Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-8/2026 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X2, Bəraət almış şəxs - Bəraət almış şəxs, Müdafiəçilər – Abşeron rayon Vəkil Bürosunun vəkilləri müdafiəçi1 və müdafiəçi3 iştirakları ilə, ##.##.1966-cı il tarixdə Oğuz rayonu, Xaçmaz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olmaqla yaşayan, Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-*/**** nömrəli hökmündən apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Hökmdən təqsirləndirilən şəxsin müdafiəçiləri müdafiəçi1 və müdafiəçi3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protestinə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)-*/**** nömrəli hökmü ilə (hakimlər İ.Şükürov (sədrlik edən), A.Eyvazov və X.Səmədov) apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti isə təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 2023-cü il ## ###### tarixli *(***)-*/**** nömrəli hökmü ləğv edilməklə yeni hökm çıxarılmış, Bəraət almış şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli *(***)- */**** nömrəli hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. Işin halları: Ibtidai istintaq orqanı tərəfindən Bəraət almış şəxs CM-in 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, ##.##.2022-ci il tarixdə saat 12 radələrində adına etibarnamə olmadan idarə etdiyi, X1 məxsus texniki cəhətdən saz olan “Traktor MTZ-82.1” markalı 48 T 500 dövlət qeydiyyat nişanlı qoşqulu traktorla Oğuz rayonu, Xaçmaz kənd avtomobil yolu ilə rayonun Sincan kəndi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu və əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfiqi nişanlama xəttini kəsib keçmək qadağan olduğu halda, bunlara əməl etməyərək qarşıdan gələn həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2107” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya gələrək yolun hərəkət hissəsinin ortasında olan bütöv xətti kəsərək nəqliyyat vasitələrinin sol hissələrini qarşı sol hərəkət zolağına çıxartmaqla yolun hərəkət hissəsinin ortası ilə hərəkət etdirmiş, bu zaman Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2107” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi traktorun qarşı hissəsi ilə toqquşmuş, nəticədə “VAZ 2107” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ağır açıq kəllə-beyin travması, baş beyin toxumasına və qişalarına qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, başın sağ gicgah və ənsə nahiyəsinin əzilmişcırılmış yarası, sağ bazunun bayır, sol bazunun arxa, sol və sağ kürək nahiyələrinin, hər iki əlin üst səthinin, hər iki baldırın ön səthinin, sol ayağının iç səthinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid xəsarətlər alması və almış olduğu baş beyin toxumasına və qişalarına qansızma ilə müşaiyət olunan, baş beyin toxumasının ağır dərəcəli əzilməsi kimi xəsarətlərdən hadisə yerində ölmüşdür. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirilməklə ibtidai istintaq orqanının irəli sürdüyü ittihamın əsaslı olması, Bəraət almış şəxs əməlində CM-in 263.2-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmiş və onu həmin maddə ilə təqsirli bilərək cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi Bəraət almış şəxs idarə etdiyi traktorla yol hərəkəti qaydalarını pozmaqla zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətməsi ilə bağlı irəli sürülən ittihamda təqsirliliyinin sübuta yetirilməməsi barədə qənaətə gəldiyindən, ona CMin 263.2-ci maddəsi ilə bəraət vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar CPM-in 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilməmiş, iş üzrə toplanmış sübutlar Bəraət almış şəxs irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi üçün kifayət etdiyi halda, məhkəmə əsassız olaraq – onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib ona həmin əsasla bəraət vermişdir. Belə ki, iş üzrə mövcud yol nəqliyyat ekspertizalarının ##.##.2023-cü il tarixli, */**** nömrəli və ##.##.2023-cü il tarixli, */****-**/*** nömrəli rəyləri, eləcə də ##.##.2025-ci il tarixli, 8/1049 nöməli rəyin ittiham tərəfinin təqdim etdiyi mexanizm üzrə tədqiqat aparılmış hissəsi təqsirləndirilən şəxs Bəraət almış şəxs yol hərəkət qaydalarını pozmasını müəyyən etdiyi halda məhkəmə natamam olan ##.##.2025-ci il tarixli, */****-**/*** nömrəli rəyi və ona əsaslanan ##.##.2025-ci il tarixli, 8/1049 nöməli rəyində müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə tədqiqat aparılmış hissəni əsas götürərək bəraət barədə nəticəyə gəlmişdir. Qeyd olunmalıdır ki, nəqliyyat vasitələri arasında toqquşma bucağının təyin edilməsi iş üzrə həqiqətin müəyyən edilməsinin zəruri meyarlarından başlıcasıdır. Çünki o, nəqliyyat vasitələrinin ilkin kontakt anında vəziyyətini müəyyən edir və hadisənin hansı şəraitdə baş verdiyini aydınlaşdırmağa imkan verir. Işə əlavə edilmiş ##.##.2023-cü il tarixli, */****-**/*** nömrəli rəydən görünür ki, toqquşma bucağının 20-25 dərəcə altında olması və ilkin toqquşmanın müdafiə tərəfinin göstərdiyi kimi VAZ 2107 markalı avtomobilin qabaq sağ qanadının yan hissəsi tərəfdən deyil, qarşıdan olması ekspertlər tərəfindən nəqliyyat vasitələrinə və onların üzərilərindəki zədələrə ətraflı baxış aparılmaqla xüsusi biliklər əsasında müəyyən edilmişdir. Lakin məhkəmə ekspertlərin xüsusi biliklərə əsaslanan nəticələri ilə razılaşmamış, bunun əvəzinə işə əlavə edilmiş fotoşəkillərə istinad edərək belə qənaətə gəlmişdir ki, ilkin toqquşma qarşı-qarşıya deyil, VAZ 2107 markalı avtomobilin sağ qanad hissəsi tərəfdən baş vermişdir. Fotoşəkillər əsasında ekspertlərin səlahiyyətlərini əvəzləyərək toqquşma bucağını, ilkin kontakt anını müəyyən etmək doğru qəbul edilməməlidir. Xüsusi biliyə malik ekspertlərin rəyi mövcud olduğu halda, yalnız fotoşəkillərə istinad edərək toqquşma bucağı və ilkin kontakt anı barədə gəlinən nəticə mötəbər hesab oluna bilməz. Bundan əlavə, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında ##.##.2022-ci il tarixli protokol, onun sxemi və Bəraət almış şəxs ifadəsinin yerində yoxlanılması haqqında ##.##.2022-ci il tarixli protokola əsasən müəyyən edilmişdir ki, nəqliyyat vasitələri arasında toqquşma yeri traktorun hərəkəti istiqamətində hərəkət axınlarını ayıran bütöv xətdən sağa doğru 0,4 metrlik məsafədə yerləşir. Lakin məhkəmə toqquşma nöqtəsi ilə bağlı da ziddiyyətli nəticəyə gəlmişdir. Hökmdən görünür ki, məhkəmə toqquşma nöqtəsinin hərəkət axınlarını ayıran bütöv xətdən sağa doğru 0,4 metrlik məsafədə yerləşməsi barədə təqsirləndirilən şəxsin verdiyi ifadələrini, o cümlədən digər sübutları mötəbər hesab etməmişdir. Bununla belə, məhkəmə özü ##.##.2024-cü il tarixdə hadisə yerinə baxış keçirməsinə baxmayaraq, orada toqquşma nöqtəsini müəyyən etməmişdir. Ibtidai istintaqın müəyyən etdiyi toqquşma yerini qəbul etməyən məhkəmə özü həmin nöqtəni müəyyən etməməklə hadisənin harada baş verdiyini dəqiqləşdirməmiş və bununla da iş üçün mühüm əhəmiyyət kəsb edən bu halı araşdırmamışdır. Bundan başqa, məhkəmə bəraət hökmünü əsaslandırarkən qeyd edir ki, müstəntiq hadisə yerini düzgün müayinə etməmiş, məhkəmənin apardığı baxış zamanı müəyyən edilmiş sərt döngəni sxemdə və protokolda əks etdirməmişdir. Bu səbəbdən məhkəmə müstəntiqin tərtib etdiyi həmin sxemi, protokolu və onların əsasında müəyyən edilmiş hadisə mexanizmini mötəbər hesab etməmişdir. Lakin qeyd olunmaldır ki, sərt döngənin sxemdə göstərilməməsi traktoru idarə edən Bəraət almış şəxs qarşı yola çıxmasını istisna etməmişdir. Döngənin protokolda və ya sxemdə qeyd olunmaması qarşı yola çıxma ilə hüquqi və faktiki əlaqəsi yoxdur. Üstəlik, həmin döngədən çıxan VAZ 2107 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs də yol hərəkət qaydlarını pozmuşdur. Bu isə göstərir ki, döngənin mövcudluğu və ya olmaması yol hərəkət qaydalarının pozulması faktını aradan qaldırmır və Bəraət almış şəxs davranışına hüquqi təsir göstərmir. Bununla da sərt döngənin sxemdə qeyd edilməməsi Bəraət almış şəxs məsuliyyətdən azad edən hal kimi qəbul edilməməli idi. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025ci il ## ####### tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Bəraət almış şəxs CM-in 263.2ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ####### tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Kassasiya protestindən müəyyən olunur ki, dövlət ittihamçısı Bəraət almış şəxs ona istinad edilən əməli törətməsinə dair qənaətini ##.##.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş sxem, ##.##.2022-ci il tarixli ifadənin yerində yoxlanılması protokolu, yol-nəqliyyat ekspertizalarının ##.##.2023-cü il tarixli, */**** nömrəli və ##.##.2023-cü il tarixli */****-**/*** nömrəli rəyləri, eləcə də ##.##.2025-ci il tarixli */**** nömrəli rəyin ittiham tərəfinin təqdim etdiyi mexanizm üzrə tədqiqat aparılmış hissəsi ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin hökmündən isə görünür ki, məhkəmə ##.##.2022-ci il tarixli hadisə yerinin sxemində və ##.##.2022-ci il tarixdə ifadənin yerində yoxlanılması zamanı verdiyi məlumatları CPM-in 125.1-ci maddəsinə əsasən, yəni əldə edilmə halları şübhə doğurmayan sübutlar kimi qəbul etməkdən imtina etmiş, yol-nəqliyyat hadisələri ekspertizalarının ##.##.2023-cü il tarixli, */**** nömrəli və ##.##.2023-cü il tarixli */****-**/*** nömrəli rəyləri, eləcə də ##.##.2025-ci il tarixli */**** nömrəli rəyin ittiham tərəfinin təqdim etdiyi mexanizm üzrə tədqiqat aparılmış hissəsinin ehtimallara əsaslanması, hadisənin baş vermə mexanizmi ilə bağlı müdafiə tərəfinin təqdim etdiyi mexanizmin digər sübutlarla uyğunluq təşkil etməsi və bu səbəbdən ##.##.2025-ci il tarixli */**** nömrəli rəyin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə tədqiqat aparılmış hissəsinin, eləcə də ##.##.2025-ci il tarixli */**** nömrəli rəyin mötəbər olması haqqında qənaətə gəlmişdir. Öyrənilmiş cinayət işinin materiallarından görünür ki, kassasiya protestində irəli sürülmüş iddiaların əksinə olaraq, apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş, məhkəmənin tədqiq olunmuş sübutlara əsasən müəyyən etdiyi hallar gerçəkdən də Bəraət almış şəxs CM-in 263.2-ci maddəsi təqsirli olmasını istisna etməklə, ona həmin maddə üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini labüd etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq Bəraət almış şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla bağlı təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gələrək sonuncuya bəraət vermiş, qeyd olunan nəticəni hasil edərkən məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətlər onun xeyrinə həll edilmişdir. Apellyasiya instansiya məhkəməsinin hökmündə Bəraət almış şəxs təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar kifayət qədər geniş şərhlər verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hökmündə verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, kassasiya protestinin dəlilləri ilə əlaqədar bəzi məqamların qeyd edilməsi qənaətindədir. Belə ki, kassasiya protestində göstərildiyi kimi cinayət işinin materiallarında olan yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında ##.##.2022-ci il tarixli protokola əlavə edilmiş sxemdə nəqliyyat vasitələrinin toqquşma nöqtəsinin Bəraət almış şəxs idarə etdiyi traktorun hərəkət istiqamətində yolun orta xəttindən sağa doğru 0,4 metr məsafədə yerləşməsi qeyd edilmişdir. Lakin hadisə baş verən gün, yəni ##.##.2022-ci il tarixdə Bəraət almış şəxs şahid qismində verdiyi ilk ifadəsində toqquşmanın onun idarə etdiyi traktorun hərəkət istiqamətində yolun sağ tərəfində baş verdiyini, hadisənin Vaz 2107 markalı avtomobilin onun yoluna çıxması səbəbindən baş verdiyini bildirmiş, toqquşma nöqtəsinin onun idarə etdiyi traktorun hərəkət istiqamətində yolun orta xəttindən sağa doğru 0,4 metr məsafədə yerləşməsi barədə məlumat verməmişdir. Müstəntiq tərəfindən qəbul edilmiş yol-nəqliyyat hadisəsi ekspertizasının təyin edilməsi haqqında ##.##.2022-ci il tarixli qərarda isə araşdırma zamanı hadisədən əvvəl hər iki nəqliyyat vasitəsinin yolun ortası ilə, sol hissələri qarşı sol hərəkət zolağına çıxmaqla hərəkətdə olmaları qeyd edilmişdir. Halbuki, ekspertizanın təyin edilməsi anınadək əldə edilmiş hər hansı sübutla Bəraət almış şəxs idarə etdiyi traktorun qarşı hərəkət zolağına çıxmaqla hərəkətdə olması müəyyən edilməmişdir. (Bu hal ilk dəfə birinci instansiya məhkəməsinin qərarı əsasında keçirilən məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə-psixoloji ekspertizasının ##.##.2023-cü il tarixli rəyində göstərilmişdir. Belə ki, rəydə istintaq orqanı tərəfindən təqdim edilmiş məlumata əsasən toqquşma nöqtəsinin traktorun hərəkət istiqamətində hərəkət axınlarını ayıran bütöv xətdən sağa doğru 0,4 metr məsafədə yerləşməsindən, ilk kontaktın traktorun qabaq oxunun orta tərəfində yerləşən tarazlığı saxlayan hissənin sol tərəfi ilə baş verməsindən və həmin yerdən traktorun qabaq sol təkərinin xarici kənarına kimi 850 mm məsafənin olmasından çıxış edilərək, toqquşma anında traktorun sol tərəfinin 0,45 metr sol hərəkət zolağına çıxmış vəziyyətdə olması qeyd edilmişdir). Müstəntiqin hansı sübuta isnad edərək Bəraət almış şəxs traktorun sol hissəsini qarşı hərəkət zolağına çıxarmaqla idarə etməsini müəyyən etməsi iş materiallarından görünmür. Ittihamın əsasını təşkil edən sübutlardan biri olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının ##.##.2023-cü il tarixli */**** nömrəli rəyindən görünür ki, ekspert yalnız istintaq orqanı tərəfindən təqdim edilmiş bu məlumata (Bəraət almış şəxs idarə etdiyi traktorun sol hissəsinin qarşı hərəkət zolağına çıxmaqla idarə etməsinə) əsaslanaraq, Bəraət almış şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddələrin tələblərinə riayət eməklə hadisənin qarşısını almağa texniki imkanı olmasını rəydə qeyd etmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Bəraət almış şəxs toqquşma nöqtəsinin onun idarə etdiyi traktorun hərəkət istiqamətində yolun orta xəttindən sağa doğru 0,4 metr məsafədə yerləşməsi barədə ilk məlumatı ##.##.2022-ci il tarixdə ifadənin yerində yoxlanılması zamanı vermişdir. Lakin həmin istintaq hərəkəti zamanı müstəntiq dəqiqləşdirmə apararaq toqquşma yerinin harada olmasını Bəraət almış şəxs soruşmamış, Bəraət almış şəxs toqquşma nöqtəsini əyani olaraq göstərməmişdir. Bəraət almış şəxs təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra ##.##.2023-cü il tarixdə verdiyi ifadəsində isə toqquşmanın onun idarə etdiyi traktorun hərəkət istiqamətində yolun sağ tərəfində baş verdiyini bildirmiş, toqquşma nöqtəsinin traktorun hərəkət istiqamətində yolun orta xəttindən sağa doğru 0,4 metr məsafədə yerləşməsi barədə məlumat verməmişdir, bu barədə müstəntiq tərəfindən ona sual ünvanlanmamışdır. Bəraət almış şəxs daha sonrakı ifadələrində hadisənin yolun orta xəttindən sağa doğru 0,4 metr məsafədə baş verməsi barədə ifadəsinin həqiqəti əks etdirmədiyini, həmin ifadənin müstəntiq tərəfindən aldadılması nəticəsində verdiyini, əslində hadisə vaxtı öz hərəkət zolağında hərəkət etdiyini, qarşı zolağa çıxmadığını bildirmişdir. Apellyasiya məhkəməsi tərəfindən Bəraət almış şəxs ifadələri cinayət-prosessual qanunun 144-cü maddəsi tələb etdiyi kimi digər sübutlarla müqayisə edilməklə lazımınca yoxlanılmış, nəticədə yuxarıda qeyd edilən ziddiyyətli məqamların fonunda məhkəmə haqlı olaraq Bəraət almış şəxs “hadisənin yolun orta xəttindən sağa doğru 0,4 metr məsafədə baş verməsi barədə” ifadəsinin ifadəsinin işin faktiki hallarına uyğun olmaması, istintaqın sonrakı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrin mötəbər olması qənaətinə gəlmişdir. Bundan başqa, protestdə mübahisələndirilən digər məsələ ##.##.2023-cü il tarixli, */****- **/*** nömrəli ekspert rəyinə əsasən ilkin kontakt anında nəqliyyat vasitələri arasinda toqquşmanın “VAZ-2107” markali avtomobilin qabaq sağ hissəsi ilə “MTZ-82.1” markalı traktorun qabaq oxunun orta tərəfində yerləşən tarazlığı saxlayan hissənin sol tərəfi arasında təxminən 20-25 dərəcə bucaq altında baş verməsi ilə bağlıdır. Iş materiallarına əlavə edilmiş sübutlara, xüsusən də fotoşəkillərə istinadən apellyasiya məhkəməsi müəyyən etmişdir ki, hadisə nəticəsində “VAZ-2107” markalı avtomobilin qarşı hissəsini hər hansısa maneədən qoruyan qoruyucu bufer hissəsi 2 hissədən, yəni ön dəmir qoruyucu və onun səthini örtmuş qara rəngli materialdan, o cümlədən sağ və sol tərəflərdən həmin buferin yan qoruyucularından ibarət olmuşdur. Yol-nəqliyyat hadisəsində iştirak etmiş “VAZ-2107” markalı avtomobil və “MTZ-82.1” markalı traktor 20-25 dərəcə bucaq altında toqquşması zamanı onlar qarşı-qarşıya gəlməli idilər. Lakin, “VAZ-2107” markalı avtomobildə olan deformasiya həmin avtomobilin ön hissəsində olmamış, həmin avtomobilin üzərində olan **-EC-*** nömrəli dövlət qeydiyyat nişanından da aydın şəkildə oxunmaqla, onun üzərində “MTZ- 82.1” markalı traktorla qarşıdan toqquşma zamanı alına biləcək deformasiyanın olmadığı açıqaşkar görünür. Həmçinin, iş üzrə dindirilmiş təqsirləndirilən şəxs ilə yanaşı, hadisəni birbaşa müşahidə etmiş şahidlər Şahid, M.Xasməmmədov, E.Seyidov, A.Daşdəmirov da ifadələrində Bəraət almış şəxs idarə etdiyi traktorun öz yolunda hərəkət etdiyini, qarşı hərəkət zolağına çıxmadığını, Vaz 2107 markalı avtomobilin idarə etməni itirərək sağ yan tərəfdən traktora çırpıldığını təsdiq etmişlər. Yəni, cinayət işi üzrə dindirilmiş şahidlərdən bir nəfər də olsun avtomobillərin qarşıqarşıya toqquşduğunu, hadisədən əvvəl Bəraət almış şəxs idarə etdiyi traktorun əks istiqamətli hərəkət yoluna daxil olduğunu deməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizalarından ##.##.2025-ci il tarixli, */**** nömrəli və ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyinin hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizim üzrə baş verməsi şəraitində gəldiyi nəticəni mötəbər hesab etmiş, digər məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizalarına dair ekspert rəylərini isə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün mötəbər hesab etməmişdir. Hadisə yerinin yaxınlığında sərt döngənin olmasının tərtib edilmiş sxemdə göstərilməməsinin Bəraət almış şəxs qarşı hərəkət zolağına çıxması faktını istisna etməməsi, bu halı Bəraət almış şəxs məsuliyyətdən azad edən hal kimi qiymətləndirməkdə apellyasiya məhkəməsinin haqlı olmaması barədə protestin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hadisə yerinin yaxınlığında sərt döngənin olması özlüyündə Bəraət almış şəxs qarşı hərəkət zolağına çıxmasını istisna etmir. Lakin məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla Bəraət almış şəxs idarə etdiyi traktorun sol hissəsinin qarşı hərəkət zolağına çıxması mötəbər sübutlarla təsdiq olunmamışdır. Digər tərəfdən, məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla Vaz 2107 markalı avtomobilin asfalt örtüyü yaş olan yolda yüksək sürətlə hərəkət edərək sərt döngəyə daxil olması və döngədən çıxdıqdan dərhal sonra idarə etməni itirərək qarşı zolaqda hərəkət edən traktorla toqquşması müəyyən olunmuşdur. Yəni, Vaz 2107 markalı avtomobilin sürücüsü idarə etməni düz yolda deyil, hadisə yerinin yaxınlığında olan sərt döngədən çıxdıqdan dərhal sonra itirmiş, sürücünün idarə etməni itirməsində yüksək sürət və asfalt örtüyünün yaş olması ilə yanaşı həm də bu fakt rol oynadığından hadisə yerinin yaxınlığında Vaz 2107 markalı avtomobilin hərəkət istiqamətində sərt döngənin olmasının hadisə yerinin sxemində qeyd edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Apellyasiya məhkəməsi də bu mövqedən çıxış edərək əsaslı olaraq hadisə yerinin sxemində yaxınlıqda olan sərt döngənin qeyd edilməməsinə iradını bildirmiş, protestdə iddia edildiyi kimi bu halı müstəsna olaraq Bəraət almış şəxs məsuliyyətdən azad edən hal kimi dəyərləndirməmişdir. Təsvir edilən halların, cinayət təqibi orqanının təqdim etdiyi sübutlar bazasına, ittihama yaranan ciddi şübhələrin fonunda apellyasiya məhkəməsi CM-in 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Bəraət almış şəxs təqsirliliyinin sübuta yetirilməsi barədə mötəbər və yekun nəticəyə gəlmək üçün sübutların kifayət etmədiyini hesab etmiş, ittiham tərəfi isə məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları üzərində qurulmuş nəticəni təkzib edə, mövcud şübhələri aradan qaldıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin təqdim olunmuş sübutlarla Bəraət almış şəxs təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, artıq yuxarıda istinad olunduğu kimi, CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayətprosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Insan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “Insan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərə dair qəbul etdiyi qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə ## #### 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ## ###### 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Müdafiə tərəfinin yuxarıda təsvir edilən xüsusatlar barədə ifadəsində verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya məhkəməsinin ona CM-in 263.2-ci maddəsi ilə bəraət verməsi, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısının, protestin təmin edilməməsi barədə bəraət almış şəxsin və onun müdafiəçilərinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bəraət almış şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-nin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ####### tarixli, *(***)-*/**** nömrəli hökmü verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya protesti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Bəraət almış şəxs barəsində olan 2025-ci il ## ####### tarixli *(***)-*/**** nömrəli hökmü verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-8/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-8/2026
10.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver