Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-74/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov Ilqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, zərərçəkmiş şəxslərin nümayəndələri müdafiəçi4, məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-284/2025 nömrəli, 28 noyabr 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları
1. Məhkum Məhkum ## ### 1991-ci il tarixdə x anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, ailəli, sığorta məsləhətçisi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. 01 sentyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. 15 sentyabr 2022-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 17 iyun 2021-ci il tarixdə, saat 20:41 dəqiqədə B1B dərəcəli sürücülük vəsiqəsi ilə, ayıq vəziyyətdə idarə etdiyi “Mercedes Benz 190” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri N.Nərimanov prospekti ilə Nizami küçələrinin kəsişməsində yerləşən “Qələbə Meydanı” dairəsində asfalt yolla Nizami küçəsi istiqamətində hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda buna əməl etməyib, hərəkət üçün təhlükə yarandığını görərək nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün tədbirlər görməyərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq idarə etdiyi avtomobilin qabaq hissəsi ilə şəhərin N.Nərimanov və Nizami küçələrinin kəsişməsində yerləşən “Qələbə Meydanı” dairəsi istiqamətindən Nizami küçəsində yerləşən səki istiqamətində yolu soldan sağa keçmək istəyən piyadalar zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 sağ bud sümüyünün açıq yerdəyişən sınığı, sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol körpücük sümüyünün yerdəyişməyən, sol 10-11-12-ci qabırğaların yerdəyişmiş sınığı, ağ ciyərin əzilməsi xəsarətlərinin yaranmasına səbəb olan həyat üçün təhlükəli olan ağır, zərərçəkmiş şəxs1 alın sümüyünün qapalı xətti sınığı və sağ göz orbiti sümüyünün qapalı sınığı, baş beyin toxumasının alın payının əziyi, sifətin sıyrıqları xəsarətlərinin yaranmasına səbəb olan həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir.
5. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-14/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin Mingəçevir şəhər Icra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə vəzifələr qoyulması hökm edilmiş, mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həmin hökmün təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, mülki iddia təmin edilməklə və cinayət qanununun müddəalarına uyğun qərar qəbul edilməklə dəyişdirilməsini xahiş etmişdir.
7. Hökmdən zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili müdafiəçi4 apellyasiya şikayəti verib hökmün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini (əlavə cəza saxlanılmaqla) və mülki iddiasının təmin olunmasını xahiş etmişdir.
8. Hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş cəzadan daha yüngül cəza olan islah işləri cəzasının təyin edilməsi və ya təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il müddətə azaldılması barədə qərar qəbul edilməsini, daha sonra apellyasiya şikayətinə dəyişiklik edərək Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair həmin hökmün ləğv edərək, cinayət işinə xitam verilməsini xahiş etmişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-57/2024 nömrəli, 03 may 2024-cü il tarixli hökmü ilə dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili müdafiəçi4 apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti təmin edilərək, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-14/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli hökmünün ləğv edilməsi və yeni hökmün çıxarılması, əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.2-ci maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi üzrə bəraət verilməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin ləğv edilməsi, mülki iddia, qarşılıqlı iddia, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir. 10.Apellyasiya məhkəməsinin hökmündən dövlət ittihamçısı kassasiya protesti verib, hökmün ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi, zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili müdafiəçi4 kassasiya şikayəti verib, hökmün ləğv olunması, mülki iddianın təmin edilməsi və dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)- 11. 2034/2024 nömrəli, 04 oktyabr 2024-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili müdafiəçi4 kassasiya şikayəti və dövlət ittihamçısının kassasiya protesti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-57/2024 nömrəli, 03 may 2024-cü il tarixli bəraət hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.
12. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-493/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısının apellyasiya protesti, zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili müdafiəçi4 və təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayətləri təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-14/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. 13.Apellyasiya instansiya məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxslərin nümayəndəsi müdafiəçi4 kassasiya şikayəti verib, qərarın ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə əlavə cəzanı tətbiq etməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və mülki iddianın təmin olunması xahiş etmişdir.
14. Qərardan məhkum Məhkum apellyasiya şikayəti verib, qərarın ləğv edilməsi və cinayət məsuliyyətindən azad olunmaqla cinayət işi üzrə icraata xitam verilməsi, zərərçəkmiş şəxslərin mülki iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)- 15. 1173/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərarı ilə məhkum Məhkum kassasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxslərin nümayəndəsi müdafiəçi4 kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-493/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərarının mülki iddiaya aid hissədə ləğv edilməsi və həmin mülki iddiaya baxılması üçün cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.
16. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-284/2025 nömrəli, 28 noyabr 2025-ci il tarixli qərarı ilə mülki iddiaya aid hissədə Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-14/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli hökmündən dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili müdafiəçi4 apellyasiya şikayəti təmin edilərək, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-14/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli hökmünün mülki iddiaçılar zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs x qаnuni nümаyəndəsi x оğlunun təqsirləndirilən şəxs - mülki cаvаbdeh x оğlunа qаrşı mаddi və mənəvi ziyаn tələbinə dаir mülki iddiаsının baxılmamış saxlanılması hissəsində ləğv edilməsi, mülki iddiaçılar zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs x qızının qаnuni nümаyəndəsi x оğlunun təqsirləndirilən şəxs - mülki cаvаbdeh x оğlunа qаrşı mаddi və mənəvi ziyаn tələbinə dаir mülki iddiаsının təmin оlunması, mülki cavabdeh - təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyana görə 1.500 (bir min beş yüz) manat, sonradan çəkilmiş xərc 1.004 (bir min dörd) manat və vurulmuş mənəvi ziyana görə 3.000 (üç min) manat alınıb zərərçəkmiş şəxs2 ödənilməsi, mülki cavabdeh - təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə dəymiş maddi ziyan - tibbi müəssisəsinə ödənilən 5.000 (beş min) Avro pul (qərar icra olunan günə Avronun Azərbaycan manatına olan məzənnəsi ilə), 2.300 (iki min üç yüz) manat nəqliyyat xərclərinə ödənilən məbləğ, sonradan çəkilən xərc kimi 264 (iki yüz altmış dörd) manat və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 vurulan mənəvi ziyana görə 3.000 (üç min) manat alınıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə ödənilməsi, ödənilmiş 153+33 manat (186 manat) dövlət rüsumu və vəkilin hüquqi xidməti üçün ödənilmiş 500 (beş yüz) manat Məhkum alınaraq mülki iddiaçılar zərərçəkmiş şəxs2 və Qanuni nümayəndə ödənilməsi qərara alınmışdır.
17. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir.
II. Kassasiya müraciətinin dəlilləri, etirazlar 18.Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hər hansı mötəbər sübutla təsdiq edilməyən, işin faktiki hallarına uyğun olmayan, sırf məhkəmə tərkibinin subyektiv mülahizələrinə və ehtimallara əsaslanan mövqe nümayiş etdirməklə əsassız və qanunsuz qərar çıxarmışdır. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-284/2025 nömrəli, 28 noyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edilmişdir.
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
III. Hüquqi məsələlər 20.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual
21. Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 22.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 23.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
24. Kassasiya şikayətində məhkum Məhkum cinayət əməlinin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyini iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. 25.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-284/2025 nömrəli, 28 noyabr 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir. 26.Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
27. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. 28.Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
30. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası məhkum Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair dəlillərini əsassız hesab edir. 31.Belə ki, baxılan cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə məhkuma bəraət verilməsinə dair qəbul etdiyi 03 may 2024-cü il tarixli hökmündən dövlət ittihamçısının verdiyi kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında bundan əvvəl icraatda olmuş, qəbul etdiyi müvafiq qərarında işə baxan əvvəlki məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum inzibati məsuliyyətə cəlb edildiyi və təyin edilmiş cəriməni ödədiyi üçün yenidən cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması onun eyni əmələ görə iki dəfə, başqa sözlə təkrar cəzalandırılmasına səbəb olması göstərilsə də bu xüsusatla bağlı yetərincə qiymətləndirmə aparılmadan təkrar məhkumetmə ilə bağlı nəticəyə gəlməklə yanlışlığa yol verilmiş, nəticədə Məhkum əsassız olaraq bəraət verilmişdir. Buna görə də həmin hökm ləğv edilərək, iş yeni apellyasiya baxışına təyin edilmişdir.
32. Apellyasiya instansiya məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının göstərişlərinə əməl olunmuş və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılmışdır. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən həmin qərardan verilmiş apellyasiya protesti və şikayətlər əsasında maddi və prosessual normalara düzgün əməl olunub-olunmaması yoxlanılmış və nəticədə məhkəmələrin mülki iddia üzrə tələbin ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmamasına, iddiada göstərilən və ödəməyə tələb olunan ziyanın zərərçəkmiş şəxslərin hadisədən sonra müalicəsinə çəkilən əlavə xərclərlə bağlı olduğuna, müvafiq olaraq hökm və qərarda qeyd edilən “iddianın tələbi məhkum tərəfindən törədilmiş cinayət nəticəsində yaranan xəsarətdən yaranmasını və xəstəliyin avtoqəza ilə əlaqəsi olması müəyyən etmək mümkün olmamışdır. Təyin edilmiş məhkəmə tibbi ekspertizası avtoqəza ilə xəstəliyin əlaqəsinin olmasını dəqiq müəyyən edə bilməmişdir.” ifadələrə, mülki iddianın həlli ilə əlaqədar əlavə araşdırmanın aparılmasının lazım olmasına istinadən mülki iddianın baxılmamış saxlanılması barədə qərarlarını qanuna uyğun hesab etməmişdir. Buna görə də həmin qərar mülki iddiaya baxılması üçün ləğv edilərək, iş yeni apellyasiya baxışına təyin edilmişdir.
33. Məhkumun kassasiya şikayətində qaldırılan dəlillərinə ayrı-ayrı vaxtlarda əvvəlki kassasiya instansiyası məhkəməsinin icraatında baxılaraq əsaslandırma təmin edilməklə müvafiq qərarlar qəbul edilmiş və sonuncu kassasiya instansiyası məhkəməsinin baxılan işə aid olan qərarında bildirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla yeni apellyasiya baxışının nəticəsi olaraq hazırda mübahisəsi edilən qərar qəbul edilmişdir. 34.Ali Məhkəmənin daha əvvəl müəyyən etdiyi hüquqi mövqedən fərqlisinə gəlmək üçün əsas görməyən məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya müraciətində qeyd edilən dəlilləri üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarının qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. 35.Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. 36.Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il). 37.Istinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin presedent hüququna görə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). 38.Yekunlaşaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, baxılan kassasiya müraciətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin son qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya müraciətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisəsi edilən hökmdə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür. 39.Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir. 40.Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 41.Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-284/2025 nömrəli, 28 noyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-284/2025 nömrəli, 28 noyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.