Məhkəmə qərarları › İş №1(1-8)-53/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-53/2026

06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-53/2026 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1 və məhkum Məhkum Böyxan oğlunun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il ## ######## tarixli, *(***)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavələrə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## ####### 1985-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, subay, Lənkəran şəhəri, Əliağa Vahid küçəsi, ev 57-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 18 oktyabr küçəsi, nömrəsiz fərdi evdə kirayədə yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2023-cü il tarixdən hesablanması, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Hakimlər X6 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə) 2024-cü il ## ######## tarixli, *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış, daşımış və göndərmişdir. Belə ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan qurudulmuş marixuananı və metadon tərkibli “Methadone 40” göstəricili dərman həblərini əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan Iran Islam Respublikasının vətəndaşı Babək adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən Məhkum Iran Islam Respublikasının vətəndaşı Babək adlı şəxs və qeyriləri vasitəsi ilə istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 6280 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda tərkibində narkotik vasitə metadon təsir maddəsinin ümumilikdə miqdarı 12,32 qram təşkil edən cəmi 31 ədəd konvalyutda üzərində “Methadone 40” göstəricisi olan 308 ədəd dərman həblərini əldə edib daşıyaraq həmin narkotik vasitələrdən qurudulmuş marixuananın 60 qram təmiz çəkidə olan hissəsini, eləcə də narkotik vasitə metadon təsir maddəsinin miqdarı 2,36 qram təşkil edən 6 ədəd konvalyutda üzərində “Methadone 40” göstəricisi olan 59 ədəd dərman həblərini öz üzərində, narkotik vasitələrin qalan hissələri olan 6220 qram təmiz çəkidə qurudulmuş marixuananı və metadon təsir maddəsinin miqdarı 9,96 qram təşkil edən 25 ədəd konvalyutda üzərində “Methadone 40” göstəricisi olan 249 ədəd dərman həblərini isə öz yaşadığı Bakı şəhəri, ünvan 2də gizlədərək saxlamış, Məhkum qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum ##.##.2023-cü il tarixdə saat 01:05-də yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət etdiyi zaman saxlanılıb ünvan 1 ünvanında yerləşən DIN-in Baş Narkotiklərlə Mübarizə Idarəsinə dəvət edilib gətirildikdən sonra orada ##.##.2023-cü il tarixdə saat 02:35-dən etibarən Məhkum üzərində şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən 60 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı ayrılıqda təmiz çəkiləri 45,0 qram və 15,0 qram olmaqla 2 ədəd sellofan bağlamalarda, narkotik vasitə metadon təsir maddəsinin miqdarı 2,36 qram təşkil edən üzərində “Methadone 40” göstəricisi olan 59 ədəd dərman həbləri isə 6 ədəd konvalyutda olmaqla Məhkum çıxarıb təqdim etməsi əsasında onun əynindəki qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan sonra, Məhkum yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına ##.##.2023-cü il tarixdə saat 04:00-dan etibarən onun öz razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı narkotik vasitələrin qalan hissələri olan 6220 qram təmiz çəkidə qurudulmuş marixuana ayrıayrılıqda təmiz çəkiləri 2000 qram, 1800 qram, 2050 qram, 65 qram, 85 qram, 95 qram və 125 qram təşkil etməklə 7 ədəd sellofan bağlamalarda, metadon təsir maddəsinin miqdarı 9,96 qram təşkil edən “Methadone 40” göstəricisi olan 249 ədəd dərman həbləri isə 25 ədəd konvalyutda olmaqla üzərində narkotik vasitə metadonun izləri olan 1 ədəd elektron tərəzi ilə birlikdə Məhkum təqdim etməsi əsasında evin qonaq otağındakı çarpayının sol tərəfində yerləşən 01 ədəd qırmızı rəngli polietilen torbanın içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ VƏ KASSASIYA ŞIKAYƏTINƏ ƏLAVƏLƏRIN DƏLILLƏRI, MÜDAFIƏÇININ VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ibtidai istintaq zamanı və məhkəmədə cinayət işinə baxılarkən kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, istər birinci instansiya məhkəməsinin hökmündə istərsə də apellyasiya məhkəməsinin qərarında satış məqsədi qanunla müəyyən edilmiş qaydada əsaslandırılmamış, bununla bağlı məhkəmənin istinad etdiyi sübutlar göstərilməmişdir. Narkotik vasitənin və psixotrop maddənin onun tərəfindən satılacağını təsdiq edən heç bir sübut mövcud deyildir, onun tərəfindən hər hansı bir istehlakçı ilə satış ilə bağlı razılıq əldə edilməmiş, ümumiyyətlə, onda narkotik vasitə və psixotrop maddə ilə bağlı avadanlıq aşkar edilməmişdir. Bu halla bağlı ibtidai istintaqda və məhkəmədə araşdırma aparılmamış və münasibət bildirilməmişdir. Məhkum kassasiya şikayətinə əlavələri əsaslandıraraq qeyd etmişdir ki, telefon yazışmalarının konkret məhkuma aid olması təsdiq edilməmiş, eyni əməl ayrı-ayrı epizodlar kimi sübuta yetirilməmiş, faktiki olaraq vahid əməl süni şəkildə ağırlaşdırılmış və sübutlar arasındakı ziddiyyətlər aradan qaldırılmamışdır. Məhkum kassasiya şikayətində və kassasiya şikayətinə əlavələrdə göstərilənlərə əsasən apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və onun cinayət əməlinin CMin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi, cəzasını yüngülləşdirən halları nəzərə alaraq cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi müdafiəçi1 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Böyxan oğlu barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il ## ######## tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini və cəzanın ağırlığını mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, kassasiya şikayətinin əsas dəlili kimi irəli sürülmüş məhkumun əməlinin tövsif edilməsi iddiası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından da göründüyü kimi, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, məhkuma ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəzanın azaldılması, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti və əlavələr təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli qərarı, məhkumun kassasiya şikayətinə və əlavələrə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum Böyxan oğlu tərəfindən verilmiş kassasiya şikayəti və əlavələr təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum Böyxan oğlu barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il ## ######## tarixli, *(***)-****/**** nömrəli qərarı, məhkumun kassasiya şikayətinə və kassasiya şikayətinə əlavələrə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar