Məhkəmə qərarları › İş №1(1-8)-89/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-89/2026

19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(1-8)-89/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyası hakimlәr Yusifov Şahin Yaşar oğlu (sәdrlik edәn vә mәruzәçi), Novruzov Əlәsgәr Əli Iskәndәr oğlu vә Abdulov Rәşad Mәhәrrәm oğlundan ibarәt tәrkibdә, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilә, dövlәt ittihamçısı – Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin kassasiya instansiyası mәhkәmәsindә dövlәt ittihamının müdafiәsi vә analitik tәhlil şöbәsinin böyük prokuroru Imranov Hafiz Beykәs oğlunun, zәrәr çәkmiş şәxs vә mülki iddiaçı zәrәrçәkmiş şәxs2 oğlunun, zәrәr çәkmiş şәxs zәrәrçәkmiş şәxs3, mәhkum olunmuş şәxs Mәhkum vә onun müdafiәçisi Nәzәrli Gülnar Adil qızının iştirakları ilә Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin # ####### 2025-ci il tarixli hökmü ilә Mәhkum Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra mәtndә CM-in) 179.3.2-ci maddәsi ilә tәqsirli bilinәrәk mәhkum olunmasına dair cinayәt işi üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2025-ci il tarixli qәrarından mәhkum Mәhkum müdafiәçisi G.A.Nәzәrli vә zәrәr çәkmiş şәxs vә mülki iddiaçı zәrәrçәkmiş şәxs2 tәrәfindәn verilmiş kassasiya şikayәtlәrinә әsasәn işә baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin # ####### 2025-ci il tarixli hökmü ilә (hakimlәr Kәrimova Mahirә Nәzәr qızı (sәdrlik edәn vә mәruzәçi), Mәmmәdov Fәxri Afiq oğlu vә Sadıqov Anar Böyükkişi oğlundan ibarәt tәrkibdә) Məhkum, ## ###### 1993-cü il tarixdə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Mərkəzi Univermaq” ticarət mərkəzində satıcı vəzifəsində işləmiş əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 179.3.2-ci maddәsi ilә tәqsirli bilinәrәk cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәklә 5 (beş) il müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmişdir. Hökmlә hәmçinin zәrәr çәkmiş şәxs – mülki iddiaçı zәrәrçәkmiş şәxs2 mülki iddiasının qismәn tәmin edilәrәk mülki cavabdeh Mәhkum vurulmuş maddi zәrәrin әvәzi olaraq 9.647,7 manat (doqquz min altı yüz qırx yeddi manat yetmiş qәpik) manat vә dövlәt rüsumunun ödәnilmәsinә görә 117 (yüz on yeddi) manat, ümumilikdә 9.764,7 (doqquz min yeddi yüz altmış dörd manat yetmiş qәpik) manat mәblәğindә pul vәsaitinin tutulub mülki iddiaçı zәrәrçәkmiş şәxs2 ödәnilmәsi, iddia tәlәbi üzrә ödәnilmiş dövlәt rüsumunun 48 (qırx sәkkiz) manat mәblәğindә hissәsinin mülki iddiaçıya adi edilmәsi qәrara alınmış, hәmçinin zәrәr çәkmiş şәxs zәrәrçәkmiş şәxs3 mülki mühakimә icraatı qaydasında mülki iddia vermәk hüququ izah olunmuşdur. Işin halları: Birinci instansiya mәhkәmәsinin hökmünә әsasәn, Mәhkum tәkrarәn ona etibar edilmiş özgәnin әmlakını talamaqla әlә keçirib zәrәrçәkmiş şәxslәrә xeyli vә külli miqdarda ziyan vurmaqla mәnimsәmişdir. Belә ki, o, tamah niyyәti ilә zәrәrçәkmiş şәxs3 tәrәfindәn 2022-ci ilin iyun ayının ortalarında istintaqla müәyyәn edilmәsi mümkün olmayan tarixdә vә saatda Bakı şәhәri, Sәbail rayonu, Azәrbaycan prospekti 10 ünvanında fәaliyyәt göstәrәn “Mәrkәzi Univermaq” ticarәt mәrkәzindә ona etibar edilmiş 750 әyarlı 54.5 qram, 585 әyarlı 1069 qram olmaqla ümumillikdә 79462,5 manat dәyәrindә qızıl-zinәt әşyalarını satışını hәyata keçirmәk adı ilә tәhvil alıb ## ### 2023-cü il tarixdә ünvan 2 ünvanında yerlәşәn “xxxx” MMC adı ilә fәaliyyәt göstәrәn lombarda vә ## #### 2023-cü il tarixdә ünvan 3 ünvanında yerlәşәn “xxxx” ASC-in “Mәrkәz” filialına girov qoyaraq müvafiq mәblәğdә pul vәsaiti götürüb öz şәxsi mәqsәdlәri üçün istifadә etmәklә 79462,50 manat dәyәrindә qızıl-zinәt әşyalarını talayıb әlә keçirәrәk ona etibar edilmiş külli miqdarda yәni, 79462,50 manat dәyәrindә qızıl-zinәt әşyalarını mәnimsәmişdir. Bundan başqa, o, tәkrarәn tamah niyyәti ilә zәrәrçәkmiş şәxs1 tәrәfindәn ## ###### 2023-cü il tarixdә Bakı şәhәri, Sәbail rayonu, Azәrbaycan prospekti 10 ünvanında fәaliyyәt göstәrәn “Mәrkәzi Univermaq” ticarәt mәrkәzindә ona etibar edilmiş 750 әyarlı 14.9 qram, 585 әyarlı 116 qram olmaqla ümumillikdә 10377,30 manat dәyәrindә qızıl-zinәt әşyalarını satışını hәyata keçirmәk adı ilә tәhvil alıb ## ### 2023-cü il tarixdә ünvan 2 ünvanında yerlәşәn “xxxx” MMC adı ilә fәaliyyәt göstәrәn lombarda vә ## #### 2023-cü il tarixdә ünvan 3 ünvanında yerlәşәn “xxxx” ASC-in “Mәrkәz” filialına girov qoyaraq müvafiq mәblәğdә pul vәsaiti götürüb öz şәxsi mәqsәdlәri üçün istifadә etmәklә 10377,30 manat dәyәrindә qızıl-zinәt әşyalarını talayıb әlә keçirәrәk ona etibar edilmiş xeyli miqdarda yәni, 10377,30 manat dәyәrindә qızıl-zinәt әşyalarını mәnimsәmişdir. Bundan başqa, o, tәkrarәn tamah niyyәti ilә, zәrәrçәkmiş şәxs2 tәrәfindәn 2023-cü ilin aprel ayında istintaqla müәyyәn edilmәsi mümkün olmayan tarixdә vә saatda Bakı şәhәri, Sәbail rayonu, Azәrbaycan prospekti 10 ünvanında fәaliyyәt göstәrәn “Mәrkәzi Univermaq” ticarәt mәrkәzindә ona etibar edilmiş 750 әyarlı 91,47 qram, 585 әyarlı 70,22 qram olmaqla ümumillikdә 13147,7 manat dәyәrindә qızıl-zinәt әşyalarını satışını hәyata keçirmәk adı ilә tәhvil alıb ## ### 2023-cü il tarixdә ünvan 2 ünvanında yerlәşәn “xxxx” MMC adı ilә fәaliyyәt göstәrәn lombarda vә ## #### 2023-cü il tarixdә ünvan 3 ünvanında yerlәşәn “xxxx” ASC-in “Mәrkәz” filialına girov qoyaraq müvafiq mәblәğdә pul vәsaiti götürüb öz şәxsi mәqsәdlәri üçün istifadә etmәklә 13147,7 manat dәyәrindә qızıl-zinәt әşyalarını talayıb әlә keçirәrәk ona etibar edilmiş xeyli miqdarda yәni, 13147,7 manat dәyәrindә qızıl-zinәt әşyalarını mәnimsәmişdir. Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin # ### 2025-ci il tarixli hökmündәn mәhkum Mәhkum vә zәrәr çәkmiş şәxs vә mülki iddiaçı zәrәrçәkmiş şәxs2 tәrәfindәn verilmiş apellyasiya şikayәtlәrinә әsasәn işә baxan Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının (hakimlәr Əliyev Emin Zöhrab oğlu (sәdrlik edәn vә mәruzәçi), Hüseyn Cavid Vaqif oğlu vә Hümbәtov Fәhmin Zaur oğlundan ibarәt tәrkibdә) ## ###### 2025-ci il tarixli qәrarı ilә apellyasiya şikayәtlәri tәmin edilmәmiş, hökm isә dәyişdirilmәdәn saxlanılmışdır. Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2025-ci il tarixli qәrarından mәhkum Mәhkum müdafiәçisi G.A.Nәzәrli vә zәrәr çәkmiş şәxs vә mülki iddiaçı zәrәrçәkmiş şәxs2 kassasiya şikayәtlәri verәrәk aşağıdakıları xahiş etmişlәr: - mәhkumun müdafiәçisi G.A.Nәzәrli – qәrarın lәğv edilmәsini, Mәhkum barәsindә CM-in 62-ci maddәsi tәtbiq edilmәklә ona tәyin edilmiş cәzanın yüngüllәşdirilmәsini, bu mümkün olmadıqda isә işin yeni apellyasiya baxışına tәyin olunmasını; - zәrәr çәkmiş şәxs vә mülki iddiaçı zәrәrçәkmiş şәxs2 – hәmin qәrarın onun mülki iddiasının qismәn tәmin edilmәsinә aid hissәdә lәğv edilәrәk mülki iddia tәlәbinin tam tәmin edilmәsinә dair qәrarın qәbul edilmәsini. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayәtindә Azәrbaycan Respublikasının Konstitusiyasına, Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin (bundan sonra mәtndә CPM-in) vә CM-in bir sıra maddәlәrinә, “Insan Hüquqlarının vә Əsas Azadlıqların Müdafiәsi haqqında” Avropa Konvensiyasının 6-cı maddәsinә, “Mәhkәmәlәr tәrәfindәn cinayәt cәzalarının tәyin edilmәsi tәcrübәsi haqqında” vә “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun müvafiq olaraq ## #### 2003-cü il vә ## ###### 2021-ci il tarixli Qәrarlarına, iş üzrә toplanmış bәzi sübutlara vә qәbul edilmiş yekun mәhkәmә aktlarına istinad edәn mәhkum Mәhkum müdafiәçisi G.A.Nәzәrli hәmin şikayәtini belә әsaslandırmışdır ki, mәhkәmәlәr tәrәfindәn Mәhkum barәsindә cәza tәdbirinin seçilmәsi mәsәlәsi hәll olunarkәn, iş üzrә toplanmış sübutlar tam araşdırılmamış, hüquqlarını müdafiә etdiyi şәxs tәrәfindәn zәrәr çәkmiş şәxslәrә vurulmuş ziyanın qismәn ödәnilmәsi, onun ailә vәziyyәti vә tәqsirli bilindiyi cinayәt әmәllәrini törәtmәsi sәbәblәri cәzanı yüngüllәşdirәn hallar kimi kifayәt qәdәr nәzәrә alınmamış, nәticәdә dә sonuncu açıq-aşkar ağır cәzaya mәruz qalmışdır. Belә ki, Mәhkum ananın tәk qızıdır, o, әvvәllәr mәhkum olunmamış, tәqsirli bilindiyi әmәllәri ağır ailә şәraiti zәminindә törәtmiş, hal-hazırda ağır formada insult xәstәliyi keçirmiş vә şәkәr xәstәliyindәn әziyyәt çәkәn anasının onun kömәyinә böyük ehtiyacı var. Şikayәt müәllifi daha sonra qeyd etmişdir ki, Mәhkum verdiyi ifadәlәrindәn dә görünür ki, zәrәr çәkmiş şәxs-mülki iddiaçı zәrәrçәkmiş şәxs2 ondan 21.500 manat mәblәğindә pul tәlәb etmәsinә baxmayaraq, o, sonuncuya 13147,7 manat miqdarında ziyan vurmuş, hәmin ziyanın bir hissәsini - 3500 manatını ödәmiş vә ona 9.617 manat borcu qalmışdır. Hәmçinin zәrәr çәkmiş şәxs zәrәrçәkmiş şәxs3 qızıllarını qaytarmış vә әlavә olaraq ona da 15.000 manat mәblәğindә pul vermiş, lakin sonuncu ondan 25.000 manat mәblәğindә pul tәlәb etmişdir. Halbuki hәr iki zәrәr çәkmiş şәxslәrin tәlәb etdiklәri mәblәğdә onlara ziyanın vurulması toplanmış vә araşdırılmış sübutlarla tәsdiq edilmәmiş, eyni zamanda istәr ibtidai araşdırma, istәrsә dә mәhkәmә araşdırmaları sәthi, birtәrәfli, natamam vә qeyri-obyektiv aparılmışdır. Şәrh olunan dәlillәrә әsaslanaraq müdafiәçi G.A.Nәzәrli Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2025-ci il tarixli qәrarının lәğv edilәrәk Mәhkum barәsindә CM-in 62-ci maddәsi tәtbiq edilmәklә ona tәyin edilmiş cәzanın yüngüllәşdirimәsini, bu mümkün olmadıqda isә işin yeni apellyasiya baxışına tәyin olunmasını xahiş edir. Zərər çəkmiş şəxs və mülki iddiaçı zərərçəkmiş şəxs2 kassasiya şikayətində CPM-in bəzi maddələrinə və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək həmin şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi normaları düzgün tətbiq etməmiş, işin onun tərəfindən verilmiş mülki iddianın yalnız qismən təmin edilməmsinə dair hissəsinə tam, hərtərəfli baxmamışdır. Işin faktiki hallarından da göründüyü kimi, mülki cavabdehin əməli nəticəsində ona külli miqdarda ziyan dəymiş, çünki Məhkum ona qarşı təqsirli bilindiyi əməli törətdikdən sonra qızılın qiyməti durmadan artmış və bu müddətdə o, həmin artımdan istifadə edərək daha çox qazanc əldə edə bilərdi. Buna baxmayaraq o, cavabdehdən nə əldən çıxmış faydanı, nə də dəbbə pulunu tələb etməmiş, mülki cavabdehin törətdiyi əməli nəticəsində isə əlavə qazancından da məhrum edilmişdır. Odur ki, şikayət müəllifi hesab edir ki, kassasiya şikayəti araşdırılaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı onun mülki iddiasının qismən təmin edilməsinə dair hissədə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi haqqında qərar qəbul olunmalıdır. Kassasiya şikayәtlәrinә baxılmasının vaxtı vә yeri barәdә cinayәt prosesinin iştirakçıları qanunda nәzәrdә tutulmuş qaydada vә müddәtdә mәlumatlandırılsalar da, zәrәr çәkmiş şәxs zәrәrçәkmiş şәxs1 namәlum sәbәblәrdәn mәhkәmәyә gәlmәmişdir. Mәhkәmә kollegiyası bununla bağlı proses iştirakçılarının rәylәrini dinlәyәrәk vә CPM-in 419.4-cü maddәsinin tәlәblәrinә әsaslanaraq kassasiya şikayәtlәrinә zәrәr çәkmiş şәxs zәrәrçәkmiş şәxs1 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belә ki, CPM-in 419.4-cü maddәsinә әsasәn, kassasiya instansiyası mәhkәmәsinin iclası hansı mәhkәmә qәrarına vә hansı әsaslarla baxılması, kimlәrin mәhkәmә tәrkibinә daxil olması vә mәhkәmәnin iclas zalında cinayәt prosesi iştirakçılarından kimlәrin iştirak etmәsi barәdә mәhkәmә iclasında sәdrlik edәnin elanı ilә açılır. Şikayәt vermiş vә lazımi qaydada mәlumatlandırılmış şәxsin olmaması kassasiya instansiyası mәhkәmәsi iclasının davam etdirilmәsini istisna etmir. Hüquqi məsələlər: Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2025-ci il tarixli qәrarından verilmiş yuxarıda göstәrilәn kassasiya şikayәtlәrinin mәzmunlarından göründüyü kimi, onların müәlliflәri ilk növbәdә hәmin qәrarın lәğv edilmәsi barәdә tәlәblәr irәli sürәrkәn apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn iş üzrә toplanmış sübutlara qanunda nәzәrdә tutulmuş qaydada hüquqi qiymәt verilmәmәsini, zәrәr çәkmiş şәxs vә mülki iddiaçı zәrәrçәkmiş şәxs2 - onun mülki iddiası üzrә gәldiyi nәticәlәrin kifayәt qәdәr әsaslandırılmamasını, mәhkumun müdafiәçisi G.A.Nәzәrli isә - hüquqlarını müdafiә etdiyi şәxsә cәzanı yüngüllәşdirәn hallar düzgün nәzәrә alınmayaraq açıq-aşkar ağır cәzanın tәyin edilmәsini iddia edirlәr, öz dәlillәrini vә hәmin dәlillәr üzәrindә qurulmuş tәlәblәrini isә müvafiq olaraq CPM-in 416.1.2 vә 416.1.21-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarla әlaqәlәndirirlәr. CPM-in 416.1.2 vә 416.1.21-ci maddәlәrinә әsasәn isә mәhkәmә bu Mәcәllәnin 143-146-cı maddәlәrinin tәlәblәrinә müvafiq olaraq sübutları tәdqiq etmәdikdә vә mәsuliyyәti ağırlaşdıran vә ya yüngüllәşdirәn halları nәzәrә almadan cәza tәyin etdikdә kassasiya instansiyası mәhkәmәsi apellyasiya instansiyası mәhkәmәsinin hökmünü vә ya qәrarını kassasiya qaydasında lәğv etmәk vә ya dәyişdirmәk hüququna malikdir. Odur ki, mәhkәmә kollegiyası hazırkı qәrarda tәsvir olunan mәhkumun müdafiәçisi G.A.Nәzәrlinin vә zәrәr çәkmiş şәxs vә mülki iddiaçı zәrәrçәkmiş şәxs2 kassasiya şikayәtlәrini kassasiya qaydasında baxılmalı müraciәtlәr kimi görür vә buna görә Mәhkum CM-in 179.3.2-ci maddәsi ilә tәqsirli bilinәrәk mәhkum olunmasına dair cinayәt işinin materiallarını, o cümlәdәn yekun mәhkәmә aktlarının qanuniliyini vә әsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvәla mәhkәmә kollegiyası xatırladır ki, kassasiya instansiyası mәhkәmәsinin kassasiya müraciәtlәrinә baxılması üzrә sәlahiyyәtlәrinin hüdudlarını CPM-in 419-cu maddәsi müәyyәn edir. Ümumi şәkildә kassasiya instansiyası mәhkәmәsinin kassasiya müraciәtlәrinә baxılması üzrә sәlahiyyәtlәrini müәyyәn edәn CPM-in 419.1-ci maddәsinә әsasәn, kassasiya instansiyası mәhkәmәsi kassasiya şikayәtinә vә ya kassasiya protestinә mahiyyәti üzrә baxaraq müraciәtin dәlillәrindәn asılı olmayaraq yalnız hüquq mәsәlәlәri üzrә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddәdәn göründüyü kimi, sübutların mahiyyәti üzrә araşdırılması, mötәbәrliliyi, kifayәtliliyi, cinayәt faktının müәyyәn edilmәsi, habelә birinci vә apellyasiya instansiyası mәhkәmәlәri tәrәfindәn çıxarılmış hökm vә qәrarların icrası vә buna nәzarәtin hәyata keçirilmәsi kimi mәsәlәlәrin hәlli qanunla kassasiya instansiyası mәhkәmәsinin deyil, birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin sәlahiyyәtinә aid edilmişdir. CPM-in 419.11-ci maddәsinin tәlәblәrinә görә, kassasiya instansiyası mәhkәmәsi birinci vә ya apellyasiya instansiyası mәhkәmәsindә mәhkәmә baxışının predmeti olmayan faktları müәyyәn edә vә ya onları sübuta yetirilmiş hesab edә bilmәz. Mәhkәmә kollegiyası qanunvericiliyin tәlәblәrinә әsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası mәhkәmәsi apellyasiya instansiyası mәhkәmәsinin hökm vә ya qәrarından verilmiş kassasiya şikayәtinә vә ya kassasiya protestinә әsasәn işә baxaraq vә bu baxışın nәticәsi olaraq apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn qәbul edilmiş mәhkәmә aktına münasibәtini bildirmәklә CPM-in 419.10-cu maddәsindә sadalanan qәrarlardan birini, yәni, apellyasiya instansiyası mәhkәmәsinin hökm vә ya qәrarını dәyişiklik edilmәdәn saxlanılması, hәmin hökm vә ya qәrarın lәğv edilmәsi vә işin yeni apellyasiya baxışına tәyin edilmәsi vә ya cinayәt işinin icraatına xitam verilmәsi, yaxud da onların dәyişdirilmәsi haqqında qәrar, habelә hökmün vә ya mәhkәmәnin digәr qәrarının icrası qaydasında icraat üzrә mәhkәmә qәrarını lәğv edәrәk, birinci vә ya apellyasiya instansiyası mәhkәmәsindә müәyyәn edilmiş hallar vә sübutlar әsasında yeni qәrar qәbul edir (o şәrtlә ki, hәmin qәrar mәhkum edilmiş şәxsin vәziyyәtinin ağırlaşdırılması ilә nәticәlәnmәsin). Ümumiyyәtlә, kassasiya instansiyası mәhkәmәsinin kassasiya müraciәtlәrinә baxılması üzrә sәlahiyyәtlәrinin hüdudlarını CPM-in 419 vә 416-cı maddәlәri müәyyәn edir. Bu baxışın nәticәsindә kassasiya kollegiyası tәrәfindәn apellyasiya instansiyası mәhkәmәsinin qәrarlarının lәğv edilmәsi vә dәyişdirilmәsi әsasları isә CPM-in 416-cı maddәsindә müәyyәn edilmişdir. Mәhz hәmin maddәdә tәsbit edilmiş әsaslar (әn azından hәmin әsaslardan biri) olduqda Ali Mәhkәmәnin Cinayәt Kollegiyası apellyasiya instansiyası mәhkәmәsinin qәrarını kassasiya qaydasında lәğv etmәyә vә yaxud dәyişdirmәyә haqlıdır. Bundan başqa, kassasiya instansiya mәhkәmәsindә mәhkәmә baxışının predmetini qanuni qüvvәyә minmiş mәhkәmә aktları tәşkil etdiyindәn, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar tәqdim edilmir vә mövcud sübutlara hüquqi qiymәt verilmir. Kassasiya qaydasında hökm vә ya qәrarın qanuniliyi, başqa sözlә birinci vә ya apellyasiya instansiya mәhkәmәsindә işә baxılarkәn vә mübahisә edilәn hökm vә ya qәrar qәbul edilәrkәn maddi vә ya prosessual hüquq normalarının, yәni cinayәt qanununun vә CPM-in normalarının tәlәblәrinә әmәl edilib-edilmәmәsi yoxlanılır. Belәliklә, şәrh edilәnlәrdәn belә nәticә hasil olur ki, cinayәt-prosessual qanunvericiliyinin tәlәblәrinә görә, sübutların araşdırılması vә qiymәtlәndirilmәsi birinci vә apellyasiya instansiya mәhkәmәsinin sәlahiyyәtlәrinә aiddir, sübutların araşdırılması dedikdә isә tәkcә mәhkәmә iclasında prosessual statusa malik olan şәxslәrin dindirilmәlәri, ekspertizaların tәyin edilib keçirilmәsi, sübut әhәmiyyәtli sәnәdlәrin tәlәb olunub alınması vә tәdqiq edilmәsi vә digәr istintaq hәrәkәtlәrinin aparılması deyil, hәm dә ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tәdqiq edilmәsi vә qiymәtlәndirilmәsi, bir sübutun digәrinә münasibәtdә üstünlüyünün müәyyәn edilmәsi vә onların şәxsin hәr hansı cinayәtin törәdilmәsindә tәtqsirli bilinmәsi üçün kifayәt edib-etmәmәsi başa düşülür. Şәrh edilәn tәlәblәrdәn çıxış edәrәk mәhkәmә kollegiyası vurğulamağı zәruri bilir ki, bu tәlәblәrә görә kassasiya instansiyası mәhkәmәsi yalnız maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilib-edilmәmәsi mәsәlәsini yoxlayan mәhkәmә kimi faktları araşdırmaq, işin faktiki hallarını başqa cür müәyyәn etmәk sәlahiyyәtinә malik deyil vә buna görә, hәtta kassasiya müraciәtindә belә tәlәb irәli sürülsә belә, hәmin mәhkәmә apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn çıxarılmış hökmü vә ya qәrarı lәğv edәrәk, yaxud da dәyişdirәrәk mәhkum olunmuş şәxsin barәsindә onun vәziyyәtini ağırlaşdıran, o cümlәdәn ona qarşı verilmiş, lakin tәmin edilmәmiş vә ya baxılmamış saxlanılan, yaxud da qismәn tәmin edilmiş mülki iddianın tam tәmin edilmәsi barәdә qәrar qәbul etmәk sәlahiyyәtinә malik deyil. Daha sonra mәhkәmә kollegiyası vurğulayır ki, Azәrbaycan Respublikası Konstitusiyasının (bundan sonra mәtndә Konstitusiyanın) 12-ci maddәsinin İ hissәsi insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәmin edilmәsini dövlәtin ali mәqsәdi olduğunu tәsbit edir. Konstitusiyanın 26-cı maddәsinin II hissәsindә göstәrilmişdir ki, dövlәt hәr kәsin hüquqlarının vә azadlıqlarının müdafiәsinә tәminat verir. Hәr kәsin hüquq vә azadlıqlarının dövlәt tәrәfindәn müdafiәsinә tәminat verәn Konstitusiyanın tәlәblәri hәmçinin cinayәt törәtmәkdә tәqsiri olmayan şәxslәrin cinayәt prosesini hәyata keçirәn orqanların vәzifәli şәxslәrinin vә ya hakimlәrin özbaşına hәrәkәtlәri ilә qanunsuz şübhә altına alınmasının, ittiham vә ya mәhkum edilmәsinin yol verilmәz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın tәsvir edilәn müddәaları hәmçinin hәr bir insanın vә ümumilikdә cәmiyyәtin vә dövlәtin cinayәtkar qәsdlәrdәn qorunmasını, hәr hansı cinayәtin törәdilmәsindә tәqsirli bilinmiş şәxslәrin isә qanuna müvafiq qaydada vә әsaslarla cinayәt mәsuliyyәtinә cәlb edilmәlәrini vә onların barәsindә bu vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirin tәtbiq edilmәsini, cәzanın mәqsәdlәrinә nail olunmasını, cinayәtkarlığın qarşısının alınması üçün lazımi tәdbirlәrin görülmәsini, digәr tәrәfdәn isә cinayәtkar qәsdlәrdәn zәrәr çәkmiş şәxslәrin dә pozulmuş hüquqlarının bәrpa edilmәsini, o cümlәdәn, belә qәsdlәr nәticәsindә onlara vurulmuş zәrәrin ödәnilmәsi vә ya aradan qaldırılması üçün cinayәt tәqibini hәyata keçirәn orqanlar vә mәhkәmәlәr tәrәfindәn qanunvericilikdә nәzәrdә tutulmuş müvafiq tәdbirlәrin görülmәsini dә nәzәrdә tutur. Konstitusiyanın 71-ci maddәsinin İ hissәsinә görә, Konstitusiyada tәsbit edilmiş insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını gözlәmәk vә qorumaq qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti orqanlarının borcudur. Insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәmin edilmәsi mәqsәdi ilә dövlәt sәmәrәli hüquqi mexanizmlәr yaratmaqla, әdalәt mühakimәsinin hәyata keçirilmә prosesindә hüquq vә azadlıqların bәrpasına nail olur. Konstitusiyanın 125-ci maddәsinin VII hissәsindә deyilir ki, mәhkәmә icraatı hәqiqәtin müәyyәn edilmәsini tәmin etmәlidir. Konstitusiyanın bu norması çәkişmә prinsipinә әsasәn işә baxan mәhkәmәnin üzәrinә özü tәrәfindәn cinayәt mәsuliyyәtinә cәlb edilmiş şәxsin tәqsirliliyinә vә ya tәqsirsiz olmasına dair sübutları axtarılmasını deyil, cinayәt prosesinin iştirakçılarına işin düzgün hәlli, yәni hәqiqәtin müәyyәn edilmәsi mәqsәdilә öz sübutlarını mәhkәmәyә tәqdim etmәk üçün bәrabәr şәrait yaratmaq, tәqdim olunmuş bütün sübutları tam, hәrtәrәfli vә obyektiv araşdırmaq, bu zaman qaldırılmış vәsatәtlәr üzrә әsaslandırılmış qәrarlar qәbul etmәk, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymәt vermәk vә hәmin sübutlara әsasәn müәyyәn etdiyi faktlara әsasәn bu vә ya digәr nәticәyә gәlmәk vәzifәsini qoyur. Mәhkәmә icraatı zamanı qeyd olunan vәzifәnin yerinә yetirilmәsi zamanı sübutların tәqdim olunması üçün istәr ittiham, istәrsә dә müdafiә tәrәfinә әlverişsiz şәraitin yaradılması, qaldırılmış vәsatәtlәrin әsassız olaraq tәmin edilmәmәsi, faktiki isә tәqdim olunmuş sübutların tәdqiqindәn imtina edilmәsi hallarında mәhkәmәnin tәhlil edilәn konstitusiyon tәlәbә әmәl etmәsindәn, әdalәtli mәhkәmә araşdırılması hüququnun tәmin olunmasından söhbәt gedә bilmәz. Konstitusiyanın 127-ci maddәsinin II hissәsi nәzәrdә tutur ki, hakimlәr işlәrә qәrәzsiz, әdalәtlә, tәrәflәrin hüquq bәrabәrliyinә, faktlara әsasәn vә qanuna müvafiq baxırlar. CPM-in 8.0-cı maddәsindә göstәrilmişdir ki, cinayәt mühakimә icraatının vәzifәlәri aşağıdakılardan ibarәtdir: 8.0.1. şәxsiyyәti, cәmiyyәti vә dövlәti cinayәtkar qәsdlәrdәn qorumaq; 8.0.2. hәqiqi vә ya ehtimal edilәn cinayәt törәtmәsi ilә әlaqәdar şәxsiyyәti vәzifә sәlahiyyәtlәrindәn sui-istifadә edilmәsi hallarından qorumaq; 8.0.3. cinayәtlәri tezliklә açmaq, cinayәt tәqibi ilә bağlı bütün halları hәrtәrәfli, tam vә obyektiv araşdırmaq; 8.0.4. cinayәt törәtmiş şәxslәri ifşa vә cinayәt mәsuliyyәtinә cәlb etmәk; 8.0.5. cinayәt törәtmәkdә ittiham olunan şәxslәrin tәqsirini müәyyәn edәrәk onları cәzalandırmaq vә tәqsirsiz şәxslәrә bәraәt vermәk mәqsәdi ilә әdalәt mühakimәsini hәyata keçirmәk. Ən әsası isә mәhkәmә kollegiyası qeyd etmәyi vacib sayır ki, qanunçuluq prinsipi nәzәrdә tutulmuş CPM-in 10.1-ci maddәsinә әsasәn, mәhkәmәlәr vә cinayәt prosesinin iştirakçıları Azәrbaycan Respublikası Konstitusiyasının, bu Mәcәllәnin, Azәrbaycan Respublikasının digәr qanunlarının, habelә Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrin müddәalarına ciddi әmәl etmәlidirlәr. CPM-in 12.1-ci maddәsinә әsasәn cinayәt prosesini hәyata keçirәn orqanlar cinayәt prosesindә iştirak edәn bütün şәxslәrin Konstitusiya ilә tәsbit edilmiş insan vә vәtәndaş hüquq vә azadlıqlarına riayәt olunmasını tәmin etmәlidirlәr. CPM-in 28.5-ci maddәsindә әksini tapmış cinayәt mühakimә icraatının obyektivliyi, qәrәzsizliyi vә әdalәtliliyi prinsipinә görә, şәxsin cinayәt törәtmәkdә tәqsirli olmasına dair mәhkәmә qәrarı mülahizәlәrә әsaslana bilmәz vә işә aid biri digәrinә kifayәt qәdәr uyğun gәlәn mötәbәr sübutların mәcmusu ilә tәsdiq olunmalıdır. Göründüyü kimi, qanunvericilik normalarının әdalәt mühakimәsinin hәyata keçirilmәsi zamanı mәhkәmәlәrin üzәrinә qoyduqları әsas vәzifә ondan ibarәtdir ki, әvvәla hәqiqәtin müәyyәn edilmәsi üçün mәhkәmәlәr mәhkәmә iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymәt vermәli, onları müqayisә etmәklә bir sübutun digәrindәn üstün olmasını şәrh etmәli, ittiham vә ya bәraәt hökmünün çıxarılması zamanı yalnız mәhkәmә iclaslarında araşdırılmış vә kifayәt edәn sübutlara әsaslanmalı vә yalnız bundan sonra әmәlin tövsifi, cәza tәdbirinin seçilmәsi vә hökmә aid olan digәr tәlәblәr, o cümlәdәn verilmiş mülki iddialar üzrә maddi vә prosessual hüquq normalarının tәtbiqi mәsәlәlәrini hәll etmәlidirlәr. Bu vәzifәnin yerinә yetirlmәmәsi vә ya natamam yerinә yetirilmәsi nәticәsindә mәhkәmәnin iş üzrә çıxardığı yekun mәhkәmә aktı әsaslı vә qanuni hesab edilә bilmәz. Apellyasiya instansiyası mәhkәmәsinin hökm vә ya digәr yekun qәrarından verilmiş kassasiya müraciәtlәrinә әsasәn cinayәt işinә, sadәlәşdirilmiş icraat materiallarına vә ya xüsusi ittiham qaydasında verilmiş şikayәt üzrә toplanmış materiallara baxan kassasiya kollegiyasının üzәrinә isә sübutların toplanması, onların yenidәn tәdqiq edilmәsi vә qiymәtlәndirilmәsi, habelә müstәsna olaraq birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin sәlahiyyәtlәrinә aid olan digәr mәsәlәlәrin hәlli deyil, qanunvericiliyin tәlәb etdiyi kimi, mәhkәmәlәr tәrәfindәn bu mәsәlәlәrin hәlli zamanı maddi vә prosessual hüquq normalarının tәlәblәrinә әmәl olunub-olunmamasını, o cümlәdәn törәdilmiş ictimai tәhlükәli әmәlin bütün hallarının müәyyәn edilmәsinә әsasәn bu әmәlә münasibәtdә cinayәt qanunvericiliyi normalarının düzgün tәtbiq edilib-edilmәmәsini yoxlamaq vәzifәsi düşür. Kassasiya şikayәtinin dәlillәrinә cavab verilmәsi üçün cinayәt işinin materiallarını öyrәnәn mәhkәmә kollegiyası hәmin materiallara әsaslanaraq әvvәla qeyd edir ki, ibtidai araşdırma orqanı tәrәfindәn Mәhkum qarşı CM-nin 179.3.2-ci maddәsi ilә irәli sürülmüş ittihama әsasәn o, tәkrarәn ona etibar edilmiş özgәnin әmlakını talamaqla әlә keçirib zәrәr çәkmiş şәxslәrә xeyli vә külli miqdarda ziyan vurmaqla mәnimsәmişdir. Iş materiallarından göründüyü kimi, mәhkәmәlәrin dә razılaşdıqları bu ittihama әsaslanaraq hazırkı iş üzrә zәrәr çәkmiş şәxs qismindә tanınmış zәrәrçәkmiş şәxs2 tәrәfindәn Mәhkum qarşı iddia qaldırılaraq sonuncudan maddi ziyanın vurulmasına görә 25.000 manat vә dövlәt rüsumunun ödәnilmәsinә görә 165 manat mәblәğindә pulu vәsaitinin tutularaq onun xeyrinә ödәnilmәsi barәdә tәlәb irәli sürülmüş vә hәm işә birinci vә apellyasiya instansiyası mәhkәmәlәrindә baxılarkәn, hәm dә kassasiya şikayәtindә bu tәlәbin tam tәmin edilmәsi xahiş olunmuşdur. Lakin iş üzrә toplanmış vә birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında tam, hәrtәrәfli vә obyektiv sübutlarla müәyyәn edilir ki, istintaq orqanı tәrәfindәn zәrәrçәkmiş şәxs2 vurulmuş maddi zәrәrin miqdarı 13147,70 manat hәcmindә müәyyәn edilmiş vә bununla әlaqәdar tәqsirlәndirilәn şәxs-mülki cavabdeh Mәhkum qarşı bu mәblәğ üzrә ittiham irәli sürülәrәk o, hәmin ittiham üzrә dә tәqsirli bilinib mәkum edilmişdir. Birinci instansiya mәhkәmәsinin hökmündәn görünür ki, tәqsirlәndirilәn şәxs-mülki cavabdeh Mәhkum zәrәr çәkmiş şәxs vә mülki iddiaçı zәrәrçәkmiş şәxs2 vurduğu ziyandan 3500 manat ödәdiyini qeyd etmiş, hәmçinin sonuncu mәhkәmәyә tәqdim etdiyi әrizәsindә vә ifadәsindә dә bu halı tәsdiq etmişdir. Bundan başqa, iş materiallarında olan ## #### 2023-cü il tarixli şikayәt әrizәsindә zәrәr çәkmiş şәxs vә mülki iddiaçı zәrәrçәkmiş şәxs2 Mәhkum tәrәfindәn onun 14.153 manat dәyәrindә qızıl-zinyәt әşyalarının әlә keçirildiyini qeyd etsә dә, ## ### 2024-cü il tarixli әrizәdә, o, Mәhkum ona vurduğu maddi ziyanın miqdarının 13.147,7 manat tәşkil etdiyini göstәrmişdir. Belә olan halda, mәhkәmәlәr tam haqlı olaraq Mәhkum tәrәfindәn törәdilmiş cinayәt әmәllәri nәticәsindә zәrәrçәkmiş şәxs2 vurulmuş ziyanın mәblәği istintaq orqanı tәrәfindәn 13.147,70 manat müәyyәn edildiyindәn vә Mәhkum hәmin mәblәğ üzrә ittiham elan olunduğundan zәrәr çәkmiş şәxs vә mülki iddiaçı zәrәrçәkmiş şәxs2 mülki iddiasını qismәn tәmin etmiş, sonuncunun mülki iddiasının mәblәği ilә bağlı qalan hissәsi isә toplanmış vә araşdırılmış sübutlarla tәsdiq olunmamışdır. Mәhkәmә kollegiyası vurğulamağı lazım bilir ki, işә mahiyyәti üzrә baxan mәhkәmәlәr Mәhkum qarşı tәhlil edilәn epizod üzrә irәli sürülmüş ittihamdan çıxış edәrәk ona qarşı daha çox ziyanın vurulmasını iddia edәn zәrәrçәkmiş şәxs2 iddia tәlәbinin qismәn tәmin edilmәsi barәdә nәticәyә gәlәrkәn ilk növbәdә prosessual qanunvericiliyin aşağıdakı normalarının tәlәblәrinә dә tam әmәl etmişlәr. Belә ki, CPM-in 318.1-ci maddәsinә әsasәn mәhkәmә baxışı zamanı cinayәt işinә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarına vә ya xüsusi ittiham üzrә şikayәtә yalnız tәqsirlәndirilәn şәxsә qarşı irәli sürülmüş vә ya mәhkәmәyә verilәn ittiham daxilindә baxılır. Mәhkәmә baxışı nәticәsindә mәhkәmә tәqsirlәndirilәn şәxsin әmәlini ağır cinayәtdәn daha yüngül cinayәt әmәlinә tövsif etmәk, habelә ona qarşı irәli sürülmüş ittihamdan ayrı-ayrı bәndlәri çıxartmaq hüququna malikdir. CPM-in 318.2-ci maddәsinin tәlәblәrinә görә, mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin hәrәkәtlәrindә daha ağır cinayәtin әlamәtlәrinin mövcudluğu müәyyәn edildikdә, dövlәt ittihamçısının vәsatәti әsasında mәhkәmә irәli sürülmüş ittiham üzrә cinayәt işinin vә ya mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat materiallarının baxılmasına xitam verilmәsi vә tәqsirlәndirilәn şәxsә başqa ittihamın irәli sürülmәsi mәsәlәsinә baxılması üçün işin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması barәdә әsaslandırılmış qәrar çıxarır. Mәhkәmә baxışı zamanı tәqsirlәndirilәn şәxsin hәrәkәtlәrindә daha ağır cinayәtin әlamәtlәrinin mövcudluğu barәdә zәrәr çәkmiş şәxsin vә ya onun qanuni nümayәndәsinin vәsatәti әsasında mәhkәmә bu maddәdә nәzәrdә tutulmuş qaydada qәrar çıxara bilәr. Hazırki işin materiallarından göründüyü kimi, zәrәr çәkmiş şәxs vә mülki iddiaçı zәrәçәkmiş şәxs2 istәr ibtidai araşdırmanın sonunda cinayәt işinin materialları ilә tanış olarkәn (## #### 2024-cü il tarixli protokol), istәrsә dә işә birinci instansiya mәhkәmәsinin mәhkәmә iclasında baxılarkәn onun әmlakının Mәhkum tәrәfindәn mәnimsәnilmәsi ilә bağlı daha ağır cinayәtin törәdilmәsinә (ona daha çox miqdarda ziyanın vurulmasına) görә işin ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurora qaytarılması barәdә vәsatәt qaldırmamış, mәhkәmә dә göstәrilәn epizod üzrә Mәhkum qarşı irәli sürülmüş ittihamdan çıxış edәrәk adı çәkilәn zәrәr çәkmiş şәxsin mülki iddiasının qismәn tәmin edilmәsi haqqında qanuni vә әsaslı qәrar qәbul etmiş, apellyasiya instansiyası mәhkәmәsi isә haqlı olaraq bu nәticә ilә razılaşmışdır. Mәhkәmә kollegiyası da bununla bağlı birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin gәldiklәri nәticә ilә razılaşıb hәmin nәticәnin şübhә altına alınması üçün әsaslar görmәyәrәk eyni zamanda qeyd edir ki, hәmin nәticә qanunvericiliyin tәlәblәri, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun hüquqi mövqeyi vә Ali Mәhkәmәnin Plenumunun izah vә tövsiyәlәri dә tam uzlaşır. Ilk növbәdә mәhkәmә kollegiyası vurğulayır ki, Konstitusiyanın 68-ci maddәsinin II hissәsinә әsasәn cinayәt, habelә hakimiyyәtdәn sui-istifadә nәticәsindә zәrәr çәkmiş şәxsin hüquqları qanunla qorunur. Zәrәr çәkmiş şәxsin әdalәt mühakimәsinin hәyata keçirilmәsindә iştirak etmәk vә ona vurulmuş zәrәrin ödәnilmәsini tәlәb etmәk hüququ vardır. CPM-in 89.1-ci maddәsinin tәlәbindәn görünür ki, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәl nәticәsindә maddi ziyan vurulması qәnaәtinә gәlmәyә kifayәt qәdәr әsaslar olduqda onun cinayәt mühakimә icraatı qaydasında ödәnilmәsi barәdә cinayәt işinin icraatı zamanı iddia vermiş fiziki vә ya hüquqi şәxs mülki iddiaçı qismindә tanınır. CPM-in 179.1-ci maddәsinin tәlәblәrinә görә, cinayәt mühakimә icraatında mülki iddia bu Mәcәllәnin müddәaları ilә müәyyәn edilmiş qaydalara әsasәn verilir, sübut vә hәll olunur. Mәhkәmә kollegiyası qeyd edir ki, cinayәt vә cinayәt-prosessual qanunvericiliklәrin tәlәblәrinә vә mәnasına, habelә mülkiyyәt әleyhinә olan cinayәtlәrin xüsusiyyәtlәrinә görә, şәxs hәr hansı mәblәğdә ziyan vurmaqla bu vә ya digәr talama cinayәtini törәtdikdә, vurulmuş ziyanı isә bu vә ya digәr şәkildә ödәmәdikdә vә ya aradan qaldırmadıqda, belә şәxs cinayәt mәsuliyyәti ilә yanaşı hәmçinin vurduğu ziyan hәcmindә maddi mәsuliyyәtә cәlb edilә bilәr vә bu mәsәlә zәrәr çәkmiş şәxs tәrәfindәn mülki iddia verilmәklә, mәhkәmә tәrәfindәn isә hәmin iddiaya baxılaraq müvafiq qәrar qәbul edilmәklә hәll olunur. Vurulmuş maddi ziyanın ödәnilmәsi barәdә mülki iddia әrizәlәrindә hәmin ziyandan artıq mәblәğdә pul vәsaitinin tәqsirkardan tutulması barәdә tәlәb irәli sürüldkdә mәhkәmә belә tәlәbi tam hәcmdә tәmin edәrәk sonuncunun vurduğu ziyanın mәblәğindәn artıq mәblәğdә vәsaitin ondan tutulması barәdә qәrar qәbul etmәk hüququna malik deyil. CPM-in 397.1-ci maddәsinin müddәalarına әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyәn edilmәsinin, habelә cinayәt qanunun vә bu Mәcәllәnin normalararının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. Qanunun tәlәblәrinә görә, apellyasiya instansiyası mәhkәmәsi apellyasiya şikayәti vә ya apellyasiya protesti üzrә mәhkәmә baxışı nәticәsindә CPM-in 398.1.1-398.1.4-cü maddәsindә göstәrilәn qәrarlardan birini qәbul edir vә mәhkәmәnin qәrarı mәhkәmә iclaslarında araşdırılmış sübutlara, habelә maddi vә prosessual hüquq normalarına istinad edilmәklә әsaslandırılmalıdır. Digәr tәrәfdәn, mәhkәmә kollegiyası onu da qeyd etmәyi lazım bilir ki, # ######## 2000-ci il tarixdә qüvvәyә minmiş CPM-in tәtbiqi ilә bağlı yaranmış mәhkәmә tәcrübәsinә görә, apellyasiya instansiyası mәhkәmәsi iş üzrә qәbul etdiyi hәr hansı qәrarında birinci instansiya mәhkәmәsinin hökmündәn vә ya qәrarından verilmiş apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrini şәrh etmәklә hәmin dәlillәrin iş materialları ilә toplanmış obyektiv, qәrәzsiz, tam vә hәrtәrәfli araşdırılmış sübutlarla tәkzib, yaxud da tәsdiq edilmәsini göstәrmәli vә әsaslandırmalıdır. Bu zaman, mәhkәmә tәrәfindәn CPMin 145.1-ci maddәsinin tәlәblәrinә müvafiq olaraq, hәr bir sübut mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә qiymәtlәndirilmәli vә cinayәt tәqibi üzrә toplanmış bütün sübutların mәcmusuna ittihamın hәlli üçün onların kifayәt etmәsinә әsasәn qiymәt verilmәlidir. Mәhkәmә kollegiyasının qәnaәtinә görә, qanunun şәrh olunan normaları ilә apellyasiya instansiyası mәhkәmәsinin üzәrinә qoyulmuş vәzifә nәinki tәqsirlәndirilәn şәxsin tәqsirli vә ya tәqsirsiz olması, onun әmәlinin hüquqi tövsifi, cәza tәdirinin seçilmәsi, hәm dә iş üzrә verilmiş mülki iddianın, maddi sübutların hәlli, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsi nәticәsindә zәrәr çәkmiş şәxsә vurulmuş maddi vә mәnәvi zәrәrin ödәnilmәsi, habelә digәr mәsәlәlәrin hәlli zamanı da yerinә yetirilmәlidir. Bu mәsәlәlәrlә әlaqәdar qәbul edilmiş qәrarda isә toplanmış sübutlara CPM-in 143-146-cı maddәsinin tәlәblәrinә uyğun olaraq qiymәt verilmәli vә bu qiymәtlәndirmәdәn asılı olaraq çıxarılmış hökm vә ya qәbul edilmiş qәrar cinayәt vә cinayәt-prosessual qanunvericiliyinin, bu kifayәt etmәdikdә isә ilk növbәdә Azәrbaycan Respublikasının Konstitusiyasına, beynәlxalq müqavilәlәrin müddәalarına, mülki, mülki-prosessual vә digәr qanunvericilik aktlarına istinad edilmәklә lazımi qaydada әsaslandırılmalıdır. Belә nәticә hәmçinin cinayәt mühakimә icraatının aparılması zamanı qanunçuluq prinsipinә әmәl edilmәsi tәlәbi tәsbit edilmiş vә yuxarıda istinad olunan CPM-in 10.1-ci maddәsinin müddәlarından da irәli gәlir. Hәmin maddәyә әsasәn, mәhkәmәlәr vә cinayәt prosesinin iştirakçıları Azәrbaycan Respublikası Konstitusiyasının, bu Mәcәllәnin, Azәrbaycan Respublikasının digәr qanunlarının, habelә Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrin müddәalarına ciddi әmәl etmәlidirlәr. Bu prinsipә uyğun olaraq, cinayәt-prosessual qanunvericiliyinin normaları ilә tәnzimlәnmәyәn mәsәlәlәr Konstiusiyanın, beynәlxalq müqavilәlәrin, digәr qanunların tәlәbәlәrinә әsasәn hәll edilmәlidir. Tәsadüfi deyil ki, CPM-in 179.2-ci maddәsindә dә müәyyәn edilmişdir ki, mülkiprosessual qanunvericiliyin normaları cinayәt mühakimә icraatının prinsiplәrinә zidd olmadıqda vә mülki iddia üzrә icraatda zәruri olan qaydalar bu Mәcәllәdә nәzәrdә tutulmadıqda mülki-prosessual qanunvericiliyinin normalarının tәtbiqinә yol verilir. Bu baxımdan mәhkәmә kollegiyası hesab edir ki, hazırki iş üzrә apellyasiya instansiyası mәhkәmәsinin qәrarından verilmiş kassasiya şikayәtinin dәlillәrinә cavab vermә mәsәlәsinә mәhz belә kontekstdәn yanaşmaq vә işin müәyyәn edilmiş halları ilә yanaşı Cinayәt-Prosessual, Mülki-Prosessual Mәcәllәrinin vә digәr qanunvericilik aktlarının tәlәblәrinә әsaslanmaq lazımdır. Göstәrilәn tәlәblәrlә bağlı әvvәla mәhkәmә kollegiyası qeyd eldir ki, ibtidai araşdırma orqanının vә işә mahiyyәti üzrә baxmış mәhkәmәlәrin gәldiklәri nәticәyә görә Mәhkum zәrәrçәkmiş şәxs2 әmlakını talamaqla onun xeyli miqdarda - 13.147.70 manat dәyәrindә qızıl-zinәt әşyalarını әlә keçirdib mәnimsәmiş, hәmçinin araşdırılmış sübutlarla müәyyәn edilmişdir ki, bu vәsaitin 3500 manatı mәhkum edilmiş şәxs tәrәfindәn zәrәrçәkmiş şәxs2 ödәnilmiş, mülki iddiaçı isә ona vurulmuş faktiki ziyanın hәcmi (mülki iddia әrizәsindә göstәrilәn miqdarı) barәdә müvafiq sübutları hәm ibtidai araşdırma orqanına, hәm dә mәhkәmәlәrә tәqdim etmәmişdir. Halbuki, CPM-in 138.1-ci maddәsinә әsasәn sübutetmә ittihamın qanuni, әsaslı vә әdalәtli hәlli üçün әhәmiyyәt kәsb edәn halların müәyyәn edilmәsi mәqsәdi ilә sübutların әldә edilmәsindәn, yoxlanılmasından vә qiymәtlәndirilmәsindәn ibarәtdir. Mәhkәmә kollegiyası vurğulayır ki, hәr hansı maddi tәrkibli cinayәtlәrin (CM-nin 179-cu maddәsindә nәzәrdә tutulmuş cinayәt dә belә cinayәtlәrә aiddir) törәdilmәsi nәticәsindә vurulmuş maddi vә ya mәnәvi zәrәrin ödәnilmәsinә dair işlәr üzrә verilmiş mülki iddiaların düzgün hәlli üçün ilk növbәdә belә cinayәtlәrin törәdilmәsi nәticәsindә vurulmuş maddi ziyanın düzgün, toplanmış vә mәhkәmә iclasında araşdırılmış sübutlara әsasәn müәyyәn edilmәsi xüsusi әhәmiyyәt kәsb edir, çünki CPM-in 139.0.6-cı maddәsiinin müddәalarına görә dә, bu Mәcәllә ilә başqa hal nәzәrdә tutulmamışsa, cinayәt prosesi iştirakçısının vә ya cinayәt prosesindә iştirak edәn digәr şәxsin öz tәlәbini әsaslandırdığı hallar sübutlara әsasәn müәyyәn edilir. Əvvәla bu maddәdә cinayәt prosesi iştirakçısının tәlәbi dedikdә, başqa tәlәblәrlә yanaşı hәmçinin zәrәr çәkmiş şәxsin mülki iddia üzrә irәli sürdüyü tәlәb dә başa düşülür. Yәni bu normada da mülki iddia üzrә tәlәbә dair sübutların tәdqiq edilmәsi vә bundan sonra onların mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi vә mümkünlüyü üzrә qiymәtlәndirilmәsi mütlәq şәrt kimi nәzәrdә tutulur. Qanunvericiliyin bu normalarının mәnasına görә, zәrәrçәkmiş öz mülkiyyәtindәn mәhrum olunduqda, yaxud da ona maddi vә ya mәnәvi zәrәr vurulduqda, o, öz әmlakını, onun әvәzini vә ya ona vurulmuş digәr zәrәri tәlәb etmәk hüququna malikdir vә bu hüquq digәr vasitәlәrlә yanaşı mülki iddia vermәklә hәyata keçirilә bilәr. Mәhkәmәnin isә vәzifәsidir ki, belә iddia verildikdә tәdqiq etdiyi sübutlara әsasәn onun düzgün hәll edilmәsi barәdә әsaslandırılmış qәrar qәbul etsin. Belә tәfsir hәmçinin CPM-in 179-cu vә digәr maddәlәrinin tәlәblәrindәn irәli gәlir. Belә ki, CPM-in CPM-in 179.1-ci maddәsinә әsasәn cinayәt mühakimә icraatında mülki iddia bu Mәcәllәnin müddәaları ilә müәyyәn edilmiş qaydalara әsasәn verilir, sübut vә hәll olunur. CPM-in 179.3-cü maddәsindә nәzәrdә tutulmuşdur ki, mülki iddia üzrә qәrar iddianın predmetindәn asılı olaraq mülki qanunvericiliyin vә digәr qanunvericilik sahәlәrinin normalarına uyğun qәbul edilir. CPM-in 181.1.1-181.1.2-ci maddәlәrinin tәlәblәrindәn görünür ki, әmlakına vurulmuş ziyana görә fiziki vә hüquqi şәxs cinayәt mühakimә icraatı zamanı aşağıdakı hallarda mülki iddia vermәyә haqlıdır: - ziyan bilavasitә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәllә vurulduqda; - ziyan cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsi ilә әlaqәdar vurulduqda. CPM-in 181.2.1-181.2.4-cü maddәlәrinә müәyyәn edilmişdir ki, bilavasitә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәllә fiziki vә ya hüquqi şәxsә maddi ziyan vurulduqda o, ziyanın ödәnilmәsi barәdә mülki iddia vermәklә aşağıdakıları edә bilәr: - itirilmiş vә ya zәdәlәnmiş әmlakın dәyәrinin, mümkün olan hallarda isә әmlakın natura şәklindә ödәnilmәsini; - itirilmiş әmlakın satın alınmasına, habelә zәdәlәnmiş әmlakın keyfiyyәtinin, әmtәә görünüşünün bәrpa vә tәmir edilmәsinә sәrf olunmuş xәrclәrin ödәnilmәsini; - itirilmiş gәlirin ödәnilmәsini; - mәnәvi ziyanın ödәnilmәsini. 181.3. Maddi ziyan o halda cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsi ilә әlaqәdar vurulmuş hesab olunur ki, o, aşağıdakı xәrclәr şәklindә özünü göstәrir: 181.3.1. zәrәr çәkmiş şәxsin müalicәsinә vә ona qulluq göstәrilmәsinә; 181.3.2. zәrәr çәkmiş şәxsin dәfninә; 181.3.3. sığorta ödәmәsinә, müavinәt vә pensiya verilmәsinә; 181.3.4. әmlakın mühafizәsinә dair müqavilәnin icrasına çәkilәn xәrclәr. CPM-in 354.1.1-354.1.3-cü maddәlәrinin tәlәblәrinә görә, mәhkәmәnin hökmündә mülki iddianın әsaslarının vә mәblәğinin sübuta yetirilmәsindәn asılı olaraq aşağıdakı qәrarlardan biri әks etdirilir: - iddianın tam vә ya qismәn tәmin edilmәsi; - iddianın rәdd edilmәsi; - iddianın baxılmamış saxlanması. “Azәrbaycan Respublikası Konstitusiyasının 125-ci maddәsinin VII hissәsinin Azәrbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2019-cu il tarixli Qәrarında göstәrmişdir ki, ümumiyyәtlә hüquqi hәqiqәt prinsipinin realizәsi mexanizmi bu cürdür: iş üzrә sübutetmә predmetinә daxil olan halların tәqdim edilmәsi yükü tәrәflәrin üzәrinә düşür; mәhz tәrәflәr bu halların mövçud olub-olmamasını sübut etmәyә borcludurlar; prosesdә hәqiqәti isә әdalәt mühakimәsi orqanı olaraq mәhkәmә müәyyәn edir. Nәticәdә hüquqi hәqiqәt prinsipi mülki prosesdә tәrәflәr vә mәhkәmә arasında müәyyәn iş bölgüsünә gәtirib çıxarır: tәrәflәr işin faktiki hallarını tәqdim edir, mәhkәmә isә sübutları qiymәtlәndirir vә sonda hüququ tәtbiq edir. Belә iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mәnә faktları ver, mәn sәnә uyğun hüququ verәcәm”) prinsipinә әsaslanır. Konstitusiya Mәhkәmәsinin Plenumu digәr Qәrarlarında dәfәlәrlә qeyd etmişdir ki, hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir. Mәhkәmә işin gedişindә tәqdim olunmuş ancaq o sübutları qәbul edir vә nәzәrә alır ki, onlar işdә tәrәflәrin tәlәblәrini müәyyәn edәn faktlarla vә hallarla әlaqәdardır. Qәtnamә iş üzrә müәyyәn edilmiş hәqiqi hallara vә tәrәflәrin qarşılıqlı münasibәtinә uyğun әsaslandırılmalıdır. Qәtnamә çıxarıldıqda hakim sübutları qiymәtlәndirir, iş üçün әhәmiyyәtli olan nә kimi hajların müәyyәn edildiyini, nә kimi halların müәyyәn edilmәdiyini, tәrәflәrin hansı hüquği münasibәtdә olmalarını, hәmin iş üzrә hansı qanunun tәtbiq edilmәli olduğunu vә iddianın tәmin olunub-olunmadığıhı müәyyәn edir (“Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 82.3-cü maddәsinin şәrh edilmәsinә dair” 2016-cı il ## ###### tarixli Qәrar). Insan Hüquqları üzrә Avropa Mәhkәmәsi bir çox Qәrarlarında dәfәlәrlә, o cümlәdәn “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli Qәrarında növbәti dәfә xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddәsinin 1-ci bәndi mәhkәmәlәrin üzәrinә öz qәrarlarını әsaslandırmaq vәzifәsini qoyur. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli Qәrarının 67-ci bәndindә mәhkәmәlәrә hökm çıxarılarkәn verilmiş hәr bir mülki iddia üzrә onun tәmin edilib-edilmәmәsi, kimin xeyrinә vә hansı hissәdә tәmin edilmәsi mәsәlәlәrini hәll etmәlәri tövsiyә edilmişdir. Qәrarın 68-ci bәndindә izah olunmuşdur ki, cinayәt-prosessual qanuna әsasәn mәhkәmә hökmün tәsviri-әsaslandırıcı hissәsindә mülki iddianın tam vә ya qismәn tәmin edilmәsi vә yaxud rәdd edilmәsi üzrә motivlәrini, müvafiq maddi vә prosessual hüquqi normaları vә zәruri hallarda tәmin edilmiş tәlәblәrә aid olan hesablamaları göstәrmәklә gәldiyi nәticәni әsaslandırır. Belә әsaslandırma aparılarkәn cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәllә vә yaxud әmәlin törәdilmәsi ilә әlaqәdar vurulmuş ziyanın xarakteri vә tәmin edilmәli olan tәlәblәr üzrә ödәnişlәrin mәblәği (o cümlәdәn, mülki cavabdeh mülki iddianı qәbul etdiyi hallarda) mәhkәmә baxışında tәdqiq edilmiş sübutlar göstәrilmәklә onların mәcmusu ilә әsaslandırılmalıdır. Mәhkәmә kollegiyası qanunvericiliyin tәlәblәrindәn, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun vә Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin öz Qәrarlarında ifadә etdiklәri hüquqi mövqelәrindәn vә Ali Mәhkәmәnin Plenumunun izah vә tövsiyәlәrindәn çıxış edәrәk vә hazırkı iş üzrә apellyasiya instansiyası mәhkәmәsinin qәbul etdiyi qәrarı yoxlayıb tәhlil edәrәk belә qәnaәtә gәlir ki, işә mahiyyәti üzrә baxan mәhkәmәlәr zәrәr çәkmiş şәxs vә mülki iddiaçı zәrәrçәkmiş şәxs2 mülki iddiasının qismәn tәmin edilmәsi barәdә düzgün nәticәyә gәlmiş, bu iddianın tam tәmin edilmәsi üçün isә sonuncunun mülki iddianın mәblәği ilә bağlı iddiası müsbәt nәticәyә gәlmәk üçün kifayәt etmәmişdir. Mәhkum CM-in 179.3.2-ci maddәsi ilә tәqsirli bilinәrәk mәhkum olunması nәticәsindә ağır cәzaya mәruz qalması, ona cәza tәyini mәsәlәsini hәll edәn mәhkәmәlәrin isә iş üzrә müәyyәn edilmiş cәzanı yüngüllәşdirәn halları nәzәrә almamaları barәdә müdafiәçisi G.A.Nәzәrlinin kassasiya şikayәtinin dәlillәrinә cavab olaraq mәhkәmә kollegiyası, bir çox digәr qәrarlarında olduğu kimi, yenә dә xatırladır ki, cinayәt törәtmiş şәxsә tәyin edilәn hәr bir cәza törәdilmiş cinayәtin ictimai tәhlükәlilik dәrәcәsinә vә xarakterinә, hәmin şәxsi sәciyyәlәndirәn, habelә cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallara, şәxsin cinayәtin törәdilmәsindә iştirakçılıq dәrәcәsinә, onun hәm bundan әvvәl, hәm dә bundan sonrakı davranışına vә bu mәsәlәnin hәlli zamanı mühüm әhәmiyyәt kәsb edәn digәr hallara uyğun olmalı, cәzanın mәqsәdinә xidmәt etmәli vә cәmiyyәtdә tam mәnada sosial әdalәti bәrpa etmәlidir. Mәhkәmә kollegiyası vurğulamağı lazım bilir ki, әsaslandırılmış vә әdalәtli cәzanın tәyin edilmәsi ilk olaraq cinayәtkarlıqla mübarizә aparılması üçün vacib vasitә olmaqla, lazımi cәzalandırma tәdbirini tәmin edir, mәhkumun islah vә tәrbiyә edilmәsinә kömәklik göstәrir, onun vә başqa şәxsin yeni cinayәt törәtmәsinin qarşısını alır. Qanuni cәzanın tәyin edilmәsi isә ilk növbәdә cәzanın mәqsәdinә, yәni әdalәtin bәrpasına vә mәhkumun islah olunmasına nail olmaq sahәsindә mühüm vasitәdir. Cinayәt mühakimә icraatının hәyata keçirilmәsinin başlıca şәrti hәr hansı cinayәt törәtdiyinә görә tәqsirliliyi müәyyәn edilmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsindәn vә son nәticәdә mәhkәmә tәrәfindәn hәmin şәxsin barәsindә bu vә ya digәr cinayәthüquqi xarakterli tәdbirin tәtbiq edilmәsindәn ibarәtdir. Bu fәaliyyәtin әsasları, qaydaları vә prinsiplәri isә cinayәt vә cinayәt-prosessual hüquq normaları ilә tәnzimlәnir ki, mәhkәmәlәr dә cinayәt işlәrinә, sadәlәşdirilmiş icraat materiallarına vә ya xüsusi ittiham qaydasında şikayәtlәrә baxarkәn bu normaların tәlәblәrinә әmәl etmәyә, tәqsirkarın barәsindә cәza tәdbirinin seçilmәsi zamanı isә Cinayәt Mәcәllәsindә tәsbit edilmiş prinsiplәrә, o cumlәdәn әdalәt vә humanizm prinsiplәrini rәhbәr tutmağa borcludurlar. Bu, o demәkdir ki, mәhkәmә cәza tәyin edәrkәn mütlәq qaydada CM-in Ümumi hissәsinin bütün müddәalarını nәzәrә almalı, eyni zamanda Cinayәt Mәcәllәsinin Xüsusi hissәsinin törәdilmiş әmәlin cinayәt olmasını müәyyәn edәn maddәsinin sanksiyası ilә müәyyәn edilmiş cәza növlәrindәn vә ölçüsündәn kәnara çıxmamalıdır (CM-in 62-ci maddәsinin tәtbiq edilmәsi halları istisna olmaqla). Mәhkәmә kollegiyası hesab edir ki, yalnız törәdilmiş cinayәtin ağırlığına, törәdilmәsi hallarına vә tәqsirkarın şәxsiyyәtinә, ailә vәziyyәtinә, onun cinayәt törәtmәzdәn әvvәl vә bundan sonrakı davranışına, iş üzrә müvafiq sübutlarla müәyyәn edilmiş cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallara uyğun olan cәza әdalәtli hesab edilmәlidir. Eyni zamanda mәhkәmә tәrәfindәn cәza tәyin edilәrkәn sosial әdalәtә aşağıdakı qaydalar nәzәrә alınmaqla nail olunur: a) cәza CM-in Xüsusi hissәsinin müvafiq maddәsi ilә müәyyәn edilmiş hәdlәr daxilindә tәyin edilmәlidir. Törәdilmiş cinayәtә görә nәzәrdә tutulmuş cәza növündәn daha ciddi cәza növü yalnız o halda tәyin edilir ki, az ciddi cәza növü cәzanın mәqsәdlәrinә çatmağı tәmin edә bilmir; b) cәza CM-in Ümumi hissәsinin müddәaları, onlardan bu vә ya digәr şәkildә cәzanın tәyin edilmәsi ilә bağlı olan vә bu prosesә tәsir edәn müddәaları nәzәrә alınmaqla tәyin edilir (cәza anlayışı, onun mәqsәdlәri vә növlәri, yetkinlik yaşına çatmayanların cinayәt mәsuliyyәtinin vә cәzalandırılmasının xüsusiyyәtlәri vә s.); c) cәza cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi nәzәrә alınmaqla tәyin edilir. Cinayәtin ictimai tәhlükәliliyinin xarakteri dedikdә, cinayәt mәsuliyyәti nәzәrdә tutulan әmәlin müәyyәn bir növü kimi cinayәtin tәhlükәliliyinin keyfiyyәt xarakteristikası başa düşülür. Bu, ilk növbәdә cinayәtkar qәsd obyektinin xarakterindәn vә dәyәrliliyindәn asılıdır. Cinayәtin ictimai tәhlükәlilik dәrәcәsi eyni xarakterli cinayәt әmәllәrinin kәmiyyәt xarakteristikasıdır vә vurulmuş zәrәrin ölçüsündәn, tәqsirinin formasından, cinayәtin törәdilmә üsulundan vә cinayәtin törәdilmәsinin digәr hallarından asılıdır; ç) cәza tәyin edilәrkәn tәqsirkarın şәxsiyyәti nәzәrә alınır. Şәxsiyyәtin müәyyәn xüsusiyyәtlәri adәtәn onun törәtdiyi cinayәtdә öz әksini tapır. Tәqsirkarın şәxsiyyәti insanın ictimai mahiyyәtini, onun psixoloji vә bioloji xüsusiyyәtlәrini әhatә edәn anlayışdır. Cәzanın növünü vә ölçüsünü müәyyәn etmәk üçün, mәsәlәn, müttәhimin әmәyә, tәhsilә, ictimai borcuna münasibәti, onun istehsalatda vә mәişәtdә davranışı, әmәkqabiliyyәtliliyi, sağlamlıq durumu, ailә vәziyyәti, mәhkumluğu haqqında mәlumatlar mühüm әhәmiyyәt kәsb edir. Bu meyarlar әsasında mәhkәmә tәqsirkarı mәnfi sәciyyәlәndirәn aşağıdakı mәlumatları nәzәrә almalıdır: ictimai faydalı әmәkdәn yayınma, spirtli içkilәrdәn suiistifadә, ailәyә, işә pis münasibәt, ictimai asayişin pozulması vә s.; e) cәza tәyin edәrkәn, mәhkәmә cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları nәzәrә alır. Cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar hәm tәqsirkarın törәtdiyi cinayәtin, hәm dә onun şәxsiyyәtinin xüsusiyyәtlәrinә aid olan vә mәhkәmә tәrәfindәn tәyin edilmiş cәzanın növü vә ölçsünә tәsir göstәrә bilәn hallardır; f) cәza tәyin edәrkәn, mәhkәmә tәyin edilmiş cәzanın tәqsirkarın islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә alır. Birincisi cәzanın mәqsәdlәrinә nail olunması, ikincisi - qanunun tәyin edilmiş cәzanın neqativ kәnar sosial nәticәlәrini mümkün qәdәr azaltmaq istәyi ilә bağlıdır. Cәzanın tәyin edilmәsinin ümumi әsaslarını tәşkil edәn bütün bu şәrtlәr mütlәq mәcmu şәkildә yerinә yetirilmәlidir. Yalnız bu halda әdalәtli cәza tәyin etmәk vә onun mәqsәdlәrinә çatmaq mümkün olar. Bütün qeyd olunanlar isә cinayәt qanunvericiliyinin aşağıdakı normalarının tәlәblәrindәn, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenymynyn hüquqi mövqeyindәn vә Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun Qәrarlarında mәhkәmәlәrә ünvanlanmış izah vә tövsiyәlәrdәn irәli gәlir. Yalnız bu tәlәblәrә, hüquqi mövqeyә vә tövsiyәlәrә әmәl olunmaqla tәqsirlәndirilәn şәxsә tәyin edilmiş cәza әdalәtli vә qanunu hesab edilә bilәr. Belә ki, CM-in 8.1-ci maddәsinә әsasәn, cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilmiş cәza vә ya digәr cinayәt hüquqi xarakterli tәdbirlәr әdalәtli olmalıdır, yәni cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi hallarına vә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsin şәxsiyyәtinә uyğun olmalıdır. CM-in 9.2-ci maddәsindә tәsbit edilmişdir ki, cinayәt törәtmiş şәxsә tәtbiq edilәn cәza vә digәr cinayәt-hüquqi xarakterli tәdbirlәr işgәncә vә ya digәr qәddar, qeyri-insani, yaxud lәyaqәti alçaldan xarakter vә ya mәqsәd daşıya bilmәz. Qanunun göstәrilәn normasının tәhlili mәhkәmә kollegiyasına belә nәticәyә gәlmәk üçün әsas verir ki, mәhkәmәlәr tәqsirlәndirilәn şәxs barәsindә istәnilәn cәza tәdbirini seçәrkәn vә ya onun haqqında digәr cinayәt-hüquqi xarakterli tәdbir tәtbiq edәrkәn bu mәsәlәlәrә fәrdi yanaşma prinsipinә әsaslanmalı, bunlarla bağlı bütün halları nәzәrdәn keçirmәli, tәyin olunan cәza isә törәdilmiş cinayәtin ağırlığına, ictimai tәhlükәlilik dәrәcәsinә, xarakterinә, tәqsirlәndirilәn şәxsin şәxsiyyәtini vә onun ailә vәziyyәtini sәciyәlәndirәn, habelә iş üzrә müәyyәn edilmiş cәzanı yüngüllәşdirәn vә ya ağırlaşdıran hallara mütәnasib olmalıdır. Bu tәlәblәr nәzәrә alınmadan qeyd olunan hallara uyğun olmayan sәrt cәzanın tәyin edilmәsi hәmin cәzanın işgәncә vә ya digәr qәddar, qeyriinsani, yaxud lәyaqәti alçaldan xarakter vә ya mәqsәd daşıyan cәza kimi qiymәtlәndirilmәsinә әsas ola bilәr. CM-in 41.1-ci maddәsinin müddәalarından göründüyü kimi, cәza mәhkәmә hökmü ilә tәyin edilәn cinayәt-hüquqi xarakterli tәdbirdir. Cәza cinayәt törәtmәkdә tәqsirli hesab edilәn şәxsә tәtbiq olunur vә hәmin şәxs barәsindә bu Mәcәllә ilә müәyyәn edilәn mәhrumiyyәtlәr yaradılmasından vә ya onun hüquq vә azadlıqlarının mәhdudlaşdırılmasından ibarәtdir. Cәzanın mәqsәdindәn bәhs edәn CM-in 41.2-ci maddәsinә görә, cәza sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almaq mәqsәdi ilә tәtbiq edilir. CM-in 58.1-ci maddәsindә göstәrilir ki, cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsә, bu Mәcәllәnin Ümumi hissәsinin müddәaları nәzәrә alınmaqla Xüsusi hissәsinin müvafiq maddәlәrindә nәzәrdә tutulmuş hәdlәrdә әdalәtli cәza tәyin edilir. Törәdilmiş cinayәtә görә nәzәrdә tutulmuş cәzalardan daha ciddi cәza növü vә ya hәddi yalnız o halda tәyin edilir ki, az ciddi cәza növü vә ya hәddi cәzanın mәqsәdlәrini tәmin edә bilmir. Daha sonra mәhkәmә kollegiyası qeyd edir ki, CM-in 58.3-cü maddәsinin tәlәblәrinә görә, cәza tәyin edilәrkәn törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, tәqsirkarın şәxsiyyәti, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsiri nәzәrә alınır. Cinayәt qanununda cәzanı yüngüllәşdirәn hallar CM-in 59.1.1-59.1.14-cü maddәlәrindә, cәzanı ağırlaşdıran hallar isә - CM-in 61.1.1 vә 61.1.13-cü maddәlәrindә nәzәrdә tutulmuşdur. Eyni zamanda CM-in 59.2-ci maddәsindә tәsbit edilmişdir ki, cәza tәyin edilәrkәn bu Mәcәllәnin 59.1.1-59.1.14-cü maddәlәrindә göstәrilmәmiş başqa hallar da cәzanı yüngüllәşdirәn hal qismindә nәzәrә alına bilәr, CM-in 61.2-ci maddәsinә görә isә cәza tәyin edilәrkәn bu Mәcәllәnin 61.1.1-61.1.13-cü maddәlәrindә göstәrilmәmiş hallar cәzanı ağırlaşdıran hal qismindә nәzәrә alına bilmәz. Bundan başqa, mәhkәmә kollegiyası qeyd etmәyi zәruri bilir ki, yuxarıda da istinad olunan cinayәt mühakimә icraatının obyektivliyi, qәrәzsizliyi vә әdalәtliyi, cinayәt mühakimә icraatında sübutların qiymәtlәndirilmәsi prinsiplәrinә, sübutlar vә sübutetmәyә dair normalara, o cümlәdәn CPM-in 125, 143-146-cı maddәlәri, hökmün әsaslılığına dair müddәalara hәmçinin tәqsirkar barәsindә cinayәt-hüquqi xarakterli tәdbirin tәtbiq edilmәsi zamanı da riayәt olunmalıdır. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun bir sıra Qәrarlarında göstәrilmişdir ki, hәr bir cinayәt ilә onun törәdilmәsinә görә tәtbiq olunduğu cәza arasında mәqsәdyönlü vә әsaslı bağlılıq olmalıdır. (“Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 48-ci maddәsinin şәrh edilmәsi haqqında” vә “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 53.4-cü maddәsinin vә Azәrbaycan Respublikası Cәzaların Icrası Mәcәllәsinin 112.1-ci maddәsinin şәrh edilmәsinә dair” Konstitusiya Mәhkәmәsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il vә ## #### 2011-ci il tarixli Qәrarları). “Azәrbaycan Respublikası CM-in 32-ci maddәsinin Azәrbaycan Respublikası Konstitusiyasının 29-cu maddәsinin IV hissәsinә uyğunluğu haqqında” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 1999-cu il tarixli Qәrarında qeyd olunmuşdur ki, cinayәt qanunvericiliyinә görә cәza törәdilmiş cinayәt üçün yalnız sitәm olmayıb, eyni zamanda mәhkumları islah etmәk, tәrbiyәlәndirmәk, habelә yeni cinayәt edilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 59.1.9 vә 60-cı maddәlәrinin bәzi müddәalarının şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun # ##### 2012-ci il tarixli Qәrarına görә, cinayәt qanunvericiliyindә cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halların müәyyәn edilmәsi mәhkәmә tәrәfindәn cәza hüdudları daxilindә cәzanın әdalәtli tәyin edilmәsinә vә tәyin edilmiş cәzanın hәr bir konkret halda fәrdilәşdirilmәsinә xidmәt edir. Belә ki, mәhkәmә cinayәt mühakimә icraatı zamanı ittiham hökmü ilә cәza tәyin edәrkәn törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә almalıdır. Bu baxımdan cәzanı yüngüllәşdirәn halların düzgün müәyyәn olunması xüsusi әhәmiyyәt kәsb edir. Konstitusiya Mәhkәmәsi Plenumunun sözügedәn Qәrarına әsasәn, cәzanı yüngüllәşdirәn hal tәqsirkarın şәxsiyyәtinә, törәdilmiş cinayәtә aid olan vә müvafiq olaraq cinayәt törәdәnin özünün vә cinayәt әmәlinin tәhlükәliliyini azaldan hallardır. Hәmçinin, “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 53.4-cü maddәsinin vә Azәrbaycan Respublikası Cәzaların Icrası Mәcәllәsinin 112.1-ci maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2011-ci il tarixli Qәrarında cәzanın mahiyyәti vә mәqsәdlәri ilә bağlı qeyd edilmişdir ki, cinayәt qanunvericiliyinin quruluşu vә mәzmunu CM-in vәzifәlәrinin tәminatına xidmәt edir. Cinayәt qanunvericiliyinә әsasәn hәr bir cinayәt xarakterli ictimai tәhlükәli әmәl törәdәn şәxs cәzalandırılmalıdır. Cәza bir tәrәfdәn, törәdilәn cinayәtә görә dövlәtin reaksiyasıdır, digәr tәrәfdәn isә cinayәt әmәlini törәdәn üçün onun törәtdiyi cinayәtin cinayәt-hüquqi nәticәsidir. “Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 512.2 vә 519.0.4-cü maddәlәrinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2012-ci il tarixli Qәrarında göstәrilir ki, CM-in 9-cu maddәsinin mәnasına görә, cinayәt hüququ şәxsiyyәti, zәrәr çәkәnin hüquqlarını, cәmiyyәtin mәnafeyini qorumaqla yanaşı, öz әmәli ilә sadalanan dәyәrlәrә qәsd edәn tәqsirkar şәxs barәsindә dә humanist mövqedә durmalıdır. Humanizmin anlamı әmәlin kriminallaşdırılmasında vә mәsuliyyәtin differensiasiyasında әdalәt prinsipinin tәlәblәrinin gözlәnilmәsini, cinayәt tәrkibinin mәsuliyyәtin yeganә hüquqi әsası hesab edilmәsini, mәsuliyyәtin tәqsir dәrәcәsindәn asılı olaraq fәrdilәşdirilmәsini, cinayәt hüquqi tәsir tәdbirlәrinә qәnaәt edilmәsini, böyük ictimai tәhlükә törәtmәyәn әmәllәri edәn şәxslәrin qanunla müәyyәn edilmiş әsaslar olduqda mәsuliyyәtdәn vә cәzadan azad edilmәsini nәzәrdә tutur. Cinayәt hüququnda humanizm - cinayәt törәdәn şәxslәrә cәza tәyini zamanı, elәcә dә müxtәlif növ cәzadan şәrti vә şәrtsiz azad etmә institutlarının tәtbiqindә xeyirxahlıq münasibәtini ifadә edir. Azәrbaycan Respublikasının cinayәt qanununun bir sıra institutları mәhz bu prinsipә әsaslanır. Cәza tәyini sahәsindә vahid mәhkәmә tәcrübәsinin formalaşdırılması mәqsәdilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Plenumu tәrәfindәn ## #### 2003-cü il tarixdә qәbul edilmiş vә Plenumun ## ##### 2021-ci il tarixli Qәrarı ilә bir sıra dәyişikliklәr edilmiş “Mәhkәmәlәr tәrәfindәn cinayәt cәzalarının tәyin edilmәsi tәcrübәsi haqqında” Qәrarın 1ci bәndinin 2 vә 3-cü abzaslarında mәhkәmәlәrә tövsiyyә edilmişdir ki, cinayәt qanununun әdalәt prinsipindәn bәhs edәn CM-in 8-ci maddәsinә görә cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmә şәraitinә, tәqsirkarın şәxsiyyәtinә uyğun olmalıdır. Habelә, cinayәtin ictimai tәhlükәliliyinin xarakteri qәsdin obyektindәn, tәqsirin formasından vә әmәlin Cinayәt Mәcәllәsinin 15-ci maddәsi ilә hansı cinayәtlәr kateqoriyasına aid edilmәsindәn asılıdır. Cinayәtin ictimai tәhlükәlilik dәrәcәsi isә onun törәdilmә hallarına (mәsәlәn, cinayәtkar niyyәtin hәyata keçirilmә dәrәcәsi, üsulu, vurulmuş zәrәrin hәcmi vә baş vermiş nәticәlәrin ağırlığı, iştirakçılıqla törәdilmiş cinayәtlәrdә tәqsirli şәxslәrin rolu vә s.) әsasәn müәyyәn edilir. “Mәhkәmә hökmü haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qәrarının 45-ci bәndindә mәhkәmәlәrin cәza tәyini zamanı tәqsirkara hәm yüngüllük, hәm dә ağırlıq baxımından açıq-aşkar әdalәtsiz cәza tәyin edilmәsi hallarına yol vermәmәlәri, CM-in 58.3-cü maddәsinә әsasәn törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә cәzanın onun islah olunmasına vә ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә almaları tövsiyә edilmişdir. Qәrarın göstәrilәn bәndindә hәmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdә cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsini, habelә tәqsirkarın şәxsiyyәtini göstәrәn hansı konkret halların nәzәrә alındığı göstәrilmәli, seçilәn cәzanın vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirin tәqsirlәndirilәn şәxsin islah olunması, ailәsinin hәyat şәraitinә tәsiri baxımından mәqsәdәuyğun olması izah edilmәlidir. Qәrarın 46-cı bәndindә mәhkәmәlәrә o, da izah edilmişdir ki, mәhkәmәlәr cәza tәyini mәsәlәsinin hәlli ilә әlaqәdar tәqsirlәndirilәn şәxsin istәr cәzasını yüngüllәşdirәn, istәrsә dә cәzasını ağırlaşdıran halları müәyyәn edәrkәn, onların ittiham aktında bu qisimdә göstәrilib-göstәrilmәmәsindәn asılı deyillәr. Tәhlil edilәn Qәrarın 47, 48, 53, 56-cı bәndlәrinә görә, mәhkәmәlәr CPM-in 346.1.11- 346.1.14-cü maddәlәrindә nәzәrdә tutulmuş cәzanın tәyini üzrә mәsәlәlәrin hәlli zamanı hökmdә mәhkәmәnin gәldiyi nәticәlәrin motivlәrinin göstәrilmәsini tәlәb edәn CPM-in 353.2.7-ci maddәsinә ciddi әmәl etmәlidirlәr. Əvvәla mәhkәmә kollegiyası qeyd edir ki, Mәhkum tәqsirli bilindiyi CM-in 179.3.2-ci maddәsinin sanksiyasında beş ildәn on ilәdәk azadlıqdan mәhrum etmә cәzası nәzәrdә tutulmuşdur ki, hazırkı iş üzrә apellyasiya instansiyası mәhkәmәsinin dә razılaşdığı birinci instansiya mәhkәmәsinin # ####### 2025-ci il tarixli hökmü ilә ona hәmin maddә ilә cәza tәyin olunarkәn, mәhkәmә onun törәtdiyi cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi ilә yanaşı CM-in 59-cu maddәsinә әsasәn cinayәt nәticәsindә dәymiş ziyanı qismәn ödәmәsini, zәrәr çәkmiş şәxs zәrәrçәkmiş şәxs1lә barışıq әldә etmәsini, әvvәllәr mәhkum olunmamasını, yaşadığı yer üzrә müsbәt xarakterizә olunmasını, gәnc olmasını onun cәzasını yüngüllәşdirәn hallar qismindә, habelә iş üzrә CM-in 61.1-ci maddәsindә sadalanan cәzanı ağırlaşdıran halların müәyyәn edilmәmәsini nәzәrә almış vә sonuncuya bütün bu hallara görә onun tәqsirli bilindiyi maddәnin sanksiyasında nәzәrdә tutulmuş azadlıqdan mәhrum etmә cәzasının әn aşağı hәddindә qanuni vә әdalәtli cәza tәyin etmiş vә bu zaman maddi hüquq normalarının hәr hansı şәkildә pozulmasına yol vermәmiş, eyni zamanda gәldiyi nәticәni hәm qanunvericiliyin tәlәblәrinә, hәm dә Konstitusiya Mәhkәmәsi Plenumunun hüquqi mövqeyinә vә Ali Mәhkәmәnin Plenum Qәrarlarında әksini tapmış izah vә tövsiyәlәrә istinad etmәklә lazımi qaydada әsaslandırmışdır. Mәhkәmә kollegiyası istәr birinci, istәrsә dә apellyasiya instansiyası mәhkәmәlәrinin gәldiklәri bu nәticә ilә dә razılaşaraq eyni zamanda vurğulayır ki, hәmin mәhkәmәlәrin cәza tәyini ilә bağlı mәsәlәnin hәlli zamanı hәr hansı cәzanı yüngüllәşdirәn halı nәzәrә almamaları, kassasiya şikayәtlәrinә mәhkәmә baxışı zamanı isә cәzanın növünә vә hәddinә tәsir göstәrә bilәcәk yeni hallar iş materialları ilә müәyyәn edilmir. Halbuki, kassasiya icraatı zamanı mәhkum olunmuş şәxsә tәyin olunmuş cәzanın yüngüllәşdirilmәsi mәsәlәsi o halda nәzәrdәn keçirilә bilәr ki, birinci vә ya apellyasiya instansiyası mәhkәmәsi bu mәsәlәni hәll edәrkәn CPM-in 139.0.5-ci maddәsinin tәlәblәrinә uyğun olaraq araşdırılmış sübutlarla tәsdiq olunan cәzanı yüngüllәşdirәn hәr hansı halı nәzәrә almasın, yaxud da mәhkәmәlәr cәza tәyini zamanı CM-in 61.1-ci maddәsindә nәzәrdә tutulmamış hansısa hala cәzanı ağırlaşdıran hal kimi istinad etmiş olsunlar. Mәhkәmә kollegiyası hesab edir ki, mәhkәmәlәr iş üzrә yekun nәticәyә gәlmәk üçün әhәmiyyәtli olan digәr mәsәlәlәrlә yanaşı, mәhkumun barәsindә cәza tәdbirinin seçilmәsi mәsәlәsini dә hәll edәrkәn qanunun tәlәblәrinә tam әmәl etmiş, mәhkuma tәyin olunmuş cәza isә, yuxarıda qeyd edildiyi kimi, onun tәqsirli bilindiyi maddәnin sanksiyasında nәzәrdә tutulmuş azadlıqdan mәhrum etmә cәzasının әn aşağı hәddindәdir. Bununla yanaşı mәhkәmә kollegiyası vurğulayır ki, cinayәt qanunvericiliyinin normaları tәqsirkara onun tәqsirli bilindiyi maddәnin sanksiyasında nәzәrdә tutulmuş cәzadan daha yüngül cәzanın tәyin edilmәsi üçün (müdafiәçi G.A.Nәzәrlinin kassasiya şikayәtindә irәli sürdüyü tәlәb) hәmin şәxsin barәsindә CM-in 62-ci maddәsindә göstәrilәn müstәsna halların müәyyәn edilmәsini tәlәb edir. Belә ki, CM-in 62.1-ci maddәsinә әsasәn isә, cinayәtin mәqsәdi vә motivi, tәqsirkarın cinayәtin törәdilmәsindә rolu, cinayәtin törәdilmәsi zamanı vә bundan sonra onun davranışı ilә bağlı müstәsna hallar, habelә cinayәtin ictimai tәhlükәliliyini әhәmiyyәtli dәrәcәdә azaldan başqa hallar olduqda, elәcә dә iştirakçılıqla törәdilmiş cinayәtin iştirakçısı hәmin cinayәtin açılmasına fәal kömәk etdikdә, bu Mәcәllәnin Xüsusi hissәsinin müvafiq maddәsindә müәyyәn edilmiş aşağı hәddәn dә az cәza tәyin edilә bilәr vә ya mәhkәmә hәmin maddәdә müәyyәn edilәndәn daha yüngül cәza növü tәyin edә bilәr, yaxud tәyin edilmәsi mәcburi olan әlavә cәzanı tәyin etmәyә bilәr. CM-in 62.2-ci maddәsinә әsasәn, cәzanı yüngüllәşdirәn hәm ayrı-ayrı hallar, hәm dә bu cür halların mәcmusu müstәsna hal hesab edilә bilәr. Göründüyü kimi, qanunverici cinayәtә görә müәyyәn edilmiş cәzadan daha yüngül cәzanın tәyin edilmәsini mümkün edәn әsaslar olaraq aşağıdakıları göstәrir: - cinayәtin mәqsәdi vә motivi, tәqsirkarın cinayәtin törәdilmәsindә rolu, cinayәtin törәdilmәsi zamanı vә bundan sonra onun davranışı ilә bağlı müstәsna hallar; - cinayәtin ictimai tәhlükәliliyini әhәmiyyәtli dәrәcәdә azaldan başqa hallar; - iştirakçılıqla törәdilmiş cinayәtin iştirakçısının hәmin cinayәtin açılmasına fәal kömәk etmәsi. Birinci iki qrupu birlәşdirәn ümumi cәhәt odur ki, hәmin hallar törәdilmiş cinayәtin ictimai tәhlükәliliyi ilә bağlı olub onu әhәmiyyәtli dәrәcәdә azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fәrlәndirәn cәhәt isә odur ki, hәmin hal cinayәtin ictimai tәhlükәliliyinә tәsir göstәrәn әsas kimi deyil, tәqsirkarı sәciyyәlәndirәn (cinayәtin digәr iştirakçılarından müsbәt mәnada fәrqlәndirmәklә onun ictimai-tәhlükәliliyini azaldan) hal kimi çıxış edir. CM-in 62.2-ci maddәsindә tәsbit olunmuş müddәaya gәldikdә isә, hәmin norma CMin 62.1-ci maddәsinә münasibәtdә kömәkçi (izahedici) xarakter daşıyır. Sözügedәn normanın kömәkçi xarakteri ondan irәli gәlir ki, CM-in 62.2-ci maddәsi cinayәtә görә müәyyәn edilmiş cәzadan daha yüngül cәzanın tәyin edilmәsi institutunun tәtbiq edilmәsini mümkün edәn müstәqil әsasları tәsbit etmir. CM-in 62.1-ci maddәsi isә, әksinә, hansı halların CM-in 62-ci maddәsinin tәtbiqini şәrtlәndirәn әsaslar kimi çıxış etdiyini göstәrir, onların tәxmini dairәsini müәyyәnlәşdirir. Hәmçinin mәhkәmә kollegiyası qeyd edir ki, CM-in 62.1 vә 62.2-ci maddәlәrinin mәnasına görә cәzanı yüngüllәşdirәn ayrı-ayrı hallar vә yaxud onların mәcmusu özüözlüyündә deyil, yalnız cinayәtin ictimai tәhlükәliliyini әhәmiyyәtli dәrәcәdә azaldan әsaslar kimi çıxış etdikdә (CM-in 62.1-ci maddәsindә sadalanan әsaslar çoxluğuna aid olduqda) şәxsin barәsindә CM-in 62-ci maddәsinin tәtbiqini mümkün edәn әsaslar kimi nәzәrdәn keçirilә bilәr. Buna görә, mәhkәmә CM-in 62-ci maddәsinin tәtbiqi üzrә mәsәlәni hәll edәrkәn cәzanı yüngüllәşdirәn hala vә yaxud bu cür halların mәcmusuna әsaslandıqda, sadәcә istinadla kifayәtlәnmәmәli, әvvәla hәmin halların hansı sübutlarla tәsdiq edilmәsini göstәrmәli, digәr tәrәfdәn isә belә halların törәdilmiş cinayәtlә әlaqәsini, onun ictimai tәhlükәliliyinә tәsirini, bu tәsirin kifayәt qәdәr olduğunu, yәni törәdilmiş cinayәtin ictimai tәhlükәliliyini mәhz әhәmiyyәtli dәrәcәdә azaltdığını, әgәr cәzanı yüngüllәşdirәn hәmin hallar cinayәtin mәqsәdi vә motivi, tәqsirkarın cinayәtin törәdilmәsindә rolu, cinayәtin törәdilmәsi zamanı vә bundan sonra davranışı ilә bağlıdırsa, onların müstәsna xarakterә malik olduğunu әsaslandırmalıdır. Yuxarıda tәsvir edilәn cinayәt-hüquqi normalardan belә nәticә hasil olunur ki, cәza tәyini mәsәlәsinin әdalәtlә hәll edilmәsi üçün formal olaraq CM-in 62.1-ci maddәsindә tәsbit edilmiş әsasların dairәsinә düşәn halların CM-in 8, 58-ci maddәlәrindә sadalanan hallarla birlikdә, hәmin, elәcә dә CM-in 41.2-ci maddәsinin tәlәblәri gözlәnilmәklә tәhlil edilmәsi vә mәcmu halında nәzәrә alınması tәlәb olunur. O cümlәdәn, tәqsirkarın şәxsiyyәti, cәzanı yüngüllәşdirәn hallar da elә nәzәrә alınmalıdır ki, tәyin olunmuş cәza ilә cinayәtin xarakteri, ictimai-tәhlükәlilik dәrәcәsi, törәdilmә halları arasında uyğunsuzluq yaranmasın, cәzanın mәqsәdlәri tәmin edilmiş olsun. Başqa sözlә, CM-in 8 vә 58-ci maddәlәrinin nәzәrdә tutduğu müәyyәn (mәsәlәn, cәzanı yüngüllәşdirәn) hallara hәddindәn artıq önәm verilib, onların CM-in 62-ci maddәsinin tәtbiqini mümkün edәn müstәsna hallar kimi qiymәtlәndirilmәsi, digәr (mәsәlәn, cinayәtin xarakteri, törәdilmә halları, meydana gәtirdiyi nәticәlәr kimi) halların isә lazımınca dәyәrlәndirilmәmәsi tәqsirkara tәyin edilmiş cәzanın әdalәt prinsipinә cavab verәn cinayәt-hüquqi tәdbir kimi qәbul edilmәsinә yol vermir. Hazırkı işin materiallarından isә Mәhkum barәsindә CM-in 62-ci maddәsinin tәtbiqinә әsas verә bilәn hәr hansı müstәsna halın müәyyәn edilmәsi görünmür. Buna görә dә mәhkәmә kollegiyası cinayәt işinin materiallarını kassasiya şikayәtlәrinin dәlillәri ilә birgә müqayisәli şәkildә bir daha tәhlil edib mәhkumun müdafiәçisi G.A.Nәzәrlinin kassasiya şikayәtinin tәmin edilmәsi vә zәrәr çәkmiş şәxs vә mülki iddiaçı zәrәrçәkmiş şәxs2 kassasiya şikayәtinin tәmin edilmәmәsi haqqında mәhkum Mәhkum vә onun müdafiәçisi G.A.Nәzәrlinin, zәrәr çәkmiş şәxs vә mülki iddiaçı zәrәrçәkmiş şәxs2 kassasiya şikayәtinin tәmin edilmәsi, müdafiә tәrәfinin kassasiya şikayәtinin tәmin edilmәmәsi haqqında zәrәrçәkmiş şәxs2 vә digәr zәrәr çәkmiş şәxs zәrәrçәkmiş şәxs3, hәr iki kassasiya şikayәtlәrinin tәmin edilmәmәsi haqda isә dövlәt ittihamçısı H.B.Imranovun çıxışlarını dinlәyәrәk hesab edir ki, kassasiya şikayәtlәri tәmin edilmәmәli, Mәhkum CM-in 179.3.2-ci maddәsi ilә tәqsirli bilinәrәk mәhkum olunmasına dair cinayәt işi üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ## ###### 2025-ci il tarixli qәrarı isә kassasiya şikayәtlәrinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.10.1-ci maddәsini rәhbәr tutaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyası QƏRARA A L D İ: Mәhkum Mәhkum müdafiәçisi G.A.Nәzәrlinin vә zәrәr çәkmiş şәxs vә mülki iddiaçı zәrәrçәkmiş şәxs2 kassasiya şikayәtlәri tәmin edilmәsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar