Məhkəmə qərarları › İş №1(1-8)-655/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-655/2026

02.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-655/2026 02.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov Ilqar Səyyad oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(3-6)-430/2026 nömrəli, 30 aprel 2026-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları

1. Məhkum Təqsirləndirilən şəxs 14 mart 1993-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, işləməyən, Lənkəran rayonu, Hirkan qəsəbəsində daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evdə yaşamışdır.

2. 10 dekabr 2025-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 150.3.3cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir.

3. 05 yanvar 2026-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının ortalarından başlayaraq 26 may 2025-ci il tarixə kimi olan müddət ərzində dəqiq tarixlərini istintaqla müəyyənləşdirmək mümkün olmayan vaxtlarda əvvəllər arvadı şahid4 ilə birgə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində və sonradan köçdüyü qayınanası Qanuni nümayəndə məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində baldızı - on dörd yaşına çatmayan olduğunu bildiyi 03 mart 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı mütəmadi olaraq seksual xarakterli zorakılıq hərəkətləri edərək ilk dəfə 2021-ci ilin iyun ayının ortalarında özünün yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində Zərərçəkmiş şəxs tək olduğu vaxt öz cinsi ehtirasını təmin etmək məqsədi ilə ona mane olacaq kənar təsirlərin olmadığına əmin olduqdan sonra əvvəlcə Məryəmi öpüb əli ilə paltarının üstündən cinsiyyət orqanına toxunub sığallamaqla əxlaqsız hərəkətlər edib Məryəmin bunu anlamadığını bilib bu barədə heç kimə heç nə deməməsini təkidlə tapşırmaqla və dediklərini etməsə Məryəmi döyəcəyi hədəsi ilə qorxudub psixi zor tətbiq etmiş, bundan bir neçə gün sonra həmin ünvanda yenidən evdə tək olduqları vaxt Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərindən öpməklə müqavimətini əvvəlcədən qırmağa yönəlmiş hərəkətlərlə zor tətbiq edib qolundan tutub dartaraq yataq otağına aparıb orada həm özünün, həm də həmin vaxtlar azyaşlı olduğundan hüquqazidd hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək iqtidarında olmayan Zərərçəkmiş şəxs şalvarını çıxarıb alt paltarını soyunduraraq Məryəmi yatağa uzandırmış, üstünə uzanmaqla sonuncunu müqavimət göstərmək imkanından məhrum edib köməksiz vəziyyətə gətirərək öz cinsi orqanını Məryəmin cinsi orqanına toxundurub sürtməklə cinsi ehtirasını pozğun şəkildə təmin etmiş, sonradan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə köçdükdən sonra da qeyd edilən ünvanda Zərərçəkmiş şəxs evdə tək olmasından istifadə edib qanunazidd əməllərini davam etdirərək sonuncunun iradəsi əleyhinə olmaqla mütəmadi olaraq öz cinsiyyət orqanını çıxardaraq gərginləşdirib nümayiş etdirməklə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ayaqları arasından onun cinsiyyət orqanına dəqiq tarixini müəyyən etmək mümkün olmayan ayrı-ayrı vaxtlarda dəfələrlə sürtmüş, həmçinin gərginləşdirdiyi öz cinsiyyət orqanını zorakı hərəkətlərlə Zərərçəkmiş şəxs arxa keçəcəyinə dəqiq tarixini müəyyən etmək mümkün olmayan ayrı-ayrı vaxtlarda daxil etməklə Zərərçəkmiş şəxsyla dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, sonuncu dəfə isə 26 may 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində təkrarən hərəkətlərinin xarakterini və mahiyyətini dərk edən və yetkinlik yaşına çatmayan şəxs olan Zərərçəkmiş şəxs valideynlərinə xəbər verməməsi üçün hədə-qorxu gəlib psixi təsir göstərməklə köməksiz vəziyyətə gətirərək qeyritəbii yolla arxa keçəcəyindən cinsi əlaqədə olub cinsi ehtirasını pozğun formada təmin etməsinə yönəlmiş seksual xarakterli zorakılıq hərəkətləri ilə cinsi ehtirasını pozğun formada təmin edərək Zərərçəkmiş şəxs fiziki və psixi zor tətbiq etməklə onun köməksiz vəziyyətindən istifadə edərək on dörd və yetkinlik yaşına çatmayan olduğu vaxtlarda 03 mart 2011-ci il təvəllüdlü zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs barəsində təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2107/2025 nömrəli, 23 fevral 2026-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 avqust 2025-ci il tarixdən hesablanması hökm edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(3-6)-430/2026 nömrəli, 30 aprel 2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2107/2025 nömrəli, 23 fevral 2026-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilmişdir.

II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(3-6)-430/2026 nömrəli, 30 aprel 2026-cı il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət- 11. Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə göstərilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən hər hansı əsasa istinad etmədən işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmalı olduğu barədə iddianı nəzərə alaraq hesab edir ki, hazırkı kassasiya şikayəti üzrə araşdırma da eyni, yəni Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində nəzərdə tutulmuş hal əsasında aparılmalıdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM- 16. nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(3- 6)-430/2026 nömrəli, 30 aprel 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).

21. Istinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini əsassız, bu hissədə məhkəmələrin qənaətini isə aşağıda göstərilənlərə əsasən düzgün hesab edir.

22. Belə ki, məhkum Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, lakin onun Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri: - zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ardıcıl ifadələri; - zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsi; - şahid qismində dindirilmiş şahid4, şahid3, şahid2 və digər şəxslərin ifadələri; - 06 iyun 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol; - zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 19 avqust 2025-ci il tarixli üzləşdirmə protokolu; - 17 iyun 2025-ci il tarixli, *** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi; - 07 iyul 2025-ci il tarixli, *** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi; - 07 iyul 2025-ci il tarixli, **** nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyi; - digər istintaq və məhkəmə hərəkəti protokolları ilə müəyyən edilir.

23. Məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrıayrılıqda və məcmu halında bir daha təhlil edib, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Təqsirləndirilən şəxs hazırkı qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməllərində Cinayət Məcəlləsinin ittiham olunduğu maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində müəyyən edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

25. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

26. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(3-6)-430/2026 nömrəli, 30 aprel 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(3-6)-430/2026 nömrəli, 30 aprel 2026-cı il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar