Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-68/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Məmmədli Rəşad Təvəkkül oğlunun, bəraət almış şəxs Bəraət almış şəxs və onun müdafiəçisi müdafiəçi3 iştirakları ilə, 1 aprel 1981-ci ildə Astara rayonu, Sərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu, Sərək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-18/2025 nömrəli 13 oktyabr 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı Elnar Hüseynov tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 1(099)-265/2024 nömrəli hökmü ilə (hakimlər M.V.Məmmədov (sədrlik edən), C.C.Nəbiyev və C.Ş.Səfərli) Bəraət almış şəxs - Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsiri bilinib 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 27 avqust 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-18/2025 nömrəli 13 oktyabr 2025-ci il tarixli hökmü ilə (hakimlər P.V.Hacıyev (sədrlik edən), E.İ.Xasməmmədov və H.X.Bəhmənov) apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetirilmədiyinə görə Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Bəraət almış şəxs məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda, 3466,298 qram çəkidə narkotik vasitə olan heroin və külli miqdarda, 895,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib narkotik vasitə olan heroinin bir hissəsini üzərində saxlamış, qalan hissəsini və narkotik vasitə olan qurudulmuş marixuananı Astara rayonu, Sərək kəndində yerləşən yaşadığı evin həyətindəki tövlənin içərisində yerə basdıraraq gizlətmiş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin X13 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 avqust 2023-cü il tarixdə, saat 05:00-da Astara rayonu, Sərək kəndində yerləşən yaşadığı evin yaxınlığında, küçədə saxlanılaraq BNMI-nin CBRŞ-nin inzibati binasına aparılmış, üzərində aparılmış şəxsi axtarış zamanı 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 31,298 qram olan narkotik vasitə heroin əynində olan şalvarın sağ yan cibindən, həmin tarixdə, saat 09 radələrində Astara rayonu, Sərək kəndində yaşadığı evin həyətinə keçirilmiş baxış zamanı 1 ədəd şəffaf sellofan bükülüdə, təmiz çəkisi 3435,0 qram olan narkotik vasitə heroin və 1 ədəd şəffaf sellofan bükülüdə, təmiz çəkisi 895,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana həyətdə olan tövlənin içərisində torpağa basdırılmış alüminium qabın içərisindən aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin yeni baxışa təyin edilməsi xahiş edilir. Dövlət ittihamçısı qeyd edir ki, məhkəmə kollegiyası Bəraət almış şəxs CM-nin 234.4.3cü maddəsi ilə bəraət verərkən yalnız təqsirləndirilən şəxs Bəraət almış şəxs məhkəmədə verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ziddiyyətli ifadələrinə, həmçinin onun məsuliyyətdən yayınmasında maraqlı şəxslər olan arvadı Rasimə Həziyevanın, qardaşları Fərasət Həziyevin, Cəsarət Həziyevin, qardaşı oğlu Sahil Həziyevin və qonşularının məhkəmədəki ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə, Bəraət almış şəxs təqsirinin sübuta yetirilməməsi kimi işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. Apellyasiya məhkəməsi Bəraət almış şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi, birinci instansiya məhkəməsinin onu təqsirli bilib məhkum edərkən konkret sübutlara deyil, istintaq orqanının mülahizələrinə əsasən mötəbər olmayan, ziddiyyətli və yolverilməz sübutlara əsaslanaraq yekun qərar qəbul etməklə yanlış nəticəyə gəlməsi qənaətinə gəlməklə ona CM-nin 234.4.3cü maddəsi ilə bəraət verərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxs Bəraət almış şəxs məhkəmədə verdiyi özünümüdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib Bəraət almış şəxs cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Ibtidai istintaq zamanı dindirilmiş təqsirləndirilən şəxs Bəraət almış şəxs ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində törətdiyi cinayət əməlini tam etiraf edərək göstərmişdir ki, saxlanılmamışdan təxminən 4 ay əvvəl yaşadığı Sərək kəndində balıq tutmağa gedərkən çayın kənarından içərisində heroin və marixuana olan bir kisə tapmış, daha sonra kisəni yaşadığı evə gətirib alüminium qabın içərisinə qoyub həyətindəki tövlənin içərisində torpağa basdıraraq gizlətmiş və üzərinə metlaq qoymuş, həmin narkotiklərdən arabir götürüb istifadə etmiş, 27 avqust 2023-cü il tarixdə saat 05 radələrində yaşadığı evin yaxınlığında küçədə polis əməkdaşları tərəfindən saxlanılıb Lənkəran şəhərinə Baş narkotiklərlə mübarizə idarəsinin X13 şöbəsinə aparılmış, orada şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən 33,69 qram çəkidə heroini və "Samsung" markalı mobil telefonu çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı yaşadığı evin həyətində də tövlədə torpağa basdırılmış narkotikin olduğunu etiraf etmişdir. Məhkəmə kollegiyası hökmlə işin hallarını müəyyən edərkən yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında iltizamı imzalayan və xidməti vəzifələrini icra edən polis əməkdaşlarının və digər şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələrini, təqsirləndirilən şəxs Bəraət almış şəxs özünün ibtidai istintaq zamanı verdiyi ifadələrini, şəxsi axtarış, evə baxış, götürmə və digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, əməliyyat məlumatlarını, eləcə də yuxarıda qeyd olunan digər sübutları nəzərə almamış, sadalanan həmin sübutlara səthi yanaşmış, onları təhlil, birbiri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən, yalnız yalan ifadə verməyə görə heç bir məsuliyyəti olmayan təqsirləndirilən şəxs Bəraət almış şəxs məhkəmədə verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də onun arvadı Rasimə Həziyevanın, qardaşları Fərasət Həziyevin, Cəsarət Həziyevin, qardaşı oğlu Sahil Həziyevin və qonşularının məhkəmədəki ifadələrinə əsaslanmaqla və məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya iş materiallarında olan sübutların Bəraət almış şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət etmədiyi, Bəraət almış şəxs saat 05 radələrində küçədən deyil, saat 03 radələrində yaşadığı evdən tutularaq polis şöbəsinə aparılması, belə olan halda onun 5-6 saatdan çox müddətdə qanunsuz olaraq polis əməkdaşlarının sərəncamında olması və həmin müddət ərzində onun müdafiə hüququnun kobud şəkildə pozulması, yaşadığı evin bir neçə saat ərzində polis əməkdaşlarının nəzarətində olması və günorta saatlarında evindən narkotik maddələrin aşkar edilməsi, Bəraət almış şəxs polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması nəticəsində etirafedici ifadələr verməsi kimi işin digər halları ilə rədd olunan xüsusatları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişdir. Məhkəmə bu nəticəyə gələrkən yalnız təqsirləndirilən şəxs Bəraət almış şəxs məhkəmədəki ifadəsinə və onun arvadı Rasimə Həziyevanın, qardaşları Fərasət Həziyevin, Cəsarət Həziyevin, qardaşı oğlu Sahil Həziyevin və qonşularının məhkəmədəki ifadələrinə istinad etmişdir. Lakin məhkəmə kollegiyası Bəraət almış şəxs məsuliyyətdən yayınmasında maraqlı olan şəxslər, onun arvadı Rasimə Həziyevanın, qardaşları Fərasət Həziyevin, Cəsarət Həziyevin, qardaşı oğlu Sahil Həziyevin və qonşularının məhkəmədə müdafiə xarakterli ifadələr vermələrini və bununla da Bəraət almış şəxs cinayət məsuliyyətindən kənarda qalmasına çalışmalarını nəzərə almamışdır. Belə ki, şahid Rasimə Həziyeva apellyasiya məhkəməsində verdiyi ifadəsində Bəraət almış şəxs 27 avqust 2023-cü il tarixdə saat 03 radələrində onunla birlikdə yaşadığı evdən tutularaq polis şöbəsinə aparıldığını bildirmişdir. Rasimə Həziyeva birinci instansiya məhkəməsində verdiyi ifadəsində isə Bəraət almış şəxs 27 avqust 2023-cü il tarixdə saat 05 radələrində polis şöbəsinə aparıldığını bildirmişdir. Rasimə Həziyeva ibtidai istintaq zamanı verdiyi ifadəsində səhər saatlarında yaşadığı evdə olan zaman əri Bəraət almış şəxs polis əməkdaşları tərəfindən saxlanılması barədə məlumatı olduğunu, həmin vaxt polis əməkdaşlarının Siyasətlə birlikdə onların yaşadığı ünvana gələrək baxış keçirəcəyini bildirdiklərini göstərmişdir. Apellyasiya məhkəməsi də şahid Rasimə Həziyevanın ibtidai istintaq zamanı verdiyi ifadəsini deyil, yalnız onun sonradan dəyişdiyi məhkəmədəki ziddiyyətli ifadəsini sübut kimi qəbul etmişdir. Halbuki, iş üzrə tərtib edilmiş protokollarla və digər sənədlərlə, eləcə də iş üzrə dindirilmiş şahidlər şahid2, şahid1, şahid3 və qeyrilərinin ifadələri ilə də Bəraət almış şəxs 27 avqust 2023-cü il tarixdə saat 05 radələrində Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin X13 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonunun Sərək kəndində küçədə saxlanılaraq polis şöbəsinə aparıldığı və üzərində şəxsi axtarış keçirildiyi təsdiq olunmuşdur. Həmçinin təqsirləndirilən şəxs Bəraət almış şəxs özü də ibtidai istintaq zamanı ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində 27 avqust 2023-cü tarixdə gecə saat 05 radələrində Sərək kəndində yaşadığı evin yaxınlığında küçədə olarkən polis əməkdaşlarının ona yaxınlaşaraq onu polis şöbəsinə apardıqlarını göstərmişdir. Bu da onu göstərir ki, şahidlər Rasimə Həziyeva, Fərasət Həziyev, Cəsarət Həziyev, Sahil Həziyev və qonşuları məhkəmələrdə təqsirləndirilən şəxsin xeyrinə ifadələr verərək onun cinayət məsuliyyətindən kənarda qalmasına çalışmışlar. Göründüyü kimi, təqsirləndirilən şəxsin özünün və şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələri ilə, eləcə də digər iş materialları ilə təqsirləndirilən şəxs Bəraət almış şəxs 27 avqust 2023-cü il tarixdə saat 05 radələrində yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq polis şöbəsinə aparılması və üzərinə şəxsi axtarışın keçirilməsi tamamilə təsdiq olunmuşdur, lakin apellyasiya məhkəməsi bunları nəzərə almayaraq Bəraət almış şəxs həmin tarixdə saat 03 radələrində yaşadığı evdən saxlanılaraq polis şöbəsinə aparılması kimi əsassız qənaətə gəlmişdir. Bundan başqa, məhkəmə bəraət hökmünü çıxararkən mövqeyini onunla əsaslandırmışdır ki, Bəraət almış şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində özünü təqsirli bilməmiş və istintaq zamanı verdiyi ifadəsini dəyişdirməsinin səbəbini ona təzyiq edilməsi ilə izah etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, Bəraət almış şəxs ibtidai istintaq zamanı külli miqdarda narkotik vasitələri əldə edərək daşımaqla üzərində və yaşadığı evdə saxlaması barədə etirafedici ifadələr versə də, həmin ifadələri ona fiziki və psixi təzyiq edilməklə verdiyindən məhkəmə onun etirafedici ifadələrini sübut kimi qəbul etmir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, Bəraət almış şəxs ibtidai istintaqda müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində ona elan edilmiş ittihamla özünü təqsirli bilmiş və törətdiyi cinayət əməli barədə tam təfsilatı ilə etirafedici ifadələr vermiş, o cümlədən həmin ifadələrində üzərindən və evindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, onları tutulduğu gündən təxminən 4 ay əvvəl yaşadığı Astara rayonunun Sərək kəndində çay kənarında olarkən kolun dibindən tapdığını bildirmiş, həmçinin həmin ifadələrində polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir fiziki və psixi zor tətbiq edilmədiyini göstərmişdir. Belə ki, Bəraət almış şəxs şübhəli şəxs qismində tutulduqdan sonra dərhal Lənkəran rayonunda yerləşən vəkil qurumunun vəkili ilə təmin edilmiş, onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, sonra müdafiəçinin iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, həmin şəxsi axtarış və evə baxış video çəkilişlə aparılaraq, video çəkilişlərin həqiqiliyi iş üzrə hər hansı formada şübhə doğurmamış, bundan sonra Bəraət almış şəxs şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə izahat vermiş, daha sonra onun öz ərizəsi ilə ona Astara rayonunda yerləşən vəkil qurumundan vəkil təyin edilmiş və o həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində ifadə vermiş, daha sonra həmin vəkilin iştirakı ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ifadə vermiş və bütün bu istintaq və prosessual hərəkətlər həyata keçirildiyi zaman o, narkotik vasitələrin özünə məxsusluğunu yəqinliklə etiraf etmiş və ona qarşı polis əməkdaşları tərəfindən hər hansı zor tətbiq edilmədiyini göstərmişdir. Bundan başqa, iş materiallarında olan 27 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən də aydın şəkildə görünür ki, Bəraət almış şəxs üzərindən aşkar olunmuş bir bükümdə heroinin ona məxsus olduğunu, həmin narkotik vasitəni saxlanıldığı gündən təxminən 4 ay əvvəl yaşadığı Astara rayonunun Sərək kəndində çay kənarında olarkən kolun dibindən tapdığını bildirmiş və həmçinin qalan hissəsini də yaşadığı ünvanda gizlətdiyini və təqdim edə biləcəyini bildirmiş, həmin istintaq hərəkəti müdafiəçinin iştirakı ilə həyata keçirilmişdir, lakin həmin vaxt o hər hansı qanunsuz təsir və təzyiqə məruz qalması barədə heç nə bildirməmiş, hətta müdafiəçi Vəliəhəd Həbibovun verdiyi suallara cavab olaraq da ona polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilmədiyini və döyülmədiyini demişdir. Eyni zamanda həmin istintaq hərəkəti zamanı çəkilmiş diskdə olan həmin videogörüntüdə də Bəraət almış şəxs hər hansı psixi və fiziki təsir altında olması müşahidə olunmur. Bundan əlavə, iş materiallarında olan 27 avqust 2023-cü il tarixli evə baxış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən də aydın şəkildə görünür ki, Bəraət almış şəxs evindən aşkar olunmuş həmin narkotik vasitələrin ona məxsus olduğunu, saxlanıldığı gündən təxminən 4 ay əvvəl yaşadığı Astara rayonunun Sərək kəndində çay kənarında olarkən kolun dibindən tapdığını bildirmiş, həmin istintaq hərəkəti də müdafiəçi Vəliəhəd Həbibovun iştirakı ilə həyata keçirilmişdir, lakin həmin vaxt o hər hansı qanunsuz təsir və təzyiqə məruz qalması barədə, o cümlədən polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməsi barədə heç nə bildirməmişdir. Eyni zamanda həmin istintaq hərəkəti zamanı çəkilmiş diskdə olan videogörüntüdə də Bəraət almış şəxs hər hansı psixi və fiziki təsir altında olması müşahidə olunmur. Şəxsi axtarış və evə baxış istintaq hərəkətlərinin həyata keçirilməsindən dərhal sonra Bəraət almış şəxs izahatı müdafiəçinin iştirakı ilə alınmışdır, həmin izahatda da Bəraət almış şəxs polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilmədiyini göstərmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs Bəraət almış şəxs 28 avqust 2023-cü il tarixdə Astara rayon məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən də özünü təqsirli bilmiş, törətdiyi cinayət əməlini etiraf etmiş, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, əməlindən peşman olduğunu bildirmiş, lakin polis əməkdaşları və digər şəxslər tərəfindən hər hansı qanunsuz təsir və təzyiqə məruz qalması barədə heç nə bildirməmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi MTE və PA mərkəzi tərəfindən verilmiş 27 avqust 2023-cü il tarixli 876 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində də Bəraət almış şəxs bədəni üzərində hər hansı bir xəsarətin və ya xəsarət izinin aşkar olunmaması göstərilmişdir. Həmçinin həmin rəydən o da görünür ki, həmin vaxt o ekspertə ona hər hansı fiziki zor tətbiq olunması barədə heç nə bildirməmişdir. Eləcə də, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş Idarəsindən alınmış məhkumun tibbi kartasından da görünür ki, təqsirləndirilən şəxs Bəraət almış şəxs Bakı Istintaq Təcridxanasına daxil olarkən müayinə zamanı onun bədənində heç bir xəsarət aşkar olunmamışdır. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, Bəraət almış şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində müvafiq araşdırma aparılmış və araşdırma zamanı onun göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işi başlanmasının rədd edilməsi barədə 07.02.2024-cü il tarixli qərar qəbul edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası hökmdə istintaq zamanı Bəraət almış şəxs təyin olunmuş müdafiəçinin hüquqlarını müdafiə etdiyi şəxsin xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmadığını, onun fəaliyyətinin yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olduğunu qeyd edərək, bununla da onun müdafiə hüququnun pozulmasını əsaslandırmağa çalışmışdır. Halbuki, iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında, evə baxış və götürmə aparılması haqqında protokollara əlavə edilmiş videoçəkilişlərdən də aydın şəkildə görünür ki, həmin istintaq hərəkətləri zamanı müdafiəçi Vəliəhəd Həbibov iştirak etmiş və Bəraət almış şəxs narkotik vasitələrin ona məxsus olub-olmaması, haradan əldə etməsi, polis şöbəsinə gətirilərkən və şöbədə olarkən ona qarşı zor tətbiq olunub-olunmaması barədə və başqa çoxsaylı suallar verməklə onun hüquqlarını keyfiyyətli şəkildə müdafiə etmişdir. Bundan başqa, məhkəmə kollegiyası Bəraət almış şəxs barəsində olan istintaq hərəkəti protokollarında həmin hərəkətlərin keçirildiyi real vaxtdan fərqli vaxt qeyd olunduğunu göstərmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin müdafiəçisinə məxsus mobil telefon nömrəsi istintaq hərəkətlərinin aparıldığı vaxt həmin ərazinin anten şəbəkəsi əhatəsində deyil, başqa ərazinin anten şəbəkəsi əhatəsində olmuşdur. Lakin məhkəmə nəzərə almamışdır ki, texniki əsaslandırmalara əsasən, mobil telefonun yerləşdiyi nöqtədə siqnala əngəl törədən hər hansı maneə (döngə, dağ, bina və sair) olarsa, bu zaman danışığın daha uzaq məsafədə yerləşən, lakin siqnal səviyyəsi qənaətbəxş olan digər stansiyalardan aparılması mümkündür. Ona görə də, hazırki iş üzrə də istintaq hərəkətləri aparılan zaman müdafiəçinin mobil nömrəsinin anten dairəsinin həmin ərazinin anten dairəsinin təsir dairəsinə düşməməsi də texniki cəhətdən mümkündür. Bundan başqa, məhkəmə kollegiyası Bəraət almış şəxs təqsirinin sübuta yetirilməməsinin əsaslarından biri kimi, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin inandırıcı olmaması, onların ifadələrinin mötəbərliyinin şübhə doğurması, ona görə də onların ifadələrinin sübut kimi qəbul edilməsinin yolverilməz olduğunu göstərmiş və bununla da Bəraət almış şəxs qərəzli olaraq ittiham verildiyi təəssüratını yaratmağa çalışmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, polis əməkdaşlarının məhkəmə və ibtidai istintaq zamanı verdikləri ifadələri orfoqrafik və qrammatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha kollegiyada istintaq və məhkəmə tərəfindən ifadələrin bir-birindən köçürmə üsulu ilə yazılması, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətin həyata keçirilməsi ilə bağlı qənaət formalaşdırır. Ona görə də onların istintaq hərəkətləri barəsində verdikləri ifadələrini ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Halbuki, məhkəmənin bu mövqeyi tamamilə absurd olmaqla, heç bir qanun normasına və istintaq-məhkəmə təcrübəsinə, eləcə də məntiqi düşüncəyə uyğun deyildir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, qeyd olunan şahidlər bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilərək, onlara heç bir təsir-təzyiq göstərilmədən işin hallarına dair ətraflı və obyektiv ifadələr vermişlər. Bəraət almış şəxs Bəraət almış şəxs müdafiəçisi müdafiəçi3 tərəfindən kassasiya protestinə etiraz verilmişdir. Etiraz belə əsaslandırılmışdır ki, dövlət ittihamçısı, apellyasiya instansiyası məhkəməsinin əsaslandığı, bəraət almış şəxs Bəraət almış şəxs məhkəmədə verdiyi ifadəsini “qeyri-səmimi, həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ziddiyyətli” kimi adlandırsa da, Bəraət almış şəxs ifadəsinin hansı hissəsinin yalan, digər mötəbər sübutlarla təkzib edilən və ziddiyətli olduğunu göstərə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı, hazırki cinayət işi üzrə birinci instansiya məhkəməsində ifadə vermiş şahid X14, birinci və apellyasiya instansiya məhkəmələrində ifadə vermiş şahid X2, həmçinin onlardan əlavə apellyasiya instansiyası məhkəməsində ifadə vermiş 8 (səkkiz) nəfər şahidlər: X3, X15, X4, X16, X5, X1, X6, X12 “onun (Bəraət almış şəxs) məsuliyyətdən yayınmasında maraqlı şəxslər” kimi ağınabozuna baxmadan əsassız və qeyri-obyektiv (gözəyarı) adlandırmasından elə təsəvvür yaranır ki, sanki dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin məhkəmə araşdırmasında iştirak etməmişdir, həmçinin birinci instansiya məhkəməsinin məhkəmə iclaslarının videoyazıları (məhkəmə iclas protokolları yox) ilə tanış olmamışdır. Birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər X14 və X2 ifadələrinin hansı hissələrinin birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolunda və məhkəmə hökmündə təhrif edilməsini həmin məhkəmə iclaslarının videoyazılarının müvafiq dəqiqələrinə istinad etməklə müdafiə tərəfi olaraq apellyasiya şikayətinə əlavədə və apellyasiya instansiyası məhkəməsinə ünvanlandığı vəsatətlərində dəqiq göstərmişdir. Yuxarıda qeyd edilən 10 (on) nəfər şahidlərin ifadələrində göstərilən hallar həm də işdə olan digər aşağıdakı sübutlarla da təsdiq olunur. Dövlət ittihamçısının bu əsassız və qeyri-obyektiv mülahizələri ilə bağlı olaraq qeyd edir ki, əgər iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında, evə baxış və götürmə aparılması haqqında tərtib edilmə vaxtları 3 (üç) saat fərqi ilə göstərilmiş protokolları göstərilən müdafiəçi tərəfindən imza etməklə onların düzgünlüyünü təsdiq etməsi əsaslı şübhələr yaratmışsa, bu halda vətəndaş Bəraət almış şəxs müdafiə hüququnun pozulmaması barədə iddia və israr etmək ədalət mühakiməsinin təməl prinsiplərinə ziddir. Həmçinin iş üzrə Bəraət almış şəxs üzərində DIN BNMI-nin inzibati binasında keçirilməsi qeyd edilən şəxsi axtarış və götürmə prosessual hərəkətinin keçirilmə ərazisi Bəraət almış şəxs müdafiəçisinin yaşayış ünvanından bir neçə kilometr uzaq məsafədə yerləşir. Iş üzrə Astara rayonu, Sərək kəndindəki Bəraət almış şəxs yaşayış ünvanında keçirilməsi qeyd edilən tövləyə baxış və götürmə prosessual hərəkətin keçirilmə ərazisi isə Bəraət almış şəxs müdafiəçisinin yaşayış ünvanından təxminən 49 (qırx doqquz) kilometr uzaq məsafədə yerləşir. Ona görə də həmin prosessual hərəkətlər keçirilən zaman müdafiəçinin mobil nömrəsinin anten dairəsinin həmin ərazinin yox, qonşu ərazinin anten dairəsinin təsir dairəsinə düşməsi yalnız ittiham tərəfinin əsaslandırılması mümkün görünməyən (olmayan) ehtimalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs İ.Ağayevin və onun müdafiəçisi müdafiəçi3 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli və iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya məhkəməsinin qərarının ləğvi, iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməllər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2025-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz həmin qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Bəraət almış şəxs CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsində yalnışlığa yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qərarında istinad edilmiş Bəraət almış şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən ifadəsində göstərilmişdir ki, o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, saxlanılmamışdan təxminən 4 ay əvvəl yaşadığı Sərək kəndində balıq tutmağa gedərkən çayın kənarından içərisində heroin və marixuana olan bir kisə tapmış, daha sonra kisəni yaşadığı evə gətirib alüminium qabın içərisinə qoyub həyətindəki tövlənin içərisində torpağa basdıraraq gizlətmiş və üzərinə metlaq qoymuşdur. Həmin narkotiklərdən arabir götürüb istifadə etmişdir. 27 avqust 2023-cü il tarixdə saat 05 radələrində yaşadığı evin yaxınlığında küçədə polis əməkdaşları tərəfindən saxlanılıb Lənkəran şəhərinə Baş narkotiklərlə mübarizə idarəsinin X13 şöbəyə gətirilmiş, şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən 33,69 qram çəkidə heroini və “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı yaşadığı evin həyətində də tövlədə torpağa basdırılmış narkotikin olduğunu etiraf etmişdir. Heç kimə narkotik satmamışdır. Törətdiyi əməldən peşmandır. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmamışdır. Iş materiallarında olan məhkəmə kimyəvi-bioloji ekspertizasının 27 avqust 2023-cü il tarixli 19/823 nömrəli rəyindən görünür ki, tədqiqata verilmiş üzərində “Bəraət almış şəxs təqdim etdiyi 1 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 31,298 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Bəraət almış şəxs yaşadığı evin həyətində yerləşən tövlədən aşkar olunmuş 1 ədəd bükülüdə heroinə və 1 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözləri və imzalar olan bir ədəd bağlamadakı, 1 ədəd bükülüdə təmiz çəkisi 3435,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd bükülüdə təmiz çəkisi 895,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərilərində “Bəraət almış şəxs təqdim etdiyi 1 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” və “Vət. Bəraət almış şəxs yaşadığı evin həyətində yerləşən tövlədən aşkar olunmuş 1 ədəd bükülüdə heroinə və 1 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözləri və imzalar olan bir ədəd zərfdəki və bir ədəd bağlamadakı, ümumilikdə 2 ədəd olmaqla ümumi təmiz çəkisi 3466,298 qram heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş və işdə olan “şəxsi axtarış keçirilməsi haqqında” 27 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Bəraət almış şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküm və şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Bəraət almış şəxs təqdim etdiyi bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni saxlanıldığı gündən təxminən 4 ay əvvəl yaşadığı Astara rayonunun Sərək kəndində çay kənarında olarkən kolun dibindən tapmış, qalan hissəsini yaşadığı ünvanda gizlətmiş və təqdim edə biləcəyini bildirmişdir. Işdə olan “baxış və götürmə aparılması haqqında” 27 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Bəraət almış şəxs Astara rayonunun Sərək kəndində yerləşən yaşadığı evin həyətinə girdikdə sol tərəfdə yerləşən tövlədə yerə qoyulmuş beton piltəni qaldırıb torpağı qazaraq yerdən bir ədəd alüminium qapaqlı qabı götürüb təqdim etmiş və qabın içərisinə baxıldıqda içərisində bir ədəd sellofan bükülüdə narkotik vasitə heroinə bənzər və bir ədəd sellofan bükülüdə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Bəraət almış şəxs bildirmişdir ki, narkotik vasitəni əldə etməsi və gizlətməsi barədə ailə üzvlərinin və digərlərinin məlumatı olmamışdır. Aşkar olunmuş kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə heroinə bənzər kütlənin 3 kq 535 qram və qurudulmuş marixuanaya bənzər kütlənin 985 qram çəkidə olması müəyyən edilmişdir. Ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 avqust 2023-cü il tarixli 844 nömrəli rəyində göstərilmişdir ki, Bəraət almış şəxs opioidlərin qəbulundan yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Işdə olan 06.09.2023-cü il tarixli qərarla 3466,098 qram narkotik vasitə heroin və 894,9 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Astara RPŞ-yə təhvil verilmişdir. Işdə olan 28.08.2023-cü il tarixli Astara Rayon Məhkəməsinin qərarı ilə “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27.08.2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ittiham hökmündəki yuxarıda göstərilən xüsusatlara istinad etsə də, birinci instansiya məhkəməsində icraat zamanı cinayət və cinayət-prosessual qanunvericiliyə tam əməl edilməməsini, işdə şəxsin təqsirsizliyinə kifayət qədər əsaslar olmasına baxmayaraq, bu əsasların nəzərə alınmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarına görə irəli sürülmüş ittihamın təsdiq edilməsində istifadə edilən sübutlar əsaslı şübhələrdən kənar sübut standartlarına uyğun olmamışdır, bu səbəbdən də ittiham hökmü ləğv edilərək bəraət hökmü çıxarılmalıdır. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi öz bəraət hökmünü Bəraət almış şəxs məhkəmə istintaqı zamanı, eləcə də apellyasiya baxışı zamanı verdiyi ifadələrinə əsaslanmışdır. Həmçinin apellyasiya məhkəməsi öz hökmündə apellyasiya məhkəməsində dindirilmiş şahidlər X7, X14, X3, X15, X1, X6 ifadələrinə istinad etmişdir. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin istinad etdiyi bu hala münasibətdə qeyd edir ki, şahid Həziyeva Rasimə təqsirləndirilən şəxs Bəraət almış şəxs arvadı, Həziyev Fərasət isə təqsirləndirilən şəxsin qardaşı, digər şahidlər isə müxtəlif qohumlarıdır. Yəni onların təqsirləndirilən şəxsi müdafiə xarakterli ifadələr verməsi anlaşılandır. Belə ki, şahid Rasimə Həziyeva apellyasiya məhkəməsində verdiyi ifadəsində Bəraət almış şəxs 27 avqust 2023-cü il tarixdə saat 03 radələrində onunla birlikdə yaşadığı evdən tutularaq polis şöbəsinə aparıldığını bildirmişdir. Rasimə Həziyeva birinci instansiya məhkəməsində verdiyi ifadəsində isə Bəraət almış şəxs 27 avqust 2023-cü il tarixdə saat 05 radələrində polis şöbəsinə aparıldığını bildirmişdir. X8 ibtidai istintaq zamanı verdiyi ifadəsində səhər saatlarında yaşadığı evdə olan zaman əri Bəraət almış şəxs polis əməkdaşları tərəfindən saxlanılması barədə məlumatı olduğunu, həmin vaxt polis əməkdaşlarının Siyasətlə birlikdə onların yaşadığı ünvana gələrək baxış keçirəcəyini bildirdiklərini göstərmişdir. Göründüyü kimi apellyasiya məhkəməsi ifadələr arasında olan fərqi araşdırmamış, hökmündə yalnız şahidin apellyasiya baxışı zamanı verdiyi ifadəyə əsaslanmışdır. Həmçinin kassasiya kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşır və qeyd edir ki, iş materiallarında olan 27 avqust 2023-cü il tarixli evə baxış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən də aydın şəkildə görünür ki, Bəraət almış şəxs evindən aşkar olunmuş həmin narkotik vasitələrin ona məxsus olduğunu, saxlanıldığı gündən təxminən 4 ay əvvəl yaşadığı Astara rayonunun Sərək kəndində çay kənarında olarkən kolun dibindən tapdığını bildirmiş, həmin istintaq hərəkəti də müdafiəçi Vəliəhəd Həbibovun iştirakı ilə həyata keçirilmişdir, lakin həmin vaxt o hər hansı qanunsuz təsir və təzyiqə məruz qalması barədə, o cümlədən polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməsi barədə heç nə bildirməmişdir. O cümlədən həmin istintaq hərəkəti zamanı çəkilmiş diskdə olan videogörüntüdə də Bəraət almış şəxs hər hansı psixi və fiziki təsir altında olması müşahidə olunmur. Şəxsi axtarış və evə baxış istintaq hərəkətlərinin həyata keçirilməsindən dərhal sonra Bəraət almış şəxs izahatı müdafiəçinin iştirakı ilə alınmışdır, həmin izahatda da Bəraət almış şəxs polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilmədiyini göstərmişdir. Umumiyyətlə, Bəraət almış şəxs və onun qohumları bütün cinayət təqibi ərzində, xüsusilə də 1 ildən artıq davam etmiş apellyasiya baxışı zamanı müdafiə xarakterli müxtəlif dəlillərdən istifadə etmiş, lakin həmin dəlillər təsdiqini tapmadıqda və təkzib olunduqda digər arqumentlərdən istifadə etmişlər. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Bəraət almış şəxs həmin məhkəmədə CPM-nin 91.5.10-cu maddəsində nəzərdə tutulan hüququndan istifadə edərək işin mahiyyəti üzrə ifadə verməkdən imtina etmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra həmin ifadə ilə başlı suallara cavab verərkən Bəraət almış şəxs narkotik vasitələrin ona məxsus olmamasını, polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdüyü dəlillərə birinci instansiya məhkəməsi münasibət bildirərək qeyd etmişdir ki, işdə olan məhkəmə-tibbi ekspertizasının 27.08.2023-cü il tarixli 876 nömrəli rəyinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs Bəraət almış şəxs 28 avqust 2023-cü il tarixdə Astara rayon məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən də özünü təqsirli bilmiş, törətdiyi cinayət əməlini etiraf etmiş, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, əməlindən peşman olduğunu bildirmiş, lakin polis əməkdaşları və digər şəxslər tərəfindən hər hansı qanunsuz təsir və təzyiqə məruz qalması barədə heç nə bildirməmişdir. Eləcə də, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş Idarəsindən alınmış məhkumun tibbi kartasından da görünür ki, təqsirləndirilən şəxs Bəraət almış şəxs Bakı Istintaq Təcridxanasına daxil olarkən müayinə zamanı onun bədənində heç bir xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 07.02.2024-cü il tarixli qərarı ilə Bəraət almış şəxs evinə polisə əməkdaşları tərəfindən narkotik vasitələrin qoyulmasına, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunaraq təhqir edilməsinə, evdən gedərkən polis əməkdaşları tərəfindən 15.000 manat pul və digər əşyaların aparılmasına dair Bəraət almış şəxs qardaşı Fərasət Həziyevin müraciəti əsasında aparılmış araşdırma nəticəsində polis əməkdaşlarının evə qanunsuz olaraq narkotik vasitə yerləşdirmələri, fiziki təsir göstərmələri, təhqir etmələri barədə xüsusatlar üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, Bəraət almış şəxs yaşadığı evdən pulların, ov tüfənglərinin və digər əşyaların polis əməkdaşları tərəfindən aparılması ilə bağlı olan xüsusatların araşdırılması isə Astara rayon prokurorluğuna həvalə edilmişdir. Astara rayon prokurorluğunun 15.02.2024-cü il tarixli qərarından görünür ki, Bəraət almış şəxs evindən pul və digər əşyaların oğlurlanması faktı üzrə aparılmış araşdırma ilə əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi müdafiə tərəfinin istinad etdiyi bu faktlar üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş və həmin xüsusatlar öz təsdiqini tapmamışdır. Apellyasiya baxışı zamanı müdafiəçi vəsatət verərək Bəraət almış şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyə və ya onu idarə etməyə mane ola biləcək psixi xəstəliyinin olduğunu hesab etdiyini bildirmiş və müvafiq məhkəmə-psixiatrik ekspertiza keşirilməsini xahiş etmişdir. Həmin vəsatət əsasında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 1(106)-607/2024 nömrəli qərarı ilə stasionar məhkəmə-psixiatrik ekspertiza təyin edilmişdir. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsindən daxil olmuş 17 yanvar 2025-ci il tarixli 01 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Bəraət almış şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Bəraət almış şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Bəraət almış şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bəraət almış şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri müşahidə olunmur. Bəraət almış şəxs hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Bəraət almış şəxs öz prosessual hüquq və vəzifələrini şəxsən yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Bundan əlavə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 mart 2025-ci il tarixli 1(106)-18/2025 nömrəli qərarı ilə müdafiə tərəfinin vəsatəti təmin edilərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 15 aprel 2025-ci il tarixli 4/510 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iş materiallarındakı imzalar Bəraət almış şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi müdafiə tərəfi müxtəlif fərziyyələr irəli sürmüş, vəsatətlər vermiş, lakin onlar iş materialları ilə təkzib olunmuşdur. Bundan sonra müdafiə tərəfi müdafiə xəttini Bəraət almış şəxs gecə saat 05-də deyil, 03-də yaxalanması, bu səbəbdən uzun müddət müdafiəsiz qalması, bundan irəli gələrək narkotik vasitələrin Bəraət almış şəxs məxsus olmaması, onların “qoyulması” üzərində qurmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə müdafiə tərəfinin dəlillərinə tənqidi yanaşmamış, hətta müdafiəçinin vəsatətlərindəki bəzi şübhəli, yoxlanılmamış xüsusatları öz hökmünün əsaslandırılması üçün istifadə etmişdir. Apellyasiya məhkəməsi öz hökmünü belə əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 17 iyul 2025-ci il tarixli qərarı ilə X16 istifadəsində olmuş +99451-694-53-76 mobil telefon nömrəsi, X5 istifadəsində olmuş +99450-880-97-93 mobil telefon nömrəsi, X10 istifadəsində olmuş +99451-865-29-99 mobil telefon nömrəsi, Bəraət almış şəxs istifadəsində olmuş +99450-535-91-41 və +99450-424-83-74 mobil telefon nömrələrinin 27 avqust 2023-cü il tarixdə saat 00:01-dən saat 23:59-dək əhatə dairəsi və ya anten məlumatları, həmçinin həmin nömrələrə Bəraət almış şəxs istifadəsində olmuş +99450-535-91-41 və +99450-424-83-74 mobil telefon nömrələrinin 27 avqust 2023-cü il tarixdə saat 00:01-dən saat 23:59-dək əhatə dairəsi və ya anten məlumatları əldə edilmişdir. “xxxx” MMC-dən daxil olmuş 23 sentyabr 2025ci il tarixli 22128 nömrəli məktubu ilə apellyasiya məhkəməsinə göndərilmiş 1 ədəd CD-diskə baxış keçirilməsindən sonra müəyyən etmişdir ki, Bəraət almış şəxs böyük qardaşı X16 və qardaşı oğlu X5 onunla birlikdə 27.08.2023-cü il tarixdə saat 03-04 radələrində, özlərinin Sərək kəndində yerləşən fərdi yaşayış evlərindən qanunsuz tutularaq Lənkəran şəhərində yerləşən DIN BNMI-nin CBRŞ-nin inzibati binasına aparılması və yalnız 27.08.2023-cü il tarixdə saat 18:30-da evinə buraxılması barədə dedikləri ilə üst-üstə düşmüşdür. Lakin apellyasiya məhkəməsi hökmündə nəzərə almamışdır ki, texniki əsalandırmalara əsasən, mobil telefonun yerləşdiyi nöqtədə siqnala əngəl törədən hər hansı maneə (döngə, dağ, bina və sair) olarsa, bu zaman danışığın daha uzaq məsafədə yerləşən, lakin siqnal səviyyəsi qənaətbəxş olan digər stansiyalardan aparılması mümkündür. Ona görə də, hazırki iş üzrə də istintaq hərəkətləri aparılan zaman müdafiəçinin mobil nömrəsinin anten dairəsinin həmin ərazinin anten dairəsinin təsir dairəsinə düşməməsi də texniki cəhətdən mümkündür. Bəraət hökmündə göstərilmişdir ki, “sorğu əsasında “xxxx” MMC-dən daxil olmuş 23 sentyabr 2025-ci il tarixli 22128 nömrəli məktub və ona əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilməsi zamanı qeyd olunan telefon nömrələrinə dair aşağıdakı məlumatlar aşkar edilmişdir: 1) +99451-694-53-76 mobil telefon nömrəsi X16 öz adınadır. Həmin telefon nömrəsi 27 avqust 2023-cü il tarixdə saat 00:01-dən - saat 20:26:15-dək söndürülmüş (istifadəsiz) vəziyyətdə olmuşdur. Həmin telefon nömrəsi telefon işə salınan (istifadəyə başlayan) kimi ona ilk zəng sahibi C.Bəraət almış şəxs Azercellin “Astara r-nu Ercivan-Shuvi” adlı anteninin əhatə dairəsində, evi (Astara rayonu Sərək kəndində) yerləşən ərazidə olarkən 20:26:15-də həmin ərazidə (anten dairəasində) yerləşən +994516176447 nömrəsindən (Astara rayonu, Sərək kəndinin sakini X1 adında və istifadəsindədir) daxil olmuşdur, növbəti zəngi isə yenə də həmin anten dairəsində yerləşən C.Bəraət almış şəxs tərəfindən, oğlu X5 istifadəsində (əmisi oğlu X9 adına olan) olan və gün ərzində ilk dəfə yalnız 19.54.41-də işə salınmış və “Astara r-nu Ercivan-Shuvi” adlı anteninin əhatə dairəsində yerləşən +994508809793 telefon nömrəsinə edilmişdir. +99450-880-97-93 mobil telefon nömrəsi X5 əmisi oğlu X9 adına olmuşdur, hazırda müqaviləyə xitam verilibdir. Həmin telefon nömrəsi 27 avqust 2023-cü il tarixdə saat 00:01-dən - saat 19:54:54-dək söndürülmüş (istifadəsiz) vəziyyətdə olmuşdur. Həmin telefon nömrəsi telefon işə salınan (istifadəyə başlayan) kimi ona ilk SMS mesajı sahibi S.C.Həziyev Azercellin “Astara r-nu Ercivan-Shuvi” adlı anteninin əhatə dairəsində, evi (Astara rayonu Sərək kəndində) yerləşən ərazidə olarkən 19:54:54-də həmin ərazidə (anten dairəsində) yerləşən 9622 nömrəsindən (Azercellin qısa mesaj nömrəsidir) daxil olmuşdur. Həmin telefon nömrəsi Azercellin “Astara r-nu Ercivan-Shuvi” adlı antenin əhatə dairəsində yerləşən zaman, həmin nömrəyə ilk telefon zəngi isə atası X16 istifadəsində olan (öz adına olan) və gün ərzində ilk dəfə yalnız 20:26:15-də-də işə salınmış və eyni “Astara r-nu Ercivan-Shuvi” adlı antenin əhatə dairəsində yerləşən +994508809793 telefon nömrəsindən daxil olmuşdur. Göründüyü kimi, yuxarıda göstərilən məlumatlar Bəraət almış şəxs böyük qardaşı X16 və qardaşı oğlu X5 onunla birlikdə 27.08.2023-cü il tarixdə saat 03-04 radələrində, özlərinin Sərək kəndində yerləşən fərdi yaşayış evlərindən qanunsuz tutularaq Lənkəran şəhərində yerləşən DIN BNMI-nin CBRŞ-nin inzibati binasına aparılması və yalnız 27.08.2023-cü il tarixi saat 18:30-da evinə buraxılması barədə dedikləri ilə üst-üstə düşmüşdür”. Müdafiə tərəfinin vəsatətində və müdafiəçinin yekun müdafiə nitqində göstərilmiş bu xüsusatlar hökmdə artıq apellyasiya məhkəməsinin mövqeyi kimi təsbit olunmuşdur. Halbuki, yuxarıda göstərilmiş bu təhlildən yalnız müvafiq telefonların 27 avqust 2023-cü il tarixdə saat 00:01-dən axşamadək (saat 20:26-dək və 19:54-dək) söndürülmüş vəziyyətdə olduğu görünür, bu məlumatların Bəraət almış şəxs saat 03-04 radələrində tutulmasını necə təsdiq etməsi aydın deyil. Mobil telefon operatorundan alınmış digər məlumatların da təhlili göstərir ki, hökmdə təsbit olunmuş nəticələr tamlıqla müdafiəçinin vəsatəti ilə üst-üstə düşür. Göründüyü kimi apellyasiya məhkəməsinin hökmündə göstərilən bu xüsusatlar müdafiəçinin vəsatətindən və yekun məhkəmə nitqindən götürülmüşdür. Bundan irəli gələrək apellyasiya məhkəməsi tutulmanın gecə 03-də olmasını bildirmiş və nəticədə Bəraət almış şəxs uzun müddət müdafiəsiz qaldığı qənaətinə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, mobil telefon operatorundan alınmış məlumatlar bir daha obyektiv təhlil edilməlidir. Həmçinin apellyasiya məhkəməsi öz hökmündə göstərmişdir ki, işdə mövcud olan qanun pozuntularının fonunda polis işçilərinin eyni zamanda videoçəkilişi də “xüsusi təşkil” etmələri, müdafiə tərəfinin haqlı olduğunu birbaşa sübut edir. Çünki polis işçiləri təqsirləndirilən şəxs tutulduqdan sonra bir neçə saat ərzində evini nəzarətdə saxlamış, ailə üzvlərinə hərəkət imkanı verməmiş, qonşuları evə girməyə icazə verməmiş, sonra həyətlərindəki tövlədə videoçəkiliş aparmış və edəcəkləri qanunsuzluqlar üçün zəmin yaratmışlar. Bu xüsusatın başqa adı və ya izahı yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həlli ilə bağlı polis işçilərinin hərəkətləri və bütövlükdə “əməliyyatın” həyata keçirilməsi aşkar şəkildə qanunun tələblərinə zidd olmuşdur. Polis işçilərinin hərəkətləri qanunun tələblərinə zidd olmuşdursa, istintaq orqanı tərəfindən nəticələri tanınmalı deyildi. Apellyasiya məhkəmə kollegiyası həmçinin hökmündə göstərmişdir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Bəraət almış şəxs müdafiə hüququ da səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Lakin apellyasiya məhkəməsinin hökmündən onun nəyə əsaslanaraq belə nəticələrə gəlməsi aydın deyildir. Həmçinin apellyasiya məhkəməsi sübutların aldatma yolu ilə hansı üsulla əldə edildiyini də öz hökmündə göstərməmişdir. Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Bəraət almış şəxs törətdiyi cinayət əməlinə qiymət verərkən apellyasiya instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Belə ki, həmin məhkəmə tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinin digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmamış, bir çox fikirlər ehtimallara əsaslanmış, nəticədə Bəraət almış şəxs bəraət verilmişdir. Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslanmalı olduğunu qeyd edərək və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya protestinin dəlilləri ilə razılaşır və hesab edir ki, Bəraət almış şəxs CM-in 234.4.3ci maddəsi ilə bəraət verilməsinə dair təqsirliliyi sübuta yetirilməməsi barədə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi baxımından düzgün qiymətləndirməmişdir. Buna görə də kassasiya protesti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin hökmü ləğv edilməli, iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində apellyasiya məhkəməsinin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmişdir. CPM-in 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kassasiya məhkəmə kollegiyası hazırki iş üzrə sübutların məhkum Bəraət almış şəxs təqsirliliyinin müəyyən edilməsinə münasibətdə CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi və məhkum Bəraət almış şəxs CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinin əsassız olması haqda ittiham tərəfinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntu ilə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli hökmü ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, sübutlar arasında ziddiyyətlərin aradan qaldırılması üçün tədbirlər görülməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-18/2025 nömrəli 13 oktyabr 2025-ci il tarixli hökmü ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)- 18/2025 nömrəli 13 oktyabr 2025-ci il tarixli hökmü ləğv edilsin, cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(1-8)-68/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-68/2026
17.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver