Məhkəmə qərarları › İş №1(1-8)-80/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-80/2026

29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-80/2026 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X8 və məhkumun müdafiəçisi müdafiəçi3 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-*/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ##.##.1976-cı il tarixdə Beyləqan rayonunda anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, olunmamış, ali təhsilli, Azərbaycan məhkum Respublikası Mədəniyyət Nazirliyinin X9 Idarəsində məsləhətçi vəzifəsində işləməklə həmin regional idarənin rəis müavini vəzifəsini icra etmiş, Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 32.5,311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 308.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 311.3.1, 311.3.2, 311.3.3 və 32.5, 311.3.3-cü maddələri ilə barəsində CM-in 46.2-cı maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanılmaqla, ona qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində CM-in 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzasının şərti hesab edilməklə ona 2 (iki) il sınaq müddətinin müəyyən edilməsi, təyin edilmiş sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalından azad edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələrinin qoyulması, davranışı üzərində nəzarətin Bakı şəhər Binəqədi rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Həmin hökmlə digər təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi, təqsirləndirilən şəxs Məhkum və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayətləri və dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X12 (sədrlik edən), X1 və X3 ibarət tərkibdə) 2025-ci il # ###### tarixli, *(***)-*/**** nömrəli qərarı ilə məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, müdafiəçilər müdafiəçi4 və müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, hökm müdafiəçilər tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-in 32.4, 312.1-ci maddəsi təqsirli bilinib məhkum edilməsi, həmçinin təqsirləndirilən şəxslərə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilmiş, hökmdən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası CM-in 32.4, 312.1-ci maddəsi (bu maddə əsasında irəli sürülmüş ittiham) və həmin maddə üzrə onlara cəza təyin edilməsi, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, hökmlə təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 178.2.1 və 178.2.3-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını, təqsirli bilindiyi CM-in 308.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasını və təqsirli bilindiyi CM-in 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirləndirilən şəxs2 əlavə cəza olaraq təyin edilmiş 3 (üç) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilmiş, hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təqsirli bilindiyi CM-in 311.3.1, 311.3.2, 311.3.3 və 32.5,311.3.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CMin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum # #### 2022-ci il tarixdən ## ##### 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 10 (on) ay 8 (səkkiz) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bərabər hesablanmaqla ona təyin olunmuş əsas cəza olan 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum əlavə cəza olaraq təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilmiş, Məhkum barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal həbsə alınmış, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin həmin gündən, yəni # ###### 2025-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm və qərar icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması, hökmlə təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 178.2.1 və 178.2.3-cü maddələriilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təqsirli bilindiyi CM-in 32.5,311.3.1, 32.5,311.3.2 və 32.5,311.3.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM in 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaq yolu ilə (əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə) ona qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirləndirilən şəxs1 hökmlə əlavə cəza olaraq təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-*/**** nömrəli qərarından məhkum təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (Hakimlər X14 (sədrlik edən), X2 və X4 ibarət tərkibdə) 2025-ci il ## ####### tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qərar təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-*/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ##### tarixli iclasına təyin edilmişdir. Işə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum Məhkum məhkəməyə yazılı ərizə təqdim edərək kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə məhkum Məhkum ərizəsini nəzərə alaraq, dövlət ittihamçısının və müdafiəçinin bu məsələyə münasibətini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-*/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkumun müraciətinə əsasən geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar