Məhkəmə qərarları › İş №1(1-8)-73/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-73/2026

29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-73/2026 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X3 iştirakları ilə, məhkum2 və məhkum1 barələrində olan cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarından məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən cinayət işinə mahiyyəti üzrə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI Şəki Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər X.M.Məmmədov (sədrlik edən), T.Q.Əfəndizadə, B.M.Məmmədovdan ibarət tərkibdə) 2024-cü il ## ###### tarixli, *(***)- ***/**** nömrəli hökmü ilə ## ######## 1984-cü ildə Rusiya Federasiyasının Tambov şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, məhkum2 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının # #### 2023-cü il tarixdən hesablanması, ## ####### 1983-cü ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, məhkum1 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının # #### 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs məhkum1 müdafiəçisi müdafiəçi3 və təqsirləndirilən şəxs məhkum2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X2 (sədrlik edən), X4 və X1 ibаrət tərkibdə) 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI Məhkəmənin hökmünə əsasən məhkum2 # #### 2023-cü il tarixdə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olmuş, zərərçəkmişlərin şəxsi sirri olan məlumatları videoçəkiliş edərək qanunsuz toplamış və qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakını hədə qorxu ilə tələb etmişdir. Belə ki, məhkum2 # #### 2023-cü il tarixdə saat 13 radələrində Astara rayonunun Maşxan kənd sakini zərərçəkmiş şəxs1 ünvan 2 ünvanında, yəni yaşadığı evlə qonşuluqda yerləşən evdə ünvan 1 sakini zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olması barədə qardaşı məhkum1 məlumat aldıqdan sonra həmin yerə gəlmiş, bundan sonra sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən əldə etdikləri razılıq əsasında tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə ələ keçirmək məqsədi ilə ilk öncə həmin evin hasarından aşmaqla həyətyanı sahəyə, sonra isə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların, yəni zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 iradəsi ziddinə kilidi açıq vəziyyətdə olan evə giriş qapısından keçərək mənzilə daxil olub qardaşı məhkum1 məxsus “Samsung Galaxy A10” markalı mobil telefonla zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 kənar şəxslərə məlum olmasını istəmədikləri şəxsi sirri hesab edilən intim münasibətləri və çılpaq vəziyyətdə olmalarını videoqeydiyyata alıb qanunsuz toplamış, eyni zamanda hədəqorxu ilə əldə edəcəkləri pulu ələ keçirmək üçün zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 barəsində çəkmiş olduqları rüsvayedici məlumatları yayacaqları barədə qorxutmaq məqsədilə sonuncuları döyərək, sillə və yumruq zərbələri ilə zərərçəkmiş şəxs1 sifət nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq, sonuncuya dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olmaqla qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən sol yanaq nahiyəsinin yumşaq toxumalarının bir qədər şişkinli və əllədikdə bir qədər ağrılı olması ilə nəticələnən ağız boşluğunun sol yarısında selikli qişada qançır, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən hər iki dodağın selikli qişalarında, bir qədər sol tərəfdə qançırla müşahidə olunan əzilmiş-partlamış yaralar xəsarətləri, zərərçəkmiş şəxs2 baş nahiyəsinə vurmaqla isə sonuncuya fiziki ağrı yetirib zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 iradələri ziddinə mənzilə daxil olmuş, sonuncuların şəxsi sirri hesab edilən intim münasibətləri və çılpaq vəziyyətdə olmalarını videogörüntüyə çəkib qanunsuz toplamış və zor tətbiq etməklə sonuncuların haqqında rüsvayedici məlumatlar sayılan və şəxsi sirləri hesab edilən həmin videogörüntüləri yayma hədəsi ilə zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 10000 (on min) manat pul tələb etmişdir. məhkum1 # #### 2023-cü il tarixdə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olmuş, zərərçəkmişlərin şəxsi sirri olan məlumatları videoçəkiliş edərək qanunsuz toplamış və qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakını hədə qorxu ilə tələb etmişdir. Belə ki, məhkum1 ## #### 2023-cü il tarixdə saat 13 radələrində Astara rayonunun Maşxan kənd sakini zərərçəkmiş şəxs1 ünvan 2 ünvanında, yəni yaşadığı evlə qonşuluqda yerləşən evdə ünvan 1 sakini zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olmasını bildikdən sonra bu barədə qardaşı məhkum2 məlumat vermiş, sonuncu həmin yerə gəldikdən sonra qardaşı məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən əldə etdikləri razılıq əsasında tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə ələ keçirmək məqsədi ilə ilk öncə qardaşı məhkum2 həmin evin hasarından aşıb giriş darvazasını açdıqdan sonra həyətyanı sahəyə, sonra isə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların, yəni zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 iradəsi ziddinə kilidi açıq vəziyyətdə olan evə giriş qapısından keçərək mənzilə daxil olub özünə məxsus “Samsung Galaxy A10” markalı mobil telefonla zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 kənar şəxslərə məlum olmasını istəmədikləri şəxsi sirləri hesab edilən intim münasibətləri və çılpaq vəziyyətdə olmalarını videoqeydiyyata alıb qanunsuz toplamış, eyni zamanda hədə-qorxu ilə əldə edəcəkləri pulu ələ keçirmək üçün zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 barəsində çəkmiş olduqları rüsvayedici məlumatları yayacaqları barədə qorxutmaq məqsədilə sonuncuları döyərək, sillə və yumruq zərbələri ilə zərərçəkmiş şəxs1 sifət nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq, sonuncuya dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olmaqla qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən sol yanaq nahiyəsinin yumşaq toxumalarının bir qədər şişkinli və əllədikdə bir qədər ağrılı olması ilə nəticələnən ağız boşluğunun sol yarısında selikli qişada qançır, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən hər iki dodağın selikli qişalarında, bir qədər sol tərəfdə qançırla müşahidə olunan əzilmiş, partlamış yara xəsarətləri, zərərçəkmiş şəxs2 baş nahiyəsinə vurmaqla isə sonuncuya fiziki ağrı yetirib zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 iradələri ziddinə mənzilə daxil olmuş, sonuncuların şəxsi sirri hesab edilən intim münasibətləri və çılpaq vəziyyətdə olmalarını videogörüntüyə çəkib qanunsuz toplamış və zor tətbiq etməklə sonuncuların haqqında rüsvayedici məlumatlar sayılan və şəxsi sirləri hesab edilən həmin videogörüntüləri yayma hədəsi ilə zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 10000 (on min) manat pul tələb etmişdir. KASSASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI, DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞI: Məhkum məhkum2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmələrdə onun işinə doğru, düzgün və obyektiv baxılmamışdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsində məhkəmə prosesi cəmi 12 dəqiqə çəkmiş və hökm dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, məhkəmədə 7 nəfər şahidin onun xeyrinə ifadə verməsinə baxmayaraq müstəntiqin qanunsuz tərtib etdiyi ittiham aktı əsasında hökm çıxarılmışdır. Daha sonra müstəntiq videogörüntünü montaj edərək, vacib hissəsinə müdaxilə etməklə tam versiyanı yox, kəsilmiş hissəni məhkəməyə təqdim etmişdir. Məhkəmədə bununla bağlı vəsatətlər versə də heç biri təmin edilməmişdir. Məhkum məhkum1 kassasiya şikayətində göstərilənlərə əsasən apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkum məhkum1 da eyni məzmunlu kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin olunmamasını və məhkumlar məhkum2 və məhkum1 barələrində olan cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumlar kassasiya şikayətlərində təqsirsizliklərini mübahisələndirərək və onlara bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya müraciətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya şikayətlərində məhkumların təqsirinin olmaması mübahisələndirilərək onlara bəraət verilməli olması iddia edilərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, məhkumların CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış və hər iki instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumların əməllərinin tövsifi ilə bağlı məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkumlara cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumların şəxsiyyəti, cəzalarını yüngülləşdirən hallar nəzərə alınmaqla, onlara CM-in 58-ci maddəsinin və cəzanın fərdiləşdirilməsi prinsipinin tələblərinə uyğun ədalətli cəza təyin edilmişdir. Təyin edilmiş cəzaların yüngülləşdirilməsi üçün hər hansı qanuni və faktiki əsas yoxdur. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanı ədalətli cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumların təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin, eləcə də onlar barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumların kassasiya şikayətləri təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, məhkumların kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRAR ALDI: Məhkumlar məhkum2 və məhkum1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş məhkum2 və məhkum1 barələrində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarı, məhkumların kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar