Məhkəmə qərarları › İş №1(1-8)-67/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-67/2026

19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-67/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 213.2.2-ci maddəsi ilə bəraət verilməsinə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli hökmü ilə isə onun CM-in 213.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiya məhkəməsinin həmin hökmündən məhkum Məhkum müdafiəçisi Qurbanov Malik Hakim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və həmin şikayətə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qasımova Vüsalə Yadigar qızı) Məhkum, ## ###### 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, M.Hadi 64, mənzil 235 ünvanında yaşamış, CM-in 213.2.2-ci maddəsi ilə cinayətin törədilməsinə aidiyyəti olmadığına görə təqsirsiz hesab edilərək həmin maddə ilə ona elan edilmiş ittiham üzrə bəraət verilmiş, onun CM-in 213.2.2-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası bəraət almış şəxsə izah edilmişdir. Hökmlə həmçinin mülki iddiaçı - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin mülki cavabdeh Məhkum qarşı qarşı 343896,60 manat məbləğində ziyanın (vergi məbləğinin) tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddiası rədd edilmişdir . Işin halları: Ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 213.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdiyinə görə ittiham irəli sürülmüşdür ona görə ki, o, şahid6 və qeyriləri ilə qabaqcadan cinayət əlaqəsinə girərək, Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 1 olan "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və “xxxx” MMC-nin (VÖEN: **********) fəaliyyətinə rəhbərlik edərək, həmin cəmiyyətin nizamnaməsində nəzədə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 103, 104, 105, 149, 159.1, 175, 177-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə vahid niyyətlə, külli miqdar təşkil edən, 343896,63 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum şahid6 və qeyriləri ilə qabaqcadan cinayət əlaqəsinə girərək, "xxxx" MMC-ni təsis edərək, tanışları şahid3 adına rəsmiləşdirib, sonuncunun MMC-yə direktor vəzifəsinə təyin olunmasını təşkil edərək, qeyd olunan MMC-nin adından 2018-ci il üzrə gəliri 581335,40 manat, xərcləri 484446,17 manat, vergiyə cəlb olunan mənfəəti 96889,23 manat və ödənilməli mənfəət vergisi 19377,85 manat olduğu halda, qeydiyyatda olduğu vergi orqanına həmin il üzrə bəyannamə təqdim etməməklə, 19377,85 manat; 2019-cu il üzrə gəliri 24033,90 manat, xərcləri 18025,42 manat, vergiyə cəlb olunan mənfəəti 6008,48 manat və ödənilməli mənfəət vergisi 1201,70 manat olduğu halda, həmin il üzrə bəyannamə təqdim etməməklə, 1201,70 manat mənfəət vergisini; 2018-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 541710,17 manat, ƏDV məbləği 97507,83 manat, əvəziəşdirilən ƏDV 0,0 manat, büdcəyə ödənilməli ƏDV 97507,83 manat olduğu halda, qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, 97507,83 manat ƏDV-ni, cəmi 118087,38 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, o, "xxxx" MMC-nin adından 2019-cu il üzrə ümumi gəliri 685300,37 manat, xərci 571083,64 manat, vergiyə cəlb olunan mənfəəti 114216,73 manat, ödənilməli mənfəət vergisi 22843,35 manat olduğu halda, həmin il üzrə qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, 22843,35 manat məbləğində mənfəət vergisini; 2019-cu ilin oktyabr ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 167366,87 manat, ƏDV məbləği 30126,04 manat, əvəzləşdirilən ƏDV 0,0 manat, büdcəyə ödənilməli ƏDV 30126,04 manat olduğu halda, qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, 30126,04 manat ƏDV-ni, cəmi 52969,39 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, o, "xxxx" MMC-nin adından 2019-cu il üzrə ümumi gəliri 577094,13 manat, xərci 480911,77 manat, vergiyə cəlb olunan mənfəəti 96182,36 manat, ödənilməli mənfəət vergisi 19236,47 manat olduğu halda, həmin il üzrə qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, 19236,47 manat məbləğində mənfəət vergisini;2019-cu ilin avqust ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 480911,78 manat, ƏDV məbləği 86564,12 manat, əvəzləşdirilən ƏDV 0,0 manat, büdcəyə ödənilməli ƏDV 86564,12 manat olduğu halda, qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, lakin 12956,43 manat ƏDV-nin ödəməklə, 73607,69 manat ƏDV-ni, cəmi 92844,16 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa o, “xxxx” MMC-nin adından 2019-cu il üzrə ümumi gəliri 511564,27 manat, xərci 426303,55 manat, vergiyə cəlb olunan mənfəəti 85260,72 manat, ödənilməli mənfəət vergisi 17052,14 manat olduğu halda, həmin il üzrə qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, 17052,14 manat məbləğində mənfəət vergisini; 2019-cu ilin may ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 349686,44 manat, ƏDV məbləği 62943,56 manat, əvəzləşdirilən ƏDV 0,0 manat, büdcəyə ödənilməli ƏDV 62943,56 manat olduğu halda, qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək, 62943,56 manat ƏDV-ni, cəmi 79995,70 manat məbləğində, ümumilikdə isə vahid niyyətlə külli miqdar təşkil edən 343896,60 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Cinayət işinə birinci instansiya məhkəməsində baxılması nəticəsində həmin məhkəmə Məhkum bu ittiham üzrə cinayət əməllərinin törətməsinə aidiyyətinin olmaması barədə nəticəyə gələrək onun barəsində yuxarıda göstərilən bəraət hökmünü çıxarmışdır. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli hökmü ilə (hakimlər Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə) apellyasiya protesti təmin edilmiş, hökm apellyasiya protestinə əsasən ləğv edilmiş, iş üzrə çıxarılmış yeni hökmlə Məhkum CM-in 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ay azaldılaraq ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən isə Məhkum # ####### 2024-cü il tarixdən # ####### 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu hökmü ilə həmçinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin mülki iddiasının təmin olunması, məhkum olunmuş şəxs (mülki cavabdeh) Məhkum isə 343.896,63 (üç yüz qırx üç min, səkkiz yüz doxsan altı manat, altmış üç qəpik) manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli hökmündən məhkum Məhkum müdafiəçisi M.H.Qurbanov kassasiya şikayəti və həmin şikayətə əlavə verərək hər iki müraciətində həmin hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya şikayətində və həmin şikayətə edilmiş əlavədə oxşar dəlillərə əsaslanan və Azərbaycan Respublikasının Konstitusiyasına, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir çox maddələrinə, “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2005-ci il tarixli Qərarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, iş üzrə toplanmış sübutlara və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi M.H.Qurbanov həmin müraciətlərini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası işə baxılmasına qərəzli yanaşmış, həm Məhkum, həm də şahidlərin dindirilmələri zamanı onlara yönəldici suallar verilmiş, iş üzrə araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, ## ###### 2025-ci il tarixli hökmdə istinad olunan sübutlara isə qanuna müvafiq qaydada qiymət verilməmişdir. Sumqayıt Şəhər Məhkəməsi isə araşdırılmış eyni sübutlara əsaslanaraq Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinə aidiyyatının olmaması barədə qanuni nəticəyə gəlsə də (hətta mülki iddiaçı kimi tanınmış vergi orqanı bu nəticə üzrə çıxarılmış hökmlə razılaşaraq həmin hökmdən apellyasiya şikayəti verməmişdir), apellyasiya instansiyası məhkəməsinin prosessual hüquq normalarının tələblərinin pozulması nəticəsində Məhkum həmin məhkəmənin çıxardığı ittiham hökmü ilə qanunsuz və əsassız olaraq məhkum edilmiş, ona qarşı verilmiş mülki iddia da düzgün olmayaraq təmin edilmişdir. Müraciət müəllifi həmçinin qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, əlavə hesablanmış vergi məbləği düzgün hesablanmamış, istər vergi orqanı tərəfindən, istərsə də cinayət işinin materiallarında olan ekspert rəylərində vergi hesablamaları aparılarkən vergi ödəyicisi tərəfindən artıq ƏDV-nin vaxtilə ödənilməsi və əvəzləşdirilə bilinmədiyi nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq müdafiəçi M.H.Qurbanov Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli hökmündən verdiyi kassasiya şikayətinin və həmin şikayətə etdiyi əlavənin təmin olunmasını, bu müraciətlərin dəlillərinə əsasən həmin hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya müraciətlərinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, onun müdafiəçiləri M.H.Qurbanov, Bədəlova Könül Eyvaz qızı və zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin nümayəndəsi isə naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.Imranovun rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya müraciətlərinə məhkum Məhkum, onun müdafiəçiləri M.H.Qurbanovun və K.E.Bədəlovanın və zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə və ona edilmiş əlavəyə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2026-cı il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılanadək Ali Məhkəməyə məhkum Məhkum və onun müdafiəçisi M.H.Qurbanovun ərizələri daxil olmuşdur. Məhkumun ərizəsi onun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış ## ### 2026-cı il tarixli *-**-**/**/*- ****/**** saylı məktubu ilə müşaiyət edilmişdir. Ərizəsində məhkum Məhkum onun müdafiəçisi M.H.Qurbanov tərəfindən verilmiş kassasiya şikayətinə və həmin şikayətə edilmiş əlavəyə baxılmadan həmin müraciətlərin geri qaytarılmasını xahiş etmişdir. Eyni məzmunlu ərizə ilə həmçinin məhkum Məhkum müdafiəçisi M.H.Qurbanov da Ali Məhkəmənin Cinayət Kollegiyasına müraciət etmişdir. Məhkum Məhkum və onun müdafiəçisi M.H.Qurbanovun ərizələri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-in 414.4-cü maddəsində isə təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-in 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası məhkum Məhkum və onun müdafiəçisi M.H.Qurbanovun ərizələrini nəzərdən keçirib həmin ərizələrin təmin edilərək kassasiya müraciətlərin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.Imranovun çıxışını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-in 213.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli hökmündən onun müdafiəçisi M.H.Qurbanov tərəfindən verilmiş kassasiya şikayəti və həmin şikayətə edilmiş əlavə geri qaytarılmalı və həmin kassasiya müraciətləri üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum və onun müdafiəçisi M.H.Qurbanovun ərizələri təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli hökmündən məhkum Məhkum müdafiəçisi M.H.Qurbanov tərəfindən verilmiş kassasiya şikayəti və həmin şikayətə edilmiş əlavə geri qaytarılsın və həmin kassasiya müraciətləri üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar