Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-76/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2025-ci il tarixli 1(104)- 271/2025 nömrəli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Abdulla Məmmədov (sədrlik edən və məruzəçi), Mikayıl Məmmədzadə və İlkin İbişov) 07 mart 2025-ci il tarixli 1(100)-64/2025 nömrəli hökmü ilə 04 may 1965-ci ildə Türkiyə Respublikası Hatay rayonu Kırıkhan ilçəsində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü, məhkumluğu olmayan, Türkiyə Respublikası Hatay rayonu Kırıkhan ilçəsi Cumhuriyyət məhəlləsi 311 küçə n15/a ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 200-1.2.2, 200- 1.2.3 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli Moldova Respublikasında saxlanıldığı 14 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 2021-ci ilin sentyabr ayında dəqiq məlum olmayan vaxtda şəxsiyyəti dəqiq məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda dərman vasitələrini satış məqsədi ilə Türkiyə Respublikasından əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirib dövriyyəsini qanunsuz olaraq təşkil etmə barədə razılığa gəlmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Türkiyə Respublikasında cinayətkar qrupun şəxsiyyəti məlum olmayan qrup üzvündən 1 qutusunun qiyməti 4,65 manat olmaqla 953,25 manat dəyərində 205 qutu Tegretol CR 400 mg, 1 qutusunun qiyməti 3,90 manat olmaqla 1228,50 manat dəyərində 315 qutu Tegretol 200 mg, 1 qutusunun qiyməti 42 manat olmaqla 1974 manat dəyərində 47 qutu Levitra 20 mg, 1 qutusunun qiyməti 405 manat olmaqla 2025 manat dəyərində 5 qutu Herceptin 150mg,1 qutusunun qiyməti 13,12 manat olmaqla 4277,12 manat dəyərində 326 qutu Aknetrent 20 mg, 1 qutusunun qiyməti 153,60 manat olmaqla 1843,20 manat dəyərində 12 qutu Pegasys 180 mg/0.5ml, 1 qutusunun qiyməti 4,65 manat olmaqla 79,05 manat dəyərində 17 qutu Üropan 5 mg/5 ml, 1 qutusunun qiyməti 982,22 manat olmaqla 2946,66 manat dəyərində 3 qutu Pirfekt 200 mg,1 qutusunun qiyməti 2,50 manat olmaqla 792,50 manat dəyərində 317 qutu Citanest 20ml, 1 qutusunun qiyməti 2,55 manat olmaqla 816 manat dəyərində 320 qutu Marcaine 0.5%/20ml, 1 qutusunun qiyməti 75,60 manat olmaqla 378 manat dəyərində 5 qutu Evasif 245mg, 1 qutusunun qiyməti 952,70 manat olmaqla 2858,10 manat dəyərində 3 qutu Tykerb 250mg , 1 qutusunun qiyməti 8,31 manat olmaqla 33,24 manat dəyərində 4 qutu Fosamax 70mg, 1 qutusunun qiyməti 35,83 manat olmaqla 1791,50 manat dəyərində 50 qutu Xarelto 20mg, 1 qutusunun qiyməti 12,66 manat olmaqla 1215,36 manat dəyərində 96 qutu Xarelto 10mg, 1 qutusunun qiyməti 4,63 manat olmaqla 912,11 manat dəyərində 197 qutu Ventolin 2.5mg, 1 qutusunun qiyməti 55,30 manat olmaqla 1603,70 manat dəyərində 29 qutu PK-Merz 200mg 500ml, 1 qutusunun qiyməti 16 manat olmaqla 800 manat dəyərində 50 qutu Tacrolin 0.03% 30g, 1 qutusunun qiyməti 17,15 manat olmaqla 857,50 manat dəyərində 50 qutu Tacrolin 0.1% 30gr, 1 qutusunun qiyməti 6,62 manat olmaqla 2601,66 manat dəyərində 393 qutu Cardura 4mg, 1 qutusunun qiyməti 234,17 manat olmaqla 10771,82 manat dəyərində 46 qutu Norditropin 10mg, 1 qutusunun qiyməti 43,96 manat olmaqla 791,28 manat dəyərində 18 qutu Stattera 4mg, 1 qutusunun qiyməti 106,06 manat olmaqla 318,18 manat dəyərində 3 qutu Budenofalk 3mg, 1 qutusunun qiyməti 51,66 manat olmaqla 413,28 manat dəyərində 8 qutu Proxeed plus- 5g, 1 qutusunun qiyməti 33,55 manat olmaqla 67,10 manat dəyərində 2 qutu Fosit 4g, 1 qutusunun qiyməti 3,80 manat olmaqla 76 manat dəyərində 20 qutu Parlodel 2.5 mg, 1 qutusunun qiyməti 14,96 manat olmaqla 388,96 manat dəyərində 26 qutu Arava 10mg,1 qutusunun qiyməti 6,77 manat olmaqla 304,65 manat dəyərində 45 qutu Lansor 30 mg, 1 qutusunun qiyməti 6,50 manat olmaqla 617,50 manat dəyərində 95 qutu Madopar125mg, 1 ampulun qiyməti 1 manat olmaqla 448 manat dəyərində 448 ampul Bactrim 400mg, 1 qutusunun qiyməti 86,18 manat olmaqla 3964,28 manat dəyərində 46 qutu Ronix 4mg, 1 qutusunun qiyməti 13,47 manat olmaqla 1360,47 manat dəyərində 101 qutu Priorix 0.5 ml, 1 qutusunun qiyməti 70,62 manat olmaqla 3248,52 manat dəyərində 46 qutu Zoladex 3.6mg,1 qutusunun qiyməti 32,77 manat olmaqla 3145,92 manat dəyərində 96 qutu Seretide Diskus100mg+50 mcg, 1 qutusunun qiyməti 5 manat olmaqla 485 manat dəyərində 97 qutu Fluorouracil 1000mg/20ml,1 qutusunun qiyməti 6,91 manat olmaqla 905,21 manat dəyərində 131 qutu Propotol-Lipuro 1% 10mg/ml, 1 qutusunun qiyməti 6,96 manat olmaqla 348 manat dəyərində 50 qutu Nimotop 10mg/50ml, 1 qutusunun qiyməti 14,10 manat olmaqla 648,60 manat dəyərində 46 qutu Lithuril 300mg, 1 qutusunun qiyməti 3,66 manat olmaqla 18,30 manat dəyərində 5 qutu Epanutin 100mg, 1 qutusunun qiyməti 14,84 manat olmaqla 7420 manat dəyərində 500 qutu Kolistate 150mg 2 ml, 1 qutusunun qiyməti 20 manat olmaqla 1900 manat dəyərində 95 qutu Dobcard 250mg/20ml, 1 qutusunun qiyməti 9,36 manat olmaqla 336,96 manat dəyərində 36 qutu Perlinganit 10mg/10ml, 1 qutusunun qiyməti 13,12 manat olmaqla 2282,88 manat dəyərində 174 qutu Neucurium 50 mg/5ml, 1 konvalutun qiyməti 10,76 manat olmaqla 1291,20 manat dəyərində 120 konvalut Lipanthyl 267mg və 1 konvalutun qiyməti 4,50 manat olmaqla 900 manat dəyərində 200 konvalut Prednol 16 mg olmaqla qanunla dövlət qeydiyyatı tələb olunan, lakin, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda, 72438,56 manat dəyərində dərman vasitələrini, həmçinin 1 qutusunun qiyməti 7 manat olmaqla 1050 manat dəyərində 150 qutu “Marlboro Edge less smell”, 1 qutusunun qiyməti 7 manat olmaqla 140 manat dəyərində 20 qutu “Marlboro touch” və 1 qutusunun qiyməti 7 manat olmaqla 280 manat dəyərində 40 qutu “Parliament super slims” markalı cəmi 1470 manat dəyərində siqaretlərdən ibarət, ümumilikdə xeyli miqdarda 73908,56 manat dəyərində olan malları əldə etmiş, aralarında olan razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Azərbaycan Respublikasına gətirib cinayətkar qrupun məlum olmayan üzvlərinə çatdırmaq məqsədilə həmin dərman vasitələrini və siqaretləri idarə etdiyi “Mercedes-Benz” markalı 31N4456/31N8128 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük yerində satış məqsədilə saxlamış və 06.09.2021-ci il tarixdə saat 4 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin, Qazax rayonun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük orqanına kağız üzərində və ya elektron formada yazılı, həmçinin şifahi bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə “Qırmızı Körpü” gömrük postunda nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı qeyd olunan mallar aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Sevindik Əzizov (sədrlik edən və məruzəçi) Salman Hüseynov və Faiq Mahmudov) 04 iyul 2025-ci il tarixli 1(104)-271/2025 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2025-ci il tarixli 1(100)-64/2025 saylı hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 200-1.2.3, 206.1-ci maddələrində nəzərdə tutulun cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-in 200-1.2.3-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CMin 206.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsinə əsasən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə Məhkum qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum təyin edilmiş 2 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 14 iyun 2025-ci il tarixdə başa çatdığından barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi qərara alınmış, məhkum və onun müdafiəçisi tərəfindən verilən apellyasiya şikayətləri qismən təmin edilmişdir. Dövlət ittihamçısı dövlət ittihamçısı3 kassasiya protesti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2025-ci il tarixli 1(104)-271/2025 nömrəli qərarın ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi barədə xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən istintaq orqanı tərəfindən verilmiş ittihamın təkzib edilməsi, eyni zamanda, özünün həmin nəticəyə gəlməsi ilə bağlı kifayət qədər əsaslandırma aparılmamış, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş və bununla da, məhkəmə əməlini tövsif etməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Məhkum həm ibtidai istintaq zamanı, həm birinci instansiya məhkəməsində verdiyi ifadələri və digər sübutlar əsasında müəyyən edilmiş işin hallarından göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci məhkəməsi instansiya ifadələri,rəylərini, ekspert hərəkəti istintaq protokollarını, sənədləri və maddi sübutları CPM-in 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə Məhkum əməlinin ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə tövsif edilməsi qənaətinə gəlmişdir. Lakin apellyasiya icraatında məhkəmə kollegiyası mötəbər sübutları nəzərə almadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə əsaslanaraq, təqsirləndirilən şəxs Məhkum əməlini tövsif edib yanlış nəticəyə gəlməklə səhvə yol vermişdir. Məhkəmə nəzərə almamışdır ki, faktiki olaraq dövlətin normal xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlərə qəsd edən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət əməli ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlarla tam olaraq təsdiq edilmişdir. Apellyasiya icraatında təqsirləndirilən şəxs özünün müdafiəsi üçün işin obyektiv hallarına uyğun gəlməyən, həqiqəti gizlətməyə çalışan ifadələr vermiş, məhkəmə kollegiyası isə Məhkum ifadəsində göstərdiyi qeyd olunan xüsusatların özünümüdafiə xarakterli olmasını nəzərə almadan, həmin ifadəyə tənqidi yanaşmadan yanlış nəticəyə gəlmişdir. Halbuki, məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, məhkum Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibi mövcud olduğu halda, onun əməlinin həmin Məcəllənin 200-1.2.3 və 206.1-ci maddələri ilə tövsif edilməsi qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini yoxlayaraq hesab edir ki, həmin dəlillər əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3-cü maddəsinə əsasən biləbilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı külli miqdarda törədilməsi nəzərdə tutulur. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi nəzərdə tutulur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2 iyun 2016-cı il tarixli 10 saylı qərarının 19-cu bəndində göstərilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarına əsasən təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqın ilkin mərhələsində verdiyi izahatda və ifadəsində Məhkum bildirmişdir ki, cinayət əməllərini Türkiyə Respublikasında yaşayan Cengiz adlı şəxs və digər naməlum şəxslə birlikdə törətmişdir. Belə ki, Cengiz adlı şəxs qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına aparılması üçün ona dərman preparatları vermiş, digər naməlum şəxs isə həmin preparatları Azərbaycan Respublikası ərazisində ondan götürməli və əvəzində ona pul ödəməli idi. İstintaqın sonrakı mərhələsində isə Məhkum ilkin izahatında və dindirmə protokolunda göstərdikləri ilə razılaşmamış, həmin izahatda və protokolda qeyd olunmuş xüsusatları təsdiq etməmişdir. O göstərmişdir ki, dərman preparatlarını Türkiyə Respublikasında yaşayan Cengiz adlı şəxsdən alsa da, onlar, üzərində aşkar edilmiş siqaretlər kimi, öz vəsaiti hesabına alınmışdır. Həmin dərman preparatlarını Azərbaycan Respublikasında daha yüksək qiymətə sataraq qazanc əldə etmək məqsədilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmişdir. Birinci instansiya məhkəməsi öz hökmündə göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum məhkəmədə verdiyi ifadəsi, eləcə də iş materiallarına əlavə edilmiş sənədlərə əsasən təqsirləndirilən şəxsin əvvəllər Azərbaycan Respublikası ərazisinə tütün məmulatları keçirərək satışını həyata keçirtməsi istisna edilməsə də, onun Azərbaycanda fəaliyyət göstərən əczaçılıq şirkətləri və apteklər şəbəkələri, tibb və müalicə müəssisələri ilə əlaqəsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu da şəxsin qanunsuz olaraq dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında gömrük sərhədindən gizli keçirib qaçaqmalçılıq törətməsini təsdiq edir. Birinci instansiya məhkəməsi hökmdə sonra göstərmişdir ki, şübhəli və təqsirləndirilən şəxs tərəfindən hadisə ilə bağlı könüllü olaraq verilən ilkin ifadə və izahatlar adətən hadisədən dərhal sonra verildiyindən ifadə verən şəxs hadisəni olduğu kimi, obyektiv əlamətlərlə qavradığı kimi təsvir etməyə çalışır, həmin vaxt onda məsuliyyəti yüngüllləşdirmək, yaxud yayınmaq meyilləri daha az olur. İstintaqın sonrakı mərhələsində, xüsusilə istintaq təcridxanası və cəzaçəkmə müəssisələrində şəxsin olduğu mühit və sonrakı dövrdə törədilmiş əməlin hərtərəfli qavranılması şəxsi özünümüdafiəsinə daha çox meyilləndirməklə hadisəni təhrif etməyə sövq edir. Odur ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr işin faktiki halı ilə daha uyğun olduğundan məhkəmə onun həmin ifadəsini sübut kimi qəbul edir, məhkəmədə verdiyi ifadəsində göstərdikləri öz ifadəsindən başqa digər sübutlarla təsdiqini tapmadığından həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin ilkin izahatı üzrə cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə münasibətdə qeyd etmişdir ki, bu izahatda göstərilən xüsusatlar hər hansı başqa bir sübutla öz təsdiqini tapmır. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində, həmçinin məhkəmədə verdiyi ifadəsində ondan aşkar edilib götürülmüş dərman vasitələrini Türkiyədə Cengiz adlı şəxsdən 1200 ABŞ dolları verib aldığını bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, Məhkum dərman vasitələrini nağd pul verərək almaqla həmin dərman vasitələrini öz mülkiyyətinə keçirmiş və kiminləsə və ya kimlərlə isə qabaqcadan əlbir olmadan onları Azərbaycanda baha qiymətə satmaqla qazanc əldə etmək istəmişdir. Cinayət işinin materiallarında Məhkum törətdiyi cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Belə ki, apellyasiya baxışı zamanı Məhkum şəxsiyyəti dəqiq məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda dərman vasitələrini satış məqsədi ilə Türkiyə Respublikasından əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirib dövriyyəsini qanunsuz olaraq təşkil etmə barədə razılığa gəlməsi və ya digər şəxsin (şəxslərin) cinayətin törədilməsində birbaşa iştirakı və ya cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində hər hansı hərəkətlər etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Ona görə də apellyasiya instansiyası məhkəməsinin məhkumun əməlinin CM-in 200- 1.2.3 və 206.1-ci maddələri ilə tövsif edilməsi barədə gəldikləri nəticə əsaslıdır və qanunamüvafiq hesab edilməlidir. Apellyasiya instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara istinadən öz mövqeyi kifayət qədər əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi barədə gəldiyi nəticə əsaslıdır və sübutların məcmusuna tam uyğun gəlir. Bu səbəbdən kassasiya protestinin göstərilən dəlilləri məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protest təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2025-ci il tarixli 1(104)-271/2025 nömrəli Məhkum haqqındakı qərarının kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2025-ci il tarixli 1(104)- 271/2025 nömrəli Məhkum haqqındakı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(1-8)-76/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-76/2026
13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver