Məhkəmə qərarları › İş №1(1-8)-62/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-62/2026

17.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-62/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Ilqar Xanlar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X2 iştirakı ilə, ##.##.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər R.N.Ələkbərli (sədrlik еdən), M.M.Məmmədzadə və D.H.Imanov) 2024-cü il ## ###### tarixli *(***)-**/**** nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, o, CM-in 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəlinin tutulduğu ##.##.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər S.Ə.Əzizov (sədrlik edən), S.B.Hüseynov və F.N.Mahmudov) 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarı ilə zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ###### tarixli *(***)-**/**** nömrəli hökmü təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1ci maddəsinə tövsif edilmiş və ona CM-in 120.1-ci maddəsi ilə 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 kassasiya şikayəti verərək, Məhkum əməlini Azərbaycan Respublikası CM-in 124-cü maddəsinə tövsif edilməsi və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməsi, bu mümkün olmadıqda onun cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qəsdən xüsusi amansızlıqla adam öldürmə, yəni digər şəxsi qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmə cinayət əməlini törətmişdir. Belə ki, Məhkum ## ######## 2022-ci il tarixdə saat 23 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Gəncə şəhəri Y.Məmmədəliyev küçəsi ilə N.Əhmədov küçəsinin kəsişməsində yerləşən “Babək Avtoservis 777” adlı mağazaya bitişik olan “Rəvan” adlı kafenin qarşısında əvvəldən tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsini, həmçinin oğlu Həsən Novruzovla birlikdə qardaşı şahid5 təkləyib döyəcəklərini müşahidə etdiyi üçün qeyd edilənlərdən hiddətlənərək, həmin vaxt üzərində gəzdirdiyi tiyəsi boz rəngli metaldan hazırlanmış bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xasssəyə malik tiyəsinin uzunluğu 116 mm, orta hissədən eni 22 mm, qalınlığı 2 mm olan kustar üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs yanında olmuş sonuncunun oğlu Həsən Novruzovu qəsdən xüsusi amansızlıqla öldürmək məqsədilə Həsən Novruzov onun üzərinə gəldiyi zaman Zərərçəkmiş şəxs gözləri qarşısında sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək və bunu arzulayaraq həmin bıçaqla qəsdən Həsən Novruzovun bir dəfə döş qəfəsindən zərbə vuraraq ona döş qəfəsinin sol yarısının ön səthində yerləşən, sol döş boşluğuna keçərək ürəyin sol qulaqcıqmədəcik divarını zədələyərək sol qulaqcığın daxilinə keçməklə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarət yetirmiş, X1 Abbas Səhhət adına * nömrəli şəhər xəstəxanasına aparılıb orada həkimlərin tibbi müdaxilələrinə baxmayaraq, ona vurduğu bıçaq zərbəsi ilə döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən deşilmiş-kəsilmiş yarası nəticəsində ürəyin sol qulaqcığının qulaqcıq boşluğuna keçərək zədələməsinə səbəb olan xəsarətlə sonuncunu qəsdən xüsusi amansızlıqla öldürmüş, yəni Həsən Novruzovu qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmişdir. Apellyasiya instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə təqsirləndirilən şəxsin CM-in 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olması, onun əməlində CM-in 120.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmiş və onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək cəza təyin etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Işə kassasiya instansiya məhkəməsində baxılanadək məhkum Məhkum yazılı ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. CPM-in 414.8-ci maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və məhkum Məhkum kassasiya şikayətini geri götürməsi barədə vəsatətini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkumun vəsatəti təmin edilməli, barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum vəsatəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar