Məhkəmə qərarları › İş №1(1-8)-75/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-75/2026

28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-75/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov Ilkin Əbülfəz oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi – hüquqi varis2, Zərərçəkmiş şəxslərin hüquqi varisi və qanuni nümayəndəsi – hüquqi varis3, Məhkum – Məhkum, Müdafiəçilər – Abşeron rayon Vəkil Bürosunun vəkilləri X9 və müdafiəçi2 iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 6 may 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2025ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis2, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi zərərçəkmiş şəxs1 nümayəndəsi hüquqi varis1, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin hüquqi varisi və qanuni nümayəndəsi hüquqi varis3 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDI: Şəki Ağır Cinayətlər Məhkəməsinin 6 may 2025-ci il tarixli 1(091)-141/2025 nömrəli (hakimlər: Aşurova Günay Raqif qızı (sədrliyi ilə), Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə ## ###### 1999-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzaçəkmə müddətinin başlanğıcının 6 may 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Səmədov Xəqani Hacı oğlu (sədrliyi və məruzəsi ilə), Şükürov Imanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət məhkəmə tərkibində) 27 oktyabr 2025-ci il tarixli 1(107)-231/2025 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 6 may 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis2, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi zərərçəkmiş şəxs1 nümayəndəsi hüquqi varis1, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin hüquqi varisi və qanuni nümayəndəsi hüquqi varis3 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. IŞIN HALLARI: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan üç şəxsin ölümünə səbəb olma cinayət əməlini törətmişdir. Belə ki, o, 29 iyun 2024-cü il tarixdə saat 20 radələrində Şəki-Qax avtomobil yolunun 29-cu kilometrliyində x rayonu ərazisində özünə məxsus texniki cəhətdən saz “Ford Fusion” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhərindən Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin, həmçinin həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkət zamanı təhlükəsizliyi təmin etməyən hərəkətlər etməməli, avtomobili öz zolağı ilə hərəkət etdirməli və əks istiqamətli nəqliyyat axınını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsərək əks hərəkət zolağına çıxmamalı olduğu halda bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol hərəkəti qaydalarını pozaraq avtomobilini qarşı hərəkət zolağına çıxardaraq əks istiqamətdə hərəkətdə olan x rayonu x kənd sakini X7 idarə etdiyi “VAZ 2115” markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ehtiyatsızlıqdan öz avtomobilində olan sərnişin zərərçəkmiş şəxs2 sağda VIII-IX qabırğaların yerdəyişməyən, solda IV-V-VI-VII-VIII-IX qabırğaların yerdəyişən sınıqları, iki tərəfli hemotoraks və dalağın travmatik cırılması ilə müşayiət olunan olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, X-in idarə etdiyi “VAZ 2115” markalı 50- EJ-250 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər zərərçəkmiş şəxs1 sol budun açıq qəlpəli yerdəyişən sınıqları, sağ baldır sümüklərinin qəlpəli qapalı yerdəyişən sınıqları, alt çənə sümüyünün açıq yerdəyişən sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, X11 alın nahiyəsində, sağ yanağında və üst dodağında əzilmiş cırılmış yaralar, alın sümüyünün və sağ göz yuvası sümüklərinin qapalı qəlpəli sınıqları, baş beyində kontuziya və epidiral qansızma, burun sümüklərinin qapalı yerdəyişən sınığı, sol bud sümüyünün yuxarı 1/3-nin sağ bud sümüyü boynunun, sağ bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, X4 bud sümüyünün yerdəyişən qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər, Türkiyə Respublikası vətəndaşları X5 sol alın nahiyəsində hematoma, baş beyinin ağır dərəcəli kontuziyası, solda IV-V-VI-VII qabırğaların yerdəyişən sınıqları, sağ bud sümüyünün qapalı yerdəyişən sınığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər və X12 sol almacıq nahiyəsinin sıyrılmış, sol yanaq nahiyəsinin cırılmış yaraları, baş beyinin yüngül dərəcədə əzilməsi, sol bud sümüyünün yerdəyişən qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər, həmçinin X7 burnunda, sol diz oynağında əzilmiş-cırılmış yaralar, burun beli üzərində, döş qəfəsində və sağ diz oynağında sıyrılmış yaralar, döş qəfəsində, sağ budunda və sol diz oynağında qançırlar, İ boyun fəqərəsinin, burun sümüyünün, sağ tərəfdə İ-II-III-IV- V-VI-VII-VIII-IX-X, sol tərəfdə İ-II-III-IV-V-VI-VII-VIII-IX qabırğaların, sağ bud sümüyünün və sol diz oynağı sümüklərinin qapalı yerdəyişən sınıqları, ağciyərlərdə və dalaqda əzilibcırılmalar, onurğa beyinin əzilməsi, onurğa beyində, beyincikdə və beyin maddəsində qansızmalar, kəllə, döş və qarın boşluğuna qanaxma ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə X-in yol-nəqliyyat hadisəsi zamanı aldığı İ boyun fəqərəsinin qəlpəli sınması nəticəsində onurğa beyinin əzilməsi, onurğa beyinə, beyinciyə, beyin maddəsinə qansızmalar, çoxsaylı qabırğaların sınması nəticəsində ağciyərlərdə və dalaqda əzilib cırılma, kəllə, döş və qarın boşluğuna qanaxmalardan ölümünə səbəb olan, bundan başqa “VAZ 2115” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər X27 burun beli üzərində, sol yuxarı ətrafında, sol budunda və sol baldırında sıyrılmış yaralar, döş qəfəsində və sol budunda qançırlar, İ boyun fəqərəsinin, burun sümüyünün, sağ tərəfdə İ-II-III-IV-V-VI-VII-VIII-IX-X, sol tərəfdə İ II-III-IV-V-VI-VII-VIII qabırğaların qapalı yerdəyişən sınıqları, ağciyərdə əzilib-cırılma, onurğa beyinin əzilməsi, onurğa beyində, beyincikdə və beyin maddəsində qansızmalar, kəllə və döş boşluğuna qanaxma ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə X-in yol-nəqliyyat hadisəsi zamanı aldığı İ boyun fəqərəsinin qəlpəli sınması nəticəsində onurğa beynin əzilməsi, onurğa beyinə, beyinciyə və beyin maddəsinə qansızmalar, çoxsaylı qabırğaların sınması nəticəsində ağciyərlərdə əzilmə-cırılma, kəllə və döş boşluğuna qanaxmalardan ölümünə səbəb olan, eyni zamanda X17 budunda və sağ baldırında sıyrılmış yaralar, döş qəfəsində və kürək nahiyəsində qançırlar, sol tərəfli İ-II-III IV- V-VI-VII-VIII-IX qabırğaların qapalı yerdəyişən sınıqları, sol ağciyərdə və ağciyər arteriyasında cırılmalar və döş boşluğuna kəskin qanaxma ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə X-in yol nəqliyyat hadisəsi zamanı aldığı çoxsaylı qabırğaların sınması nəticəsində sol ağciyərdə və ağciyər arteriyasında cırılma, döş boşluğuna qanaxmadan ölməsinə, yəni üç şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. KASSASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin cəza təyin edərkən işin hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallara düzgün qiymət verməməsinə, nəticədə Məhkum barəsində ağır cəza təyin edilməsi ilə bağlı qanunsuz və əsassız hökm çıxarmasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən Məhkum zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsini, özünü təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, özünün də hadisə nəticəsində az ağır dərəcəli xəsarət almasını, hadisə yerindən qaçmayaraq zərərçəkmiş şəxslərə yardım göstərməsini onun cəzasını yüngülləşdirən hallar olmasını qənaətinə gəlsə də, təqsirləndirilən şəxsə cəza təyin edərkən qeyd olunan məqamları nəzərə almamışdır. Birinci instansiya məhkəməsi Məhkum 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun tələblərinə, Ali Məhkəmənin Plenumunun izahlarına əməl etməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamış, Şəki Apellyasiya Məhkəməsi isə işin faktiki hallarını, qanunvericiliyin normalarını sadalamaqla kifayətlənmişdir. Şəki Apellyasiya Məhkəməsi məhkumun törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirdiyinə, törətdiyi əmələ görə vicdan əzabı çəkdiyinə, eyni zamanda cinayət hadisəsinin təsadüfi axarı zəminində törədildiyinə, cinayət nəticəsində dəymiş zərəri aradan qaldırmaq üçün istər qəza baş verdikdən dərhal sonra, istərsə də istintaq dövründə əlindən gələn bütün köməyi etməsinə, qəzanın nəticələrinin aradan qaldırılmasında fəal iştirak etməsinə, cinayət törətmiş şəxsə təyin edilmiş cəza ədalətli olmamasına, cəza təyin edərkən cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə, təyin ediləcək cəzanın onun ailəsinə olacaq təsirinə heç bir əhəmiyyət verməmişdir. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2025-ci il tarixli qərarının dəyişdirilməsi, Məhkum 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hal-hazırda Məhkum ilə əldə olunmuş, ona qarşı heç bir şikayət və tələb yoxdur. Lakin cəza təyin edərkən məhkəmə onun zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsin, təqsirləndirilən şəxsin özünü təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını, hadisə yerindən qaçmayaraq zərərçəkmiş şəxslərə yardım göstərməyini cəzanı yüngülləşdirən hallar qismində nəzərə almamışdır. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2025-ci il tarixli qərarının dəyişdirilməsi, Məhkum 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi zərərçəkmiş şəxs1 nümayəndəsi hüquqi varis1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hal-hazırda Məhkum ilə barışıq əldə olunmuş, ona qarşı heç bir şikayət və tələb yoxdur. Lakin cəza təyin edərkən məhkəmə onun zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsin, təqsirləndirilən şəxsin özünü təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını, hadisə yerindən qaçmayaraq zərərçəkmiş şəxslərə yardım göstərməyini cəzanı yüngülləşdirən hallar qismində nəzərə almamışdır. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2025-ci il tarixli qərarının dəyişdirilməsi, Məhkum 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hal-hazırda Məhkum ilə barışıq əldə olunmuş, ona qarşı heç bir şikayət və tələb yoxdur. Lakin cəza təyin edərkən məhkəmə onun zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsin, təqsirləndirilən şəxsin özünü təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını, hadisə yerindən qaçmayaraq zərərçəkmiş şəxslərə yardım göstərməyini cəzanı yüngülləşdirən hallar qismində nəzərə almamışdır. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2025-ci il tarixli qərarının dəyişdirilməsi, Məhkum 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxslərin hüquqi varisi və qanuni nümayəndəsi hüquqi varis3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hal-hazırda Məhkum ilə barışıq əldə olunmuş, ona qarşı heç bir şikayət və tələb yoxdur. Lakin cəza təyin edərkən məhkəmə onun zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsin, təqsirləndirilən şəxsin özünü təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını, hadisə yerindən qaçmayaraq zərərçəkmiş şəxslərə yardım göstərməyini cəzanı yüngülləşdirən hallar qismində nəzərə almamışdır. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2025-ci il tarixli qərarının dəyişdirilməsi, Məhkum 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxslərin hüquqi varisi və qanuni nümayəndəsi hüquqi varis3 çıxış edərək, məhkumla barışdığını bildirib, verilmiş kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis2 çıxış edərək, məhkumla barışdığını bildirib, verilmiş kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi X9 çıxış edərək, məhkumun zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışdığını, onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinin istədiklərini bildirib, verilmiş kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi müdafiəçi2 çıxış edərək, məhkuma verilən cəzanın ağır olduğunu, hadisənin ehtiyatsızlıqdan törədildiyini, məhkumun zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışdığını bildirib, verilmiş kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkum Məhkum çıxış edərək, daxili qoşunların hərbiçisi olduğunu, hadisənin ehtiyatsızlıqdan törədildiyini bildirib, kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Istər müdafiə, istərsə də zərərçəkmiş tərəflərdən verilmiş kassasiya şikayətlərində məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Kassasiya şikayətlərində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirilməmiş olsa da, məhkuma təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi) ; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Iş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsi, özünü təqsirli bilərək səmimi peşman olması, ilk dəfə cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsi, ona qarşı heç bir şikayət və tələbin olmaması, özünün də hadisə nəticəsində az ağır dərəcəli xəsarət alması, hadisə yerindən qaçmayaraq zərərçəkmiş şəxslərə yardım göstərməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddin minimumuna yaxın ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Məhkum cəzasını yüngülləşdirən əlavə hər hansı hal müəyyən edilməmişdir. Kassasiya şikayətlərində irəli sürülən dəlillər diqqətlə təhlil edildikdə onların hüquqi baxımdan əsassız olduğu və artıq aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alındığı aydın görünür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi üzrə məsuliyyət ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisələrinə görə müəyyən edilmiş və bu maddə üzrə sanksiya 5 ildən 10 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur. Məhkum təyin edilmiş 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası həmin sanksiya çərçivəsində ən aşağı həddə yaxın bir cəza olmaqla, qeyri-mütənasib ağır hesab edilə bilməz. Bu hal özü artıq cəzanın fərdiləşdirilməsi prinsipinə əməl olunduğunu göstərir. Kassasiya şikayətlərində göstərilən əsas arqumentlərdən biri ondan ibarətdir ki, məhkəmə təqsirləndirilən şəxsin səmimi peşmanlığını, zərərçəkmiş şəxslərlə barışmasını, ilk dəfə cinayət törətməsini və digər yüngülləşdirici halları nəzərə almamışdır. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi hökm çıxararkən həmin halları açıq şəkildə sadalamış və onları cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Məhkəmənin bu halları qeyd etməsi və buna baxmayaraq daha aşağı hədd deyil, orta həddə yaxın cəza təyin etməsi onu göstərir ki, yüngülləşdirici hallarla yanaşı cinayətin ictimai təhlükəlilik dərəcəsi də düzgün qiymətləndirilmişdir. Nəzərə alınmalıdır ki, törədilmiş əməl nəticəsində üç nəfər şəxsin ölümü baş vermişdir bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər almış ki, bu da cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini şərtləndirən əsas amildir. Cinayət qanunvericiliyinə görə insan ölümü ilə nəticələnən cinayətlərdə, hətta ehtiyatsızlıq forması olsa belə, cəzanın məqsədləri, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq daha ciddi yanaşma tələb edir. Bu baxımdan yalnız barışıq faktı və ya zərərçəkmişlərin şikayətinin olmaması cəzanın minimum həddə endirilməsi üçün əsas kimi çıxış edə bilməz. Kassasiya şikayətlərində həmçinin qeyd olunur ki, təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişlərə kömək göstərmiş, hadisə yerindən qaçmamış və zərərin aradan qaldırılmasında fəal iştirak etmişdir. Bu hallar da artıq məhkəmə tərəfindən nəzərə alınmış və məhz bunun nəticəsidir ki, ona maksimal deyil, daha yüngül cəza təyin edilmişdir. Əgər qeyd olunan hallar nəzərə alınmasaydı, cəzanın daha ağır həddə təyin olunması istisna edilmirdi. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticələri yoxlayaraq həmin nəticələrin qanuni və əsaslı olduğunu təsdiq etmiş, cəzanın təyinində CM-in ümumi əsaslarına riayət olunduğunu müəyyən etmişdir. Apellyasiya məhkəməsinin yalnız formal yanaşma göstərməsi barədə iddialar iş materialları ilə təsdiqini tapmır. Əksinə, məhkəmə cəzanın fərdiləşdirilməsi zamanı həm yüngülləşdirici, həm də ağırlaşdırıcı halların balanslı şəkildə qiymətləndirildiyini qeyd etmişdir. Beləliklə, kassasiya şikayətlərində göstərilən bütün hallar artıq məhkəmələr tərəfindən araşdırılmış, qiymətləndirilmiş və cəza təyin edilərkən nəzərə alınmışdır. Təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli hesab edilməlidir. Bu səbəbdən kassasiya şikayətlərinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Odur ki, qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiaların əsaslı olmadığı müəyyən edilir. Halbuki, CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi zərərçəkmiş şəxs1 nümayəndəsi hüquqi varis1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxslərin hüquqi varisi və qanuni nümayəndəsi hüquqi varis3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 6 may 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2025ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar