Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-66/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Ilqar Xanlar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1, ##.##.1991-ci il tarixdə Naxçıvan MR Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 184A-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 31-ci məhəllə, döngə 1-də fərdi evdə yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, məhkum1 və qeyrisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-**/**** nömrəli qərarından məhkum məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ######## tarixli *(***)-**/**** nömrəli hökmü ilə (hakimlər H.S.Əliyev (sədrlik edən və məruzəçi), F.Z.Hümbətov və A.T.Rzayeva) məhkum1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə bilinərək, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin məhkum2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, ona 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, iş üzrə qətimkan tədbiri və maddi sübutların taleyi məsələləri də hökmdə öz həllini tapmışdır. Hökmdən məhkum məhkum1 və onun müdafiəçisi müdafiəçi2, eləcə də digər məhkum məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-**/**** nömrəli qərarı ilə (hakimlər R.Ə.Ağayev (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və R.O.Əsgərova) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ######## tarixli *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-**/**** nömrəli qərarından məhkum məhkum1 kassasiya şikayəti vermişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən məhkum2 tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs10 topdansatış qiymətinə müxtəlif markalardan olan siqaretləri alıb-satmaqla yaxşı qazanc əldə edəcəyinə inandıraraq, ona verdiyi pulun müqabilində əldə olunan qazancdan pul verəcəyini vəd verərək, 2020-ci ilin yanvar ayında Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq avtovağzalında görüşüb 8000 manat məbləğində pulunu etibardan sui-istifadə etməklə aldadıb ələ keçirərək zərərçəkmiş şəxs10 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olmasını yalandan bildirib, sonuncunun inam və etibarını qazanaraq, hər hansı səlahiyyətə malik olmadığı halda zərərçəkmiş şəxs2 Abşeron rayonu, Masazır kəndi ərazisindəki “Məzunlar evi” yaşayış kompleksindəki binalardan 1 otaqlı mənzil almasına köməklik göstərəcəyini vəd verib aldadaraq bu məqsədlə ## ##### 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Köhnə bazar” adlanan ərazidə görüşüb zərərçəkmiş şəxs2 6500 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs3 topdansatış qiymətinə müxtəlif markalardan olan siqaretləri alıb-satmaqla yaxşı qazanc əldə edəcəyinə inandıraraq, ona verdiyi pulun müqabilində əldə olunan qazancdan pul verəcəyini vəd verərək, bu məqsədlə 2021-ci ilin aprel ayında Bakı şəhəri Dərnəgül qəsəbəsi ərazisində yerləşən kafedə tanışı zərərçəkmiş şəxs4 vasitəsi ilə 18000 manat məbləğində pulunu etibardan sui-istifadə etməklə aldadıb ələ keçirərək zərərçəkmiş şəxs3 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı zərərçəkmiş şəxs5 topdansatış qiymətinə müxtəlif markalardan olan siqaretləri alıb-satmaqla yaxşı qazanc əldə edəcəyinə inandıraraq, ona verdiyi pulun müqabilində əldə olunan qazancdan pul verəcəyini vəd verərək vahid niyyətlə əhatə olunan qəsdlə, etibardan sui-istifadə etməklə aldadıb ələ keçirərək sonuncuya ümumilikdə 9800 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə dostu məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, zərərçəkmiş şəxs7 topdansatış qiymətinə müxtəlif markalardan olan siqaretləri alıb-satmaqla yaxşı qazanc əldə edəcəyinə inandıraraq, onlara verdiyi pulun müqabilində əldə olunan qazancdan pul verəcəyini vəd verərək, bu məqsədlə ## #### 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Bazar store” mağazasının yaxınlığında tanışı zərərçəkmiş şəxs4 vasitəsi ilə 30000 manat məbləğində pulunu etibardan suiistifadə etməklə aldadıb məhkum1la birlikdə ələ keçirərək zərərçəkmiş şəxs7 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə dostu məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, tanışı zərərçəkmiş şəxs6 topdansatış qiymətinə müxtəlif markalardan olan siqaretləri alıb-satmaqla yaxşı qazanc əldə edəcəyinə inandıraraq, onlara verdiyi pulun müqabilində əldə olunan qazancdan pul verəcəyini vəd verərək, bu məqsədlə ## #### 2021-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksində Yəhya Məsumzadə ilə görüşüb, məhkum1la birlikdə 3550 manat məbləğində pulunu etibardan suiistifadə etməklə aldadıb ələ keçirərək zərərçəkmiş şəxs6 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə dostu məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək tanışı zərərçəkmiş şəxs8 topdansatış qiymətinə müxtəlif markalardan olan siqaretləri alıb-satmaqla yaxşı qazanc əldə edəcəyinə inandıraraq, onlara verdiyi pulun müqabilində əldə olunan qazancdan pul verəcəyini vəd verərək sonuncuya ümumilikdə 40000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə dostu məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək tanışı zərərçəkmiş şəxs4 Abşeron rayonu Xırdalan şəhərindəki mənzilini 87.400 manata satdığını və bundan əlavə də pulunun olduğunu öyrəndikdən sonra sonuncunu topdansatış qiymətinə müxtəlif markalardan olan siqaretləri alıb-satmaqla yaxşı qazanc əldə edəcəyinə inandıraraq, onlara verdiyi pulun müqabilində əldə olunan qazancdan pul verəcəyini vəd verərək sonuncuya ümumilikdə 147000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakım etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə dostu məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, tanışı zərərçəkmiş şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən mağazasından bir müddət nisyə olaraq müxtəlif məbləğlərdə siqaret alıb pulunu vaxtında qaytarmaqla sonuncunun inam və etibarını qazanmış, sonra həmin etibardan öz xeyrləri üçün suiistifadə edərək, ## #### 2021-ci il tarixdə məhkum1la birlikdə zərərçəkmiş şəxs1 aldığı 88989,60 manat dəyərində müxtəlif markalı siqaretləri ## #### 2021-ci il tarixədək satıb pulunu ödəyəcəyini vəd etsə də sonra vədinə əməl etməyib həmin siqaretləri tandığı şahid1 91400 manata satıb pulunu öz şəxsi ehtiyaclarına xərcləyərək zərərçəkmiş şəxs1 88989,60 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə dostu məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, tanışı zərərçəkmiş şəxs11 özünə məxsus qaldırıcı kran avtomobilini 100.000 manata satdığını öyrəndikdən sonra sonuncunu topdansatış qiymətinə müxtəlif markalardan olan siqaretləri alıb-satmaqla yaxşı qazanc əldə edəcəyinə inandıraraq, etibardan sui-istifadə etməklə aldadıb sonuncuya ümumilikdə 102000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə dostu məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək tanışı zərərçəkmiş şəxs9 şərikli “Rente Car” avtomobil icarəsi yeri açaraq birgə işlətməklə yaxşı qazanc əldə edəcəyinə inandıraraq, bu məqsədlə ## #### 2021-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi “Qurtuluş-93” yaşayış kompleksində sonuncunun yaşadığı yerin yaxınlığında görüşüb, məhkum1la birlikdə 41000 manat məbləğində pulunu etibardan suiistifadə etməklə aldadıb ələ keçirərək zərərçəkmiş şəxs9 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun əməli ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyindən, CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Həmçinin, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən şəxsiyyətini, törədilən cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə tətbiq edilmiş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almadan barəsində ədalətsiz cəza təyin etmişdir. Şikayət müəllifi yuxarıda qeyd edilənlərə əlavə olaraq, vurulmuş ziyanın qismən ödənilməsini, himayəsində az yaşlı övladının olmasını və cəzanı ağırlaşdıran halların olmamasını vurğulayaraq ona təqsirli bilindiyi müvafiq maddənin sanksiyası çərçivəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-in) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə onun əməlinin CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmədiyini, həmçinin barəsində olan cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmayaraq, ona ağır cəzanın təyin edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə kassasiya tələbini CPM-in 416.1.1, 416.1.2, 416.1.6, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025ci il ## ###### tarixli *(***)-**/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkum məhkum1 təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, istintaq orqanı məhkum1 qarşı CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürmüş və onun elan edilmiş ittiham üzrə təqsirli olmasını təsdiq etmək üçün məhkəməyə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokolları və digər sübutları təqdim etmişdir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə təqsirləndirilən şəxsləri, zərər çəkmiş şəxsləri və şahidləri dindirib, təqdim edilmiş sübutları tədqiq edib, onlara qiymət verərək belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs məhkum1 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı və onunla uzlaşan birinci instansiya məhkəməsində verdikləri ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla (şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və s.) müqayisəli təhlil edib həmin ifadələrin işin hallarına uyğun olmasını qeyd etmiş, məhkum1 törətdiyi cinayət əməllərinin toplanmış və tədqiq edilmiş sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə məhkum1 ifadələrini cinayət işi üzrə digər sübutların məcmusu ilə təkzib olunduğundan həqiqətə uyğun olmayan, məhkum tərəfindən məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmiş, zərərçəkmiş şəxslərin verdikləri ifadələri isə digər sübutlarla uyğunluq təşkil etdiyi üçün düzgün və həqiqətə uyğun hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə müdafiə tərəfinin apellyasiya şikayətlərinə əsasən baxarkən birinci instansiya məhkəməsinin sübutların qiymətləndirməsi və məhkum1 təqsirinin sübuta yetirilməsi barədə gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, məhkum məhkum1 və onun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, məhkum məhkum1 CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinin təsdiqi cinayət işinin materiallarına tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Göründüyü kimi, məhkum1 CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərini törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (təqsirləndirildiyi cinayətlərin törədilməsinin sübut edilməməsi barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum1 təqsirliliyi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə məhkum məhkum1 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, CM-in 178.3.2-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində CM-in ittiham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə təqsirli bilinməsini istisna edən halların, yəni CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Məhkum məhkum1 hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, məhkumun kassasiya şikayətində iddia etdiklərinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası CPM-in 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkum məhkum1 əməlinin CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri hesab etmir. Təsvir olunanlar məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.1, 416.1.2, 416.1.6, 416.1.15-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Lakin məhkəmə kollegiyası məhkum məhkum1 cəza təyin edilməsi ilə bağlı hissədə məhkəmələrin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, məhkuma təyin olunmuş cəza onun şəxsiyyətinə, törədilmiş cinayətlərdə iştirakının xarakterinə və dərəcəsinə uyğun olmamışdır. Belə ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1- 59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 62, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilməsini nəzərdə tutan CM-in 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021ci il 24 dekabr tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum edilmiş şəxslərə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, onların təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərin törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən hallar kimi məhkum2 münasibətdə cinayət nəticəsində vurulmuş ziyandan onun təkbaşına cinayət törətdiyi epizodlar üzrə - zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 dəymiş 6500 manat ziyanı tam ödəməsini, zərərçəkmiş şəxs10 dəymiş ziyanı qismən ödəməsini, məhkum1la qabaqcadan əlbir olub cinayət törətdiyi epizodlar üzrə - zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs8 və zərərçəkmiş şəxs7 dəymiş ziyanı qismən ödəməsini, məhkum1 münasibətdə isə cəzanı yüngülləşdirən hallar kimi himayəsində azyaşlı uşağının olmasını və cinayət nəticəsində vurulmuş ziyandan zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxs7 qismən ödəniş etməsini, onların cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alaraq, təqsirli bilindikləri CM-in 178.3.2-ci maddəsi ilə onların hər birinə 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də təyin edilmiş həmin cəzalarla razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni məhkum edilmiş şəxslərin törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cinayətin törədilməsində onların iştirakının xarakterini, dərəcəsini və cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, onlara təyin edilən azadlıqdan məhrumetmə cəzasının həddinin diferensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır. Belə ki, iştirakçılıqla törədilmiş cinayətlərə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində hərəkətlərini fərdiləşdirməli, faktiki iştirakının xarakteri və dərəcəsini, cinayət hadisəsinin başa çatdırılmasında rolunu və onun iştirakının əhəmiyyətini, hər bir iştirakçının şəxsiyyətini nəzərə almalıdır. Işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, məhkum məhkum2 4 epizod üzrə təkbaşına (1 epizod üzrə ziyanı tam, 1 epizod üzrə ziyanı qismən ödəmiş, qalan 2 epizod üzrə ziyanı ödəməmişdir), 7 epizod üzrə məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında olmaqla, cəmi 11 epizod üzrə dələduzluq cinayət əməllərini törətməkdə təqsirli bilindiyi halda, məhkum məhkum1 cəmi 7 epizod üzrə (4 epizod üzrə hər iki şəxs birlikdə ziyandan qismən ödəniş etmişdir) dələduzluq cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Həmçinin, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən görünür ki, məhkum2 siqaretləri topdan satış qiymətinə alıb, bir az baha qiymətə tanıdığı mağaza sahiblərinə satıb qazanc əldə etməklə məşğul olmuş, əvvəlki epizodlar üzrə 3 nəfər zərərçəkmiş şəxsi topdansatış qiymətinə müxtəlif markalardan olan siqaretləri alıb-satmaqla yaxşı qazanc əldə edəcəyinə inandıraraq onların pul vəsaitlərini ələ keçirmiş, bir müddət sonra o, dostu məhkum1 da bu işlərə cəlb etmiş və onlar birlikdə fəaliyyət göstərməyə başlamışlar. Həmin ərəfədə onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında 7 nəfər zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayət əməllərini törətmişlər. Göründüyü kimi, cinayətkar məqsədə nail olunmasında məhkum2 iştirakının əhəmiyyəti digər məhkum məhkum1 daha çox olmuşdur. Digər tərəfdən məhkum2 fərqli olaraq məhkum1 evli olmaqla himayəsində bir azyaşlı uşağının olması müəyyən edilmişdir (CM-in 58.3-cü maddəsinə əsasən təqsirkara cəza təyin edilərkən, təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır). Məhkəmə kollegiyasının qənaətinə görə, törədilən cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla qeyd edilən hallar məhkum məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin təqsirli bilindiyi CM-in maddəsinin sanksiyası həddində aşağı endirilməsinə əsaslar yaradır. Məhkuma bu qaydada güzəşt edilməsi həm cinayət qanunvericiliyinin tələblərinə, həm də ədalət və humanizm prinsiplərinin tələblərinə uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş halın, yəni məhkumun kassasiya şikayətinin qismən təmin edilməsi üçün əsasın mövcud olduğunu göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarı məhkum məhkum1 aid hissədə dəyişdirilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-**/**** nömrəli qərarı məhkum məhkum1 aid hissədə dəyişdirilsin. məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilə endirilsin. Qərar məhkum məhkum1 aid qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-66/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-66/2026
17.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver