Məhkəmə qərarları › İş №1(1-8)-527/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-527/2026

19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-527/2026 19.05.2026 ALI MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Novruzov Ələsgər Əli Iskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2026-cı il tarixli, 1(3-6)- 328/2026 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxsXüsusi ittihamçı kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırlıq iclasının 04 fevral 2026-cı il tarixli, 1(5-95)- 25/2026 nömrəli qərarı ilə (sədrlik edən hakim R.H.Xəzri) Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2026-cı il tarixli, 1(3-6)- 328/2026 nömrəli qərarı ilə (hakimlər E.Z.Əliyev (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və F.Z.Hümbətovdan ibarət məhkəmə tərkibi) xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırlıq iclasının 04 fevral 2026-cı il tarixli, 1(5-95)-25/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittihamçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hazırlıq iclasında xəstə olması ilə əlaqədar üzrlü səbəbdən iştirak edə bilməməsinə baxmayaraq, həmin məhkəmə onun tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina etmişdir. Bundan başqa, kassator iddia edir ki, onun xüsusi ittiham qaydasında şikayəti CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olduğu halda, məhkəmə həmin normaları əsassız tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu hallara lazımi hüquqi qiymət vermədən apellyasiya şikayətini təmin etməmiş və birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlamışdır. Xüsusi ittihamçı kassasiya şikayətində göstərilənləri (kassasiya şikayətinin məzmunundan çıxış edərək) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2026-cı il tarixli qərarının ləğv edilməsini və xüsusi ittiham qaydasında şikayət üzrə materialın apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı kassasiya şikayətində məhkəmələrin xüsusi ittiham qaydasında şikayət üzrə icraata aid cinayət-prosessual normaların tətbiqi üzrə hüquqi mövqeyini mübahisələndirdiyindən, məhkəmə kollegiyası onun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 302.1-ci maddəsi məhkəmənin hazırlıq iclasının nəticələrinə görə digər hallarla yanaşı aşağıdakı hallar olduqda da xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini tələb edir: _şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə (CPM, maddə 302.1.2); _şikayətin məzmunu Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (302.1.3); _cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə (302.1.4); _cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda (302.1.6); _şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (302.1.7); _şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzürlü səbəb olmadan təkrarən gəlmədikdə (302.1.8). Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə görə həmin (CPM-in 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində göstərilən) hallar olduqda, məhkəmə hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Təsvir olunan normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin 04 fevral 2026-cı il tarixli hazırlıq iclasının qərarına baxdıqda müəyyən olunur ki, məhkəmənin xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərarı əsaslıdır və yuxarıda gətirilən cinayət-prosessual qaydaların tələblərinə cavab verir. Belə ki, birinci instansiya məhkəməsinin hazırlıq iclasının qərarından görünür ki, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrin keçirilməsi üçün təyin olunmuş məhkəmə iclasına, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı təkrarən gəlməməsini, habelə şikayətdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hansı konkret hərəkətlərinin CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan, hansılarının isə CM-in 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin tərkibini yaratdığının göstərilməməsini (şikayətin CPM-in 293.3.2-ci maddəsinin tələblərinə uyğun olmamasını) nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina etmişdir. Kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq həmin hallar cinayət-prosessual qanunda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsinin əsası kimi birbaşa göstərildiyindən, formal, yəni xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışını istisna etməyən hal kimi qiymətləndirilə bilməz. Odur ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.8 və 302.2.3-cü maddələrinə istinad etməklə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətini icraatına qəbul etməkdən imtina etməsi kollegiya tərəfindən əsaslı, cinayət və cinayət-prosessual normaların tələbləri baxımından qanuni nəticə kimi qəbul edilir. Belə olan halda, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hazırlıq iclasının qərarını dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin 11 mart 2026-cı il tarixli qərarı da əsassız və qanunsuz qərar kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar ona dəlalət edir ki, birinci instansiya məhkəməsinin Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti icraata qəbul etməkdən imtina etməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu qərarı dəyişdirilmədən saxlaması ilə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Bu isə onu göstərir ki, Xüsusi ittihamçı kassasiya şikayətinə baxılması nəticəsində mübahisələndirilən məhkəmə qərarı ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışını dinləyib, yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində olan 11 mart 2026-cı il tarixli, 1(3-6)-328/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırlıq iclasının 04 fevral 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2026-cı il tarixli, 1(3-6)-328/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar