Məhkəmə qərarları › İş №1(1-8)-79/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-79/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-79/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R Nazim Nəriman oğlu İmranovun və məhkum Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əli Əliyev (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və Xamməd Nuriyev) ## ###### 2023-cü il tarixli *(***)-***/**** nömrəli hökmü ilə, ## ######## 1982-ci il tarixdə Masallı rayonun Böyük Xocavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Masallı rayonu Böyük Xocavar kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ## #### 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, ##.##.2023-cü il tarixdə, saat 10 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan qardaşı şahid3 məxsus “VAZ 217030” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Masallı rayonu Banbaşı kəndi ərazisindən keçən hissəsində Təzə Alvadı kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni avtomobili “3.24 Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə edib "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunlara əməl etməyib idarə etdiyi avtomobili yolun əks hərəkət zolağına idarə etdikdən sonra həmin zolaqda Masallı şəhəri istiqamətində hərəkətdə olan rayonun Banbaşı kənd sakini, əvvəllər tanımadığı X1 hüququnu təsdiq sənəd əsasında və etibarnamə ilə idarə etdiyi “VAZ 21043” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyatsızlıqdan toqquşmuş və hadisə nəticəsində “VAZ 21043” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında olan su kanalına aşaraq çevrilməsinə, həmin avtomobilin sürücüsü X1 qarnın qapalı küt travması, qara ciyərin və dalağın cırılması, daxili qanitirmə, sol bud və sol said sümüklərinin qapalı sınığı, alnın, sol dirsək və sol said nahiyəsinin əzilmiş yarası, bədənin müxtəlif nahiyələrinin qançırları və sıyrıqları ilə nəticələnən və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri aldıqdan sonra qarnın qapalı küt travması nəticəsində əmələ gəlmiş qara ciyərin və dalağın cırılmasından törənən daxili qanitirmədən ölməsinə səbəb olan və sonuncunun idarə etdiyi avtomobilin ön sərnişin oturacağında olan Masallı rayonu Banbaşı kənd sakini, əvvəllər tanımadığı Seyfullayev İlkin Qubad oğlunun qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol birinci qabırğanın yerini dəyişən qəlpəli sınığı, sağ bazu nahiyəsinin kəsilmiş yarası, sol əlin arxa hissəsinin və gövdənin sol yan hissəsinin sıyrıqları kimi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədov) ## ###### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Məhkum Məhkum kasasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarının dəyişdirilməsini, barəsində qəbul edilmiş hökm və qərarı tam, obyektiv və hərtərəfli araşdıraraq, qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı cinayət işinin materialları tam, obyektiv və hərtərəfli araşdırılmamış, qanunvericiliyin tələblərinə uyğun olmayan CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə ittiham aktı tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi ittiham aktını əsas tutmaqla hökm çıxarmış, ibtidai istintaq zamanı yol verilmiş qanun pozuntularını hüquqi dəyərləndirmədən yayınmışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cinayət işi üzrə araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, cinayət prosesi iştirakçılarının hüquqlarına riayət edilməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdırmadan yekun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərinə münasibətdə qeyd edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində yalnız Məhkum işin halları və şəxsiyyəti lazımi qaydada nəzərə alınmadan ədalətsiz ağır cəza təyin edilməsi mübahisələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə hüquqi qiymət vermiş, apellyasiya baxışını cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun keçirmiş və Azərbaycan Respublikası CM-in 4–9-cu maddələrində təsbit olunmuş prinsipləri rəhbər tutaraq qanunun tələblərinə riayət etməklə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəzanın cinayət qanununun tələblərinə uyğun və ədalətli olması barədə gəldiyi nəticəni əsaslı hesab edir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülmüş dəlillərin qiymətləndirilməsi üçün cinayət məsuliyyətinin əsaslarını və həmin əsasların müəyyən edilməsini tənzimləyən cinayət qanunvericiliyinin müvafiq normalarına nəzər salınması zəruridir. Cinayət məsuliyyətinin əsaslarını təsbit edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olan, yaxud nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən avtomobilin, tramvayın və ya digər mexaniki nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan əməllərə görə nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Məhkum tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi başlanılmış, ibtidai istintaq zamanı istintaq orqanı öz səlahiyyətləri çərçivəsində zəruri istintaq və digər prosessual hərəkətləri həyata keçirərək sübutlar toplamış və həmin sübutların məcmusuna əsasən Məhkum öz əməli ilə Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi qənaətinə gəlmişdir. İş materiallarına əsasən, Məhkum həmin maddə ilə ittiham irəli sürülmüş və cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən toplanmış sübutlar məhkəmə iclasında Azərbaycan Respublikası CPM-in 144 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq tədqiq etmiş, yoxlamış və qiymətləndirmişdir. Məhkəmə iclasında məhkum Məhkum elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, onun Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi isə cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla – zərərçəkmiş şəxsin hüquqi varisinin, digər zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə yol-nəqliyyat və məhkəmə-tibbi ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək belə nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün hüquqi qiymət vermişlər. Həmin sübutlar cinayət hadisəsinin baş verməsi faktını və hallarını, Məhkum cinayət hadisəsi ilə əlaqəsini, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin mövcudluğunu təsdiqləyir və Məhkum cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Məhkum yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmiş, müəyyən edilmiş sürət həddini aşmış, yolun əks istiqamət üzrə hərəkət zolağına çıxmış və yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki imkanı olduğu halda, əks istiqamətdə hərəkət edən nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə əks istiqamətdə hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü aldığı bədən xəsarətlərindən ölmüş, həmin nəqliyyat vasitəsində olan sərnişinin sağlamlığına isə ağır zərər vurulmuşdur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə məhkumun əməlində Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün zəruri əlamətlərinin mövcudluğu tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutları və işin digər materiallarını araşdıraraq hesab edir ki, işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları tam, hərtərəfli və obyektiv müəyyən edilmiş, birinci və apellyasiya instansiyası məhkəmələrinin əməlin hüquqi tövsifi barədə gəldikləri nəticələr qanuni və əsaslı olmuşdur. Cinayət işi üzrə məhkum Məhkum əməlinin cinayət olmasını istisna edən, habelə onun cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hər hansı qanuni hallar müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı cinayət prosesi iştirakçılarının prosessual hüquqlarına tam riayət edilmiş, onların müdafiə və digər qanuni hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanılmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayətində irəli sürülmüş dəlillər əsassızdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2024cü il tarixli *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar