Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-85/2026 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X8, məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi2 iştirakları ilə, ## #### 1966-cı ildə Bərdə rayonu, Dəymədağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, taksi fəaliyyəti ilə məşğul olmuş, x9 kəndində qeydiyyatda olmuş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli # ####### 2025-ci il tarixli hökmü ilə (hakim S.Məmmədli) Məhkum - Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının # ##### 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin hökmündən məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər İ.A.Ibrahimli (sədrlik edən), A.F.Ibrahimov və T.N.Mahmudova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı ilə (hakim E.M.Fətəliyev) “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən Məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Işin halları: Məhkəmə aktlarına əsasən Məhkum qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib üzərində saxlamaqla gəzdirmişdir. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı, natamam döyüş sursatı F-1 tipli əl qumbarasının gövdəsi, 1 ədəd F-1, RQD-5, RQ-42 qumbaralarının partladıcısı olan “UZRQM” tipli partlayıcı, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə edilən, tamlığı pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlı, komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatını əldə edərək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşən evində saxlamış, idarə etdiyi «Opel Corsa» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində gəzdirmiş, Sabunçu RPI-nin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində # ##### 2025-ci il tarixdə saat 12:20-də ünvan 1 ünvanın qarşısında saxlanılıb idarə etdiyi «Opel Corsa» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə axtarış keçirilərkən, avtomobilin yük hissəsindən qara rəngli idman çantasının içərisində 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı, natamam döyüş sursatı F-1 tipli əl qumbarasının gövdəsi, 1 ədəd F-1, RQD-5, RQ-42 qumbaralarının partladıcısı olan “UZRQM” tipli partlayıcı, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə edilən, tamlığının pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlı, komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatı aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işin faktiki halları baxımından cinayət işinin materiallarından görünür ki, ## #### 2025-ci ildən # ##### 2025-ci il tarixinə keçən gecə saatlarında Məhkum taksi fəaliyyətindən qayıdıb kirayədə yaşadığı mənzilə gələrkən, evdə ona məxsus olan əşyaların dağıdıldığını, mənzilin qapı-pəncərələrinin fiziki zorakılığa məruz qaldığını (sındırıldığını), mənzilə kənar şəxslərin daxil olduğunu, mənzildə qalmış istifadə etmədiyi, lakin işlək vəziyyətdə olan Samsung markalı mobil telefonunun və 400 ABŞ dollarının oğurlandığını aşkar edir. Vaxt çox gec olduğundan Məhkum istifadəsində olan başqa telefonla evin sahibinə səsli mesaj göndərir, gizlətdiyi 400 ABŞ dollarını sonradan dağıdılmış əşyaların içərisində tapsa da, evdə qoyduğu Samsung markalı üzərində 077-307- 03-97 nömrə olan telefonu isə tapa bilmir. Gecə saatları olduğundan, Məhkum bir az yatmaq, səhər tezdən isə ev sahibi ilə bu məsələni müzakirə etmək qərarına gəlir və yatır. # ##### 2025-ci il tarixində saat təqribən 11:00 radələrində yatdığı evin qapısı möhkəm döyülür, yuxudan oyanıb qapını açarkən, mülki geyimli şəxslərin hücumuna məruz qalır. Mülki geyimli şəxslər zorakı hərəkətlərlə mənzilə daxil olur, onlardan biri mənzildə olan otaqdakı stolun üstündəki Məhkum məxsus avtomobilin açarını götürmüş, həmin şəxslərin önündə gələn, sonradan adını və vəzifəsini bildiyi 13-cü Polis Şöbəsinin rəisi Anar Süleymanov isə özləri ilə gətirdikləri və Məhkum "Ağa" kimi təqdim etdikləri şəxsi göstərərək, həmin şəxsin Elmirin yaşadığı evdən telefon oğurluğu etdiyini bildirir. Yəni ilk baxışdan belə təəssürat yaranır ki, mülki geyimli şəxslərin mənzilə daxil olmalarında məqsəd evdən oğurluq etmiş şəxsin tutulması, oğurlanmış telefonun Məhkum təqdim edilərək, cinayət törədən şəxsin ifşa olunması olmuşdur. Lakin 13-cü Polis Şöbəsinin rəisi X4 Sadıqova telefon oğrusu "Ağa" adlı şəxsi göstərib telefonun Məhkum məxsus olmasına dair sonuncudan təsdiqləyici cavab aldıqdan sonra, telefonun yaddaşına köçürülmüş (çəkilmiş) əl qumbarasının şəklini Məhkum göstərərək, bunun nə olduğunu soruşur və Məhkum əl qumbarası saxlamaqda şübhəli şəxs kimi tutub 13-cü Polis Şöbəsinə aparırlar. Məhkum qanuni istifadəsində olan Opel markalı **- XT-*** dövlət qeydiyyat nişanlı avtomobil də evdən götürülmüş açardan istifadə olunmaqla paralel olaraq, polis əməkdaşı şahid1 idarəçiliyi ilə 13-cü Polis Şöbəsinin inzibati binasının həyətinə aparılır. Avtomobil və Məhkum 2 gün 13-cü Polis Şöbəsində (1 apreldən 2 aprelə keçən gün ərzində) və Sabunçu RPI-nin MSY(2-3 aprel tarixlərində) saxlanılır. Bu müddət ərzində Məhkum psixi təzyiqlər göstərilir, xəstə qardaşı Əlövsət Sadıqlı (Tural Sadıqlının atası) ilə bağlı problemlər yaradacaqları ilə təhdid olunur və telefonda göstərdikləri əl qumbarasının ona məxsus olmasına dair etirafedici ifadələr verməyə məcbur edilir. Etirafedici ifadələr verməyə razılığı alındıqdan sonra, # ##### 2025-ci il tarixində saat təqribən 16:00 radələrində Məhkum və onun avtomobili yenidən yaşadığı ünvana gətirilir və orada avtomobilin yük yerində əl qumbarasının tapılmasına dair videoçəkiliş aparılır. Digər pozuntuların bir qismini də Ali məhkəmənin diqqətinə çatdırır: a) avtomobildə axtarış aparılarkən həddi-büluğa çatmış ailə üzvlərinin dairəsi müəyyən edilməmiş,belə şəxslər mövcud olduğu halda onların iştirakı təmin edilməmişdir (CPM-nin 244.4-cı maddəsinin pozuntusu) b) evdən avtomobilin açarı, avtomobildən isə götürülmüş əşyalar yalnız əl qumbarası ilə məhdudlaşmasa da,digər əşyaların (hərbi bilet, məcburi köçkün vəsiqəsi və s.) həmin əşyaların götürülməsi rəsmiləşdirilməmişdir (CPM-nin 245.8. maddəsinin pozuntusu). c) Məhkum üzərinə və avtomobilinə keçirilən baxış eyni protokolla rəsmiləşdirilmişdir. Müəyyən etmək olmur ki, avtomobildə axtarış keçirilməzdən əvvəl Məhkum harada yaxalanır, avtomobilin açarını çəkilişdə iştirak edən şəxslərə kim verir, avtomobilin saxlanma yerini kim göstərir, niyə saxlanıldığı yerdə yox, kənarda baxış keçirilir, avtomobilin yük yerini kim açır, əl qumbarasının harada və nəyin içərisində olmasına dair əvvəlcədən onun izahatı (ifadəsi) niyə alınmır? Məhkəmə araşdırmaları zamanı şahid qismində ifadə vermiş polis əməkdaşları bildirdilər ki, avtomobilin tək yük yerində yox, salonunda və salonda yerləşən saxlanc yerlərində də axtarış aparıblar. Bütün bu hərəkətlər onu deməyə bir daha əsaslar yardır ki, məhkəmənin qərarı olmadan avtomobildə axtarış aparılmışdır. Məhkum ibtidai istintaq dövrünün ilk iki günündə verdiyi ilkin ifadələrdən dərhal imtina etsə də, istintaq işin tam, hərtərəfli və obyektiv araşdırılması ilə bağlı verilmiş vəsatətlərin təmin olunmasında maraqlı olmamışdır. Bununla da, ittiham tərəfi Avropa Insan Hüquqları Konvensiyasının 6-cı, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və CPM-nin 8-ci maddələrinin tələblərini pozmuşlar. Əməliyyat-axtarış tədbirinin qanuniliyini yoxlayan məhkəmə "Əməliyyat axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş əməliyyatqeydiyyat işini öyrənmədən, yuxarıda göstərilən kobud qanun pozuntularını nəzərə almadan, mülki geyimli şəxslərin Məhkum yaşadığı mənzilə basqın edərək, onun mənzil toxunulmazığının pozulduğuna, məhkəmənin qərarı olmadan avtomobilində keçirilmiş axtarışa əhəmiyyət vermədən, həmin qərarı və hərəkətləri qanuni hesab etmişdir (ƏAF haqqında qanunun və CPM-nin 137-ci maddəsinin pozuntusu). Cinayət işinin materialları ilə müəyyən edilir ki, ibtidai istintaq dövründə Məhkum əl qumbarasını hansı məqsəd üçün əldə etməsi məqsədini formalaşdırmaq üçün və onu daha ağır cinayətdə ittiham etmək üçün müstəntiq Məhəmmədəli Cümşüdov əlavə şahidlər axtarmış, Məhkum həmyerliləri X6, X3 və X5 dindirərək,əl qumbarasının guya onların həyatına qəsd etmək məqsədi üçün alındığı görünüşünü yaratmağa cəhdlər etmişdir. Məhkəmə araşdırmaları zamanı da Məhkum müdafiə hüquqlarının pozuntuları davam etmiş və araşdırma nəticəsində cinayət xarakterli digər pozuntular da aşkar edilmişdir. Həqiqətən də, # ##### 2025-ci il tarixində mülki geyimli şəxslər Məhkum yaşadığı mənzilə basqın etmişlər. Məhkum məhkəmədə verdiyi ifadəsində bildirdi ki, onun əl qumbarasına heç bir aidiyyatı yoxdur, basqının və avtomobilindən əl qumbarasının "aşkar edilməsinin" səbəbi onun evində və yaxud avtomobilində silah saxlaması ilə yox, "Azad söz" internet televiziya kanalının təsisçisi və aparıcısı, qardaşı oğlu Tural Sadıqlının sosial şəbəkələrdəki hakimiyyətə münasibətdə tənqidi çıxışları ilə bağlı olmuşdur. Mülki geyimli şəxslərin ## ##### 2025-ci il tarixində mənzilə zorla daxil olmaları basqın xarakteri daşımış, hər hansı hüquqi əsaslar mövcud olmamışdır. Məhkum ifadəsində ona verilən suallara cavabda bildirmişdir ki, ## ##### 2025-ci il tarixində şübhəli şəxs kimi tutulub özü və avtomobili ** saylı PŞ-nə gətitilmiş,iki gündən sonra isə yenidən müvəqqəti yaşadığı ünvana aparılaraq, orada avtomobilindən əl qumbarası aşkar edilmişdir. 1 apreldə tutularkən avtomobilində axtarış aparılması üçün hər hansı maneə mövcud olmamışdır. Iki gün ərzində avtomobili və özü 13-cü PŞ-nin Sərəncamında qaldıqdan sonra, səhnələşdirilmiş istintaq hərəkəti aparılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş diskin texniki məlumatlarından görünür ki, çəkiliş ## ##### 2025-ci il tarixində yox, # ##### 2025-ci ildə aparılmışdır. Işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün əl qumbarasının istehsal tarixinin müəyyən edilməsinə, (həqiqətən birinci Qarabağ müharibəsi dövrünə aiddir, yoxsa sonrakı dövrlərə), 2) daktiloskopik ekspertizanın keçirilməsinə, 3) Məhkum məxsus oğurlanmış və götürülməsi cinayət işinin materiallarında əks olunmamış, lakin oğurlanmış telefonun üzərində olmuş 077-307-03-97 nömrəyə daxil olmuş və çıxmış məlumatlar ibtidai istintaq dövründə yoxlanılsa da(nömrə müstəntiqin əlinə haradan keçib, məlum deyil),məhkəmə araşdırılması zamanı həmin telefonun anten dairəsinin müəyyən edilməsinə dair verdiyim vəsatət təmin edilməmişdir. Telefonun anten məlumatları müəyyən edilsəydi, bəlli olardı ki, həqiqətiən həmin telefon # ##### 2025-ci ildə gecə saatlarında Məhkum yaşadığı ünvandan oğurlanmış və oğurlandıqdan sonra polis əməkdaşlarının əlində olmuşdur. Məntiqlə belə çıxır ki, Məhkum tutulmamışdan əvvəl onun yaşadığı mənzilə daxil olan və köhnə telefonunu evdən oğurlayan elə polislərin özləri olubdur. "Ağa" adlı şəxsin telefon oğrusu kimi təqdim edilməsində məqsəd həmin telefonun X1 məxsus olmasmı təsdiq etdirmək olmuşdur ki, sonradan telefondan aşkar edilən qumbara şəklinə görə, onu 13-cü PŞ-nə gətirmək əsaslı sayılsın. Yəni köhnə telefon olmayan cinayət əməlinin səhnələşdirilməsində və Məhkum qanunsuz həbsində alət kimi 13-cü Polis Şöbəsinin rəisi Anar Süleymanov tərəfindən istifadə olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009-cu il, Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “X7rşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Iş materiallarında olan təqsirləndirilən şəxs Məhkum məhkəməyədək icraat zamanı verdiyi ifadəsində İ Qarabağ Müharibəsinin iştirakçısı olduğunu, döyüş ərazisində düşmənlərdən qalmış 1 ədəd səs boğucu, 1 ədəd əl qumbarası alışdırıcısı ilə birlikdə tapıb özündə saxladığını, hərbidən təxris olunduqdan sonra 1 ədəd səs boğucu, 1 ədəd əl qumbarası partladıcı ilə birlikdə Bakı şəhərində Yasamal rayonu ərazisində həmin vaxtı kirayədə yaşadığı evin yaxınlığında insanların gediş-gəlişi olmayan bir ərazidə torpaqlıqda basdırıb gizlətdiyini, bu barədə heç kimə demədiyini, 2018-ci ildə cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra gedib həmin ünvandan torpaqlıqdan qazıb 1 ədəd səs boğucu, 1 ədəd əl qumbarasını partladıcı ilə birlikdə götürüb yaşadığı evdə, sonradan isə özünə məxsus qara rəngli idman çantasının içərisinə qoyub idarə etdiyi avtomobilin yük hissəsində gizlədib daşıyıb saxladığını, # ##### 2025-ci il tarixdə saat 12:20də ünvan 1 ünvanda olan zaman ona polis əməkdaşları yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edib, saxlayıb, daşıyıb gəzdirməsi barədə əməliyyat yolu ilə məlumat əldə etdiklərini bildirib, məlumatın yoxlanıması məqsədi ilə üzərində və idarə etdiyi avtomobildə axtarış keçiriləcəyini dediklərini, artıq polis əməkdaşlarından yayına bilməyəcəyini başa düşüb etiraz etmədiyini, polis əməkdaşları birinci onun üzərinə axtarış keçirdiklərini, üzərindən qanunla gəzdirməsi, saxlanılması qadağan olunan hər hansı bir əşya və ya predmet aşkar edilmədiyini, üzərindən yalnız 1 ədəd özünə məxsus «Samsung» markalı mobil telefon aşkar edildiyini, polis əməkdaşları ondan avtomobilində qanunla saxlanılması, daşınması qadağan edilən hər hansı bir əşya və ya predmetin olub-olmadığını soruşub, müsbət təqdirdə təqdim etməyi təklif etdikləri üçün idarə etdiyi «Opel Corsa» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən qara rəngli idman çantasının içərisində saxlayıb daşıdığını, özünə məxsus 1 ədəd əl qumbarasını partladıcı ilə birlikdə çıxarıb polis əməkdaşlarına təqdim etdiyini, əl qumbarası partladıcı ilə birlikdə və 1 ədəd üzərindən aşkar edilmiş mobil telefon polis əməkdaşları tərəfindən götürüldüyünü, bundan sonra polis əməkdaşlarının təklifi ilə birlikdə Sabunçu RPI-nin 13-cü PŞ-yə getdiyini, polis şöbəsində barəsində toplanmış materiallar üzrə araşdırmanın aparılması təhqiqatçı Ilqar Əsədova həvalə edildiyini, təhqiqatçı onu xidməti otaqların birində qəbul edib, saxlanılıb şöbəyə gətirilməsinin səbəbini, hüquq və vəzifələrini tam ətraflı izah edib, dövlət hesabına vəkil ilə təmin olunacağını bildirib, vəkil seçmək üçün ona vəkillərin siyahısını təqdim etdiyini, onun vəkillərin siyahısını nəzərdən keçirib vəkil müdafiəçi1 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini dediyini və bununla bağlı ərizə yazdığını, vəkil dəvət olunub, ona təqdim olunduğunu, vəkilin iştirakı ilə ona təhqiqatçı tərəfindən təkrar hüquq və vəzifələri izah olunduğunu, daha sonra təhqiqatçı tərəfindən idarə etdiyi avtomobilin yük hissəsində olan qara rəngli idman çantasından aşkar edilib götürülmüş 1 ədəd əl qumbarası ilə partladıcıya onun, vəkilin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı o, səmimi olaraq etiraf edib həmin qumbara partladıcı ilə birlikdə ona məxsus olduğunu, 1-ci Qarabağ müharibəsində iştirak edən zaman döyüş ərazisindən tapıb üzərində saxlayıb daşıdığını, qeyd olunanlarla bağlı tərtib olunmuş protokollarla tanış olub, protokola əlavə və düzəlişi olmadığı üçün doğruluğunu imzası ilə təsdiq etdiyini, əl qumbarasını partladıcı ilə birlikdə 1ci Qarabağ müharibəsindən döyüşlərdən yadigar kimi özündə saxladığını, səs boğucunu isə təxminən 1-2 il bundan əvvəl dənizə atdığını, həmin ünvanı dəqiq xatırlamadığını, saxlanılan zaman və 13-cü PŞ-də olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmadığını qeyd etmişdir. Məhkəmə qərarlarında istinad edilmiş şübhəli şəxsin üzərinə və avtomaşınına baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Məhkum partlayıcı qurğunun (əl qumbarası) qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı sonuncu # ##### 2025-ci il tarixdə saat 12:20 dəqiqədə ünvan 2 ünvanın qarşısında idarə etdiyi Opel markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmışdır. Məhkum hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Məhkum paltarlarında, əşyalarında və ya idarə etdiyi avtomobildə ehtimal edilən partlayıcı qurğunun (əl qumbarası) qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Məhkum idarə etdiyi Opel markalı, 99- XT-715 dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində partlayıcı qurğu (əl qumbarası) olduğunu bildirdi, baxış zamanı avtomobilin yük hissəsində olan qara rəngli idman çantasının içərisində 1 ədəd əl qumbarasını alışdırıcısı ilə birlikdə təqdim etmişdir. Baxış ünvan 2 ünvanın yaxınlığında keçirilmişdir. Baxış zamanı “Samsung SA23” markalı videokamera vasitəsi ilə 13-cü PŞ-nin baş əməliyyat müvəkkili, R şahid1 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Sabunçu RPI-nin 13-cü PŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokola 1 ədəd DVD disk əlavə olunmuşdur. Işdə olan təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPI-nin 13-cü PŞ-nin təhqiqatçısı, R X2 tərəfindən 13cü PŞ-nin əməkdaşlarının və vəkilin iştirakı ilə Məhkum qanunsuz olaraq əl qumbarası əldə edərək saxlama və daşımaqda şübhəli olduğundan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Abışov küçəsi, 8 ünvanda saxlanılaraq ona məxsus “Opel” markalı, **-XT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük hissəsində olan qara rəngli idman çantasının içərisindən aşkar olunmuş 1 ədəd əl qumbarasına alışdırıcısı ilə birlikdə baxış keçirilmiş, sonra paket yenidən qablaşdırılıb möhürlənmişdir. Baxış zamanı “Samsung ” markalı mobil telefon vasitəsi ilə 13-cü PŞ-nin baş əməliyyat müvəkkili, R şahid1 tərəfindən video çəkiliş aparılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı diskə köçürülmüş video görüntüyə baxış keçirilmiş və həmin video görüntü “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında ##.##.2025-ci il tarixli protokola uyğun olmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DIN-in Kriminalistik Tədqiqatlar Idarəsinin məhkəmə-partlayış texniki ekspertizasının ##.##.2025-ci il tarixli, **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 1 ədəd əşya “UZRQM” tipli partladıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partladıcısıdır, Həmin 1 ədəd əl qumbarasının gövdəsi ilə 01 ədəd “UZRQM” tipli alışdırıcı partladıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatıdır. MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlıdır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ### 2005-ci il tarixli * nömrəli qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 228.1-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkum Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)- ****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-85/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-85/2026
06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver