Məhkəmə qərarları › İş №1(1-8)-59/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-59/2026

29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-59/2026 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X3 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəsinin Cinayət kollegiyasının 2025-ci il ## #### tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## ######## 1982-ci ildə Abşeron rayonu Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Xızı rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Xızı rayonu Sitalçay kəndində qeydiyyatda olan və yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 234.1-1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən # ##### 2024-cü il tarixdən # ##### 2024-cü il tarixədək və # ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 6 gün ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılması və qəti olaraq 6 (altı) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2024-cü il tarixdən hesablanması, barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunması və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X4 (sədrlik edən), X2 və X1 ibarət tərkibdə) 2025-ci il ## #### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Məhkum qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün xeyli miqdarda, yəni 460 qram miqdarında narkotik vasitə, qurudulmuş marixuana əldə edərək əynindəki qara rəngli paltonun sol iç hissəsində bir ədəd sellofan torbada, qurudulmuş marixuananı saxlamaqla daşımış, Xızı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum narkotik vasitəni qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi # ###### 2024-cü il tarixdə saat 11:30 dəqiqədə, Xızı rayonu Sitalçay kənd ərazisində saxlanılaraq Xızı rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 13:10 dəqiqədən 13:26 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı və videoçəkilişlə üzərində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı əynindəki qara rəngli paltonun sol iç hissəsindən bir ədəd göy rəngli sellofan torbada qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı xeyli miqdarda 460,0 qram miqdarında narkotik vasitə, qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün külli miqdarda 2510 qram miqdarında narkotik vasitə, qurudulmuş marixuana əldə edərək göy rəngli polietilen torbanın içərisində qara rəngli sellofan torbada saxlamaqla daşımış, Xızı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi # ##### 2024-cü il tarixdə saat 12:00 radələrində, Xızı rayonu Sitalçay kəndi ərazisində saxlanılıb Xızı rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 13:20 dəqiqədən saat 13:35 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əlində olan göy rəngli torbanın içərisində olan qara rəngli sellofan torbada qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda 2.510 qram miqdarında narkotik vasitə, qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, 2024-cü ilin iyun ayında həmin toxumları qəsdən Xızı rayonu Sitalçay kəndində su kanalının yanında açıq otlaq sahəsində kolların arasında torpaqda dörd ədəd plastik qabda qanunsuz olaraq əkib 13 (on üç) ədəd çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, Məhkum narkotik tərkibli bitkilər əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında, ## #### 2024-cü il tarixdə Xızı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı müdafiəçisinin və özünün iştirakları ilə, videoçəkilişlə həmin tarixdə saat 15:30 dəqiqədən saat 15:47 dəqiqəyədək olan müddət ərzində həmin plastik qablara keçirilmiş baxış zamanı Məhkum qəsdən qanunsuz olaraq aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etdiyi ümumi təmiz çəkisi 0,49 qram olmaqla, hündürlükləri 9 sm-dən 20 sm-dək olan, ümumilikdə xeyli miqdarda 13 (on üç) ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞI: Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyini etiraf etmiş və ona təyin edilən cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## #### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsüfünü mübahisələndirməmiş, yalnız ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, onun cəzasını yüngülləşdirən halın olması və cinayətin residivinin isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınması ilə, ona CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası və eləcə də cinayətlərin məcmusu ilə qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı ədalətli cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin, eləcə də onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## #### tarixli, *(***)-***/**** nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar