Məhkəmə qərarları › İş №1(1-8)-58/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-58/2026

10.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-58/2026 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və zərərçəkmiş şəxs X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli hökmü ilə (sədrlik edən hakim E.T.Axundov) Məhkum (## ###### 1972-ci ildə ünvan 1ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, XXX12nda XX12 vəzifəsində işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 9 ünvanında yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu 2 gün (1 gün həbsdə olma müddəti 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 11 (on bir) ay 26 gün (iyirmi altı gün) müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, ## ###### üzərinə ünvan5nin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin ## ###### cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, ## ###### barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.İ.Məmmədov, hakimlər F.Z.Hümbətov və E.Z.Əliyevdən ibarət məhkəmə tərkibi) məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından məhkum Məhkum kassasiya şikayəti vermişdir. Işin halları: Məhkəmənin hökmü ilə Məhkum ## ###### 2024-cü il tarixdə, saat 20:00 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi faktiki mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “XXXX” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə 40-50 km/saat sürətlə ünvan 6 ilə ünvan 7 istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərməklə yolayrıcında “Yol verin” yol nişanının olduğu yol ilə hərəkət edən nəqliyyat vasitəsinin digər nəqliyyat vasitəsinə nisbətən yolayrıcını keçmə üstünlüyünü təyin etdiyi halda yol hərəkəti qaydalarını pozub ünvan 12 ilə ünvan 14ının kəsişməsində yerləşən yolayrıcında olan “Yol verin” yol nişanının tələblərinə əməl etməyərək ünvan 1 ünvanında idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə Şahid “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə 60 km/saat sürətlə idarə etdiyi faktiki mülkiyyətində olan “XXXX” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş və nəticədə həmin avtomobildə sərnişin olan Zərərçəkmiş şəxsin ehtiyatsızlıqdan dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sol tərəfli alın sümüyünün almacıq çıxıntısının xətti sınığı, alının hematoması, sol yanaq nahiyəsinin qançırından ibarət xəsarət almasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən təqsirsizlik prezumpsiyası prinsipi, habelə cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, o cümlədən ittihamın əsaslandırılmasında iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizalarının rəylərinin əsassız və ziddiyyətli olmasından irəli gələn şübhə olduğu və aradan qaldırılmadığı halda o, düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və bu zaman zərərçəkmiş şəxsin şikayətinin olmaması da nəzərə alınmamışdır. Məhkum Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini, ittihamı təsdiq edən sübutların olmaması, yəni təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Məhkum kassasiya şikayətində sübutların düzgün tədqiq edilibqiymətləndirilmədiyini, nəticədə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq, onun barəsində ittiham hökmünün çıxarıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsilə cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsinə dair kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum Məhkum kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə əsassız olaraq təqsirli bilinməsi barədə iddiasını onunla izah etmişdir ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində aparılan icraat zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizaların rəyləri düzgün olmamış, buna baxmayaraq məhkəmələr sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların ziddinə olaraq məhkəmə ekspertizalarının rəylərini mümkün və mötəbər sübutlar kimi qiymətləndirib zərərçəkmiş şəxs X3 yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərin məhz az ağır zərərvurmaya aid olması barədə nəticələrini həmin ziddiyyətli rəylər üzərində qurmuşlar. Lakin cinayət işinin materiallarından görünür ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, baxılan cinayət işi üzrə birinci instansiya məhkəməsində məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. O cümlədən, birinci instansiya məhkəməsi ## #### 2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin vəsatəti və vəsatətdə qoyulmuş zərərçəkmiş şəxs X3 vurulmuş zərərin ağırlıq dərəcəsinin yenidən müəyyən edilməsinə yönələn suallar əsasında təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin etmiş və alınmış ## ######## 2025-ci il tarixli T***/**** nömrəli rəy məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edildikdən sonra ekspert komissiyasının və ibtidai istintaqda məhkəmə tibbi ekspertizanı keçirmiş ekspertin ittihamın həlli üçün əhəmiyyətli olan hallar üzrə eyni nəticələrə gəldikləri, yəni o cümlədən hər iki halda ekspertlərin yol nəqliyyat hadisəsi zamanı Şahid yetirilmiş xəsarətləri məhz sağlamlığa ağır zərər vuran xəsarətlər kimi səciyyələndirdikləri müəyyən edilmişdir. Kassasiya şikayətin dəlilləri ilə eyni olan dəlillər məhkum tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını tam, hərtərəfli və obyektiv yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş əməlindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında sübutlar, o cümlədən məhkəmə-tibbi ekspertizaların rəyləri təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları (üst-üstə düşən) nəticələri təkzib edə biləcək, məhkəmə araşdırmalarının obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, məhkəmələrin yekun qərarlarını şübhə altına almaq üçün əsas görmür. Apellyasiya instansiyası məhkəməsi Məhkum təyin olunmuş cəzanı yoxlayarkən də hər hansı pozuntuya yol verməmiş, ona təqsirli bilindiyi maddə ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını və əlavə cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Cəzanı icra edən XX5 Rayon Icra və Probasiya Şöbəsinin icra məmurunun # ###### 2026-cı il tarixli amnistiyanın tətbiq edilməsi haqqında qərarından görünür ki, Məhkum “Konstitusiya və Suverenlik Ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı bəndində əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları məhkumun kassasiya şikayətinin məzmunu ilə ehtiva olanan - məhkəmələrin cinayət-prosessual qanunun 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə iddiasını təkzib edir və kassasiya şikayətinin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların (CPM-in 416.1-ci maddəsində təsbit edilən hər hansı bir halın) olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan # ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan # ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar