassasiya qaydasında lәğv etmәk vә ya dәyişdirmәk hüququna malikdir: 416.1.2. mәhkәmә bu Mәcәllәnin 143-146-cı maddәlәrinin tәlәblәrinә müvafiq olaraq sübutları tәdqiq etmәdikdә; 416.1.6. mәhkәmә cinayәt tәrkibinin әlamәtlәri olmadan ittiham hökmü çıxardıqda; 416.1.15. mәhkәmә törәdilmiş әmәlin tövsifindә sәhvә yol verdikdә. Mәhkәmә kollegiyası növbәti dәfә xatırladır ki, kassasiya instansiyası mәhkәmәsinin kassasiya müraciәtlәrinә baxılması üzrә sәlahiyyәtlәrinin hüdudlarını CPM-in 419-cu maddәsi müәyyәn edir. Ümumi şәkildә kassasiya instansiyası mәhkәmәsinin kassasiya müraciәtlәrinә baxılması üzrә sәlahiyyәtlәrini müәyyәn edәn CPM-in 419.1-ci maddәsinә әsasәn, kassasiya instansiyası mәhkәmәsi kassasiya şikayәtinә vә ya kassasiya protestinә mahiyyәti üzrә baxaraq müraciәtin dәlillәrindәn asılı olmayaraq yalnız hüquq mәsәlәlәri üzrә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddәdәn göründüyü kimi, sübutların mahiyyәti üzrә araşdırılması, mötәbәrliliyi, kifayәtliliyi, cinayәt faktının müәyyәn edilmәsi, habelә birinci vә apellyasiya instansiyası mәhkәmәlәri tәrәfindәn çıxarılmış hökm vә qәrarların icrası vә buna nәzarәtin hәyata keçirilmәsi kimi mәsәlәlәrin hәlli qanunla kassasiya instansiyası mәhkәmәsinin deyil, birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin sәlahiyyәtinә aid edilmişdir. CPM-in 419.11-ci maddәsinin tәlәblәrinә görә, kassasiya instansiyası mәhkәmәsi birinci vә ya apellyasiya instansiyası mәhkәmәsindә mәhkәmә baxışının predmeti olmayan faktları müәyyәn edә vә ya onları sübuta yetirilmiş hesab edә bilmәz. Mәhkәmә kollegiyası qanunvericiliyin tәlәblәrinә әsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası mәhkәmәsi apellyasiya instansiyası mәhkәmәsinin hökm vә ya qәrarından verilmiş kassasiya şikayәtinә vә ya kassasiya protestinә әsasәn işә baxaraq vә bu baxışın nәticәsi olaraq apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn qәbul edilmiş mәhkәmә aktına münasibәtini bildirmәklә CPM-in 419.10-cu maddәsindә sadalanan qәrarlardan birini, yәni apellyasiya instansiyası mәhkәmәsinin hökm vә ya qәrarını dәyişiklik edilmәdәn saxlanılması, hәmin hökm vә ya qәrarın lәğv edilmәsi vә işin yeni apellyasiya baxışına tәyin edilmәsi vә ya cinayәt işinin icraatına xitam verilmәsi, yaxud da onların dәyişdirilmәsi haqqında qәrar, habelә hökmün vә ya mәhkәmәnin digәr qәrarının icrası qaydasında icraat üzrә mәhkәmә qәrarını lәğv edәrәk, birinci vә ya apellyasiya instansiyası mәhkәmәsindә müәyyәn edilmiş hallar vә sübutlar әsasında yeni qәrar qәbul edir (o şәrtlә ki, hәmin qәrar mәhkum edilmiş şәxsin vәziyyәtinin ağırlaşdırılması ilә nәticәlәnmәsin). Ümumiyyәtlә, kassasiya instansiyası mәhkәmәsinin kassasiya müraciәtlәrinә baxılması üzrә sәlahiyyәtlәrinin hüdudlarını CPM-in 419 vә 416-cı maddәlәri müәyyәn edir. Bu baxışın nәticәsindә kassasiya kollegiyası tәrәfindәn apellyasiya instansiyası mәhkәmәsinin qәrarlarının lәğv edilmәsi vә dәyişdirilmәsi әsasları isә CPM-in 416-cı maddәsindә müәyyәn edilmişdir. Mәhz hәmin maddәdә tәsbit edilәn әsaslar (әn azından hәmin әsaslardan biri) olduqda Ali Mәhkәmәnin Cinayәt Kollegiyası apellyasiya instansiyası mәhkәmәsinin qәrarını kassasiya qaydasında lәğv etmәyә vә yaxud dәyişdirmәyә haqlıdır. Bundan başqa, kassasiya instansiya mәhkәmәsindә mәhkәmә baxışının predmetini qanuni qüvvәyә minmiş mәhkәmә aktları tәşkil etdiyindәn, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar tәqdim edilmir vә mövcud sübutlara hüquqi qiymәt verilmir. Kassasiya qaydasında hökm vә ya qәrarın qanuniliyi, başqa sözlә birinci vә ya apellyasiya instansiya mәhkәmәsindә işә baxılarkәn vә mübahisә edilәn hökm vә ya qәrar qәbul edilәrkәn maddi vә ya prosessual hüquq normalarının, yәni cinayәt qanununun vә CPM-in normalarının tәlәblәrinә әmәl edilib-edilmәmәsi yoxlanılır. Azәrbaycan Respublikası Konstitusiyanın (bundan sonra mәtndә Konstitusiyanın) aşağıda göstәrilәn müddәalarına, әdalәtli mәhkәmә araşdırılması hüququ tәsbit edilmiş “Insan Hüquqlarının vә Əsas Azadlıqların Müdafiәsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mәtndә Avropa Konvensiyasının vә ya Konvensiyanın) 6-cı maddәsinә, cinayәt vә cinayәt-prosessual qanunvericiliklәrinin tәlәblәrinә, bir sıra mәsәlәlәr üzrә Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun hüquqi mövqeyinә vә Ali Mәhkәmәnin Plenumunun Qәrarlarında әksini tapmış izah vә tövsiyәlәrә әsaslanaraq mәhkәmә kollegiyası vurğulamağı lazım bilir ki, hazırkı iş üzrә apellyasiya instansiyası mәhkәmәsinin ## ###### 2025-ci il tarixli qәrarından verilmiş kassasiya şikayәtinә әsasәn işә baxan kassasiya kollegiyasının üzәrinә, qanunvericiliyin tәlәb etdiyi kimi, mәhkәmәlәr tәrәfindәn sübutların toplanılması, sübutetmәyә vә digәr mәsәlәlәrә dair prosessual qanunvericiliyin tәlәblәrinә әmәl olunub-olunmamasını, habelә törәdilmiş ictimai tәhlükәli әmәllәrin bütün hallarının müәyyәn edilmәsinә әsasәn hәm bu әmәllәrә münasibәtdә, hәm dә mәhkum olunmuş şәxsin barәsindә cinayәt-hüquqi xarakterli tәdbirin tәtbiq edilmәsi zamanı maddi hüquq normalarının düzgün tәtbiq edilibedilmәmәsini yoxlamaq vәzifәsi düşür. Bu vәzifәnin yerinә yetirilmәsi vә müdafiәçi O.R.Zeynalovun kassasiya şikayәtinin dәlillәrinә cavab verilmәsi ilә bağlı mәhkәmә kollegiyası ilk növbәdә qeyd edir ki, Azәrbaycan Respublikası Konstitusiyasının (bundan sonra mәtndә Konstitusiyanın) 12ci maddәsinin İ hissәsi insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәmin edilmәsini dövlәtin ali mәqsәdi olduğunu tәsbit edir. Konstitusiyanın 26-cı maddәsinin II hissәsinә әsasәn dövlәt hәr kәsin hüquqlarının vә azadlıqlarının müdafiәsinә tәminat verir. Konstitusiyanın 60-cı maddәsinin İ hissәsinә әsasәn, hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmәdә müdafiәsinә tәminat verilir. Konstitusiyanın 63-cü maddәsinin İ-IV hissәlәrinin tәlәblәrinә görә, hәr kәsin tәqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn hәr bir şәxs, onun tәqsiri qanunla nәzәrdә tutulan qaydada sübuta yetirilmәyibsә vә bu barәdә mәhkәmәnin qanuni qüvvәyә minmiş hökmü yoxdursa, tәqsirsiz sayılır. Şәxsin tәqsirli bilinmәsinә әsaslı şübhәlәr varsa, onun tәqsirli bilinmәsinә yol verilmir. Cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn şәxs özünün tәqsirsiz olmasını sübuta yetirmәyә borclu deyildir. Ədalәt mühakimәsi hәyata keçirilәrkәn qanunu pozmaqla әldә edilmiş sübutlardan istifadә oluna bilmәz. Konstitusiyanın 71-ci maddәsinin İ hissәsinә görә, Konstitusiyada tәsbit edilmiş insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını gözlәmәk vә qorumaq qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti orqanlarının borcudur. Insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәmin edilmәsi mәqsәdi ilә dövlәt sәmәrәli hüquqi mexanizmlәr yaratmaqla, әdalәt mühakimәsinin hәyata keçirilmә prosesindә hüquq vә azadlıqların bәrpasına nail olur. Hәr kәsin hüquq vә azadlıqlarının müdafiәsinә dövlәt tәrәfindәn tәminat verilmәli olması barәdә Konstitusiyanın tәlәblәri hәmçinin cinayәt törәtmәkdә tәqsiri olmayan şәxslәrin cinayәt prosesini hәyata keçirәn orqanların vәzifәli şәxslәrinin vә ya hakimlәrin özbaşına hәrәkәtlәri ilә qanunsuz şübhә altına alınmasının, ittiham vә ya mәhkum edilmәsinin yol verilmәz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın tәsvir edilәn müddәaları hәr bir insanın, ümumilikdә isә - cәmiyyәtin vә dövlәtin cinayәtkar qәsdlәrdәn qorunmasını, cinayәtin törәdilmәsi nәticәsindә zәrәr çәkmiş şәxslәrin dә pozulmuş hüquqlarının bәrpa edilmәsi vә onların vurulmuş zәrәrin ödәnilmәsini tәlәb etmәk hüququnun tәmin olunması üçün cinayәt tәqibi aparan orqanlar vә mәhkәmәlәr tәrәfindәn lazımi tәdbirlәrin görülmәsini, digәr tәrәfdәn - hәr hansı cinayәtin törәdilmәsindә tәqsirli bilinmiş şәxslәrin dә qanuna müvafiq qaydada vә әsaslarla cinayәt mәsuliyyәtinә cәlb edilmәlәrini vә onların barәsindә bu vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirin tәtbiq edilmәsini, cәzanın mәqsәdlәrinә nail olunmasını, cinayәtkarlığın qarşısının alınması üçün qanuna müvafiq sәylәrin göstәrilmәsini dә nәzәrdә tutur. Konstitusiyanın 125-ci maddәsinin VII hissәsindә deyilir ki, mәhkәmә icraatı hәqiqәtin müәyyәn edilmәsini tәmin etmәlidir. Konstitusiyanın bu norması çәkişmә prinsipinә әsasәn işә baxan mәhkәmәnin üzәrinә özü tәrәfindәn cinayәt mәsuliyyәtinә cәlb edilmiş şәxsin tәqsirliliyinә vә ya tәqsirsiz olmasına dair sübutları axtarılmasını vә belә sübutların araşdırılmasını deyil, cinayәt prosesinin iştirakçılarına işin düzgün hәlli, yәni hәqiqәtin müәyyәn edilmәsi mәqsәdilә cinayәt prosesinin iştirakçılarına öz sübutlarını mәhkәmәyә tәqdim etmәk üçün bәrabәr şәrait yaratmaq, tәqdim olunmuş bütün sübutları tam, hәrtәrәfli vә obyektiv araşdırmaq, bu zaman qaldırılmış vәsatәtlәr üzrә әsaslandırılmış qәrarlar qәbul etmәk, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymәt vermәk vә hәmin sübutlara әsasәn müәyyәn etdiyi faktlara әsasәn bu vә ya digәr nәticәyә gәlmәk vәzifәsini qoyur. Mәhkәmә icraatı zamanı qeyd olunan vәzifәnin yerinә yetirilmәsi zamanı sübutların tәqdim olunması üçün istәr ittiham, istәrsә dә müdafiә tәrәfinә әlverişsiz şәraitin yaradılması, qaldırılmış vәsatәtlәrin әsassız olaraq tәmin edilmәmәsi, faktiki isә tәqdim olunmuş sübutların tәdqiqindәn imtina edilmәsi hallarında mәhkәmәnin tәhlil edilәn konstitusiyon tәlәbә әmәl etmәsindәn, әdalәtli mәhkәmә araşdırılması hüququnun tәmin olunmasından söhbәt gedә bilmәz. Eyni zamanda bu konstitusiyon tәlәb mәhkәmәni dә zәruri hallarda, hәqiqәtin müәyyәn edilmәsi mәqsәdilә öz tәşәbbüsü ilә iş üçün mühüm әhәmiyyәtә malik olan bu vә ya digәr sübutu әldә edәrәk araşdırması vәzifәsindәn azad etmir. “Insan hüquqları haqqında Ümumi Bәyannamә”nin 11-ci maddәsindә, “Insan Hüquqlarının vә Əsas Azadlıqların Müdafiәsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mәtndә Konvensiyanın) 6-cı maddәsindә, “Mülki vә siyasi hüquqlar haqqında" Beynәlxalq Paktın 14-cü maddәsindә dә tәqsirsizlik prezumpsiyası nәzәrdә tutulur ki, hәmin beynәlxalq müqavilәlәrin tәlәblәrinә görә dә, cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn hәr bir şәxs onun tәqsiri qanunvericilikdә nәzәrdә tutulmuş qaydada sübuta yetirilmәyibsә vә bu barәdә mәhkәmәnin qanuni qüvvәyә minmiş hökmü yoxdursa, tәqsirsiz sayılır. Şәxs yalnız, o halda cinayәti törәtmәkdә tәqsirli hesab edilә bilәr ki, onun konkret әmәli törәtmәkdә tәqsiri sәlahiyyәtli subyektlәr tәrәfindәn qanunla müәyyәn edilmiş prosessual qaydada toplanmış vә mәhkәmәdә qiymәtlәndirilmiş sübutlar әsasında mәhkәmәnin müvafiq ittiham hökmü ilә tәsdiq edilsin vә bu hökm qanuni qüvvәyә minmiş olsun. Cinayәt mәsuliyyәtinin әsaslarına dair CM-in 3-cü maddәsindә göstәrilmişdir ki, yalnız hәmin Mәcәllә ilә nәzәrdә tutulmuş cinayәt tәrkibinin bütün әlamәtlәrinin mövcud olduğu әmәlin (hәrәkәt vә ya hәrәkәtsizliyin) törәdilmәsi cinayәt mәsuliyyәti yaradır. Qanunun bu normasının mәnasına görә, şәxsin әmәlindә cinayәt tәrkibinin cәhәtlәrini tәşkil edәn zәruri әlamәtlәrin mövcud olub-olmaması barәdә nәticәyә gәlmәk üçün şәxsә istinad edilәn әmәlin Cinayәt Mәcәllәsinin Ümumi hissәsinin tәlәblәri nәzәrә alınmaqla Xüsusi hissәsinin müvafiq maddәsinin dispozisiyası ilә müqayisә edilmәsi tәlәb olunur. CM-in 7.1-ci maddәsinә әsasәn, yalnız törәtdiyi ictimai tәhlükәli әmәlә hәrәkәt vә ya hәrәkәtsizliyә) vә onun nәticәlәrinә görә tәqsiri müәyyәn olunmuş şәxs cinayәt mәsuliyyәtinә cәlb edilә vә cәzalandırıla bilәr. Qanunvericiliyin bu tәlәblәrinә әsaslanaraq mәhkәmә kollegiyası qeyd etmәyi zәruri bilir ki, hәr bir cinayәt әmәli araşdırılarkәn onun tәrkibinin düzgün müәyyәn edilmәsi vә düzgün tövsif edilmәsi cinayәt әlamәtlәrini әks etdirәn әmәllәrin cinayәt olubolmamasını, cinayәt törәtmәkdә tәqsirlәndirilәn şәxsin tәqsiri olub-olmamasını müәyyәnlәşdirmәyә, habelә hәmin cinayәtә görә tәqsirlәndirilәn şәxsә әdalәtli cәza tәyin edilmәsinә yönәlmişdir. Əks hal tәqsiri olmayan şәxsin mәsuliyyәtә alınması, yaxud da cinayәt törәtmәkdә tәqsirli olan şәxsin mәsuliyyәtdәn kәnarda qalması, cәzanın düzgün olmayan tәtbiqi, bunlar isә öz növbәsindә CM-dә müәyyәn edilmiş qanunçuluq, qanun qarşısında bәrabәrlik, tәqsirә görә mәsuliyyәt, әdalәt vә humanizm prinsiplәrinin pozulması ilә nәticәlәnә bilәr. Belә hüquqi mövqe Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun aşağıdakı Qәrarlarında da әksini tapmışdır. Belә ki, “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 244.1-ci maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2011-ci il tarixli Qәrarına görә, cinayәtin tövsifi törәdilәn konkret cinayәt әmәlinin cәhәtlәri ilә cinayәt-hüquq normasının dispozisiyasında nәzәrdә tutulan tәrkib әlamәtlәri arasında uyğunluğu müәyyәn etmәklә, müvafiq prosessual sәnәddә öz әksini tapan vә cinayәthüquqi nәticәlәrә sәbәb olan әmәlә verilәn cinayәt hüquqi qiymәtdir. Cinayәtin tövsifi mühüm sosial vә hüquqi әhәmiyyәtә malikdir. Tövsif Cinayәt Mәcәllәsindә müәyyәn edilmiş vәzifәlәrin yerinә yetirilmәsi baxımından, cinayәt qanununu tәtbiq etmәyә sәlahiyyәti olan vәzifәli şәxslәr tәrәfindәn hәyata keçirilәn mühüm mәntiqi proses olub, onun yekununda konkret sosial hadisәyә, cәmiyyәt üçün tәhlükәli olan insan davranışına hüquqi qiymәt verilir. Bu isә ilk növbәdә işin faktiki hallarının hәrtәrәfli öyrәnilmәsini, cinayәt hüquq normasının seçilmәsini vә onun mәzmununun izah edilmәsini tәlәb edir. Konstitusiya Mәhkәmәsinin Plenumu hәmçinin qeyd etmәyi zәruri hesab etmişdir ki, hәr bir cinayәt әmәli araşdırılarkәn onun tәrkibinin düzgün müәyyәn edilmәsi vә düzgün tövsif edilmәsi cinayәt әlamәtlәrini әks etdirәn әmәllәrin cinayәt olub-olmamasını, cinayәt törәtmәkdә tәqsirlәndirilәn şәxsin tәqsiri olub-olmamasını müәyyәnlәşdirmәyә, habelә hәmin cinayәtә görә tәqsirlәndirilәn şәxsә әdalәtli cәza tәyin edilmәsinә yönәlmişdir. Əks halda tәqsiri olmayan şәxsin mәsuliyyәtә alınmasına, yaxud da cinayәt törәtmәkdә tәqsirli olan şәxsin mәsuliyyәtdәn kәnarda qalmasına, cәzanın düzgün olmayan tәtbiqinә sәbәb ola bilәr. Bu isә öz növbәsindә Cinayәt Mәcәllәsinin әsaslandığı qanunçuluq, qanun qarşısında bәrabәrlik, tәqsirә görә mәsuliyyәt, әdalәt vә humanizm prinsiplәrinin pozulmasına gәtirib çıxara bilәr. “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 221.3-cü maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ### 2011-ci il tarixli Qәrarında göstәrilir ki, törәdilәn hәr hansı bir ictimai tәhlükәli әmәlә görә şәxsin azadlıq hüququnun mәhdudlaşdırılmasına sәbәb olan cinayәt hüquq norması tәtbiq edilәrkәn hәmin cinayәtin tәrkibi, onun xüsusiyyәtlәri vә bu cinayәt әmәlinin tövsifi mәsәlәlәrinә xüsusi diqqәt yetirilmәlidir. Cinayәt әmәlinin tәrkibinin düzgün müәyyәn olunmaması vә düzgün tövsif edilmәmәsi şәxsin azadlıq hüququnun pozulmasına gәtirib çıxara bilәr. Hәmin Qәrarda hәmçinin qeyd olunmuşdur ki, törәdilәn hәr hansı bir ictimai tәhlükәli әmәlә görә şәxsin azadlıq hüququnun mәhdudlaşdırılmasına sәbәb olan cinayәt hüquq norması tәtbiq edilәrkәn hәmin cinayәtin tәrkibi, onun xüsusiyyәtlәri vә bu cinayәt әmәlinin tövsifi mәsәlәlәrinә xüsusi diqqәt yetirilmәlidir. Hәr hansı cinayәtin әlamәtlәrini әks etdirәn әmәllәrin cinayәt olub-olmaması, cinayәti törәtmәkdә tәqsirlәndirilәn şәxsin tәqsirli olub-olmaması, habelә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәllәri törәtmәkdә şübhәli vә ya tәqsirlәndirilәn şәxsin cinayәt tәqibinin vә ya müdafiәsinin hüquqi prosedurlarını Azәrbaycan Respublikasının cinayәtprosessual qanunvericiliyi müәyyәn edir (CPM-in 1.1-ci maddәsi). CPM-in 8.0-cı maddәsindә göstәrilmişdir ki, cinayәt mühakimә icraatının vәzifәlәri aşağıdakılardan ibarәtdir: 8.0.1. şәxsiyyәti, cәmiyyәti vә dövlәti cinayәtkar qәsdlәrdәn qorumaq; 8.0.2. hәqiqi vә ya ehtimal edilәn cinayәt törәtmәsi ilә әlaqәdar şәxsiyyәti vәzifә sәlahiyyәtlәrindәn sui-istifadә edilmәsi hallarından qorumaq; 8.0.3. cinayәtlәri tezliklә açmaq, cinayәt tәqibi ilә bağlı bütün halları hәrtәrәfli, tam vә obyektiv araşdırmaq; 8.0.4. cinayәt törәtmiş şәxslәri ifşa vә cinayәt mәsuliyyәtinә cәlb etmәk; 8.0.5. cinayәt törәtmәkdә ittiham olunan şәxslәrin tәqsirini müәyyәn edәrәk onları cәzalandırmaq vә tәqsirsiz şәxslәrә bәraәt vermәk mәqsәdi ilә әdalәt mühakimәsini hәyata keçirmәk. Ən әsası isә mәhkәmә kollegiyası qeyd etmәyi vacib sayır ki, qanunçuluq prinsipi nәzәrdә tutulmuş CPM-in 10.1-ci maddәsinә әsasәn, mәhkәmәlәr vә cinayәt prosesinin iştirakçıları Azәrbaycan Respublikası Konstitusiyasının, bu Mәcәllәnin, Azәrbaycan Respublikasının digәr qanunlarının, habelә Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrin müddәalarına ciddi әmәl etmәlidirlәr. CPM-in 10.2 vә 10.5-ci maddәlәrinә görә isә, Azәrbaycan Respublikasının qüvvәyә minmiş vә dәrc edilmiş qanunu ilә müәyyәn olunan әsaslardan vә qaydalardan kәnar heç kәsin cinayәt tәqibi üzrә şübhәli vә ya tәqsirlәndirilәn şәxs qismindә mәsuliyyәtә cәlb edilmәsinә, tutulmasına, hәbsә alınmasına, axtarılmasına, mәcburi gәtirilmәsinә vә digәr prosessual mәcburiyyәt tәdbirlәrinә mәruz qalmasına, habelә mәhkum edilmәsinә, cәzalandırılmasına, hüquq vә azadlıqlarının digәr formada mәhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddәsindә göstәrilәn tәlәblәrinin pozulması ilә aparılan prosessual hәrәkәtlәrin vә qәbul olunmuş qәrarların hüquqi qüvvәsi yoxdur. Mәhkәmә kollegiyası vurğulamağı lazım bilir ki, cinayәt mühakimә icraatının prinsiplәri sırasında qanunçuluq prinsipi mühüm vә xüsusi yerә malikdir. O hәm, Konstitusiyada, hәm dә cinayәt vә cinayәt-prosessual qanunvericiliklәrindә tәsbit olunaraq yalnız qanunlara dәqiq vә dönmәdәn riayәt olunmasının vә onların icrasını nәzәrdә tutmur. Qanunçuluq hәmçinin demokratiyanın әsas tәzahürü, hüquqi dövlәtin mühüm prinsipi, mәhkәmә icraatında isә әdalәt mühakimәsinin tәmәlini tәşkil edәn başlıca әlamәtlәrdәn biridir. Qanunçuluq prinsipinin әsas mahiyyәti ondan ibarәtdir ki, o nәinki hakimlәrin yalnız Konstitusiyaya vә qanunlara tabe olmasını bәrqәrar edir, hәm dә mәhkәmә tәrәfindәn aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vәzifәsinә vә iş üzrә hәr kәsin mәhkәmә müdafiәsinin tәminatına, vәtәndaşların hüquq vә azadlıqlarının tәmin olunmasına xidmәt etmәklә, әdalәtli mәhkәmә araşdırmasının digәr prinsiplәrinin hәyata keçirlmәsi şәrtilә bütövlükdә mәhkәmә icraatının mәqsәdini müәyyәnlәşdirir. Ədalәt mühakimәsi vәzifәlәrini yerinә yetirәrkәn isә mәhkәmә hәrtәrәfli, tam vә obyektiv şәkildә iş üzrә әhәmiyyәt daşıyan halları aydınlaşdırmalı, bunun üçün dә tәqsirlәndirilәn şәxsi hәm ifşa edәn vә ya ona bәraәt qazandıran, elecә dә onun mәsuliyyәtini ağırlaşdıran vә yüngüllәşdirәn bütün halları araşdırılmalıdır. CPM-in 12.1-ci maddәsinә әsasәn cinayәt prosesini hәyata keçirәn orqanlar cinayәt prosesindә iştirak edәn bütün şәxslәrin Konstitusiya ilә tәsbit edilmiş insan vә vәtәndaş hüquq vә azadlıqlarına riayәt olunmasını tәmin etmәlidirlәr. Konstitusiyanın 63-cü maddәsinin İ-III hissәlәrinә uyğun olaraq cinayәt mühakimә icratında tәqsirsizlik prezumpsiyası prinsipi eyni cür tәsbit edilmiş CPM-in 21.1-21.3-cü maddәlәrindә göstәrilmişdir ki, cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn hәr bir şәxs onun tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetirilmәyibsә vә bu barәdә qanuni qüvvәyә minmiş mәhkәmәnin hökmü yoxdursa, tәqsirsiz sayılır. Şәxsin tәqsirli olduğuna әsaslı şübhәlәr varsa da onun tәqsirli bilinmәsinә yol verilmir. Bu Mәcәllәnin müddәalarına uyğun surәtdә müvafiq hüquqi prosedur daxilindә ittihamın sübuta yetirilmәsindә aradan qaldırılması mümkün olmayan şübhәlәr tәqsirlәndirilәn şәxsin (şübhәli şәxsin) xeyrinә hәll edilir. Eyni ilә cinayәt vә cinayәt-prosessual qanunlarının tәtbiqindә aradan qaldırılmamış şübhәlәr dә onun xeyrinә hәll olunmalıdır. Cinayәt törәdilmәsindә tәqsirlәndirilәn şәxs özünün tәqsirsiz olmasını sübuta yetirmәyә borclu deyildir. Ittihamı sübuta yetirmәk, şübhәli vә ya tәqsirlәndirilәn şәxsin müdafiәsi üçün irәli sürülәn dәlillәri tәkzib etmәk vәzifәsi ittiham tәrәfinin üzәrinә düşür. Mәhkәmә kollegiyası qeyd edir ki, tәqsirsizlik prezumpsiyasına hәmçinin cinayәt törәtmiş şәxsin törәtdiyi әmәlә maddi hüquq normasının tәtbiqi, yәni hәmin әmәlin hüquqi tövsif mәsәlәsi hәll edilәrkәn dә әmәl olunmalı, buna әsas olduqda isә mәhz hәmin prinsip rәhbәr tutulmaqla cinayәt törәtmiş şәxsin әmәli onun müdafiә hüququ pozulmadan, CPM-in 318.1-ci maddәsinin tәlәblәri buna imkan verdiyinә görә, CM-in Xüsusi hissәsinin bir maddәsindәn daha yüngül maddәsinә tövsif edilmәli, yaxud da tәqsirkara qarşı irәli sürülmüş ittihamddan bu vә ya digәr epizod vә ya CM-in hansısa maddәsi xaric edilmәklә onun barәsindә qanuni vә әsaslı hökm çıxarılmalı, yaxud da digәr yekun qәrar qәbul edilmәldir. Belә nәticәyә gәlәrkәn isә mәhkәmә CPM-in 28.5, 33, 145 vә 146-cı maddәlәrinin tәlәblәrinә dә әmәl etmәlidir. Belә ki CPM-in 28.5-ci maddәsindә әksini tapmış cinayәt mühakimә icraatının obyektivliyi, qәrәzsizliyi vә әdalәtliliyi prinsipinә görә, şәxsin cinayәt törәtmәkdә tәqsirli olmasına dair mәhkәmә qәrarı mülahizәlәrә әsaslana bilmәz vә işә aid biri digәrinә kifayәt qәdәr uyğun gәlәn mötәbәr sübutların mәcmusu ilә tәsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddәlәrinin tәlәblәrindәn görünür ki, hakimlәr cinayәt mühakimә icraatının hәyata keçirilmәsindә cinayәt işi üzrә toplanmış sübutları bu Mәcәllәnin tәlәblәrinә әsasәn qiymәtlәndirirlәr. Cinayәt mühakimә icraatı hәyata keçirilәrkәn bu Mәcәllәnin 125, 144-146-cı maddәlәrinin müddәalarının pozulması yolverilmәzdir. Cinayәt prosesindә heç bir sübutun vә digәr materialın qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur. Hakimlәrin sübutlara vә sair materiallara qәrәzli münasibәt bәslәmәsi, mövcud hüquqi prosedur daxilindә tәdqiq edilәnәdәk sübut vә digәr materiallardan birinә digәrinә nisbәtdә çox vә ya az әhәmiyyәt verilmәsi yolverilmәzdir. CPM-in 124.1-ci maddәsindә müәyyәn edilmişdir ki, mәhkәmәnin vә ya cinayәt prosesi tәrәflәrinin әldә etdiyi mötәbәr dәlillәr (mәlumatlar, sәnәdlәr, әşyalar) cinayәt tәqibi üzrә sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayәt-prosessual qanunvericiliyinin tәlәblәrinә әmәl edilmәklә insan vә vәtәndaşın konstitusiya hüquq vә azadlıqları mәhdudlaşdırılmadan vә ya mәhkәmәnin qәrarı әsasında (bu Mәcәllә ilә nәzәrdә tutulmuş tәxirә salına bilmәyәn hallarda isә müstәntiqin qәrarı әsasında) mәhdudlaşdırmaqla әldә olunmalı; 124.1.2. hadisәnin cinayәt hadisәsi olub-olmamasını, törәdilmiş әmәldә cinayәtin әlamәtlәrinin olub-olmamasını, bu әmәlin tәqsirlәndirilәn şәxs tәrәfindәn törәdilibtörәdilmәmәsini, onun tәqsirli olub-olmamasını, habelә ittihamın düzgün hәll edilmәsi üçün әhәmiyyәt kәsb edәn digәr hallar göstәrilmәlidir. CPM-in 125.1-ci maddәsindә isә tәsbit edilmişdir ki, mәlumatların, sәnәdlәrin vә digәr әşyaların hәqiqiliyinә, yaranma mәnbәyinә vә әldә edilmәsi hallarına şübhәlәr olmadıqda onlar sübut kimi qәbul edilә bilәrlәr. CPM-in 138.1-ci maddәsinә әsasәn, sübutetmә ittihamın qanuni, әsaslı vә әdalәtli hәlli üçün әhәmiyyәt kәsb edәn halların müәyyәn edilmәsi mәqsәdi ilә sübutların әldә edilmәsindәn, yoxlanılmasından vә qiymәtlәndirilmәsindәn ibarәtdir. CPM-in 139-cu maddәsi bu normada göstәrilәn digәr hallarla yanaşı cinayәt hadisәsinin baş vermә faktının vә hallarının, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәldә cinayәtin әlamәtlәrinin vә şәxsin tәqsirliliyinin sübutlara әsasәn müәyyәn edilmәsini tәlәb edir. Belә ki, hәmin maddәdә qeyd olunur ki, cinayәt tәqibi üzrә icraat zamanı aşağıdakılar yalnız sübutlara әsasәn müәyyәn edilir: 139.0.1. cinayәt hadisәsinin baş vermә faktı vә halları; 139.0.2. şübhәli vә ya tәqsirlәndirilәn şәxsin cinayәt hadisәsi ilә әlaqәsi; 139.0.3. cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәldә cinayәtin әlamәtlәri; 139.0.4. cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsindә şәxsin tәqsirliliyi; 139.0.5. cinayәt qanunu ilә nәzәrdә tutulmuş cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar; 139.0.6. bu Mәcәllә ilә başqa hal nәzәrdә tutulmamışsa, cinayәt prosesi iştirakçısının vә ya cinayәt prosesindә iştirak edәn digәr şәxsin öz tәlәbini әsaslandırdığı hallar. CPM-in 144-cü maddәsinә görә, cinayәt tәqibi üzrә toplanmış sübutlar tam, hәrtәrәfli vә obyektiv yoxlanılmalıdır. Sübutların qiymәtlәndirilmәsi tәlәbi tәsbit edilmiş CPM-in 145-ci maddәsindә müәyyәn edilir ki, hәr bir sübut mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә qiymәtlәndirilmәlidir. Cinayәt tәqibi üzrә toplanmış bütün sübutların mәcmusuna isә ittihamın hәlli üçün onların kifayәt etmәsinә әsasәn qiymәt verilmәlidir. CPM-in 146.1-ci maddәsinin tәlәblәrindәn görünür ki, cinayәt tәqibi üzrә toplanmış sübutların kifayәt etmәsi dedikdә, müәyyәn edilmәli hallar üzrә mümkün sübutların elә bir hәcmi nәzәrdә tutulur ki, onlar sübut etmә predmetinin müәyyәn edilmәsi üçün mötәbәr vә yekun nәticәyә gәlmәyә imkan versin. CPM-in 349.5-ci maddәsindә göstәrilmişdir ki, aşağıdakı hallarda mәhkәmәnin hökmü әsaslı hesab edilir: 349.5.1. mәhkәmәnin gәldiyi nәticәlәr yalnız mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara әsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymәtlәndirilmәsi üçün kifayәt etdikdә; 349.5.3. mәhkәmәnin müәyyәn etdiyi hallar onun tәdqiq etdiyi sübutlara uyğun gәldikdә. CPM-in 351.2-ci maddәsinin tәlәbinә görә, mәhkәmәnin ittiham hökmü ehtimallara әsaslana bilmәz vә yalnız mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin tәqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddәsindә isә müәyyәn edilmişdir ki, mәhkәmә bu Mәcәllәnin 346.1.1-346.1.6-cı maddәlәrindә göstәrilәn mәsәlәlәrә tәsdiqedici cavab verdikdә, tәqsirlәndirilәn şәxsin cinayәtin törәdilmәsindә tәqsiri aşağıdakılar nәzәrә alınmaqla sübuta yetirilmiş hesab edilә bilәr: 351.3.1. tәqsirsizlik prezumpsiyasını rәhbәr tutaraq; 351.3.2. bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydalar daxilindә mәhkәmә baxışında ittihamın baxılması nәticәlәrinә әsaslanaraq; 351.3.3. mәhkәmә istintaqında tәdqiq edilmiş mötәbәr vә mümkün sübutlara әsaslanaraq; 351.3.4. tәqsirlәndirilәn şәxsin tәqsirliliyinә dair aradan qaldırıla bilmәyәn şübhәlәri onun xeyrinә şәrh edәrәk. Göründüyü kimi, cinayәt mühakimә icraatının obyektivliyi, qәrәzsizliyi vә әdalәtliyi, cinayәt mühakimә icraatında sübutların qiymәtlәndirilmәsi prinsiplәri, sübutlar vә sübutetmәyә dair normalar, o cümlәdәn CPM-in 125, 143-146-cı maddәlәri, hökmün әsaslılığına dair müddәalar (CPM-in 349.5-ci maddәsi) tәlәb edir ki, mәhkәmә cinayәt işlәrinә faktlar әsasında baxsın, faktların müәyyәn edilmiş sayılması üzrә qәnaәtini isә belә nәticәyә gәlmәk üçün kifayәt edәn, hәqiqiliyinә, yaranma mәnbәyinә, әldә edilmәsi hallarına şübhә olmayan (tam, hәrtәrәfli vә obyektiv yoxlanılmış), mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә lazımınca qiymәtlәndirilmiş sübutların mәcmusu ilә әsaslandırsın. Yalnız belә olduqda, CPM-in 21 vә 349.5-ci maddәlәri tәlәb etdiyi kimi, mәhkәmәnin yekun qәrarı, o cümlәdәn şәxsin ona istinad edilәn cinayәtin törәdilmәsindә tәqsirli vә ya tәqsirsiz olması (tәqsirinin sübuta yetirilmәmәsi) barәdә nәticә әsaslı sayıla bilәr. Qanunvericiliyin yuxarıda göstәrilәn tәlәblәrinә uyğun olan hüquqi mövqe Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun aşağıda tәsvir edilәn Qәrarlarında da ifadә olunmuşdur. Belә ki, “Azәrbaycan Respublikası CPM-in 397.1 vә 397.2-ci maddәlәrinin şәrh edilmәsi haqqında” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ### 2009-cu il tarixli Qәrarında qeyd edilir ki, hәqiqәtin müәyyәnlәşdirilmәsi әdalәt mühakimәsinin mütlәq şәrtidir vә hәr zaman cәmiyyәt mәhkәmәdәn hәqiqәti әks etdirәn әdalәt mühakimәsini tәlәb edәcәkdir. Hәr bir hakim bu vәzifәsini icra etmәk üçün ilk әvvәl prosessual tәlәblәrә hökmәn riayәt olunmasını tәmin etmәlidir, çünki bu hal cinayәt işi üzrә hәqiqәtin müәyyәnlәşdirilmәsinin vә düzgün mәhkәmә qәrarının qәbul olunmasının mühüm şәrtidir. Eynilә dә cinayәt işi üzrә araşdırmanın predmetini tәşkil edәn hadisәnin әhәmiyyәtli halları müәyyәnlәşdirilmәmişdirsә vә (vә ya) bu hallara münasibәtdә cinayәt qanununun müddәaları düzgün tәtbiq olunmamışdırsa, hәmin qәrara hәqiqi әdalәt mühakimәsi aktı kimi baxıla bilmәz. Hәmin akt әdalәtsizliyinә sәbәb olmuş hakimin qanunsuz hәrәkәtlәri, mәhkәmә sәhvlәri vә ya qanuniliyinә vә әsaslılığına tәsir etmiş digәr hallardan asılı olmayaraq düzәldilmәlidir. Konstitusiya Mәhkәmәsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman mәhkәmә onun qanunçuluq vә әsaslılıq tәlәblәrinә cavab verә bilәcәyinin tәmin edilmәsi üçün öz aktını bu amillәrin üzәrindә qәrarlaşdırmalıdır. Belә tәlәblәrә cavab vermәyәn mәhkәmә qәrarlarına yenidәn baxılması imkanının mәhdudlaşdırılması әdalәt vә hüquqi müәyyәnlik kimi dәyәrlәrin müdafiәsindә tarazlığın pozulması vә Konstitusiya ilә tәminat verilәn insan hüquq vә azadlıqlarına zәrәr yetirilmәsi ilә nәticәlәnә bilәr. “V.Bayramov vә qeyrilәrinin şikayәtlәri üzrә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt işlәri vә inzibati hüquqpozmalara dair işlәr üzrә mәhkәmә kollegiyasının ## #### 2004-cü il tarixli qәrarının Azәrbaycan Respublikasının Konstitusiyasına vә qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun # ######## 2005-ci il tarixli qәrarında qeyd olunmuşdur ki, mәhkәmә hökmü şәxsin tәqsirli olub-olmaması kimi hәyati әhәmiyyәti olan mәsәlәni hәll edir. Bu sәbәbdәn prosessual qanunvericiliyin tәlәbinә görә mәhkәmәnin hökmü qanuni vә әsaslı olmalıdır. (CPM-in 349.3-cü maddәsi). Mәhkәmә hökmünün әsaslılığının şәrtlәrindәn biri dә hökmdә müәyyәn edilmiş halların mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara uyğun gәlmәsidir. Bu o demәkdir ki, şәxsin cinayәt törәtmәkdә tәqsirli olmasına dair mәhkәmә qәrarı mülahizәlәrә әsaslana bilmәz vә işә aid biri digәrinә uyğun gәlәn mötәbәr sübutların mәcmusu ilә tәsdiq olunmalıdır (CPM-in 28.5-ci maddәsi). Insan Hüquqları üzrә Avropa Mәhkәmәsi (bundan sonra mәtndә Avropa Mәhkәmәsi) müxtәlif ölkәlәrә qarşı qәbul etdiyi Qәrarlarında dәfәlәrlә vurğulamışdır ki, tәqsirlәndirilәn şәxsin tәqsirliliyi barәdә mәhkәmәnin nәticәsi hәm yetәrlilik, hәm dә inandırıcılıq tәlәblәrinә uyğun olmalı, onun әsasını isә yalnız elә sübutlar tәşkil etmәlidir ki, qanuna müvafiq yәni, qanuni yolla әldә olunmuş olsun. Insan Hüquqları üzrә Avropa Mәhkәmәsi (bundan sonra mәtndә Avropa Mәhkәmәsi) müxtәlif ölkәlәrә qarşı qәbul etdiyi Qәrarlarında dәfәlәrlә vurğulamışdır ki, tәqsirlәndirilәn şәxsin tәqsirliliyi barәdә mәhkәmәnin nәticәsi hәm yetәrlilik, hәm dә inandırıcılıq tәlәblәrinә uyğun olmalı, onun әsasını isә yalnız elә sübutlar tәşkil etmәlidir ki, qanuna müvafiq yәni, qanuni yolla әldә olunmuş olsun. Avropa Mәhkәmәsinin yerli mәhkәmәlәrin yekun qәrarlarının hüquqiliyi ilә bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrә # #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrә ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrә ## ###### 2009-cu il tarixli qәrarlarına әsasәn, hüquqi dövlәtin әn mühüm prinsiplәrindәn biri digәr hallarla yanaşı, mәhkәmәnin yekun qәrarlarının sual doğurmamalı olmasını nәzәrdә tutan hüquqi müәyyәnlikdir. Yuxarı mәhkәmәlәrin hüquqi qәrarları lәğv etmә gücü mәhz ciddi sәhvlәrin düzәldilmәsindә özünü göstәrmәlidir. Bu güc elә tәtbiq edilmәlidir ki, fәrdi maraqlarla mühakimә sisteminin effektivliyinin tәmin edilmәsi arasında әdalәtli balans yaratmaq maksimal dәrәcәdә mümkün olsun. Bir sıra mәhkәmә qәrarlarında “ciddi sәhv” anlayışının tәhlili zamanı Mәhkәmә vurğulamışdır ki, işin “natamam vә qәrәzli” olması, yanlış nәticәyә sәbәb olması, mәhkәmә prosesinin ciddi pozuntuları, hakimiyyәtdәn suiistifadә, hüququnun tәtbiqi dairәsindәki sәhvlәr vә әdalәt mühakimәsi maraqlarına tәsir edәn digәr ağır nöqsanlar ciddi sәhvin mövcudluğu kimi göstәrilir. Göstәrilәnlәrlә bağlı Konvensiya prinsipial olaraq dövlәtin cinayәt mühakimә icraatı zamanı sәhvlәrin aradan qaldırılması imkanına malik olması üçün yekun mәhkәmә qәrarlarının yenidәn baxılmağa açılmasına icazә verir. Belә sәhvlәrin aradan qaldırılmadan qalması әdalәt mühakimәsinin әdalәtliliyinә, obyektivliyinә vә ictimai nüfuzuna ciddi tәsir edir. “Barbera, Messege vә Yabardo Ispaniyaya qarşı” şikayәtlә bağlı qәbul etdiyi qәrarda Avropa Mәhkәmәsi göstәrmişdir ki, tәqsirsizlik prezumpsiyası nәzәrdә tutur ki, mәhkәmәnin tәrkibi öz vәzifәlәrini icra edәrkәn tәqsirlәndirilәn şәxsә istinad edilәn cinayәtin onun tәrәfindәn törәdildiyi kimi qәrәzli mövqedәn çıxış etmәmәlidir, bunu sübut etmәk vәzifәsi ittiham tәrәfinin üzәrinә düşür vә istәnilәn şübhә tәqsirlәndirilәn şәxsin xeyrinә hәll edilmәlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrә ## #### 2007-ci il tarixli qәrarında Avropa Mәhkәmәsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymәtlәndirilәrkәn, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmәk yükü tәkzib edәnin deyil, iddia edәnin üzәrinә düşür) Prinsipi rәhbәr tutulur. Sübut kifayәt qәdәr güclü, aydın vә bir-birinә uyğun qәtnәmәlәrin hәm mövcudluğundan, hәmçinin tәkzib olunmaz oxşar fakt ehtimallarından irәli gәlә bilәr. Avropa Mәhkәmәsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qәrarında vurğulanmışdır ki, sübutlar qiymәtlәndirilәrkәn, bir qayda olaraq әsaslı şübhәdәn kәnar standartlar tәtbiq edilir. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli Qәrarında mәhkәmә hökmünün vә apellyasiya instansiyası mәhkәmәsinin yekun qәrarının qanuniliyi ilә bağlı mәhkәmәlәrә bir çox izah vә tövsiyyәlәr verilmişdir ki, bunlardan da bir hissәsi hәmin Qәrarın 8-10-cu bәndlәrindә nәzәrdә tutulmuşdur. Belә ki, sözü gedәn Plenum Qәrarının göstәrilәn bәndlәrindә mәhkәmәlәrә Konstitusiyanın 63-cü maddәsinә, habelә CPM-in 33, 125-ci maddәlәrinә әsasәn әdalәt mühakimәsi hәyata keçirilәrkәn qanunsuz yolla әldә edilәn sübutlardan istifadә edilә bilmәmәlәri, öz tәşәbbüsü ilә vә yaxud cinayәt prosesi tәrәflәrinin vәsatәtlәri әsasında sübutun CPM-in 125.2-ci maddәsindә nәzәrdә tutulmuş pozuntularla әldә edilmәsi sәbәbindәn istifadә edilmәsinin qeyri-mümkün olması barәdә nәticәyә gәlib, onu sübutların sırasından xaric edәrkәn qanun pozuntusunun nәdәn ibarәt olmasını әsaslandırmaları tövsiyә olunmuşdur. Hәmçinin, izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 vә 349.5.1-ci maddәlәrinә müvafiq olaraq mәhkәmәnin hökmü yalnız mәhkәmә iclasında bilavasitә tәdqiq olunan sübutlara әsaslana bilәr. Bu maddәlәrin tәlәbinә görә, mәhkәmә gәldiyi nәticәlәri şәrh edәrkәn mәhkәmә iclasında tәdqiq edilmәyәn vә mәhkәmә iclas protokolunda әksini tapmayan sübutlara istinad edә bilmәz. Tәqsirlәndirilәn şәxsin, şahidlәrin, zәrәr çәkmiş şәxsin, mәhkәmәyәdәk icraat zamanı verdiklәri ifadәlәrә o vaxt istinad etmәk olar ki, onlar CPM-in 327, 329 vә 330.1-ci maddәlәrinә uyğun olaraq mәhkәmә iclasında elan edilmәklә yanaşı, başqa sübutlarla müqayisә edilmiş olsun. Göründüyü kimi, milli qanunvericiliyin normalarının vә beynәlxalq müqavilәlәrin tәlәblәri, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin bir sıra mәsәlәlәr üzrә verdiyi şәrhlәr, Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin hüquqi mövqeyi vә Ali Mәhkәmәnin Plenumunun izah vә tövsiyәlәri әdalәt mühakimәsinin hәyata keçirilmәsi zamanı mәhkәmәlәrin üzәrinә qoyduqları әsas vәzifә ondan ibarәtdir ki, әvvәla hәqiqәtin müәyyәn edilmәsi üçün mәhkәmәlәr mәhkәmә iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymәt vermәli, onları müqayisә etmәklә bir sübutun digәrindәn üstün olmasını şәrh etmәli, ittiham vә ya bәraәt hökmünün çıxarılması zamanı yalnız mәhkәmә iclaslarında araşdırılmış vә kifayәt edәn sübutlara әsaslanmalı, bundan sonra isә әmәlin tövsifi, cәza tәdbirinin seçilmәsi vә hökmә aid olan digәr tәlәblәr üzrә maddi vә prosessual hüquq normalarının tәtbiqi mәsәlәlәrini hәll etmәlidirlәr. Bu vәzifәnin yerinә yetirilmәmәsi vә ya natamam yerinә yetirilmәsi nәticәsindә mәhkәmәnin iş üzrә çıxardığı yekun mәhkәmә aktı әsaslı vә qanuni hesab edilә bilmәz. Şәrh edilәnlәrdәn çıxış edәrәk Mәhkum ona qarşı irәli sürülmüş ittihamda vә tәqsirli bilinәrәk mәhkum olunduğu, hökmün tәsviri-әsaslandırıcı vә hazırkı qәrarın “Işin halları” hissәlәrindә tәsvir edilmiş cinayәt әmәllәrini törәtmәsi barәdә hәm birinci, hәm dә apellyasiya instansiyası mәhkәmәlәrinin gәldiklәri nәticә üzrә hәmin mәhkәmәlәrin qәbul etdiklәri yekun mәhkәmә aktlarını yoxladıqda, mәhkәmә kollegiyası onların yuxarıda istinad olunan prosessual hüquq normalarının tәlәblәrinә, xüsusilә dә CPM-in 143-146-cı maddәlәrindә nәzәrdә tutulmuş sübutların tәdqiqi qaydalarına vә CPM-in 349.5-ci maddәsindә tәsbit olunmuş mәhkәmәnin gәldiyi nәticәlәrin yalnız mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara әsaslanmasını, bu sübutların ittihamın qiymәtlәndirilmәsi üçün kifayәt edәn olmasını, mәhkәmәnin müәyyәn etdiyi halların onun tәdqiq etdiyi sübutlarla uyğunluq tәşkil etmәsi barәdә tәlәblәrә cavab vermәsini müәyyәn edir vә eyni zamanda vurğulayır ki, istәr ibtidai araşdırma orqanı, istәrsә dә mәhkәmәlәr iş üzrә Mәhkum zәrәr çәkmiş qismindә tanınmış şәxslәrә qarşı mәhz dәlәduzluq cinayәt әmәllәrini törәtmәsi haqda nәticәyә gәlәrkәn, kassasiya şikayәtinin dәlillәrinin әksinә olaraq mәhkum olunmuş şәxsin hәr hansı hüququnun pozulmasına yol vermәmiş vә ona hәmin hüquqlarını tam şәkildә hәyata keçirmәsi üçün kifayәt qәdәr imkanlar yaradılmış, ibtidai araşdırma orqanının vә birinci instansiya mәhkәmәsinin hәr hansı qanun pozuntusuna yol verilmәdәn әldә edilmiş mötәbәr sübutların hamısı birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında tam, hәrtәrәfli vә obyektiv olaraq tәdqiq edilәrәk mәhz hәmin sübutlara әsaslanmış yekun mәhkәmә akları qәbul edilmişdir. O ki, qaldı hazırkı iş üzrә mәhkәmә iclaslarında zәrәr çәkmiş şәxslәr X4 vә X5 dindirilmәlәrinin tәmin olunmaması, digәr tәrәfdәn isә Mәhkum da onları dindirmәk hüququnun pozulmasına yol verilmәsi barәdә kassasiya şikayәtinin dәlillәrinә, mәhkәmә kollegiyası bu dәlillәrә cavab olaraq qeyd edir ki, әvvәla işә mәhkәmәlәrdә baxılması zamanı adları göstәrilәn zәrәr çәkmiş şәxslәr Azәrbaycan Respublikasının hüdudlarından kәnarda olduqlarına görә vә mәhz hәmin üzrlü sәbәbdәn mәhkәmә iclaslarında iştirak edә bilmәdiklәrindәn birinci instansiya mәhkәmәsi tәrәfindәn onların ibtidai araşdırma zamanı hәr birisinin ayrı-ayrılıqda verdiklәri ifadәlәri elan olunaraq tәdqiq edilmiş, cinayәt tәqibinin hәmin mәrhәlәsindә isә onlar Mәhkumla üzlәşdirilmiş vә bu istintaq hәrәkәtinin aparılması zamanı sonuncu göstәrilәn zәrәr çәkmiş şәxslәri dindirmәk vә onlara lazımi sualları verәrәk iş üçün mühüm әhәmiyyәt kәsb edәn bu vә ya digәr halı aydınlaşdırmaq hüququ tәmin edilmişdir. Bununla yanaşı, iş materiallarından göründüyü kimi, hәm birinci, hәm dә apellyasiya instansiyası mәhkәmәsinin mәhkәmә iclaslarında X4 vә X5 etibarnamә әsasında onların nümayәndәsi qismindә vәkil V.İ.Babayev tәmsil etmiş, lakin istәr Mәhkum, istәrsә dә onun müdafiәçilәri bunun üçün şәrait yaradılmasına baxmayaraq sonuncunun vasitәsilә müvafiq suallar vermәklә hәr hansı halı aydınlaşdırmaq tәşәbbüsü ilә çıxış etmәmişlәr. Belә olan halda, mәhkәmә kollegiyası adları qeyd olunan zәrәr çәkmiş şәxslәrin mәhkәmә iclaslarında bilavasitә dindirilmәmәlәrindә hәr hansı qanun pozuntusu, o cümlәdәn Avropa Konvensiyasının 6-cı maddәsinin 3-cü hissәsinin pozuntusunu görmür vә buna görә tәhlil edilәn mәsәlә ilә bağlı müdafiәçi O.R.Zeynalovun kassasiya şikayәtinin dәlillәrini qәbul edilmәz sayır. Eyni zamanda mәhkәmә kollegiyası qeyd edir ki, hazırkı iş üzrә ibtidai araşdırmanı aparan orqan vә mәhkәmәlәr Mәhkum ona qarşı irәli sürülmüş ittiham üzrә cinayәt әmәllәrini, yәni dörd epizod üzrә dәlәduzluq cinayәtini törәtmәsi barәdә nәticәyә gәlәrkәn sonuncunun mәhkәmәyәdәk icraat dövründә verdiyi etirafedici ifadәlәri ilә yanaşı, zәrәr çәkmiş şәxslәr (mülki iddiaçılar) X4, X5, zәrәrçәkmiş şәxs2, şahidlәr şahid1, şahid5, şahid4, şahid2, şahid3 ifadәlәrinә, işә әlavә edilmiş vә SD diskә yazılmış videogörüntülәrә vә iş üçün әhәmiyyәt kәsb edәn sәnәdlәrә әsaslanmış (bu sübutların hamısı mәhkәmәlәrin yekun mәhkәmә aktlarında әtraflı tәsvir edildiyindәn mәhkәmә kollegiyası hәmin sübutların hazırkı qәrarda tәkrarәn tәsvir edilmәsinә ehtiyac görmür), bu zaman göstәrilәn sübutlara qanuna müvafiq qaydada mәnsubiyyәti, mümkünlüyü vә mötәbәrliyi üzrә qiymәt vermiş vә bu baxımdan kollegiya hesab edir ki, istәr ibtidai araşdırma orqanının, istәrsә dә işә mahiyyәti üzrә baxmış mәhkәmәlәrin gәldiklәri hәmin nәticә hәm maddi hüquq normalarının tәlәblәrinә, hәm dә bu tәlәblәrә müvafiq olaraq formalaşmış mәhkәmә tәcrübәsinә uyğun olmuş, bütün bunlar kifayәt qәdәr nәzәrә alınmış vә mәhkәmәlәr әsaslı olaraq Mәhkum әmәllәrinin işgüzar münasibәtlәrdәn qaynaqlanan әmәllәr kimi qiymәtlәndirmәkdәn imtina etmişlәr. Bu qәnaәti ilә bağlı mәhkәmә kollegiyası әvvәla qeyd edir ki, cinayәt-hüquq nәzәriyyәsindә talama cinayәtlәrini xarakterizә edәn, eyni zamanda onları әmlak zәrәri ilә müşayiәt edilәn digәr әmәllәrdәn, o cümlәdәn mülki-hüquq xarakterli pozuntulardan ayırmağa imkan verәn obyektiv vә subyektiv әlamәtlәr göstәrilmişdir. Talama cinayәtlәrinin obyektini vә obyektiv cәhәtini sәciyyәlәndirәn әlamәtlәr kimi aşağıdakılar qeyd olunur: - özgә әmlakının әlә keçirilmәsi, yәni götürülmәsi (zәrәrçәkmişin әmlakının kütlәsindәn ayrılması) vә (vә ya) tәqsirkarın özünün, yaxud da digәr şәxslәrin nәfinә keçirilmәsi; - götürülmәnin vә nәfinә keçirilmәnin hüquqa zidd olması; - bunların әvәzsiz olması; - cinayәtin predmeti kimi özgә әmlakının (әmlaka olan hüququn) çıxış etmәsi; - mülkiyyәtçiyә vә yaxud әmlaka sahiblik edәn digәr şәxsә birbaşa әmlak zәrәrinin vurulması. Subyektiv, yәni talama cinayәtlәrini xarakterizә edәn daxili әlamәtlәrә isә aşağıdakılar aid edilir: - birbaşa qәsd; - tamah mәqsәdi. Talama cinayәtlәrindәn sayılan dәlәduzluq CM-in 178.1-ci maddәsinin dispozisiyasında etibardan sui-istifadә etmә vә ya aldatma yolu ilә özgә әmlakını әlә keçirmә vә ya әmlak hüquqlarını әldә etmә kimi tәsbit edilmiş, belә әmәllәrin özgә әmlakını zәrәr çәkmiş şәxsә külli miqdarda ziyan vurmaqla törәdilmәsinә görә isә cinayәt mәsuliyyәti CM-in 178.3.2-ci maddәsindә nәzәrdә tutulmuşdur. Şәxs zәrәr çәkmiş şәxslәrin bir hissәsinә xeyli, digәrlәrinә isә - külli vә ya xüsusilә külli miqdarda ziyan vurmaqla dәlәduzluq cinayәtini törәtdikdә isә, onun törәtdiyi әmәllәr dә yalnız CM-in 178.3.2 vә ya 278.4-cü maddәsi ilә tövsif edilir. CM-in 178.1-ci maddәsinin dispozisiyasına vә talama cinayәtlәrinin ümumi әlamәtlәrini xarakterizә hallara görә aldadan, etibardan sui-istifadә edәn, yәni dәlәduzluq cinayәtinin törәdilmәsindә ittiham olunan şәxsin qәsdi birbaşa vә mәhz hәmin üsulların kömәkliyi ilә әmlakın әlә keçirilmәsinә, әmlak hüquqlarının әldә edilmәsinә yönәlmәlidir. Odur ki, (әmәl әmlakın әlә keçirilmәsindә ifadә olunduqda), dәlәduzluq cinayәtinin subyektiv cәhәti aldatma vә etibardan sui-istifadә etmәklә özgә әmlakını әlә keçirәn şәxsin әmlakı әlә keçirmәk niyyәtinin hәmin әmlakın ona verilmәsinәdәk mövcud olmasını vә buna müvafiq olaraq mәqsәdinin, digәr talama cinayәtlәrindә olduğu kimi, әmlakın әvәzsiz olaraq әlә keçirilmәsinә yönәlmәsini ehtiva edir. Dələduzluq cinayət qanununvericiliyində maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu sәbәbdәn, şәxsdә әmlakı sahibliyinә keçirdiyi vaxt (mәsәlәn, müәyyәn razılaşmaya, müqavilәyә әsasәn) aldatma, etibardan sui-istifadә etmәklә özgә әmlakını әvәzsiz olaraq әlә keçirmә niyyәti olmayıbsa, sonrakı dövrdә әmlak, әmlakın әvәzi hәr hansı sәbәbdәn mülkiyyәtçiyә (sahiblik edәnә) qaytarılmadıqda, şәxsin belә hәrәkәt etmәsi CM-in 178-ci maddәsinin dispozisiyası nöqteyi-nәzәrindәn cinayәt-hüquqi mәna kәsb etmәyәrәk әvvәlki razılaşmanın (müqavilә üzrә öhdәliyin) lazımınca icra olunmaması, yәni mülki-hüquq xarakterli pozuntu kimi çıxış edir vә göstәrilәn hal şәxsi mülki-hüquq münasibәtlәrinin sübyektindәn dәlәduza çevirmir. Eyni mövqedәn Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Plenumu “Dәlәduzluq cinayәtlәrinә dair işlәr üzrә mәhkәmә tәcrübәsi haqqında” ## #### 2015-ci il tarixli Qәrarında da çıxış etmişdir (Plenumun ## ##### 2021-ci il tarixli Qәrarı ilә edilmiş dәyişikliklәrlә vә әlavәlәrlә birlikdә). Hәmin Qәrarın 1-5-ci bәndlәrindә Plenum mәhkәmәlәrә izah etmişdir ki, CM-in IX bölmәsinin iyirmi üçüncü fәslindә nәzәrdә tutulmuş başqa talama cinayәtlәrindәn fәrqli olaraq dәlәduzluq cinayәti aldatma vә ya etibardan sui-istifadә etmә yolu ilә törәdilir vә әmlak sahibi öz әmlakını vә ya ona olan hüququnu başqa şәxslәrә yalan vәdlәrin tәsiri altında könüllü surәtdә verir. Törәdilmiş әmәl o halda CM-in 178-ci maddәsindә nәzәrdә tutulmuş dәlәduzluq, yәni etibardan sui-istifadә vә ya aldatma yolu ilә özgә әmlakını әlә keçirmә vә ya әmlak hüquqlarını әldә etmә hesab edilir ki, şәxsin niyyәti әmlakı әlә keçirәrkәn vә ya әmlak hüquqları әldә edәrkәn hәr hansı öhdәliyin yerinә yetirilmәsinә deyil, özgәnin әmlakının әvәzsiz vә qanunsuz olaraq öz mülkiyyәtinә keçirilmәsinә, yaxud da әmlak hüquqlarının әldә edilmәsinә yönәlmiş olsun. Dәlәduzluq cinayәtinin üsulu kimi aldatma dedikdә, özgә әmlakını (әmlak hüququnu) әlә keçirmәk niyyәtindә olan şәxs tәrәfindәn bilә-bilә yalan, hәqiqәtә uyğun olmayan mәlumatların verilmәsi vә ya hәqiqi mәlumatların gizlәdilmәsi, yaxud da әmlakın әlә keçirilmәsinә yönәlmiş qәsdәn törәdilәn başqa hәrәkәtlәrin edilmәsi (mәsәlәn, әqdin predmeti olan saxta әşyaların vә ya saxta sәnәdlәrin tәqdim edilmәsi, onların әldә edilmәsi, malların alınması zamanı aldadıcı üsullardan istifadә edilmәsi vә ya hesablaşma görüntüsünün yaradılması vә sair) başa düşülür. Dәlәduzluğun törәdilmәsi zamanı hәqiqәtә uyğun olmayan vә ya gizlәdilәn mәlumatlar kimi müxtәlif hallar, mәsәlәn hüquqi faktlar, әmlakın dәyәrinә vә keyfiyyәtinә, tәqsirkarın şәxsiyyәtinә, onun sәlahiyyәtlәrinә vә niyyәtinә dair mәlumatlar çıxış edә bilәr. Dәlәduzluğun üsulu kimi etibardan sui-istifadә etmә dedikdә, әmlakı әlә keçirmәk vә ya әmlaka olan hüququ әldә etmәk mәqsәdi güdәn şәxs tәrәfindәn әmlakın mülkiyyәtçisi, bu әmlaka sahiblik edәn vә ya sәrәncam vermәk hüququ olan şәxslә yaranmış etibarlı münasibәtlәrdәn istifadә olunması başa düşülür. Etibardan sui-istifadә etmә, hәmçinin, tәqsirkar şәxsin qulluq sәlahiyyәtlәrinin hәyata keçirilmәsi, zәrәr çәkmiş şәxslә yaxın şәxsi vә ya qohumluq münasibәtlәrinin olması ilә dә әlaqәdar ola bilәr. Etibardan sui-istifadә etmә hәm dә tәqsirkarın әvәzsiz olaraq özünün vә ya üçüncü şәxslәrin xeyrinә әmlakı vә ya ona olan hüququ әlә keçirmәk mәqsәdi ilә üzәrinә götürdüyü hәr hansı öhdәliyi yerinә yetirmәk niyyәtindә olmadığı halda, mәsәlәn, kredit müәssisәlәrindәn müәyyәn mәblәğdә kredit vә ya zәrәr çәkmiş şәxsdәn borc alaraq bunları qaytarmaq mәqsәdi güdmәdiyi, hәr hansı işin görülmәsi, xidmәtlәrin göstәrilmәsi öhdәliyini üzәrinә götürüb bunun üçün әvvәlcәdәn avans kimi müәyyәn mәblәğdә pul alaraq hәmin işi görmәdiyi (xidmәti göstәrmәdiyi) vә görmәk (xidmәt göstәrmәk) niyyәtindә olmadığı hallarda da baş verir. Bundan başqa, Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dәlәduzluq әmlaka olan hüququ әlә keçirmә formasında törәdildikdә, cinayәtin başa çatma anı tәqsirkarın әmlaka dair mülkiyyәt hüququnun, habelә hәmin әmlaka sahiblik etmәk vә ya sәrәncam vermәk hüququnun qanunvericilikdә nәzәrdә tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (mәsәlәn, daşınmaz әmlaka dair mülkiyyәt hüququnun müvafiq orqanlar tәrәfindәn qeydiyyata alındığı, bu hüququn tanınmasına dair mәhkәmә qәrarının qüvvәyә mindiyi, әmlakın alqısatqısına dair әqdin bağlandığı an vә sair). Ali Mәhkәmәnin Plenumu hәmçinin qeyd etmişdir ki, şәxs әmlakı (әmlaka olan hüququ) әldә edәrәk onların verilmәsinin şәrtlәri ilә bağlı öhdәliklәri yerinә yetirmәk niyyәtindә olmadıqda vә nәticәdә zәrәr çәkmiş şәxsә maddi zәrәr vurulduqda, onun әmәli o halda dәlәduzluq kimi qiymәtlәndirilir ki, tәqsirkarın özgә әmlakının talanmasına vә ya әmlaka olan hüquqa yiyәlәnmәsinә yönәlmiş niyyәti hәmin әmlakı vә ya әmlaka olan hüququ әldә edәnәdәk yaranmış olsun. Şәxsin әmlakın ona verilmәsi ilә bağlı öhdәliklәri yerinә yetirmәk üçün әvvәlcәdәn real maliyyә imkanlarının, yaxud әmlakın idarә edilmәsi üçün onun icazәsinin olmaması, әmlakı (әmlaka olan hüququ) әldә edәrkәn saxta sәnәdlәrdәn istifadә etmәsi, başqa şәxslәrә vә ya kredit tәşkilatlarına borcunun vә ya girovda әmlakının olması haqda mәlumatları gizlәtmәsi, әqdin bağlanması zamanı tәrәflәrdәn biri kimi çıxış edәn yalançı müәssisәlәr yaratması onun özgә әmlakının talanmasına yönәlmiş niyyәtinin olmasına dәlalәt edәn hallar kimi çıxış edә bilәr. Lakin bu halların da mövcud olması birmәnalı olaraq şәxsin dәlәduzluq cinayәtini törәtmәsi barәdә nәticәyә gәlmәk üçün әsas vermir vә hәr bir konkret işin hallarına әsaslanaraq tәqsirkarın üzәrinә götürdüyü öhdәlilklәri yerinә yetirmәk niyyәtindә olmaması müәyyәn edilmәlidir. «Azәrbaycan Respublikasında Insan hüquq vә azadlıqlarının hәyata keçirilmәsinin tәnzimlәnmәsi haqqında» Azәrbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddәsinә әsasәn, heç kәs yalnız hansısa mülki müqavilә öhdәliyini yerinә yetirmәyә qadir olmadığına görә tutula, hәbsә alına vә ya azadlıqdan mәhrum edilә bilmәz. Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Assambleyası tәrәfindәn ## ###### 1966-cı il tarixdә qәbul edilmiş “Mülki vә Siyasi Hüquqlar Haqqında” Beynәlxalq Paktın 11-ci maddәsindә vә Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddәsindә tәsbit edilmişdir ki, heç kәs yalnız hәr hansı bir müqavilә öhdәliyini ödәmәk iqtidarında olmadığına görә azadlıqdan mәhrum edilә bilmәz. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Plenumunun yuxarıda adı çәkilәn ## #### 2015-ci il tarixli Qәrarının 27-ci bәndindә mәhkәmәlәrin nәzәrinә çatdırılmışdır ki, “Mülki vә siyasi hüquqlar haqqında” Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Assambleyası tәrәfindәn ## ###### 1966-cı il tarixdә qәbul edilmiş Beynәlxalq Paktın 11-ci maddәsinә vә “Insan hüquqlarının vә әsas azadlıqların müdafiәsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddәsinә әsasәn, heç kәs hәr hansı bir müqavilә öhdәliyini ödәmәk iqtidarında olmadığına görә azadlıqdan mәhrum edilә bilmәz. Bu baxımdan әmlakın qaytarılmaması obyektiv hallarla, yәni müflislәşmә vә ya uğursuz kommersiya fәaliyyәti nәticәsindә, borclunun әmlakının oğurlanması vә bu kimi sair hallarla әlaqәdar olmuşdursa, kreditor vә borclunun qarşılıqlı münasibәtlәri mülki qanunvericilik әsasında tәnzimlәnmәlidir. Mülki-hüquq münasibәtlәrdәn irәli gәlәn (mәsәlәn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarә vә sair müqavilәlәr üzrә) öhdәliklәrin yerinә yetirilmәmәsi yalnız o halda dәlәduzluq kimi qiymәtlәndirilә bilәr ki, şәxsin hәmin müqavilәlәri bağlamazdan әvvәl özgәnin әmlakını vә ya әmlaka olan hüququnu әvәzsiz olaraq әlә keçirmәk niyyәtindә olması müәyyәn edilmiş olsun. Qalan hallarda belә öhdәliklәrin yerinә yetirilmәmәsi mәsәlәsinә mülki mühakimә icraatı qaydasında baxıla bilәr. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı vә bu kimi başqa mülkihüquq münasibәtlәrdәn irәli gәlәn müqavilә bağlandıqdan sonra şәxs digәr şәxsin müqavilәnin şәrtlәrinә zidd olan hәrәkәtlәri nәticәsindә әmlakından vә ya әmlaka olan hüququndan mәhrum olduqda vә hәmin әmlakın qaytarılması (әmlaka olan hüququnun bәrpa edilmәsi) iddiası ilә mülki mühakimә icraatı qaydasında mәhkәmәyә müraciәt etdikdә, mәhkәmә bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tәlәblәrinә uyğun qaydada baxmalı, bu baxış zamanı әmlakı әlә keçirmiş vә ya әmlak hüququnu әldә etmiş şәxsin әmәllәrindә talama, o cümlәdәn dәlәduzluq cinayәtinin әlamәtlәrinin olmasını müәyyәn etdikdә isә, Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 265.4-cü maddәsinin tәlәblәrinә müvafiq olaraq bu haqda xüsusi qәrardad çıxarmaqla prokurora xәbәr vermәlidir. Mәhkәmә kollegiyası dәlәduzluq cinayәtinә yuxarıda verilmiş tәfsirdәn, qanunvericiliyin vә beynәlxalq müqavilәlәrin tәlәblәrindәn, Ali Mәhkәmәnin Plenumunun izah vә tövsiyәlәrindәn, habelә iş üzrә ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmәdәn toplanmış vә birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında tam, hәrtәrәfli vә obyektiv araşdırılmış sübutlardan çıxış edәrәk hesab edir ki, Mәhkum hazırkı iş üzrә zәrәr çәkmiş şәxslәr qismindә tanınmış X4, X5 vә zәrәrçәkmiş şәxs2 qarşı mәhz dәlәduzluq cinayәtini törәtmәsi barәdә birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin gәldiklәri nәticә düzgündür, qanunidir vә bu baxımdan hәmin nәticәnin şübhә altına alınması üçün heç bir әsas yoxdur. Hәm birinci instansiya mәhkәmәsinin hökmündә, hәm dә apellyasiya instansiyası mәhkәmәsinin yekun qәrarında әtraflı tәsvir edilmiş sübutların tәhlili mәhkәmә kollegiyasına belә qәnaәtә gәlmәyә әsas verir ki, Mәhkum X4, X5 vә zәrәrçәkmiş şәxs2 müxtәlif mәblәğlәrdә pul vәsaitlәrini heç dә onlarla birlikdә biznes fәaliyyәtini hәyata keçirmәk deyil, hәmin pulları әvvәlcәdәn etibardan sui-istifadә vә aldatma yolu ilә әlә keçirmәk niyyәtindә olaraq sonradan onlara özü istәdiyi kimi sәrәncam vermәk mәqsәdilә almış vә toplanmış vә araşdırılmış sübutların tәhlili dә göstәrir ki, o, bu mәqsәdinә nail olmaqla zәrәr çәkmiş şәxslәrә onlardan aldığı pullar miqdarında maddi zәrәr vurmuşdur. Müdafiәçi O.R.Zeynalov isә kassasiya şikayәtindә bunun әksini, yәni Mәhkum zәrәr çәkmiş şәxslәrlә birgә biznes fәaliyyәti ilә mәşğul olması mәqsәdilә pul alması, bu fәaliyyәti hәqiqәtәn hәyata keçirmәsi vә bunun nәticәsindә qazanc әldә edәrәk hәmin qazancın bir hissәsini dә sonunculara vermәsi barәdә dәlillәr irәli sürsә dә, bu dәlillәr iş üzrә toplanmış vә araşdırılmış sübutlarla tәsdiq olunmur, kassasiya şikayәtinin müәllifi dә onun dәlillәrini tәsdiq edәn mötәbәr sübutlara istinad etmәmişdir. Halbuki, CPM-in 139.0.6-cı maddәsinin tәlәblәrinә әsasәn bu Mәcәllә ilә başqa hal nәzәrdә tutulmamışsa, cinayәt prosesi iştirakçısının vә ya cinayәt prosesindә iştirak edәn digәr şәxsin öz tәlәbini әsaslandırdığı hallar yalnız sübutlara әsasәn müәyyәn edilir. Buna görә, mәhkәmә kollegiyası hesab edir ki, işә mahiyyәti üzrә baxaraq sübutları tәdqiq edәn birinci instansiya mәhkәmәsi vә onunla razılaşan apellyasiya instansiyası mәhkәmәsi düzgün olaraq belә qәnaәtә gәlmişlәr ki, Mәhkum bütün fәaliyyәti dәlәduzluq cinayәtinin obyektiv cәhәtini tәşkil edәn әmәllәrdәn ibarәt olmuş, bu әmәllәri törәtmәzdәn әvvәl isә sonuncu zәrәr çәkmiş şәxslәrin müxtәlif mәblәğlәrdә pulda ifadә olunan әmlaklarını әlә keçirmәk niyyәti izlәmişdir. Iş materiallarından görünür ki, istәr Mәhkum, istәrsә dә onun müdafiәçilәri nә ibtidai araşdırma zamanı, nә dә ki, mәhkәmә iclaslarında hәr hansı sübutun yolverilmәzliyini tәsdiq edәn heç bir tutarlı dәlil irәli sürmәmiş vә onların (xüsusilә dә zәrәr çәkmiş şәxslәrin ifadәlәrinin) sübutlar siyahısından çıxarılması haqda tәşәbbüslә çıxış etmәmiş, hәm onun, hәm dә müdafiәçi O.R.Zeynalovun bununla bağlı iddiaları isә yalnız ehtimallar üzәrindә qurulmuşdur. Halbuki, CPM-in 125.2.1-125.2.10-cu maddәlәrinә әsasәn yalnız aşağıdakı hallarda әldә edilmiş mәlumatların, sәnәdlәrin vә digәr әşyaların cinayәt işi üzrә sübut kimi qәbul edilmәsinә yol verilmir: - insan vә vәtәndaşların konstitusiya hüquqlarının vә azadlıqlarının, yaxud bu Mәcәllәnin digәr tәlәblәrinin pozulması ilә cinayәt prosesi iştirakçılarının qanunla tәminat verilәn hüquqlarından mәhrum etmә vә ya onları mәhdudlaşdırmaqla bu sübutların hәqiqiliyinә hәr hansı yolla tәsir göstәrәcәyi vә ya göstәrә bilәcәyi halda; - zorakılıq, hәdә-qorxu, aldatma, işgәncә vә digәr qәddar, qeyri-insani, yaxud lәyaqәti alçaldan hәrәkәtlәrin tәtbiq edilmәsi ilә; - şübhәli vә ya tәqsirlәndirilәn şәxsin müdafiә hüquqlarının, cinayәt mühakimә icraatının aparıldığı dili bilmәyәn şәxsin hüquqlarının pozulması ilә; - cinayәt prosesindә iştirak edәn şәxsin hüquq vә vәzifәlәrinin izah edilmәmәsi, tam vә ya düzgün izah edilmәmәsi nәticәsindә öz hüquq vә vәzifәlәrini yanlış başa düşmәsindәn istifadә etmәklә; - cinayәt tәqibi üzrә icraatı hәyata keçirmәk, istintaq vә ya digәr prosessual hәrәkәtlәr aparmaq hüququ olmayan şәxs tәrәfindәn bu hәrәkәtlәr edildikdә; - cinayәt prosesindә onun iştirakını istisna edәn halları bildiyi vә ya bilmәli olduğu halda etiraz edilmәli şәxsin iştirakı ilә; - istintaq vә ya digәr prosessual hәrәkәtlәrin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sәnәdi vә ya digәr әşyanı tanımağa qadir olmayan, onun hәqiqiliyini, mәnbәyini, әldә olunma hallarını tәsdiq edә bilmәyәn şәxsdәn alındıqda; - mәhkәmә iclasında mәlum olmayan şәxsdәn, yaxud müәyyәn olunmayan mәnbәdәn alındıqda; - müasir elmi baxışlara zidd üsulların tәtbiqi nәticәsindә alındıqda. Eyni zamanda mәhkәmә kollegiyası qeyd edir ki, CPM-in 125.8-ci maddәsindә tәsbit edilmişdir ki, bu Mәcәllәnin tәlәblәrinә riayәt olunmaqla sübutlar әldә edildikdә, onların qәbul olunmasının yolverilmәzliyinin әsaslandırılması mübahisә edәn tәrәfin üzәrinә düşür. Mәhkәmә kollegiyasının qәnaәtinә görә, bütün tәsvir edilәnlәr Mәhkum zәrәr çәkmiş şәxslәrә mәxsus pul vәsaitlәrini mәhz onları aldatmaqla vә etibarlarından suiistifadә etmәklә әlә keçirmәsinә, yәni mәhkum olunmuş şәxsin onlara qarşı dәlәduzluq cinayәtini törәtmәsi barәdә nәticәyә gәlmәk üçün kifayәt qәdәr әsaslar yaradır. Belә olan halda mәhkәmә kollegiyası kassasiya şikayәtinin tәhlil edilәn mәsәlәlәrlә bağlı müdafiәçi O.R.Zeynalovun dәlillәrini qәbuledilmәz sayaraq hesab edir ki, baxılan işdә CPM-in 42-ci maddәsindә tәsbit edilmiş bәraәtin әsasları, elәcә dә apellyasiya instansiyası mәhkәmәsinin qәrarının lәğv edilmәsini vә ya dәyişdirilmәsini tәlәb edәn CPM-in 416.1.2 vә 416.1.6-cı maddәlәrindә nәzәrdә tutulmuş әsaslardan hәr hansı biri mövcud deyil. Bununla belә, mәhkәmә kollegiyası aşağıda tәsvir edilәnlәrә әsaslanaraq müdafiәçi O.R.Zeynalovun kassasiya şikayәtinin dәlili ilә razılaşır ki, hәm ibtidai araşdırma orqanı, hәm dә mәhkәmәlәr Mәhkum ona qarşı irәli sürülmüş ittiham üzrә cinayәt әmәllәrini törәtmәsi barәdә düzgün nәticәyә gәlsәlәr dә, bu әmәllәrә maddi hüquq normasının tәtbiqindә, yәni onun әmәllәrinin hüquqi tövsifindә sәhvә yol vermişlәr. Belә ki, Mәhkum qarşı irәli sürülmüş vә onun tәqsirli bilindiyi dәlәduzluq cinayәtini törәtmәsinә dair epizodlardan birincisi isә müәyyәn edilmişdir ki, o, tamah niyyәti ilә, etibardan sui-istifadә etmә vә aldatma yolu ilә özgәnin әmlakını әlә keçirmәk mәqsәdi ilә Türkiyә Respublikası vәtәndaşları X4 vә bacısı X5 yalandan özünü etibarlı biznes tәrәfdaşı kimi tәqdim edib, hәmin әrәfәdә Azәrbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-tәşkilat mәsәlәlәri şöbәsinin sektor müdiri vәzifәsindә çalışan qayınatası X vasitәsi ilә Bakı şәhәri, Nizami rayonunda yerlәşәn köhnә zavod әrazisini ucuz qiymәtә alıb baha satacağı, alqı-satqıdan sonra ana mәblәği özlәrinә geri qaytarıb әldә olunan hәmin gәlirlә suni ot örtüklü futbol meydançası tikdirib istifadәyә vermәklә gәlir әldә edәcәklәrinә dair yalan vәd vermәklә onların inam vә etibarını qazanmış, bu mәqsәdlә Türkiyә Respublikası vәtәndaşları X4 vә X5ә mәxsus Azәrbaycan Respublikasının milli pul vahidi ilә hәmin dövrün mәzәnnәsinә uyğun olaraq 2.100.746,4 manat tәşkil edәn 2.003.000 (iki milyon üç min) ABŞ dolları mәblәğindә pul vәsaitini 2015ci ilin avqust ayı әrzindә hissә-hissә olmaqla Bakı şәhәri, Nәsimi rayonu, metronun «28 May» stansiyası yaxınlığında nağd şәkildә qәbul etmәklә vahid niyyәtlә әhatә olunan qәsdlә әlә keçirmiş, әldә etdiyi özgәnin әmlakını tәyinatı üzrә xәrclәmәyәrәk qeyd olunan mәblәğin hәmin dövrün mәzәnnәsinә uyğun olaraq 1.471.820 (bir milyon dörd yüz yetmiş bir min sәkkiz yüz iyirmi) manat tәşkil edәn 1.400.000 (bir milyon dörd yüz min) ABŞ dolları mәblәğindә olan hissәsini # ###### 2015-ci il tarixdә sahibkarlıq fәaliyyәti ilә mәşğul olan tanışları şahid1 vә şahid5 aylıq faiz ödәmәk şәrti ilә borca vermiş, sonuncular bir müddәt ödәniş edib sonrakı dövr әrzindә faiz borclarını vә әsas mәblәği ödәyә bilmәdikdә isә Ağdam rayonu, Əfәtli kәndi әrazisindә yerlәşәn «xxxx» MMC-nin nizamnamә kapitalındakı 50 faizlik pay hüququnu Mәhkum ## ###### 2019-cu il tarixli müqavilә әsasında öz adına rәsmilәşdirmәklә etibardan sui-istifadә etmә vә aldatma yolu ilә zәrәr çәkmiş şәxslәr X4 vә X5 2.100,746,4 manat (iki milyon yüz min yeddi yüz qırx altı manat 4 qәpik) mәblәğindә maddi ziyan vuraraq dәlәduzluq etmiş, mәhkum olunmuş şәxsin bu әmәli isә zәrәr çәkmiş şәxslәrә xüsusilә külli miqdarda maddi ziyan vurmaqla dәlәduzluq cinayәti kimi qiymәtlәndirilәrәk CM-in 178.4-cü maddәsi ilә tövsif edilmişdir. Mәhkum ona qarşı irәli sürülmüş ittihamın tәqsirli bilindiyi digәr üç epizodlara dair müәyyәn edilmiş halların tәhlili göstәrir ki, bu epizodlar üzrә onun törәtdiyi әmәllәrin hәr birisi ayrı-ayrılıqda tәkrarәn törәdilmiş müstәqil әmәllәr, yәni zәrәr çәkmiş şәxslәrә külli miqdarlarda ziyan vurmaqla dәlәduzluq cinayәtinin törәdilmәsi kimi qiymәtlәndirilmiş vә hәmin әmәllәr yuxarıda göstәrilәn birinci epizod üzrә törәdilmiş әmәllә hәr hansı şәkildә әlaqәlәndirilmәmişdir. Bu hal isә mәhkәmә kollegiyasına belә qәnaәtә gәlmәyә әsas verir ki, Mәhkum 2015-ci ilin avqust ayında hissә-hissә olmaqla Türkiyә Respublikasının vәtәndaşları X4 vә onun bacısı X5 etibarından sui-istifad etmәklә vә onları aldatmaqla sonunculara mәxsus 2.100.746,4 manat tәşkil edәn 2.003.000 (iki milyon üç min) ABŞ dolları mәblәğindә pul vәsaitini әlә keçirmәsi ilә bağlı törәtdiyi dәlәduzluq cinayәt әmәli mәhz 2015-ci ilin avqust ayında başa çatmış, bundan sonra onun etdiyi vә qeyd olunan epizod üzrә ona qarşı irәli sürülәrәk tәqsirli bilindiyi ittihamda göstәrilәn digәr hәrәkәtlәr artıq dәlәduzluq yolu ilә әlә keçirdiyi pul vәsaitinә özü istәdiyi kimi sәrәncam vermәsi ilә әlaqәdar olmuşdur. Buna görә mәhkәmә kollegiyası hesab edir ki, Mәhkum tәhlil edilәn epizod üzrә törәtdiyi әmәl dә 2015-ci ilin avqust ayında mövcud olan cinayәt qanununun normasına müvafiq olaraq tövsif edilmәlidir ona görә ki, CM-in 10.1-ci maddәsinә әsasәn әmәlin (hәrәkәt vә ya hәrәkәtsizliyin) cinayәt sayılması vә hәmin әmәlә görә cәza, bu әmәlin (hәrәkәt vә ya hәrәkәtsizliyin) törәdildiyi zaman qüvvәdә olan cinayәt qanunu ilә müәyyәn edilir. CM-in 10.2-ci maddәsinin tәlәbinә görә isә, Ictimai tәhlükәli әmәlin (hәrәkәt vә ya hәrәkәtsizliyin) törәdilmә vaxtı, onun nәticәlәrinin baş verdiyi andan asılı olmayaraq, cinayәtin törәdildiyi vaxt sayılır. Dәlәduzluq cinayәtinin törәdilmәsinә görә cinayәt mәsuliyyәti müәyyәn edilmiş CM-in 178-ci maddәsinin öyrәnilmәsi isә göstәrir ki, 2015-ci ilin avqust ayında, yәni # ###### 2017-ci il tarixdә qüvvәyә minmiş “Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsindә dәyişikliklәr edilmәsi haqqında” Azәrbaycan Respublikasının HYPERLINK "http://e-qanun.az/framework/36863" \o "Azәrbaycan Respublikasının ## ####### 2017-ci il tarixli 816-VQD nömrәli Qanunu"## ####### 2017-ci il tarixli ***- VQD nömrәli Qanunu ilә dәyişikliklәr edilәnә qәdәr hәmin maddәdә yalnız külli miqdarda ziyan vurmaqla dәlәduzluğa görә cinayәt mәsuliyyәti nәzәrdә tutulmuş (CMin 178.3.2-maddәsi) vә hәmin dövrdә “külli miqdar” dedikdә yeddi min manatdan artıq olan mәblәğ başa düşülürdü (CM-in 177-ci maddәsinin “Qeyd hissәsinin 2-ci bәndi). Mәhkum tәhlil edilәn epizod üzrә törәtdiyi dәlәduzluq cinayәti başa çatdıqdan sonra adı çәkilәn Qanun qәbul edilmiş vә yalnız # ###### 2017-ci il tarixdә qüvvәyә minmiş hәmin Qanunla hәm CM-in 177-ci maddәsinin “Qeyd” hissәsindә, hәm dә CMin 178-ci maddәsindә müvafiq dәyişikliklәr edilәrәk talama cinayәtlәri nәticәsindә vurulmuş “xüsusilә külli miqdarın” mәblәği müәyyәn edilmiş (hәmin dәyişiklikliyә görә CM-in 177-182-ci, 185-187-ci vә 189-1-ci maddәlәrindә “xüsusilә külli miqdar” dedikdә beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür), hәm dә CM-nә dәlәduzluğun xüsusilә külli miqdarda ziyan vurmuqla törәdilmәsinә görә 178.4-cü maddә әlavә olunmuşdur. Bu hallara baxmayaraq, ibtidai araşdırma orqanı tәrәfindәn Mәhkum 2015-ci ilin avqust ayında zәrәr çәkmiş şәxslәr X4 vә onun bacısı X5 2.100.746,4 manat tәşkil edәn 2.003.000 (iki milyon üç min) ABŞ dolları mәblәğindә ziyan vurmaqla törәtdiyi dәlәduzluq cinayәt әmәli hәmin dövrdә anlayışı vә miqdarı mövcud olmayan xüsusilә külli miqdarda ziyan vurmaqla törәdilmiş dәlәduzluq kimi qiymәtlәndirilib CM-in 178.4cü maddәsi ilә tövsif edilmiş, yәni tәqsirkarın barәsindә onun vәziyyәtini ağırlaşdıran qanunun norması geriyә şamil edilәrәk tәtbiq olunmuş, mәhkәmәlәr isә bu nöqsanı aradan qaldırmayaraq onun hәmin maddә ilә tәqsirli bilinmәsi barәdә nәticәyә gәlmәklә mәhkum olunmuş şәxsin әmәlinin hüquqi tövsifindә sәhvә, nәticә etibar ilә CPM-in 416.1.15-ci maddәsindә nәzәrdә tutulmuş pozuntuya yol vermişlәr. Halbuki, CM-in 10.4-cü maddәsinin tәlәblәrinә görә, әmәlin (hәrәkәt vә ya hәrәkәtsizliyin) cinayәt sayılmasını vә hәmin әmәlә görә cәza müәyyәn edәn, cәzanı ağırlaşdıran, yaxud cinayәt törәtmiş şәxsin vәziyyәtini başqa cür ağırlaşdıran cinayәt qanununun geriyә qüvvәsi yoxdur. Mәhkәmә kollegiyası tәsvir edilәnlәrdәn çıxış edәrәk vә hәm qanunvericiliyin tәlәblәrinә, hәm dә Ali Mәhkәmәnin Plenumunun ## #### 2015-ci il tarixli Qәrarında mәhkәmәlәrә ünvanlanmış izah vә tövsiyәlәrә әsaslanaraq hesab edir ki, Mәhkum 2015-ci ilin avqust ayında X4 vә onun bacısı X5 qızına 2.100.746,4 manat tәşkil edәn 2.003.000 (iki milyon üç min) ABŞ dolları mәblәğindә ziyan vurmaqla törәtdiyi dәlәduzluq cinayәt әmәli adları çәkilәn zәrәr çәkmiş şәxslәrә külli miqdarda ziyan vurmaqla törәdilmiş dәlәduzluq kimi qiymәtlәndirilmәli, buna görә onun hәmin әmәli CMin 178.4-cü maddәsindәn 178.3.2-ci maddәsinә tövsif edilmәli, ümumilikdә onun tәqsirli bilindiyi digәr epizodlar üzrә dә törәtdiyi әmәllәrin CM-in 178.3.2-ci maddәsi ilә tövsif edilmәsi nәzәrә alınaraq ona hazırkı iş üzrә hәmin maddә әsasında azadlıqdan mәhrum etmә növündә yeni cәza tәyin olunmalı, bu mәsәlә hәll edilәrkәn isә onun törәtdiyi cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi ilә yanaşı, apellyasiya instansiyası mәhkәmәsinin dә razılaşdığı birinci instansiya mәhkәmәsinin hökmündә göstәrilәn cәzanı yüngüllәşdirәn hallar – himayәsindә iki azyaşlı uşaqların olmaları vә vurulmuş ziyanı qismәn ödәmәsi (müvafiq olaraq CM-in 59.1.4 vә 59.1.14-cü maddәlәrindә nәzәrdә tutulmuş cәzanı yüngüllәşdirәn hallar), habelә CM-in 61.1-ci maddәsindә sadalanmış cәzanı ağırlaşdıran halların müәyyәn edilmәmәsi nәzәrә alınmalı, Mәhkum azadlıqdan mәhrum etmә növündә qәti cәza CM-in 66.5-ci maddәsinin tәlәbinә әsasәn vә onun әvvәllәr dә # ###### 2023-cü il tarixli hökmlә CMin 178.3.2-ci maddәsi ilә tәqsirli bilinәrәk mәhkum olunması nәzәrә alınmaqla tәyin edilmәli, bu mәsәlәlәrin hәlli zamanı isә onun barәsindә CM-in 46.2-ci maddәsi tәtbiq edilmәsi nәzәrә alınmalı elәcә dә CM-in 56.1.2-ci maddәsinin tәlәblәrinә uyğun olaraq onun әsas cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi müәyyәn edilmәli, bununla da müdafiәçi O.R.Zeynalovun kassasiya şikayәti qismәn tәmin edilmәklә Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2025-ci il tarixli qәrarında bütün göstәrilәnlәrә müvafiq dәyişikliklәr olunmalıdır. Mәhkum zәrәr çәkmiş şәxslәrә vurulmuş ziyanın bir hissәsini ödәmәsinә baxmayaraq sonuncuların mülki iddialarının tam hәcmdә tәmin edilmәsi vә hәm bu zaman, hәm dә mәhkum olunmuş şәxsә cәza tәyin edilәrkәn hәmin halın nәzәrә alınmaması barәdә kassasiya şikayәtinin dәlilinә münasibәt bildirәn mәhkәmә kollegiyası әvvәla qeyd edir ki, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsi ## ####### 2024-cü il tarixli hökmlә Mәhkum barәsindә cәza tәdbirinin seçilmәsi mәsәlәsini hәll edәrkәn hәmin hökmdә kifayәt qәdәr tәhlil vә qiymәtlәndirmә aparmasa da, onun tәrәfindәn vurulmuş ziyanı qismәn ödәmәsini CM-in 59.1.14-cü maddәsindә nәzәrdә tutulmuş cәzanı yüngüllәşdirәn hal kimi nәzәrә almış, apellyasiya instansiyası mәhkәmәsi dә birinci instansiya mәhkәmәsinin bu mövqeyi ilә razılaşmışdır. O, ki qaldı mәhkәmәlәr tәrәfindәn zәrәr çәkmiş şәxslәrin (mülki iddiaçıların) mülki iddialarının tam hәcmdә tәmin edilmәsi barәdә qәrarlar qәbul edilәrkәn hәmin iddialarda göstәrilәn pul mәblәğlәrindәn Mәhkum ödәdiyi mәblәğlәrin çıxılmaması barәdә müdafiәçi O.R.Zeynalovun dәlilinә, әvvәla sonuncu öz kassasiya şikayәtindә bununla bağlı müvafiq sübutlara istinad etmәyәrәk heç bir tәlәb irәli sürmәmiş, digәr tәrәfdәn isә mәhkәmә kollegiyası yalnız bu hala görә apellyasiya instansiyası mәhkәmәsinin qәrarının lәğv edilmәsinә zәrurәt görmür vә hesab edir ki, müdafiәçinin qeyd etdiyi mәsәlә hökmün (apellyasiya instansiyası mәhkәmәsinin qәrarının) mülki iddiaların tәmin edilmәsi hissәlәrindә icrası mәrhәlәsindә dә hәr hansı ödәnişin edilmәsi barәdә müvafiq sәnәdlәr tәqdim edilmәklә hәll oluna bilәr. Belәliklә mәhkәmә kollegiyası cinayәt işinin materiallarını kassasiya şikayәtinin dәlillәri ilә birgә müqayisәli şәkildә yuxarıda tәsvir olunan qaydada tәhlil edib apellyasiya instansiyası mәhkәmәsinin qәrarının dәyişdirilmәsini şәrtlәndirәn CPM-in 416.1.15-cı maddәsindә dә nәzәrdә tutulmuş halı müәyyәn edәrәk vә kassasiya şikayәtinin tәmin edilmәsi barәdә müdafiәçi O.R.Zeynalovun, hәmin şikayәtin tәmin edilmәmәsi barәdә isә zәrәr çәkmiş şәxslәr (mülki iddiaçılar) X4 vә X5 nümayәndәsi V.İ.Babayevin vә dövlәt ittihamçısı H.B.Imranovun çıxışlarını dinlәyәrәk belә nәticәyә gәlir ki, müdafiәçi Orxan Zeynalovun kassasiya şikayәti qismәn tәmin olunmalı vә Mәhkum CM-in 178.4-cü maddәsi ilә tәqsirli bilinib mәhkum olunmasına dair cinayәt işi üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2025-ci il tarixli qәrarında aşağıdakı dәyişikliklәr edilmәklә onun 2015-ci ilin avqust ayında X4 vә onun bacısı X5 2.100.746,4 manat tәşkil edәn 2.003.000 (iki milyon üç min) ABŞ dolları mәblәğindә ziyan vurmaqla törәtdiyi dәlәduzluq cinayәt әmәli adları çәkilәn zәrәr çәkmiş şәxslәrә külli miqdarda ziyan vurmaqla törәdilmiş dәlәduzluq kimi qiymәtlәndirilib CM-in 178.4-cü maddәsindәn 178.3.2-ci maddәsinә tövsif olunmalı, ümumilikdә onun tәqsirli bilindiyi digәr epizodlar üzrә dә törәtdiyi әmәllәrin CM-in 178.3.2-ci maddәsi ilә tövsif edilmәsi nәzәrә alınaraq ona hazırkı iş üzrә hәmin maddә әsasında, habelә CM-in 66.5-ci maddәsinә әsasәn azadlıqdan mәhrum etmә növündә yeni cәzalar tәyin edilmәli, bu mәsәlәlәrin hәlli zamanı onun barәsindә CM-in 46.2-ci maddәsinin tәtbiq edilmәsi nәzәrә alınıb bu hissәdә qәrarda hәr hansı dәyişiklik edilmәmәli, elәcә dә CM-in 56.1.2-ci maddәsinin tәlәblәrinә uyğun olaraq onun әsas cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi müәyyәn edilmәlidir. Şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.10.4-cü maddәsini rәhbәr tutaraq mәhkәmә kollegiyası QƏRARA A L D İ: Müdafiәçi O.R.Zeynalovun kassasiya şikayәti qismәn tәmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilərək məhkum olunmuş şəxsə həmin maddə əsasında 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 66.5-ci maddәsinә әsasәn Mәhkum hazırkı qәrarla vә Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin # ###### 2023-cü il tarixli hökmü ilә tәyin edilmiş cәzaları qismәn toplamaq yolu ilә ona qәti olaraq cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәklә 10 (on) il müddәtә azadlıqdan mәhrum etmә cәzası tәyin edilsin. Qәrar qalan hissәdә kassasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar