Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-94/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-338/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları
1. Məhkum Məhkum ## #### 1961-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Şamaxı şəhər Incəsənət Təhsili Mərkəzində qarmon ixtisası üzrə müəllimə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır.
2. 30 iyun 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 179.3.2 və 308.2ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla talamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək dövlətin qanunla qorunan mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi üzrə 01 noyabr 2013-cü il tarixli, 93 nömrəli əmrlə Şamaxı şəhər Incəsənət Təhsili Mərkəzinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməklə 29 aprel 2022-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi əsasnaməsinə əsasən, tədris plan və proqramlarının tam yerinə yetirilməsi işini təşkil etmək, tədris prosesinin yüksək səviyyədə qurulmasına, dərsin keyfiyyətinə, təlim-tərbiyə və metodiki işlərin səmərəli aparılmasına, nizam-intizam qaydalarına riayət edilməsinə məsuliyyət daşımaq, dərs cədvəlini tərtib edib direktorun təsdiqinə vermək, tədris plan və proqramlarının yerinə yetirilməsini daim nəzarətdə saxlamaq və hər yarımilin sonunda bu işi yekunlaşdıraraq pedaqoji şuranın müzakirəsinə çıxarmaq, müəllimlərin dərslərinə mütəmadi olaraq nəzarət etmək, onların dərslərini dinləmək, təhlil etmək, müəllimlərin açıq dərslərini təşkil etmək, müasir dərsə olan tələblərin əməli surətdə tətbiq edilməsində müəllimlərə metodiki kömək göstərmək, qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılmasını təşkil etmək, bu və ya digər səbəbdən işə çıxmayan məllimlərin həftəlik dərs yükünü jurnallar əsasında hesablamaq və aylıq əmək haqqının ödənilməsi üçün həftəlik dərs saatlarının miqdarı cədvəlini mühasibatlığa təqdim etmək, şagirdlərin müəllimlər arasında bölgüsünü aparmaq, dərsə davamiyyətə nəzarət etmək, imtahanların, bağlı akademik konsertlərin, dinləmələrin vaxtını təyin etmək, direktor olmayanda qanunvericiliyə uyğun olaraq onu əvəz etmək və və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi - məsul vəzifəli şəxs kimi həmin Mərkəzin direktoru X3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncu və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus olmaqla onlara etibar olunmuş özgə əmlakını Namiq Rzazadə ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqelərindən istifadə edərək vahid niyyətlə talamaq məqsədilə 01 noyabr 2013-cü il tarixdən 29 aprel 2022-ci il tarixədək olan müddətdə həmin idarəyə işçi kimi rəsmiləşdirilmiş şəxslərin adına “xxxx” ASC-nin Şamaxı filialında hazırlanmış plastik kartları onlardan təhvil alıb faktiki olaraq işə gəlməməklə heç bir əmək fəaliyyəti ilə məşğul olmamalarına baxmayaraq, onların işdən çıxarılması üçün qəsdən qanuni addımları atmayıb, onlara əmək haqqının hesablanaraq ödənilməsinə nail olmaqla özündə və qabaqcadan əlbir olduğu X3 həmin plastik hesab kartlarına köçürülmüş əmək haqqı məbləğlərini, o cümlədən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Ismayıllı Regional Mədəniyyət Idarəsinin 01 noyabr 2013-cü il tarixli əmri ilə fəhlə kimi işə götürülmüş şahid5 adına “xxxx” ASC-də açılmış 416974*******7649 hesab nömrəli plastik bank kartına 2013-cü il ərzində 204,6 (iki yüz dörd manat altmış qəpik) manat, 2014-cü il ərzində 1.235,36 (bir min iki yüz otuz beş manat otuz altı qəpik) manat, 2015-ci il ərzində 1.234,24 (bir min iki yüz otuz dörd manat iyirmi dörd qəpik) manat, 2016-cı il ərzində 1.493,15 (bir min dörd yüz doxsan üç manat on beş qəpik) manat, 2017-ci il ərzində 1.377,4 (bir min üç yüz yetmiş yeddi manat qırx qəpik) manat, 2018-ci il ərzində 1.626,19 (bir min altı yüz iyirmi altı manat on doqquz qəpik) manat, 2019-cu il ərzində 2.285,73 (iki min iki yüz səksən beş manat yetmiş üç qəpik) manat, 2020-ci il ərzində 2.847,6 (iki min səkkiz yüz qırx yeddi manat altmış qəpik) manat, 2021-ci il ərzində 2.779,2 (iki min yeddi yüz yetmiş doqquz manat iyirmi qəpik) manat, 2022-ci il üçün 818,76 (səkkiz yüz on səkkiz manat yetmiş altı qəpik) manat olmaqla, ödənilmiş ümumilikdə 15.902,23 manat (on beş min doqquz yüz iki manat iyirmi üç qəpik) məbləğində, eyni niyyətlə, 01 iyun 2016cı il tarixli əmrlə həmin mərkəzə xadimə təyin edilmiş şahid9 Xəlil qızının adına “xxxx” ASC-də açılmış 416974*******4930 hesab nömrəli plastik bank kartına 2016-cı il ərzində 792,65 (yeddi yüz doxsan iki manat altmış beş qəpik) manat, 2017-ci il ərzində 1.377,4 (bir min üç yüz yetmiş yeddi manat qırx qəpik) manat, 2018-ci il ərzində 1.626,19 (bir min altı yüz iyirmi altı manat on doqquz qəpik) manat, 2019-cu il ərzində 2.285,73 (iki min iki yüz səksən beş manat yetmiş üç qəpik) manat, 2020-ci il ərzində 2.610,3 (iki min altı yüz on manat otuz qəpik) manat, 2021-ci il ərzində 2.779,2 (iki min yeddi yüz yetmiş doqquz manat iyirmi qəpik) manat, 2022-ci il üçün 818,76 (səkkiz yüz on səkkiz manat yetmiş altı qəpik) manat olmaqla, ümumilikdə hesablanaraq ödənilmiş 12.290,23 manat (on iki min iki yüz doxsan manat iyirmi üç qəpik), ümumilikdə 2 nəfər üzrə cəmi 28.192,46 manat (iyirmi səkkiz min bir yüz doxsan iki manat qırx altı qəpik) məbləğində pul vəsaitini qeyd edilən hesablar üzrə plastik bank kartları vasitəsilə 2013-cü ilin dekabr ayından 2022-ci ilin may ayınadək olan müddətdə Şamaxı şəhəri ərazisində yerləşən “xxxx” ASC-nə məxsus bankomatlardan şəxsən, qabaqcadan əlbir olduğu Namiq Rzazadə və cinayətdən xəbərsiz digər işçilər vasitəsilə çıxararaq əldə etməklə, cəmi 28.192,46 manat (iyirmi səkkiz min bir yüz doxsan iki manat qırx altı qəpik) məbləğində, eyni niyyətlə, 2015ci ilin yanvar ayından 2022-ci ilin fevral ayına qədər olan müddətdə Şamaxı şəhər Incəsənət Təhsil Mərkəzində fortepiano ixtisası üzrə müəllimə işləyən şahid6 adına “xxxx” ASC-də açılmış 416974*******4402 hesab nömrəli plastik bank kartına 2015-ci ildə 2.508,13 (iki min beş yüz səkkiz manat on üç qəpik) manat, 2016-cı ildə 3.445,84 (üç min dörd yüz qırx beş manat səksən dörd qəpik) manat, 2017-ci ildə 3.349,72 (üç min üç yüz qırx doqquz manat yetmiş iki qəpik) manat, 2018-ci ildə 3.152,42 (üç min bir yüz əlli iki manat qırx iki qəpik) manat, 2019-cu ildə 2.028,67 (iki min iyirmi səkkiz manat altmış yedi qəpik) manat, 2020-ci ildə 2.991,02 (iki min doqquz yüz doxsan bir manat iki qəpik) manat, 2021-ci ildə 10.048,39 (on min qırx səkkiz manat otuz doqquz qəpik) manat, 2022ci ilin yanvar ayında 696,44 (altı yüz doxsan altı manat qırx dörd qəpik), fevral ayında 696,43 (altı yüz doxsan altı manat qırx üç qəpik) manat olmaqla, ümumilikdə hesablanaraq ödənilmiş 28.917,06 (iyirmi səkkiz min doqquz yüz on yeddi manat altı qəpik) manat məbləğində vəsaitin yazılmış əlavə dərs saatına görə ödənilmiş hər ay üçün 145 (bir yüz qırx beş) manat olmaqla, cəmi 12470 (on iki min dörd yüz yetmiş) manat məbləğində olan hissəsini həmin müddətdə şahid6 tərəfindən bankomatlardan çıxarıldıqdan sonra sonuncudan ünvan 3 ünvanında yerləşən Şamaxı şəhər Incəsənət Təhsil Mərkəzinin inzibati binasındakı xidməti otağında şəxsən və Namiq Rzazadə vasitəsilə almaqla, cəmi 12470 (on iki min dörd yüz yetmiş) manat məbləğində, eyni niyyətlə, 2019-cu ilin yanvar ayından 8 fevral 2022-ci tarixədək olan müddətdə Şamaxı şəhər Incəsənət Təhsil Mərkəzində fortepiano ixtisası üzrə müəllimə işləyən şahid14 adına “xxxx” ASC-də açılmış 416974*******4914 hesab nömrəli plastik bank kartına 2019cu ildə 3.113,21 (üç min bir yüz on üç manat iyirmi bir qəpik) manat, 2020-ci ildə 4.228,29 (dörd min iki yüz iyirmi səkkiz manat iyirmi doqquz qəpik) manat, 2021-ci ildə 3.930,88 (üç min doqquz yüz otuz manat səksən səkkiz qəpik) manat, 2022-ci ilin yanvar və fevral ayları ərzində 778,26 (yeddi yüz yetmiş səkkiz manat iyirmi altı qəpik) manat olmaqla, ümumilikdə hesablanaraq ödənilmiş 12.050,64 (on iki min əlli manat altmış dörd qəpik) manat məbləğində vəsaitin yazılmış əlavə dərs saatına görə ödənilmiş hər ay üçün 100 (bir yüz) manat olmaqla, cəmi 3.600 (üç min altı yüz) manat məbləğində olan hissəsini həmin müddətdə şahid14 tərəfindən bankomatlardan çıxarıldıqdan sonra sonuncudan ünvan 3 ünvanında yerləşən Şamaxı şəhər Incəsənət Təhsil Mərkəzinin inzibati binasındakı xidməti otağında şəxsən və Namiq Rzazadə vasitəsilə almaqla, cəmi 3.600 (üç min altı yüz) manat məbləğində, eyni niyyətlə, 2020-ci ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək olan müddətdə Şamaxı şəhər Incəsənət Təhsil Mərkəzində tar ixtisası üzrə müəllim işləyən şahid15 adına “xxxx" ASC-də açılmış 416974*******1950 hesab nömrəli plastik bank kartına 2020-ci ildə 3.270,93 (üç min iki yüz yetmiş manat doxsan üç qəpik) manat, 2021-ci ildə 9.536,09 (doqquz min beş yüz otuz altı manat doqquz qəpik) manat, 2022-ci ildə 783,62 (yeddi yüz səksən üç manat altmış iki qəpik) manat olmaqla, ümumilikdə hesablanaraq ödənilmiş 13.590,64 (on üç min beş yüz doxsan manat altmış dörd qəpik) manat məbləğində vəsaitin yazılmış əlavə dərs saatına görə ödənilmiş hər ay üçün 135 (bir yüz otuz beş) manat olmaqla, cəmi 2.430 (iki min dörd yüz otuz) manat məbləğində olan hissəsini həmin müddətdə şahid15 tərəfindən bankomatlardan çıxarıldıqdan sonra sonuncudan ünvan 3 ünvanında yerləşən Şamaxı şəhər Incəsənət Təhsil Mərkəzinin inzibati binasındakı xidməti otağında şəxsən və Namiq Rzazadə vasitəsilə almaqla, cəmi 2.430 (iki min dörd yüz otuz) manat məbləğində, qeyd edilən qaydada cəmi 46.692,46 manat məbləğində pul vəsaitini Namiq Rzazadə ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, eyni niyyətlə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Ismayıllı Regional Mədəniyyət Idarəsi üzrə müvafiq əmrlə 01 yanvar 2013-cü il tarixdən həmin Mərkəzdə musiqi alətlərinin təmirçi və kökləyicisi təyin edilmiş şahid13 01 noyabr 2013-cü il tarixdən 29 aprel 2022-ci il tarixədək olan müddətdə işə gəlməməklə əmək funksiyalarını yerinə yetirməməsinə baxmayaraq, sonuncunun işdən çıxarılması üçün qəsdən qanuni addımları atmayıb, onun adının işçilər siyahısında saxlanılmaqla adına “xxxx” ASC-də açılmış 416974*******6830 hesab nömrəli plastik bank kartına 2013-cü ilin noyabr-dekabr ayları ərzində 225,5 (iki yüz iyirmi beş manat əlli qəpik) manat, 2014-cü il ərzində 1.420,81 (bir min dörd yüz iyirmi manat səksən bir qəpik) manat, 2015-ci il ərzində 1.413,97 (bir min dörd yüz on üç manat doxsan yeddi qəpik) manat, 2016-cı il ərzində 1.540,08 (bir min beş yüz qırx manat səkkiz qəpik) manat, 2017ci il ərzində 1.571,2 (bir min beş yüz yetmiş bir manat iyirmi qəpik) manat, 2018-ci il ərzində 1.722,55 (bir min yeddi yüz iyirmi iki manat əlli beş qəpik) manat, 2019-cu il ərzində 2.542,79 (iki min beş yüz qırx iki manat yetmiş doqquz qəpik) manat, 2020-ci il ərzində 3.176,04 (üç min bir yüz yetmiş altı manat dörd qəpik) manat, 2021-ci il ərzində 3.209,42 (üç min iki yüz doqquz manat qırx iki qəpik) manat, 2022-ci il ərzində 915,32 (doqquz yüz on beş manat otuz iki qəpik) manat olmaqla, ümumilikdə cəmi 17.737,68 manat (on yeddi min yeddi yüz otuz yeddi manat altmış səkkiz qəpik) pul vəsaitinin köçürülməsinə və həmin pul vəsaitinin şahid13 cinayətdən xəbərsiz əri şahid10 tərəfindən qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə göstərilən müddətlərdə Şamaxı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda yerləşən “xxxx” ASC-nə məxsus bankomatlardan çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, ümumilikdə qeyd edilən qaydada öz qulluq mövqeyindən istifadə edərək X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş 46.692,46 manat məbləğində pul vəsaitini mənimsəməklə və 17.737,68 manat məbləğində pul vəsaitini israf etməklə, cəmi 64.430,14 manat (altmış dörd min dörd yüz otuz manat on dörd qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla talamış, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmək intizamına riayət olunması, fəaliyyət istiqamətlərinə uyğun əməyin ödənilməsinin şəffaf və obyektiv proseduralar əsasında həyata keçirilməsi, tabelilik münasibətlərində qanuna zidd davranışlara yol verilməməsi ilə əlaqədar zəruri təminatların gözlənilməsində ifadə olunan qanunla qorunan mənafelərinə Namiq Rzazadə ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-1/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CMnin 62.1-ci maddəsi tətbiq edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində axtarış elan edilməklə cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu vaxtdan hesablanması hökm edilmiş, mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verib, hüquqlarını müdafiə etdiyi şəxsin törədilmiş cinayətə aidiyyətinin olmadığını və onun təqsirliyinin sübuta yetirilmədiyini iddia edərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Hökmdən həmçinin dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya protesti verib, birinci instansiya məhkəməsinin hökmün Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi barədə müddəaların xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-338/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-1/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəa hökmdən xaric edilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilmiş və qərarla ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 kassasiya şikayəti vermişdir.
II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Müdafiəçi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, müdafiəçi həmin dəlilləri təkrarlayaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-338/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini, məhkum Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
11. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır.
III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual
13. Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 14.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 15.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin özünü təqsirli bilmədiyini, təqsirliliyinin sübuta yetirilmədiyini qeyd edib bəraət verilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. 17.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-338/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022ci il).
22. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası kassasiya şikayətinin məhkum Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair dəlillərini əsassız hesab edir. 23.Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, lakin onun həmin cinayətin törədilməsində təqsiri qanuni üsullarla əldə edilmiş və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusu, o cümlədən şahid ifadələri, ekspertiza rəyləri, digər istintaq və məhkəmə hərəkəti protokolları, habelə cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir 24.Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun həmin maddələr üzrə təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmiş, hökmü yalnız təyin edilmiş cəza hissəsində dəyişdirmişdir. 25.Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum Məhkum cinayət əməllərinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür. 26.Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun olan qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
27. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-338/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ: Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-338/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.