Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-483/2026 19.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Abdullayev Ilkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə (sədrlik edən hakim B.F.Müslümov, hakimlər D.H.Imanov və M.M.Məmmədzadədən ibarət məhkəmə tərkibi) Təqsirləndirilən şəxs (# ###### 1988-ci ildə ünvan2ndə anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan3ndə daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi saxlandığı # ###### 2022-ci il tarixdən # ###### 2022-ci il tarixədək olan müddət - 2 (iki) gün azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin ## ##### 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim S.B.Hüseynov, hakimlər İ.T.Həsənov və S.Ə.Əzizovdan ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs # ###### 2022-ci il tarixdə saat 19 radələrində “xxx” kateqoriyalı, AE-##### sürücülük vəsiqəsi əsasında idarə etdiyi, BD-****** nömrəli şəhadətnamə ilə özünə məxsus XXXX markalı, ** xx xx xx *** dövlət qeydiyyat nişanlı sedan tipli minik avtomobili ilə ünvan4 ilə üzü ünvan5 istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməli olduğu halda bunları etməyərək nəqliyyat vasitəsini öz hərəkət yolunun sağ tərəfinə istiqamətləndirdiyi zaman avtomobil üzərində idarəetməni itirərək onu yolun sağ kənarında olan ağaca çırpmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişinlər şahid1 sağ diz oynağı nahiyəsinin sıyrığı ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və şahid3 sağ baldır və sol ayaq nahiyələrinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər almasına, həmçinin avtomobildə olan digər sərnişinlər X2 həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilən başın ənsə nahiyəsinin əzilmiş yarası, sağ gicgah-ənsə nahiyələrinə uyğun hissələrdə başın yumşaq toxumalarına qansızma (hematoma), sağ gicgah-ənsə sümüklərinin beyin əsasına doğru uzanan xətti formalı sınığı, baş beyinə və beyinciyə qansızma, sağda l-XII dək qabırğaların üç anatomik xətti üzrə (məmə, ortaqoltuqaltı, onurğayanı), solda isə l- XII dək qabırğaların iki anatomik xətt üzrə (məmə, onurğayanı) sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin və dalağın cırılması, hər iki böyrək kapsulasına qansızma (hemotoma), sağ bud sümüyünün qapalı sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, alın, sağ əng nahiyələrininin sıyrıqları, sağ bud və sağ baldır nahiyələrinin qançırları ilə müşayiət edilən, açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn, kəllə tağı sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma səbəbindən hadisə yerində ölməsinə və X3 həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilən başbeyinə və beyinciyə qansızma, baş-beyin maddəsinin kəskin ödəmi, alın-təpə-ənsə nahiyələrinə uyğun hissələrdə yumşaq toxumalarına qansızma, sağ ll-lll- IV-V-VI-VII-VIIIIX, X,XI, və sol l-ll qabırğaların məmə xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sağ tərəfli pnevmotoraks, hər iki ağciyərin kəskin ödemi, ağciyərlərin paylararası sahələrində ocaqlı qansızmalar, alt çənə sümyünün qapalı sınığı, döş qəfəsinin ön səthinin və sol said nahiyəsinin qançırları, sol baldır nahiyəsinin sıyrığı xəsarətləri ilə müşayiət edilən qapalı küt kəllə beyin travması nəticəsində əmələ gələn, baş beyinə və beyinciyə qansızma səbəbindən ## ###### 2022-ci il tarixdə müalicə aldığı xəstəxanada ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, avtomobilini idarə edərkən dumanlı, çiskinli hava şəraitində işıqlarını yandırmadan hərəkətdə olan traktor qəfildən onun qarşısına çıxmış və traktora qoşulmuş kotanla onun avtomobili toqquşmuşdur. Bunun nəticəsində avtomobili yoldan çıxaraq yolun sağ kənarındakı ağaca çırpılmışdır. Odur ki, o, özünü yol nəqliyyat hadisəsində onun avtomobilində olan iki sərnişinin ölməsinə görə təqsirli saymır və hesab edir ki, onun əməli Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə deyil, 263.1-ci maddəsi ilə tövsif olunmalı və o, həqiqi əməlinə uyğun olaraq daha yüngül cəza ilə cəzalandırılmalıdır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərarının dəyişdirilməsini, əməlinin hüquqi tövsifinin dəyişdirilməsini və cəzasının həqiqi (iddia etdiyi) əməlinə uyğun şəkildə yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində eyni zamanda həm iş üzrə müəyyən edilmiş faktiki halları inkar edib əsassız olaraq yol nəqliyyat hadisəsində və bu hadisə zamanı ağır nəticələrin baş verməsində təqsirli bilindiyini, həm əməlinin CM-in 263.1-ci maddəsi ilə tövsif edilməli olduğunu, həm də cəzasının həqiqi əməlinə uyğun olmamaqla həddindən artıq ağır olduğunu iddia etməklə faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsinə dair kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarını kassasiya şikayətində irəli sürülmüş dəlillərlə və cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb ilk növbədə onu qeyd ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsinin və bu hadisə nəticəsində onun avtomobilində olan iki nəfər sərnişinin ölümünün onun hərəkətləri və ya hərəkətsizliyi üzündən deyil, yol hərəkətinin başqa iştirakçısı olan traktorun sürücüsünün yol verdiyi pozuntular (traktorun müvafiq işıqları yandırmadan dumanlı hava şəraitində idarə olunması, traktora qoşulmuş kotanının onun avtomobili ilə toqquşması) səbəbindən baş verdiyini iddia etməklə, təqsirsiz olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum olunması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, o cümlədən əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə dəyişdirilməsi barədə tələbini işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktik hallarının inkar edilməsi və özünün işin faktik hallarına verdiyi fərqli təsvirlər (nəinki birinci və apellyasiya instansiyası məhkəmələrində müəyyən olunmamış, hətta cinayət təqibi orqanının belə hazırki iş üzrə irəli sürülmüş ittihamla bağlı olan hallar qismində müəyyən etmədiyi faktlar) üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlili ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktik hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktik hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının dəyişdirilməsi barədə tələbin (o cümlədən, təqsirliliyinin müəyyən olunmamasına baxmayaraq barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hökmünün çıxarılması, əməlinin həmin maddə ilə deyil, CM-in 263.1-ci maddəsi ilə tövsif edilməli olması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktik hallarını nəzərə almaya və Təqsirləndirilən şəxs məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktik hallardan çıxış etmək və hüquqi məsələlər üzrə qənaətlərini onların üzərində qurmaq barədə kollegiyanın qənaəti isə ondan irəli gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar bilavasitə tədqiq edilərkən qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmunlarına uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətində irəli sürülmüş eyni dəlillərlə əsaslandırılmış müdafiəçinin və məhkum edilmiş şəxsin apellyasiya şikayətlərinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da öz qənaətlərini birinci instansiya məhkəməsində tədqiq olunmuş həmin sübutlar üzərində quraraq, müdafiə tərəfinin dəlillərinin yoxlanılması nəticəsində sübutlar və sübutetmə, cinayət prosesində təqsirləndirilən şəxsin hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi, eləcə də işin faktik hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Təqsirləndirilən şəxs hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş əməlindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında yekun nəticəyə gəlmişdir. Həqiqətən də hökmdə istinad olunmuş məhkəmə trasoloji və yol nəqliyyat hadisələri ekspertizasının ## ###### 2023-cü il tarixli 6/723 – */*** nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “XXXX” markalı avtomobilin üzərində kənar avtonəqliyyat vasitələrinə aid boya qalıqları və hissəciklər, yəni başqa nəqliyyat vasitəsi ilə toqquşma izləri aşkar edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş hadisə günü Təqsirləndirilən şəxsla eyni yolda eyni istiqamətdə traktoru idarə edən X5 ifadəsində göstərmişdir ki, o, dumanlı hava şəraitində kotanın qoşulduğu traktoru işıqları, o cümlədən arxadakı işıqları yanan vəziyyətdə idarə etmiş, bu vaxt “XXXX” markalı avtomobil onu sürətlə ötüb-keçmiş, bir qədər irəli getdikdən (təxminən 5-10 dəqiqiə keçdikdən) sonra isə həmin avtomobilin artıq yolun sağında olan ağaca çırpılaraq dayanmış vəziyyətdə olduğunu görmüşdür. Bu və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz təhlillərini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə məhkəmələrin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin şərh edilən məsələlərə dair çıxardıqları nəticələri təkzib edə biləcək, məhkəmə araşdırmalarının obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, məhkəmə heyəti bütün sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin sözügedən (təqsirliliyin və əməlin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə) dəlillərini daha ətraflı şərh etmək, apellyasiya məhkəməsinin həmin məsələlər üzrə yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları məhkumun kassasiya şikayətinin məzmunu ilə ehtiva olanan - məhkəmələrin cinayət-prosessual qanunun 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə iddiasını təkzib edir və bu hissədə kassasiya şikayətinin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Təqsirləndirilən şəxs təyin olunmuş cəzaya gəldikdə, məhkəmə kollegiyası baxılan işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, zərərçəkmiş şəxs X2 hüquqi varisi (atası) – hüquqi varis2 ilə barışığın əldə olunduğunu lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən bu halın cəzaya təsiri baxımından (digər hüquqi varislə barışıq əldə olunmadığı üçün CM-in 59.2-ci maddəsi ilə müqayisə edilməklə) qiymətləndirilmədiyini, Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş 7 il müddətə azadlıqdan məhrum etmə cəzasından daha az müddətə azadlıqdan məhrum etmə cəzası vasitəsi ilə də islah edilməsinin və CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın digər məqsədlərinin realizə edilməsinin mümkün olduğunu nəzərə alaraq, təqsirkara təyin olunmuş əsas cəzanın - azadlıqdan məhrum etmənin müddətinin 1 il azaldılmasını, əlavə cəza qismində təyin olunmuş 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmənin isə dəyişdirilmədən saxlanılmasını məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə kollegiyası xüsusilə ona əsaslanır ki, CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilməli, ona CM-in 263.3-cü maddəsi ilə təyin olunmuş əsas cəzanın -azadlıqdan məhrum etmənin müddəti 7 (yeddi) ildən 6 (altı) ilə endirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə əsas cəza olaraq təyin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmış azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 6 (altı) ilə endirilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs # ###### 2022-ci il tarixdən # ###### 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün hazırki qərarla təyin olunmuş əsas cəza müddətinə hesablansın, onun üzərində qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qalan hissədə qərar dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(1-8)-483/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-483/2026
19.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver