Məhkəmə qərarları › İş №1(1-8)-845/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-845/2026

18.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-845/2026 18.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Ilkin Qismət oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, X1 Səfa qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ### tarixli *(*-*)- ***/**** nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona böhtan ataraq şahid qismində ifadə verərək bildirmişdir ki, guya müqavilə bağlananda iştirak etmişdir, müqavilə məbləğini Bakı şəhəri Nərimanov rayonu ərazisində vermiş və müqavilənin 4-cü bəndindəki razılaşma predmetini təhrif edərək vədə çevirmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2026-cı il ## ##### tarixli *(*-**)-**/**** nömrəli qərarı ilə (hakim A.M.Əliyeva) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilmişdir. Həmin qərardan Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ### tarixli *(*-*)-***/**** nömrəli qərarı ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən), Q.X.Babayev və Z.V.Ibrahimov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2026-cı il ## ##### tarixli *(*- **)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ### tarixli *(*-*)- ***/**** nömrəli qərarından Xüsusi ittihamçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə hazırlıq iclasında yanlış (formal) nəticəyə gələrək, şikayətin icraata qəbul edilməsindən əsassız olaraq imtina etməklə bağlı qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi də öz növbəsində həmin qərardan verilmiş olan apellyasiya şikayətini təmin etməyərək, mübahisələndirilən qərarı dəyişdirilmədən saxlamışdır. Məhkəmə şikayətin forma və məzmununa istinad edərək şikayəti icraata qəbul etməkdən imtina edilməsi barədə qərar çıxarmışdır. Şikayət müəllifi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ### tarixli *(*-*)-***/**** nömrəli qərarının ləğv edilməsi, xüsusi ittiham qaydasında şikayətin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı kassasiya şikayətində məhkəmələrin xüsusi ittiham qaydasında şikayət üzrə icraata aid cinayət-prosessual normaların tətbiqi üzrə hüquqi mövqeyini mübahisələndirdiyindən, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 302.1-ci maddəsi məhkəmənin hazırlıq iclasının nəticələrinə görə digər hallarla yanaşı aşağıdakı hallar olduqda da xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini tələb edir: _şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə (CPM, maddə 302.1.2); _şikayətin məzmunu Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (302.1.3); _cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə (302.1.4); _cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda (302.1.6); _şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (302.1.7); _şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzürlü səbəb olmadan təkrarən gəlmədikdə (302.1.8). Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə görə həmin (CPM-in 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində göstərilən) hallar olduqda, məhkəmə hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Təsvir olunan normalarla müqayisə etməklə apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarına baxdıqda müəyyən olunur ki, məhkəmələrin xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərarı əsaslıdır və yuxarıda gətirilən cinayət-prosessual qaydaların tələblərinə cavab verir. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib olunmamışdır. Belə ki, Xüsusi ittihamçı törədilməsi ehtimal olunan cinayətin məhz harada, nə vaxt və necə törədildiyinə dair sübut təqdim etməmişdir. Bundan əlavə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə CM-in 147.1ci maddəsində nəzərdə tutulmuş əlamətlər də olmamışdır. Kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq həmin hallar cinayətprosessual qanunda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsinin əsası kimi birbaşa göstərildiyindən, formal, yəni xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışını istisna etməyən hal kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmələrin Azərbaycan Respublikası CPM-in 302.1, 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinə istinad etməklə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətini icraatına qəbul etməkdən imtina etməsi kollegiya tərəfindən əsaslı, cinayət və cinayətprosessual normaların tələbləri baxımından qanuni nəticə kimi qəbul edilir. Qeyd olunanlar ona dəlalət edir ki, birinci instansiya məhkəməsinin Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti icraata qəbul etməkdən imtina etməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu qərarı dəyişdirilmədən saxlaması ilə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Bu isə onu göstərir ki, Xüsusi ittihamçı kassasiya şikayətinə baxılması nəticəsində mübahisələndirilən məhkəmə qərarı ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, Xüsusi ittihamçı kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ### tarixli *(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair material üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ### tarixli *(*- *)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar