Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-63/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxslər – X7 və zərərçəkmiş şəxs2, Qanuni nümayəndə – şahid4, Nümayəndə – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 150.2.5 (hazırda qüvvədə olan) və 150.3.3cü (köhnə redaksiyada) maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 dekabr 2025-ci il tarixli qərarından məhkum Məhkumun müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2025-ci il tarixli 1(124)-64/2025 nömrəli (hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət məhkəmə tərkibində) hökmü ilə # ####### 1969-cu ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olub, həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 128, 150.2.5 (hazırda qüvvədə olan) və 150.3.3-cü (köhnə redaksiyada) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 128-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 150.2.5-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 150.3.3-cü maddəsi ilə (köhnə redaksiyada) 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm çıxarılanadək həbsdə saxlandığı müddətin cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının 12 fevral 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə, təqsirləndirilən şəxs Məhkum müdafiəçiləri müdafiəçi1 və müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Elçin Qüdrət oğlu (sədrliyi və məruzəsi ilə), Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət məhkəmə tərkibində) 2 dekabr 2025-ci il tarixli 1(105)-722/2025 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 dekabr 2025-ci il tarixli qərarından məhkum Məhkumun müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya müraciətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2026-cı il tarixli iclasına təyin edilmişdir. Işə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsindən 13 aprel 2026-cı il tarixli müşayiət məktubu ilə daxil olmuş ərizə ilə məhkum Məhkum məhkəməyə müraciət edərək, verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 412.6-cı maddəsinə görə kassasiya şikayətinin və ya kassasiya protestinin geri götürülməsi haqqında müraciət bu Məcəllənin 410.1-ci maddəsi ilə kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində təkrar kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi hüququnun həyata keçirilməsinə mane olmur. Cinayət-Prosessual Məcəlləsinin 414.8-ci maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalı və onun baxılmasına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 150.2.5 (hazırda qüvvədə olan) və 150.3.3cü (köhnə redaksiyada) maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 dekabr 2025-ci il tarixli qərarından məhkum Məhkumun müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayətinə baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(1-8)-63/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-63/2026
14.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver