Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-724/2026 23.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, məhkum təqsirləndirilən şəxs1, məhkumun müdafiəçisi müdafiəçi1 və tərcüməçi X4 iştirakları ilə, təqsirləndirilən şəxs1 barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ##### tarixli, *(*-*)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmü ilə (Hakimlər X7 (sədrlik edən), X5 və X1 ibarət tərkibdə) ##.##.1988-ci ildə Xaçmaz rayonu, Istisu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olmuş, orta təhsilli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 3 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xaçmaz rayonu, Istisu qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının ##.##.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 də azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyü üçün onun bərpa edilməsi barədə birinci instansiya məhkəməsinə vəsatət vermişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il ## ###### tarixli qərarı ilə məhkum təqsirləndirilən şəxs1 apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. təqsirləndirilən şəxs1 həmin qərardan apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X6 (sədrlik edən), X3 və X2 ibarət tərkibdə) 2026-cı il ## ##### tarixli *(*-*)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MƏHKUMUN, MÜDAFIƏÇININ VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkum kassasiya şikayətində, müəyyən olunmuş vaxtda şikayət verməməyinin səbəbi kimi savadsız olduğunu bildirmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ##### tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Sergey Yudin və onun müdafiəçisi müdafiəçi1 kassasiya şikayətinin təmin edilməsini, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 kassasiya şikayətinin təmin olunmamasını və təqsirləndirilən şəxs1 barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ##### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətindən görünür ki, məhkum apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsini mübahisələndirmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, məhkum təqsirləndirilən şəxs1 mübahisələndirilən hökm elan edilərkən məhkəmə iclasında iştirak etmiş, hökm onun iştirakı ilə elan olunmuş, hökmün sürəti məhkuma təqdim edilmiş, məhkuma apellyasiya şikayəti vermək hüququ və şikayət vermə müddəti izah edilmiş, lakin məhkum apellyasiya şikayətini hökmün çıxarıldığı tarixdən 1 il 4 ay keçdikdən sonra vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən hazırkı vəziyyətdə, məhkum təqsirləndirilən şəxs1 münasibətdə şikayət vermə müddətinin axımı hökmün ona təqdin edildiyi ##.##.2024-cü il tarixdən başladığından, məhkum tərəfindən hökmdən şikayət vermə müddəti qanunda nəzərdə tutulmuş heç bir üzrlü səbəb olmadan, 1 ildən artıq müddət keçməklə, buraxılmışdır. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qərarı CPM-in müddəalarına uyğun çıxarılmış və bu zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2026cı il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(1-8)-724/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-724/2026
23.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver